1.2.2. Mis-molibden-porfir yataqları
1.2.2.1. Diaxçay yataqları qrupu
Sərkidağ-Diaxçay filiz sahəsi Ordubadçayın yuxarı axım hissə-
sində, Aqaraq yatağından 9 km şimal-qərbdə yerləşir. Filiz sahəsi
daxilində filizli strukturun parametrləri: uzunluğu 5,5 km, eni 0,5-0,8
km-dir. Filiz sahəsinin sərhədləri aşağıdakı kimi təyin edilmişdir:
şərqdən Zəngəzur silsiləsinin suayırıcı hissəsi, Boxkar aşırımı ilə Soyuq
dağının arası; cənubdan və cənub-qərbdən Sərkidağ dağının yüksək-
liyindən keçən xətt üzrə, Diaxçay və Ordubadçay çaylarının başlanğıcı,
2635,8 m və 2866,4 m yüksəkliklərin zirvəsi; şimal-qərbdən Əylis və
Vərdənəçay çayları arası suayırıcı silsilə və 2851,5 m, 2744,0 m, 2703,0
m yüksəkliklərin zirvələrindən keçən xətt; şimal-şərqdən Boxkar aşırımı.
Sərkidağ-Diaxçay filiz sahəsində əsas filiznəzarətedici və filizlokal-
laşdıran strukturlar qranodioritlə kvarslı sienit-dioritin təmas hissəsi,
Ordubad qırılması boyu ŞQ 280-320
0
istiqamətdə uzanan qranodiorit
porfir tərkibli dayka şəkilli cisim, həmçinin submeridional istiqamətli çat
zolağı sayılır. Şıxyurd və Xocanverdi submeridional istiqamətli çat
zonası filiz sahəsini 3 hissəyə ayırır: Sərkidağ, Diaxçay və Fəhlədərə.
Sərkidağ-Diaxçay filiz sahəsi daxilində Sərkidağ-Diaxçay yatağı,
Fəhlədərə mis-porfir filiz ştoku və çoxsaylı mis-molibden və molibden
minerallaşması olan təzahürlər, zonalar və damarlar vardır.
Sərkidağ-Diaxçay yatağı eyniadlı filiz sahəsinin şimal-qərb hissə-
sində yerləşərək şimal-qərb istiqamətdə Xocanverdiçaydan Əylisçayın
yuxarı axım hissısinə qədər uzanaraq 2,0 km–dən də çox məsafədə
izlənilir. Yer səthində filizləşmə Diaxçay dərəsində, onun yamaclarında
müşahidə olunur və maksimal eni 35-40 m olmaqla 150-200 m izlənilir.
Sərkidağın yamacında filizləşmə az qalınlıqlı (2,5-11,0 m) zona ilə
təmsil olunur.
Yatağın mərkəzi hissəsi 10 №-li mağaranın horizontunda (40-150
m yer səthindən aşağıda) orta eni 80 m olmaqla 522 m uzunluğunda
izlənilmişdir. 367 m uzunluqda misin miqdarı 0,55%, molibden 0,025%,
155 m uzunluğa mis 0,30%, molibden 0,008% olmuşdur.
15
Yatağın şimal-qərb hissəsi 8 №-li mağaranın horizontunda (0-360
m yer səthindən aşağıda) 964 m uzunluğunda izlənilmişdir. 0,0-600,0 m
intervalda misin miqdarı 0,10-1,65% arasında dəyişir və 0,34-0,85%
arası nəticələr üstünlük təşkil edir. Filizləşmənin eni 160 m-dir. Ayrı-ayrı
dağ qazmalarında 62 m enə (ort 3-4) mis 0,51%, molibden 0,008%, 34
m-ə mis 0,13%, molibden 0,002% təşkil edir. Sərkidağ və Diaxçay arası
sahədə ştokşəkilli yatağın cinahlarında 10 №-li mağaranın horizontunda
(2029,0 m) eni 21 m olan zolaqda misin miqdarı 0,185% və 9 m-ə
molibden 0,02% təyin edilmişdir. Filizləşmənin eni və miqdarı dərin-
likdə 3-7 dəfə artır.
Fəhlədərə ştoku en istiqamətində şimal-qərbə doğru uzanır. 450 m
uzunluğa (yer səthində) və 15-35 m enə misin miqdarı 0,71%, molibden
0,005%, 9 №-li mağaranın (2283 m) horizontunda ştokun eni 61,0 m (ort
7) olub, misin miqdarı 0,62%, molibden isə 0,009% təşkil edir.
1.2.2.2. Yaşıllıq təzahürləri qrupu
Göyhündür-Yaşıllıq filiz sahəsi iki intruziv kompleksin təmas
zonasına aid olub, 5 km-dən çox izlənilir. Filizləşmə kvarslı sienit-
dioritlərə və dəyişmiş qabbro-dioritlərə aid edilir. Filizləşmiş zolağın eni
150 m-dən 900 m-dək olmaqla, fasilələrlə 2,8 km-ə qədər izlənilir. Yer
səthində filizləşmiş zolağın şimal hissəsində 100 m uzunluğunda 1 №-li
əsas filiz zonası aşkar edilmişdir. Zonanın orta qalınlığı 30 m, misin orta
miqdarı 0,4%-dir. 1 №-li filiz cismi 4 №-li mağaranın horizontunda
(2523 m) 170 m dərinliyə qədər, 100 m uzunluğunda, 38,5 m enində
öyrənilmiş, misin orta miqdarı 0,65%, molibden isə 0,01% olmuşdur.
Filiz sahəsinin mərkəzi hissəsində Yaşıllıq təzahürü müəyyən
edilmişdir. Filiz zonası 250 m izlənilmişdir. Filizləşmiş hissənin eni 18-
20 m olmaqla, misin orta miqdarı 0,43%, molibden 0,04% təşkil edir.
Zonanın cənub-şərq hissəsində filizləşmiş hissənin eni 34 m olmaqla,
200 m izlənilmiş, misin orta miqdarı 0,48% olmuşdur. Burada 1 №-li
şaquli buruq quyusunda (2228,0 m) 49-129 m intervalda 80 m qalınlığa
misin orta miqdarı 0,35%, molibden isə 0,002% təşkil edir.
16
1.2.2.3. Misdağ yatağı
Yatağın geoloji quruluşunda Mehri-Ordubad qranitoid plutonunun
kvarslı və kvarssız monsonitləri, monsodioritləri, diorit-sienitləri, diorit-
ləri və s. iştirak edir.
Filiz yerləşdirən strukturlar şimal-şərq istiqamətli olub, damar
süxurların eninə istiqamətli qırılma zonaları və sistemləri misli məhlul-
larla dolmuşdur. Filiz nəzarətedici strukturların uzanma istiqaməti şimal-
şərq istiqamətdə olub, cənubda Ordubad, şimalda isə Misdağ qırılmaları
ilə təmsil olunur.
Yataq ərazisində 30-dan yuxarı mis-sulfid saxlayan zonalar aşkar
edilmiş və izlənilmişdir. Ümumiyyətlə, zonalar 150-950 m məsafədə
izlənilir və burada qalınlıq əsasən 1-3 m arasında, bəzən isə 24 m-ə qədər
dəyişərək, misin miqdarı 0,3%-dən 21,56%-dək, orta hesabla 1,4-2,2%
təşkil edir. Qeyd olunan damar-zonalar bir-birindən 20-60 m uzaqlıqda
olmaqla, paralel şəkildə izlənilirlər.
Zonalararası ərazidə damarcıq-möhtəvi tipli mis filizləşməsində
misin konsentrasiyası zəif öyrənilmişdir. Lakin qırılma zonalarının kəsiş-
mə hissəsində çat sistemlərinin üstünlük təşkil etdiyi sahələrdə və dayka
zolağında əksər hallarda misin törəmə minerallarına çevrilmiş damarcıq-
möhtəvi tipli xalkopirit filişləşməsinə rast gəlinir.
Misdağ yatağının sahəsi 2 km
2
olub, filizləşmənin şaquli təsiri
genişlənərək 700 m həddinədək dəyişir. Misdağ yatağı həm üfiqi, həm də
şaquli istiqamətdə filizləşmənin yayılma sahəsinə nəzərən geniş miqyas-
lı olub, damar-zonalar zəngin mis konsentrasiyasına malikdir. Ştokverk
tipli damarlar arası ərazidə damar-möhtəvi tipli filizləşmədə misin
miqdarı 0,1-0,7% təşkil edir.
Yataq mis-porfir filizinin formalaşması cəhətdən olduqca əlverişli
struktura malik olub, proqnoz ehtiyatları 1,5 mln. ton mis təşkil edən
əsas yatağın mis-porfir yatağı kimi qiymətləndirilməsinə imkan verir.
17
Şəkil 1. Misdağ mis-porfir yatağının geoloji xəritəsi
(tərtib edən Həsənov V.S.)
1–delüvial-provüal çöküntülər; 2–monsonitlər; 3–porfirgörünüşlü qranosienit-
lər; 4–kvarslı sienit-dioritlər; 5–lamprofir daykaları; 6–qranodiorit-porfir
daykaları; 7– qırılma zonaları; 8 – pirit-xalkopirit (а) və damar zonaları (б); 9–
incə pirit-xalkopirit damarcıqları; 10–nadir möhtəvi filizləşmə; 11–keçilmiş
mağaralar; 12–yatağın sərhədi.
18
1.2.2.4. Parağaçay yatağının alt horizontu
1977-ci ildə V.N.Nağıyev tərəfindən Parağaçay mədənindəki 4 №-
li əsas mağaranın yenidən sənədləşdirilməsi və sınaqlaşdırılması yoxla-
nılarkən, qabbro-diorit və dioritlərdə ştokverk tipli mis-molibden filizləş-
məsi müəyyən edilmişdir. 4 №-li mağara mədənçilər tərəfindən məlum
molibden damarlarının kəsilməsi və istismarı məqsədilə keçilmişdir. 4
№-li mağaraya baxış zamanı və yenidən sınaqlaşdırma nəticəsində
aşağıdakılar müəyyən edilmişdir:
0,0-418,0 m - Alt Eosenin vulkanogen qatı, tamamilə törəmə
kvarsitlərə çevrilmiş və intensiv piritləşmişdir. Nadir xalkopirit möh-
təviləri qeyd olunur;
418,0-427,0 m - pirit və xalkopiritli dioritlər;
427,0-467,0 m – eləcə də 0,0-418,0 m intervalda olduğu kimi;
467,0-660,0 m- pirit, bəzən xalkopirit möhtəvili diorit, 614,0 m-
dən sonra xalkopiritə tez-tez rast gəlinir;
547,0 m-dən başlayaraq “Mayski” damarı, qalınlığı 0,2-0,5 m,
molibdenin miqdarı isə 1,0%-ə qədər;
624,0 m-dən başlayaraq “Cənub” damarı, qalınlığı 0,05-0,28 m,
molibdenin miqdarı isə 0,2-0,5%;
660,0-700,0 m – ştokverk tipli filizləşmə, xalkopiritli damarcıq-
möhtəvili qabbro-diorit.
4 №-li mağaranın 600,0-700,0 m intervalı başdan-başa sınaq-
laşdırılmışdır.
Aşağıdakı cədvəldə 4 №-li mağaranın 600-666,6 m intervalı üzrə
mis və molibdenin orta çəki miqdarları verilir.
Cədvəl 1
4 №-li mağara üzrə mis və molibdenin orta çəki
miqdarı
Sınaqlaşdırma
intervalı, m-lə
Qalinliğı,
m-lə
Sınaqların
№-si
Nəticələr, %-lə
mis
molibden
1 2
3
4
5
614-618
4
2307-2308
0,21
0,003
622-634
12
2311-2315
0,26
0,004
638-642
4
2318-2319
0,23
0,004
646-648
2
2322
0,25
0,010
656-660
4
2327-2328
0,23
0,005
19
1
2
3
4
5
600-666,6
6,6
2329-2333
0,67
0,019
Yekun:
614-666.6
52,6
34 sınaq üzrə
0,26
0,007
Beləliklə, Parağaçay yatağında molibden damarlarından əlavə
ştokverk tipli damarcıq-möhtəvi filizləşmə də müəyyən edilmişdir ki,
bunlar da bu istiqamətdə işlərin davam etdirilməsinə əsas verir.
1.2.2.5. Göygöl yatağı
Göygöl mis-porfir filiz yatağında filiz saxlayan süxurlar Sakkarsu
intruzivinin qranitoidləri və qismən maili təmas hissədə ştokverk
zonaları əmələ gətirən Üst Eosen-Oliqosen yaşlı vulkanoklastik süxurlar
hesab olunur.
Göygöl mis-porfir filiz yatağının parametrləri aşağıdakı kimidir:
ştokverkin orta eni -400 m, uzunluğu – 700 m, filizləşmənin dərinliyə
yayılması - 60 m, misin kütlədə orta miqdarı: yer səthində - 0,28%,
oksidləşmə zonasında -0,34%, ilkin filizlərdə 0,50%, molibdenin kütlədə
orta miqdarı 0,01%; filizin proqnoz ehtiyatları 300 mln. ton, mis -1210
min ton, molibden 30 min ton.
Göygöl yatağı səthi öyrənilmiş, yalnız axtarış işləri aparılmışdır.
Ümumittifaq Mineral-Xammal Elmi-Tədqiqat İnstitutunun (Tbilisi)
Qafqaz geoloji-iqtisadi tədqiqatlar laboratoriyasının rəyinə görə, bu
obyektdə dəqiq axtarış və axtarış-qiymətləndirmə işlərinin aparılması
tövsiyə olunur.
1.2.2.6. Göydağ yatağı
Göydağ filiz sahəsi Paradaş çökəkliyinin şimal blokunda Eosen
yaşlı vulkanogen-çökmə süxurların arasında intensiv inkişaf etmiş
subvulkanik cisimlər sahəsini əhatə edərək üç iri qırılmanın: 320
0
şimal-
qərb istiqamətli uzununa Dırnıs-Nəsirvaz-Göydağ, en istiqamətli Göy-
göl-Göydağ və köndələn istiqamətli Əlincəçay-Ləkətağ qırılmalarının
kəsişmə sahəsinə
aid edilir.
Filiz sahəsi ərazisində Ortakənd və Ləkətağ polimetal təzahürlər
qrupu və Göydağ mis-porfir filiz təzahürü məlumdur.
Göydağ yatağı dörd filizli buruq quyusunun (14, 18, 22, 15)
məlumatlarına görə aşkar edilmiş və ilkin parametrləri müəyyən-ləş-
20
dirilmişdir: uzunluğu – 200 m, eni – 140 m, filizləşmənin yayılma
dərinliyi-500 m, misin orta miqdarı 0,3%-dən yuxarı, bütövlükdə isə,
0,1%-dən 2,3%-dək təşkil edir. Filiz saxlayan süxurlar Orta Eosenin
argillitləri, tufogen qarışıqlı alevrolitləri, bəzən isə andezitlərin sub-
vulkanik cisimləri və kiçik intruziv cisimlər hesab olunur.
1.3. Molibden filizləri
1.3.1. Damar tipli molibden yataqları
1.3.1.1. Parağaçay yatağı
Nəşr olunmuş işlərdə Parağaçay yatağı tipik damar-molibden
yatağı kimi məlumdur. Parağaçay mədənində molibden uzun illər “Baş”,
“Orta”, “Yeni” və “Sülh” damarlarından çıxarılmışdır.
Lakin M.A.Ağasiyev və başqaları (1960) tərəfindən Parağaçay
yatağındakı eninə zonalarda kiçik ehtiyata malik qızıl kəşf olunmuş və
yataq Munundərə adlandırılmışdır.
1977 və 1980-ci illərdə V.N.Nağıyev tərəfindən Parağaçay
yatağının alt horizontunda damarcıq-möhtəvi ştokverk tipli mis-molib-
den-porfir filizləşməsi müəyyən edilmişdir. Bu faktı qeyd olunan mağa-
raların tam sınaqlaşdırılmasının nəticələri də təsdiq etmişdir. Sonradan
1980-ci ildə qazılmış bir buruq quyusunun nəticələri də ştokverk tipli
filizləşməni təsdiqlədi. Bu barədə aşağıda məlumat veriləcəkdir.
Ümumiyyətlə, Parağaçay yatağı heç bir şübhə doğurmadan plu-
tonogen-hidrotermal mənşəli damar–molibden yatağının tipik nümunə-
sidir. Bununla bərabər, qeyd olunan obyekt həm də sulfid-qızıl filiz
yatağı hesab olunur. Parağaçay yatağının alt horizontu isə ştokverk tipli
mis-molibden-porfir yatağı kimi öyrənilməlidir.
Parağaçay yatağı Ordubad rayonunda, Parağaçay-Şirinsu çayla-
rının sol qolları ilə Munundərə və Çınqıllıdərə çaylararası sahədə yer-
ləşir. Mədən Aza dəmir yol stansiyasından 45 km uzaqlıqda yerləşir.
Yataq rayonu yüksək dağlıq olub, 2100-2700 m yüksəkliklərlə səciy-
yələnir.
Öyrənilməsi. Parağaçay yatağı 1934-cü ildə aşkar olunmuş,
sonrakı illərdə kəşfiyyatı aparılmış, nəticədə ehtiyatları hesablanmış və
təsdiq edilmişdir. Yataq 1952-ci ildən başlayaraq Parağaçay kombinatı
tərəfindən istismar olunmuşdur. Filizin çıxarılması yeraltı üsulla həyata
21
keçirilmiş, filiz gündəlik məhsuldarlığı 100 t olan yerli zənginləşdirmə
fabrikində emal olunmuşdur. Molibden konsentratı isə Rusiyaya göndə-
rilmişdir.
Yatağın təsdiqlənmiş ehtiyatları artıq istismar edilib qurtar-
mışdır. Mədən bu gün rentabelli olmayan müəssisə kimi fəaliyyətini
dayandırmışdır. Qeyd olunan mədənin ətrafında yerləşən Qapıcıq,
Mədəndərəsi və digər molibden yataqlarında kəşfiyyat işləri aparıldıqdan
və istismara cəlb edildikdən sonra Parağaçay mədəni sonrakı onillik-
lərdə də fəaliyyətini davam etdirə bilər.
Parağaçay yatağı müxtəlif illərdə İ.N.Sitkovski və K.N.Şilenko
(1939-1940), Q.A.Tvalçrelidze (1941-1950), Ə.D.Kərimov (1944),
M.A.Mustafabəyli (1947), N.A.Dobrodnı (1949-1950), K.A.Əsədov
(1949-1955), Ş.K.Dəmirov (1957-1964), V.N.Nağıyev (1956, 1977,
1980), Z.İ.Mirzəyev, Ə.H.Babayev (1988) və digərləri tərəfindən
öyrənilmişdir. Keçən əsrin 50-ci illərində Parağaçay yatağının istismara
cəlb olunmasında, filizin çıxarılmasında və işlənilməsində mədənin
direktoru H.S.Məmmədovun böyük əməyi olmuşdur.
Yatağın geoloji quruluşunda Ordubad plutonunun intruziv kom-
pleksi iştirak edir və əsasən ilkin mərhələnin qabbro, qabbro-diopit,
diorit, monsodiorit, monsonit və onların kvarslı növləri və gec mərhə-
lənin qranodiorit, kvarslı sienit-dioritləri ilə təmsil olunmuşdur. Ştoka-
bənzər kiçik intruziv cisimlər və qranodiorit və qranosienit porfir, kvarslı
sienit, lamprofir və digər süxurların daykaları geniş inkişaf tapmışdır.
Plutonun sərhəd zolağında Orta Eosenin andezit seriyasının vulkanitləri
(lava və aqlomeratlar) və Alt Eosenin vulkanogen-terrigen süxurları
hesabına əmələ gəlmiş törəmə kvarsitlər geniş yayılmışdır. “Baş” və
“Misli” filiz damarları qeyd olunan daykaların zalbandına aid edilir.
Strukturu. Yataq Ordubad plutonunun endotəmas zonasına aid
edilir və lokal Parağaçay və şimal-şərqə uzanan Urumus-Parağaçay
dərinlik qırılmalarının kəsişmə hissəsində yerləşir. Axırıncı Ordubad
dərinlik qırılmasının subparalel şaxəsi hesab olunur.
Yatağın strukturu əsasən filizləşməyə qədər, bəzən filizləşmədən
sonrakı qırılma pozulmalarının inkişafı ilə səciyyələnir və burada başlıca
olaraq filizli damarlar öyrənilmişdir. Bütün filizli damarlar şimal-qərb
istiqamətli çat-qırılmalarına aid edilmişdir. Filizləşməyə qədər qırılma-
pozulmalar nisbətən iri ölçülü olub, qopuq-qopuqdur və xırdalanma
zonası ilə təmsil olunur. Zonaların şimal-qərb istiqamətli qopuq çatlarla
kəsişmə sahələri adətən filiz minerallaşması saxlayır.
22
Kontakt və hidrotermal metamorfizm təmas süxurları ilə: plutonun
ətraf süxurlarla sərhəddində törəmə kvarsitlərlə, bəzən epidozitlə, buy-
nuzdaşları ilə və vulkanitlərin arasında kaolinləşmə, serisitləşmə, pirit-
ləşmə şəklində olan hidrotermal metasomatitlərlə və intruziyanın daxi-
lində filiz zonalarında biotit-kalium çöl şpatlı və kvars-karbonatlı meta-
somatitlərlə təmsil olunmuşdur. Qalınlığı 1 m-ə qədər, uzunluğu 50 m-ə
qədər olan aplitlər daha geniş yayılmışdır. Aplitlərə aiddir:
a) tərkibinə görə, leykokrat və melanokrat dioritlərə, kvarslı diorit-
lərə, kvarslı monsonitlərə, qranodioritlərə (onlar xırdadənəli quruluşa
malik olub, qalınlığı 0,1 m-ə qədərdir) cavab verən;
b) qranitlərin mərkəzi hissəsində qalınlığı 10-15 sm-ə qədər olan
xırda və iridənəli sistemsiz peqmatoid daykaları. Onların sərhədində
dioritlər, kvarslı dioritlər, kobuddənəli monsonitlər və qranodioritlər
intensiv biotitləşmişdir (20-30 sm-dən 0,5 m-dək enində zolaq şəklində).
v) qalınlığı 1,0 m-ə qədər olan xırdadənəli və bərabərdənəli qranit
və aplit daykaları, adətən, intensiv muskovitləşmiş, piritləşmişdir. Onlar
əvvəlki iki tip daykaları kəsirlər.
Parağaçay yatağının damar-molibden kimi kəşfiyyatı aparılmış və
istismar edilmişdir. Lakin
V.N.Nağıyevə (1977, 1980) görə, Parağaçay
damar-molibden yatağı dərinlikdə ştokverk tipli mis-molibden-porfir
filizləşməsinə keçir.
Parağaçay damar-molibden yatağında 40-a yaxın sulfid-kvars
damarı öyrənilmişdir. Onların içərisində ən iriləri “Baş”, “Orta”, “Yeni”
və “Misli” damarlar sayılır. Aşağıda bu damarların qısa səciyyəsi verilir.
“Baş” damar 295°-325° bucaq altında şimal-şərqə doğru 500 m-ə
qədər uzanır və cənub-qərbə 45-70° bucaq altında yatır. Damarın
qalınlığı 0,1 m-dən 2,5 m-dək dəyişərək orta hesabla 0,7 m təşkil edir.
Damarın cənub-şərq hissəsində molibden, şimal-qərb hissəsində isə mis
filizləşməsi üstünlük təşkil edir. Molibdenin orta miqdarı 0,05-0,02%,
mis 6,2% təşkil edir. “Baş” damar lamprofir daykasına aid edilmişdir.
Damar molibdenitin, piritin və xalkopiritin incə damarcıq şəbəkələri
müşahidə olunan möhkəm, bəzən çatlı ağ kvarsla mürəkkəbləşmişdir.
Damarın şimal-qərb cinahı brekçiyalaşmış süxurlarla məhdudlaşır və
orada onun qalınlığı azalır və demək olar ki, bütün horizontlarda
pazlaşır. “Baş” damar 35 m düşmə istiqamətində sənaye əhəmiyyətli
molibden filizləşməsi saxlayan apofizə malikdir.
“Yeni” damar 330 m izlənilir, orta qalınlığı 0,6 m, molibdenin orta
miqdarı 0,7%-dir. Uzanması şimal-qərb 280-300°, yatımı dik olub,
23
cənub-qərbə 60-80
0
-dir. “Orta” damar “Baş” və “Yeni” damarların
arasında yerləşir. Uzanması şimal-qərbə 290-300°, yatımı cənub-qərbə
30-70
0
, qalınlığı isə 0,1-0,2 m-dir. Molibdenin miqdarı 0,02%-dir.
“Misli” damar uzanma istiqamətində 160 m öyrənilmişdir. Filiz
mineralları xalkopirit, pirit, bəzən isə molibdenitlə təmsil olunur. Damar
üzrə molibdenin orta miqdarı 0,33% təşkil edir.
Kvars-molibden damarının uzunluğu 0,03-0,8 km, qalınlığı 0,2-2,5
m, orta hesabla 0,4-0,7 m, molibdenin miqdarı izdən 23%-ə qədər (orta
hesabla -0,5-1,16%), mis 0,01-6,21% təşkil edir.
Yer səthində yalnız karbonatlarla təmsil olunan qızıl-polimetal
damarı orta və alt horizontlarda qəndgörünüşlü kvarsdan ibarət olub,
həmçinin qızıl və misin sənaye əhəmiyyətli konsentrasiyalarını saxlayır
(qızıl orta hesabla 10 q/t, mis 0,8%). Onun kvars-molibden damarı ilə
kəsişmə hissəsində də qızılın yüksək miqdarı qeyd olunur. Görünür,
burada kvars-molibden damarı yerini 0,6-1,5 m dəyişmişdir.
1977-ci ildə V.N.Nağıyev tərəfindən Parağaçay yatağındakı 4 №-li
əsas mağaraya baxış keçirilərkən, 420-751 m intervalda damarcıq-
möhtəvi mis-molibden filizi aşkar edilmişdir. Sonradan bu mağaranın
təmasətrafı zonası V.N.Nağıyev tərəfindən başdan-başa sınaqlaşdırılmış-
dır. 4 №-li mağaranın 600-703 m intervalında 103 m qalınlığa misin orta
miqdarı 0,24%, molibden isə 0,007% olmuşdur.
Təkrarən, 1980-ci ildə V.N.Nağıyev və M.Ə.Seyidov tərəfindən
damarcıq-möhtəvi mis-molibden filizləşməsinin yayılmasını öyrənmək
məqsədilə Gilançay axtarış partiyasının hesabına 4 №-li əsas mağaranın
aşağı və yuxarı horizontlarından dərinliyi 340,2 m olan 101 №-li buruq
quyusu qazılmışdır. 101 №-li buruq quyusunun 117-312 m intervalında
mis 0,14%, molibden 0,006%, qızıl 0,1q/t-dan 1,02 q/t-a qədər təşkil
etmişdir. Ayrı-ayrı intervallarda misin miqdarı 1,0%-ə qədər çatır.
Bu işin nəticəsində Parağaçay yatağının cənub-qərb cinahında
damarcıq-möhtəvi ştokverk tipli mis-molibden-porfir filizləşməsi müəy-
yən olunmuşdur ki, bunun da perspektivliyinin qiymətləndirilməsi tələb
olunur.
Müəyyən olunmuş ştokverk tipli mis-molibden-porfir filizləşməsi
az perspektivli “May” və “Cənub” kvars-mis-molibden damarlarının alt
horizontuna uyğun gəlir. Göründüyü kimi, əsas sənaye əhəmiyyətli
“Baş”, “Orta”, “Yeni” və “Misli” damarların yerləşdiyi Parağaçay
yatağının mərkəzi hissəsinin alt horizontunda ştokverk tipli filizləşmə
mis-molibden-porfir formasiyasına keçməlidir. Başqa sözlə, kəşf olun-
24
muş və istismar olunan Parağaçay damar-molibden yatağı öz ətrafında
yığcam sahədə: damar-molibden (şimal-qərb zona), qızıl-sulfid (şimal-
şərq zona) və ştokverk-damarcıq-möhtəvi mis-molibden-porfir (dərin-
likdə, 4 №-li əsas mağaranın səviyyəsində) filizləşməsi toplanmış
Parağaçay kompleks mis-molibden-porfir yatağının üst mərtəbəsi sayılır.
Görünür, misin və molibdenin əsas ehtiyatları daha dərində toplanmışdır.
Damar tipli Parağaçay yatağının mineral tərkibi Q.A.Tvalçrelidze
(1948), M.P.İsayenko(1974), Z.M.Məmmədov (1966), Ə.İ.Mahmudov
(1990) və digərləri tərəfindən dəqiq öyrənilmişdir. Qeyd olunan tədqiqat-
çıların məlumatlarına görə, Parağaçay yatağında aşağıdakı filizəmələgə-
tirən minerallar müəyyən edilmişdir: əsas minerallar - pirit, xalkopirit,
molibdenit, kvars, smeritsit və karbonatlar, ikinci dərəcəli minerallar –
tennantit, pirrotin, maqnetit, hematit, sfalerit, qalenit, rutil, povellit,
ferrimolibdit, xrozokolla, xalkantit, malanterit, yarozit, psilomelan; nadir
minerallar -arsenopirit, tetraedrit, markazit, evkayrit, altait, pettsit,
vittixentit, emplektit, serussit, anqlezit, smitsonit.
Dostları ilə paylaş: |