Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə115/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   470
Dramatik rolları: Nazim paşa, Dövlət bəy, Salamov və General-qubernator ("Ədirnə fəthi", 

"Aydın" və "1905-ci il-də", Cəfər Cabbarlı), Satin ("Yurdsuz insanlar", Maksim Qorki), Jak ("İki 

yetimə", Adolf D'Enneri və Germon), Andreyev ("Özgə  uşağı", Vasili Şkvarkin), Murov, Paratov 

("Günahsız müqəssirlər" və "Cehizsiz qız", Aleksandr Ostrovski), Qraf de Qranşan ("Ögey ana", 

Onore de Balzak), Xosrov, İbrahim xan, Hans ("Fərhad və  Şirin", "Vaqif" və  "İnsan", Səməd 

Vurğun), Aleksandr ("İki qardaş", Mixail Lermontov), Vasilyev, Nəcəf, Qoca Knyaz ("İşıqlı yollar", 

"Bahar suları" və "Xurşidbanu Natəvan", İlyas Əfəndiyev). 

Ağasadıq Gəraybəylinin kino yaradıcılığı 1920-ci ildən başlayıb. "O olmasın, bu olsun" və 

"Bəxtiyar" filmlərindəki Rüstəm bəy və Ağabala surətləri daha geniş tamaşaçı rəğbəti qazanmışdır. 

Ağasadıq Gəraybəyli təbiətən ehtiraslı aktyor idi. İradəcə  zəif, süst xarakterli obrazları ifa 

edəndə  də  sənətkarın tükənməz enerjisi, daxili ehtirası aktyor oyununda öz təcəssümünü tapırdı. 

Obrazın xarakterindən asılı olaraq, öz ifasında surətin tələb etdiyi xeyirxahlıq və mənsəbpərəstlik, 

sadəlik və xudbinlik, qəhrəmanlıq və qorxaqlıq, prinsipiallıq və bürokratlıq; vətənsevərlik və 

riyakarlıq kimi bir-birinə zidd, təzadlı cəhətləri emosional bədiiliklə yoğurub aydınlıqla tamaşaçılara 

çatdırırdı. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin