Fövqəladə hadisə nəticələrinin aradan qaldırılmasına
cəlb edilən qüvvə və vasitələr
Qəzaların nəticələrini aradan qaldırmaq - müvafiq sənaye
sahələrinin və ya ərazi (şəhər, qəsəbə) təşkilatlarının
tabeliyindəki obyektlərdə olan xüsusi xidmətlərin və ayrı-ayrı
mütəxəssislərin,
yanğınsöndürmə
və
meşə
yanğını
komandalarının, elektrik şəbəkəsi, rabitə, qaz təchizatı, su
təchizatı, kanalizasiya, istilik təchizatı qəza xidmətlərinin,
dəmiryolu bərpa qatarlarının, qəza xilasetmə gəmilərinin,
avtomobil nəqliyyatı texniki-qəza xidmətinin, təcili tibbi
yardım xidmətinin və s. xidmətlərin vəzifəsidir.
Müxtəlif təsərrüfat obyektlərində baş verən kiçik qəzalar
və yanğınlar həmin obyektlərin müdiriyyəti tərəfindən öz
qüvvələri ilə, eləcə də ərazi təşkilatlarındakı (xüsusi
xidmətlərin) mütəxəssislərin qüvvələri ilə aradan qaldırılır.
Bir sıra sənaye və təsərrüfat sahələrində (dağ-sənaye
sahələrinin şaxtalarında, metro-tunel, kollektor tikintisində,
neft mədənlərində, neft-kimya müəssisələrində) qəzaların
aradan qaldırılması üzrə işlərdə respiratorlardan istifadə
edilməsi tələb olunduğu üçün belə müəssisələrdə xüsusi qazdan
xilasetmə və dağ-mədən işlərində xilasetmə dəstələri -
komandalar dəstələr və s. habelə gəmiçilik idarələrinin qəza-
xilasetmə dəstələri yaradılır.
Mədən işlərində xilasetmə dəstələrinə aşağıdakılar həvələ
edilir: kömür və filiz mədənlərində, metropolitendə, neft və
kimya sənayesi müəssisələrində qəzalar zamanı adamların xilas
edilməsi; yeraltı qəza nəticələrinin aradan qaldırılması işlərinin
376
aparılması respiratorlardan istifadə etməklə profilaktika işləri
görmək tələb olunan şəraitdə yeraltı və yerüstü yanğınların,
alışmış neft və qaz fəvvarələrinin və s. söndürülməsi; qəzaların
qarşısını almaq üçün profilaktika işlərinin icra edilməsi;
respiratordan istifadə olunması tələb edilən texniki işlərin
yerinə yetirilməsi və s.
Xilasetmə və digər təxirəsalınmaz tədbirlər
Güclü fəlakətlərə qarşı işlərə rəhbərlik etmək, eləcə də
onların nəticələrinin aradan qaldırılması üzrə təxirəsalınmaz
tədbirlər görmək üçün respublikada Fövqəladə Hallar Nazirliyi
yaradılmışdır. Bu nazirliyə zərər çəkmiş əhaliyə yardım
göstərilməsi, dövlətin maddi sərvətlərinin və vətəndaşların
əmlakının xilas edilməsinə yerli qüvvə və vasitələrin cəlb
olunması sahəsində geniş səlahiyyətlər verilmişdir. Təbii
fəlakətlərlə mübarizə tədbirlərində nəinki fəlakət baş vermiş
ərazidəki iş qabiliyyətli əhali, həm də respublikanın
digər
rayonlarının əhalisi fəal iştirak etməlidir.
Əhali və ətraf mühit üçün təhlükə törədən güclü istehsalat
və nəqliyyat qəzaları və ya təbii fəlakətlər (geniş meşə
yanğınları, subasmalar, zəlzələ və s.), onların nəticələrini
aradan qaldırmaq üçün müəssisələrin öz qüvvələri, o cümlədən
yanğınsöndürmə və meşə-yanğın komandaları, mədən
xilasetmə komandaları və s. kifayət etmədikdə, fəlakətlərlə
mübarizəyə təsərrüfat obyektlərinin fəhlə və qulluqçuları da
377
cəlb edilir. Bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr
(xilasedici, qəza-bərpa və digər dəstələr, komandalar, qruplar
və manqalar) yaradılır. Bəzi təhlükəli hallarda güclü qəzaların
aradan qaldırılması və təbii fəlakətlərlə mübarizə işlərinə hərbi
hissələr cəlb edilə bilər.
Dostları ilə paylaş: |