22
buxar
buxarlanma
dp
dT
dp
tənliyindən və cəm dəyişikliyi
sublimə və buxarlanma
zamanı hər iki halda təxminən qaz fazasının həcminə bərabər olduğundan ( 2.5 ) tənliyinə əsasən
deyə bilərik ki, sublimə təzyiqinin temperaturdan asılılığı əmsalından böyükdür.Buradan təyin edə
bilərik ki, sublimə əyrisinin əyilmə bucağı daha kəskin olacaq.Doğrudan da hal diaqramından (
şəkil 2.1-dən ) göründüyü kimi buxarlanma əyrisinə nisbətən sublimə əyrisi kəskin dəyişir.
Buxarlanma prosesinin və ya doymuş buxar təzyiqinin temperaturdan asılılığı maye ilə buxarın
tarazlıq halını əks etdirir və şəkil 2.1-də BC əyrisinə müvafiqdir.Doymuş buxar təzyiqi
temperaturun artması ilə artır.Doymuş buxar təzyiqinin sonu böhran nöqtəsidir.Böhran nöqtəsində
maye ilə buxar arasında fərq yox olur.Doymuş buxar təzyiqi əyrisini aşağıdan məhdudlandıran
nöqtə yoxdur ( ola bilsin ki, mütləq sıfır belə nöqtədir ). Maye donma nöqtəsindən aşağıda mövcud
ola bilir, ifrat doymuş mayenin buxarlanma əyrisi ümumi buxarlanma əyrisinin bir hissəsidir və
şəkil 2.1-də qırıq xətlə BC’ ilə işarə edilmişdir.Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur
ki,buxarlanma əyrisi sublimə əyrisinə nisbətən absis oxundan kiçik bucaq altında aralanır.
Dostları ilə paylaş: