FöVQƏladə hadiSƏLƏRİn nəTİCƏLƏRİNİn aradan qaldirilmasi fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları Obyektlərin zədələnmə ocaqları


Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə



Yüklə 157,21 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix25.12.2023
ölçüsü157,21 Kb.
#197032
1   2   3   4   5   6   7   8   9
14 Movzu - FH-in neticelerinin aradan qaldirilmasi

Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə 
işlərin növbəliliyi, ardıcıllığı və mərhələlərlə aparılması 
Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda 
istehsalat qəzalarının, təbii fəlakətlərin, habelə müasir qırğın 
silahlarının tətbiqinin nəticələrini aradan qaldırmaq üzrə işləri 
təşkil etmək tələb olunur. 
Hər bir konkret halda görüləcək xilasetmə və digər 
təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə) 
ocağını törədən fəlakətin xarakterindən asılı olur. Nüvə 
zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və 
ağır işləri icra etmək lazım gəlir. Bu işlərin ehtimal olunan 
səciyyəsini və həcmini müəyyənləşdirmək üçün zərbə 
dalğasının ön xəttindəki izafi təzyiqin kəmiyyətinə görə nüvə 
zədələnməsi ocağını, yəni izafi təzyiq 0.1 kqq/sm
2
-dən artıq 
olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar tam, 
güclü, orta dərəcəli və zəif dağıntı zonalarıdır. 
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da buradakı 
bina və qurğuların zədələnməsinin xarakterinə görə nüvə 
zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. Fərq 
yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə 
dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla 
maksimal fəallığı götürülür.
Zəlzələ nəticəsində dağıntıların yaranması 
Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın surətdə nə-


368 
zərə çarpır ki, onun məhvedici nəticələri nüvə partlayışının 
zərbə dalğasının yaratdığı nəticə kimidir. Bununla belə, onların 
arasında fərqlər də vardır. Zəlzələ zamanı işıq şüalanması, 
nüfuzedici radiasiya, ərazinin radioaktiv zəhərlənməsi və 
elektromaqnit impulsu mövcud olmur; uçulan binaların 
qırıntılarının, daş-kəsəyi və yerli əşyaları kənara atan qüvvə 
meydana çıxmır, bunun sayəsində də belə binalardan bir qədər 
uzaqda açıq sahələrdəki adamlar zədələnmələrə məruz qal-
mırlar. Zəlzələ yerində dağılan tikililərin hissələri kənara 
atılmadan aşağı çöküb qalaqlanır, yəni yerli uçqunlar yaradır, 
nəticədə onların sahəsi nüvə zədələnmə ocağındakına nisbətən 
az olur. Adətən zəlzələ zamanı küçələrin orta hissəsi uçqun 
qalaqları ilə tutulmur. Burada nəqliyyat vasitələri, xilasetmə 
işlərinə cəlb edilən digər texnika hərəkət edə bilir.
Aydındır ki, bütün bu oxşarlıq və fərqlər zədələnmə 
ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlərin 
nəinki növlərini, həcmini və ardıcıllığını, eləcə də ümumiyyətlə 
onların təşkili və icrası qaydalarını da xeyli dərəcədə müəyyən 
edəcəkdir.
Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması ilə 
əlaqəli işlər mərhələlər üzrə, müəyyən ardıcıllıqla və mümkün 
qədər qısa müddətdə yerinə yetirilir.
Birinci mərhələdə aşağıdakı məsələlər həll edilir:
1. Əhalinin mühafizəsi tədbirlərinə dərhal başlanması; bu 
məqsədlə:

Təhlükə barədə xəbərdarlıq;

Mühafizə vasitələrindən istifadə edilməsi;

Mühafizə rejimlərinə riayət olunması;

Təhlükəli zonadan köçürülmə;

Tibbi-profilaktika vasitələrinin işlədilməsi və xəsarət 
almış şəxslərə hər cür yardımın göstərilməsi.
2. Fövqəladə hadisə nəticələrinin genişlənməsinin qarşısını 
almaq və ya onun təsirini azaltmaq; bunun üçün:


369 

Qəzanın məhdudlaşdırılması;

Texnoloji prosesin müvəqqəti dayandırılması və ya 
dəyişdirilməsi; 

Yanğınların qarşısının alınması və söndürülməsi.
Yanğınların qarşısının söndürülməsi 
3. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin (QX və 
DTİ) yerinə yetirilməsinə hazırlıq; bu məqsədlə:

İdarəetmə orqanlarının, qüvvə və vəsaitlərin hazır 
vəziyyətə gətirilməsi;

Zədələnmə ocaqlarında kəşfiyyatın aparılması;

Yaranmış şəraitin qiymətləndirilməsi.
İkinci mərhələdə aşağıdakı məsələlər həll edilir:
1.
Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması.
2.
Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə 
birinci mərhələdə başlanmış işlərin icrasının davam etdirilməsi.
QX və DTİ fasiləsiz olaraq gecə və gündüz, hər cür 
havada, güclü və kütləvi dağıntılar, yanğınlar, atmosferin, 
ərazinin zəhərlənməsi, insanların məhv olması şəraitində belə 
əzmlə icra edilməlidir.
Bu işlərin müvəffəqiyyəti xilasedicilərin peşə hazırlığının 
səviyyəsindən, onların mənəvi-psixoloji və fiziki hazırlığından, 
təcrübə 
vərdişlərindən, 
şəraitin 
obyektiv 
qiymətlən-
dirilməsindən, məqsədyönlü qərarların qəbulu və zəruri qüvvə 
və vasitələrinin xilasetmə işlərinə cəlb olunmasından asılı 
olacaqdır.


