ABŞ-ın Şimali Qafqaz siyasəti
Şimali Qafqazı Rusiya özünün ayrılmaz hissəsi hesab edir.
Bu bölg
ə Rusiyanın ərazisinin 2,1%-ni, əhalisinin 12%-ni təşkil
edir. Şimali Qafqaz ərazisində RF-nın subyektlərini – Adıgey,
Dağıstan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali,
Osetiya-
Alaniya, Çeçenistan Respublikaları yerləşir. Şimali Qafqaz
özünün geosiyasi, geostrateji v
əziyyətinə görə mühüm əhəmiyyət
k
əsb edir. O, Rusiyanın cənub sərhədlərində onun milli maraq-
larının müdafiəsində forpost kimi çıxış edir. Həmçinin bütün
Qafqazı, Orta və Yaxın Şərqi, Mərkəzi Asiyanı əhatə edən geniş
bir m
əkana təsir edəcək vəziyyətdədir.
İndi Şimal Qafqaz Rusiyanın ən münaqişəli ərazisi sayılır. Bu
regionda münaqişələr, separatçılıq, əkstermist əhval-ruhiyyə daha
k
əskin formada təzahür edir. Ona görə də, çoxlarının təsdiq etdiyi
kimi müasir rus dövl
ətinin möhkəmliyi məhz bu bölgədə sınaqdan
keçirilir.
Şimali Qafqazdakı gərginlik və qarşıdurmalara səbəb olan-
faktorlardan biri: onun
əhalisinin çoxmillətli olmasıdır. Burada hər
243
bir mill
ətin özünün tarixi taleyi, mədəniyyəti və mentaliteti vardır.
Bundan başqa, 1944-cü ildə çeçenlərin, inquşların, qaraçayların,
balkarların və kalmukların Orta Asiyaya və Sibirə deportasiya
olunması haqqındakı tarixi yaddaşda münaqişə törədən əlavə amil
kimi ortaya çıxır.
Şimali Qafqazda narahatlıq yaradan səbəblərdən digəri həll
olun
mamış çoxlu sosial-iqtisadi problemlərin olmasıdır. Belə ki,
iqitsadi inkişaf cəhətdən bu bölgə RF-nin ən geridə qalmış
regionlarındandır. Şimali Qafqaz Ümumrusiya sənaye istehsalının
4%-ni verir, real
əməkhaqqı bütövlükdə Rusiyadan 3 dəfə aşağıdır.
Neft v
ə qazçıxarma, neft-kimya, maşınqayırma, kənd təsərrüfatı,
turizm biznesi böhran keçirir. İşsizlik, yaşayış səviyyəsinin aşağı
düşməsi, cinayətkarlıq bu regionda kütlə hala çevrilmşidir. “Çirkli
seçki”l
ər, bir çox rəhbərlərin qohumlarının cinayətlərdə əli olması,
əhalinin təhlükəsizliyinin təmin olunmaması hakimiyyət uğrunda
mübariz
ə və s. regionda sabitliyə ciddi əngəl törədir.
Milli ideyasızlıq Rusiyadakı etnosların birliyini çətinləşdirir.
İmperiya və kommunizm ideallarından məhrum olmuş Şimali
Qafqaz xalqları ideya boşluğuna düşmüşlər. İndi onlar özlərinin
milli-dövl
ət quruculuğuna dair yeni ideya və proyektlər axtarışın-
dadırlar.
Şimali Qafqazdakı geosiyasi vəziyyəti təyin edən ən mühüm
amill
ərdən biri də islam faktorudur. o region xalqlarının dini ideo-
logiyası olmaqla yanaşı, ondan milli ideologiya və millətçilikdə də
baza komponenti kimi heç d
ə az istifadə olunmur.
Dünyanın iri dövlətləri öz sərhədlərinin təhlükəsizliyini təmin
etm
ək üçün ətraflarında yerləşən xırda dövlətləri öz tərəflərinə
ç
əkərək hərbi siyasi və iqtisadi birliklər, ititfaqlar yaratmağa çalı-
şırlar. Bu birliklərə daxil olan dövlətlər böyük dövlətlər üçün təhlü-
k
əsizlik zonaları, qurşaqları rolunu oynayır.
Xırda dövlətləri öz tərəfinə çəkmək üçün iri dövlətlər müx-
t
əlif metodlardan istifadə edirlər. Rusiya əvvəlcə özünün “parçala,
hökm sür!” siyas
ətini həyata keçirərək ətrafındakı xırda dövlət-
l
ərdə milli, etnik münaqişə ocaqları yaradır, onu alovlandırır, sonra
is
ə bölgədə sülhün təminatçısı kimi çıxış edərək kollektiv təhlükə-
244
sizlik sistemi yaradaraq h
əmin dövlətləri o sistemə cəlb etməyə
çalışır.
ABŞ-ın ənənəvi metodu isə, “əvvəl yemək, sonra dəyə-
n
ək”dır. Bunu başqa sözlə həvəsləndirici və təzyiq üsulları da
hesab etm
ək olar. Həvəsləndirici üsula olaraq maddi yardım etmək,
güz
əştli əsaslarla iqitsadi əlaqələr yaratmaq, elmi-texniki, hərbi-
texniki yardımlar göstərmək və s. amillər daxildir.
C
əlbetmə siyasətində bu üsul fayda vermədikdə təzyiqetmə
üsullarından istifadə olunur. Təzyiq vasitəsi olaraq hərbi güc tət-
biqetm
ə, etnik amillərdən istifadə etmək, münaqişələri dəstəklə-
m
ək, viza rejimini çətinləşdirmək, iqitsadi güzəştləri ləğv etmək və
dig
ər bu kimi metodlardan istifadə edilir.
Bir çox t
ədqiqatçıların fikrincə, Şimali Qafqazda baş verən
prosesl
ər geosiyasi faktorlara əsaslanır. Bu isə Qərblə Şərq arasın-
dakı tarixi mübarizə meydanında dünya dövlətlərinin öz hökmran-
lığını təmin etməyə və təbii resurslar üzərində nəzarəti ələ keçir-
m
əyə cəhdlə əlaqələndirilir.
Şimali Qafqaz – sosial-iqtisadi vəziyyət, dövlət idarəçiliyi və
Rusiyanın milli təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən həm
ən mürəkkəb, həm də ən mühüm regiondur. Bu region bir sıra si-
lah
lı toqquşmalarla müşahidə olunur ki, bunlardan biri Çeçen mü-
harib
əsidir. Məhz bu zonada baş verən hadisələr Rusiya Federa-
siyasının milli təhlükəsizliyinə, onun suverenliyinə, ərazi bütöv-
lüyün
ə real təhlükə törədir.
SSRİ dağıldıqdan sonra – Şimal Qafqaz xalqları da azadlıq
uğrunda müharibəyə qalxdılar. Çeçen-İnquş MSSR-da vəziyyət
daha g
ərgin idi. 1990-cı ilin noyabrın 27-də Çeçenistan və
İnquşetiya respublikasının Ali Soveti respublikasının dövlət
müst
əqilliyi haqqında bəyannamə qəbul etdi. 1991-ci ilin may-iyun
aylarında çağırılmış ikinci konqres Çeçen Respublikasının
müst
əqilliyini, RSFSR və SSRİ-nin tərkibindən çıxdığını, Çeçen-
İnquş Respublikasının RSFSR-in tərkibində iki suveren
respublikaya – Çeçen-
İnquş Respublikalarına ayrıldığını elan etdi.
C.Dudayev Çeçenistan Res
publikasının prezidenti seçildi. 1992-ci
il martın 31-də imzalanan Federasiya müqaviləsinə qoşulmaşdan
imtina ed
ərək Çeçenistan Federasiyadan çıxmaq, hərbi vəziyyət
245
elan etm
ək hüququ, respublika konstitusiyasının Federasiyanın
əsas qanunundan aliliyi haqqında qərarlar qəbul etdi. 1992-1993-cü
ill
ərdə Çeçenistan Federasiyanın büdcəsinə vergi ödənişini
dayandırdı. C.Dudayev parlamenti buraxdı. Respublikada 15
minlik nizami ordu yaradıldı. Çeçenistanın hərəkətləri RF
t
ərəfindən separatizm kimi qiymətləndirildi. 1994-cu ilin noyabrın
31-d
ə RF prezidenti B.Yeltsin “Çeçen Respublikasının ərazisində
konstitusiya qanun
çuluğu və qaydalarının bərpası üzrə tədbirlər
haqqında” gizli fərman imzaladı. Birinci Çeçenistan müharibəsi
başlandı. Dudayevi başlıca maneə hesab edən Rusiya hökuməti
onun aradan götürülm
əsinə nail oldu. Vitse-prezident
Z.Yandarbayev onu
əvəz etdi. Avqust ayında Çeçen qüvvələri
Qorznını azad etdilər. 1996-cı ilin sentyabrında Rusiya ilə
Çeçenistan arasında imzalanmış Xasavyurd razılaşmasına əsasən
Rusiya qoşunları Çeçnistanı tərk etdi. Lakin hadisələrin sonrakı
gedişi Çeçenistanı öz müstəqilliyini möhkəmləndirməyə imkan
verm
ədi. 1999-cu ilin noyabrında keçirilən ATƏT-in İstanbul
sammitind
ə RF-nin Çeçenistandakı hərəkətləri böyük dövlətlər,
xüsusil
ə ABŞ tərəfindən kəskin tənqid edildi. Rusiya bu məsələyə
qarşı qəti mövqeyini sammitdə bir daha nümayiş etdirdi. 1999-cu
ilin sonlarında Rusiya yenidən Çeçenistana təcavüz etdi. İkinci
Çeçenistan müharib
əsi başlandı. Qanlı döyüşlər nəticəsində Qroznı
şəhəri ruslar tərəfindən işğal edildi. Çeçen xalqı amansız soyqırı-
mına məruz qaldı. Bu dünya dövlətləri, xüsusilə ABŞ tərəfindən
ciddi t
ənqidə məruz qaldı.
B
əs, Çeçenistandakı vəziyyət kimlərə sərf edir? Rus tədqiqat-
çılarının bəziləri, bu ərazidəki qeyri-stabil vəziyyətə ABŞ-ın
Qafqaz
dakı siyasətinin əsas fiquru kimi Türkiyənin nəzarət
etdiyini bildirir.
Qeyd edilir ki, ABŞ-la Qərb Bakı-Tbilisi-Ceyhan
neft k
əmərini çəkməklə Xəzər neftini Rusiyadan yan keçməklə
Q
ərbə axıtmaq, özlərinin rus kəmərlərindən və Yaxın Şərq
regionundan enerji asıldığını heçə endirmək istəyir. Rusiyanın isə
alternativ neft x
əttləri Şimali Qafqaz ərazisindən (Dağıstan və
Çeçen-
İçgeriya) keçir və münaqişələrin bu regionda
g
ərginləşməsində ABŞ-ın və Qərbin əli olduğu iddia edilir.
M
əsələyə başqa prizmadan baxanda Şimali Qafqazda teokratik
246
rejiml
ərin yaranmasını nə ABŞ-ı, nə də Qərbi qane etmədiyi aydın
olur. Bu
ən çox siyasiləşmiş islam fundamentalizminin
nümay
əndələrinə, ərəb neft şeyxlərinə, Fars körfəzi ölkələrinin
maliy
ə oliqarxiyalarına sərf edir ki, onlar öz neftlərini
Novorossiyski vasit
əsilə Xəzərdən Qərb bazarına ötürə bilsinlər
(Tranzit x
ətti Şimali Qafqazdan keçir). Qərbi Avropaya və
Rusiyaya narkotikl
ərin daşınmasının mümkünlüyünü genişlən-
dirm
əklə bu vəziyyət beynəlxalq narkomaniya üçün də əlverişlidir.
H
əmçinin Qərb ölkələri, Yaxın və Orta Şərqdə, Şimali Qafqazda
Rusi
yanın təsirini azaltmaqla strateji maraqlarını burada təsdiqlə-
m
ək imkanları qazanmaq istəyirlər. Məhz bu qüvvələr Rusiyanın
Qafqazı parçalamaq siyasətini indi onun özünə qarşı yeridərək
Şimali Qafqazda etnik münaqişələri qızışdırır və Rusiyanı
parçalamağa çalışırlar.
Çeçen-rus müharibd
əsi nəinki ətraf regionlarda islami dirçə-
lişi stimullaşdırır, həm də islam intibahının yüksək siyasiləşmə
d
ərəcəsini müəyyənləşdirir. Bu müharibə rus tədqiqatçılarının
fikrinc
ə, İslam faktorunu Rusiyanın cənubunda və hətta bütün
Qafqazda sabitliyi pozan
əsas amilə çevirir. Çeçenlərin dini dövlət
yaratmaq ist
əyi Moskva üçün yolverilməzdir. Bəs islamı siyasiləş-
m
ə nədir?
Bu münaqişədə Moskva Şimali Osetiyanın tərəfində idi.
Rusiya, Osetiya Respubilkasını özünün Qafqazdakı dayağı say-
maq
la yanaşı, Moskva həm də qorxurdu ki, inquşlar ərazilərini
genişləndirib müstəqillik tələb edəcəklər. Həmçinin Moskva ose-
tinl
əri əli ilə vayxanaları sarsıtmaq, yəni inquşlarla yanaşı çeçen-
l
ərin də müqavimətini qırmaq istəyirdilər. Osetinlər qeyri-
müs
əlman xalqları olduqları üçün Şimali Osetiya güclü olmalı idi
ki, g
ələcəkdə Rusiya Gürcüstan və Cənubi Osetiya arasında müna-
qi
şələrdə ondan istifadə etsin.
1980-ci ild
ə Səudiyyə Ərəbistanı kralı Fəhd elan etmişdi ki,
Müq
ədəds cihad – kommunizm kimi sərhəd bilməyən bir inqilab-
dır. İndi bu inqilabın təsiri Yaxın və Orta Şərqi, Qafqazı, Orta,
M
ərkəzi, Cənub və Cənub-Şərqi Asiyanı, Avropanı (Balkanlar),
Şimali Afrika, Uzaq Şərqi (Çində uyqur seperatçıları) əhatə edir.
247
Onların əsas vəzifəsi – bu ərazilərdə qərbyönümlü rejimləri
devirm
ək və qlobal cihadı genişləndirimək üçün plasdarm
yaratmaqdan ibar
ətdir.
Bundan ötrü onlar h
ər vasitədən: populist şüarlardan, terror
aktlarından, partlayışlardan istifadə edirlər.
Müs
əlman dünyasının professional inqilabçıları – müca-
hidl
ərdir. Onlar qarşısına islam inqilabını bütün dünyaya yaymaq
m
əqsədini qoymuşlar. Müasir mücahidizmin əsas mənbəyində
1928-ci ild
ə Britaniya xüsusi xidmət orqanları tərəfindən yara-
dılmış “Müsəlman qardaşları” cəmiyyəti durur. Bu cəmiyyəti
yaratmaqda Londonun m
əqsədi Britaniya müstəmləkə siyasətinə
qarşı çıxan müsəlman dünyasınn milli və dini birliyini parçala-
maqdan ibar
ətdir.
“Soyuq müharib
ə” zamanı Britaniya estafeti ABŞ-a ötürdü.
ABŞ isə Qafqazda və Orta Asiyada dini narazılıqları süni surətdə
q
ızışdıraraq əvvəl SSRİ-də, indi isə Rusiyada vəziyəti gərgin-
l
əşdirir. “Müsəlman qardaşları”nın idarə mərkəzlərinin böyük his-
s
əsi Münhendə, Hamburqda, Parisdə, Londonda və b. Avropa
m
ərkəzlərində yerləşir.
Mücahidl
ərin əsas ideologiyası – islamçılıqdır. İslamçılığın
iki
əsas cərəyanı mövcuddur. Bu cərəyanlardan biri ağlar – gizli
sufi t
əşkilatlarının üzvləridir. Bu cərəyan daha çox liberal elitanı
v
ə ziyalıları özündə birləşirən bir cərəyandır. Onun öz təsirini daha
çox göst
ərdiyi ölkə Türkiyədir. Berə ki, müasir Türkiyə üçün
s
əciyyəvi cəhət məhz yeni dünya düzənində “Türkiyə” dinindən
daha çox etnik s
əpgidə çıxış edir. İkinci cərəyan olan - qırmızılar
-
əsasən “müsəlman qardaşları” cəmiyyətinin əsasında meydana
çıxan qurumlardır. Onların “mayakı” vəhabizm adını almış siyasi
islamçılıqdır. Vəhabizm qlobal cihadın avanqardı hesab olunur.
İslamda bu ideya cərəyanı xristianlıqda protestantlıq, sosializmdə
bolşevizmlə eynilik təşkil edir. Onun əsas maliyyə dəstəyi narkotik
ticar
ət kontrobandası və həmçinin Səudiyyə Ərəbistanı, Pakistan
v
ə başqa ölkələrdir.
İndiki dövrdə “qırmızı”ların dayaq bazası, generatoru Əfqa-
nıstandır. Hansı ki, cihad burada vəhabizmin övladlarından sayılan
talibanizm bayrağı altında aparılır.
248
Çeçenistan hadis
ələrinin ilk dövrü “ağlar”ın, sonrakı dövrləri
m
əhz “qırmızılar”ın təsiri altında baş vermişdi. Çeçnistan
inqilabının “Dudayev” dövrü (1991-1996-cı illər) “mədəni oyanış”,
“azadlıq əldə etmə” istiqaməti götürmüşdü və ona “mədəni”, “zi-
yalı” C.Dudayev rəhbərlik edirdi. O, terrorizmdənkənar, terrorçu
fondlarından ehtiyat edən adam idi. Onun xarici işlər naziri Ş.Beno
deyirdi ki, C.Dudayev respublikaya daxil olan çekl
əri yoxlatmağı
əmr etmişdi. O əmin olmaq istəyirdi ki, bu pullar ölkəyə terror-
çulardan daxil olunmur. Amma C.Dudayevin ölümünd
ən bir neçə
il sonra 1999-cu ild
ə Çeçen cihadının siması “Ərəb Çe-Gevarı”
X
əttab oldu. Simvolu isə terror aktları və şəhidlər, əsas himayədarı
is
ə “Müsəlman qardaşları” oldu.
Yaxın Sərq terrorçularına qarşı müharibədə qələbə qazanmaq
üçün gücü
əsasən iki istiqamətə yönəltmək, yəni terrorçuluğu məhv
etm
əklə yanaşı onları yaradan səbəbləri də aradan qaldırmağa
yön
əlmiş siyasi prosessləri qaydaya salmaq lazımdır. Məhz
rusların Çeçenistandakı hərəkətləri bu istiqamətdədir.
Son dövrl
ər dünyada əsas qaynar nöqtələrin İslam dininə
m
ənsub xalqların yaşadığı bölgələrin olduğunu da nəzərdən qaçır-
maq olmaz.
Eyni zamanda müs
əlman azadlıq hərəkatında, sözsüz ki,
əlahiddə əhəmiyyətə malik, bir çox hallarda həmin hərəkatın əsas
stimulu v
ə ideoloji bazası olan İslamın rolunun, potensial imkan-
larının dərk edilib qiymətləndirilməsi baxımından da çeçen azadlıq
h
ərəkatının öyrənilməsi son dərəcə zəruridir.
Şimali Qafqazda ilk münaqişə çeçenlərlə inquşlar arasında
baş verdi. Tarix boyu bu iki xalq bir-birinə o qədər qaynayıb-
qarışıb ki, onlar özlərinə “vazkar” yəni “bizim xalq” deyirlər. La-
kin Rusiyanın ənənəvi “Parçala, hökm sür!” siyasəti “Vaynax
Respublikası”nı Çeçenistana və İnquşetiyaya parçaladı.
1990-
cı ilin noyabrında RF xalq deputatları qurultayının
q
ərarına əsasən Çeçnistan və İnquşetiya ayrılan zaman regionların
s
ərhədləri müəyyənləşmədi. 1992-ci ildə “Çeçen-İsgeriya”nın par-
la
menti İnquşetiya ilə sərhəd xəttini 1934-cü ildə olduğu kimi
q
əbul etdi. 1993-cü ildə R.Auşev və C.Duduayev arasında separat
müqavil
ə imzalandı ki, buna əsasən Sunjenski rayonu İnquşetiya-
249
ya, Çernovodsk v
ə Assinovski yaşayış məntəqələri Çeçenistana
verildi. Amma Dudayevin ölümünd
ən sonra Çeçenistan, İnquşeti-
ya
ya qarşı torpaq iddiası qaldırdı. İndi həm inquşlar, həm də çeçen-
l
ər Sunjenski rayonunu özününkü hesab edir. 2001-ci ilin
yanvarında Çeçenistanda inzibati mərkəzi Sernovodsk olan
Sunjenski rayon
u yaradılmışdı. İnquşların Sundenski rayonunun
çah
əsi 881 km
2
-
dir. Burada neft yataqları mövcuddur.
Repre
ssiyaya uğramış xalqların reabilitasiya problemi, əsasən
ərazi reabilitasiyası çox böyük partlayışa səbəb oldu. Şimali
Qafqazda ikinci
ən böyük etno-siyasi münaqişə osetin-inquş müna-
qi
şəsidir. Onun da kökləri 1944-cü ilə gedib çıxır. 1944-cü ilin
yanvarın 31-də SSRİ DTK-nın qərarına əsasən Çeçen-inquş MSSR
l
əğv olunaraq 100 minə yaxın inquş Qazaxıstana sürgün edilmişdir.
SSRİ dağıldıqdan sonra RF parlamenti “İrticaya məruz qalmış
xalqlar haqqında” qərar qəbul etdi. Həmin qərara əsasən Sibirə,
Qazaxıstana sürgün edilmiş Qafqaz xalqlarının təkcə hüquqları
deyil, h
əm də əvvəlki inzibati-ərazi bölgələri də özlərinə qaytarıl-
malı idi. Bu qərar Şimali Osetiyada narahatçılıq yaratdı. Onların
sürgünd
ən sonra sahib olduqları inquşlara məxsus münbit
Priqorodik rayonunu qaytarmaq ist
əməməsi 1992-ci ilin oktyabrın
31-d
ə inquşlarla osetinlər arasında münaqişəyə səbəb oldu. Həmin
gün Şimali Osetiyada soyqırım baş verdi.
Rus siyas
ətçiləri Çeçenistandakı hadisələri Rusiyanın bu
regiondakı milli və geosiyasi maraqlarına açıq meydan oxumaq
kimi qiym
ətləndirirlər. Rusiya Geosiyasi Ekspertiza Mərkəzinin
direktoru A.Q.Dugin qeyd edirdi ki, müasir Rus dövl
ətinin
efektivliyi bu gün indikatorun bir nöqt
əsi ilə - Şimali Qafqazdakı,
əsasən Çeçenistandakı vəziyyətlə qiymətləndirilir. Rusiyaya qarşı
çıxış edən qüvvələr qarşılarına Rusiyada, xüsusilə Şimali Qafqazda
v
əziyyəti gərginləşdirmək, postsovet məkanında Rusiyanın təsirini
l
əğv etmək, sonra isə RF timsalında Avrasiya məkanını
bölüşdürmək məqsədi qoymuşdular. Rusiya dilemma qarşısındadır.
O siyasi c
əhətdən o qədər zəifdir ki, regiona daxil olan xarici
qüvv
ələrin qarşısını ala bilmir. Həm də o qədər kasıbdır ki, öz gücü
il
ə bu bölgədə fəaliyyət göstərə bilmir. Rus liderlərinin bir hissəsi
başa düşürlər ki, indiki yeni dövlətlərdəki demoqrafik proses onu
250
göst
ərir ki, iqtisadi inkişafı saxlamaq məsələsindəki uğursuzluq
axırda Rusiyanın cənub sərhədlərində (Çeçenistan, Dağıstan və s.)
v
əziyyəti partlayış səviyyəsinə gətirib çıxara bilər. Bunu başa
düşən Rusiya Türkiyə və İranın Qafqazdakı fəaliyyətinin qarşısını
almaq, Amerikanın yeni suveren respublikalara geosiyasi təsirini
m
əhdudlaşdırmaqdan ötrü yeni qarşılıqlı münasibətlər sistemi
yaratmağa səy edir. Bandan məqsəd Rusiyanın yeni yaranmış
dövl
ətlərdə öz üstün geosiyasi və iqtisadi mövqeyini saxlamaqdır.
Qafqazda inzibati-
ərazi sərhədlərinin əsassız dəyişməsi də bu
regi
onda çoxlu münaqişələrə yol açmışdır. XX əsrin sonlarından
başlanmış erməni-Azərbaycan, gürcü-abxaz, gürcü-cənubi osetin
ziddiyy
ətləri əvvəl münaqişələrə, sonra isə qanlı müharibələrə çev-
rildi. İki Çeçen müharibəsi, osetin-inquş qarşıdurması çoxlu insan
itkisin
ə və dağıntılara yol açdı.
Tarixi t
əcrübə göstərir ki, mərkəzi hakimiyyətin zəifləməsi
bir t
ərəfdən, ölkənin bu və ya başqa regionunda milli münaqişələri
g
ərginləşdirir, digər tərəfdən mərkəzdənqaçma meyllərini surət-
l
əndirir.
XX
əsrin sonu - XXI əsrin əvvəllərində Qafqaz regionunun
geosiyasi
əhəmiyyətinin armtasının bir çox səbəbləri vardır. Bunlar
əsasən aşağıdakılardır:
1) Qafqaz (geniş mənada – Qafqaz-Xəzər-Qara dəniz
regionu) z
əngin təbi sərvətlərə (ən çox da krbohidrogen
xammalına) malik bir bölgə kimi diqqət mərkəzindədir.
2) Bu bölg
ə gələcəkdə “Şərq-Qərb” və “Şimal-Cənub” xətti
üzr
ə mühüm transmilli nəqliyyat qovşağına çevrilə və Fars
körf
əzinin neft emalı ölkələrinə alternativ təşkil edə bilər.
3) Geosiyasi nöqteyi-n
əzərdən Qafqaz Rusiyanın ən kövrək
yer v
ə “yumşaq qarınaltısı”dır. Burada milli münaqişələr daim
köz
ərməkdə və alovlanmaqdadır. Qafqazın müstəqililk qazanmış
ölk
ələri «Qərbə meyl edərək Rusiyadan ayrı düşürlər».
4) Bir çox t
ədqiqatçılar hesab edirlər ki, Qafqaz regionu
“Rusiya Balkanlarına” və “Qeyri-sabit Avrasiya qurşağı”nda möh-
k
əmlənmiş həlqəyə çevrilə bilər.
5) Qafqaz dünya siyas
ətinin lokal, regional və qlobal maraq-
ların hökm sürdüyü və toqquşduğu ən mühüm mərkəzlərdən birinə
251
çevrilm
əkdədir. Burada təsir dairələri uğrunda Rusiya, ABŞ, Qərbi
Avropa ölk
ələri, Türkiyə və İran mübarizə aparırlar.
Neft bazarı elə bazardır ki, o bazar iqitsadiyyatının yazılmış
v
ə yazılmamış qanunlarına tabe olmur. Məsələn, son onililklər
ərzində dünyada bütün xammal məhsulları ucuzlaşsa da, neftə
bunu aid etm
ək olmaz. Demək olar ki, neft qədər siyasiləşən,
qloballaşan, imicli strateji məhsul yoxdur. II dünya
müharib
əsindən sonra baş vermiş müharibələrin əksəriyyətinin
t
əməlində neft faktoru durur. Gələcəkdə neft istehlak edən
ölk
ələrin neft istehsal edən ölkələrə qarşı müharibəsi mümkündür.
Bunun üçün motiv, güc v
ə vəsait də vardır. Nə İngiltərə, nə də
ABŞ həmişə ideoloji cəhətdən əsaslandırmaqdan müharibə
aparmırlar. Belə bir deyim var ki, heç vaxt ovdan sonra və
müharib
ədən qabaq danışılan qədər yalan danışılmır.
ABŞ-ın Dağıstan siyasəti
Rusiya
nın cənubunda etnosların daha çox məskunlaşdığı
bölg
ə Dağıstandır. İki milyondan çox əhalisi olan Dağıstanda 40-a
q
ədər yerli etnoslar yaşayır.
Müasir Avrasiya geosiyasi sistemind
ə Dağıstan həm regional,
h
əm də ümumdünya xarakterli maraqların kəsişdiyi bir zonadır.
Respublikanın geosiyasi mövqeyinin mühümlüyü onun Avropanı
Yaxın və Orta Şərqlə və həmçinin, Mərkəzi Asiya ilə birləşdirən
əsas kommunikasiyaların kəsiyində yerləşməsidir.
Dağıstan bir tərəfdən Cənubi Qafqaz ölkələri ilə, digər
t
ərəfdən İran və Türkiyə ilə həmsərhəddir. Bundan başqa bu bölgə
X
əzər və Qara dəniz regionunu birləşdirən mühüm coğrafi bir
m
əkandır.
Rusiya üçün
Dağıstan Cənubi Qafqaz ölkələri ilə iqitsadi və
dig
ər əlaqələri yaratmağa imkan verən ən cənub sərhəd zonasıdır.
Bundan başqa, Dağıstanın donmayan dəniz limanları Rusiyaya
X
əzər dənizi vasitəsilə xarici ölkələrlə əlaqə yaratmağa imkan
verir. Bel
əliklə, Dağsıtanın, Rusiyanın strateji və geosiyasi maraq-
larının qorunmasında, cənub sərhədlərindəki siyasi və sosial-iqit-
sadi sabitliyin t
əminində, Qafqazdan tutmuş Mərkəzi Asiyayadək
252
geniş bir regionda öz təsirini möhkəmləndirməkdə böyük rolu
vardır. Onu da unutmaq olmaz ki, bu bölgənin Xəzər dənizi şelfin-
d
əki karbohidrogen yataqlarının yaxınlığında yerləşməsi XXI əsrdə
Dağıstanın mühüm neft emalı rayonuna çevriləcəyini ehtimal et-
m
əyə əsas verir. Xəzər nefti və qazını Arvopa bazarına daşınması
üçün
ən qısa yolun gələcəkdə buradan keçməsi mümkündür.
M
əhz Xəzər neti Cənubi Rusiyanı dünya regional
dövl
ətlərinin rəqabət zonasına çevirir.
Geosiyasi yerd
əyişmə nəticəsində Dağıstanın həm ümumrus,
h
əm də Qafqaz geosiyasi regionunda mövqeyi dəyişilmiş oldu. Bu
is
ə respublikada geosiyasi vəziyyətin dəyişkən və zididyyətli xa-
rak
ter almasına gətirib çıxardır. Münaqişə törədici faktorlar Dağıs-
ta
nın geosiyasi sabitliyinə təsir etməklə yanaşı, həm də Rusiyanın
c
ənubu, həm də digər dövlətlər üçün real və potensial təhlükə mən-
b
əyidir. Dağıstanın sosial-mədəni xarakteristikasının əsasını təşkil
ed
ən etnosiyasi və siyasi-dini faktorlar, həm də xarici təsirlər
respublikada münaqişələri, zididyyətləri, etno-siyasi təhlükəni daha
da artırır.
Dağıstan Respubilkasında sabitlik ən çox Qafqaz, Xəzər və
Asiya regionunda Rusiyanın hərbi və iqitsadi iştirakının saxlan-
masından asılıdır. Yuxarıda qeyd etdiyimiz kimi bu sabitilk həm də
bölg
ədə etno-siyasi vəziyyətlə xarakterizə olunur. Belə ki, 1990-cı
ill
ərdən başalyaraq Dağıstanda etnik separatizm geniş vüsət
almışdır. XX əsrin 90-cı illərində artıq əhalinin etnik özünüdər-
kind
ə və dindarlığında artım müşahidə olunur. Milli və dini radika-
lizmin artması Dağıstanda etnoslararası qarşıdurmaları, münaqişə-
l
əri qızışdırır.
Dağıstandakı daxili-siyasi proseslərin birinci mərhələsi 1980-
ci ill
ərin sonundan – 1993-cü ilə qədər olan dövrdə dini cəmiy-
y
ətlərin yaranması və onların ictimai xarakterli ilk aksiyları ilə
başlamışdır.
1993-1995-ci ill
əri əhatə edən ikinci mərhələdə milli müna-
sib
ətlər kəskinləşir, milli hərəkatlar yaranır və fəallaşır, milli əla-
m
ətlərə görə dindarların və onlar idarə orqanlarının parçalanması
prosesi baş verir.
253
1995-1999-cu ill
əri əhatə edən üçüncü mərhələdə vəhabilərin
siyasi f
əallığının artması müşahidə edilirdi.
1999-cu ild
ən başlayan dördüncü mərhələ isə vəhabilərin
h
ərbi məğlubiyyəti və onların fəaliyyətinə siyasi qadağanın qoyul-
mas
ı ilə əhlavətdardır.
Dağıstandakı proseslərə xarici qüvvələrin də təsirinin az
olma
dığını da nəzərdən qaçırmaq olmaz. 1990-cı illərin ikinci
yarısından başlayaraq xarici qüvvələrin respublikada baş verən
daxili siyasi prosesl
ərə təsiri güclənməyə başlamışdır. Bununla
yanaşı etno-elitanın regionda mülkiyyətin bölüşdürülməsi,
hakimiyy
ət və siyasi nüfüz uğrunda mübarizəsi də müşahidə
edilm
əyə başlandı.
Rusiya bu m
əsələnin həllinə MDB-ni təşkil etməklə başladı.
Bu sistem Rusiyaya MDB-y
ə daxil olan respublikaları bir mərkəz-
d
ən idarə etməyə imkan yaratdı. MDB-də liderlik qazanan Rusiya
h
əmçinin “Birliyin xarici sərhədlərinə vahid mərkəzdən nəzarətini
t
əmin etməyə səy göstərirdi. Məqsəd isə əvvəlki neft kəmərlərinin
ç
əkilişini genişləndirmək və Rusiyadan yan keçən yeni kəmərlərin
ç
əkilişinə yol verməmək idi.
Tipoloji olaraq Dağıstandakı sabitliyi təhlükə altına alan
etno-siyasi, sosial-iqtisadi, ideoloji v
ə geosiyasi amilləri xüsusi
qeyd etm
ək vacibdir.
Geosiyasi amil respubilkada müasir etno-siyasi, etno-dini
prosesl
ərin təsiri altında münaqişə və ziddiyyətlərin törətmə qa-
biliyy
ətini yüksəldir. Radikal millətçilik, siyasi və dini ekstremizm,
h
əll olunmamış hərbi münaqişələr, sosial-iqitsadi inkişafın çətin-
likl
əri və s. amillər Şimali Qafqaz respubilkalarında gərginliyi daha
artırır. Bu isə Rusiyanın geosiyasi rəqiblərinə bölgədə qeyri-sabit
v
əziyyət yaratmaq üçün imkan vermiş olur. NATO-nun öz təsir
zonalarından kənarda hərbi əməliyyatlar aparmaq səlahiyyətləri
əldə etməsi və 1993-cü ildə bu blokun qəbul etdiyi proqram sənədi
əsasında Qafqazda “sülhməramlı əməliyyatların aparılma
mexanizml
ərinin işlənməsi” ideyası əsasında fəaliyyət proqramının
hazırlanması məhz bu məqsədə xidmət edirdi.
254
Geosiyasi amil ölk
ələrin etno-konfessional vəziyyətinə də
açıq təsir göstərir. İdeoloji boşluq bu bölgədə dini idleyalarla
doldurul
muşdur.
Bu gün Dağıstanda islam hərəkatı yekcins deyildir. 2001-ci
ild
ə Şimali Qafqazda mövcud olan 1499-müsəlman cəmiyyətləri-
nin 1099-
u Dağıstanda fəaliyyət göstərirdi. Dağıstan islamın sünni
m
əzhəbi üzrə Qafqazın forpostudur. Dağıstan Respubilkası Şimali
Qafqazda radikal islam h
ərəkatının genişlənməsində mühüm yer
tutur. M
əhz ilk dəfə 1999-cu ilin avqustunda onun ərazisində cihad
şüarları altında mövcud hakimiyyət devirmək və konstitusiyalı
qu
ruluşu dəyişdirmək məqsədi güdən hərbi qiyam baş verdi. Bu
qiyam çeçenistanda v
əziyyəti kəskinləşdirdi.
Buradan bel
ə bir nəticəyə gəlmək olur ki, məhz Dağıstan
“Ra
dikal islamçılığın” real “təzyiq” dərəcəsini
göst
ərən dəqiq ba-
rometrldir. Dini-estremist c
ərəyan olan vəhabiliyin təmsilçilərinin
Dağıstana gəlişi ildən-ilə dəyişir. Belə ki, buraya 2001-ci ildə 2538
n
əfər, 2002-ci ildə 864 nəfər, 2003-cü ildə - 957 nəfər, 2004-cu
ild
ə 1004 nəfər onların nümayəndələrindən gəlmişdir.
Lakin Dağıstanda məscidlərin, dini tədris müəssisələrinin
dini partiya v
ə təşkilatlarının və ədəbiyyatlarının artmasına bax-
mayaraq dini düşüncə aşağı səviyyədədir. Bu isə iqitsadi və siyasi
faktorlarla birilkd
ə bölgədə dini ekstremizm üçün münasib şərait
yaradır.
Dağıstanda milli ekstemizm isə respubilka ərazisini milli
t
ərkibə görə parçalamağa cəhd göstərən terrorçu təşkilatlar və ya
qüvv
ələrin timsalında özünü büruzə verir. Əgər belə olarsa, Dağıs-
tan
ərazisində ən azı 11, ən çoxu 30 respubilka yarana bilər. Bu
prinsipi bölg
ədə irəli sürən terrorçu «Sadval» təşkilatıdır.
1992-
ci ilin noyabrında Dağıstan xalqlarının II qurultayı
keçirildi. Bel
ə nəticəyə gəlindi ki, Dağıstan bölünməzdir və böl-
g
ədə əmin-amanlığa burada yaşayan xalqların maraqlarındakı bəra-
b
ərlik hesabına nail olmaq olar. əgər millətlər “öz problemlərini”
ayrılıqda həll etmək istəsələr, bu region üçün faciəli sonluğa gətirib
çıxara bilər.
“Sadval” is
ə öz fəaliyyətini genişləndirməklə bütün Qafqazda
terror kül
əyi əsdirir. Bu təşkilatın cızmış olduğu xəritəyə Azərbay-
255
canın Şimal əraziləri də daxil edilmişdir. Tarixən Azərbaycanla
Dağıstan arasında sərhəd olmamışdır. Yeni münaqişə ocağı yarat-
maq üçün Rusiya 1992-
ci ilin yayında ciddi sərhəd rejimi yaradıl-
ması fikrini irəli sürdü.
|