Qazintilari


Civə-sürmə-mərgümüş filizləri



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
1   2   3   4   5   6   7   8   9   10   ...   22

1.9. Civə-sürmə-mərgümüş filizləri 
 
1.9.1. Darıdağ filiz sahəsi 
 
Naxçıvan qırışıqlıq vilayətində mərgümüş filizləşməsi civə-sürmə 
yataqları ilə birlikdə inkişaf etmişdir: 1) uzununa Naxçıvan yan dərinlik 
qırılması boyu Darıdağ  və  Əylis filiz sahələri  ərazisində  və 2) eninə 
Əlincəçay və Naxçıvançay qırılmaları boyu Başkənd, Ortakənd və Sal-
vartı sahələri daxilində.  
Darıdağ strukturu və Naxçıvan yan dərinlik qırılması tektonik 
deformasiyanın vahid aktının nəticəsi hesab olunur və yan zonada öz 
inkişafının başlanğıcını hələ Mezozoy fundamentinin dərinlik qırılmasın-
dan götürən, qabıqaltı qata qədər çatan və maqmanın hərəkət yoluna  və 
onun məhsullarını yer qabığının üst horizontlarına çatdırılmasına xidmət 
edən riftogenezin aktivləşməsi ilə  səciyyələnir. Hər iki qırılma onlarda 
Paleogen-Neogendə başlıca olaraq orta və turş tərkibli vulkanik törəmə-
lərin təzahürü  ilə səciyyələnirlər. Bu qırılmalara bir sıra filiz təzahürləri, 
əsasən mərgümüş və civə-sürmə formasiyaları aid edilir.  
Darıdağ filiz sahəsi Naxçıvan yan dərinlik qırılmasının apofizi 
hesab olunan Darıdağ antiklinalına aid edilir. Karbon qazı tərkibli termal 
su mənbəyi Darıdağ  qırılmasına aid olub, karbon qazının ayrılması 
hesabına müasir travertinlər  əmələ  gəlir. Darıdağ srtukturuna Darıdağ 
qrupu mərgümüş, sürmə və civə yataq və təzahürləri aiddir.  

 
71
Darıdağ filiz sahəsinin geoloji quruluşunda iştirak edir: 1) Dat-
Paleosenin terrigen çöküntüləri, başlıca olaraq gil fasiyası ilə  təmsil 
olunan qumdaşı, mergel, bəzən azqalınlıqlı  əhəngdağının iştirakı ilə; 2) 
bazal qatından başlayaraq Eosen və Oliqosenin vulkanogen çökmə 
kompleksi. 
Darıdağ antiklinalı uzunma istiqamətində bir qədər asimmetrik 
olub, yatımı tağın oxu üzrə 60-80
0   
bucaq altında  şimal-qərbə  tərəfdir. 
Qırışıqlığın mərkəzi hissəsi Darıdağ  qırılması ilə pozulmuş  və  əsasən 
uzanma istiqamətində  və  qırılma zolağı boyu daha xırda qırışıqlar və 
çoxsaylı subparalel qırılma pozulmaları ilə mürəkkəbləşmişdir.  
Darıdağ mərgümüş  yatağı  və civə-sürmə filizləşməsi qeyd olunan 
uzununa qalxıma aid edilir və eyni zamanda filizgətirən kanal rolunu 
oynayan Darıdağ uzununa qırılması ilə nəzarət edilir.  
Filiz Darıdağ antiklinal qırışıqlığınin kilid hissəsində, Eosen yaşlı 
bazal konqlomerat horizontunun altında lokallaşmışdır.  
Yatağın mərkəzi hissəsindəki mövcud dərin eroziya kəsilişi (300 
m-ə yaxın) faktı  ilkin olaraq yatağın bu kəsiminin yuyulub getməsi 
fikrini  söyləməyə imkan verir.  
Mövcud geoloji-struktur şərait Darıdağ  qırılma zonasında və 
sonuncunun əlverişli yerli səciyyə daşıyan  strukturlarla kəsişmə qovşa-
ğında civə-sürmə filizləşməsinin çoxmərhələli və seçkili formalaşma-
sının mümkünlüyünü inkar etmir.  
Beləliklə, Darıdağ filiz sahəsi hüdudlarında üç qrup yataq aşkar 
edilmişdir: 1) Darıdağ (Culfa mərgümüş yatağı, sürmə saxlayan); 2) 
Kəsəndağ civəsaxlayan sürmə yatağı və 3) Darıdağ termal su yatağı, bor, 
karbon qazı  və bol kalsium saxlayır ki, bunların da hesabına travertin 
əmələ gəlir.  
Darıdağ (Culfa) sürməsaxlayan mərgümüş yatağının kəşfiyyatı 
aparılmış, istismara verilmiş  və müharibə illərində konservasiya olun-
muşdur. Bu yatağın səciyyəsi “Mərgümüş” bölməsində verilir. Lakin 
qeyd etmək lazımdır ki, Darıdağ yatağı  mərgümüş-sürməsaxlayandır. O, 
eyniadlı antiklinalın tağ hissəsində öyrənilmiş və dik qırılma ilə mürək-
kəbləşmişdir. Filiz qatı morfoloji cəhətdən stratiform tipli olub, an-
tiklinalın oxu boyu 10-15
0
 bucaq altında  şimal-qərbə gömülən bazal 
konqlomeratların altında Paleosen-Eosen yaşlı süxurların sərhədində 
öyrənilmişdir. Sürmə tamamilə tabeli əhəmiyyət daşıyır və  mərgümüş 
filizlərinin torpaqvari və incədispers tipləri arasında kiçik qarışıqlar 
şəklində rast gəlinir.  Əksər nümunələr yüzdə birdən onda birədək faiz 

