Digər
təxirəsalınmaz
işlər
-
xilasetmə
işlərinin
aparılmasına şərait yaratmaq, eləcə də kommunal təsərrüfat,
energetika, nəqliyyat və rabitə şəbəkələrində qəzanın
nəticələrini məhdudlaşdırmaq və aradan qaldırmaqla obyektin
fəaliyyətini təmin etmək məqsədilə yerinə yetirilir.
Belə işlər aşağıdakılardan ibarətdir:
1)
uçqunlarla
tutulmuş
yerlərdə,
zəhərlənməyə
(çirklənməyə) məruz qalmış sahələrdə nəqliyyat üçün yol
salmaq və keçidlər düzəltmək;
2)
xilasetmə işlərinin icrasına imkan yaratmaq üçün qaz
enerji, su təchizatı, kanalizasiya və texnoloji şəbəkələrdə
qəzaları məhdudlaşdırmaq;
3)
uçulub tökülmək qorxusu törədən və hərəkətə, eləcədə
işlərin təhlükəsiz aparılmasına mane olan konstruksiyaların
bərkitmək və ya tamamilə dağıtmaq;
4)
xilasetmə işlərinin aparılmasını təmin etmək məqsədilə,
zədələnmiş və ya dağıdılmış rabitə xətlərini, kommunal-enerji
şəbəkələrini təmir və bərpa etmək;
5)
düşmənin ehtimal olunan təkrar zərbələrindən və ya
təkrarən baş verə biləcək qəza və təbii fəlakətlərdən qorunmaq
üçün zədələnmiş mühafizə qurğularını təmir və bərpa etmək.
Fəlakətlər nəticəsində yaranan fövqəladə hadisələrdə
zədələnməyə məruz qalmış obyektin məhdud yerli imkanları,
eləcə də vaxt qıtlığı şəraitində xilasetmə və digər
təxirəsalınmaz işlərin bütün növlərinin hamısını eyni zamanda
yerinə yetirmək mümkün deyil.
373
Zədələnmiş obyektdə qəzanın və təbii fəlakətin nəticələrini
qısa müddətdə aradan qaldırmaq üçün qüvvə və vasitələri elə
paylaşdırmaq lazımdır ki, işləri müəyyən növbələr ilə fasiləsiz
aparmaq mümkün olsun.
Birinci növbədə bütün qüvvələr əsas vəzifənin yerinə
yetirilməsinə - adamların xilas edilməsini təmin etmək
məqsədilə xilasetmə və qısamüddətli bərpa işlərinin icrasına
yönəldilməlidir.
Xilasetmə və qısamüddətli bərpa işləri
Bundan dərhal sonra isə obyektdə işin davam etdirilməsini
təmin etmək üçün qəzaların məhdudlaşdırılması, istehsalat
binalarında dağıntı və zədələnmələrin aradan qaldırılması üzrə
ilk növbəli və ya müvəqqəti bərpa işlərini, eləcə də zədələnmiş
bina və qurğuların konservasiya edilməsi üzrə işləri yerinə
yetirirlər. Zədələnmiş binaların konservasiya edilməsində
məqsəd, onların ətrafdakılar üçün təhlükəsiz vəziyyətə
gətirilməsi, habelə tamamilə dağılıb sıradan çıxmasının
qarşısını almaqdan ibarətdir (daxili ehtiyatların çatışmaması,
yaxud bərpa işləri aparacaq ixtisaslı təşkilatların olmaması və
digər səbəblərdən obyektin bərpasına müəyyən müddətdən
sonra başlanması qərara alınan hallarda).
Daha sonra isə ixtisaslı podratçı tikinti-quraşdırma
idarələrinin qüvvələri, yaxud təsərrüfat üsulu ilə obyektin əsaslı
bərpası işləri yerinə yetirilir.
Qısa müddətli bərpa zamanı işlər l-ci növbə həcmində
374
müvəqqəti bərpa zamanı l-ci və 2-ci növbələr həcmində, əsaslı
bərpa zamanı isə tam həcmdə yerinə yetirilir. Bütün hallarda
işləri mərhələlər üzrə icrasına riayət edilməlidir ki, hər bir
növbə üzrə işlər başa çatdırılandan sonra obyektin müvafiq
növbələr arası aralıq hazırlığı təmin edilsin. Məsələn,
avtomobil yolları bərpa edilərkən l-ci növbə üzrə işlər başa
çatdırılandan sonra yolun bərpa edilən sahəsinin örtüyü -
torpaqdan, 2-ci növbəli işlərdən sonra - adi çınqıldan, 3-cü
növbədə işlər başa çatdırılandan sonra – üzvü özüllü maddələr
qatışıqlı çınqıldan ibarət ola bilər və s. Bu zaman işlərin təşkili
layihəsində (İTL) nəzərdə tutulmalıdır ki, qəbul edilmiş kon-
struksiya həlli yaranmış şəraitdən asılı olaraq dəyişdirilə bilər;
burada həmçinin bərpa işlərinin qaydası və icrası müddətləri
göstərilməlidir.
İstehsalat qəzaları və təbii fəlakət nəticələrinin aradan
qaldırılması üzrə tədbirlər bu ardıcıllıqla yerinə yetirilməlidir:
zədələnmələrə
məruz
qalan rayonların, yaşayış
məntəqələrinin və təsərrüfat obyektlərinin, yol şəbəkələrinin
xəritə və təsvirlər üzrə öyrənilməsi;
zədələnmiş obyektin aerofotoşəkilinin çəkilməsi;
mühəndis-xilasetmə və digər təxirəsalınmaz işlər
görülməsi tələb olunan obyektdə rekoqnosirovka (mühəndis
araşdırması) aparılması;
mühəndis kəşfiyyatı, yaxud layihə axtarış qrupu
tərəfindən obyektin hərtərəfli araşdırılması və bərpa işlərinin
təşkili üzrə sadələşdirilmiş sənədlərin tərtib edilməsi;
obyektdən uçqun qalıqlarının, işə mane olan yararsız
texnikanın və s. yığışdırılıb kənar edilməsi, su basmış
zirzəmilərin təmizlənməsi;
obyekti tez bir zamanda istismara vermək üçün
minimum ümumi tikinti işlərini və digər işləri yerinə
yetirməklə, onun qurğularının ilk növbəli (qismən) bərpası;
375
obyektin tam halda bərpa edilməsi.
Obyektdə baş vermiş dağıntıların növündən, qəza və təbii
fəlakətlərin xüsusiyyətlərindən asılı olaraq işlərin ardıcıllığı və
tərkibi dəyişə bilər.
Dostları ilə paylaş: |