378
hadisəsinə dair kosmik məlumatlar, meteoroloji, seysmik,
vulkanik, bioloji və s. proqnozlar) və s. daxildir.
II qrup
– gözlənilən təhlükə barədə əhalini xəbərdar etmək
və məlumatlandırmaq da daxil olmaqla, təbii fəlakətlərə və
qəzalara
qarşı mübarizə, onların qarşısının alınması,
nəticələrinin məhdudlaşdırılması, zədələnmələrin və itkilərin
azaldılması tədbirlərindən ibarətdir.
III qrup
- təbii fəlakət rayonlarında və istehsalat qəzaları
ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlərdən
ibarətdir. Belə işlərə aşağıdakılar daxildir: mühəndis kəşfiyyatı
ilə
dağıntıların dərəcəsinin və həcminin, zəhərlənmə
zonalarının ölçülərinin, yanğın və ya daşqınların yayılma sürəti
və istiqamətinin təyin edilməsi; təhlükəyə bilavasitə məruz
qalan obyektlərin və yaşayış məntəqələrinin aşkar olunması;
təhlükənin qarşısını almaq və ya aradan qaldırmaq üçün lazım
olan qüvvə və vasitə qruplarının müəyyən edilməsi; daşqın
rayonlarından, zəhərlənmə zonalarından, yanğın ocaqlarından
uçqunlardan
və
mühafizə
qurğularından
insanların,
heyvanların, maddi sərvətlərin xilas edilməsi və zədəlilərə tibbi
yardım göstərilməsi; xilasetmə işlərinin aparılmasını təmin
edən və sonrakı bərpa işlərinə zəmin yaradan digər
təxirəsalınmaz işlərin icra edilməsi; şəhərlərdə və digər yaşayış
məntəqələrində həyat fəaliyyətinin bərpa edilməsi; fəlakət
rayonlarında ictimai asayişi təmin etmək üçün komendant
xidmətinin təşkili; maddi sərvətlərin qorunması; həlak olmuş
adamların axtarılması, şəxsiyyətinin müəyyən edilməsi və dəfn
edilməsi.
Dostları ilə paylaş: