Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə121/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   470
 

 

MİLLİ  DRAM TEATRINDA  

AKTYOR YARADICILIĞI  

(1925-1965) 

 

Üçüncü dərs 

 

NATALİYA LİZİNA (1892-1957) 

 

Əcnəbi millətdən olub Azərbaycan teatr sənətinə xidmət edən aktrisalardan biri də Nataliya 



Lizinadır. Səhnəyə qədəm basdığı ilk illərdə soyadı afişalarda "Lizinaya" klmi də yazılıb. 1940-cı 

illərin proqramlarında Nataliya Lizina (İsmayılova) kimi təqdim olunub. Cəfakeş aktrisa idi. Əsasən 

ikinci dərəcəli obrazlar və psixoloji, tipik personajları ifa edib. Azərbaycanca danışığı aydın, ifadəli 

və yumşaq idi. Romantik və pafoslu danışıq tərzindən qaçır, oynadığı  səhnə surətlərinin realist 

təsvirinə çalışırdı. 

Nataliya Davıdovna Lizina (İsmayılova) 1892-ci ildə Tiflisdə ziyalı rus ailəsində doğulub. 

Qadın gimnaziyasında təhsil alıb. Gimnaziyada gürcü dilini öyrənən Nataliya Lizina müxtəlif 

millətlərin yaşadıqları qaynar həyatlı  məhəllələrində  əsasən azərbaycanlı ailələri ilə ünsiyyət 

saxlayırdı. Buna görə azəri türkcəsində təmiz danışa bilirdi. Səhnəyə ilk dəfə 1908-ci ildə Tiflisdə 

çıxıb. 


1914-cü ilin yazında ailələri Bakıya köçüb. Tiflisdə Hüseyn Ərəblinski, Sidqi Ruhulla

Əbülfət Vəli, Hüseynqulu Sarabski, Xəlil Hüseynov ilə tanış olan Nataliya xanım "Nicat" 

cəmiyyətinin teatr truppasına daxil olub. O, paralel olaraq "Səfa" dəstəsinin də hazırladığı 

tamaşalarda iştirak edib. 1917-1919-cu illərdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının 

müdiriyyəti", "Müsəlman artistləri ittifaqı" truppalarında da fəal iştirak edib. Hətta arada Tiflisə 

gedərək yerli dəstələrin tamaşalarında rollar oynayıb. 

1920-ci il iyun ayının 1-də bugünkü Akademik Milli Dram Teatrı Dövlət kollektivi kimi 

yenidən təşkil olunanda Nataliya Lizina truppaya qəbul edilib. Arada Bakı Azad Tənqid və Təbliğ 

Teatrının tamaşalarına   dəvət alan aktrisa 1927-1929-cu illərdə Türk İşçi Teatrının kollektivində 

çalışıb və bu sənət ocağının səhnəsində xeyli rol ifa edib. 1929-cu ildə aktrisa yenidən Akademik 

teatrın truppasına qəbul olunub. Nataliya Lizina 1914-cü ildən Milli Dram Teatrının  əsasını  təşkil 

edən truppalarda və 1920-ci ildən Dövlət statusu alan kollektivdə oynadığı  əsas rollar bunlardır: 

Mələk xanım ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Hafizə, Sona xanım ("Pəri cadu" və 

"Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), İnci ("Şamdan bəy", Nəriman Nərimanov), Emiliya, 

Sinyora Montekki ("Otello" və "Romeo və Cülyetta, Vilyam Şekspir), Mehri ("Dəmirçi Gavə", 

Şəmsəddin Sami), Olqa, Tamara, Gültəkin, Tafta, Xanımnaz, Tükəzban ("Bakı müharibəsi", "Oqtay 

Eloğlu", "Aydın" "Sevil", "Almaz", və "Yaşar", Cəfər Cabbarlı), Kərbəlayı Fatma, Zəhra bəyim 

("Ölülər" və "Anamın kitabı", Cəlil Məmmədquluzadə), Rəbiyyə ("Əmir  Əbül Üla", Hüseyn 

Bədrəddin və  Məhəmməd Rüfət), Ziba xanım, Tükəz ("Lənkəran xanının vəziri" və "Hacı Qara", 

Mirzə  Fətəli Axundzadə), Nina, Alman qadını,  İlçay ("Şeyx Sənan", "Knyaz" və "Afət", Hüseyn 

Cavid), Tuba ("Zorən təbib", Jan Batist Molyer), Marqo ("Şahın bərbəri", Anatoli Lunaçarski), 

Marino ("Dəhşətli röya", Herhart Hauptman), Maskalı qadın ("Nel qülləsinin sirri", Aleksandr 

Düma), Kvaşnya ("Yurdsuz insanlar", Maksim Qorki), Marianna ("İki yetimə", Adolf D'Enneri və 

Germon), Ledi Buqçen ("Gülən adam", Viktor Hüqo), Nənə ("Göy quş", Moris Meterlink), Odessalı 

qadın ("İntervensiya", Lev Slavin), Qarı ("Fərhad və Şirin", Səməd Vurğun). 



Teatr sənətinin inkişafındakı xidmətlərinə  və Milli Dram Teatrının 75 illik yubileyi 

münasibəti ilə  Nataliya  Lizina  (İsmayılova) 21 iyul 1949-cu ildə Azərbaycan Respublikasının 

əməkdar artisti fəxri adı ilə təltif olunub. O, 1957-ci il-də Bakıda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin