Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını tələb
etdilər. Fərrux Yasarın oğlu Qazı bəy Şirvanın dağlıq yerlərində
müqavimət göstərdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O
verilən təklifi rədd etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi
məsləhət görən Bakı darğası Əbdül Fəttahı edam etdirdi. Müqa-
viməti görən İsmayıl 1501-ci ilin yazında ən yaxşı sərkərdəsi
Hadim bəyi Bakıya göndərdi. Sonda özü gəldi və onun əmri ilə
qızılbaşlar qala divarları altından lağım atıb bürclərdən birini
uçurduqdan sonra şəhərə daxil oldular. İsmayıl buradan Gülüstan
qalasına doğru irəlilədi. Qala güclü müdafiə olunurdu. İsmayıl
qoşunu geri çəkdi. O, Ağqoyunlu Əlvəndin Təbrizdən güclü qüvvə
118
ilə yürüşə başlaması xəbərini almışdı. İsmayıl və əyanlar Təbriz
taxtını Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini
qurmağı başlıca vəzifə hesab edirdilər. 1501-ci ilin ortalarında
Şərur düzündə həlledici döyüş oldu. Əlvənd sayca üstün olan
qoşununun qaçmaması üçün dəvələri bir-birinə zəncirləyərək bir
dairə yaradıb qızılbaşları ora salıb əzmək istəyirdi, lakin bu tədbir
özünə qarşı çevrildi. Əlvənd Ərzincana qaçmaqla xilas oldu.
Bundan sonra 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə
daxil oldu və özünü şah elan etdi ( 1501-1524), adına xütbə
oxutdurdu, sikkə zərb etdirdi və Azərbaycan taxt-tacına yiyələndi.
Beləliklə, paytaxtı Təbriz olmaqla Azərbaycan Səfəvi dövlətinin
əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkil
edirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol
oynayırdı. Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu.
Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmada
Azərbaycan dili işlədilirdi (8, s. 403). Azərbaycan ədəbi dilinin
inkişafında Şah İsmayılın rolu müstəsnadır. 1503-cü ilin yazında
Şah İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına göndərib
Səfəvilərlə Ağqoyunluların qohum olduğunu xatırlatdı və tabe
olmasını tələb etdi və ona Əcəm İraqını vəd etdi. Lakin rədd cavabı
aldı. İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq Qızılüzən
çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı.
1503-cü il iyunun 21-də baş vermiş döyüşdə 70 minlik qoşunu olan
Ağqoyunlular məğlub oldular. Şiraza qaçan Muradı Şah İsmayıl
təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz
ələ keçirdi. Ağqoyunlu dövlətinin 2-ci qoluna son qoyuldu. İsmayıl
İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi. Həmin ildə Şah
İsmayıl Qumu, Kaşanı və İsfahanı tutdu, 1504-cü ildə Yəzdə və
Kirmana yiyələndi, 1508-1510-cu illərdə Şah İsmayıl, Xorasan
istisna olmaqla, bütün İranı və Ərəb İraqını tabe edərək öz
hakimiyyəti altında birləşdirdi (3, s. 208). Səfəvi dövləti şərqdə
Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu ilə
həmsərhəd oldu. 1507-1508-ci illərdə Şeybani xan Xorasanı
tutmuş və İsmayıla göndərdiyi məktubda tabe olmasını, hakimiy-
119
yətdən əl çəkməsini tələb etdi. Şah İsmayıl Xorasana doğru
hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi və Mərv qalasını
möhkəmləndirib müdafiəyə hazırlaşdı. Şah İsmayıl 1 həftə uğursuz
həmlədən sonra hiylə işlətdi-Şeybani xanın qoşununu qaladan çı-
xarıb döyüşü səhrada keçirmək üçün ağıllı tatika etdi. Hiyləni başa
düşən özbək sərkərdələri Şeybani xanın Mərvdən çıxmasını məs-
ləhət görmədilər, lakin Şeybani xan məsləhətə qulaq asmayaraq,
qızılbaşları təqib edərək çayı keçdi və İsmayılın əsas qüvvələri ilə
üz-üzə gəldi. 1510-cu il dekabrın 1-də baş vermiş bu döyüşdə 10
min nəfər özbək qoşunu qırıldı. Şeybani xan özü də öldürüldü.
Amudəryadan Fərat çayına qədər geniş ərazi İsmayılın hakimiy-
yəti altına keçdi.
2. XVI-XVII əsr Səfə
120
saxlamaq üçün bu silahdan istifadə etməyi məsləhət görürdülər.
Əlaqələr qarşılıqlı idi. 1507-1508-ci illərdə Roma papası və
Venesiya ilə əlaqə yaradıldı. 1510-cu ildə Səfəvi diplomatı Əli bəy
İtaliyaya getdi. Aralıq dənizi vasitəsilə qərbdən silah gətirtdirə-
cəyinə əmin olmayan şah Portuqaliya ilə əlaqəyə girib İran kör-
fəzi və Hind okeanı vasitəsilə qərbdən silah və artilleriya
mütəxəssisləri gətirməyə çalışdı. Məqsədinə yetmək üçün Portuqa-
liyanın İran körfəzində möhkəmlənməsinə mane olmadı. Bundan
istifadə edən Portuqaliya donanması Hörmüzü ələ keçirib Səfə-
vilərin Hind okeanına çıxış yolunu bağladı (gənc şahın bu səhvini
düzəltmək üçün onun varisləri 100 ildən çox vaxt sərf etməli
oldular). I Sultan Səlim 1514-cü ilin yazında Ədirnədə fövqəladə
divan çağırdı və məclisdə qızılbaşlarla müharibə bütün müsəl-
manların müqəddəs vəzifəsi elan olundu. I Sultan Səlim 100 min
nəfərlik avropasayağı təşkil olunmuş qoşuna baxış keçirdi. Onun
topxanası da var idi. Qızılbaşların isə 40 min nəfər döyüşçüsü vardı.
I Sultan Səlim Çaysu çayını keçib Ərzincana daxil oldu. İsmayılın
göstərişi ilə qızılbaşlar Azərbaycana geri çəkildilər. I Sultan Səlim
Şah İsmayıla məktub göndərib döyüşə girmək niyyətində olduğunu
bildirdi. Şah İsmayıl onu sultan və padşah kimi tanımadığını bil-
dirdi. Sultan başa düşdü ki, I Şah İsmayılın geri çəkilməsi düşünül-
müş taktikadır. İsmayıl qışa qədər döyüşü yubatmaq, qışda sultan
qoşununun xeyli hissəsini aclıqdan ölümə düçar etmək fikrində idi.
Sultan Səlim Şah İsmayılın döyüşə girmək fikrini biləndən sonra
Maku yaxınlığındakı Çaldıran düzünə doğru hərəkət etdi.
Hücuma gecə keçməyi təklif edəndə Şah İsmayıl “Mən karvanbasan
quldur deyiləm, qoy Allah bilən kimi olsun” - dedi (8, s. 407).
1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu (3,
s. 212). Üz-üzə gələn ordu ən ifrat din düşmənçiliyi ruhunda tərbiyə
edilib bir-birinə qarşı qoyulan və şəhid olmağa hazır olan silahlı
fanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını idi,
türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsi
oldu. Səfəvilər 3 min itki verdilər, yaralanmış Şah İsmayıl ordunun
salamat qalan hissəsi ilə mühasirə həlqəsini yarıb-Təbrizə döğru
121
çəkildi. I Sultan Səlim onu təqib etdi və sentyabrın 6-da Təbrizi
tutdu, lakin Şah İsmayılın hiyləsindən ehtiyat edərək geri çəkildi.
Çaldıran döyüşü nəticəsində Osmanlı dövləti Ərzurum şəhəri ilə
birlikdə Şərqi Anadoluya və Şimali İraqa yiyələndi. Bağdad daxil
olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı. 1514-1515-ci illərin qışını
Amasyada keçirən I Sultan Səlim İstanbula doğru irəlilədi.
Osmanlılar Ərzincanı işğal etdilər. Diyabəkir Səlimə təslim oldu.
Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı göndərdi. Mühasirə
bir ildən artıq davam etdi. 1516-cı ilin əvvəllərində Mardinin
cənubunda Qoçhisarda həlledici döyüş Osmanlıların qələbəsi ilə
qurtardı. Şimalda Xarput və Bitlisdən Rakkiyə qədər, cənubda
isə Mosul Osmanlıların əlinə keçdi. Təbriz alındıqdan sonra
Osmanlılar burada 6 gün qala bildilər. Geri çəkilərkən bir neçə min
sənətkar ailəsi İstanbula köçürüldü. I Sultan Səlim Azərbaycanı zəbt
etmək cəhdi baş tutmadı. Şah İsmayılın ölümündən sonra oğlu I
Təhmasib taxta çıxdı ( 1524-1576). Qızılbaş əmirləri mərkəzi
hakimiyyətə itaətdən boyun qaçırırdılar. Osmanlılar bu vəziyyətdən
istifadə etdilər. I Sultan Süleyman Qanuninin (1520-1266) haki-
miyyəti dövründə Azərbaycana dörd yürüş edildi. 1534-cü ilin
yayında I Sultan Süleyman 100 min nəfərlik qoşunla Azərbaycana
yürüş etdi. Təbriz işğal olundu. Sərt qış, ərzaq çatışmamazlığı
osmanlıları ölkəni tərk etməyə vadar etdi. I Süleyman 1535-ci ilin
yazında II dəfə Təbrizə yürüş etdi. Şah Təhmasib təbrizliləri
ölkənin içərilərinə köçürdü, düşmən əlinə keçməmək üçün ot-ələfə
od vurdular, mal-qara məhv edildi, şah özü isə Sultaniyyəyə çə-
kildi. Osmanlılar Təbrizə daxil oldular. Şah 2 dəfə danışıq üçün
cəhd etdi. Lakin rədd edildi. Aclıq və səfalət osmanlıları geri
çəkilməyə məcbur etdi. Şirvanşah II Xəlilullahın dövründə ( 1524-
1535) Şirvan hələ də Səfəvilərdən asılı idi. 1535-ci ildə II Xə-
lilullahın ölümündən sonra Şirvan əyanları onun yaxın qohumu
Şeyxşahın oğlu Şahruxu taxta çıxardılar ( 1535-1538). Şahruxun
gəncliyindən istifadə edən əyanlar Hüseyn bəy başda olmaqla
hakimiyyəti əllərində cəmləşdirdilər. 1537-ci ilin sonlarında özünü
Şivanşahın qardaşı Məhəmməd Amin kimi tanıdan Kələntərin
122
başçılığı ilə üsyan qalxdı. Üsyançılar Salyan və Şamaxını ələ
keçirdilər. Şahrux saray əyanları ilə birlikdə Buğurd qalasına qaçdı.
Lakin Salyan yaxınlığında Şirvan qoşunu üsyançıları darmadağın
etdi. I Təhmasib 1538-ci ilin yayında başda qardaşı Əlqas Mirzə
olmaqla 20 minlik qoşun, habelə Qarabağ və Muğandan yığılmış
dəstələri Şirvana göndərdi. 4 aylıq mühasirədən sonra Buğurd
qalası tabe edildi. Şahrux Təbrizdə gizli edam edildi. I Təhmasib
Şirvanı idarə etmək üçün Əlqas Mirzəni ilk bəylərbəyi təyin etdi.
Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvi dövlətinin tərkibinə
qatıldı. Əs Mirz
ə
123
yürüşə başladı. Hilat qalası, Van ərazisi, Bitlis, Vostan, Ərçis
yerlə yeksan edildi. 1554-cü ilin yazında I Sultan Süleyman 4-cü
dəfə Azərbaycana hücum etdi. Ərzaq qıtlığından Sultan Naxçıvanı
tərk edib Ərzuruma çəkildi. Onları təqib edən qızılbaşlar Osmanlı
ərazisinə daxil oldular. I Süleyman Osmanlıların tərəfinə keçmiş
Qasım Mirzəyə kömək üçün Krım türklərindən ibarət süvari dəstə
göndərdi. Osmanlılar Şirvana yenidən hücum etdilər və məğlub
oldular. Şirvan bəylərbəyi Abdulla xan Qasım Mirzənin tərəfdar-
larını əzdi. Qasım Mirzə Dağıstana qaçdı. Sultan Süleyman Səfə-
vilərlə danışıqlara başlamağı lazım bildi. 1555-ci il mayın 29-da
Amasyada Səfəvi-Osmanlı müharibələrinin 1-ci mərhələsini
başa çatdıran sülh müqaviləsi imzalandı- Qərbi Gürcüstan
Osmanlıların, Gürcüstanın şərq vilayətləri Səfəvilərin ixtiyarına
keçdi. Lakin XVI əsrin 70-ci illərindən etibarən Osmanlı işğalının
yeni dövrü başlandı (3, s. 225).
İctimai-iqtisadi həyat. I Şah İsmayılın daxili siyasəti-mər-
kəzləşdirilmiş dövlət yaratmaq idi. Dövlətin başında Şah-eyni za-
manda şiələrin başçısı dururdu. Şahın yanında Ali məclis fəaliyyət
göstərirdi. Şahın dünyəvi və dini müavini vəkil ilk Səfəvilər
dövründə dövlətdə 2-ci şəxs idi. Bu məsul vəzifə ilk dəfə olaraq I
Şah İsmayılın tərbiyəçisi Hüseyn bəy Şamlıya həvalə olunmuşdu.
Səfəvi dövlətində baş komandan əmir-ül-üməra adlanırdı. Dövlətin
hərbi qüvvələrinin əsasını Azərbaycan tayfalarından ibarət çərik
adlandırılan xüsusi hərbi dəstələr təşkil edirdi. Onlara qorçu başı
rəhbərlik edirdi. Mülki işlərə vəzir başçılıq edirdi. Dini idarələrə
sədr başçılıq edirdi. Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən
bəylərbəyiliklərə, onlar da mahallara bölünürdü. Bəylərbəyilər
şah tərəfindən yalnız Azərbaycan hərbi əyanlarından təyin edilirdi.
XVI əsrin birinci yarısında Azərbaycan 3 bəylərbəyilikdən
ibarət idi: mərkəzi Şamaxı şəhəri olan Şirvan, mərkəzi Gəncə olan
Qarabağ, mərkəzi Təbriz olan cənub torpaqları. Mahalları
bəylərbəyiliklər tərəfindən təyin edilmiş naiblər idarə edirdilər.
Kəndlərə kətxudalar, şəhərlərə kələntərlər başçılıq edirdilər.
Şəhərdə asayişin qorunmasına başçılıq edən darğa kələntərə tabe
124
idi. Ölkədə 5 torpaq mülkiyyət forması: dövlət torpaqları
(divan), şah ailəsi torpaqları (xass), feodal torpaqları (tiyul),
feodalların şəxsi torpaqları (mülk) və dini idarələrin torpaqları
(vəqf) var idi. Soyurqal torpaq sahibliyi sıxışdırılır və tiyul
torpaqlar paylanırdı. Tiyul sahibi- tiyuldar dövlətə xidmət etməyə
borclu idi; tiyuldar ona verilən torpaqdan gələn gəlirin müəyyən
hissəsini götürmək hüququna malik idi. Tiyul şərti mülk sayılır və
yalnız şahın icazəsi ilə irsi keçə bilərdi. Əhalidən 35 növ vergi
alınır və çoxlu mükəlləfiyyətlər yerinə yetirildi. Otlaqlardan istifadə
üçün çobanbəyi, bağlar üçün bağbaşı və s. vergilər verirdilər.
Səfəvi dövləti XVI əsrin 2-ci yarısı-XVII əsrin 1-ci
yarısında. 1576-cı ilin mayında I Təhmasibin vəfatından sonra
hərbi feodallar arasında çəkişmələr yenidən başlandı. Şahın oğulları
Məhəmməd Mirzə, İsmayıl Mirzə və Heydər Mirzə arasında taxt-
tac üstündə mübarizə qızışdı. İsmayıl Mirzə bu mübarizədə qalib
gələrək, II İsmayıl adı ilə özünü şah elan etdi. Lakin saray çevrilişi
nəticəsində İsmayıl Mirzə 1577-ci ildə öldürüldü. Ölkədə
ikihakimiyyətlilik yarandı. Qəzvində I Təhmasibin qızı Pərixan
xanım hakimiyyəti ələ aldı. Qızılbaş əmirləri Pərixan xanımı təkr
edib, Məhəmməd Mirzənin tərəfinə keçdilər. 1578-ci il fevralın 13-
də Məhəmməd Mirzə (Xudabəndə) Qəzvində müqavimətsiz taxta
sahib oldu. Məhəmməd Xudabəndə (1578-1587) Pərixan xanımı
edam etdirdi, arvadı Məhdi Ulya “dövlət işlərini” öz əlinə aldı. O,
ali divanın vəkili vəzifəsinə qədər yüksəldi. Əslində ölkə qızılbaş
tayfaları arasında bölünmüşdü. Məhəmməd Xudabəndinin yalnız
şahlıq adı qalmışdı. 1577-ci ildə Van hakimi Xosrov paşa Sə-
fəvilərə qarşı kürd tayfalarının qiyamını təşkil etdi. 1555-ci il
sülhünü pozaraq, kürdlərlə birlikdə Xoy üzərinə hücum etdi. Xoy və
Salmas hakimi Mahmud Sultan Rumlu inadlı müqavimət göstərdi,
lakin həlak oldu. Kürdlər Urmiyanı tutdular. Xoy, Salmas, Urmiya
üsyançıların əlində qaldı. Sultan III Murad (1575-1595) yaranmış
vəzəiyyətdən istifadə etdi. Osmanlı ordusunun baş komandanı
Mustafa Lələ paşa Ərzuruma 100 min nəfərlik qoşun topladı.
Sultan vassalı Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) bu
125
yürüşdə iştirakını tələb etdi. Mustafa Lələ Qars qalasını bərpa edib,
oraya qoşun yeritdi. 1578-ci il avqustun 9-da Çıldırda qızılbaşlar
məğlub oldular (3, s. 228). Mustafa Lələ paşanın göndərdiyi 20-30
min nəfərlik qoşun hissələri Ahalsıxı ələ keçirib Kaxetiyaya daxil
oldular. Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması, qızılbaş
əmirlərinin həddindən artıq özlərinə arxayın olmaları, Osmanlılarla
döyüşə o qədər də əhəmiyyət verməmələri, qüvvələr fərqi-bütün
bunlar nəticədə Çıldır döyüşündə məğlubiyyətə gətirib çıxartdı.
Çıldır döyüşündən sonra Mustafa Lələ Paşa Şirvanı, 1578-ci ilin
avqustunda Tiflisi, az sonra Qorini tutdu. 1578-ci il sentyabrında
Qanıx (Alazan) çayı sahilindəki döyüşdə Osmanlı ordusu böyük
itki verdi. Səfəvi ordusu Qarabağa, oradan da Təbrizə qayıtdı.
Mustafa Lələ paşa sentyabrın ortasında Ərəşə daxil oldu. Osmanlı
ordusu Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və
Salyanı müqavimətsiz tutdu. 1578-ci ilin sentyabrında Məhəm-
məd Xudabəndənin oğlu Həmzə Mirzə 30 minlik qoşunla Qarabağa
gəldi. Əmirlərin və vəzir Mirzə Salmanın qoşunları ilə birləşərək
Şamaxı qalasında Osman paşanı mühasirəyə aldılar. 1578-ci ildə
Krım xanı Adil Gərayın 12 minlik qoşunu məğlub oldu və Adil
Gəray əsir alındı. Mirzə Salman təcili Şamaxıya gəldi. Osman paşa
Dərbəndə qaçdı. Şirvan Osmanlılardan azad olsa da, Dərbənd
tutulmadı. Səfəvilər Şirvanı Osmanlılara güzəştə vermək istə-
mirdilər. 1580-ci ilin əvvəllərində qızılbaş qoşunu Təbrizdən
Şirvana hərəkət etdi. Ordunun komandanı Sinan paşa Ərzurumdan
Səfəvi sarayına hədələyici məktubla elçi göndərdi. Şahrux xan
möhrdar Sinan paşanın iddialarına sərt cavab verdi. Sinan paşanın
təklifi ilə həmin qış hərə öz yerində qaldı. Lakin Şirvan Krım
türklərinin 3-cü basqınına məruz qaldı. Osman paşa Krım türk-
lərinin köməyi ilə Bakıya daxil oldu. Məhəmməd Xudabəndə təcili
əmirləri qoşunla Mollahəsənli qəsəbəsinə göndərdi, Osmanlılar geri
çəkildilər və Dərbənddə möhkəmləndilər. 1581-ci ilin yazında Qazı
Gəray və Səfi Gərayın rəhbərliyi ilə Krım türkləri 4-cü dəfə
Şirvana hücum etdilər. İmamqulu xan Qacar qızılbaş dəstəsini Şir-
van hakimi Peykər xanın köməyinə göndərdi. Şamaxı ilə Şabran
126
arasında baş vermiş döyüşdə Qazı Gəray əsir alındı, Krım türkləri
və Osmanlı birləşmiş qoşunu məğlub oldu. Qarabağdan Xorasana
yürüş etdikdən sonra qızılbaş əmirlərinin Şirvana qayıda
bilməməsindən istifadə edən Osman paşa yenidən Dərbənddən Şa-
maxıya gəldi. Şirvanda Osmanlı hakimiyyəti bərpa edildi. 1583-cü
ilin yazında Qarabağ hakimi İmamqulu xan Qacar yeni qüvvə ilə
Kürü keçib Şirvana daxil oldu. O, Rüstəm xanı öz dəstəsi ilə
Osmanlılara qarşı döyüşə göndərdi. Bu döyüşdə Osmanlılar
darmadağın oldular. Samur çayı sahilində 1583-cü ildə tarixdə
“Məşəl savaşı” adlanan döyüş isə Osmanlı qüvvələrinin üstünlüyü
ilə qurtardı, qızılbaşlar meydanı tərk etdilər (8, s. 432). 1582-ci ilin
əvvəllərində Sinan paşa sülh bağlamaq məqsədi ilə Səfəvi səfiri
İbrahim xan Tərxanla birlikdə Ərzurumdan İstanbula gəldi. Lakin
Qızılbaş əmirləri bildirdilər ki, Şirvanı heç bir vəchlə güzəştə
getməyəcəklər. Əgər sultan 1555-ci il sülhünün şərtlərinə razı
deyilsə, onda müharibəni davam etdirəcəklər. 1585-ci il avqustun
12-də osmanlı qoşunu Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufi-
yan-Təbriz istiqamətində yürüşə başladı. Məhəmməd Xudabəndə
Həmzə Mirzənin başçılığı altında onlara qarşı 20 min nəfərlik qoşun
göndərdi. 1585-ci ilin sentyabrında Məhəmməd xan Toxmağın
başçılığı ilə qızılbaşların əsas dəstələri Sufiyan ərazisində döyüşdə
əvvəlcə qızılbaşlar Osmanlılara ağır zərbə vursa da, onların sayca
üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi. Bir gün sonra
Osman paşa Təbriz üzərinə hücuma başladı. Müdafiəsiz qalan
Təbriz təslim oldu. Osman paşa 1 aydan artıq Təbrizdə qaldı. 1586-
1589-cu illərdə tədricən bütün Azərbaycan Sultan III Muradın
ordusu tərəfindən işğal olundu. Səfəvilər ərazinin qalan hissəsini
itirməmək üçün ağır sülh şərtləri ilə razılaşdılar.
I Şah Abbasın islahatları. 1587-ci ildə Mürşüdqulu xan,
xüsusilə ustaclı və şamlı tayfalarından qızılbaşların Xorasan qrupu
Qəzvində 16 yaşlı Abbası şah elan etdilər. Bu vaxta qədər
Qarabağ, Ərdəbil, Lənkəran istisna olmaqla, Azərbaycanın bütün
vilayətləri Osmanlılar tərəfindən tutulmuşdu. XVI əsrdə feodal
zümrəsinin daxilində 2 qrup-əsasən, Azərbaycan (türk) və fars
127
(İran) etnik ünsürləri təmsil edən qruplar bir-biri ilə mübarizə
aparırdılar. Ümumən, fars etnik ünsürləri 2-ci dərəcəli yer tuturdu.
Kəndlilərdən sənətkarlardın toplanan ağır vergi narazılığı artırır və
dövlətin bünövrəsini laxladırdı. Şah Abbas hakimiyyətə gələndən
sonra hərbi-inzibati islahat keçirdi. Qızılbaşların təkbaşına silah
gəzdirmək hüquqları ləğv edildi. Başqa tayfalara da qoşuna daxil
olmaq hüququ verildi. Şah tərəfindən qoşun tayfa müxtəlifliyi
prinsipi əsasında təşkil edildi. Müxtəlif dərəcəli qoşun növləri
yaradı:
1. Qızılbaşlar-süvarilərdir, sayı 200 min nəfər, yalnız 60 min
nəfəri döyüşə gedirdi.
2. Qulamlar-xüsusi qvardiyadır-gürcü, çərkəz, osetin və b.
xristian ailələrinin uşaqları, zorla islamlaşdırılıb sarayda xüsusi
rejimlə tərbiyə olunurdular. Onlardan görkəmli sərkərdələr çıxırdı.
3. Tüfəngçilər-yoxsul təbəqədən seçilir, sayı 12 min nəfərə
çatırdı.
4. Artilleriya-topçular. I Şah Abbasın 500 səhra topu vardı
(8, s. 462-463).
1598-ci ildə paytaxtın Qəzvindən İsfahana köçürülməsi
nəticəsində Qarabağadan, Qəzvindən Azərbaycan türkləri köçüb
gəldi. Burada onlar üçün və Şah Abbasın şərəfinə “Abbasabad”
adlı xüsusui məhəllə salındı. Qızılbaşlar Səfəvi imperatorluğunun
idarə olunmasında xüsusi yer tuturdular. Azərbaycan dili orduda və
şah sarayında üstünlük təşkil edirdi. Səfəvi şahları və saray xid-
mətçiləri Azərbaycan dilində danışırdılar. 1578-1590-cı illərdə Sə-
fəvi-Osmanlı müharibələrində ağır məğlubiyyətə uğramış Səfəvi
dövləti vacib hərbi islahatlar keçiməyə məcbur oldu. I Şah Abbas
hərbi-köçmə qızılbaş əyanlarının müqavimətini qırdı. O, 44 min
nəfərlik güclü nizami ordu yaratdı. Azərbaycan türklərindən ibarət
qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Ölkə daxilində siyasi
sabitlik bərpa edildi. Məhsuldar qüvvələr canlandı. Dövlət iqtisadi
və hərbi-siyasi baxımdan möhkəmləndi. Beləliklə, Şah Abbas
islahatları nəticəsində mərkəzi hakimiyyət xeyli qüvvətləndi. Şah
Abbas Səfəvi dövlətinin keçmiş qüdrətini bərpa edə bildi. O, Azər-
128
baycan dövlətinin müstəqillik ənənlərini qoruyub saxlamaqla mər-
kəzi aparatı möhkəmləndirdi, İngiltərə, Fransa, İspaniya, Roma
papası, Rusiya ilə diplomatik əlaqələr yaratmaq məqsədi ilə danı-
şıqlara başladı.
Səfəvi-Osmanlı müharibəsinin II mərhələsi 1590-cı il İs-
tanbul sülh müqaviləsi ilə qurtardı. Sülh müqaviləsi Azərbaycanı
Səfəvi və Osmanlı dövlətləri arasında böldü, Şirvan, Qarabağ,
Dostları ilə paylaş: |