370 
Üçüncü mərhələdə aşağıdakı məsələlər həll edilir:
1. Zərər çəkmiş rayonlarda əhalinin normal həyat 
fəaliyyətinin təmin edilməsi; bu məqsədlə:

yaşayış evlərinin bərpası və ya bu məqsədlə müvəqqəti 
binalar tikilməsi;

enerji, qaz, su təchizatının, kommunal xidmət 
obyektlərinin, rabitə xətlərinin bərpa edilməsi;

zədələnmə ocağının sanitar təmizlənməsi;

əhaliyə 
yardım 
göstərilməsi, 
adamların 
ərzaq 
məhsulları, gündəlik tələbat əşyaları ilə təmin edilməsi.
2. Köçürülmüş əhalinin öz yerlərinə qaytarılması.
3. Təsərrüfat obyektlərinin fəaliyyətinin bərpa edilməsi.
Bu tədbirlərin icrası üzrə görüləcək işlərin həcmi və 
xarakteri fövqəladə hadisənin növündən, miqyasından və 
vaxtdan asılı olacaqdır.
Fövqəladə hadisələr nəticəsində müxtəlif zədələnmə 
ocaqları yaranır. QX və DTİ zədələnmə ocaqlarında qalan 
insanları xilas etmək, zədələnmiş adamlara yardım göstərmək, 
qəzaları 
məhdudlaşdırmaq və sonrakı bərpa işlərinin 
aparılmasına şərait yaratmaq üçün yerinə yetirilir.
Zədələnmə ocaqlarında yerinə yetirilən işlər xilasetmə 
işlərindən və digər təxirəsalınmaz işlərdən ibarətdir.
Xilasetmə işləri zədələnmiş adamları axtarıb tapmaq, 
dağılmış mühafizə qurğularının, binaların uçqunları altından 
çıxarmaq, onlara ilk tibbi yardım və həkim yardımı göstərmək, 
müalicə müəssisələrinə köçürmək və ya təhlükəsiz yerlərə 
çıxarmaq, habelə adamların sanitariya təmizlənməsini, 
texnikanın zərərsizləşdirilməsi işlərini icra etmək məqsədilə 
yerinə yetirilir.
Xilasetmə işləri aşağıdakıları əhatə edir:

Hərəkət 
marşrutlarında 
və 
iş 
sahələrində 
(obyektlərində) 
yanğınların 
məhdudlaşdırılması 
və 
söndürülməsi;


371 

Zədələnmiş adamların axtarılması və onların uçqunlar 
altından, dağılan və yanan binalardan, qaz, su və tüstü ilə 
dolmuş otaqlardan çıxarılması;

Uçulmuş və zədələnmiş mühafizə qurğularının açılması 
və oradan adamların xilas edilməsi;

Uçqunlar altında qalmış və süzücü-ventilyasiya sistemi 
zədələnmiş mühafizə qurğularına hava verilməsi;

Zədələnmiş adamlara ilk tibbi yardımın və ilk həkim 
yardımının göstərilməsi, onların müalicə müəssisələrinə 
köçürülməsi;

Əhalinin təhlükəli sahələrdən təhlükəsiz rayonlara 
çıxarılması 

Əhalinin 
sanitariya 
təmizlənməsi, 
paltarların, 
texnikanın, nəqliyyatın, mühafizə vasitələrinin, ərazinin və 
qurğuların, habelə ərzaq malları və xammalının, suyun və 
yemlərin zərərsizləşdirilməsi.
Xilasetmə işlərinin müvəffəqiyyətini təmin edən əsas prin-
siplər bunlardır:
1)
xilasetmə işləri aparacaq qüvvə və vasitələrin surətlə 
hazır vəziyyətə gətirilməsi;
2)
yaralıların xilas edilməsi işlərinə dərhal başlanması. Bu 
zaman:

ilk 3-4 saat ərzində - dağılmış və uçqunlar altında 
qalmış sığınacaqlara hava verilməsini təmin etmək;

12-14 saat ərzində - ilk tibbi yardım göstərilməsini və 
birinci sutkanın sonunadək - əsas xilasetmə işlərini başa 
çatdırmaq tələb olunur;
3)
qüvvə və vasitələrdən ilk növbədə iş sahələrində, 
yaralıların daha çox olduğu ehtimal edilən yerlərdə istifadə 
edilməsi;
4)
mexanizasiya və avtomatika vasitələrinin səmərəli 
tətbiq edilməsi və dəstələrdən onların ixtisası və təminatı üzrə 


372 
istifadə olunması;
5)
xilasetmə 
işlərinin 
fasiləsiz 
surətdə 
aparılması; 
radiasiya səviyyəsindən və yaranmış digər şəraitdən asılı olaraq 
növbələr üzrə iş müddəti 2 saatdan 12 saatadək müəyyən edilir;
6)
QX və DTİ yerinə yetirilərkən bütün təhlükəsizlik 
tədbirlərinə riayət edilməsi.

Yüklə 157,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin