Kilit-Kotam filiz sahəsinin metallogenik xüsusiyyətləri (V.N.Nağıyevə görə)
Genetik olaraq əsasi tərkibli
maqma ilə əlaqədar olan ilkin
hidrotermal yataqlar (üst eosen)
Genetik olaraq əsasi tərkibli maqma ilə əlaqədar olan ilkin
hidrotermal yataqlar (oliqosen-miosen)
Filizçö
km
ə
müh
iti
Silisli-oksigenli
W(Sn, Mo) Qalay-molib-
den-volfram yataqları
sulfidli
Си-Co (Ni) mis-kobalt yataqları
Pb, Zn gec
mərhələnin
qurğuşun-sink
filizləşməsi
Мо (Си)
molibden-mis
porfir yataqları
Си (Мо) mis-porfir
yataqları
Yataqlar
Kilit-Kotam yatağı
Kilit kvars-
volfram yatağı
Qızılçınqıl yatağı Gənzəçay sahəsinin
bir sıra təzahürləri
Metasomatitlər
Skarnlar, epidozitlər, mərmərlər,
xloritlər, silisli süxurlar
Silisləşmə, kvarslaşma, kalişpatlaşma, qreyzenləşmə,
aplitləşmə, buynuzdaşları
Əsas minerallar
Pirit, xalkopirit, kobaltin,
kobaltpirit
Kvars-şeelit, vol-
framit, kassiterit,
povellit, qalenit,
sfalerit
molibdenit,
xalkopirit, pirit
xalkopirit, pirit,
molibdenit
Maqmanın tərkibi
Əsasi differensasiya
Orta diferensasiya
Maqmatik formasiyalar
Qabbro-monsonit-diorit
Qranodiorit-porfir
Yataqların genetik tipləri Kontakt-metasomatik, məxsusi hidrotermal, plutonogen-hidrotermal yataqlar
Geotektonik mövqe
Paleogen dövründə İran mikroplitəsinin kənar hissəsində tektono-maqmatik aktivləşmə
35
36
Lakin, istənilən halda Qızılçınqıl yatağı dərinlikdə kembriyə-
qədərki fundamentə daha yaxındır.
2 №-li buruq quyusunun 591-630 m intervalında basdırılmış
qranodiorit intruzivi aşkar edilmişdir. İntruziv süxurlar iridənəli olub,
hipidiomorfdənəli struktura malikdir.
Qızılçınqıl yatağı en istiqamətinə yaxın şimal-qərb istiqamətli
Kotam antiklinalının tağ hissəsinə və diorit-porfirit və qranodiorit-porfir
tərkibli daykalar seriyasının inkişaf etdiyi uzununa Kilit qırılma zonasına
aid edilir. Yataqdan keçən şimal-qərb istiqamətli qırılmalar seriyası uzun
məsafədə izlənilir. Bu qırılmalar plutonun təmasına tərəf 20 m-dən 200
m-dək amplituda ilə qalxaraq şimal-şərq istiqamətdə pilləşəkilli bloklar
əmələ gətirir. Qırılma boyu əzilmə, brekçiyalaşma və metasomatizm
hadisəsi müşahidə olunur. Qırılma zonalarının qalınlığı 2 m-dən 30 m-
dək dəyişir. Zonaların yatımı şimal-şərqə 70-80
0
bucaq altındadır.
Yataqdakı süxurlar ştokverk sistemi əmələ gətirən müxtəlif istiqa-
mətli intensiv çatlılığa məruz qalmışdır.
Filiz cisminin morfologiyası. Qızılçınqıl yatağında filiz cisminin
aşağıdakı morfoloji müxtəliflikləri məlumdur: 1) ştokverk, 2) damar və
3) skarnlarda lay ineksiyası.
Damar cisimləri və lay ineksiyası volfram, bəzən molibdenlə
birlikdə qalay filizləşməsi daşıyır. Onlar sahənin şərqində yerləşir və
Kilit kvars-volfram filiz yatağı adlanır. Volfram filizləşməsi ştokverk
tipli filizlərdə də qeyd olunur (Volfram və qalay bölməsinə bax).
Ştokverk damarcıq-möhtəvi molibden-mis porfir filizləri sahənin
mərkəzində və qərb hissəsində formalaşmış və həmçinin şərq sahəni də
əhatə edir. Ştokverk tipli filizlər molibden-mis-porfir filizlərindən daha
çox volfram-molibden mis-porfir filizlərinə uyğun gəlir. Bunu Qızıl-
çınqıl ştokverk yatağının üst horizontunda kvars-volfram damarları ilə
birlikdə molibdenin də olması təsdiq edir.
Beləliklə, Qızılçınqıl yatağında filizləşmə ştokverk səciyyəsi
daşıyır.
Filizləşmənin yerləşməsində litoloji mühit daha vacib rol
oynayır. Belə ki, çox möhkəm buynuzdaşları terrigen material qarışıqlı
terrigen-karbonatlı süxurların hesabına əmələ gəlmişdir. Damarcıqlar
çox incə olub, müvafiq olaraq misin və molibdenin miqdarı yüksək
deyildir. Skarnlarda və silisləşmiş tuffitlərdə isə misin və molibdenin
miqdarı yüksəlir.
Ekran rolunu oynayan mərmər laycıqları və mərmərləşmiş əhəng-
daşları müşahidə olunur. Qranodiorit-porfir daykalar həm filiznəzarət-
37
edici, həm də müəyyən sahələrdə filizekranlaşdırıcı struktur rolunu oynayır.
Molibden-mis filizləşməsinin ən yüksək konsentrasiyası qranodiorit intruzi-
vinin zalbandında metamorfizləşmiş, skarnlaşmış, terrigen-karbonatlı su-
xurlarda (2 №-li buruq quyusu, interval 433-550 m) qeyd olunur.
Yuxarıda göstərildiyi kimi yer səthində ştokverk tipli molibden-
mis filizləşməsi 350х320 m sahədə molibdenin orta çəki miqdarı 0,023%
olmaqla mərkəzi sahədə sərhədləndirilmişdir. Misin miqdarı aşağıdır və
kondisiyaya uyğun deyildir. 2, 3, 5, 6, 7 №-li buruq quyuları ilə
dərinlikdə molibden-mis damarcıq-möhtəvi filizləşməsi olan 2 əlavə
ştokverk yatağı kəsilmişdir. Beləliklə, 800 m horizontdan 100 m
horizonta qədər 3 ştokverk yatağı qeyd olunur. Ştokverk filizləşməsinin
şaquli təsiri 700 m-ə çatır. Ştokverk yatağının alt sərhədi Araz çayının
səviyyəsindən 500 m aşağı dərinlikdə yerləşir. Ən böyük yataq 100-450
m horizontda yerləşir və qalınlığı 350 m-ə yaxındır (bax şəkil 3).
Ştokverk filizinin əsas komponentləri molibden və mis, yanaşı
komponentlər isə volfram, qızıl, gümüş, bəzən qalay hesab olunur.
Filizdə əsas element qarışığı renium hesab olunur. Molibdenin
misə olan nisbəti təqribən 1:5, 1:10, bəzən 1:15-ə uyğun gəlir.
Aşağıda 2, 3, 5, 6 və 7 №-li buruq quyularında kəsilmiş damarcıq-
möhtəvi filizləşməsinin ən səciyyəvi intervalları verilir. 2 №-li buruq
quyusunun 433,0-550,4 m intervalında əsas ştokverk yatağı kəsilmişdir
ki, burada molibdenin orta çəki miqdarı ayrı-ayrı intervallarda 0,036%-
dən 0,20%-dək dəyişir və orta hesabla 0,043%; mis 0,05%-dən 0,30%-
dək dəyişir və orta hesabla 0,20% təşkil edir. 3 №-li buruq quyusunun
320,6-365,4 m və 419,0-434,0 m intervallarında müvafiq olaraq
molibdenin orta çəki miqdarı 0,011 və 0,017%, misin miqdarı 0,17 və
0,11% təşkil edir. 6 №-li buruq quyusu üzrə 0-81,0 m, 158,0-186,7 m,
202,0, 237,0, 246-285 m və 296,0-324,0 m intervallarda komponentlərin
orta çəki miqdarları: molibden 0,011; 0,014; 0,015 və 0,011%; mis 0,06;
0,25; 0,30; 0,25 və 0,07% təşkil edir. Göründüyü kimi, misin miqdarı bir
qədər aşağı, molibdenin miqdarı isə əksinə, yüksək olub, əgər belə
demək mümkünsə, kondisiyaya uyğundur.
Volfram əsasən, skarnlaşmış laylarda qeyd olunur, burada onun
miqdarı 0,02%-dən 0,15%-dək dəyişir. Ştokverk filizləri volframa nəzə-
rən zəif öyrənilmişdir.
Ştokverk filizləri izdən 0,8 q/t-a qədər qızıl saxlayır. 18 sınağın
nəticələrinə görə gümüşün miqdarı 32,9 m cəmlənmiş qalınlığa 7 q/t-
dan 18 q/t-a qədər, 2 №-li buruq quyusu üzrə isə 4,7 q/t təşkil edir.
38
Sınaqlar üzrə kobaltın miqdarı 0,001%-dən 0,04%-dək qeyd olu-
nur. Qızılçınqıl yatağında skarnlarda qalayın mineralı (kassiterit) müəy-
yən edilmişdir (C.A.Azadəliyev, 1991).
Şəkil 3. Kilit kvars-volfram və Qızılçınqıl molibden-mis-porfir yataqlarının
şaquli proyeksiyası. Tərtib etdi: V.N.Nağıyev.
1 - buynuzdaşları, skarnlar; 2 – qabbro-monsonit-diorit formasiyası; 3 –
qranodiorit formasiyası; 4 - кvars-volfram damarları; 5 – molibden-misporfir
ştokverk filizləri; 6 – buruq quyuları; 7 – Araz çayının səviyyəsi.
Qızılçınqıl yatağı aşağıda qeyd olunan filiz tipləri ilə səciyyələnir: kvars-
volfram damarı, damarcıq-möhtəvi ştokverk tipli molibdenit-xalkopirit-
pirit. Ştokverk filizlərində misin və molibdenin sulfidləri pirit, pirrotin və
nadir hallarda arsenopiritlə assosasiyada rast gəlinir. İlkin piritin yuva,
möhtəvi və damarcıqları buynuzdaşlarında hərtərəfli yayılmışdır.
39
Filiz mineralları: pirit, xalkopirit, molibdenit, volframit (qübnerit-
MnWO
4
), bəzən sfalerit, kassiterit, şeelit, qalenit, tennantit, tetraedrit və
digərlərindən, qeyri-filiz mineralları kvars və karbonatdan ibarətdir.
Dərin horizontlarda flüoritə rast gəlinir. Oksidləşmə zonasında limonit,
hetit, kovellin, xalkozin, bornit, malaxit, azurit, serussit, smitsonit və s.
rast gəlinir. Mineral yığımları dənəli və emulsiyalı struktur əmələ gətirir.
Qızılçınqıl yatağında mineraləmələgəlmə prosesi aşağıdakı ardıcıl-
lıqla getmişdir: 1) birinci generasiyada kvars qübneritlə (MnWO
4
) və
digərləri ilə; 2) ikinci generasiyada kvars molibdenitlə, pirit və
xalkopiritlə; 3) pirit və xalkopiritlə assosiasiyada; 4) gec kvars qalenitlə,
sfaleritlə, tutqun filizlərlə; 5) filizsiz kvars-karbonat minerallaşması.
Qeyd olunanlar ilkin əmələ gəlmələrinə görə aşağıdakılara uyğundur: 1)
oksigenli mühitdə, sonradan isə sulfidli mühitdə lokallaşan yüksək
temperaturlu kvars-volframit, bəzən qalay və molibdenit filizləri; 2)
başlanğıcda piritlə birlikdə orta temperaturlu molibden-mis-porfir filiz-
ləri; 3) sonda əvvəlki filizlər də daxil olmaqla orta və aşağı temperaturlu
polimetal minerallar.
Proqnozlaşdırma. Qızılçınqıl yatağı Azərbaycanda yeganə molib-
den-porfir yatağı sayılır ki, orada molibden əsas komponent hesab
olunur. Ştokverk yatağı zəif öyrənilməsinə baxmayaraq, onun tərkibində
olan volframın, bəzən isə qalayın miqdarına görə perspektivli sayılır.
Bütövlükdə, yataq lazımınca qiymətləndirilməmişdir. Materialların ana-
lizi onun yüksək perspektivliyini təsdiqləyir.
1.4. Volfram filizləri
1.4.1. Damar tipli kvars-volfram təzahürləri
1.4.1.1. Kilit damar kvars-volfram təzahürü
Kilit yatağının geologiyasının səciyyəsi “Molibden” bölməsində
verilmişdir (bax: Qızılçınqıl yatağı).
Kilit yatağı tərkibində zvolfram, qalay, molibden, mis, qurğuşun
və sink mineralları olan 3 volfram-kvars damarı ilə təmsil olunur. Ara-
larında skarnlaşmış laycıqlar olan güclü piritləşmiş buynuzdaşları filiz-
saxlayan süxurlar hesab olunur. Kvars damarının qalınlığı 0,2-0,7 m-ə,
genişlənən yerlərdə 1,0 m-ə qədər, uzunluğu isə onlarca metrdən, bəzən
200 m-ə qədər çatır. Damar meridional istiqamətdə 5-10
0
bucaq altında
40
şimal-şərqə uzanır və 50-60
0
bucaq altında qərb istiqamətdə yatır. Əsas
damardan şaxələnən en və şimal-şərq istiqamətli kvars damarcıqlarına
(0,05-0,1 m) rast gəlinir. 1 №-li damar üzrə volfram filizləşməsi onun
qərbə tərəf yatan zalbandında müşahidə olunur. Volframit filizinin
qalınlığı damarın haşiyəsində 3, bəzən 6 sm-ə çatır. 1 №-li damar 3
horizontda qısametrajlı mağaralarla öyrənilmişdir.
Damarlarda və damarcıqlarda kvarsın yaxşı inkişaf etmiş kristalları
vardır. Kvars-volframit damarının mineral tərkibi qübnerit, manqanlaş-
mış volframit, xalkopirit, pirit, tetraedrit, bəzən arsenopirit, sfalerit,
nadir hallarda isə qalenitlə təmsil olunur. Qübneritə uzun kristal
aqreqatlar şəklində rast gəlinir. Bütün qalan minerallar damarda dağınıq
şəkildə yuvalar və ləkələr şəklində qeyd olunur. Götürülən sınaqlarda
WO
3
-ün miqdarı 0,01%-dən 0,82%-dək, bəzən 1,08%-dək dəyişir. 1 №-
li damar üzrə WO
3
-ün miqdarı 0,32% təşkil edir. Misin miqdarı 0,05-
0,1%, sink 0,06-0,1%, qurğuşun 0,04%, arsen və sürmə faizin yüzdə
birləri qədər həddində ölçülür.
C.A.Azadəliyevə (1991) görə, kvars-volframit damarları qreyzen-
əmələgəlmənin əlaməti kimi hesab olunur. Lakin süxurların litoloji
tərkibinin əlverişli olmaması səbəbindən ətraf süxurlarda tipik qreyzen-
ləşmə müşahidə olunmur. Buna baxmayaraq burada bəzi yerlərdə
skarnəmələgəlməni əvəz edən qreyzenəmələgəlmə tipli turş proses
müşahidə olunur ki, bunu da çoxsaylı kvars damarları ilə bərabər qalay-
volfram tipli filizləşmənin olması və yüksək temperaturlu hidrotermal
məhlulların tədrici təkamülü və s. təsdiq edir.
Vənəndçayın yuxarı axım hissəsində Alçalıçay dərəsində aplit
damarında şeelit müəyyənləşdirilmişdir.
1.4.2. Skarnlaşmış əhəngdaşlarında və ştokverk tipli
molibden-mis-porfir filizlərində volframit təzahürləri
1.4.2.1. Qızılçınqıl yatağı
Kilit-Kotam filiz sahəsi hüdudlarında, Ordubad plutonunun ekzo-
təmas zonasında, Alt Turon yaşlı buynuzdaşlarının inkişaf tapdığı
zolaqda skarnlaşmış əhəngdaşı laycıqları geniş inkişaf tapmışdır. Onlar
0,02%-dən 0,15%-dək volfram (WO
3
) saxlayır.
A.K.Şilenko (1942) burada qalınlığı 1 m-dən 4 m-dək dəyişən 26
skarnlaşmış volfram saxlayan laycıqlar müəyyən etmişdir. C.A.Azadəli-
41
yev və digərləri (1991) tərəfindən skarnlarda qalay - volfram saxlayan
laycıqların mineral tərkibi öyrənilmiş və nəticədə şeelit, kassiterit,
həmçinin skarn və sulfid mineralları təyin edilmişdir.
Şeelit. Qızılçınqıl yatağında təyin edilmişdir. Rəngi boz çalarlı ağ,
bəzən sarımtıl və qəhvəyidir. Şeelitin böyük hissəsi kalsirt mühitində üzə
çıxır və buynuzdaşlı süxurların arasındakı əhəngdaşlarının hesabına əmə-
lə gəlmiş skarn laycıqlarının yatan böyründə toplanır. Kvars damarların-
da şeelit qübneritlə əvəz olunur. Şeelit skarnlarda və buynuzdaşlarında
izometrik və idiomorf kpistalliklər (0,05-3 mm) və qeyri-düzgün dənələr
əmələ gətirir. Şeelit çöküntüləri skarnlarda və buynuzdaşlarında kvars-
laşma və aktinolit, epidot, kvars, kalsit və xlorit ayrılmaları ilə müsayiət
olunur.
Qübnerit kvarsda inkişaf edərək əsasən çatları və kiçik boşluqları
doldurur.
Kassiteritə nadir hallarda kvars damarlarında və metasomatik
dəyişmiş buynuzdaşlarında kvarsla, şeelitlə, piritlə və xalkopiritlə asso-
siasiyada rast gəlinir. Hematit təbəqələrinin arasında onun mikro möh-
təvilərinə təsadüf olunur.
Qızılçınqıl yatağında molibdenit, xalkopirit və pirit geniş inkişaf
tapmışdır. Burada həmçinin hematit, ilmenit, kubanit, vallerit, sfalerit,
qalenit, tutqun filizlər , anhidrit və digər minerallara rast gəlinir.
Skarnlarda və digər metasomatitlərdə, kvars damarlarında və
damarcıqlarında mineral əmələgəlmənin ardıcıllığı aşağıdakı qaydada
baş verir:
1) Piroksen, qranat, epidot, maqnetit, hematit, ilmenit, aktinolit,
kvars, kalsit, xlorit; 2) qübnerit, şeelit, kassiterit: 3) molibdenit, anhidrit,
pirit, pirrotin, markazit, ziqenit, xalkopirit, kubanit, vallerit; 4) sfalerit,
qalenit, tutqun filizlər; 5) xalkozin, kovellin, azurit, malaxit.
42
1..5. Qurğuşun və sink filizləri
1.5.1. Paleozoy çöküntülərində qurğuşun-sink yataqları
1.5.1.1. Gümüşlü qurğuşun və sink yatağı
Gümüşlü yatağı tərkibinə görə qurğuşun və sinkdən ibarət olub,
Araz metallogenik zonasının Şərur filiz zonasına aid edilir. Əmələgəlmə
vaxtına görə yataq: 1) Hersin metallogenik dövrünə (R.N.Abdullayevə
görə Alt Karbon, 1981), 2) Hidrotermal-damar-metasomatik genetik tipə
və 3) Polimetal formasiyasına aid edilir.
Gümüşlü qurğuşun-sink yatağı Şərqi Arpaçay çayının aşağı axım
hövzəsinin sol yamacında, Şərur stansiyasından 18 km şimal-şərqdə,
Naxçıvan şəhərindən 55 km şimal-qərbdə yerləşir. Yataq 1908-1916-cı
illər ərzində “Alagöz” Səhmdar Cəmiyyəti tərəfindən, 1954-cü ildən isə
Naxçıvan Filiz İdarəsinin Gümüşlü mədəni tərəfindən istismar edil-
mişdir.
Yataq rayonunun geoloji quruluşunda Orta Devondan başlayaraq
Perm də daxil olmaqla Paleozoy kompleksinin süxurları iştirak edir.
Yataq ərazisində Orta Devonun Eyfel, Jivet və Frank mərtəbələrinin və
Üst Devonun alt hissəsinin çöküntüləri inkişaf tapmışdır (V.P.Feliks,
V.N.Nağıyev və başqaları, 1980). Filizsaxlayan süxurlar Orta Devonun
Jivet mərtəbəsinin əsasən massiv, monoton, СаСОз-ə nəzərən təmiz
əhəngdaşları və gil şistləri hesab olunur. Əhəngdaşları filizə qarışaraq
hidrotermal metasomatoza aid edilir, gil şistləri isə ekran rolunu oynayır
və ancaq pirit möhtəviləri saxlayır. Sonda qeyd etmək lazımdır ki,
qurğuşun-sink filizləşməsi Jivet mərtəbəsinin Sədərək qatına aiddir.
Yataq rayonunda maqmatik süxurlar diabaz və qabbro-diabazların
sill və daykaları ilə təmsil olunaraq R.N.Abdullayev (1981) tərəfindən
hersin tsiklinin qabbro-diabaz formasiyasına aid edilmiş və yaşına görə
Devon-Alt Karbona uyğun gəlir.
Gümüşlü qurğuşun-sink yatağı şimal-qərb istiqamətli Gümüşlü
antiklinalının nüvəsində və cənub-qərb qanadında öyrənilmişdir.
Antiklinalın şimal-şərq qanadı əsas üstəgəlmə ilə kəsilmiş və
nəticədə Devonun müxtəlif horizontları Karbonun əhəngdaşları ilə təmas
təşkil etmişdir. Gümüşlü antiklinalı tağ şəkilli, bəzən izometrik qırışıqlar
və daha aşağı quruluşlu fleksura əyriləri ilə mürəkkəbləşmişdir. Yataq
müxtəlif istiqamətli qırılmalarla bir sıra tektonik bloklara ayrılmışdır.
Filizləşməyə nəzərən qırılmalar geniş inkişaf tapmışdır. Onlar filizə
43
qədər və filizdən sonra əmələ gəlmişdir. Filizə qədər qırılmalar şərqə
doğru dik (75-80
0
) yatımlı qırılıb-düşmə, qırılıb-qalxma və qırışıqlığın
ümumi istiqamətinə uyğun gələn meridionala yaxın (330-350
0
) istiqa-
mətli sürüşmüş əks fayla təmsil olunurlar. Bu qırılmalar süxurların
intensiv xırdalanması və tamamilə əzilməsi ilə müşayiət olunur. Filizləş-
məyə qədər qırılmalar yatağı dörd və daha çox bloklara ayıraraq şimal-
şərq və en istiqamətli qırılıb-düşmə ilə təmsil olunur.
Filizətrafı dəyişmələr filiz cisminin və xırdalanma (əzilmə) zona-
sının ətrafında dolomitləşmə, kalsitləşmə və kvarslaşma şəklində qeyd
olunur. Dəyişmiş süxurların qalınlığı 0,5-3,0 m arasında dəyişir.
Gümüşlü yatağının ərazisində qurğuşun-sink filizləşməsi damarlar
və metasomatik jelvaklar şəklində inkişaf edərək, bütövlükdə, stratiform
yataqlar əmələ gətirir. Filizləşmə filizə qədər meridional istiqamətli
brekçiyalaşmış zonalarda və həmçinin layarası filizçökmə üçün əlverişli
şəraiti olan əhəngdaşı layları arasında lokallaşmışdır. Damar tip paralel
kvars-karbonat, bəzən baritli damar və ya damaraoxşar cisimlər şəklində
geniş yayılaraq, qalenit və sfaleritin möhtəviləri və yuvaları ilə birlikdə
filiz zonalarını əmələ gətirir. Yataqda uzunluğu 400 m, qalınlığı 0,4-0,6
m-dən 56 m-ə qədər olan 24 dik yatan (65-80
0
) filiz cismi aşkar
edilmişdir. Altı zona ən perspektivli sayılır. Sənaye əhəmiyyətli filiz-
ləşmə saxlayan damar-zonaların orta uzunluğu 40-80 m təşkil edir. Filiz
zonalarında bəzən 0,1-0,4 m ölçülü yuvaşəkilli massiv filizlər inkişaf
etmişdir. Filiz zonasının mərkəzində damarlar, linzaşəkilli cisimlər,
yuvalar, onların ətrafında isə damarcıqlar və möhtəvilər daha geniş
yayılmışdır.
Stratiform tipli metasomatik filizli qatlar bir-birindən gil şistləri ilə
ayrılan iki əhəngdaşı horizontu ilə məhdudlaşır. Stratiform tipli
laylar
ekran rolunu oynayan gil şistlərinin altında tağşəkilli lokal antiklinalın
oxu boyunca 125-500 m məsafədə və həmin antiklinalın qanadları üzrə
qırılmadan 25-50 m kənarda əhəngdaşı horizontunun asılı yanında filiz
daxil edən meridional istiqamətli qırılmalar boyunca uzanır. Stratiform
tipli ayrılmaların qalınlığı 1 m-dən 9-12 m-dək çatır.
Stratiform tipli laylar 4 №-li sahədə daha geniş yayılmışdır.
Yatağın mineraloji tərkibi qalenit və sfaleritlə təmsil olunur. Qalenit
kəskin şəkildə sfaleriti üstələyir. İkinci dərəcəli minerallar pirit,
xalkopirit və tutqun filizlərdən ibarətdir.
Nadir mineralların siyahısında bulanjerit, burnotit və argentit yer
tutur. Damar minerallarından kalsit, barit, bəzən dolomit, kvars və
44
ankerit daha çox yayılmışdır. Törəmə minerallar smitsonit, serussit,
limonit, kovellin, xalkozin, anqlezit və malaxitlə səciyyələnir.
Şəkil .4. Gümüşlü qurğuşun-sink yatağından (IV sahə) keçən geoloji kəsiliş.
1 – allüvial çöküntülər;
2, 3 – Üst Devonun frank mərtəbəsi; 2 - (Дз'"
2
) – gil
şistlərinin, mergel, əhəngdaşı və qumdaşlarının laylaşması; 3 - (Д
3
'~
2
) - gil
şistləri; 4, 5, 6-Orta Devonun Jivet mərtəbəsi; 4 - (Д
2
3
") – şistaltı əhəngdaşları;
5-(Д
2
2
"
3
) - əhəngdaşı laylı gil şistləri; 6 - (Дг
12
) - – şistaltı əhəngdaşları; 7 –
şistüstü filiz cismi; 8-qurğuşunun kondisiya miqdarlı filiz cismi; 9-buruq
quyuları.
Filizin tekstur tipləri aşağıdakı kimidir: massiv, yuvaşəkilli, brek-
çiyagörünüşlü, damarcıq və möhtəvi. Filizin strukturunda sementləşmiş,
şistləşmiş, emulsiya və digərləri üstünlük təşkil edir.
Filizin formalaşması 3 mərhələdə getmişdir: 1) sulfidli, qalenit,
sfalerit, xalkopirit, tutqun filizlər, pirit, argentit, burnonit, bulanjerit, qey-
ri-filiz minerallarından–barit, ankerit, kalsit və kvarsla assosiasiyada; 2)
kvars, pirit, kalsit daxil olmaqla qalenit-barit; 3) kalsit və baritlə asso-
siasiyada qalenit-karbonat. Oksidləşmə zonası zəif inkişaf etmişdir.
Yataq ərazisində kimyəvi tərkibinə görə qurğuşunlu, qurğuşun-
sinkli və sinkli sənaye tipləri ayrılır və birinci tip üstünlük təşkil edir.
45
Q.X.Əfəndiyev, A.S.Heydərov və digərlərinin (1966) məlumat-
larına görə, Gümüşlü yatağının qurğuşun-sink filizləri sfaleritin tərki-
bində indium və kadmiumun mövcudluğu ilə səciyyələnir. Həm poli-
minerallar, həm də konsentratlar aşağı miqdarda tallium və tellurun ol-
ması, bismutun və selenin olmaması ilə səciyyələnirlər.
Genezisinə görə Gümüşlü yatağı hidrotermal-metasomatik tipə
aiddir. Filizin əmələgəlmə yaşı həmişə mübahisəli olmuşdur. R.N.Abdul-
layev (1981) filizin əmələ gəlmə vaxtinı Alt Karbon hesab edir.
1.5.1.2.Danzik və Dəvəölən təzahürü
Danzik polimetal təzahürü Danzik antiklinalı ilə təmsil olunan
Gümüşlü filiz sahəsinin şimal blokuna aid edilir. Danzik antiklinalı da-
xilində diabaz və qabbro-diabaz tərkibli dayka və sillşəkilli cisimlər
qeyd olunan Devon yaşlı karbonatlı-terrigen çöküntülərlə mürəkkəb-
ləşmişdir. Antiklinalın şimal-şərq qanadı üstəgəlmə ilə mürəkkəbləşərək
burada Devon Alt Karbonla təmas təşkil edir. Danzik antiklinalının
uzanması şimal, şimal-qərb istiqamətlidir. Üstəgəlmə bu istiqamətdə
uzanaraq dik yatımla şimal-şərqə yatır.
Danzik təzahürünün polimetal filizləri qırılma zonasına, daykaların
təmasına, Jivetin əhəngdaşı horizontuna aid olub, qalenitlə, sfaleritlə
təmsil olunur və gil şistləri ekran rolunu oynayır. Filiz təzahürü 2
sahədə: Qaraağac və Pəyədərədə öyrənilmişdir.
Qaraağac sahəsində filiz cisminin əsas forması şimal-qərb, bəzən
şimal-şərq istiqamətdə uzanan qırılma pozulmalarına aid edilən qalenitli,
bəzən sfaleritli kvars-kalsit-barit tərkibli damar və damarcıqlar sayılır.
Sonuncular Danzik lay dəstəsinin ətraf süxurlarla təmasında, bəzən isə
diabazların daxilində daykagörünüşlü cisim şəklində yatırlar. Filiz cismi-
nin qalınlığı 0,02-0,70 m arasında dəyişir və 10 m-dək izlənilir. Qalenitli
filizlər damarcıq, yuva, linzaşəkilli və möhtəvi tekstura malik cisimlər
əmələ gətirir.
Pəyədərə sahəsində: 1) əhəngdaşlarında yerləşən layşəkilli filiz
cismi; 2) xırdalanma (əzilmə) zonasına aid edilən filiz cismi müəyyən
olunmuşdur.
Sonuncular 1,4 m qalınlığında 4 m izlənilir. Layşəkilli cisim də-
rinlikdə buruq quyusu vasitəsilə müəyyən olunmuşdur. Filizləşmə xır-
dalanma və kvarslaşma zonalarında qalenitin möhtəviləri və yuvaşəkilli
46
yığımları ilə təmsil olunur. Damarcıqlar əsasən layarası zonalarda öy-
rənilmişdir.
Dəvəölən təzahürü Arpaçayın sağ yamacında yerləşir və bilavasitə,
Gümüşlü yatağının davamı hesab olunur. Böyük olmayan layşəkilli ci-
simlər gil şistləri ilə ekranlaşaraq Jivet yaşlı əhəngdaşlarına aid edilmiş
və üstəgəlmə zonası boyunca inkişaf etmişdir. Filizləşmə dərinlikdə
buruq quyuları vasitəsilə müəyyən edilmişdir.
Dostları ilə paylaş: |