Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MÖHSÜN SƏNANİ (19.6.1900-11.2.1981)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə120/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   470
MÖHSÜN SƏNANİ (19.6.1900-11.2.1981) 

 

Yaradıcılıq palitrası rəngarəng, aktyor ampluası çoxşaxəli olan, əlvan xarakterlər toplusunun 



salnaməsini yaradan Möhsün Sadıq oğlu Cəfərov (Sənani) 19 iyun 1900-cu ildə Tiflis şəhərinin 

Şeytanbazar məhəlləsində doğulub. Bura o dövrdə azərbaycanlıların sıx yaşadıqları yer idi. Möhsün 

valideynlərini çox erkən itirib və nənəsinin himayəsinə keçib. 1906-cı ildən mədrəsədə təhsil almağa 

başlayıb. 1908-ci ildə nənəsi də dünyasını dəyişib və o, xalası Zinyətin evinə gəlib. Xalq artisti Əli 

Qurbanovun anası olan Zinyət xanım da çox kasıb dolandığından Möhsün 1909-cu ildən 

Şeytanbazarda gündəlik çörəkpulu qazanınaq üçün müxtəlif buyruqlara gedir, hər cür ağır işin 

qulpundan yapışırdı. 

Şirin və məlahətli səsi olan Möhsün Sənani 1911-ci ildə məhərrəmlik ayında göstərilən şəbih 

tamaşalarında "Qasım otağı" epizodunda çıxış edib. "Hicaz" muğamı üstündə oxuduğu mərsiyə-



qəsidənin xoş sədası məhəlləyə yayılıb. Tiflis şəhərində azərbaycanlıların həvəskar teatr truppasının 

məşhur aktyoru Mirzəxan Quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edib. 1914-cü 

ilin axırlarında aktyorluğa ciddi maraq göstərən, səylə çalışan Möhsün Sənani taleyini ömürlük 

səhnə sənətinə bağlayıb. 

1915-1919-cu illər arasında Tiflisdə azərbaycanlı teatr həvəskarlarının oynadıqları 

tamaşalarda iştirak edən Möhsün Sənani 1919-cu ilin iyununda Bakıya gəlib. Bir qədər həvəskar 

aktyor kimi çıxış edib və sonra dövlət teatrının truppasına qəbul olunub. Möhsün Sənani Milli Dram 

Teatrında işləməklə yanaşı, 1927-1930-cu illərdə Bakı Türe İşçi Teatrında hazırlanan bir sıra 

tamaşalarda da oynayıb. 

Möhsün Sənaninin yaradıcılığında iki üslub xüsusilə formalaşıb.  İfadə vasitələri müxtəlif, 

janr-estetika prinsipləri fərqli olsa da, aktyor onları özünün fərdi üslubunun poetika bütövlüyündə 

ustalıqla birləşdirirdi. Sənani dramatik obrazları tamaşanın mövzu-problematikasından, janr 

təyinindən asılı olaraq taciə, psixoloji, bəzən lirik-psixoloji, publisist notlarda kökləyib oynayırdı. 

Buna aşağıdakı rolları misal göstərmək olar. 

İsgəndər, Mirbağır ağa və  Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), Yuri ("İki 

qardaş", Mixail Lermontov), Nəbi ("Qaçaq Nəbi"), Mehdi-Mixaylo ("Uzaq sahillərdə",  İmran 

Qasımov və    Həsən Seyidbəyli),  Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil),  Edqar,   

Molkolm  ("Kral  Lir" və "Maqbet", Vilyam Şekspir), Vano Quliaşvili ("Vətən oğlu", Konstantin 

Simonov), Eldar ("Vaqif", Səməd Vurğun), Gərşivəz ("Səyavuş", Hüseyn Cavid), Zavyalov 

("Çiçəklər yolu", Valentin Katayev), Surxay ("Aydın", Cəfər Cabbarlı), Ferdinand ("Ögey ana", 

Onore de Balzak), Sergey Tulenin ("Gənc qvardiya", Aleksandr Fadeyev), Xanınurad ("Bahar 

suları",  İlyas  Əfəndiyev),  Şərif, Dövlət bəy, Xosməmməd ("Almaz", "Aydın" və "Dönüş", Cəfər 

Cabbarlı), Vano dayı ("Darıxma, ana!", Nodar Dumbadze), Heydər bəy və Teymur ağa ("Hacı Qara" 

və "Lənkəran xanının vəziri", Mirzə  Fətəli Axundzadə), Skapen ("Skapenin kələkləri", Jan Batist 

Molyer), Fiqaro ("Fiqaronun  toyu",   Pyer Bomarşe), Kavaler  Ripafratta ("Mehmanxana sahibəsi", 

Karlo Haldoni), Həsənağa ("Göz həkimi", İslam Səfərli). 

Möhsün Sənaninin yaradıcılığında "Azərbaycanfilm"də istehsal olunmuş kinolarda oynadığı 

rollar xüsusi yer tutur. Aktyorun çəkildiyi səssiz və səsli, ağ-qara və rəngli filmlərdəki rollarının ən 

məşhuru Eldar ("Kəndlilər". 1939) və Qoçu Əsgər ("O olmasın, bu olsun". 1956) obrazlarıdır. 

Möhsün Sənaninin geniş aktyor diapazonu olub. Bir sıra tamaşalarda mahnıları  şövq və 

məlahətlə oxuyub. Təbii yumoru, güclü özgələşmə bacarığı, rəngarəng sifət ifadə vasitələri, koloritli 

danışıq tərzi olan Möhsün Sənani realist aktyor məktəbinin layiqli nümayəndələrindən biridir. 

Aktyorun yumor istedadının güclü cazibə qüvvəsi vardı  və bu məhrəmlik onun öz tamaşaçı 

qüvvəsini yetişdirmiş, onları  sənətkarın istedadına, səhnəyə  hər çıxışma məhəbbət ruhunda 

kökləmişdi. 

Möhsün Sənani Azərbaycan Respublikasının  əməkdar artisti (17 iyun 1943) və xalq artisti 

(21 iyul 1949) fəxri adlarına layiq görülüb. 

Möhsün Sənani 11 fevral 1981-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn 

olunub. 

 

* * * 



 

Bu dövrün 1940-1950-ci illərində teatrın truppasına sonralar xalq artisti və  əməkdar artist 

fəxri adlarını alan Əminə Sultanova (Nağıyeva),  İmamverdi Bağırov, Sadıq Hüseynov, Müxlis 

Cənizadə, Muxtar Maniyev, Bürcəli  Əsgərov, aktyorlar Səadət Zülfüqarova, Seyfəli Mehrəlioğlu, 

Fatma Kərimova, Nadir Rzayev, Eldəniz Zeynalov, Şövkət Rzayeva, Mustafa Süleymanov, 

Əfrasiyab Məmmədov, Məmmədəli  Əliyev, Osman Həqqi,  Əmənulla Rəsulov, Leyla Rzayeva

Yusif  İsgəndərov, Arif Namazəliyev, Afiqə Yolçuyeva (Kazımova), bir müddət işləyəndən sonra 



rejissor sənətinə keçən Ağakişi Kazımov, Əşrəf Quliyev, Nəsir Sadıqzadə, Məmmədkamal Kazımov 

kimi bacarıqlı gənclər götürülüblər. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin