Mineral assosiasiyası. Yataqda aşağıdakı mineral assosiasiyalar
müəyyən edilmişdir: 1) kvars-molibdenitli; 2) kvars-molibdenit-xalko-
piritli; 3) kvars-pirit-xalkopirit; 4) kvars-çoxsulfidli; 5) karbonatlı.
Birinci assosiasiyada molibden, ikincidə molibden, ücüncüdə mis,
dördüncüdə isə qızıl məhsuldardır.
Mineral əmələgəlmənin ardıcıllığı. V.N.Nağıyevin tədqiqatlarına
görə, Parağaçay yatağında üç filizəmələgəlmə mərhələsi məlumdur.
Birinci mərhələyə mislə birlikdə damar-molibden mərhələsi, ikinci
mərhələyə damarcıq-möhtəvi tipli filiz əmələgətirən mis-molibden-porfir
mərhələsi, üçüncü mərhələyə isə şimal-şərq istiqamətli çat zonasında gec
formalaşmış qızıl sulfid mərhələsi aiddir.
Z.M.Məmmədovun (1966) məlumatlarına görə, damar-molubden
mərhələsində yataqda minerallaşmanın altı ardıcıl mərhələsi müəyyən
edilmişdir: kvars-maqnetit, kvars-pirit, kvars-molibdenit, kvars-molib-
denit-xalkopirit, xalkopirit və karbonatlı.
Birinci-kvars-maqnetit mərhələsində kvarsla birlikdə cüzi miqdar-
da serisit, maqnetit, rutil, ilmenit, titanomaqnetit və nadir hallarda pirit
ayrılır.
Kvars-pirit mərhələsində filiz minerallarından piritlə birlikdə cüzi
miqdarda maqnetit, rutil, ilmenit, pirrotin və arsenopirit əmələ gəlir.
Filizin tərkibində həmçinin molibdenin və xalkopiritin çox xırda yığım-
larına da rast gəlinir.
25
Kvars-molibdenit mərhələsində molibdenit (əsasən xallı), az miq-
darda xalkopirit, pirit və digər ikinci dərəcəli mineralların nadir qarışıq-
ları ayrılır.
Kvars-molibdenit-xalkopirit mərhələsi çox müxtəlif mineraloji tər-
kibə malik filizlərin olması ilə fərqlənir və üçüncü, kvars-molibden mər-
hələsi ilə birlikdə yatağın əsas sənaye əhəmiyyətini təyin edir. Tədqi-
qatların nəticələri göstərir ki, onun formalaşması prosesində molibdenit
və xalkopiritin əsas kütləsi çökür. Axırıncılardan əlavə, bu mərhələdə
pirit, sfalerit, qalenit, tutqun filizlər və mineral qarışıqların əsas hissəsi
ayrılır.
Xalkopirit mərhələsi yataqda damarcıq və möhtəvi xalkopirit
filizinin əmələ gəlməsinə uyğun olub, kvars-filiz damarının şimal-qərb
cinahında daha yaxşı müşahidə olunur. Dəqiq mineraloji tədqiqatlar
göstərir ki, filizin tərkibində xalkopiritdən əlavə pirit, sfalerit, qalenit,
bornit və molibdenit qarışıqları iştirak edir.
Yatağın formalaşma prosesi filiz damarlarını müxtəlif istiqamət-
lərdə kəsən çoxsaylı karbonat damarlarının əmələ gəlməsi ilə başa çatır.
Filizin srukturu. Filiz minerallarının yerləşmə şəraitinə görə iki
tip ayrılır: polimineral (çoxminerallı) və monomineral (təkminerallı).
Filizin polimineral sahələri üçün korroziya strukturu səciyyəvi olub,
xalkopiritli pirit və molibdenit, sfalerit, tutqun filizlər, qalenit və daha
gec mərhələnin kvars və müxtəlif formalı pozulmuş piritləri müşahidə
olunur. Korroziya strukturu arasında aşağıdakı morfoloji tiplər qeyd
olunur: qrafik, subqrafiq, şəbəkəli, zonal, qalıq və sklet.
Monomineral
filizlər üçün idiomorfdənəli və allotriomorfdənəli struktur səciyyəvidir.
Kvarslı və piritli sahələrdə əzilmiş (parçalanmış) strukturlar geniş yayıl-
mışdır. Tez-tez onun xırdadənəli yığımları arasında iri pirit kristallarının
porfir görünüşlü ayrılmaları ilə səciyyələnən porfiroblastik strukturu
rast gəlinir.
Filiz möhtəvi, ləkəli, damarcıq, zolaqlı, druza və brekçiyavarı tekstur-
larla səciyyələnir.
Parağaçay yatağında yanaşı elementlərə misdən əlavə, yataqda
əsas element kimi hesab olunan qızılı da aid etmək olar. O, qızıl-sulfid
filizlərinə aid edilmiş və konsentrasiyası sənaye miqdarından yüksəkdir.
Qızıl şimal-şərq istiqamətli zonalarda öyrənilmişdir. Bu barədə “Qızıl”
bölməsində ətraflı məlumat verilir.
26
Parağaçay yatağında əsas element qarışığına renium da aid edilir.
N.A.Xreşevə (1960) görə, Parağaçay yatağının molibdenitləri yüksək
miqdarda renium saxlayır və miqdarı orta hesabla 0,044%-ə bərabərdir.
Z.M.Məmmədovun (1966) apardığı tədqiqatların nəticələrinə görə,
renium minerallaşmanın bir çox mərhələlərində iştirak edir. Filiz yüksək
miqdarda renium saxlaması ilə səciyyələnir. Lakin reniumun əsas daşı-
yıcısı molibdenit hesab olunur və miqdarı 1,08-10
-2
%-dən 8,82.10
-2
%-
dək arada dəyişir. Müəyyən olunmuşdur ki, reniumun əsas kütləsi
minerallaşmanın kvars-molibdenit və kvars-molibdenit-xalkopirit mərhə-
ləsində toplanmışdır. Qalan minerallar və onların assosiasiyaları re-
niumun yüksək miqdarına görə əhəmiyyətli dərəcədə maraq kəsb etmir.
Parağaçay yatağının genezisi birmənalı şəkildə plutonogen-hid-
rotermal kimi qəbul olunmuşdur. Bunu bölmənin əvvəlində verilmiş çox-
saylı geoloji faktlar da təsdiqləyir. Ən təsdiqedici fakt plutonogen-intru-
ziv mühit, damar və damarcıq-möhtəvi-ştokverk tip filizləşmə, kaliumlu
metasomatitlər və digərləri sayılır. Filizləşmənin şaquli istiqamətdə təsiri
1000 metrə çatır.
1.3.1.2. Qapıcıq yatağı
Qapıcıq molibden yatağı Parağaçay – Urumus filiz sahəsinin şi-
mal-qərb blokuna aid olub, filiz cisminin miqdarına və molibdenin ehti-
yatlarına görə ikinci yataq hesab olunur. Yataq Zəngəzur silsiləsinin
suayırıcı hissəsində, Parağaçayın yuxarı axımında, 2800-3450 m yüksək-
likdə yerləşir.
Qapıcıq sahəsində molibden filizləşməsi K.İ.Şilenko (1934, 1935),
Q.A. Tvalçrelidze (1942) və başqaları tərəfindən müəyyən edilmişdir.
1961-1964-cü illərdə Qapıcıq yatağı M.A.Ağasıyev və Ş.Q. Dəmirov
tərəfindən öyrənilmiş, nəticədə bir-birinə yaxın 16 kvars-molibden da-
marı və brekçiyalaşmış, kvarslaşmış mis saxlayan 5 molibdenli zona aş-
kar edilmişdir. Yataq 2,5 kv.km sahəni əhatə edir.
27
Şəkil 2. Qapıcıq damar və ştokverk tipli molibden təzahürünün sxematik
geoloji xəritəsi.
1–allüvial, elüvial-delüvial çöküntülər; 2–qranodiorit-porfir; 3–kvarslı sienit-
diorit; 4–qabbro-diorit, diorit; 5–törəmə kvarsitlər, buynuzdaşları; 6 –kvars da-
marları; 7 –molibdenin damarcıq-möhtəvi filizləşməsi; 8 –qırılma pozulmaları.
Geoloji quruluşu. Yataq Ordubad plutonunun endotəmas zona-
sına aid edilir. Yatağın geoloji quruluşunda ortadənəli kvarslı monso-
dioritlər və orta–iridənəli leykokrat kvarslı monsonitlər iştirak edir.
Onların arasında dioritləşmiş andezitlərlə mürəkkəbləşmiş, həmçinin
qeyri-düzgün formalı çıxışlar şəklində kvarslı diorit və diorit qalıqları
müşahidə olunur. Monsodioritlər tez-tez diorit, andezit və digər süxur-
ların ksenolitlərini saxlayır. Yataq ərazisində yuxarıda sadalanan bütün
süxur tiplərindən əlavə qalınlığı 1 m-ə qədər olan narındənəli porfirgö-
rünüşlü monsonit daykaları, həmçinin xırdadənəli qranit və qranitaplit
daykaları rast gəlinir. Həmçinin, petroqrafik tərkibinə görə bir-birinə
yaxın iki generasiyalı diorit-porfir daykaları geniş inkişaf tapmışdır.
Onlar biotitlə bərabər, hornblend saxlayaraq daykanın uzanma istiqa-
mətində aydın istiqamətlənmiş möhtəvilərə malikdir. Bundan əlavə,
daha böyük daykalar və qeyri-düzgün formalı qranodiorit-porfir cisimləri
müşahidə olunur. Axırıncılar yataq ərazisində daha cavan maqmatik
əmələgəlmələr hesab olunur. Yatağın cənub-şərq hissəsində, artiq filiz
28
sahəsindən kənarda, kəskin porfir görünüşlü, iridənəli qranodioritlər
inkişaf etmişdir. Onlar aydın şəkildə iridənəli leykokrat monsonitləri
yarır və sonuncularda gözlə seçilən dəyişikliklər yaratmır.
Filiz cisminin morfologiyası və kimyəvi tərkibi. Yataq ərazi-
sində 16 kvars-molibden damarı və şimal-qərb istiqamətli brekçiyalaş-
mış, kvarslaşmış 5 mis-molibden minerallaşma zonası aşkar edilmişdir.
Kvars-molibden damarının qalınlığı adətən 0,2 m-dən 1,5 m-dək dəyişir.
Onlar tez-tez bir neçə santimetrə qədər daralır və ya 1,5-2,0 m-ə qədər
genişlənir. Damarların uzunluğu onlarca metrdən başlayaraq 500 m-ə
qədər çatır və misin miqdarı 0,1-6,75%, molibden isə 0,01-1,17% təşkil
edir. Daha yaxşı öyrənilmiş və maraq kəsb edən damar 7 №-li və
“Qapıcıq” damarlarıdır. Onlar yer səthində 450 və 350 m, dərinliyə isə
260 m və 160 m izlənilmişdir. 01.01.1965-ci il tarixə 7 №-li damar üzrə
C
2
kateqoriyası üzrə hesablanmış ehtiyatlar: orta miqdarı 0,63% olmaqla
molibden -678 t, orta miqdarı 1,24% olmaqla mis 1335 t təşkil edir.
Filiz cisminin orta qalınlığı 0,92 m-dir.
Filiz cismində molibden və mislə bərabər orta miqdarı 0,4-1,2 q/t
olan qızıl, 0,04% renium (molibdenitdə) və s. aşkar edilmişdir.
Filizin mineral tərkibi. Qapıcıq yatağı Parağaçay yatağına oxşar
yataqdır. Əsas filiz əmələ gətirən minerallar pirit, xalkopirit, molibdenit
və süd-ağ rəngli iridənəli kvars damarları hesab olunur.
Perspektivliyi və proqnoz. Qapıcıq yatağı Parağaçay yatağı ilə
oxşar olduğuna görə, burada da kvarsla birlikdə molibdenin damar və
damar zonaları, qızıl-sulfid zonaları inkişaf etmişdir. Bu obyektdə mis-
porfir filizləşməsi öyrənilməmişdir. Materialları analiz edərkən V.N.Na-
ğıyev belə bir nəticəyə gəlmişdir ki, Qapıcıq yatağının alt horizontunun
mis-molibden-porfir filizinə keçmə ehtimalı qaçılmazdır. Qapıcıq yatağı
şimal-qərb istiqamətdə uzanan suayırıcıdan keçən iri qırılmanın mər-
kəzində yerləşir ki, buraya Misdağ, Qapıcıq və Göygöl yataqları aid
edilir. Qapıcıq yatağı həmçinin şimal-şərq istiqamətli qırılma ilə bir
xətdə yerləşir. Beləliklə, Qapıcıq yatağı mis-molibden saxlayan iki
qırılmanın kəsişməsində yerləşir ki, bu da onun müsbət mənada pers-
pektivli olduğunu göstərir.
M.A.Ağasıyev (1977) tərəfindən damar tipli Qapıcıq yatağında
molibdenin proqnoz ehtiyatları 1,5-2,0 min ton miqdarında qiymətlən-
dirilmişdir. V.N.Nağıyevin nöqteyi-nəzərincə, mis-porfir tipli filizləşmə
də nəzərə alınarsa, bu obyekt çox yüksək qiymətlən-dirilməlidir. Hazırda
damar tipli Qapıcıq yatağı Parağaçay mədəni üçün əlavə xammal bazası
29
ola bilər. Yatağın dağ-texniki şəraiti əlverişli olub, filizin bir neçə hori-
zontda horizontal dağ qazmaları ilə açılmasına və istismar olunmasına
imkan yaradır.
1.3.1.3. Mədəndərəsi təzahürü
Mədəndərəsi (Toxlugədik) damar-molibden təzahürü Parağaçay-
Urumus filiz sahəsinin cənubunu əhatə edərək, Şordərə çayının yuxarı
axım hissəsində 2 kv.km-ə yaxın sahəyə malikdir. Yatağın mütləq yük-
səkliyi 2300-2700 m-dir. K.N.Şilenkonun (1935), R.X.Rəfibəylinin
(1946), M.A.Mustafabəylinin (1951), İ.Q.Həsənovun (1957) və başqa-
larının işlərinə görə, Ordubad plutonunun endotımas zonasında 21 kvars-
molibden damarı aşkar edilmişdir. Sonradan M.A.Ağasıyev (1963) tərə-
findən aparılan axtarış işləri nəticəsində bu damarlara daha 10 damar
əlavə olunmuşdur. Təzahürün öyrənilməsi Ə.H.Babayev (1970), R.Y.Hə-
sənov (1978), Z.İ.Mirzəyev, Ə.H.Babayev (1989) tərəfindən davam et-
dirilmiş və nəticədə aşkar olunmuş kvars-molibden damarlarının miqdarı
30-a qədər yüksəlmişdir. Təzahürün dağ-texniki və hidrogeoloji şəraiti
əlverişlidir. Relyef güclü doğranmışdır.
Geoloji quruluşu. Sahədə intruziv süxurlar kompleksi qabbro-
dioritlə, qranodioritlə, kvarslı sienit-dioritlə, qranodiorit-porfir daykası
ilə, diorit-porfirlə, lamprofirlə və aplitlə təmsil olunur. İntruziv kompleks
Eosenin vulkanitlərini yarır. Sonuncular plutonla təmasda güclü dəyişil-
miş və törəmə kvarsitlərə çevrilmişdir. Törəmə kvarsitlər zolağının eni
300-320 m-dən 800 m-ə qədər olmaqla şimal-qərb istiqamətdə uzanır,
sonra da Parağaçay yaxınlığındakı dar dərədə kəskin şəkildə öz istiqa-
mətini 0-20
0
bucaq altında şimal və şimal-şərqə tərəf dəyişir. Təzahürün
daxilində en istiqamətinə yaxın, bəzən şimal-şərq istiqamətli qopuq
çatlar geniş inkişaf etmişdir.
Filiz cisminin morfologiyası və kimyəvi tərkibi. Filizləşmə
damar tiplidir. Mədəndərəsi təzahüründə mis-molibden filizləşməsi mü-
şahidə olunan 30-a yaxın kvars damarları məlumdur. Damarların uzan-
ması bir-birinə paralel olub, Parağaçay damarının ümumi istiqamətinə
uyğun gəlir. Onlar cənub və cənub–şərqə dogru dik bucaq altında (70-
90
0
) yatırlar. Onların qalınlığı 0,1 m-dən 0,7 m-dək dəyişərək orta
hesabla 0,3 m, uzunluqları isə 100-300 m-dən 500 m-dək çatır. Onlar
qabbro-diorit, diorit və qranodioritlərin arasında yatırlar. Dəyişmiş yan
süxurlar (damardan 0,5-1,5 m aralı) kalium çöl şpatları ilə, serisitləş-
30
miş, kvarslaşmış süxurlarla təmsil olunaraq onlar tez-tez misin törəmə
mineralları ilə zənginləşmişdir. Filiz minerallaşması (pirit, xalkopirit,
molibdenit) damarlarda qeyri-bərabər paylanaraq, incə mötəvilərlə və iri
yığımlarla təmsil olunur. Misin miqdarı 0,05%-dən 7%-dək, molibden
isə 0,0015-dən 1,0%-dək təşkil edir.
Aşağıda yer səthindəki sınaqlaşdırmanın nəticələrinə görə damar-
ların əsas parametrləri verilir.
Cədvəl 2
Yer səthindəki sınaqlaşdırmanın nəticələrinə görə damarların
əsas parametrləri
Damarların
nömrəsi
Uzunluğu,
m-lə
Orta
qalınlığı,
m-lə
Orta miqdarı
molibden, % mis, % qızıl, q/t
Damar № 1
300
0,30
0,002
0,60
iz.
« » №2
450
0,50
0,003
0,70
iz - 0,7
« » №3
430
0,35
0,008
0,60
iz
« » №4
300
0,30
0,001
-
1,1
« » №5
350
0,25
0,013
-
iz
« » №6
180
0,40
0,005
0,06
iz
« » №7
140
0,45
0,100
0,10
yox
Zona № 8
150
0,34
0,013
0,30
-
« » №9
120
0,25
0,001
-
1,2
Eroziya kəsilişində, əsasən mis filizləşməsinin üstünlük təşkil et-
diyi şimal-qərb hissədə damarlar örtülüdür. Damarların uzanma istiqa-
mətində keçilmiş qısametrajlı mağara da mis filizləşməsinin üstünlük
təşkil etdiyi hissədə keçilmişdir.
Parağaçay yatağının (2450 m horizontda) üst sənaye horizontun-
dan 150-200 m yuxarıda, damarların daha çox yaxınlaşdığı 400 m-lik
zolaqda yerləşən və eroziya kəsilişində az dərinlikdə müşahidə olunan
damarlar damar tipli yatağın perspektivliyinin müsbət qiymət-ləndiril-
məsinə imkan verir. Damarın qalınlığının və molibdenin miqda-rının,
xüsusilə damarın cənub-şərq cinahında, açılmayan hissədə dərinliyə doğ-
ru artmasını gözləmək olar ki, bu hal Parağaçay yatağında da müşahidə
olunur.
31
Filizin mineral tərkibi Parağaçay filizləri ilə oxşardır.
Qabbro-dioritlər bu və ya digər dərəcədə porfir tipli damarcıq-
möhtəvi mis-molibden filizləşməsi daşıyır. Qabbro-diorit və digər
süxurların zəif çatlı və zəif filizləşmə sahələri fonunda mis-molibden
filizləşməsi ilə müşayiət olunan çox xırdalanmış, əzilmiş, kvarslaşmış,
serisitləşmiş, piritləşmiş süxurların daha aydın nəzərə çarpan zonaları
vardır. Bəzən onlar içərisində xırdalanmış kvars saxlayan yumşaq
oxralanmış gil kütləsi ilə dolur. Orada filizləşmə misin törəmə
mineralları ilə, dəmir oksidi və adətən xalkopiritlə təmsil olunur. Bunlara
sahənin şimal-qərb hissəsində suben istiqamətli, bir-birinə yaxın 15
subparalel zonalar aiddir. Bu zonalar biri-birindən 10 m-dən 20-30 m-
dək məsafədə yerləşirlər. Onların qalınlığı 1-2 m-dən 4-5 m-dək olub,
cənub-qərbə 70-80
0
bucaq altında yatırlar. Zonanın uzunluğu 100 m-dən
300 m-dək dəyişir.
Sahənin cənub-qərbində uzun məsafədə izlənilən mis və molibden
filizləşməsi saxlayan şimal-şərq istiqamətli xırdalanmış, hidrotermal-
dəyişmiş süxur zonaları vardır. Onların qalınlığı 3-10 m-dən 50 m-dək
çatır. Onlar 1 km-dən yuxarı məsafədə izlənilir.
Bu zonalarda misin miqdarı 0,11-0,22%-dən 0,68%-dək, molib-
denin miqdarı isə 0,01-dən 0,014%-dək dəyişir.
Mədəndərəsi mis-molibden-porfir filzləşməsi təzahüründə yerüstü
işlər istisna olmaqla, nə qiymətləndirmə, nə də kəşfiyyat işləri aparıl-
mamışdır. Buna baxmayaraq, mis-molibden-porfir tipli ştokverk filizləş-
məsi haqqında məlumatlar əldə olunmuşdur (Z.M.Mirzəyev, Ə.H.Ba-
bayev, 1988). Həmin məlumatlar Parağaçay-Urumus filiz sahəsinin yük-
sək perspektivliyini bir daha təsdiqləyir.
1.3.2. Molibden-porfir yataqları
Molibden-porfir yataqları Ordubad filiz rayonunun Kilit-Kotam
filiz sahəsinə aid edilir. Kilit-Kotam filiz sahəsi Ordubad qranitoid pluto-
nunun endo və ekzotəmas zolağına aid olub, Araz çayı hövzəsində Ki-
litçay, Kotamçay və Gənzəçay çaylarının aşağı axım hissələrini əhatə
edir. Filiz sahəsi cənubda İran Azərbaycanının ərazisinə keçir.
Ordubad plutonunun kənar hissəsi filiz sahəsinin hüdudlarında Üst
Təbaşirin əhəngli-terrigen süxurlarından təşkil olunaraq, monsonit və
qranodiorit sırası intruzivlərlə kəsilmişdir. Monsonitlər, monsodioritlər,
32
dioritlər mikrodioritlər, qabbro-dioritlər ştok, sill və daykaya oxşar for-
malar əmələ gətirir.
Qranodiorit intruzivi mikropeqmatitli qranodioritlərdən və onların
porfir görünüşlü müxtəlif növlərindən, leykokrat qranitlərdən və qranit
aplitdən təşkil olunmuşdur. Cənub-şərqdən şimal-qərbə intruzivin tərkibi
qranitdən qranodioritədək, kvarslı və kvarssız dioritlərədək dəyişir.
Qranodiorit intruzivinin satellitləri dayka və sill şəklində massivin
özündən keçərək Kilitçay, Kotamçay və Gənzəçay çaylarının hövzələ-
rində Araz çayına qədər izlənilir.
Ordubad plutonunun təmas zolağında filiz sahəsinin hüdudlarında,
Üst Təbaşirin əhəngli-terrigen süxurları intensiv metamorfizmə və hid-
rotermal metasomatoza məruz qalmışdır. Əhəngdaşlarının tufogen və
mergelli-argillit qatı ilə növbələşməsi nəticəsində müxtəlif tərkibli kon-
takt-metamorfik və hidrotermal-metasomatik fasiyalar: mərmər, buynuz-
daşı, qranat və qranat-epidot skarnlar və epidozitlər əmələ gəlmişdir.
Eosenin vilkanitləri ilə təmasda törəmə kvarsitlər geniş inkişaf etmişdir.
İntruzivin turş tərkibli derivatlarının inkişaf etdiyi endotəmas hissədə,
əsasən qreyzenləşmə və aplitləşmə qeyd olunur.
Kilit-Kotam filiz sahəsindəki skarnların mineral tərkibi C.A.Azadəli-
yev və N.A.Qurbanova (1991) görə aşağıdakı qaydada təmsil olunur: 1)
məxsusi skarnlar - piroksen, qranat, epidot, kalsit; 2) skarn ətrafı - piroksen,
qranat, epidot, albit, anortit, ortoklaz; 3) epidozitlər - epidot, klinosiozit,
kvars, kalsit, xlorit; 4) singenetik filizlər- qranat, epidot, xlorit və digərləri.
Fasial xüsusiyyətlərinə görə ayrılır: piroksen-qranat, qranat, kalsit-qranat,
epidot-qranat, qranat-epidot, skarn fasiyaları; piroksen-çöl şpatı, plagiok-
laz-piroksen-qranat, kalsit-qranat və epidot-qranat fasiyalar. Qranatlar
əsas kütlənin 70-90, bəzən 100%-ə qədərini təşkil edir. Qalan minerallar
tabe şəkildə inkişaf edir.
Ekzoskarnlar daha geniş inkişaf edərək sfen, apatit və digər akses-
sor mineralların iştirak etməmələri ilə fərqlənirlər.
Kilit-Kələki qırılması sahədə qalınlığı 1 m-dən 20-30 m-dək dəyi-
şən daykalarla və parçalanmalarla təmsil olunur və Kotam antiklinalının
nüvəsində eni 2 km-ə yaxın olan zolağı əhatə edir. Nəhəng dayka zolağı
en istiqamətinə yaxın uzanır. Burada şimal-şərq istiqamətli daykalar da
mövcuddur. Filiz sahəsi tamamilə müxtəlif dərinlikli qırılma pozul-
maları, çat sistemləri ilə doğranaraq ştokverk şəbəkəsi əmələ gətirir. Filiz
sahəsinin strukturu həmçinin təmas hissədə həm maqmatik cisimlər,
33
həm də karbonatlı-terrigen çöküntülərin ayrı-ayrı layları ilə mürəkkəb-
ləşmişdir.
Kilit-Kotam filiz sahəsinin hüdudlarında kontakt-metasomatik tipli
mis-kobalt, hidrotermal-damar tipli kvars-volfromit, hidrotermal-ştokverk
- damarcıq tipli molibden-porfir yataqları cəmləşmişdir. Bütün bu yataq-
lar genetik və məkanca Ordubad qranitoid plutonunun postmaqmatik
məhlulları ilə əlaqədardır. Bizim fikrimizcə, daha ilkin mis-kobalt filiz-
ləşməsi əsasi tərkibli diferensial maqma ilə əlaqədar olub, intruziv kom-
pleksin qabbro-monsonit-diorit formasiyası ilə təmsil olunur. Qalay-
molibden-volfram filizləri oksigenli mühitdə əmələ gələrək, yüksək və
orta temperaturlu kvars-filiz damarları şəklində təmsil olunurlar. Bu
filizlərə sənaye əhəmiyyəti daşımayan nisbətən gec mərhələnin qur-
ğuşun-sink filizləşməsi nüfuz etmişdir. Qızılçınqıl yatağının ştokverk-
möhtəvi molibden-mis-porfir filizləşməsi böyük maraq kəsb edir. Həm
qalay-molibden-volfram, həm də molibden-mis-porfir filizləri genetik
olaraq nisbətən gec (Oliqosen-Miosen) mərhələnin orta tərkibli maqması
ilə əladədar olub, intruziv kompleksin qranodiorit-porfir formasiyası ilə
təmsil olunmuşdur (3 №-li cədvələ bax).
1.3.2.1. Qızılçınqıl yatağı
Qızılçınqıl yatağı Kilit kəndinin yaxınlığında, ondan cənubda
Araz çayı hövzəsində yerləşir. Yataq iki sahədən ibarətdir: şərq və qərb.
Şərq sahə Kilit kvars-volfram yatağına (“Volfram və qalay” bölməsinə
bax) uyğun gəlir və dərində ştokverk tipli molibden-mis porfir filizlərinə
keçir. Qərb sahə ştokverk tipli molibden-mis porfir damarcıq-möhtəvi
filizlərlə təmsil olunur. Yatağın perspektivli sahəsi 2,5 kv.km ərazini
əhatə etməklə uzunluğu 2,5 km, eni isə 1,0 km-dir. Yataq cənubdan İran
ərazisinə keçir və Araz çayı ilə sərhədlənir.
Yataqda 1943-1945-ci illərdə A.Q.Şilenko, 1971-1972-ci illərdə
Ə.H.Babayev və 1973-1974-cü illərdə Ş.Q.Hacıyev tərəfindən axtarış və
kəşfiyyat işləri aparılmışdır.
1943-1945-ci illərdə aparılan axtarış-kəşfiyyat işləri Araz çayının
səviyyəsinə qədər (sıfırıncı horizonta qədər) keçilmiş xəndək, şurf və
qısametrajlı mağaraların sınaqlaşdırılmasından ibarət olmuşdur.
Götürülmüş 874 şırım sınağı üzrə molibdenin orta çəki miqdarı
0,023%, ayrılıqda sıfırıncı horizont üzrə isə 0,104% olmuşdur. Keçilmiş
dağ qazmalarının şəbəkəsi hər 60 m-dən bir olmuşdur. Mərkəzi sahədə
34
350x320 m sahədə molibden üzrə hesablanmış ehtiyatlar molibdenin
orta çəki miqdarı 0,023%, həcm kütləsi 2,73 t/m
3
olmaqla B+C
1
+C
2
kateqoriyaları üzrə 5584 ton təşkil edir.
Yataq 1971-1974-cü illərdə Ə.H.Babayev və Ş.Q.Hacıyev
tərəfindən 6 buruq quyusunun (№ 2 - 630 m, № 3 - 602 m, № 4 - 230 m,
№ 5 - 294 m, № 6 - 320 m, № 7 - 508 m) qazılması ilə dərinliyə
öyrənilmişdir. 4, 2, 6 və 7 №-li buruq quyuları şimal-qərbdən cənub-
şərqə doğru buruq quyuları arasındakı məsafə 300-400 m olmaqla 1 km
məsafədə bir xətt üzərində qazılmışdır. 3 və 5 №-li buruq quyuları
birincidən 300 m uzaqlıqda yerləşən şimal profildə qazılmışdır. Buruq
quyuları 400x300 m şəbəkədə qazılmışdır. Əvvəllər molibdenə aparıl-
mış axtarış işləri və eləcə də qazılmış buruq quyuları sahənin cənub-
qərbini əhatə etmişdir. Şimal-şərqdə (şərq sahə) yerləşən və Kilit kvars-
volfram yatağı adlanan yataq dərinlikdə molibden-mis-porfir filizləşməsi
nöqteyi-nəzərincə zəif öyrənilmişdir. 2 №-li buruq quyusunda 591 m
dərinlikdə Alt Turon çöküntülərinin altında basdırılmış mövcud intruziv
massivin kəsilməsi yatağın perspektivliyini daha da artırır.
Bütövlükdə,
Qızılçınqıl yatağının perspektivliyi yüksək qiymətləndirilir.
Yataqdakı əhəngdaşı və tuffit laycıqlı qumlu-mergelli-argillitli qat
çöküntüləri Ş.Ə.Əzizbəyov, Ə.H.Babayev və Ş.Q.Hacıyev tərəfindən Alt
Turona aid edilmişdir. Bu çöküntülər Kilit kəndindən başlayaraq Kilit-
çayın səviyyəsinə qədər monsonit intruzivinin təmasında izlənilir. Daha
sonra Alt Turon çöküntüləri Araz çayının sağ sahilində İran ərazisində
müşahidə olunur.
Ekzotəmas zonada toplanmış süxurlar buynuzdaşlarına, epidotqra-
natlı skarnlara və nadir hallarda mərmərləşmiş əhəngdaşlarına çevril-
mişdir.
Köndələn Kilit strukturunun hüdudlarından kənarda qumlu-argillit
çöküntüləri nisbətən zəif dəyişilmişdir.
Pəzməri və Nüvədi ərazilərində kembriyəqədər çöküntülərin ayrıca
çıxışları vardır. 2, 3, 6, 7 №-li buruq quyuları vasitəsilə açılmış Alt
Turon yaşlı buynuzdaşlarının alt hissəsi fundamentin vəziyyəti nəzərə
alınmaqla çox böyük ehtimalla kristallik fundamentin metamorfikləşmiş
süxurlarına aid edilməlidir. Sonradan bu süxurlar təkrarən kontakt və
hidrotermal metamorfizmə məruz qalmışdır. Bu təklif V.N.Nağıyev
tərərindən irəli sürülmüş və bu gün öz təsdiqini tələb edir.
Cədvəl 3
Dostları ilə paylaş: |