 
72
miqdarında sürmə saxlayır. Dərinlikdə - ehtiyat hesablanan sərhəd daxi-
lində sürmənin miqdarı 0,12-0,16% təşkil edir. Yatağın aşağı horizontları 
sürməyə nəzərən böyük maraq kəsb edir. Burada mərgümüşün mineral-
ları yox olur.  
Sürmə filizdə antimonitlə təmsil olunaraq, yuvalar, möhtəvilər və 
damarcıqlar  əmələ  gətirir. Antimonit kristallarının ölçüsü mikroskopik 
həddən 1-2 sm həddədək dəyişir.  
Kəsəndağ civə-sürmə yatağı Darıdağ filiz sahəsinin mərkəzi hissə-
sinə aid edilir. O, öyrənilmiş, Darıdağ yatağının mərkəzi sahəsi kimi 
onun E.M.Cəfərov (1950) tərəfindən qismən kəşfiyyatı aparılmışdır. 1977-
1979-cu illərdə V.N.Nağıyev,  Ə.F.Kərimov, Y.Ə.Kərimov, Z.İ.Mirzəyev 
və  Ə.M.Həmidov  tərəfindən civə və sür-məyə axtarış işləri aparılmışdır.   
Civə-sürmə filizləşməsi terrigen, başlıca olaraq mergel və  əhəng-
daşı laycıqlı qumlu-gilli çöküntülərin inkişaf etdiyi Darıdağ braxiantik-
linal qırışıqlığında qırılmanın oxu boyu intensiv xırdalanmış  və sürtül-
müş süxur sahələrinə aid edilmişdir. Mergel və  əhəngdaşları filizli 
məhlulların antimonit, kalsit, araqonit və gips  yığımları ilə əvəz olunma-
sında  əhəmiyyətli rol oynayır. Sürmə minerallarının,  əsasən antimonit,  
qismən kinovar şəklində çoxmərhələli formalaşması qeyd edilir. Sürmə-
yə nəzərən civə minerallaşması tabeli
 
xarakter daşıyıb, nadir möhtəvilər, 
bəzən  incə damarcıqlar əmələ gətirən kinovarla təmsil olunur. 
Z.M.Cəfərova görə karbonatlı-antimonitli filiz cisimləri sütun və 
ştokverk səciyyəlidir. Yuvagörünüşlü sürmə filiz cisimləri adətən bir-
birinə yaxın, 20-30 sm məsafədə yerləşərək bir-biri ilə damarcıq-möhtəvi 
filizləşmə ilə birləşirlər. Damarcıq tip filizlər yuvagörünüşlü, daha 
doğrusu, ləkəli filizlərlə müqayisədə daha az inkişaf etmişdir. Damarcıq 
və yuvalar massiv kütləli antimonitin qarışıq-lifli
 
minerallarından təşkil 
olunmuşdur. Hidrotermal-dəyişmiş süxur kütləsində möhtəvi tip filizlər 
ayrı-ayrı antimonit kristallarının radial-şüalı aqreqatları ilə  təmsil olun-
muşdur. Bütövlükdə yuvagörünüşlü tip üstünlük təşkil etməklə filiz-
ləşmə qeyri-bərabər yayılmışdır.  
Kəsəndağ yatağı ərazisində V.N.Nağıyev, Y.Ə.Kərimov və digər-
ləri tərəfindən (1979) dərinlikdə buruq quyuları  ilə təsdiqini tapan 4 filiz 
cismi ayrılmış və izlənilmişdir. Aşağıda onların parametrləri və kompo-
nentlərin miqdarı verilir. 
Birinci filiz cismində 90 m uzunluğa, 1,77 m orta qalınlığa  sürmə-
nin miqdarı 0,25%-dən 20,55%-dək, civə isə 0,01%-dən 0,05%-dək 
dəyişir.  

 
73
İkinci filiz cismində sürmənin orta qalınlığı 2,96 m, orta çəki 
miqdarı 4,83% olmaqla 140 m-dək izlənilmişdir.  
Üçüncü filiz cismi ikincidə olduğu kimi sürmə ilə zəngin olub, orta 
çəki miqdarı 8,03% təşkil edir. Filiz cisminin qalınlığı 2,7 m, ümumi 
uzunluğu 90 m-dir. Civə aşkar edilməmişdir. 
Dördüncü filiz cismi civə-sürmə saxlayaraq 50 m uzunluğa, 1,56 
m orta qalınlığa orta hesabla 0,8% sürmə, 0,011-0,013%   civə saxlayır. 
Bəzən civənin miqdarı 0,4%-ə çatır.  
Filizin mineral tərkibi antimonitlə, qismən realqar və auripiqment-
lə  təmsil olunur. Nadir hallarda valentinit, servantit və stibnitə rast 
gılinir. Qeyri-filiz mineralları kalsit, araqonit və gipslə təmsil olunur.  
 Antimonit  ölçüləri 5-8 sm-ə çatan iynəvari kristallik aqreqatlar 
şəklində rast gəlinir və şüavari formalar əmələ gətirir. Antimonitin gizli 
kristallik aqreqatları ilə təmsi olunan  möhtəviləri də inkişaf etmişdir. 
 Ətraf layların kəskin parçalanmasını  və Mezozoy fundamentinin 
üstündə yatan gilli fasiyanın qumlu fasiya ilə tez-tez əvəz olunmasını 
nəzərə alaraq, başlıca olaraq Darıdağ  qırışıqlığının kilid hissələrinin 
kəsişmə yerlərində,  əsasən filizgətirən kanal boyu civə filizləşməsinin  
çoxmərhələli və  seçkili  lokallaşmasının mövcudluğunu ehtimal etməyə 
imkan verir. Bu amil həm bütün Darıdağ zolağı, həm də Naxçıvan yan 
dərinlik qırılması boyu aparılan axtarış işlərində istifadə oluna bilər. Bu 
zaman Ümumqafqaz qırılmaları ilə bərabər köndələn qırılmaların, xüsusi 
ilə də
 
onların kəsişmə hissələrində lokallaşan civə-sürmə filizləşməsinin 
rolu  nəzərə alınmalıdır.  
 
1.9.1.1. Darıdağ (Culfa)  mərgümüş  yatağı 
 
Darıdağ  mərgümüş yatağı Naxçıvan MR-də, Culfa şəhərindən 8 
km  şimalda, Darıdağ silsiləsi boyunca, onun dağılmış  cənub-şərq kəsi-
mində yerləşir. 
Darıdağ yatağı eyniadlı antiklinalın ox hissəsindən keçən   Darıdağ 
dərinlik qırılmasına aiddir. Yatağın geoloji quruluşunda  və bütövlükdə 
filiz sahəsində Dat-Paleosenin karbonatlı-terrigen,  Eosen və Oliqosenin 
isə vulkanogen-çökmə çöküntüləri iştirak edir.  
Yataq iki sahədən ibarətdir:  şimal-məxsusi Darıdağ  və  cənub-
Culfa.  Şimaldakı Darıdağ yatağı  mərgümüş filiz qatı, cənubdakı isə 
mərgümüşlü  termal su mənbəyi ilə  təmsil olunur. Onların arasındakı 
məsafə 1,2-2,0 km-dir. Hər iki yataq vahid tikiş zonasına aid edilir.  

 
74
Öyrənilməsi. Davamı  İrana keşən Darıdağ yatağı  qədimdən mə-
lumdur. Bir çox yüz illər  ərzində realqar və auripiqment – tüklərin 
təmizlənməsi  üçün istifadə olunan “zırnıx”ın  hazırlanması  məqsədilə 
çıxarılmışdır. Bu barədə XVI əsr mənbələrində  məlumat verilmişdir. 
Bizim eradan əvvəl III əsrdə Azərbaycanda Darıdağ yatağının filizləri 
mis-mərgümüş bronzoların alınması üçün istifadə edilmişdir. Bu ehti-
mallar  Naxçıvan MR-in Kültəpə ərazisindən tapılmış arxeoloji əşyalarda 
aparılan kimyəvi tədqiqatlar nəticəsində təsdiq edilmişdir. Onlarda mər-
gümüşün miqdarı 1,0%-dən 4,6%-dək dəyişir.  
Darıdağ yatağı 1936-cı ildə öyrənilmiş və kəşfiyyatı aparılmışdır. 
1936-cı ildən 1947-ci ilədək yataq istismar olunmuşdur. 1947-ci ildə 
yataq konservasiya edilmişdir. Yatağın 105 m dərinliyə  qədər üç hori-
zontda kəşfiyyatı aparılmışdır. Mərgümüşün ehtiyatları A+B+C
1
  və  С
2
 
