Qazintilari


 Əlincəçay (Başkənd)  təzahürlər qrupu



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

1.10.2. Əlincəçay (Başkənd)  təzahürlər qrupu 
 
Əlincəçay (Başkənd) təzahürlər qrupu Başkənd kəndi  ərazisində,  
Əlincəçay çayının hövzəsində yerləşir. Qızılfiliz filizləşməsi qranodiorit-
porfir tərkibli dayka qurşağına aid edilir. Dayka qurşağı davamlı şəkildə 
izlənilir və böyük enə  (200-300 m) malikdir.  
Filizləşmə qızıl-azsulfidli-kvars tiplidir. Qızıl orta və iri dənəlidir 
(0,5-1,5 mm). Təzahürdə  qızılın resursları  kəşfiyyat işləri aparılan Baş-
kənd səpinti yatağının bazası hesabına proqnozlaşdırılır. Burada həm 
səpinti, həm də köklü qızıl proqnozlaşdırılır. Əlincəçay (Başkənd)  təza-
hürü ümumi axtarış mərhələsindədir.   
 
 

 
82
1.11. Uran filizləri 
 
1.11.1. Vulkanogen-çökmə mis-uran filizləri 
 
Misli-uranlı horizontlar Üst Oliqosen-Alt Miosen yaşlı
 
əlvan rəngli  
və terrigen-karbonatlı qatları arasında yatır. Misli-uranlı filizlər cənub-
şərqdən şimal-qərbə doğru 15-20 m enində, 60-70 km uzunluğunda ensiz 
zolaq şəklində zəncirvari uzanırlar.  
Misli-uranlı təzahürlər Yaycı, Gülüstan, Qızılca, Qırxlardağ, Şah-
qaraj, Sirab, Xalxal, Payız və digər kəndlərin  ərazilarində müəyyən 
olunmuş  və geoloji ədəbiyyatlarda  Əshabikəhf təzahürlər qrupu adı 
altında məlumdur.  
Məlum təzahürlərin  ərazisində misli qumdaşlarında üç misli stra-
tiqrafik səviyyədə müxtəlif qalınlıqlı (1-3 m-dən 10-15 m-dək) 2-4 və 
daha çox misli horizontlar müəyyənləşdirilmişdir. Misli stratiqrafik 
səviyyənin özünün qalınlığı 15-30 m-dən 100-250 m-dək  çatır. 
Üst Oliqosen-Alt Miosen çöküntüləri onlarda iştirak edən süxur-
ların litoloji tərkibinə görə iki qata ayrılır: qırmızı  rəngli vulkanogen-
çökmə və əlvan rəngli tufogen-karbonatlı. 
Qırmızı  rəngli qat qırmızımtıl-boz rəngli tufqumdaşlarından tufa-
levrolitlərdən, tufqravelitlərdən, qumdaşlarından, alevrolitlərdən, silisli 
əhəngdaşı və mergel laycıqlı gillərdən ibarətdir. Qatın maksimal qalınlığı 
Nehrəm kəndi rayonunda qeyd olunur. Əlvan rəngli terrigen-karbonatlı 
qat qırmızı rəngli qatın üzərində uyğun yatır və qırmızımtıl-boz, sarımtıl-
boz və yaşılımtıl-boz alevrolitlərdən, qumdaşlarından, gildən və silisli 
əhəngdaşlarından təşkil olunmuşdur. Qatın yuxarı hissəsində andezitlərin 
lavabrekçiyaları qeyd edilir. Qatın maksimal qalınlığı Qaraqala ərazisin-
də  (500 m), Çaşırdağ dağında, Əshabikəhf və  Qahab (350-400 m) kənd-
lərində qeyd olunur.  
 
1.11.1.1. Əshabikəhf təzahürlər qrupu 
 
Naxçıvan çökəkliyindəki bütün məlum misli qumdaşları  təzahür-
ləri Əshabikəhf mis filizləşməsi  qrupu adı altında birləşirlər. 
 Gözdən keçirilmiş  misli qumdaşı təzahürlərinin geoloji mövqeyi  
onlarda aşkar olunan müxtəlif misli, əlvan rəngli qatın səviyyələri ilə 
təyin edilir. Bu məhsuldar stratiqrafik səviyyə Alt-Orta Oliqosenin, həm-
çinin Üst Oliqosen-Alt Miosen yaşlı  qırmızı  rəngli qatın alt, boz rəngli 

 
83
qatın isə orta hissələrində, həmçinin Üst Oliqosen-Alt Miosen yaşlı əlvan 
rəngli qatın üst hissəsində müəyyən edilmişdir. Mis filiz cismi  məhsul-
dar çöküntülərdə mərtəbələrlə yerləşir. Onların uzunluğu yüzlərlə metr-
dən  bir neçə kilometrə, qalınlığı  isə bir neçə metrdən onlarca metrədək 
dəyişir. Filiz cisminin forması  dəyişkən olub, layşəkilli və linzagö-
rünüşlü laylar minerallaşmanın lentşəkilli cisimləri ilə  əvəz olunur. 
Aşağıda bir sıra əsas mis təzahürləri üzrə filizləşmənin səciyyəsi verilir.  
 
1.11.1.2. Şərqi Sirab təzahürü 
 
O, Sirab kəndinin  ətraflarında, Sirab çayının sahillərində, Sirab 
sinklinalının cənub-şərq qanadında yerləşir və məhsuldar çöküntülər 35-
50° bucaq altında cənub-qərbə yatırlar. Alt qırmızı  rəngli misli qat 
müxtəlif istiqamətli dik yatımlı  qırılıb-düşmə ilə mürəkkəbləşmiş  və 
həmçinin Alt Pliosenin andezit-dasit tərkibli subvulkanik cisimləri ilə 
yarılmışdır. Mis minerallaşması nöqteyi-nəzərincə  Şərqi Sirab təzahü-
ründə birləşən Sirab və Gündağ sahələri böyük maraq kəsb edir.  
Sağ sahildəki təzahürlərin daxilində müxtəlif uzunluqlu iki, sol 
sahildə isə bir misli horizont ayrılır. Filiz cisminin forması gipslə mine-
rallaşmış horizontlarda laylı-linzaşəkilli, pazlaşan hissələrdə isə  şaxəli-
dir.  
Sirab çayının sağ sahilində alt və üst filizli horizontlar bitki qalıqlı 
güclü ağarmış tufqravelitlərlə  təmsil olunur və uzanma istiqamətində 
tufqumdaşları ilə əvəz olunur. Aşkar olunan misli horizontların uzunluğu  
uzanma istiqaməti üzrə 250-300 m, düşmə istiqaməti üzrə 100-150 m, alt 
horizontun qalınlığı 0,5-10,0 m (orta hesabla 3,2 m), üst horizontun 
qalınlığı 0,5-3,0 m (orta hesabla 1,0 m) arasında dəyişir. Misin miqdarı 
0,2%-dən 2-3%-dək dəyişir və alt horizontda orta hesabla 0,6%, üst 
horizontda isə 1,4% təşkil edir.  
Sirab çayının sol  sahilində misli horizont ağarmış tufqravelitlərlə 
təmsil olunur. Filizli layın orta qalınlığı 4,0 m olmaqla o, uzanma 
istiqamətində 650 m izlənilir və misin orta miqdarı 0,5% təşkil edir. Mis 
filizləri güclü oksidləşmişdir  və malaxit, azurit və kupritlə təmsil olunur. 
Onlarda qurğuşun və sink 0,1%, molibden 0,1-0,3%, kobalt 0,1-0,2%, 
vanadium 0,1%-ş  qədər iştirak edir. Qızıl 0,1 q/t, gümüş 13,5 q/t, 
germanium 0,002-0,003% qeyd edilir. Misli horizontlar üçün yüksək 
radioaktivlik  səciyyəvidir.  
 

 
84
1.11.1.3. Qızılca təzahürü 
 
O, eyniadlı kəndin şərqində, Əlincəçayın sol sahilində en istiqamə-
tinə yaxın istiqamətli kiçik antiklinal strukturun şimal qanadında yerləşir.  
Filizləşmə  qırmızı  rəngli qatın alt hissəsinin aşağısında formalaş-
mış  və  bir-birinə yaxın açıq rəngli tufqumdaşı  və tufkonqlomeratlarla 
təmsil olunaraq əsasən kömürlü-oduncaq materialın toplandığı yerlərdə 
misin, qurğuşunun, nikelin, kobaltın və molibdenin nisbətən yüksək 
konsentrasiyası  toplanmışdır. Burada üç misli horizont məlumdur.  
Alt horizont antiklinalın tağ hissəsini əhatə edir və  orta qalınlığı 
1,5 m olmaqla 1,5-2,0 km məsafədə izlənilir və misin orta miqdarı 
0,38% təşkil edir. Misli laylar litoloji cəhətdən manqan-dəmir konsentra-
siyalı qara rəngli tufqumdaşları ilə  təmsil olunur. Orta horizont antikli-
nalın şimal qanadında tufqumdaşlarının arasında orta qalınlığı 1,7 m və 
misin orta miqdarı 0,42% olmaqla  2 km-ə yaxın məsafədə izlənilir. Üst 
horizont  həmçinin tufqumdaşı  qatında öyrənilmiş, orta qalınlığı 1,0 m 
olmaqla 1,5-2,0 km məsafədə izlənilir və misin orta miqdarı 0,5% təşkil 
edir.  
Filizli horizontlarda mis filizləri güclü oksidləşmiş  və mineraloji 
tərkibcə malaxitlə, azuritlə  və  bəzən xalkopiritlə  təmsil olunur. Filizdə 
mislə birlikdə qurğuşunun 0,05-1,0%, kobaltın 0,005-0,01%, nikelin 
0,01-0,1% və molibdenin 0,003-0,006% yüksək konsentrasiyasına rast 
gəlinir. 
 
1.11.1.4. Şaxkarat  təzahürü 
 
O, Darıdağ dağının yamacında yerləşir və alt qırmızı  rəngli qatın 
aşağı    hissəsinə aid edilir. Filizli horizont tufbrekçiya, tufqravelit və 
tufqumdaşları ilə mürəkkəbləşmişdir. Laylar şərqə və qərbə tərəf 20-30

bucaq altında yatırlar. Filiz horizontunun filizli hissəsinin qalınlığı 10 m-
ə  qədər çatır, misin ən böyük konsentrasiyası kömürləşmiş oduncaq 
materialların toplandığı  yerlərində müəyyən olunmuşdur.  
Filiz təzahürünün hüdudlarında uzunluğu 3,0-4,5 km-ə çatan 
şimal-şərq-cənub-qərb istiqamətli üç filizli horizont məlumdur: 
- üst horizont, Dördüncü dövr çöküntülərinin arasında yer səthinə
 
çıxan minerallaşmış tufqravelit layları (1,0-3,0 m) ilə mürəkkəbləş-
mişdir; 

 
85
- orta horizont, birincidən hipsometrik olaraq 14-18 m aşağıda 
yerləşir, açıq rəngli tufkonqlomeratlarla (0,6-2,5 m) təmsil olunur; 
- alt horizont, hipsometrik olaraq ikincidən  10-15 m aşağıda 
yerləşir, açıq rəngli tufqumdaşları (1,3-2,3 m) ilə təmsil olunur. 
Bütün misli laylar müxtəlif istiqamətli gips damarcıqları  və toz 
şəkilli yarozitlə  zənginləşmişdir. Təsvir olunan laylar qazılmış dörd 
buruq quyusunun nəticələrinə görə 150-300 m dərinliyə qədər izlənilir.  
Filizləşmə malaxitlə, bəzən isə xalkopirit möhtəviləri ilə  təmsil 
olunur. Misin miqdarı 0,2-0,5%, qurğuşun 0,2-0,3%, nikel 0,02-0,1%, 
molibden 0,005-0,03%, vanadium 0,005-0,02%-dir.  
Qeyd olunan misli laylar uranlıdır. Bu sahədə radioaktivlik çox 
yüksəkdir.  
 
