Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə45/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   41   42   43   44   45   46   47   48   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-cük, -cuq
şəkilçisi: Müasir ədəbi dilimizdə kiçiltmə məna-
sında işlənən bu şəkilçi lüğətdə də eyni anlamdadır və lüğətdə 
ona aid olan nümunələr cəmi bir neçədir: 
gölcük, qabarcuq, də-
pəcük, sucuq, tağarcuq
. Bu sözlərdən 
qabarcuq
və 
tağarcuq
müasir ədəbi dilimizdə 
qabarcıq
və 
dağarcıq
şəklində, 
gölmə-
cük
isə 
gölməçə
və 
gölməcik
kimi işlənir. 
Lüğətdə yer almış adlardan isim düzəldən şəkilçilər sırasın-
da 
-daş, -dəş
şəkilçisi də diqqəti cəlb edir. Məlum olduğu kimi, 
bu şəkilçi müasir ədəbi dilimizdə yalnız 
-daş
şəklindədir və 
məhdud sayda sözlərin tərkibində işlənərək oxşar əlamətləri da-
şıyan şəxs anlayışını bildirir. Maraqlıdır ki, XIV əsrə aid “Töh-
fətüz-zəkiyyə” əsərində də bu şəkilçi cəmi dörd sözün tərkibində 
işlənmişdir: 
yol+daş, boy+daş
(boyları eyni olan, yaşıd), 
1
Турецко-русский словарь. Москва, Русский язык. 1977, с.45. 
2
Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Elmi-tənqidi mətnin tərtibçi-
ləri: Cəmilə Sadıqova və Teyyubə Əsgərova. Bakı, Şərq-Qərb, 1993. 


102 
əmik+daş
(süd qardaşı) və 
öy+dər
(bir evdə – 
öydə
olanlar)
1

XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”də bu şəkil-
çi 
yoldaş
və 
əmikdaş
sözlərinin tərkibində işlənmişdir. H.Naxçı-
vani isə bu şəkilçini cəmi dörd sözdə işlətmişdir: 
yoldaş,
bəkdəş, 
dildəş, razdaş.
Lüğətdəki 
adaş
sözü də, fikrimizcə, 
-daş
şəkilçisi ilə düzəl-
miş sözdür: 
ad+daş
. Türk dillərinin əski yazıları üçün eynicinsli 
qoşa samitlərin işlənməsi səciyyəvi olmadığı üçün 
d
samitlərin-
dən biri yazıda və tələffüzdə düşmüş və bu söz 
adaş
şəklində qə-
bul olunmuşdur. Onu da qeyd edək ki, 
-daş, -dəş
şəkilçisi orta 
əsr yazılı abidələrində, əsasən, türkmənşəli sözlərə qoşulmuşdur. 
Sonralar isə bu şəkilçi ərəb və fars dillərindən alınma sözlərlə də 
işlənmişdir: 
məsləkdaş, sirdaş, vətəndaş
və s. H.Naxçıvani də 
-
daş
şəkilçisini farsmənşəli 
raz
(
sirr
) sözünə qoşaraq 
razdaş
dü-
zəltmə sözünü yaratmışdır. Bununla belə, bu söz vətəndaşlıq hü-
ququ qazanmamış və dilimizdə onun əvəzinə 
sirdaş
sözü işlən-
mişdir. Sirr sözünün isə ərəbmənşəli olduğunu nəzərə alaraq dü-
şünmək olar ki, H.Naxçıvani bu anlayışın qarşılığını doğma ana 
dilində tapmadığı üçün 
razdaş
sözünü işlətmişdir. Qeyd edək ki, 
razdaş
sözü lüğətdə dəmtan sözünün qarşılığı kimi verilmişdir. 
Dəmtan
sözünə isə bizə məlum farsca lüğətlərdə rast gəlmirik. 
Hüsaməddin Xoyi də “Töhfeyi-Hüsam” mənzum lüğətində 
bəkdəş
sözünü 
həmta
(
oxşar, bənzər, bir-birinə tay olan
) lekse-
minin
2

adaş
sözünü isə 
həmnam
(
eyniadlı
) fars sözünün qarşılı-
ğı kimi işlətmişdir
3

Qeyd edək ki, 
bəkdəş
sözü lüğətin bir əlyazmasında 
bəktaş
şəklində yazılmışdır. Maraqlıdır ki, 
bəkdəş
sözü lüğətdə 
manənd
və 
hamal
sözlərinin türkcəsi kimi verilmişdir. Həmin sözlər isə 
1
Изысканный дар тюркскому языку. Введение, лексико-грамматичес-
кий очерк, перевод, глоссарий, грамматический указатель Е.И.Фазылова 
и М.Т.Зияевой. Ташкент: Фан, 1978. 
2
Teyyubə Ələsgərova, Cəmilə Sadıqova. Hüsaməddin Xoyi. Töhfeyi-Hüsam. 
Bakı: Elm, 1996. 
3
Yenə orada. 


103 
fars dilində 
oxşar, bənzər
mənalarını daşıyır. Bu fakta əsasən 
bəktəş
sözünün də lüğətdə 
bir-birinə oxşayanlar
mənasında iş-
ləndiyini düşünmək olar. Maraqlıdır ki, 
bəktaş
sözü ortaçağda 
fars dilində tayfa başçısı anlamında işlənmişdir. Lüğətdəki 
yol-
daş
sözü müasir ədəbi dilimizdə eynilə, 
razdaş
isə 
sirdaş
şəklin-
də işlənir (farsmənşəli 
raz
sözü sirr deməkdir). Lüğətdə cəmi iki 
sözün tərkibində işlənmiş 
-ğı
şəkilçisi də diqqətçəkicidir: 
ardı-
cağı
(
ardıncağı
), 
sonrağı.
Göründüyü kimi, bu şəkilçi zərf mə-
nasını bildirən sözlərə qoşulmuşdur. Müasir ədəbi dilimizdə 
olan 
-kı, -ki, -ku, -kü
şəkilçisi də, əsasən zərflərə qoşulur: 
axşam-
kı, qabaqkı, dünənki, gecəki, gündüzkü
və s. Buna əsasən 
-ğı
şə-
kilçisini müasir ədəbi dilimizdəki 
-kı
şəkilçisinin əski variantı 
kimi qəbul etmək olar. 
Lüğətdə işlənmiş bir sözdə 
-kən,
digərində isə 
-cıl
şəkilçili 
bu sözləri də qeydə almışıq: 
yelkən, tovşancıl
(qartal). 
“Sihahül-əcəm” lüğətində feildən ad düzəldən şəkilçilər da-
ha geniş və çeşidli şəkildə təmsil olunmuşdur. Onlar sırasında 
-
ıcı, -ici,
-yıcı, -yici
sözdüzəldici şəkilçiləri sayına görə birinci 
yerdədir. Bu şəkilçilərin köməyilə düzəlmiş aşağıdakı sözlər ar-
xaik səciyyə daşıyır və məhz bu baxımdan diqqətçəkicidir. 
Bək-
ləyici (bağban), ısırıcı (dişləyən) çalıcı (tarçı, tarzən), saqlayıcı 
(gözətçi), yarlığayıcı (bağışlayan), yıldırıcı (parlaq)
. Həmin 
sözlərə eynilə bu şəkildə ortaçağa aid türkcə qaynaqlarda rast 
gəlmirik. Buna görə də onların H.Naxçıvaninin özü tərəfindən 
düzəldilib ədəbi dilə gətirildiyini düşünmək olar. Lüğətdə 
-ıcı, -
ici
şəkilçisinin köməyi ilə düzəlmiş 
bükici,
istəyici (axtaran 
mə-
nasında
), gülici, tadıcı,
yaradıcı
(
yaradan
), 
umıcı
(
uman, istə-
yən
) sözləri də işlənmişdir. 
Lüğətdə feildən ad düzəldən aşağıdakı sözdüzəldici şəkilçi-
ləri də qeydə almışıq: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin