IV qrup
– zərər çəkmiş rayonların əhalisinə maddi
yardımın və digər növ yardım göstərilməsi.
V qrup
- müvəqqəti bərpa, sonra isə tam əsaslı bərpa
tədbirləri. Belə tədbirlər çox vaxt yaşayış məntəqələrinin,
sənaye müəssisələrinin və digər təsərrüfat obyektlərin yenidən
qurulması işləri ilə birgə aparılır. Zədələnmiş mülki və sənaye
379
binalarının, qurğuların, su mənbələrinin, kommunal və
energetika şəbəkələrinin, rabitə və nəqliyyat kommunikasiya-
larının, o cümlədən, dəmir yolu və avtomobil yollarının,
körpülərin, hava və dəniz limanlarının, boru kəmərlərinin,
hidrotexniki qurğuların, kənd təsərrüfatı və meşə sahələrin
bərpa edilməsi; nadir tarixi abidələrin incəsənət və memarlıq
abidələrinin bərpa və ya konservasiya olunması; tamamilə
dağılmış bina və qurğular əvəzinə yenilərinin tikilməsi.
VI qrup
– təsərrüfat obyektlərində işin dayanıqlılığını
yüksəltmək üzrə yerinə yetirilən mühəndis-texniki tədbirlər.
Belə tədbirlər təbii fəlakət və ya qəzalar təkrarən baş verən
hallarda onların dağıdıcı təsirinə obyektin qurğularının etibarlı
surətdə davam gətirməsini təmin etmək, eləcə də sonradan
onların sıradan çıxmasına qarşı profilaktiki işlər görmək, canlı
qüvvələrin, maddi sərvətlərin və incəsənət əsərlərinin
qorunması məqsədilə həyata keçirilir.
Dostları ilə paylaş: |