kateqoriyaları üzrə 24,4 min ton təşkil edir. Ayrı-ayrı bloklar üzrə 
mərgümüşün miqdarı 2,97%-dən 5,74%-dək, sürmənin miqdarı isə 0,12-
0,16% təşkil edir.  
V.N.Nağıyevə görə Darıdağ yatağı tam sərhədləndirilməmişdir. 
Müəlliflərə görə onun proznoz ehtiyatları  məlum olandan on dəfələrlə 
çoxdur. Darıdağ yatağında mərgümüş  və sürmənin proqnozlarına toxu-
naraq aşağıdakıları qeyd etmək olar. Mərgümüş filizləşməsi antiklinalın 
tağında ox boyu olduqca böyük məsafədə, məsələn 2-3 km  şimal-qərbdə  
batır. Paleosenin filizsaxlayan qumlu-gilli çöküntüləri Oliqosen-Miose-
nin vulkanogen-çökmə qatının altında maili şəkildə  qərb istiqamətdə 
batır. Nəzərə almaq lazımdır ki, filizli Darıdağ  qırılması boyu qərb və 
şimal-qərbə uzanır və böyük ehtimalla mövcud dərinlikdə, Paleosenin 
qumlu-gilli çöküntülərinin tavanında vulkanogen qatın altında gizli filiz 
cisminin olmasını proqnozlaşdırmaq olar. Bunu Dağüstü sahəsində ter-
rigen qatda stratiform səciyyə daşıyan filizləşmədə mərgümüşün  iştirakı 
da təsdiq edir.  
Geoloji quruluşu. Yatağın geoloji quruluşunda Paleosen və Eosen 
çöküntüləri iştirak edir və növbələşən gil, mergel, qumdaşı  və konqlo-
meratların qalın qatlarından  (kəsilişin alt hissəsi) və əlvan rəngli mergel 
və qumdaşı qatlarının növbələşməsindən  (kəsilişin üst  hissəsi) təşkil 
olunmuşdur. Filiz sahəsində  ən qədim törəmələr qırılmadan cənubda, 
Darıdağ antiklinalının tağ hissəsi boyu  təcrid  olunmuş qaya və qayma 
şəklində qeyd olunan Üst Senon yaşlı  mergellər hesab olunur.  
Darıdağ yatağının  əsas struktur qırışıqlığı  şimal-qərb  (335-345°) 
istiqamətli eyniadlı braxiantiklinal sayılır. Antiklinalın qanadlarının ya-

 
75
tım bucaqları  ŞmŞ 30-40° və CQ 20-30°-dir. Antiklinalın tağ hissəsi 
boyu qalınlığı 35 m və uzunluğu 2,5 km olan xırdalanma (əzilmə) zonası 
keçir. O, amplitudası bir neçə metrə çatan dik yatımlı  qırılıb-düşmə ilə 
təmsil olunur. Həmçinin əsas qırılmadan ayrılan nisbətən xırda eninə və 
uzununa çatlar inkişaf etmişdir.   
Filiz qatının morfologiyası. Yataqda əsas filiz cismi mergel, 
qumdaşı  və gil qatları arasında yatır və uzununa qırılmaya aid edilir. 
Yataqda uzunluğu 120 m, qalınlığı 30 m-dən 100 m-dək olan qeyri-
düzgün formalı, şaquli yatımlı ştokda 2%-dən yuxarı mərgümüş saxlayan 
filiz cismi müəyyən edilmişdir. Aşağıdan genişlənən filiz cisminin iz-
lənilən dərinliyi 100 m-dən çox təşkil edir. Filizləşmənin  şaquli təsiri 
300 m-ə çatır.  
Yataq yer səthinə yaxındır. Hazırda mərgümüşlü su mənbəyi rayo-
nunda müasir eroziya kəsilişi səviyyəsində mineral əmələgəlmə prosesi 
davam edir.  
Filizin tipləri.  Filizin dörd əsas tipi ayrılır. Birinci tip xüsusi 
çəkisi 2,5-2,75 q/sm
3
 olan  gildə  yumşaq, asan dağılan  kütlə ilə təmsil 
olunur.  
Mineral tərkibi  realqar-antimonit qarışıqlı auripiqmentdir.  
İkinci tip filizlər xüsusi çəkisi 3,0 q/sm
3
-dən yuxarı olan  möhkəm, 
bəzən yaşılımtıl çalarlı qırmızımtıl-sarı rəngli qabarcıqlı kütlə ilə təmsil 
olunur. İkinci tip filizlər nisbətən keyfiyyətlidir, lakin az yayılmışdır.   
Üçüncü tip filizlər yüksək növlü olub, lakin çox cüzi inkişaf 
etmişdir. Adətən şəbəkəli damarcıqlar və böyük olmayan yuva yığımları 
əmələ  gətirir, başlıca olaraq  birinci tip filizlərlə birlikdə rast gəlinir. 
Dərinlikdə bu filizlər tədricən çoxalırlar. Filizlər əsasən kvars və karbo-
nat qarışıqlı tozşəkilli auripiqmentdən ibarətdir. Dördüncü tip filizlər 
sənaye əhəmiyyəti daşımır və filiz yatağının sərhədindən kənarda, ətraf 
süxurlarda inkişaf etmişdir.  
Əsas filiz cisminin tərkibində xüsusi çəkisi 2,5-3,75 q/sm
3
 olan 
məsaməli, asan dağılan yumşaq gil kütləsindən ibarət olan  filiz üstünlük 
təşkil edir. Xüsusi çəkisi 3,0 q/sm
3
-dən yuxarı və sərtliyi 2-yə yaxın olan 
qırmızımtıl-sarı, bəzən yaşılımtıl rəngdə yüksək növlü filiz kütləsinə rast 
gəlinir. Darıdağ yatağında mərgümüşlü filizlər  əsasən torpaqvari gil 
kütləsi ilə təmsil olunur.  
Filizin mineral və maddi tərkibi çox sadədir. Əsas filiz mineral-
ları realqar və auripiqment, ikinci dərəcəli mineral  isə  antimonit sayılır. 
Törəmə filiz mineralları – arsenolit, kirazit, melnikovit, pottiuitdən, 

 
76
qeyri-filiz mineralları – kalsit, gips, sərbəst kükürd, araqonit, epsolitdən, 
soda və halitdən ibarətdir. Darıdağ yatağı böyük miqdarda qazın, əsasən 
mərgümüşlü hidrogen  (AsH
3
) qarışıqlı karbon qazının ayrılması ilə 
səciyyələnir.  
 
1.9.2. Əylis filiz sahəsi 
 
1.9.2.1. Əylis sürmə təzahürü 
 
Əylis sürmə  təzahürü Yuxarı  Əylis kəndindən 2,0 km cənub və 
cənub –qərbdə yerləşir. Təzahür Q.İ.Allahverdiyev və başqaları (1986) 
tərəfindən öyrənilmişdir.  
Təzahür struktur cəhətcə Qoruxlar antiklinalı ilə Arısu sinklinalı-
nın qovuşma zonasında öyrənilmişdir. Filizləşməyə eyniadlı antiklinalın 
ox hissəsi boyu keçən Qoruxlar qırılması  nəzarət edir. Sürməli  ərazi 8 
kv.km sahəni əhatə edir.   
Sürmə filizləşməsi: 1) daykalarla nəzarət olunan qırılma-pozulma-
larına və 2) Alt-Orta Eosen yaşlı  Kələki lay dəstəsinin vulkanogen-
çökmə çöküntüləri ilə örtülən  Paleosenin əhəngli-qumlu-gilli çöküntülə-
rinə aid edilir. Əylis təzahürü struktur amillərə və yatağın morfologiya-
sına görə Darıdağ (Culfa) mərgümüş və sürmə yatağını xatırladır. Hər iki 
halda Paleosenin karbonatlı-terrigen və Alt Eosenin vulkanogen-çökmə 
süxurlarının stratiqrafik səviyyəsi, tək-tək hallarda kinovarla birlikdə 
sürmə  və sürmə-mərgümüş filizləşməsinin formalaşması baxımından   
mövcud filiznəzarətedici qırılmalar əlverişli amil rolunu oynayır. 
Əylis təzahürü hüdudlarında tərkibində  mərgümüş iştirak edən və 
sürmə minerallaşması gözlə görünən  4  zona ayrılmışdır. Ən uzun sürmə 
saxlayan 1 №-li zona Qoruxlar qırılmasına aid olub, dik bucaq altında 
yatan diorit tərkibli subparalel daykalar seriyasında öyrənilmişdir. Bir 
qayda olaraq filizləşmə daykanın zalbandında yerləşir. Minerallaşmaya 
Paleosenin argillitləri, alevrolitləri və qumdaşları  məruz qalmışdır.  Ən 
güclü minerallaşma zonası Qurudərənin mənbəyində aşkar  edilmişdir. 1 
№-li zona 8 kəsiliş üzrə  sınaqlaşdırılmışdır. Orada zonanın müəyyən 
olunmuş qalınlığı 1,25 m-dən 15,5 m-dək  olub, orta qalınlığı 7,14 m-dir.   
Sürmənin miqdarı 0,03%-dən 25,48%-dək dəyişərək zona üzrə orta 
göstərici 2,8% təşkil edir. 1 №-li zona 220 m izlənilmişdir. 2 №-li 
zonanın qalınlığı 3,0-3,5 m, sürmənin miqdarı 0,35-1,66%, orta hesabla  
1,1% olub,  fasilələrlə 500 m izlənilmişdir.  

 
77
1  №-li zonadan 700 m cənub-şərqdə 3 №-li zona yerləşir. O, 
qalınlığı 2,5 m-dən 3,0 m-dək (filizsiz intervallarda 18 m-ə  qədər), 
sürmənin miqdarı 0,017%-dən  12,93%-dək, orta hesabla  6,5% olmaqla 
şimal-şərq istiqamətdə 1700 m izlənilir. Dördüncü zona az qalınlıqlıdır. 
Sürmə filizləri  əsasən damarcıq-möhtəvi, bəzən yuvagörünüşlü-massiv-
dir. Filizin mineral tərkibi 45-50% antimonitlə, 5-10% piritlə, karbonatla 
və kvarsla təmsil olunmuşdur. Filizin strukturu hipidiomorfdənəlidir. 
Tekstur cəhətcə antimonit qalınlığı 1,5 sm-ə  qədər olan damarcıqlar 
əmələ gətirən  qeyri-müəyyən formalı massiv kütlə şəklində  ayrılır.  
1 №-li zona üzrə kiçik sahələrdə travertin törəmələri qeyd olunur 
ki, bu da termal suların məhdud  fəaliyyətini təsdiq edir.  
Əylis sürmə təzahürü genetik cəhətcə Darıdağ yatağına oxşar olub, 
teletermal tipə aid edilir.   
 
1.9.3. Əlincəçay təzahürlər qrupu 
 
Əlincəçay mərgümüş, qismən  sürmə  təzahürlər qrupuna məxsusi 
Paradaş, Ortakənd və Başkənd aiddir. Qeyd olunan təzahürlər Paradağ 
çökəkliyində inkişaf etmiş, Vedi-Naxçıvan uzununa yan və  Əlincəçay 
eninə  dərinlik qırılmalarının kəsişmə qovşağına aid edilir. Qeyd olunan 
blok burada orta, bəzən turş-orta tərkibli, qeyri-düzgün formalı çoxsaylı 
vulkan köklərinin və aparatların inkişafı ilə səciyyələnir.  Ətraf süxurlar 
Eosenin vulkanogen-çökmə süxurları hesab olunur.  
Paradaş  və Qrtakənd arsen filiz təzahürləri  şimal-qərb (320°) 
istiqamətli qırılma zonasına aid olub, törəmə kvarsitlərə çevrilmiş an-
dezit-dasitlərin arasında yerləşir. Filizləşmə bütövlükdə  ştokverk tipli 
olub,  aşağı miqdarda mərgümüş və sürmə saxlayır. Filiz zonası 100 m 
izlənilmişdir. Filizlər mineraloji olaraq: 1) əsasən realqar və auripiq-
mentlə, hərdən antimonitlə, piritlə, bəzən qalenitlə; 2) qeyri-filiz mine-
rallarından kvarsla, kalsitlə, kaolinitlə, xloritlə, serisitlə; 3) törəmə 
minerallardan  isə  melanteritlə, koplanitlə və limonitlə təmsil olunurlar. 
Başkənd təzahürü Üst Eosenin çatlı mergellərinə, qumdaşlarına və 
argillitlərinə, onların  şimal-şərq istiqamətli kaolinləşmiş zonalarına aid-
dir. Filizləşmə damar-möhtəvi və yaxma şəklində olub, realqar və 
auripiqmentlə təmsil olunmuşdur.  
 
 
 

 
78
1.9.3. Salvartı təzahürü 
 
Salvartı təzahürü Miopliosendə  gec aktivləşmiş Batabat blokunun 
turş-orta tərkibli vulkanitlərinə aiddir. 
Naxçıvan eninə qırılması boyu  Vayxır, Gömür (Narzan) və digər 
mineral bulaqlar geniş inkişaf tapmışdır. Təzahür rayonunda vulkanik 
aparatların seriyaları, qabıqları (kiçik intruzivləri),  boğazları (nekklər), 
ekstruzivləri (Gəlinqayası, Ardış, Cindağ  və s. dağlar) və onların 
piroklastolitləri  məlumdur. Şimal-şərq zona boyu liparit-dasit tuflarının 
metasomatik dəyişməsi hesabına  əmələ  gəlmiş  opalsaxlayan törəmə 
kvarsitlər geniş inkişaf tapmışdır.  
Mərgümüş filizləşməsi  şimal-qərb (330-340°) istiqamətli kvars-
opal-kaolinitli metasomatitlər zonasına aiddir. Salvartı dağı rayonunda 
opallaşma, alunitləşmə, kaolinləşmə  və piritləşmə qeyd olunur. Arsen-
saxlayan zonanın  qalınlığı 12 m olmaqla 70 m uzunluğunda izlənilmiş-
dir. 
Filizin mineral tərkibi realqar, auripiqment, antimonit, pirit, nadir 
hallarda sfalerit və torpaqvari kükürdlə  təmsil olunur. Törəmə  mineral-
lardan valentinit, limonit, melanjerit qeyd edilir. Qeyri-filiz mineralların-
dan kvars, opal, kaolinit rast gəlinir.  
Salvartı sürmə-mərgümüş filizləşməsi genetik olaraq  qeyd edilən 
blokda Miopliosendə tektonomaqmatik prosesin aktivləşməsi ilə  əlaqə-
dardır.  
 
1.10. Qızıl filizi yataqları 
 
1.10.1. Ordubad filiz rayonu 
 
1.10.1.1. Ağyurd yatağı 
 
Ağyurd yatağı  Vənəndçayın sağ qolu olan Ayıçınqılı çayının orta 
axım hissəsində, Pəzməri kəndindən 8 km şimal-şərqdə yerləşir. Ağyurd 
yatağının struktur mövqeyi Munundərə  təzahürü ilə eynidirr. Fərqli 
cəhətlərindən biri  burada  əlavə olaraq mis-porfir filizləşməsinin inkişaf 
etməsidir.   
Ağyurd yatağı  kvarslı sienit-diorit tərkibli dayka komplekslərinin 
inkişaf  etdiyi zolağa Ordubad qırılması ilə Misdağ qırılmasının kəsişmə 
qovşağına aid edilmiş, kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş  süxur-

 
79
larla bərabər kvars damar və damarcıqları ilə təmsil olunan  24 qızıl filiz 
zonasından və damar-zonadan ibarətdir. Sonuncuların uzunluğu 1 km-ə 
qədər, eni adətən 2-8 m, qırılma zonalarında 50 m-ə qədər, kvars-sulfid 
damar və damar-zonalarında qalınlığı 0,3 m-dən 3,0 m-ə  qədər olub, 
adətən 0,7-1,5 m təşkil edir. İri ölçülü zonalar ştokverk tipli mis-
molibden filizləşməsi ilə müşayiət olunur.  Şimal-şərq istiqamətli zonalar 
və damar-zonalar az qalınlıqlı (5 m-ə qədər) kvarsın müşayiəti ilə güclü 
sulfidləşmiş və 0,01-1,1% mis,  0,001-0,203% molibden olmaqla qızıl və 
gümüş saxlayır.  
Ağyurd yatağı hüdudlarında yaxşı öyrənilmiş və daha perspektivli 
zonalar 3 №-li və “paralel” adlandırılan 7 №-li zonalardır.  
Munundərə qızıl filiz təzahürü Parağaçay damar-molibden yatağı-
nın şimal-şərq damar-zonasıdır. Molibden damarları şimal-qərb, qızılfiliz 
damarları isə şimal-şərq istiqamətlidir. Sonuncular gec mərhələdə əmələ 
gəldiyindən şimal-qərb istiqamətli damarları kəsirlər. Qeyd etmək lazım-
dır ki, şimal-qərb istiqamətli molibden damarları da həmçinin qızıl və 
gümüş saxlayır, lakin onlar heç də hər yerdə rast gəlinmir və miqdarı çox 
aşağıdır (tək-tək sınaqlar istisna olmaqla). Qızılın konsentrasiyasına görə 
şimal-şərq zonalar daha çox diqqəti cəlb edir. Bu cür qanunauyğunluq 
təkcə Parağaçay yatağı üçün xarakterik olmayıb, Mehri-Ordubad 
plutonunun endo və ekzotəmas zolağı boyunca uzanan Ordubad qırılması 
zolağında yerləşən bütün damar-molibden və molibden-mis-porfir yataq-
ları üçün  də səciyyəvidir. Bu cür yerləşməyə  səciyyəvi misal enə yaxın 
istiqamətli mis-molibden və  şimal-şərq istiqamətli qızıl filizləşməsi 
saxlayan  Ağyurd yatağını aid etmək olar. Bu qanunauyğunluq çoxsaylı 
qızıl filiz yataqlarının aşkar olunması üçün ehtiyat variant sayıla bilər.  
 
1.10.1.2. Munundərə yatağı 
 
Munundərə yatağında bütövlükdə qızıl-sulfid-kvars formasiyasına 
aid olan qızıl-mis və  bəzən polimetal filizləşməsi saxlayan şimal-şərq 
istiqamətli 20 damar və damar-zonalar məlumdur. Filizli damar-zona-
ların uzunluğu 300-1000 m, qalınlığı 0,3-1,0 m (genişlənən sahələrdə 2-3 
m), mağaranın məlumatlarına görə filizləşmənin şaquli təsiri 200-250 m-
dir. Ən yaxşı öyrənilmiş damar-zonalar  1, 2, 4 №-li və 2 №-linin apofizi 
hesab olunur.  

 
80
1  №-li damarın  orta qalınlığı 0,8 m olmaqla (0,4-1,8 м) 700 m 
uzunluğa, yatım istiqamətində isə 260 m (3 horizontda öyrənilmişdir) 
izlənilmişdir.  
2 №-li damarın  orta qalınlığı 1,10 m olmaqla (0,8-1,37  м) 250 m 
uzunluğa, yatım istiqamətində isə 120 m  izlənilmişdir.  
2 №-li damarın apofizası 0,5 m qalınlıqda olub,  120 m uzunluğa,  
yatım istiqamətində isə 200 m izlənilmişdir. 
 
1.10.1.3. Piyazbaşı yatağı 
 
Pəzməri kəndinin yaxınlığında Vənəndçayın yuxarı axım hissəsin-
də yerləşir. Yataq damar tiplidir. Tərkibinə görə  qızıl-kvarslı olub,  
sulfidlər demək olar ki, yoxdur və ya onlara nadir hallarda rast gəlinir. 
Eosenin vulkanitlərinə aiddir. Filizləşmə morfologiyasına və maddi 
tərkibinə görə  Eosenin qızıl-sulfid-kvars damarlarından fərqlənir, qeyd 
olunduğu kimi Eosenin bütün damarları tərkibinə görə qızıl-kvarslı olub,  
çox ehtimal ki, filizləşmə Oliqosenin turş tərkibli subvulkanik fasiyaları 
ilə əlaqədardır. 
Piyazbaşı yatağında 73 qızıl-kvars damarı öyrənılmişdir. Onlar 
əsasən 40-90
0
 bucaq altında yatır və ŞmQ 310-350° istiqamətdə uzanır-
lar. Həmçinin  şimal-şərq istiqamətli damarlara da rast gəlinir. Damar-
ların qalınlığı 0,3-1,5 m həddində dəyişir. Ən perspektivli damarlar 1  və 
1a  №-li damarlar sayılır.  Əhəmiyyətli dərəcədə  maraq kəsb edən 
damarlar 4, 5, 8, 22, 29, 36, 36a, 38 və 57-dir.  
Axtarış  işlərinin nəticəsində müəyyən olunmuşdur ki, uzanma 
istiqamətində 60-150 m uzunluğunda filiz sütunları  əmələ  gətirən qızıl 
filiz damarlarının mərkəzi hissəsi daha perspektivli sayılır.  
 
1.10.1.4. Kələki təzahürü 
 
Kələki təzahürü Kələki kəndindən 0,5 km cənubda yerləşir. 
Geoloji quruluşunda diorit-porfiritlərlə yarılmış Orta Eosen yaşlı ande-
zitlər və onların aqlomeratları  iştirak edir. O, Dırnıs-Kələki-Şələrdərə-
Məzrə-Nəsirvaz qırılmasının cənub-şərq hissəsinə, Orta Eosen yaşlı 
vulkanitlərin dəyişməsi hesabına törəmə kvarsitlərə çevrilmiş, eni 0,2-1,0 
km olan metasomatitlər zonasına aiddir.  
Qızıl təzahürü hüdudlarında 27 zona məlumdur.  Ən maraqlı 
zonalar  24, 25, 26 və 27 №-li zonalardır. Tərkibinə görə zonalar mis-

 
81
qızıl filizli olub, qızıl-sulfid-kvars formasiyasına aiddir.  Bu zonalar yer 
səthində qızıllı olduğuna görə maraq kəsb edir, dərinlikdə isə qızıl cüzi 
miqdardadır.  
 
1.10.1.5. Şəkərdərə mis-qızıl filiz təzahürü 
 
Şəkərdərə mis-qızıl filiz (qızıl-sulfid-kvars) təzahürü Kələki kəndi-
nin yaxınlığında yerləşir və Bənəndçayın birinci yamacından başlayaraq 
Kələki təzahürünün  şimal-qərb davamı hesab olunur. Geoloji situasiya 
Kələki təzahüründə olduğu kimidir.  
Şəkərdərə təzahüründə törəmə kvarsitlər zolağında xalkopirit, pirit, 
qızıl, kvars və digər minerallar müşahidə olunan 7 hidrotermal-dəyişmiş 
süxurlar zonası öyrənilmişdir.  Ən çox maraq kəsb edən zonalar 1, 2, 3 
№-li zonalardır.  
1 №-li zonanın qalınlığı 2,0-8,0 m, orta hesabla 4,0 m olmaqla 200 
m   (ŞmQ 320-340°∟60-80°) izlənilmişdir.  
2  №-li zona ŞmQ 330-340°∟70-80° CŞ-ə izlənilir. O, orta 
qalınlığı 5 m olmaqla 700 m məsafədə izlənilir. Şimal-qərb cinahda  orta 
qalınlıq 2,0 m olub 250 m uzunluqda izlənilmişdir. Cənub-şərq cinahdakı 
2 №-li zona orta qalınlığı 7,0 m olmaqla, yer səthində 200 m məsafədə 
öyrənilmişdir. Dərinlikdə 2 №-li zona 1 №-li ortla açılmış  və tam qa-
lınlıq 13 m olmuşdur.  
3  №-li zonanın orta qalınlığı 5,0 m, uzunluğu 150 m-dir (ŞmQ 
330-340° ∟ 60-70°).   
 
Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin