Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
1
STRATEJİ
TƏHLİL
Azərbaycan Respublikasının daxili və xarici siyasətinə,
beynəlxalq münasibətlərə dair analitik jurnal
Say 1 (12) • 2015
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
2
Mərkəzin qeydiyyat sayı: 1107-Q19-2445
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Jurnalın qeydiyyat sayı: 3236
Tiraj: 500
Sifariş: 117
ISSN: 2078-8037
Elmi redaktor:
Tahirə ALLAHYAROVA
fəlsəfə üzrə elmlər doktoru
Redaktor:
Aqşin MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru
Dizayner:
İntiqam MƏHƏMMƏDLİ
NƏŞRİYYAT:
CBS PP MMC
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN NƏŞRİ
Redaksiyanın ünvanı:
Strateji Araşdırmalar Mərkəzi,
Azərbaycan, Bakı şəhəri, AZ 1005 | M. İbrahimov küçəsi 8 | Tel.: (+99412) 596 82 36
Faks: (+99412) 437 34 58 | E-poçt: strateji_tehlil@sam.gov.az | Veb ünvan: www.stj.sam.az
© Strateji Araşdırmalar Mərkəzi, 2015
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
3
Redaksiya Heyəti
Redaksiya Heyətinin sədri:
RAMİZ MEHDİYEV
AMEA-nın akademiki
Redaksiya Heyətinin üzvləri:
URXAN ƏLƏKBƏROV
AMEA-nın akademiki
ZİYAD SƏMƏDZADƏ
AMEA-nın akademiki
BƏXTİYAR ƏLİYEV
AMEA-nın müxbir üzvü
ƏLİ HƏSƏNOV
tarix üzrə elmlər doktoru, professor
RƏBİYYƏT ASLANOVA
fəlsəfə üzrə elmlər doktoru, professor
SƏMƏD SEYİDOV
psixologiya üzrə elmlər doktoru, professor
NOVRUZ MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru
HİCRAN HÜSEYNOVA
siyasi elmlər doktoru, professor
MUSA QASIMLI
tarix üzrə elmlər doktoru, professor
FƏRHAD MƏMMƏDOV
fəlsəfə üzrə fəlsəfə doktoru
ZİYAFƏT ƏSGƏROV
hüquq üzrə fəlsəfə doktoru
RASİM MUSABƏYOV
fəlsəfə üzrə fəlsəfə doktoru
GÜLŞƏN PAŞAYEVA
filologiya üzrə fəlsəfə doktoru
STRATEJİ TƏHLİL
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
4
MİLLİ İNKİŞAFIN STRATEJİ PRİORİTETLƏRİ
Musa QASIMLI
Erməni silahlı dəstələrinin hazırlanması və fəaliyyətləri
(1914-cü il avqust – 1915-ci il aprel)
Aydın MİRZƏZADƏ
Azərbaycan Respublikasının sosial və iqtisadi inkişaf strategiyasının
həyata keçirilməsinə Ermənistanla münaqişənin təsiri
Gülşən PAŞAYEVA
Azərbaycanda beynəlxalq dillərin işlədilməsi
ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
“ERMƏNİ MƏSƏLƏSİ” KONTEKSTİNDƏ
Lətifə ƏLİYEVA
Ermənilər tərəfindən soyqırıma məruz qalmış Azərbaycan qadınları
(1918-1920-ci illər)
Füzuli İBRAHİMZADƏ
Behbud Şahtaxtinski və “erməni məsələsi”
Ziyad ƏMRAHOV
Osmanlı dövlətinin 24 aprel 1915-ci il tarixli “Təhcir qanunu”nun
tarixi və siyasi aspektləri
Esmira ORUCOVA
Xocalı soyqırımı: əsir, girov, itkin problemi
9
33
43
59
71
79
89
MÜNDƏRİCAT | CONTENTS | СОДЕРЖАНИЕ
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
5
105
123
135
151
165
179
191
205
XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN APARICI MEYİLLƏRİ
Nurlan ƏLİYEV
Qara dəniz regionu: müasir geosiyasi vəziyyət
MÜASİR DÖVLƏT QURUCULUĞU
Səadət MƏMMƏDOVA
Dövlətin sosial siyasətinin həyata keçirilməsində sosial institutların rolu
Anar FƏRMAYILOV
Turizmin inkişafı Azərbaycan xalqının sosial rifahının yüksəlməsi aspektində
Vüqar RƏHİMZADƏ
KİV-in fəaliyyətinin hüquqi tənzimlənməsinə nəzəri-politoloji baxış
XARİCİ SİYASƏT VƏ DİPLOMATİYA TARİXİ MƏNBƏLƏRDƏ
Tahir CƏFİYEV
XV – XVI əsrlərdə Azərbaycanın türk dövlətləri ilə diplomatik əlaqələri tarixindən
Mübariz AĞALAROV
XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyası ilə Şərq ölkələri
arasında diplomatik əlaqələrə dair
Ramil AĞAYEV
Azərbaycan türkləri haqqında məlumatlar Yəmən hökmdarlarına
həsr olunmuş yazılı mənbələrdə
AZƏRBAYCAN RESPUBLIKASININ HÜQUQ VƏ QANUNVERİCİLİK SİSTEMİ
Nəsir HÜSEYNOV
Hərbi xidmət əleyhinə olan cinayətlərin sistemi
MÜNDƏRİCAT | CONTENTS | СОДЕРЖАНИЕ
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
6
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
7
MİLLİ İNKİŞAFIN
STRATEJİ
PRİORİTETLƏRİ
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
8
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
9
Açar sözlər: Birinci Dünya müharibəsi, Çar Rusiyası, Osmanlı imperiyası,
erməni silahlı dəstələri, daşnaklar, muxtariyyət, qaçqınlar
Key words: The First World War, Tsarist Russia, Ottoman Empire, the
Armenian armed groups, the Dashnaks, autonomy, refugees
Ключевые слова: Первая мировая война, царская Россия, Осман-
ская империя, армянские вооруженные группы, дашнаки, автономия,
беженцы
Erməni silahlı
dəstələrinin
hazırlanması və
fəaliyyətləri
(1914-cü il avqust
- 1915-ci il aprel)
Musa
QASIMLI
millət vəkili, AMEA Dünya Siyasəti
İnstitutunun direktoru, professor
musa.qasimli@yahoo.com
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
10
Dünya müharibəsinin başlanması
1914-cü il iyulun 28-də Birinci Dünya müharibəsi, o dövrdə deyildiyi kimi,
“Böyük müharibə” başladı. Almaniya avqustun 1-də Rusiyaya müharibə elan
etdi. Az sonra Fransa və İngiltərə də müharibəyə qatıldılar.
Bir-birinə qarşı döyüşən bloklara daxil olan ölkələrin müharibədə kon-
kret məqsədləri var idi. Bu, dünyanı yenidən bölmək, ucuz xammal mənbələri
və əlverişli satış bazarları uğrunda aparılan ədalətsiz, işğalçı və imperialist
müharibə idi.
Daşnakların və kilsənin fəallaşması. Müharibəyə qatılmamış-
dan əvvəl Osmanlı dövlətinə qarşı silahlı dəstələrin hazırlan-
ması planları
Dünyanın böyük dövlətlərindən biri olan Osmanlı bu zaman hələ müharibəyə
qatılmamışdı. Bununla belə, həm Osmanlı, həm də Rusiya ərazisində yaşayan
erməni təşkilatlarının türk düşmənçiliyinin həddi-hüdudu yox idi. Onlar qırğınlar
törətməyə hazır idilər. Bunun üçün məqam gözləyirdilər. Daşnakların niyyətləri
ilə bağlı olaraq Qafqaz canişininin mülki işlər üzrə köməkçisi N.Peterson 1914-
cü il 9 avqust tarixli 1457 №-li tamamilə məxfi məktubunda Bakı qubernatoru
V.V.Alışevskiyə yazırdı: “Ermənilər türk-erməni məsələsini növbəyə qoymaq üçün
imkan qazanmaq istəyirlər” [1, s. 162-163].
Dünya müharibəsi başlayan kimi “Daşnaksütyun” imperator II Nikolaya aşa-
ğıdakı məzmunda bir müraciət etdi: “Bizim əziz vətənimizin payına rus silahının
və Rusiyanın Şərqdə tarixi vəzifələrinin yerinə yetirilməsi sınağı düşür. Qoy, rus
bayrağı Bosfor və Dardaneldə azad dalğalansın. Əlahəzrət hökmdar, Türkiyə zül-
mü altında qalan xalqlar, qoy, Sizin iradənizlə azadlıq alsınlar” [2, v.148].
Dünya müharibəsi başladıqdan az sonra ermənilərin katolikosu V Gevork
Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova göndərdiyi 1914-cü il 18/5 avqust tarixli
1131 №-li məktubunda bütün erməni əhalisinin Osmanlı əleyhinə müharibəyə
susadığını bildirərək, onların silahlandırılması və təşkilatlandırılmasına dair
təkliflərini yazdı. Bunun müqabilində ermənilər üçün islahatların aparılmasını
xahiş etdi. O, “erməni məsələsi”nin həlli üçün aşağıdakı ilkin şərtlərin həyata
keçirilməsini təklif edirdi:
1. Mövcud şəraitdə Türkiyə ermənilərinin həyatını və əmlakını qorumaq
üçün tezliklə yerlərdə general-inspektorları yerləşdirmək.
2. Avropa müharibəsi başa çatdıqdan sonra ermənilər üçün Rusiyanın şəksiz
nəzarəti altında ilkin rus proqramına əsasən Türkiyədə erməni islahatını həyata
keçirmək [3, s.183-184].
İ.İ.Vorontsov-Daşkov V Gevorkun təkliflərini öyrəndi. Onların yerinə
yetirilməsini arzuedilən hesab edərək, 1914-cü il 22/9 avqust tarixli 1955 №-li
məxfi məktubu ilə Nazirlər Şurasının sədri İ.Qoremıkinə göndərdi. İ.İ.Vorontsov-
Daşkov yazırdı: “Mənə elə gəlir ki, Avropa müharibəsi başa çatdıqdan sonra
Türkiyə ermənilərinə dair Rusiyanın öz proqramını həyata keçirəcəyi barədə
hökumətin vədlərini vermək lazımdır. Hazırda isə general-inspektor haqqında
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
11
ermənilərin istəklərini yerinə yetirmək çox məqsədəuyğundur” [3, s.183-184].
İ.Qoremıkin tanış olduqdan sonra məktubu xarici işlər naziri S.D.Sazonova
yolladı [3, s.183-184]. S.D.Sazonov 1914-cü il 30/17 avqust tarixli 587 №li
məxfi məktubunda İ.Qoremıkinə Qafqaz canişininin göstərilən məxfi məktubu
ilə əlaqədar olaraq yazırdı: “Mövcud siyasi şəraitdə və imkanlar səbəbindən
yaxın vaxtlarda Türkiyə ilə münasibətləri kəsmək və Kiçik Asiyanın erməni
vilayətlərində indi islahatlar aparmaq tamamilə yersiz və yolverilməzdir. Bu-
nunla əlaqədar olaraq general-adyutant qraf Vorontsov-Daşkova müraciət et-
miş erməni ictimai xadimlərinə onun verdiyi cavaba mən yalnız qatıla bilərəm.
Canişinin dediyi kimi, Qafqazın erməni əhalisinin ayağa qaldırılmasının və bu
iş üçün cəlb edilməsinin tamamilə başa düşüldüyünü nəzərə alaraq, hökumətin
Türkiyəyə münasibətdə siyasəti və erməni xalqının gələcəyinə dair baxışları ilə
bu xalqın nümayəndələrini daha ətraflı tanış etmək məqsədləuyğun olardı.
Mövcud şəraitin gərginliyinə baxmayaraq, Türkiyə ilə münasibətləri kəsmək
hələ gerçəkləşməmişdir, diplomatik yolla onu aradan qaldırmaq imkanı
itirilməmişdir. Bu məsələdə müttəfiqimiz Fransa və İngiltərə bizə lazımi yardımı
göstərir.
Əksinə, hərbi əməliyyatlar meydanında başlıca gediş, şübhəsiz, tərəddüd
edilən bütün məsələlərə həlledici təsir edə bilər. Hər halda müttəfiqlərimizin
də tamamilə razılaşdıqları kimi, ümumi siyasi nöqteyi-nəzərdən Türkiyə ilə
müharibəni onun özü törətmişdir, bizim tərəfimizdən edilən hər hansı hərəkətlərlə
törədilməmişdir. Ona görə də siyasi şəraiti tam aydınlaşdırmadan ermənilər ara-
sında hər hansı üsyan yaratmaq tamamilə arzuolunmazdır və hətta təhlükəlidir.
Sonuncu (yəni qiyam - M.Q.) bu xalq üçün xeyli kədərli nəticələrə gətirib çı-
xara bilər. Türkiyə ilə sülhü qoruya bilməsək, ona (ermənilərə - M.Q.) silahlı
qüvvə ilə kömək edərik. Lakin, məncə, ermənilərə belə bir məsələdə ən müsbət
vədlər vermək lazımdır ki, Türkiyə ilə bu saziş əldə edilərsə, bu, erməni məsələsi
zəminində heç cür güzəştə getmək olmasın. Bununla belə, həm ermənilərlə, həm
də kürdlərlə ən sıx münasibətlər saxlamaq lazımdır ki, Türkiyə ilə münasibətlər
kəsilərsə, mövcud halda onlardan istifadə etmək mümkün olsun. Bu baxımdan
sərhəddən silah və sursat keçirmək və münasibətlər kəsildikdə və ya kəsilməsi
qaçılmaz olduqda onların xaricdəki əhaliyə paylanması üçün hər cür hazırlıq
işlərini görmək lazımdır” [3, s.183-184].
Qeyd etmək lazımdır ki, bu məktub göndərilməmişdən bir neçə gün
əvvəl, 1914-cü il 19/6 avqust tarixli 768 №-li teleqramında Rusiyanın İs-
tanbuldakı səfiri M.N.Girs Vandakı konsula yaranmış şəraitdə necə hərəkət
etmək barədə aşağıdakı təlimatı vermişdi: “Bizimlə əvvəlcədən razılaşmadan
ermənilərin hər hansı çıxışları bizim üçün arzuedilən deyildir. Yaxın gələcəkdə
mümkün ola biləcək belə işlərə indi qatılmaq hələ tezdir, çünki biz hələ Türkiyə
ilə sülh şəraitindəyik. Biz onunla münasibətləri heç cür kəsmək istəmirik” [3,
s.183-184].
Bu müraciətlərlə təqribən eyni zamanda erməni xadimləri və kürd başçı-
ları İ.İ.Vorontsov-Daşkova müraciət edərək kürdləri və assuriyalıları Türkiyəyə
qarşı qiyamlara qaldırmaq barədə öhdəlik götürməyə hazır olduqlarını
bildirdilər. Xarici işlər naziri S.D.Sazonova göndərilən təkliflərə ehtiyatla ya-
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
12
naşmağa tərəfdar olan İ.İ.Vorontsov-Daşkov 1914-cü il 24/11 avqust tarixli
455 №-li teleqramında bu sahədə bir sıra hazırlıq tədbirləri görməyi, türklərə
düşmən olan elementlərin üzə çıxmasına imkan yaratmağı və onlardan
qüvvə hazırlamağı, hərbi əməliyyatlar başladıqda həmin anda istifadə etməyi
məqsədəuyğun və mümkün saydı. Ona görə də xarici işlər nazirindən xahiş
etdi ki, ona 25 min üçlülə tüfəngin və 12 milyon patronun verilməsi üçün
Hərbi Nazirliklə əlaqəyə girsin. Bu silahlar hazırlanmış plana uyğun olaraq
bölüşdürüləcəkdi [3, s. 292-293].
İ.İ.Vorontsov-Daşkov 1914-cü il 20/7 sentyabr 760 №-li teleqramında
Türkiyə ermənilərinin hazırladığı qiyam planı barədə müfəssəl məlumat verir-
di. Bu plana görə, Oltin, Sarıqamış, Kağızman və İqdırda yerli hərbi hissənin
rəisinin başçılığı altında silahlı dəstələr yaradılmalı idi. İran hüdudlarında Voro-
panovun və Xoydakı konsulun nəzarəti altında Xoyda və Dilmanda kiçik olma-
yan dəstələr hazırlanmalı idi. Maku yaxınlığında konsul S.Olferovun vasitəsi və
Əbdülrəzzaqın iştirakı ilə kürdlər təşkil edilməli idi.
Urmiyada assuriyalılardan və ermənilərdən ibarət dəstə yaratmaq konsullar
Vvedenskiyə və Andreyevskiyə havalə edildi. İ.İ.Vorontsov-Daşkov birmənalı
olaraq yazırdı: “Hamının rəhbər tutmalı əsas göstəriş ondan ibarətdir ki, dəstələr
yalnız bizim razılığımızla fəal hərəkətə başlamalıdırlar. Bütün hazırlıq işlərini
gizli, yalnız konsulların və hərbi rəislərin vasitəsi ilə, fars mülkü və jandarma
administrasiyasının iştirakı olmadan aparmağı təklif edirəm” [3, s. 292-293].
S.D.Sazonov bu təklifləri 1914-cü il 23/10 sentyabr tarixli teleqramı ilə baş
qərargah rəisi N.N.Yanuşkeviçə göndərdi. Həmin gün N.N.Yanuşkeviç 4180
№-li teleqramında S.D.Sazonova belə bir cavab verdi: “Vorontsov-Daşkovun
layihələşdirdiyi tədbirləri Ali baş komandan (imperator II Nikolay – M.Q.)
tamamilə bəyənir və müdafiə edir” [3, s. 292-293].
Qərarlar qəbul edildikdən dərhal sonra, 1914-cü il 23/10 sentyabr tarix-
li 2851 №-li teleqramında Rusiya Xarici İşlər Nazirliyinin III siyasi şöbəsinin
məsləhətçisi Klemm İstanbuldakı səfir M.N.Girsə yazırdı: “Ali baş komandan
və Qafqaz canişini ilə razılığa əsasən Türkiyə ilə müharibə olacağı təqdirdə
ermənilərin, assuriyalıların və kürdlərin üsyanını vaxtında təşkil etmək üçün
qərar qəbul edilmişdir. Dəstələr Azərbaycandakı (Cənubi Azərbaycan nəzərdə
tutulur – M.Q.) bizim konsulların və bizim oradakı dəstə rəislərinin nəzarəti al-
tında fars administrasiyasından tamamilə gizli hazırlanacaqdır. Tüfənglər hazır-
lanmışdır, lakin onlar yalnız lazım olduqda veriləcəkdir. Pulla maliyyələşdirmək
üçün kredit də vardır. Dəstələr fəal hərəkətə yalnız bizim icazəmizlə başlaya-
caqlar. ...şərait mürəkkəbləşdikdə vaxt itirmədən yuxarıda göstərilən tədbirləri
hazırlamağa başlamaq lazımdır, lakin hələ vəziyyəti üsyan dərəcəsinə çatdırma-
mağı məqsədəuyğun hesab edirik” [4, s.10-14].
Bununla da çarizm hakimiyyət orqanları, erməni kilsəsi, daşnaklar və
digər təşkilatlar Osmanlı dövləti əleyhinə birləşmiş oldular. Bununla bağlı
olaraq Tiflis quberniya jandarma idarəsinin rəisi Daxili İşlər Nazirliyinin Po-
lis Departamentinə bir müddət əvvəl, 1914-cü il avqustun 25-də 4272 №-li
tamamilə məxfi məktubunda yazmışdı: “Türkiyə də Rusiyaya müharibə elan
edəcəkdir. Türkiyə erməniləri Qafqaz erməniləri ilə əlaqə qururlar. Türkiyə
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
13
erməniləri güclü silahlanırlar və Rusiya-
ya kömək edəcəklər. Qələbədən sonra Türk
Ermənistanının (Türkiyənin Şərq vilayətləri
nəzərdə tutulur – M.Q.) muxtariyyəti
məsələsinə baxılacaqdır” [5, v.181].
Beləliklə, erməni təşkilatlarının başlı-
ca məqsədi tarixdə olmayan və qondarma
yaradılmış “erməni məsələsi”ni həll etmək
üçün Osmanlı imperiyasını parçalamaq idi.
Bu məqsədlə planların həyata keçirilməsinə
və silahlı dəstələrin hazırlanmasına başlanıl-
dı.
Silahlı dəstələrin hazırlanmasına
başlanılması
Osmanlı dövləti müharibəyə hələ qatılmasa da, bütün Qafqaz daşnaklarının
sentyabr ayında Tiflisdə keçirilən rayon toplantısında türklərə qarşı döyüşmək
üçün ermənilərdən ibarət milis dəstələri hazırlamağa dair məsələ müzakirə
edildi [6, v. 64-66]. İlk dəstələr hazırlanmağa və Türkiyə ərazisinə göndərilməyə
başlandı. Bununla bağlı olaraq Qafqaz rayon mühafizə bölməsinin rəisi 1914-
cü ilin sentyabr ayında yazdığı məlumatda vurğulayırdı: “Artıq sentyabr ayında
Türkiyə ilə sərhədə zinvorlar göndərildi” [7, v.61-62, 65].
Silahlı dəstələr üçün vəsait toplanmasında Bakı Erməni Mədəniyyət İttifa-
qının Mərkəzi Komitəsi xüsusi rol oynayırdı. Bu komitə orduya çağırılanların
ailələrinə yardım üçün 1914-cü il sentyabrın 20-də müraciət etdi. İanələr Ba-
kıdakı Torqovı küçəsi ilə Million küçəsinin kəsişdiyi yerdə yerləşən Mədəniyyət
İttifaqının binasında komitənin katibi Aleksandr Bahaduryansa verilirdi [8].
Erməni təşkilatları müharibənin yekununa ümid edirdilər. Bu ümid uydurul-
muş və heç bir əsası olmayan “erməni məsələsi”nin həlli ilə bağlı idi.
Erməni mətbuatı həmin istəkləri geniş təbliğ edirdi. Məsələn, “Mşak”
(“Əməkçi”) qəzeti 1914-cü il 1 oktyabr tarixli sayında “Biz nəyi xahiş etməliyik?”
adlı məqaləsində yazırdı: “Erməni məsələsini İsrail Ori başladı. “Erməni
məsələsi”nin müəllifi Rusiyadır. Müharibənin yekununda biz bu məsələnin
həllinə nail olmalıyıq” [9, v.50].
Ermənilərin etdikləri yardımlar sırf özlərinin maraqlarından doğurdu. Bu-
nunla bağlı olaraq “Orizon” qəzetinin 1914-cü il 7 oktyabr tarixli sayında çap
edilmiş “Ermənilər və cari vəziyyət” adlı məqalədə açıq-aydın şəkildə yazılırdı:
“Rus-türk fəlakətində rus silahına böyük köməyimiz sadəcə vətəndaş vəzifəsi ilə
bağlı deyildir, bu, bizim yüksək siyasi məqsədlərimizə xidmət edir” [10, v.78].
Osmanlı dövləti hələ müharibəyə qatılmamış erməni silahlı dəstələrinin ha-
zırlanmasını Daşnaksütyunun qurucularından biri və daşnak Ermənistanın baş
naziri olmuş Ov.Kaçaznuni də etiraf edirdi. O sonralar yazırdı: “1914-cü ilin pa-
yızında Türkiyə hələ müharibə aparan dövlətlər ailəsinə qatılmamış və buna ha-
zırlaşmamış Cənubi Qafqazda erməni könüllü dəstələri böyük hay-küy və ener-
Erməni təşkilatlarının başlıca
məqsədi tarixdə olmayan
və qondarma yaradılmış
“erməni məsələsi”ni həll
etmək üçün Osmanlı
inperiyasını parçalamaq idi.
Bu məqsədlə planların həyata
keçirilməsinə və silahlı
dəstələrin hazırlanmasına
başlanıldı.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
14
ji ilə təşkil edilməyə başlandılar. Erməni könüllü dəstələri yaradılaraq türklərə
qarşı çıxış etdilər. Biz, sözsüz, Rusiyaya istiqamətlənmişdik. Biz əsas olmadan
qələbəyə aludə olmuşduq. Biz inanırdıq ki, çar hökuməti bizim sədaqətimizə,
əzablarımıza və köməyimizə görə bizə muxtariyyət verəcəkdir, bu muxtariyyət
Türkiyənin azad olan erməni vilayətlərindən və Cənubi Qafqaz Ermənistanından
ibarət olacaqdır” [11, s.10-11].
Osmanlı imperiyasının müharibəyə qatılması və erməni
təşkilatları
Rusiya ilə Osmanlı dövləti arasında müharibənin başlanması yalnız an
məsələsi idi. Nəhayət, belə bir an gəlib çatdı. Türk donanması 1914-cü il ok-
tyabrın 17-də Novorossiysk limanını bombardman etdi [12, v.92-93]. Bundan
sonra, oktyabrın 20-də imperator II Nikolay bütün Rusiya təbəələrinə müraciət
etdi. Müraciətdə deyilirdi: “Rus əsgəri artıq Dunay sularını, Balkan zirvələrini,
Plevne çöllərini, Ədirnəni və Ərzurumu, Mərmərə dənizinin sahillərini və Çarq-
radın ətrafını görmüşdür. Türkiyə ilə müharibə başlamışdır” [13, v.94-95].
Rusiya ilə Osmanlı arasında Qafqazda hərbi əməliyyatların başlaması və
yaranmış şərait ermənilərin maraqlarına tamamilə uyğun idi. Onlar hay-küy
içində idilər.
Müharibə başlayan kimi Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov Rusiya Xarici
İşlər Nazirliyinin razılığı ilə Tiflis şəhərinin başçısı, erməni A.İ.Xatisovu və ye-
piskop Mesropu yanına çağıraraq, könüllü erməni dəstələrinin təşkil edilməsi
arzusunu bildirdi. Onun dediyinə görə, hərbi əməliyyatlar meydanında erməni
dəstələri dövlət vəsaiti hesabına təmin olunacaqdılar [14, s. 103]. Çar hökuməti
müharibənin başlanğıcından erməni dəstələrinin təşkil edilməsi üçün ilkin ola-
raq 242 min 900 rubl vəsait ayırdı.
Bundan sonra Rusiya imperiyasının müxtəlif yerlərindən ermənilər dəstə-
dəstə Cənubi Qafqaza gətirilirdilər. Silahlı dəstələrin təşkili üçün erməni
Mərkəzi Komitəsi və erməni drujinalarının bölüşdürlüməsi komitəsi yaradıl-
dı. Mərkəzi Komitənin tərkibinə tanınmış ermənilər daxil edildilər. Drujinala-
rın bölüşdürülməsi komitəsi erməniləri toplayır, onlara təlim keçir və cəbhəyə
göndərirdi. Bu komitənin hər iki üzvündən biri daşnak idi. Tiflis, İrəvan, İqdır və
Vanda komitənin bölmələri var idi.
Hərbi əməliyyatlar başladıqdan sonra çarizmin “Daşnaksütyun”a olan
münasibəti də tamamilə dəyişdi. Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov impera-
tor II Nikolaya yazdığı məktubunda daşnaklar üzərində məhkəmə proseslərini
pisləyərək, çarizmin erməniləri himayə etməklə həm Rusiyada, həm də
Türkiyədə özünə etibarlı təbəə əldə edəcəyini bildirdi. Hökumət daşnakları
sürgünlərdən geri gətirdi və həbsxanalardan azad etdi.
Daşnaklar ailələri ilə birlikdə Qafqaza dönməyə başladılar. Qısa müddət
ərzində Qafqazda 18 yaşından 40 yaşadək olan ermənilərin səfərbərliyi keçi-
rildi [15]. Daşnaksütyun “Türkiyədə yaşayan qardaşlarının azad edilməsi” kimi
demoqoji şüarlar altında ermənilərdən ibarət dəstələr yaradaraq Qafqazda çar
ordusunun cərgələrini doldurdu [2, v.143].
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
Dostları ilə paylaş: |