MİLLİ DRAM TEATRI
(1938-1960)
Teatr 1938-ci ilə baş rejissorsuz qədəm qoyub. Yanvar ayının 17-də Rza Təhmasibin keçən
ildən hazırladığı Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (rəssamlar Nüsrət Fətullayev və İsmayıl
Axundov, bəstəkar Səid Rüstəmov. Hacı Qara - Sidqi Ruhulla, Heydər bəy - Ələsgər Ələkbərov)
komediyasının ilk tamaşası olub. Fevralm 16-da Ələsgər Şərifov dramaturq Əbdürrəhimbəy
Haqverdiyevin "Pəri cadu" (tərtibat rəssamı Nüsrət Fətullayev, geyim rəssamı İsmayıl Axundov,
bəstəkar Niyazi. Pəri - Barat Şəkinskaya və Sona Hacıyeva, Qurban - Rza Əfqanlı və Möhsün
Sənani, Hafizə - Qəmər Topuriya və Əzizə Məmmədova), martın 26-da Ədil İsgəndərov gənc
Cabbar Məcnunbəyovun "Yanar dərə" (tərtibat rəssamı Sergey Yefimenko, geyim rəssamı İsmayıl
Axundov, bəstəkar Səid Rüstəmov. Hicran - Mərziyə Davudova, Eldar - Sidqi Ruhulla), aprelin 28-
də Ağəli Dada şov gürcü ədibi Georgi Mdivaninin "Vətən namusu" ("Vətən oğlu". Tərcüməçi
Süleyman Rüstəm, rəssam Nüsrət Fətullayev. Yaqor - Ələsgər Ələkbərov və Sidqi Ruhulla, Natella -
Mərziyə Davudova və Nəzirə Əliyeva) pyeslərini tamaşaya hazırlayıblar.
May ayının 15-də Ədil İsgəndərov teatra baş rejissor təyin olunub. Bu vəzifədə onun ilk işi
Səməd Vurğunun "Vaqif" mənzum dramına verdiyi quruluşdur. İlk tamaşası oktyabrın 5-də
göstərilən tamaşanın tərtibat rəssamı Nüsrət Fətullayev, geyim rəssamı İsmayıl Axundov, bəstəkarı
Səid Rüstəmov olub. Əsas rolları Ələsgər Ələkbərov (Vaqif), Sidqi Ruhulla (Qacar), Əli Qurbanov
(Vidadi), Mustafa Mərdanov (Vəzir), Fatma Qədri və Mərziyə Davudova (Xuraman), Ağasadıq
Gəraybəyli (İbrahim xan), Möhsün Sənani və Rza Əfqanlı (Eldar), Abbas Rzayev (Şeyx Alı), Dadaş
Şaraplı (Təlxək) oynayıblar. "Vaqif" tamaşası böyük uğur qazanıb və teatrın tarixində ən
uzunömürlü əsərdir. 1980-ci illərin sonlarına qədər repertuarda qalan tamaşa min dəfədən çox
oynanılıb.
Bu tamaşalardan əlavə, teatr 1938-ci ilin sonuna qədər Mirzə Fətəli Axundzadənin "Müsyö
Jordan və dərviş Məstəli şah" (15 oktyabr. Quruluşçu rejissorlar Şəmsi Bədəlbəyli və Məcid
Zeynalov, rəssam İsmayıl Axundov, bəstəkar Əfrasiyab Bədəlbəyli), Mirzə İbrahimovun "Madrid"
(29 noyabr. Quruluşçu rejissor Rza Təhmasib), İmran Qasımovun "Arzu" (22 dekabr. Quruluşçu
rejissor Ələsgər Şərifov, rəssam Nüsrət Fətullayev) komediya və dramlarını tamaşaya hazırlayıb.
Ədil İsgəndərovun teatra baş rejissor təyin olunması yaradıcılıq iqlimində ciddi dönüşlər
yaradıb. Teatrın romantik monumental üslubu əsaslı şəkildə formalaşmağa başlayıb. Kollektiv 1939-
cu ildə Aleksandr Ostrovskinin "Cehizsiz qız" (23 fevral. Tərcüməçi Ənvər Məmmədxanlı,
quruluşçu rejissor Ələsgər Şərifov, rəssam Sergey Yefimenko. Larisa - Fatma Qədri, Krurov -
Mirzağa Əliyev, Paratov - Rza Əfqanlı, Karandışev - İsmayıl Osmanlı), Onore de Balzakin "Ögey
ana" (17 aprel. Tərcüməçi Mikayıl Rəfili, qurulşçu rejissor Aleksandr Tuqanov, rəssam İsmayıl
Axundov. Qraf de Qranşan - Ağasadıq Gəraybəyli, Gertruda - Mərziyə Davudova, Polina - Fatma
Qədri, kiçik Napoleon - Barat Şəkinskaya), Cəfər Cabbarlının "Od gəlini" (29 sentyabr. Quruluşçu
rejissor İsmayıl Hidayətzadə, rəssam Fyodor Qusak, bəstəkar Səid Rüstəmov. Elxan - Ələsgər
Ələkbərov, Aqşin - Rza Əfqanlı, Solmaz - Fatma Qədri və Hökümə Qurbanova, Əbu Übeyd - Sidqi
Ruhulla), Mehdi Hüseynin "Şöhrət" (14 oktyabr. Quruluşçu rejissor Məcid Zeynalov, rəssam
İsmayıl Axundov, bəstəkar Əfrasiyab Bədəlbəyli), Cəlil Məmmədquluzadənin "Ölülər" (23 oktyabr.
Quruluşçu rejissor Şəmsi Bədəlbəyli, rəssam İsmayıl Axundov. Şeyx Nəsrulla - Kazım Ziya,
İsgəndər - Ağasadıq Gəraybəyli, Hacı Həsən ağa - Əli Qurbanov), Səməd Vurğunun "Xanlar" (30
dekabr. Quruluşçu rejissor Ədil İsgəndərov, rəssam Nüsrət Fətullayev, bəstəkar Əfrasiyab
Bədəlbəyli. Xanlar - Ələsgər Ələkbərov, Doktor Söhbət - Kazım Ziya, Muxtar bəy - Sidqi Ruhulla)
əsərlərini öz repertuarına daxil edib.
Bu ilin ən uğurlu tamaşası Sabit Rəhmanın "Toy" komediyası olub. Premyerası aprelin 28-də
göstərilən tamaşanın quruluşunu rejissor Məhərrəm Haşımov, bədii tərtibatını Rüstəm Mustafayev
və Əsgər Abbasov veriblər və musiqisini Səid Rüstəmov yazıb. Əsas rolları Mirzağa Əliyev
(Kərəmov), Məmmədəli Vəlixanlı (Mirzə Hüseyn), Sidqi Ruhulla (Dəmirçi Musa), Əzizə
Məmmədova (Zalxa), Sona Hacıyeva və Hökümə Qurbanova (Zinyət), Dadaş Şaraplı (Şeyda),
Ətayə Əliyeva və Sofiya Bəsirzadə (Kamalə) oynayıblar.
Teatr 1940-cı ildə Ələsgər Şərifovun rejissorluğunda Nəcəf bəy Vəzirovun "Müsibəti-
Fəxrəddin" (18 mart. Rəssamlar Əsgər Abbasov və Bədurə Əfqanlı), Aleksey Kaplerin və
Zlotoqorovanın "Lenin" (22 aprel. Tərcüməçi Mlkayıl Rəfili, rəssamlar Nüsrət FətuIIayev və
İsmayıl Axundov), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (27 may. Rəssam Nüsrət Fətullayev,
bəstəkar Niyazi), Məmmədhüseyn Təhmasibin "Bahar" (10 oktyabr. Rəssam Nüsrət Fətullayev,
bəstəkar Səid Rüstəmov), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (31 dekabr. Rəssam Nüsrət Fətullayev.
Oqtay - Rza Əfqanlı, Firəngiz Mərziyə Davudova), Məcid Zeynalovun quruluşunda Pyer
Bomarşenin "Fiqaronun toyu" (24 oktyabr. Tərcüməçi Cəfər Cabbarlı. Qraf Almaviva - Mirzağa
Əliyev, Fiqaro - Möhsün ənani və Mustafa Mərdanov, Suzanna - Fatma Qədri), İsmayıl
Hidayətzadənin səhnə təfsirində Süleyman Rüstəmin "Qaçaq Nəbi" (26 sentyabr. Rəssam Fyodor
Qusak. Nəbi -Ələsgər Ələkbərov və Rza Əfqanlı, Həcər - Mərziyə Davudova, Səlim bəy - Sidqi
Ruhulla) pyeslərinin tamaşalarını göstərib. Ədil İsgəndərov isə Cəfər Cabbarlının "Aydın" faciəsinə
(29 iyun) quruluş verib. Rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Bədurə Əfqanlı olan
tamaşada baş rolları Ələsgər Ələkbərov (Aydın), Əminə Sultanova (Böyükxanım), Əjdər Sultanov
(Surxay), Mirzağa Əliyev (Balaxan), Qəmər Topuriya (Susanna), Rza Əfqanlı (Dövlət bəy) ifa
ediblər.
Ədil İsgəndərovun baş rejissor olduğu illərdə teatr yüz iyirmidən çox tamaşa hazırlayıb.
Bunların arasında aşağıdakı tamaşalar kollektivin yaradıcılıq həyatında sənət hadisələri kimi
dəyərlidirlər.
Dostları ilə paylaş: |