361
Tam dağıntılar zamanı bina və qurğular tamamilə dağılıb
tökülür (yanır). Yalnız özüllər və möhkəm yeraltı otaqlar
qismən salamat qala bilər. Mühəndis şəbəkələri basılıb əzilir və
ya partlayır. Belə obyektlərin bərpası, adətən mümkün deyil və
ya məqsədəuyğun deyildir.
Güclü dağıntılar zamanı qurğuların ancaq bəzi hissələri -
aşağı mərtəbələrin divarları, dəmir beton karkasların ünsürləri,
yeraltı otaqlar salamat qalır. Mühəndis şəbəkələri ayrı-ayrı
sahələrdə qırılır və ya deformasiyaya uğrayır. Belə bina və
qurğuların bərpa edilməsi onların ayrı-ayrı konstruksiyalarının
salamat qalmış materiallarından istifadə olunmaqla ancaq
yenidən quraşdırma qaydası ilə mümkündür.
Orta dərəcəli dağıntılar zamanı binaların qəfəsləri və
qurğuların digər möhkəm konstruksiyaları (əsas divarlar,
dəmir-beton örtüklər və s.) salamat qalır. Bəzi yerlərdə
mühəndis şəbəkələrinin birləşmələri pozulur. Xeyli bərpaetmə
işləri tələb olunur.
Zəif dağıntılara bina və qurğuların ikinci-dərəcəli
ünsürlərində - damlarda, yardımçı yüngül tikililərdə, pəncərə
və qapı çərçivələrində, şüşəbəndlərdə baş verən xırda
deformasiyalar aid edilir. Binaların daxilində divarların suvağı,
arakəsmələr, qapı çərçivələri, zədələnir. Azacıq bərpaetmə
işləri tələb olunur ki, belə işlər qurğunun istismarı prosesində
yerinə yetirilə bilər:
Dostları ilə paylaş: