Ceyranqalası sahəsində yüksək modullu boksit qeyd olunur. 187
№-li xəndəkdə 4,2 m qalınlığa А1
2
О
3
-ün miqdarı 40%-dən 57,7%-dək,
SiО
2
7-20% təşkil edir. Kəsilişin alt hissəsində 8,6 m qalınlığa А1
2
О
3
-ün
miqdarı 22,9%-dən 30,0%-dək olub, silikat modulu 1,0-ə yaxındır. 234
№-li xəndəkdə 3,0 m qalınlığa А1
2
О
3
-ün miqdarı 50,0%-dək, SiО
2
11,5-
16,0%-dək çatır. Çox ciddi hesablamalara görə boksitin P
1
kateqoriyası
üzrə proqnoz ehtiyatları 0,5 mln. ton təşkil edir. Cənubda boksitsaxlayan
blok qırılıb düşmüş və düşmə bucağı nəzərə alınmaqla 500 m-dən artıq
dərinlikdə yataraq Miosenin vulkanogen-terrigen qatı ilə örtülür.
60
Ceyranqalası sahəsindən əlavə, boksitsaxlayan horizontlar Kərki,
Qabaqdağ və Bozağıl ərazilərində, Münx-Balaoğlu tirəsində və Qabaq-
yalda aşkar olunmuşdur.
Kərki sahəsində boksitsaxlayan horizontun qalınlığı 5 m-dən 12
m-dək dəyişir. Çoxsaylı şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların
inkişafından asılı olaraq süxurlar çox qarışmış və bəzən kəsilişdə tez-tez
təkrar olunurlar. Boksitsaxlayan qat 5 km-dən artıq məsafədə şimal-qərb
istiqamətdə uzanır və digər əraziyə keçir. Cənubda sahə Devon çökün-
tülərinin çıxışları ilə sərhədlənir. Yer səthindən alınan nəticələrə görə
sahədə yüksək modullu boksit aşkar olunmamışdır. Sahə üzrə SiO
2
-nin
miqdarı 28-56% olmaqla, А1
2
Оз-ün orta miqdarı 28%-dən 36%-dək
dəyişir. Silikat modulunun və А1
2
Оз-ün miqdarının aşağı olmasına
baxmayaraq, qırmızırəngli qatda sərbəst alüminium oksidi - diaspor
aşkar edilmişdir.
Qabaqdağ və Münx-Balaoğlu sahələri Yaycı-Sədərək antiklina-
lının cənub-qərb qanadında Permin, qismən Alt Karbonun massiv əhəng-
daşları ilə mürəkkəbləşərək Münx-Balaoğlu silsiləsində yerləşir. Bu iki
sahə Alt Miosen yaşlı bazal konqlomeratlarla örtülərək bir-birindən
Devon çöküntüləri ilə ayrılır. Qabaqdağ sahəsində boksitsaxlayan ho-
rizontun uzunluğu 2 km-ə, orta qalınlığı isə 5,0 m-ə yaxındır. Burada
boksitsaxlayan qat boksitin açıq növləri ilə təmsil olunur. Şırım
sınaqlarının nəticələrinə görə SiO
2
-nin miqdarı 26-45% olmaqla, А1
2
Оз-
ün orta miqdarı 28%-dən 32%-dək təşkil edir.
Münx-Balaoğlu sahəsində Karbon və Permin təması 2,5 km-dən
çox məsafədə uzanır, lakin boksitsaxlayan horizont ancaq onun şimal-
qərb hissəsində 1800 m-ə yaxın uzunluqda izlənilir. Qalan hissələrdə
boksitsaxlayan horizont diabaz, qabbro diabaz tərkibli daykaşəkilli
layarası ineksiyaya assimilyasiya olunmuşdur. Horizontun orta qalınlığı
2,5-3,5 m olub, ümumi yatımı 25-40
0
bucaq altında cənub-qərbədir.
Tekstur və struktur əlamətlərinə görə burada boksitli qat süxurlarının
bütün növləri ayrılır. Boksitin mineraloji forması diaspor-şamozitdir.
А1
2
Оз-ün miqdarı 26-34%, SiO
2
-nin miqdarı isə 20-40%-dir.
Bozağıl sahəsi struktur vəziyyətinə görə Kərki sahəsinə oxşardır.
Bütövlükdə qeyd etmək lazımdır ki, boksitsaxlayan süxurların kəsilişin-
də silikat modulu 2,1-dən yuxarı olan boksitlər - allitlər və siallitlər
iştirak edir. Boksitlər kəsilişdə müəyyən yer tutaraq onun üst hissəsində
yerləşir. Allitlər və siallitlər əsasən kəsilişin orta və alt hissələrində
təşəkkül tapmışdır. Bir sıra sınaqlarda alüminium oksidinin yüksək
61
miqdarı ilə bərabər kvarsın da yüksək miqdarı qeyd olunur ki, bu da
görünür, terrigen kvarsla əlaqədardır.
Ç.M.Xəlifəzadə, V.D.Axundov və İ.A.Babayevin (1982-1986)
məlumatlarına görə boksit süxurlarının mineraloji tərkibi mikroskopik,
rentgenodifraktometrik, termik, kimyəvi və digər üsullarla öyrənilmişdir.
Öyrənilmiş boksitlərdə əsas süxur əmələgətirən minerallar sərbəst
alüminium oksidi-diaspor və qismən bemit mineralı, dəmir mineralların-
dan-hetit, hematit və şamozit, kaolinit, titanın minerallarından - rutil,
anataz və leykoksen sayılır. Rentgenofaza analizinin köməyi ilə dəmir
oksidinin və hidrooksidinin mineralları arasında alüminium-hetit, alümi-
nium-hematit modifikasiyaları müəyyən edilmişdir ki, bu da boksitdə
sərbəst alüminiumun bir hissəsinin dəmir oksidi minerallarının struk-
turunda izomorf xarakterdə olduğunu təsdiq edir.
Şərur rayonundakı boksitlərdə aşağıdakı aksessor minerallar: kar-
bonatlar (kalsit, dolomit və siderit), seolit, sirkon, turmalin və kvars
müəyyən edilmişdir. Hərçənd bu minerallar bir paragenezdə rast gəlsələr
də, lakin müxtəlif mənşəli olub, boksitin litogenezi zamanı müxtəlif
mərhələlərdə əmələ gəlmişdir.
Mikroskop altında boksitlər 0,1-0,005 və 0,25-0,5 mm ölçülü ayrı-
ayrı oolitdən və pizolitdən ibarətdir. Pizolitlər şamozit-silisiumlu və
kaolinit-hetitli kütlə ilə sementlənmişdir. Sementin bir hissəsində priz-
matik şəffaf diaspor kristalları qeyd olunur. Bir sıra oolitlərdə o, boksitin
əsas sement kütləsində yerləşir. Oolitlər başlıca olaraq hetitlə mürəkkəb-
ləşmişdir. Hərdən pizolitin mərkəz hissəsi diaspordan, xarici hissəsi isə
hetit-hematitdən ibarət olur. Boksitli və dəmirli mineralların kaolinləş-
məsi geniş inkişaf etmişdir. Diagenez və katagenez mərhələsində boksit-
saxlayan layların böyük bir hissəsində sərbəst alüminium oksidləri
kaolinitə çevrilmişdir.
Beləliklə, Şərur boksitlərində əsas süxurəmələgətirən minerallar
kaolinit, diaspor, hetit və hematit hesab olunur. İkinci dərəcəli minerallar
şəklində kvars, xalsedon, kalsit, gips, seolit, şamozit və türinqit iştirak
edir. Aksessor minerallardan terrigen və autogen qarışıq şəklində anataz,
sirkon, turmalin, rutil, titanit, ilmenit müəyyən olunmuşdur.
Boksitlərdə və boksitli süxurlarda alüminium oksidinin miqdarı
həmişə yüksək olmayıb, silisium və dəmir oksidləri ilə zənginləşirlər.
Silikat modulu daşlı
boksitlərdə 2-9-a bərabərdir. Əsas komponentlərin
miqdarı aşağıdakı kimi ifadə olunur: А1
2
Оз - 40-74%, SiO
2
- 8-18%,
Fe
2
O
3
- 1,5-28%, TiO
2
- 2-6%. Ayrı-ayrı sınaqlarda СаО və MgO-nun
62
yüksək miqdarı qeyd olunur ki, bu da şamozitin və bəzən xloritin iştirakı
ilə əlaqədardır. СаО ancaq aşınmış boksitlərdə qeyd olunur ki, bu da
kalsit və gipslə əlaqədardır. Aşınmış boksitlərdə qələvilərin -7,0%-ə
qədər yüksək miqdarı müəyyən olunmuşdur ki, bu da törəmə seolitlərin
iştirakı ilə şərtləndirilir (Ç.M.Xəlifəzadə və başqaları , 1986).
Boksitdə vanadiumun, tantalın, niobiumun, qalliumun miqdarı on-
ların çökmə süxurlardakı miqdarından yuxarı deyildir. Sirkonium daşlı
boksitlərlə əlaqədar olub, miqdarı 600 q/t-a çatır və qeyd olunan elemen-
tin miqdarı platformalardakı boksitlərin tərkibində olan miqdarına
uyğun gəlir.
Şərur filiz rayonundakı boksitlər titanın həddindən artıq qarışıq
yayılması ilə səciyyələnir. Ayrı-ayrı sınaqlarda titanın konsentrasiyası
klarkdan 12-13 dəfə çox olub, bu süxurlarda olan alüminiumun miqda-
rından 2-3 dəfə yüksəkdir. Ç.M.Xəlifəzadə və başqalarının (1986)
materiallarına görə, Araz struktur-metallogenik zonasındakı boksitlərin
Ural, Timan, Qazaxıstan və Salair boksitləri ilə müqayisəsi göstərir ki,
bu boksitlər ТiО
2
ilə daha çox zənginləşmişdir. Bu da həmin elementin
ilkin ana süxurlardakı konsentrasiyası ilə əlaqədardır.
Qeyd etmək lazımdır ki, dünyadakı sənaye əhəmiyyətli boksit
yataqları 2-3% ТiО
2
saxlayır. ТiО
2
-nin miqdarı 4-7% olan boksit
yataqları məlumdur və onlar yüksəktitanlı hesab olunur. Xüsusi ilə
Hindistanda titanla zəngin çoxlu yataqlar vardır ki, onlarda titan oksi-
dinin miqdarı 8-15% təşkil edir. Şərur filiz rayonunun boksitlərində
ТiО
2
-nin
miqdarı 2-6%
olub,
yüksəktitanlı növə aid edilir. ТiО
2
-nin
yüksək konsentrasiyası Ceyranqalası sahəsinin yaşılımtıl-boz rəngli
daşlı
boksitlərində müəyyən edilmişdir. Burada titan oksidinin orta
miqdarı 3,2-3,5% həddində dəyişir. Titan oksidinin 6%-ə qədər mak-
simal konsentrasiyası boksitin minerallarında müşahidə olunmur.
Görünür, titan oksidinin əksər hissəsi izomorf qarışıq şəklində alümi-
niumun və dəmirin minerallarında yerləşir. Titanın minerallarından rutil,
anataz və leykoksen müəyyən edilmişdir.
1.6.1.3. Boksit laylarının əmələ gəlmə şəraiti
Boksitin əmələ gəlmə prosesi çoxmərhələli olsa da, filizçökmənin
özü bütövlükdə bir mərhələdə baş vermişdir. Birinci mərhələdə fun-
damentin metamorfik qatının hesabına laterit əmələgəlmə baş vermişdir.
Daşınma sahəsi cənub, bəzən isə şimal hesab olunur. Yenidən çökmə
63
prosesi və alüminiumun lay və linza şəklində Karbon və Permin hüdud-
larında çökməsi ikinci mərhələyə aid edilir. Üçüncü mərhələ üçün
diagenez və epigenez proseslərinin və metamorfizmin təsiri ilə boksitin
əmələ gəlməsi səciyyəvidir. Orogen mərhələdə boksit qatı intensiv
deformasiyaya uğramış, çoxsaylı bloklara ayrılmış, nəticədə qalxmış
bloklar eroziya nəticəsində yuyulmuş, düşən bloklar isə Neogen çökün-
tüləri ilə örtülmüşdür. Axırıncı proses bu regionda boksitə axtarış və
kəşfiyyat işlərinin aparılmasını mürəkkəbləşdirmişdir.
Yuxarıda qeyd olunanları təsdiq etmək üçün aşağıda qeyd olunan
cəhətləri aydınlaşdırmaq lazımdır.
Paleozoyun ilkin və son dövrləri üçün Araz zonası Anadolu-İran
epibaykal subplatformasının şimal kənarı kimi təsəvvür edilir.
Araz
zonası şimalda Zəngəzurla, cənubda isə Cənubi Azərbaycan kristallik
fundamenti ilə sərhədlənir.
Laterit aşınma qabığı Anadolu-İran epibaykal subplatformasının
şimal hissəsində tektonik aktivliyin stabilləşməsi, Karbon və Permin
hüdudlarında iqlimin kəskin istiləşməsi nəticəsində əmələ gəlmişdir.
Laterit qabıq Kembriyəqədər kristallik fundamentin massivi hesabına
əmələ gəlmişdir.
Orta və Üst Karbonda Araz zonası qalxmış, dəniz sedimentasiyası
çox da böyük olmayan dərin çökəkliklərdə saxlanılmışdır. Bu dövrdə
laterit qabığının dağılması və daşınması prosesi baş vermiş, onun su
şəraitində nəqli və terrigen material şəklində Orta Karbon yaşlı
əhəngdaşlarının kələ-kötür səthində yenidən çökməsi baş vermişdir.
Boksit çöküntülərinin çökmə yolla əmələ gəlməsini boksit süxurla-
rının laylılığı və stratiformluluğu, onun çökmə qatın arasında yatması,
həmçinin filizin paxlaşəkilli teksturası və sair təsdiq edir.
Beləliklə, boksit yatağı dənizətrafı azsulu göllərdə laterit aşınma
qabığı məhsullarının mexaniki yuyulması və yenidən çökməsi nəticəsin-
də lay şəklində əmələ gəlmişdir. Daha zəngin daşlı boksitlər mürəkkəb
fasial quruluşa malik olub, uzunluğu onlarca metrdən yüzlərlə metrədək
çatan linzaşəkilli formalara malikdir.
Bütövlükdə, boksitin əmələ gəlməsi aşağıdakı prosesləri əhatə
edir: lateritəmələgəlmə; yuyulma və yenidən çökmə; çöküntülərin ter-
rigen material şəklində sahilyanı-dəniz və laqun-göl şəraitində çökməsi;
diagenez, epigenez; orogenez, boksit laylarının eroziya nəticəsində
dağılması və batmış boksit laylarının enmiş bloklarda Miosenin terrigen
çöküntü qatı ilə örtülməsi.
64
1.7. Maqneziumlu karbonat filizləri
1.7.1. Dolomit yataqları
Trias yaşlı dolomit formasiyasının yataqları Araz struktur-metallo-
genik zonasında geniş inkişaf etmişdir.
Araz struktur-metallogenik zonasının dolomitləri Üst Triasa aid
olub, onun quruluşunda Şərur-Culfa antiklinoriumunun Çalxanqala,
Qarabağlar, Axura və Hehrəm massivləri iştirak edir.
Faydalı qat qalınlığı 600 m-dən çox olan təmiz dolomitlərlə təmsil
olunur və gilli-karbonatlı süxurlar qatını örtür. Litoloji cəhətcə faydalı
qazıntı qatı qalınlaylı, massiv, tamamilə eynicinsli dolomitlərlə təmsil
olunur. Dolomit yatağının əmələ gəlməsi ensiz rift hövzəsində kalsium,
maqnezium və karbon qazının gətirilməsi və çökməsi hesabına baş
vermişdir.
Mineral xammal kimi dolomitlər Araz çayının sol sahilində Culfa
dərəsində aşkar edilmiş və Nehrəm qrupu (I, II və s.) yataqları ilə təmsil
olunurlar.
1.7.1.1. Nehrəm yatağı
Bir-birindən 2 km məsafədə yerləşən hər iki yataq Nehrəm yaylasında
aşkar edilmiş, axtarış və kəşfiyyat işləri aparılmışdır. Onlar Naxçıvan MR-
də Araz çayının sol sahilində, Nehrəm kəndindən 8 və 10 km cənub-şərqdə,
Dərəşam dəmir yol stansiyasından 2-3 km şimalda yerləşir.
Nehrəm I dolomit yatağında 1953-54-cü illərdə F.A.Axundov
tərəfindən 1,5 kv.km sahədə odadavamlı xammal kimi kəşfiyyat işləri
aparılmışdır. Müəllif variantında balansa daxil edilən ehtiyatlar B+C
1
kateqoriyaları üzrə 3,8 mln. m
3
və ya 10,8 mln. ton təşkil etmişdir. Qeyd
olunan yataq 1963-65-ci illərdə H.H.Hüseynov və E.M.Mütəllibov tərə-
findən yüksək möhkəmlikli yol çınqılı kimi öyrənilmişdir. Kəşfiyyat
işləri nəticəsində ehtiyatın sərhədləri genişləndirilmişdir. Nəticədə
Geologiya İdarəsinin Məhəlli Ehtiyatlar Komissiyası tərəfindən (pro-
tokol № 6, 23.12.1966) dolomitin А+С
1
kateqoriyaları üzrə ehtiyatları
42277 min m
3
həcmində qəbul edilmişdir. Nehrəm I yatağından 1,5-2,0
km məsafədə yerləşən Hüseynqalası dağında dolomitin С
2
kateqoriyası
üzrə 323264 min m
3
həcmində əlavə ehtiyatları müəyyən edilmişdir.
65
Nehrəm II yatağı 1966-67-ci illərdə Q.M. Krentsel tərəfindən
Naxçıvan daşduz yatağından istifadə etməklə susuzlaşdırılmış soda və
kombinə edilmiş sxem üzrə maqnezium oksidinin alınması məqsədilə
öyrənilmişdir. Yatağın А+В+С
1
kateqoriyaları üzrə ehtiyatları 143593
min ton miqdarında Geologiya İdarəsinin ETŞ-da (protokol № 12,
13.04.1971) təsdiq edilmişdir. 1971-ci ildə aparılan əlavə yarımsənaye
tədqiqatları nəticəsində texnoloji sxem işlənib hazırlanmış və susuzlaş-
dırılmış soda ilə paralel olaraq maqnezium oksidinin alınması məqsədilə
Naxçıvan soda zavodunun tikintisi nəzərə alınmışdır.
1972-1973-cü
illərdə yataqda T.M.Seyidov tərəfindən 1 km uzunluğu, 500-600 m eni
olan sahədə ilkin kəşfiyyat işləri aparılmışdır. Dolomitin С
1
kateqoriyası
üzrə ehtiyatları 126 mln. ton, С
2
kateqoriyası üzrə ehtiyatları isə 104
mln. ton hesablanmışdır. Sonradan Nehrəm II yatağında əlavə kəşfiyyat
işləri aparılmış və ehtiyatlar artırılaraq В+С
1
kateqoriyaları üzrə 143
mln. ton təşkil etmişdir.
Nehrəm qrupu yataqları ən iri maqnezial karbonat-dolomit yataq-
ları sayılır və kimyəvi tərkibinə və fiziki-mexaniki xüsusiyyətlərinə görə
onlar sənayenin tələblərinə cavab verərək yüksək möhkəmlikli yol və
tikinti çınqılı, susuzlaşdırılmış soda və kombinə edilmiş sxem üzrə
maqnezium oksidinin alınmasında istifadə edilə bilər. Araz zonası
dolomitlərinin proqnoz ehtiyatları P
1
kateqoriyası üzrə onlarca, yüzlərlə
milyard ton təşkil edir və regionda maqnezium ehtiyatları üzrə çox
perspektivli sayılır.
Struktur cəhətdən hər iki Nehrəm yatağı Culfa antiklinalının şimal-
şərq qanadında öyrənilmişdir. Dolomit sahəsinin geoloji quruluşunda
Orta-Üst Triasın çöküntüləri və Yura yaşlı vulkanogen süxurlar iştirak
edir. Orta Trias çöküntüləri yatağın qərb hissəsində müşahidə olunur və
qalınlığı 120 m-dən yuxarı olan gilli-karbonatlı litofasiya ilə təmsil
olunur. Nehrəm yatağında faydalı qazıntını təşkil edən Üst Triasın
dolomitləri Orta Triasın çöküntüləri üzərində uyğun yatır və Alt Yuranın
vulkanogen qatı ilə tranqressiv örtülür. Ayrı-ayrı sahələrdə dolomitlər
fasilələrlə Paleogen və Neogenin vulkanogen qatı ilə örtülür. Alt Yuranın
vulkanogen qatı andezitlə, andezit-bazaltla, diabazla, həmçinin onların
tufları, tuffitləri və qumdaşları ilə təmsil olunur.
Dolomit qatının aşağı hissəsində qırılma boyu dik yatımlı (70°),
qalınlığı 15 m-ə qədər olan müxtəlif formalı peridotit ineksiyası qeyd
olunur.
66
Dolomitlər bütövlükdə, massiv və xarici görünüşünə görə qalın-
laylı olub, quruluşuna və rənginə görə eynicinslidir. Üst Triasın dolomit-
ləri aşağıdan yuxarıya üç dəstəyə ayrılır:1) qızılgülü-boz rəngli dolo-
mitlərlə növbələşən tünd-boz və boz rəngli dolomitlər, qalınlığı 740 m;
2) tünd-boz rəngli, qalınlaylı, kavernalı (boşluqlu) dolomitlər, qalınlığı
80 m; 3) boz rəngli nadir dolomit laycıqlı qızılgülü-boz rəngli, dənəli
dolomitlər, qalınlığı 80 m. Tektonik pozulma boyu dolomitlər çatlı və
brekçiya görünüşlüdür.
Mikroskop altında dolomitlərin arasında incədənəli, xırdadənəli,
incə-xırdadənəli, ortadənəli, qeyribərabərdənəli və brekçiyagörünüşlü
növləri ayrılır. Onların hamısı bir-biri ilə sıx əlaqədə olan romboedrik
formalı dolomit dənələri ilə mürəkkəbləşmişdir. Onların ölçüləri çox
müxtəlifdir. Ayrı-ayrı dolomit dənələri cüzi dərəcədə (1,5%) gil hissəcik-
ləri ilə çirklənmişdir. Bəzən dolomit dənələri arasında silisli materiala
rast gəlinir. Xırda çatlar kvars və dəmir hidrooksidi ilə dolmuşdur.
Morfoloji cəhətdən dolomitlər iri layşəkilli yatım, daha doğrusu
qat əmələ gətirərək, monoklinal formada 25
0
-dən 75°-dək, adətən 30-
35° bucaq altında şimal-şərq istiqamətdə yatırlar.
Dolomitlərdə MgO-nin miqdarı 17,0%-dən 23,31%-dək, yataq
üzrə orta göstərici-20,5%; СаО 26%-dən 33,74%-dək, orta göstərici -
30,8%, SiO
2
0,01%-dən 3%-dək, orta göstərici -2,11%; Fe
2
O
3
0,09%-
dən 1,0%-dək, orta göstərici - 0,47%; А1
2
О
3
0,1%-dən 0,3%-dək, orta
göstərici - 0,17%; SO
3
izdən 0,2%-dək, orta göstərici -0,06% təşkil edir.
Spektral analiz vasitəsi ilə dolomitdə az miqdarda rubidium,
litium, titan, beril, qallium, ittrium, stronsium və vanadium müəyyən
edilmişdir. Qeyd etmək lazımdır ki, dolomitlərin iri ehtiyatlara malik
yataqlarında MgO-nin miqdarının orta hesabla 20,5% olması metallurji
maqnezium istehsalı cəhətdən böyük maraq kəsb edir.
Yarımsənaye tədqiqatları ilə müəyyən olunmuşdur ki, Nehrəm
yatağının maqnezial karbonatları kimyəvi tərkibinə görə susuzlaşdırılmış
soda və metallurji maqnezium oksidi istehsalı üçün yararlıdır. Öz
növbəsində maqnezium oksidi maqnezial xromit kərpiclərin, poladəritmə
sobaları üçün xrom-maqnezial odadavamlı kərpiclərin və digər material-
ların istehsalı üçün istifadə oluna bilər. 6,2 m diametrli şaxta sobalarında
dolomitin (40-120 mm fraksiyalı) bişirilməsi zamanı bişmə dərəcəsi 95%
təşkil edir. Dolomit əhəngi orta sönən növə aid edilir.
Yuxarıda qeyd olunduğu kimi, Nehrəm yatağının dolomitləri me-
tallotermik üsulla metallik maqneziumun alınması üçün tədqiq edilmiş
67
və nəticədə təmizliyi 99,98% olan maqneziumun çıxımı 91-92% təşkil
etmişdir. Göründüyü kimi, Nehrəm yatağının dolomitləri geniş istifadə
sahələrinə malik olub, ehtiyatları böyük istehsal gücünü təmin etməyə
qadirdir.
Araz zonasının dolomitləri əvvəlki tədqiqatçılar tərəfindən daha
bəsit şəkildə təhlil edilmişdir. Onlar tərəfindən sonradan diagenezə
məruz qalan ilkin-çökmə hemogen dolomitlər ayrılmışdır. Təbii ki, biz
də bu cür yanaşmanın tərəfdarıyıq. Lakin sual yaranır: 1) nə üçün məhz
dolomitlər əmələ gəlmişdir, həm də çox qalın laylı və uzun məsafədə
izlənilən; 2) bu qədər nəhəng (çox böyük) həcmdə maqnezium və həm-
çinin kalsium haradan daxil olmuşdur; 3) nə üçün hövzədə terrigen
materiallar birdən yoxa çıxmış və hövzə çox dərin olmuşdur və s.
Ş.Ə.Əzizbəyova (1961) görə Üst Permdə təmiz dolomit növlərinin əmələ
gəlməsi sahilə şirin suların daxil olmaması ilə əlaqələndirilir. Bu terrigen
materialın olmaması ilə izah edilir. Lakin o, hövzənin dərinləşmə
səbəbini və çöküntü materialının mənbəyinin səbəbini izah etməmişdir.
Araz zonasının inkişaf tarixi onun çoxsulu hövzədə karbonatlı, silisli
karbonatlı və maqneziumlu-karbonatlı fasiyanın inkişafı və az qalınlıqlı
terrigen fasiyanın iştirakı ilə səciyyələnir.
V.N.Nağıyevin ehtimalına görə, məlum Vedi-Naxçıvan tikiş zona-
sı Devon dövründə enmiş və gec paleozoyda (Perm, Trias) inkişaf
etmişdir. Bu dövrdə Araz zonasında uzunluğu bir neçə yüz kilometrə
çatan ensiz rift strukturu formalaşmağa başlamışdır. Riftin ən böyük
dərinliyi Araz çayının məcrasına uyğun gəlir. Bunu Perm və xüsusi ilə
Trias çöküntülərinin qalınlığı təsdiq edir. Riftdə dərinlik qırılması üst
mantiyanın üst layına qədər çatmış, onunla Triasda hövzəyə maqnezial-
karbonatlı termal sular daxil olmuşdur. Yurada spilit-diabazlar, Təbaşir
dövründə isə ultrabazitlər formalaşmışdır. Qabbroidlər və peridotitlər
Araz çayında və Çalxanqala sahəsində məlumdur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq dolomitin əmələ gəlmə
şəraiti bizim tərəfimizdən aşağıdakı kimi təhlil edilir:
1. Araz zonası Trias, Yura və Təbaşir dövründə rift rejiminin
inkişafına uyğun gəlir;
2. Maqnezium, kalsium və karbon qazının mənbəyi mantiya, daha
doğrusu, ultrabazit maqmanın səviyyəsindən daxil olan maqneziumlu-
karbonatlı-termal sular hesab olunur;
68
3. Dolomitin əmələ gəlməsi su şəraitində çöküntülərin daxil olma-
sı, çökməsi və diagenezi nəticəsində dar riftdə, lakin çox uzun hövzədə
baş vermişdir.
Yuxarıda qeyd olunan cəhətləri
nəzərə alaraq müəlliflər tərəfindən
Araz zonasının dolomitləri riftogen çökmə genetik tipə aid edilir.
1.8. Kobalt filizləri
1.8.1. Kotam yatağı
Kotam skarn-mis-kobalt filiz yatağı Araz çayı hövzəsində, çayın
sol yamacında, Ordubad filiz rayonunda, Kilit və Kotam kəndlərinin
yaxınlığında, Kilit və Kotam sahələri olmaqla iki sahədə izlənilir. Kotam
sahəsi bir qədər dəqiq öyrənilmişdir. Burada V.İ.Leontyev (1949)
tərəfindən geoloji-kəşfiyyat işləri aparılmışdır. Kilit sahəsi 1964-cü ildə
M.A.Ağasıyev tərəfindən aşkar edilmişdir. Bu sahədə geoloji işlər
fasilələrlə davam etdirilmiş və bu gün də davam etdirilir.
Yataq Ordubad plutonunun ekzotəmasında skarnlaşmış və buynuz-
daşı əmələ gəlmiş zonada formalaşmışdır. Yataq ərazisində rast gəlinən
çöküntülər Alt Turon yaşlı qumlu-argillit qatı, Alt və Üst konyakın
mergelli-argillit qatı, Üst Konyakın əhəngdaşları, Alt Santonun tufogen
qatı və plutona tərəf şimal-şərq istiqamətdə 15-30° bucaq altında yatan
şimal-qərb istiqamətli qırışıqlıqda əzilmiş Kampan yaşlı mergelli-argillit
qatı ilə təmsil olunmuşdur.
Ə.H.Babayev (1975), M.Ə.Qaşqay, M.A.Ağasıyev (1976), Ş.Ə.Əziz-
bəyov (1961), S.Ə.Bəktaşi, T.H.Hacıyev və başqalarının məlumatlarına
görə, plutonun cənub-qərb təmas zonasında eni 200 m-dən 1000 m-dək
olan zolaqda ətraf süxurlar güclü metamorfikləşmiş və nəticədə müxtəlif
kontakt metasomatitlər - qranat-epidotlu skarnlar, epidozitlər, buynuz-
daşları və mərmərlər əmələ gəlmişdir. Stratiforma yaxın kobaltlı və misli
sulfid zonaları yuxarıda qeyd olunduğu kimi ekzotəması haşiyələndirən
Üst Təbaşir yaşlı müxtəlif süxurlara və plutonu əhatə edən və ondan
şaxələnən kiçik diorit, kvarslı diorit və digər maqmatik süxur massiv-
lərinə aid edilir.
Stratiform tipli Kotam mis-kobalt zonası 10-20° bucaq altında
yatır və 0,05-0,8 m, nadir hallarda 1,5-2,0 m ölçülü yuva və linzaşəkilli
cisimlər, qalınlığı 1-10 sm olan damarcıqlar və sulfid möhtəviləri, əsasən
dağ kütləsinin 7-18%-i həcmində pirit və xalkopirit saxlayan güclü
69
parçalanmış, bəzən brekçiyalaşmış, kvarslı epidot-qranat skarnlarla
təmsil olunur.
Stratiform tipli Kotam sulfid filiz zonası Kotam çayının hər iki
yamacında uzanma istiqamətində 960 m, düşmə istiqamətində isə müasir
eroziya kəsilişində 300 m izlənilmişdir. Gözlənilən yatım dərinliyi 500-
700 m olmaqla zonanın qalınlığı 10 m-dən 80 m-dək dəyişərək, orta
hesabla 35 m təşkil edir. Yer səthindən alınan məlumatlar əsasında
Ə.H.Babayev tərəfindən onun hüdudlarında orta qalınlığı 18,3 m, misin
orta miqdarı 0,35%, kobaltın miqdarı 0,056% olan daha zəngin hissələr
ayrılmışdır.
Kotam zonası Kampanın skarnlaşmış çöküntülərinin altında yatır,
qalanları isə onların arasında aralıq mövqe tutur. Eroziya kəsilişinin ən
aşağı hissəsində, zonada misin miqdarı 0,4-0,5%-ə, kobalt isə 0,12%-ə
çatır. Bunu nəzərə alaraq, M.A.Ağasıyev böyük ehtimalla Üst Təbaşir
çöküntülərinin və Alpaqədər buynuzdaşlarının transqressiv sərhədlərinin
səviyyəsindən aşağıda mis-kobalt filizinin sənaye əhəmiyyətli konsentra-
siyasının toplandığını qeyd edir.
Kilit sahəsində yer səthində müvafiq olaraq 320, 100 və 20 m
izlənilən üç zona (№№ 1, 2, 3) aşkar edilmişdir. Onların intruziyanın
sərhədindən uzaqlığı müvafiq olaraq 300, 400 və 250 m təşkil edir.
Eroziya kəsilişinin daha dərin hissələrində, daha doğrusu, intruziyanın
sərhədindən 200-300 m məsafədə misin miqdarı 0,4- 0,5%-ə, kobalt isə
0,12%-ə çatır. Qeyd olunan zonaların orta qalınlıqları 5,7; 8,6 və 3,0 m
olmaqla, misin orta miqdarı müvafiq olaraq 0,22; 0,05 и 0,43%, kobalt
isə 0,085; 0,04 və 0,115% təşkil edir. 3 №-li zonada buynuzdaşlarının
altında misin və kobaltın miqdarı yüksəkdir.
Bütövlükdə, yataq üzrə qeyd olunan təmas zonası ərazisində qa-
lınlığı 20 m-dən 100 m-dək olan zəngin filiz cismi toplanmışdır. Filiz
yığımları bütün zona üzrə linzagörünüşlü, ləkəli-möhtəvi cisimlər və
damarcıq-möhtəvi ştokverk zonalar əmələ gətirərək qeyri-bərabər pay-
lanmış yuvalar, damarcıqlar və möhtəvilərlə təmsil olunur.
Ə.İ.Mahmudovun (1982) məlumatlarına görə, hipogen filizin teks-
turu möhtəvi, massiv, brekçiyagörünüşlü; strukturu isə dənəli por-
firgörünüşlü növlərlə təmsil olunur. Yenidən kristallaşma və əvəzetmə
halları geniş yayılmışdır. Yataqda skarn, maqnetit-hematit, kvars-pirit və
çoxsulfid mərhələləri ayrılır.
70
Skarn mərhələsində skarn minerallarının: diopsid, ortit, andradit,
epidot, kalsit I, qrosulyar və digər mineralların formalaşması baş vermiş-
dir.
Maqnetit-hematit minerallaşma mərhələsi kvars I, pirit və xalko-
pirit I-in müşayiəti ilə epidotlu, kalsit II, maqnetitli, hematitli, muşke-
tovitli, piroksen-qranat skarnlarının əmələ gəlməsi ilə ifadə edilir.Kvars-
pirit mərhələsi kvars I, pirit II və xalkopirit II ilə təmsil olunur.
Çoxsulfid mərhələsində kalsit III, kvars II, qalenit, molibdenit,
markazit və digər mineralların ayrılması baş verir.
Kotam yatağının filizləri kompleks olub, kobaltla bərabər mis,
bəzən isə nikel saxlayır.
Kotam yatağında skarn-mis-kobalt filizləşməsinin lokallaşması
kontakt-metasomatik tipə aid edilir.
Dostları ilə paylaş: |