1.11.1.5. Qırxlardağ təzahürü 
 
O, Qırxlardağ dağının cənub-qərb yamacında yerləşir və Sirab 
sinklinalının  şimal-qərb qanadına aid edilir. Mis filizləşməsi Alt-Orta 
Oliqosenin boz rəngli qatı (500 m) ilə  əlaqədar olub, andezit tərkibli 
yaşılımtıl-boz rəngli nadir tuf lava və lavabrekçiya laycıqları saxlayan  
tufqumdaşlarının, tufqravelitlərin, tufkonqlomeratların növbələşməsi ilə 
təmsil olunmuşdur.   
Filizsaxlayan qatın tsiklik quruluşu misli filiz cisimlərinin çoxmər-
təbəli yerləşməsini şərtləndirir (təmin edir). 
Mis-uran filizləşməsi dörd məhsuldar misli horizontda yerləşir. 
Filiz cismi layşəkilli formada qərbə  və şimal-qərbə maili  (15-20°) yatır 
və dörd layla təmsil olunur, onlardan ikisi tufqravellitlərə, qalan ikisi isə 
tufkonqlomeratlara aid edilmişdir (aşağıdan yuxarıya):  
- linzaşəkilli lay formasında 800 m məsafədə izlənilir, tufqravellit-
lərin arasında misin orta miqdarı 1,0%, layın orta qalınlığı 1,2 m və  
uzunluğu 110 m-dən 350 m-dək olan mislə  zənginləşmiş dörd sahə  
ayrılır;  
- uzanma istiqamətində 800 m izlənilən  lay, tufqravelitlərdə olan 
dörd misli linzada misin orta miqdarı 0,8%, orta qalınlığı 1,8 m-dir; 
-  2300 m uzunluğunda izlənilən lay, tufkonqlomerat layına aid 
olan dörd  linzada  misin orta miqdarı 1,1%, orta qalınlığı 1,5 m-dir; 
- tufkonqlomeratlara aid edilən lay, 1,0 m qalınlığında,  misin orta 
miqdarı 0,9% olmaqla 80-100 m izlənilmişdir. 

 
86
Filizləşmə əsasən möhtəvi, bəzən damarcıq-möhtəvi tiplidir. Əsas 
filiz mineralları  sərbəst mis, kuprit, xalkozin sayılır, bəzən tenardit və 
xalkopiritə rast gəlinir. Arabir malaxit və azuritin axımları müşahidə 
olunur. Misdən əlavə bu təzahürdə qurğuşun 1,0%-ə qədər, sink 1,0%-ə 
qədər, qızıl 1 q/t-a qədər, gümüş isə 15q/t müəyyən edilmişdir. Qazılmış 
buruq quyuları mövcud filiz laylarının 300-500 m dərinlikdə 1-2 m 
dəyişməz qalınlıqda olduğunu təsdiq etmişdir. Yuxarıda qeyd olunan 
misli laylardan əlavə, axtarış  mərhələsində qazılmlş buruq quyuları 
vasitəsilə  yer səthinə çıxmayan 2 linza aşkar olunmuşdur.  
 
1.11.1.6. Qahab, Əshabikəhf və Çaşırdağ təzahürləri 
 
 Göstərilən təzahürlər qrupu (Qahab, Əshabikəhf, Mahmud kənd-
lərinin  ətrafında) Üst Oliqosen-Alt Miosen kompleksləri arasında üst 
missaxlayan stratiqrafik səviyyənin tərkibində yerləşir. Mis mineral-
laşması xalkozinin, kupritin və misin sulu karbonatlarının (malaxit, 
azurit) möhtəviləri ilə təmsil olunur. Filizləşmə az qalınlıqlı əhəngdaşı və 
əhəngli qumdaşı laylarında öyrənilmişdir. Laylar maili yatımla 10-15° 
bucaq altında  şimal-şərqə monoklinal yatırlar. Filizləşmə müxtəlif  
litoloji tərkibli süxurlarla  bu və ya digər formada kəskin sərhəd əmələ 
gətirmir. Misin maksimum miqdarı ancaq qırıntılı qumdaşlarında müəy-
yən olunmuşdur. Qumlu filiz cismində kəsiliş üzrə misin konsentrasiyası  
yuxarıdan   dərinliyə doğru tədricən azalır.  
  Kənddən 1,2-2,0 km cənub-şərqdə yerləşən Qahab təzahüründə 
mislə minerallaşmış iki əsas lay aşkar olunmuş  və qalınlığı 0,4-0,5 m 
olmaqla 800 m izlənilmişdir. Filizdə misin miqdarı  ətraf süxurların 
litoloji tərkibindən asılı olaraq qumdaşlarında 0,3-2,75%, silisli əhəng-
daşlarında isə 0,1-0,96% təşkil edir. 
Əshabikəhf dağından 1,2 km cənub-qərbdə yerləşən  Əshabikəhf 
təzahüründə qumlu-əhəngli layın arasında uzunluğu 800 m, orta qalınlığı 
0,9 m və misin orta miqdarı 1,0% olan bir əsas filizli lay məlumdur. 
Çaşırdağ  təzahüründəki qatda iki əsas misli lay ayrılır: biri 
qumdaşlarında, digəri isə  əhəngdaşlarında, orta qalınlığı 1,4 m, misin 
orta miqdarı 1,19% olmaqla yer səthində 650 m izlənilirlər.  
Misli qumdaşlarının mineral tərkibi.  Filiz mineralları süxurun 
həcminin 5-6%-ə qədərini tutur və açıq-yaşıl, sarımtıl-yaşıl, bəzən mavi 
rənglərdə yuva, yaxma, nazik qabıq  və damarcıqlar şəklində müşahidə 
olunur. Filizli maddələr tez-tez qırıntı süxurların skletində sement rolunu 

 
87
oynayır. Əsas mis mineralları  kuprit (2-20%), malaxit (5-15%), sərbəst 
mis (3-7%), xalkozin (0,5-6,0%), tenorit (0,5-5,0%), xalkopirit (1-2%) 
sayılır. Bunlardan əlavə maqnetit (3-5%), pirit (1-2%), limonit (2-3%), 
molibden saxlayan ilzemannit, kolloid sulfat və uran minerallarına rast 
gəlinir. Qeyri-filiz minerallarından kvars, kalsit, xlorit, muskovit və 
digərlərinə rast gəlinir. Kuprit müxtəlif çalarlı qırmızı rənglərdə sərbəst 
mis, tenorit və malaxitlə  sıx assosiasiyada olur. Əsasən sıx dənəli 
aqreqatlar, bəzən təcrid olunmuş kub formalı idiomorf kristallar və 
massiv dənəli ikiləşmələr, bəzən iynəşəkilli uzanmış kristallar əmələ 
gətirir. Kupritin limonitlə və hidrohetitlə dispers qarışığına rast gəlinir və 
HNO
3
-ün təsiri ilə tez qaralır. Kuprit oksidləşərək nəticədə xalkozin  
əmələ gətirir. 
Malaxitə yaxma, nazik qabıq, yuva, damarcıq və qeyri-düzgün 
formalar  şəklində rast gəlinir. Adətən o, sərbəst mis və kuprit ayrılma-
larının kənar hissələrində inkişaf edir. Tez-tez malaxit susuz karbonatlara 
hopur və digər qeyri-filiz minerallarını  yaşıl rəngin müxtəlif  çalarları ilə 
boyayır; HCI təsirindən tez dağılır. 
Sərbəst mis malaxit və kupritlə sıx assosiasiyada olur. Qeyri-filiz 
kütləsinin boşluqlarında sərbəst mis kristalları, onların ikiləşmələri, kup-
ritdə dendritşəkilli yığımları və möhtəvilərinə rast gəlinir. Bəzən kupritin 
mineral aqreqatlarının arasında  sərbəst misin incə damarcıqları izlənilir. 
O, həmçinin kuprit dənələrinin sərhədi boyu inkişaf edir və qarışıq 
strukturlar  əmələ  gətirir. Sərbəst mis ayrılmalarının ölçüsü 0,01-0,25 
mm-dir. Misli qumdaşlarında o, xalkozinin oksidləşmə  məhsullarından  
sayılır Cu
2
S + SO
2
 — CuSO
4
 + Сu. 
Xalkozin tez-tez xalkopirit üzrə inkişaf edir və onun ətraflarında 
massiv və fasiləli dar haşiyələr  əmələ  gətirir. Bəzən damarcıqlar və 
qeyri-düzgün formalı yuvalar şəklində müşahidə olunur. Xalkopiritin 
dənələri 0,1 mm-dən kiçik olub,tez-tez xalkozinlə əvəz  olunur. 
 Həmçinin, xalkozinin qeyri-filiz kütlədə bitki detritlərinə oxşar 
tək-tək lövhəşəkilli ayrılmalarına rast gəlinir. Rənginə görə iki növü-
bonit qarışıqlı qızılgül rəngli və rəngsiz. Qızılgül rəngli xalkozin əsasən 
rəngsiz xalkozinin kənarlarında inkişaf edir və  dənələrinin ölçüsü 0,1 
mm-dən 0,3 mm-dək çatır. Xalkozin iki modifikasiyada – heksaqonal və 
rombik  müşahidə olunur.  
Tenorit kupritlə  sıx assosiasiyada rast gəlinir və adətən onunla 
qarışır. Tez-tez tenorit kuprit üzrə psevdomorfozlar, bəzən isə incə 
dispers qarışıqlar əmələ gətirir. Təbəqəli idiomorf və ya prizmatik  kris-

 
88
tallar, bəzən  radial şüalı ayrılmalar və ya xırdadənəli aqreqatlar əmələ 
gətirir. Polisintetik ikiləşmələr səciyyəvi olub, tamamilə kupritlə  əvəz 
olunan epizodik amorf tenarditə rast gəlinir. Əks olunam işıqda sarımtıl-
qəhvəyi çalarlı olub, rəngsizdir.  
Xalkopirit az miqdarda inkişaf edərək tuffitin sementində möhtə-
vilər şəklində inkişaf edir, hərdən və ya tamamilə xalkozinlə əvəz olunur 
və ya onu haşiyələndirir; həmçinin ksenomorf ayrılmalar şəklində süxur-
əmələgətirən mineralların arasında rast gəlinir, arabir isə 0,01mm-dən 
0,3-0,5 mm-dək ölçüdə dəyişən incə damarcıqlar əmələ gətirir.  
Misli qumdaşlarının geokimyəvi səciyyəsi. Müxtəlif misli stra-
tiqrafik səviyyələrdə yanaşı filiz elementləri ilə misin yayılma
 
miqda-
rının müqayisəsi göstərir ki,  elementlərin (qurğuşun, sink, kobalt, nikel, 
molibden, vanadium) ən yüksək konsentrasiyası misli filizlərin alt misli 
stratiqrafik səviyyələrində müşahidə olunur. Misin miqdarının yüksəl-
məsi ilə nikel, kobalt və molibdenin yayılma əyrilərinin qurğuşun, sink 
və vanadiumun əyrilərinə nisbətən kəskin yüksələn görüntüsü əldə edilir. 
Orta və üst misli stratiqrafik səviyyələrdə filiz elementlərinin yayılma 
əyriləri əsas səciyyə daşıyır.  
Bütün filizli horizontlarda misli qumdaşı təzahürləri  üçün nikel və 
kobalt olduqca səciyyəvi olub, onların miqdarı klarkdan yüksəkdir. 
Vanadium misli qumdaşlarının alt və orta misli stratiqrafik səviyyələri 
üçün səciyyəvi olub, orada vanadiumun miqdarı çökmə süxurlardakı 
klarkından yüksəkdir. Sirkonium və xrom öyrənilən bütün sınaqlarda 
iştirak edir, sirkoniumun miqdarı həmişə klarkdan aşağı, xrom isə klarka 
yaxın və ya ondan yüksəkdir. Berillium sınaqların hamısında iştirak 
etmir və bir hissəsi klark miqdarındadır. Qallium daim qeyd olunur və 
böyük hissəsi klark miqdarındadır. Gümüş nadir hallarda müəyyən edilsə 
də  onun miqdarı klarkdan yüksəkdir.  
Beləliklə, misli qumdaşları Naxçıvan çökəkliyinin bütün filizli 
horizontlarında kobalt, nikel və berilliumun yüksək miqdarı ilə  səciy-
yələnir. Misli qumdaşlarında vanadiumun, molibdenin, qurğuşunun, sin-
kin, nikelin və kobaltın yüksək miqdarı onlarda misin yüksək konsen-
trasiyası ilə yaxşı  korrelyasiya əmələ gətirir. 
 
 
 
 
 

 
89
BÖLMƏ 2.  QEYRİ-FİLİZ FAYDALI QAZINTILAR 
 
2.1. Dağ-kimyəvi xammal yataqları 
 
2.1.1. Daşduz 
 
Natriumun xlorlu, sulfatlı  və karbonatlı duzlarının alınmasında və 
ən vacib mənbə kimi onlardan sənaye məhsullarının istehsalında təbii 
mineral duzlardan, həmçinin yüksək minerallaşmaya malik təbii və süni 
duzlu məhlullardan istifadə edilir.  
Xörək duzunun (natrium xlorun) alınmasında  əsasən, daşduzdan 
(67,9%), göllərdə çökən duzlardan  (31,8%) və az miqdarda təbii duzlu 
məhlullardan istifadə edilir. Təyinatı  və istifadəsi üzrə duzlar yeyinti 
(ümumi istehsalın 50%-i), texniki (40%) və yem (10%) duzlarına bölü-
nür. Texniki duzlardan əsasən susuzlaşdırılmış  və kaustik soda, xlor və 
turşu, ammonium və kalsium xlorun istehsalında istifadə edilir. 
Daşduz həmçinin lak-boya, meşə-kimya, toxuculuq, sellüloz-kağız, 
dəri, metallurgiya, neft, kimya və dərman sənayesində istifadə edilir. 
Daşduzun keyfiyyət göstəriciləri  153-57 saylı Dövlət Standartının 
tələbləri ilə tənzimlənir. 
 Bu günə qədər xörək duzunun keyfiyyətini tənzimləyən yeni  döv-
lət standartları hazırlanmamışdır. Buna görə də hər bir yatağın şəraiti və 
istifadə sahəsi nəzərə alınmaqla ehtiyatların təsdiqi üçün xüsusi kondisi-
yalar hazırlanır.  
Məsələn, II növ xörək duzunda natrium xlorun miqdarı 97%-dən, I 
növ xörək duzunda 97,7%-dən, ali növdə 98,4%-dən və ekstra növündə 
isə 99,7%-dən az olmamalıdır. Texniki xörək duzunda natrium xlorun 
minimal miqdarı 97,5-98,4%, yem üçün nəzərdə tutulan duzlarda isə 90-
95% nəzərdə tutulur. Zənginləşdirməyə  məruz qalmayan daş  və çökmə 
göl duzları  təbii vəziyyətdə bu tələbatlara cavab verməlidir. Kalsium, 
maqnezium, kalium, sulfat birləşmələri və  həll olmayan qalıqda olan 
dəmir oksidi zərərli qarışıq hesab olunur. 
Azərbaycan Respublikasinda daşduz yataqları yalnız Naxçıvan 
Muxtar Respublikasının Babək rayonu ərazisində aşkar edilmişdir.  
Mineral duz yataqlarının əmələ gəlməsində iki əsas iri geotektonik 
strukturun: dağqabağı çökəkliyin və daxili geosinklinal hövzənin olması 
vacibdir. Naxçıvanın duz hövzələri ikinci tipə aiddir. 

 
90
Morfoloji quruluşuna görə daşduz yataqları layşəkilli, linzaşəkilli, 
duz kupolları, bəzən isə çatları dolduran damar və damarcıqlar şəklində 
rast gəlinir. 
Təmiz daşduzun 97-100%-i  yeyinti sənayesində istifadə edilir. 
Aşağıda ayrı-ayrı duz yataqları haqqında qısa məlumat verilir. 
 
2.1.1.1. Duzdağ (Naxçıvan)  daşduz yatağı 
 
Yataq iki sahəyə ayrılır: cənub sahə -Naxçıvan sahəsi   (uzunluğu 
2,2 km, eni 1,6 km, sahəsi 3,5 kv.km) və ondan 4,5 km şimal-qərbdə  
yerləşən Sust sahəsi (uzunluğu 1,3 km, eni 0,9 km, sahəsi 1,2 kv.km). 
Naxçıvan sahəsi. Naxşıvan  şəhərindən 12 km şimal-qərbdə 
yerləşir. 
Yatağın geoloji quruluşunda Miosen və Dördüncü dövr çöküntüləri 
iştirak edir. 
Naxçıvan MR-də Miosen çöküntülərinin tam kompleksi inkişaf 
etmişdir və 6 lay dəstəsinə ayrılır. Həmin lay dəstələrinin aşağıdan yuxa-
rıya təsviri belədir: 
I lay dəstəsi - ritmik gil layları ilə növbələşən boz,  çatlı  əhəng-
daşları, qalınlığı 5-10 m olub,  Payız kəndi yaxınlığında layın qalınlığı 
0,8 m-ə qədər azalır. 
II lay dəstəsi - qumdaşı, qravelit və konqlomerat laylı, boz, sarım-
tıl-boz və göyümtül-boz rəngli qumlu gillər, qalınlığı 175-180 m. 
III lay dəstəsi - gobud qırıntılı süxur layları ilə boz, qırmızımtıl-boz 
rəngli gil, alevrit və qumdaşlarının növbələşməsi. Muldanın mərkəzi 
hissəsində, Böyükdüz strukturunda qazılmış buruq quyularının nəticələ-
rinə görə lay dəstəsinin maksimal qalınlığı 500 m-ə çatır. Şimala doğru 
lay dəstəsinin qalınlığı 70-80 m-ə qədər azalır. 
IV lay dəstəsi - müxtəlif dənəli qum və qumdaşı laylari, həmçinin  
əhəngdaşı, mergel, alevrit və vulkan küllərinin qırmızımtıl-boz, qəhvəyi-
boz, yaşılımtıl-boz rəngli gillərlə növbələşməsi. Lay dəstəsi qalınlığı 1,5-
3,0 m olan gips və gipsli qumdaşları ilə qurtarır. Lay dəstəsinin ümumi 
qalınlığı 175 m-dir. 
V lay dəstəsi - nadir qumdaşları və gips layları saxlayan  yaşılımtıl-
boz, boz rəngli gil qatı, qalınlığı 0,1-0,3 m. Qumlar gilli, əhəngli olmaqla 
içərisində 3 daşduz layı saxlayır. Lay dəstəsinin dabanında qalınlığı 
0,35-2,9 m olan gips layları izlənilir. Lay dəstəsinin ümumi qalınlığı 17 
m-ə bərabərdir. 

 
91
Lay dəstəsinin əsasını 3 daşduz layı təşkil edir. Üst hissədə yerləşən 
I layın qalınlığı 4,4-10,34 m, orta (istismar olunan) hissədə yerləşən II 
layın qalınlığı 6,3-10,75 m və alt hissədə yerləşən III layın qalınlığı isə 
0,6-1,4 m-ə çatır. Duz layları arasındakı gilin maksimal qalınlığı I və II 
laylar arasında 9,4 m təşkil edir. II və III laylar arasındakı gilin qalınlığı 
isə 1,5 m-ə çatır. Duz layları arasında qalınlığı 0,3 m-dən artıq olmayan 
gil möhtəviləri və laycıqları müşahidə olunur.  
VI lay dəstəsi - qalınlığı 0,5 m-ə  qədər olan nadir qumdaşları  və 
gips layları saxlayan yaşıl, yaşılımtıl-boz, yaşılımtıl-sarı  və göyümtül-
boz rəngli gil qatı. Lay dəstəsinin ümumi qalınlığı 94 m-ə bərabərdir. 
Müasir çöküntülər qərbdə Duzdağ platosu daxil olmaqla bütöv-
lükdə Böyükdüz düzənliyini örtür.  
Yataq tektonik cəhətcə Böyükdüz antiklinal qırışıqlığının cənub-
şərq qanadında yerləşir. Antiklinalın oxu yatağın şimal-qərbindən keçir.  
Qeyd etmək lazımdır ki, yataqda həm duz, həm də  ətraf süxurlar üçün 
maili yatım xarakterik olub, laylar 12-15
0  
bucaq altında yatırlar. 
Aşağıda I və II duz layları üzrə kimyəvi analizin orta nəticələri 
verilir. 
 
Cədvəl 4 
Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin