Erməni silahlı dəstələrinin
müharibə dövründə türkləri
və digər müsəlmanları
kütləvi şəkildə məhv etmələri
ABŞ, rus, erməni, türk və
Azərbaycan mənbələrində
də təsdiq edilir. ABŞ
tarixçiləri Castin Makkarti
və Karolin Makkarti 100 min
Rusiya və Anadolu erməni
döyüşçüsünün Anadoluda
müsəlmanlara qarşı
vuruşduğunu yazırlar.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
22
Millətindən asılı olmayaraq qaçqınlara yardım edilməsi üzrə Bakıda ya-
radılmış komitənin rəhbəri V.İ.Frolov, üzvlər Məşədi Əzizbəyov, E.Anşeles,
T.A.İsaxanyan, P.J.Karamurza, N.J.Kolesnikov və P.V.Talakvadze hərbi əməliyyatlar
meydanından gələn qaçqınlara yardım edilməsi ilə bağlı 1915-ci ilin fevral ayın-
da müraciət etdilər. Müraciətdə deyilirdi: “Məlum olduğu kimi, Qars vilayətinin
müsəlmanları hərbi əməliyyatlardan çox ziyan görmüşlər. Hər yerdə soyuq və
aclıq hökm sürür. Təcili kömək lazımdır” [50].
Görkəmli Azərbaycan publisisti Ömər Faiq Nemanzadə “İqbal” qəzetındə
müharibədə Qafqaz musəlmanlarının ağır iztirablara düçar olmasından bəhs
edərək yazırdı: “Qarsdan Bakıya köçən qaçqın ailələrinin vəziyyəti bədbəxtliklərə
nümunə ola bilər. Müsəlmanlar Qars, Ərdahan, Kağızman və Oltində aclıqla
üzləşmişlər” [51].
Düşdükləri ağır vəziyyətdə azərbaycanlıların ermənilərə olan nifrəti də ar-
tırdı. Ermənilər isə Türkiyənin müharibədə məğlub olacağına və dağılacağına
sevinirdilər. Belə hərəkətlər müsəlmanları qəzəbləndirirdi. Bununla bağlı ola-
raq Yelizavetpol qubernatoru 1915-ci il fevralın 5-də Daxili İşlər Nazirliyinin
Polis Departamentinə 338 №-li məxfi məktubunda yazırdı: “Müsəlmanların
ermənilərə nifrəti Qarsda müsəlmanlar üzərində ermənilərin etdiyi qanlı
vəhşilikdən və Türkiyə məğlub olduqdan sonra onun xarabalıqlarında ermənilər
üçün əlverişli şərait yaradılacağı haqqında şayiələrdən sonra artmışdır. Bu nifrət
ermənilər ilə müsəlmanların bütün münasibətlərini əhatə edir” [52, v.5].
Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi
Hərbi əməliyyatların getdiyi ərazilərdə yaşayan müxtəlif millətlərdən olan
əhali qaçqına çevrilmişdi. Məsələn, 1914-cü il noyabr ayının əvvəllərinə olan
məlumata görə, İrəvan quberniyasında 93 min qaçqın var idi. Bunun 30 min
nəfəri Yelizavetpol quberniyasına göndərilmişdi. Bütövlükdə,Yelizavetpol qu-
berniyasında yerləşdirilən ermənilərin sayı 40 min nəfərə çatırdı [53].
Ermənilər Cənubi Azərbaycandan da gəlməyə başlamışdılar. 1914-cü il de-
kabrın 19-da Urmiyadakı Rusiya konsulu Vvedenski xristian əhalisinə, xüsusən
Rusiya təbəələrinə məsləhət gördü ki, quru və ya dəmiryolu ilə sakitcə, hay-
küysüz Urmiyəni tərk etsinlər. Bundan sonra hər bir şəxs öz ailəsinin qayğısı-
na qaldı. Bununla bağlı olaraq “Mşak” qəzetində dərc edilən “Azərbaycandan
böyük köç” adlı məqalədə yazılırdı ki, dekabrın 20-də saat 8-dən bütün Urmi-
ya hərəkətdə idi. Nə etmək lazım olduğunu bilməyən ermənilər rus konsulu
Vvedenskiyə müraciət etdilər. Cavabında konsul söylədi ki, aldığı əmrə görə,
о və rus ordusu Urmiyəni tərk etməlidir. Beləliklə, xristian əhali dekabrın 23-
də şəhəri tərk etdi. Dekabrın 25-də türklər şəhəri azad etdi, əmlakını qoyan
əhali xırda əşyalarını götürüb uzunqulaqlara və camışlara yükləyərək, Urmiya-
Salmas-Xoy-Culfa yolu ilə 270 verstlik yolla hərəkət etdi. Arxasınca rus ordu-
su gəldiyindən onlar üçün heç bir qorxu olmadı. Dördüncü gün Salmasa, 10
gündən sonra isə Culfaya gəldilər. Təbrizdəki erməni yepiskopu Nerses başda
olmaqla kilsə erməniləri yerləşdirməklə məşğul oldu [54].
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
23
“Rossiyskoe
slovo”nun
müxbirinin
məlumatına görə, müharibə başlayan-
dan 1914-cü il dekabrın 30-dək Cənubi
Azərbaycandan Cənubi Qafqaza 25.000
erməni gəlmişdi [55]. Bu dəfə də gəlmələr
azərbaycanlılara məxsus torpaqlarda, əsasən
Naxçıvan bölgəsində, Yelizavetpol, İrəvan və
Bakı quberniyalarında yerəşdirildilər [56,
61].
1915-ci ilin yanvar ayında Qars vilayətində müxtəlif millətlərdən olan 45
min qaçqın toplanmışdı [57]. Qars şəhərində isə 5 min erməni var idi [58, v.69].
İrəvan quberniyasının altı qəzasına gəlib yerləşən ermənilərin sayı aşağıdakı
kimi idi: İrəvan şəhərində 1435, İrəvan qəzasında 3765, Eçmiədzin qəzasında
7702, Naxçıvan qəzasında 6517, Sürməli qəzasında 3284, Şərur-Dərələyəz
qəzasında 1077, Yeni Bəyazid qəzasında 885 nəfər. Gələn ermənilərin sayı cəmi
24 min 666 nəfər idi [59, v.32]. “Baku” qəzetinin 1915-ci il 14 yanvar tarix-
li sayında yazılırdı ki, gələn bütün ermənilər İrəvan quberniyasının Naxçıvan
qəzasının kəndlərində yerləşdiriləcəkdir.
Qaçqınlara yardım üzrə Erməni Mərkəzi Komitəsinin fəxri sədrı yepis-
kop Mesrop erməni qaçqınlarına yardım kampaniyasına başlayan və hesaba
özü 50.000 rubl keçirən Petroqrad şəhər başçısına yazırdı ki, 100 min Türkiyə
ermənisini Qafqaz diyarında yerləşdirmək ümidindədir [45; 60]. Təbriz və onun
ətrafı nəzərə alınmadan Qərbi Azərbaycandan 60 min nəfər erməni Cənubi
Qafqaza gəlmişdi. Bütövlükdə, onların sayı 100-120 min nəfər idi [45]. Bununla
bağlı olaraq “Qolos Kavkaza” qəzeti 1915-ci il 20 yanvar tarixli sayında qeyd
edirdi ki, Türkiyə ilə müharibə başladığı son iki ayda Cənubi Qafqaza Türkiyə
və İran hüdudlarından 120 min nəfər erməni gəlmişdir. Məqalədə daha sonra
vurğulanırdı: “800.000 erməni əhalisinin son 2 ayda artıq 120.000-ə qədəri kö-
çürülmüşdür, bu da bütün Türkiyə ermənilərinin 15%-ni təşkil edir” [62].
Digər bir məlumata görə, 1915-ci ilin yanvar ayınadək Qafqaza gələn qaç-
qınların sayı millətindən asılı olmayaraq 100 min nəfər idi [63, v.34]. Qaçqınlar
üzrə komitənin 1915-ci il 15 yanvar tarixli hesabatında isə yazılırdı: “...İrandan
və Türkiyədən qaçqınlar 120 min nəfərə qədərdir. Rus təbəəsi olan 30 min nəfər,
bütövlükdə 150 min nəfər qaçqın vardır” [64, v.60-63, 111].
Yanvar ayında təkcə İrəvan quberniyasına 80 minə yaxın erməni gəlmişdi
[65]. “Kafkazskoe slovo”nun məlumatına görə, 1915-ci ilin yanvar ayınadək
İranda çarizmin işğal etdiyi ərazilərdən gələn ermənilərin sayı 100-200 min
nəfər idi. Onlar əsasən Naxçıvan, Sürməli, Eçmiədzin, İrəvan və Aleksandropol
qəzalarında yerləşdirilmişdilər [66]. Bakı quberniyasına gətirilən ermənilərin bir
qismi Şamaxının Mədrəsə kəndində yerləşdirildi [60]. Bu kənddən 3000 erməni
türklərlə döyüşə göndərilmişdi [67, s.31; 68, s.356].
Bir tərəfdən hərbi əməliyyatlar meydanından qaçan ermənilər
Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilir, digər
tərəfdən isə erməni silahlı dəstələri çar ordusunun işğal etdiyi ərazilərdə
Təbriz və onun ətrafı
nəzərə alınmadan Qərbi
Azərbaycandan 60 min nəfər
erməni Cənubi Qafqaza
gəlmişdi. Bütövlükdə, onların
sayı 100-120 min nəfər idi.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
24
dinc türk- müsəlman əhalini kütləvi surətdə öldürməklə, həmin ərazilərə
yiyələnmək istəyirdilər.
İşğal edilmiş türk torpaqlarına ermənilərin yiyələnmə
istəklərinə çarizmin münasibəti və erməni təşkilatları
İşğal edilmiş ərazilərə yiyələnmək məqsədi ilə erməni silahlı dəstələrinin
dinc türk və müsəlman əhaliyə divan tutması rus ordu komandanlığını narahat
edirdi. İş o yerə çatmışdı ki, 1915-ci ilin yanvar ayında katolikos bütün kürd və
türk əhalinin yaşadığı kəndləri ermənilərə verməyi çar hökumətinə təklif etdi
[69]. Lakin çarizm həmin təklifi soyuq qarşıladı və erməni silahlı dəstələrinin
cəbhədən geri çəkilməsinə dair göstəriş verdi. Ermənilərin ələ keçirdikləri silah-
ları rus ordusunun alması və işğal edilən ərazilərə ermənilərin yerləşdirilməsinə
icazə verilməməsi daşnakları hiddətləndirirdi.
Çar hökumətinin mövqeyindən narazı qalan Daşnaksütyunun Rusiyaya
münasibəti dəyişdi. Çarizm sənədlərində yazıldığı kimi, ermənilərin ümidləri
özünü doğrultmadı. Daşnaklar bildirdilər ki, Rusiyadan ermənilər üçün
muxtariyyət gözləməyə dəyməz, ona görə də silahı rus ordusuna vermək ol-
maz, o, gələcəkdə Rusiyaya qarşı yönəldilə bilər [70, v.3-6].
Bu məsələlər 1915-ci il fevralın 16-18-də Tiflisdə Daşnaksütyunun
nümayəndələrinin iştirakı ilə keçirilən yerli erməni komitələrinin qurultayında
müzakirə edildi [71, v.44-49]. Qurultay işinə başlayan gün yepiskop Mesrop Qaf-
qaz canişini ilə görüşərək erməni drujinalarına və erməni qaçqınlarına kömək
etmək üçün icazə istədi. Erməni drujinalarına açıq-aşkar kömək edilməsinin
arzuedilən olmadığını bildirən canişin qeyd etdi ki, qanun vətəndaşlara top-
lantı azadlığı verir və siz istədiyiniz yerdə toplaşa bilərsiniz, hakimiyyət belə
drujinaların yaradılmasına mane olmayacaqdır. O, bu məqsədlə qəzetlərdə
elan verməyin və gurultulu iclaslar keçirməyin məqsədəuyğun olmadığını dedi.
Canişin Rusiya imperiyasının türk-müsəlman əhalisinin hiddətlənəcəyindən
çəkinirdi. O, qurultaya və ermənilərin bu istiqamətdə fəaliyyətinə nəzarət
etməyi Tiflis quberniya jandarma idarəsinin rəisinə tapşırdı.
120 nəfərin iştirak etdiyi qurultayın nümayəndələrindən 8-i keşiş, 8-i qadın
idi. Daha sonra qurultay məhdud çərçivədə yepiskop Mesropun evində da-
vam etdirildi [72, v.2-4]. Fevralın 17-dən etibarən Rusiyanın və Qafqazın hər
yerindən ermənilər Tiflisə daha çox axışmağa başladılar.
Qurultayda erməni drujinalarının ehtiyacı üçün vəsaitlərin toplanılmasına
dair qərar qəbul edildi [71, v. 44-49]. Qərarda qeyd olunurdu ki, ermənilərin
bir qisminin silahlandırılması gələcəkdə xüsusi rol oynamayacağı üçün hərbi
xidmətləri olacaq böyük drujinalar yaratmaq lazımdır.
Çıxış edən Andranik bildirdi ki, erməni drujinalarının sayı az deyildir, lakin
onların sayı daha da artırılmalıdır. Əgər “erməni məsələsi” mənfi həll edilərsə,
onda vahid erməni drujinası fayda verəcəkdir” deyən Andranik Rusiyadan
ermənilərə verdiyi vədi yerinə yetirməyi tələb etmək təklifini irəli sürdü.
Andranikdən sonra çıxış edən Rusiya Dövlət Dumasının üzvü M.İ.Papacanov
bildirdi ki, rus hökuməti erməni drujinalarının sayını artırmağa razılıq vermiş-
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
25
dir. Onun fikrincə, ermənilərin Türkiyədən
böyük düşməni yoxdur.
Qurultay ermənilərin bir yerə toplanma-
sı və vahid cəbhədə birləşməsi haqqında
qərar qəbul etdi [73, v.15]. Daşnaksütyun
bütün üzvlərinə müraciət etdi. Müraciətdə
qeyd olunurdu: “Hal-hazırda ermənilərin
çar hökuməti ilə birliyi müvəqqətidir.
Gələcəkdə ermənilərin çıxışları rus ordusu-
na kömək deyil, siyasi mövzuda olacaqdır.
Ona görə də hökumətdən silahlar alın və dö-
yüş bölgələrində ələ keçirilən silahları təhvil
verməyin. Hələ məlum deyildir ki, bu silahlar
kimə qarşı tuşlanacaqdır” [74, v.1].
Qurultaydan sonra təkcə Daşnaksüt-
yun deyil, digər erməni təşkilatları da silah
və sursat toplama, silahlı dəstələr təşkil etmək kimi fəaliyyətlərini daha da
genişləndirdilər. Məsələn, “Qnçak” 1915-ci ilin fevral ayında silahlı dəstələr
təşkil etmək üçün səylərini Tiflisdə artırdı [75, v.1].
Bu fəaliyyətlərlə yanaşı olaraq ermənilərin azərbaycanlılara məxsus tor-
paqlara yerləşdirilməsi davam edirdi. Məsələn, “Erməni qardaşlıq köməyi”nin
İrəvan komitəsi 1915-ci ilin fevral ayında Şərqi Anadoludan və İrandan gələn
erməniləri İrəvan quberniyasının 7 qəzasında, Qars vilayətinin 4 qəzasında və
Tiflis quberniyasının Axalkələk qəzasında qeydiyyatdan keçirdi. Məlum oldu
ki, 6 qəzada 32.291 nəfər vardır. Onlardan 7626 nəfəri assuriyalı, 24.665 nəfəri
erməni idi. İrəvanda 9465, Eçmiədzində və Naxçıvanda 7741 nəfər erməni
yerləşdirildi. Assuriyalıların 5700 nəfəri İrəvan qəzasında, 1525 nəfəri Şərur-
Dərələyəzdə yerləşdirildi [76].
Erməni kilsəsi də yaranmış vəziyyətə münasibətini bildirdi. Məsələ 1915-
ci il martın 2-də Eçmiədzində keçirilən kilsə qurultayında müzakirə edildi. 12
məruzənin dinlənildiyi qurultayın sənədlərində yazılırdı ki, Cənubi Qafqaza
gələn ermənilərin sayı 8900 ailə və ya 60 min nəfərdir [77, v.27, 34]. Onlara
yardım haqqında qərar qəbul edildi. Katolikos gələn ermənilərə yardım etmək
üçün imperatora müraciət etdi. Eçmiədzin qurultayı Anadoludan və İrandan
gələn ermənilərin ümumi sayını belə müəyyənləşdirdi: 60 min nəfər [51; 78].
1915-ci ilin mart ayının əvvəllərində Yekaterinadordakı yerli erməni
məktəbinin müəllimləri və daşnaklar birgə iclas keçirdilər. Daşnaklar maliyyə
vəsaitlərinin artırılmasının vacibliyini vurğulayaraq, açıq şəkildə dedilər:
“Müharibədən sonra bizim tələblərimiz olacaqdır, əgər verilməsə, zorla almalı
olacağıq” [79, v.3].
Bundan sonra Erməni Milli Bürosunun nəzdində xüsusi maliyyə komitəsi
yaradıldı. Komitənin əsas məqsədi silah almaq üçün pul toplamaq idi. “Daş-
naksütyun” bildirirdi: “Türkiyədəki “erməni ərazilərini saxlamaq” və bu ərazilərin
bir daha Türkiyəyə qayıtmaması üçün daha çox silah və sursat toplanılmalıdır”
[80, v.21].
Erməni kilsəsi də yaranmış
vəziyyətə münasibətini
bildirdi. Məsələ 1915-ci il
martın 2-də Eçmiədzində
keçirilən kilsə qurultayında
müzakirə edildi.
12 məruzənin dinlənildiyi
qurultayın sənədlərində
yazılırdı ki, Cənubi Qafqaza
gələn ermənilərin sayı 8900
ailə və ya 60 min nəfərdir.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
26
Digər yerlərdə də silah və sursat ehtiyatı yığılırdı. İrəvan quberniyasının
Kəmərli kəndinə qonşu kəndlərin də erməniləri toplaşaraq silah toplamaq
qərarına gəldilər. Bildirdilər ki, bu silah hələlik rus hökumətinin Türkiyə üzərində
qələbəsi üçün lazımdır. Qələbə nəticəsində Türkiyədə yaşayan ermənilərə
muxtariyyət verilməlidir [81, v.1]. Bununla bağlı olaraq çarizm sənədlərində ya-
zılırdı: “Ermənilər rus ordusunun tutduğu ərazilərin onlara verilməsini istəyirlər”
[82, v.8].
Məqsədlərinə çatmaq naminə silah və sursat toplamaq üçün daşnaklar
müxtəlif üsullardan istifadə edirdilər. Bununla bağlı olaraq Tersk vilayət jan-
darma idarəsinin 1915-ci il 3 mart tarixli 767 №-li məlumatında qeyd olu-
nurdu: “Erməni drujinaları silahları gizlədirlər, itirdiklərini bəhanə gətirərək
yenilərini alırlar, “itirdikləri” silahları “Daşnaksütyun”un yerli komitələrinə
verirlər. Bildirirlər ki, gələcəkdə rus hökumətinə qarşı mübarizə aparacaqlar və
Eçmiədzinin rəhbərliyi altında muxtariyyət alacaqlar” [83, v.2].
Bununla bağlı olaraq A.Çobanyan adlı erməni ictimai xadimi 1915-ci ilin
mart ayında “Reç” qəzetində P.N.Milyukova yazdığı məktubunda qeyd edirdi ki,
“erməni məsələsi”ni küll halında Rusiyanın himayəsi altında altı vilayətdən və
Kilikiyadan ibarət Ermənistan muxtariyyəti qurmaqla həll etmək üçün ingilis-
rus-fransız sazişi bağlamaq lazımdır. Onun yazdığına görə, bu həm erməni xal-
qı, həm də Rusiya üçün əlverişili olardı. “Erməni məsələsi”ni təkcə siyasi deyil,
eyni zamanda heysiyyat məsələsi hesab edən A.Çobanyan Rusiyanın həmin
məsələnin həllinə yardım göstərəcəyinə ümid edirdi [84].
Lakin Çar Rusiyası həmin istəyi yerinə yetirməkdə həvəsli deyildi. Onun
müttəfiqlərini də daha geniş planlar düşündürürdü.
“Daşnaksütyun” isə İrəvan quberniyasında drujinaların yaradılması
sahəsində fəaliyyətini davam etdirir, hazırlanan yeni dəstələri Osmanlı ərazisinə
göndərirdi [85, v.6]. Törədilən qırğınlar dəhşətli idi. Belə ki, 1915-ci il martın
6-da verilən məlumata görə, ermənilərin Qars və Ərdahanda öldürdükləri
müsəlmanların sayı 30 min nəfərə çatırdı. Qaçıb canını qurtarmağa çalışan
minlərlə müsəlmanı Qafqazda dağlarda don vurmuşdu.
Erməni silahlı dəstələrinin törətdikləri qırğınlardan qaçanların dəstələr ha-
lında Azərbaycana gəlmələri çoxlu problemlər yaradırdı. Rusların işğal etdiyi
türk ərazilərindən bütövlükdə 850 min nəfərdən çox müsəlman qaçqına çev-
rilmişdi [47, s.50-51].
Məqsədə nail olmaq üçün silahlı dəstələrin hazırlanması işi davam etdi-
rilirdi. 1915-ci ilin aprel ayında “Qnçak” təşkilatı Rumıniya və Bolqarıstanda
ermənilərdən silahlı dəstələr təşkil etmək üçün fəaliyyətini genişləndirdi [86,
v.49-50]. Çarizm sənədlərində yazılırdı: ““Qnçak” Bolqarıstan və Rumıniyadan
erməniləri gətirərək, drujinalar formalaşdırmaqla məşğuldur” [87, v.148].
Nəticədə “Qnçak” 6-cı erməni drujinasını təşkil etdi [88, v.1-15; 89, v.1-
8]. Sonralar bu drujina 1-ci erməni atıcı batalyonuna çevrildi [90, v.16-26].
Təşkilatın aprelin 4-7-də Tiflisdə keçirilən konfransında drujinaların işləri ilə
məşğul olmaq üçün idarəçilik orqanı quruldu [91, v.166-168].
Artıq qeyd edildiyi kimi, çarizmin işğal etdiyi ərazilərdə ermənilərin
yerləşdirilməsi məsələsi mübahisələr yaratmışdı. Erməni təşkilatları ilə rus
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
27
hakimiyyət orqanları arasında bu məsələdə fikir ayrılığı var idi. Ermənilərin işğal
edilmiş ərazilərdə yerləşmək arzusu rus komandanlığının etirazına səbəb oldu.
Komandanlıq həmin ərazilərdə rusları və kazakları yerləşdirməyi uyğun görür-
dü. Əvvəllər Qafqaz ordusunun qərargah rəisi, 1915-ci ilin yanvar ayından isə
komandanı təyin edilmiş general N.N.Yudeniç 1915-ci il aprelin 5-də Qafqaz
canişininə yazdığı 1482 №-li məktubunda vurğulayırdı: “Ermənilər türklərin və
kürdlərin qoyub getdikləri ərazilərə özlərinin yerləşdirilməsini təklif edirlər. Bu
təklif qəbul oluna bilməz. Çünki ermənilərin
ələ keçirdikləri torpaqları müharibədən son-
ra geri almaq və həmin ərazilərin onlara
məxsus olmadığını sübut etmək çətin ola-
caqdır. Buna misal olaraq 1877-1878-ci illər
rus-türk müharibəsindən sonra ermənilərin
ələ keçirdikləri əraziləri göstərmək olar” [92,
v.15].
Bütün bunları nəzərə alaraq o, sərhəd
ərazilərində daha çox rus maraqlarına cavab
verən üsulların həyata keçirilməsini, işğal
edilmiş ərazilərdən türklərin və kürdlərin
çıxarılmasını, burada Kuban və Don-
dan olan adamların, sərhədçi kazakların
yerləşdirilməsini təklif edirdi. Eyni zamanda
qeyd edirdi ki, həmin ərazilərə adamların
yerləşdirilməsinə müharibə sona çatdıqdan
sonra başlamaq olar. Onun fikrincə, Alaş-
kird və Bəyazid əraziləri Rostov və Dondan
gələnlərlə doldurulmalı idi. Burada fəhlə
artelləri yaradıla və onlara silah da verilə
bilərdi [92, v.15].
N.N.Yudeniçə yazdığı cavab məktubunda
canişin onunla həmrəy olduğunu bildirir-
di. Eyni zamanda vurğulayırdı: “İşğal edil-
miş ərazilərə erməniləri buraxmayan rus
əsgərlərinə ermənilər atəş açmışlar” [67,
s.34].
Təkcə N.N.Yudeviç belə düşünmürdü. Erməni elementinin maskalandığı-
nı və Rusiyaya zərbə vurmaq üçün məqam gözlədiyini söyləyən digər yüksək
rütbəli məmurlar da var idi. Məsələn, Rusiya daxili işlər nazirinin müavini
V.F.Cunkovski Baş qərargah rəisi N.N.Yanuşkeviçə bununla bağlı olaraq yazır-
dı: “…erməniçiliyin sol elementləri Rusiyaya loyallıqları ilə yalnız maskalanmış-
lar, onlar özləri üçün ilk əlverişli məqamda bu maskanı atmağa, böyük dünya
müharibəsinin sona çatmasını gözləmədən bu silahı özlərinin yeganə dirəkləri
və müdafiəçisi olan Rusiyaya qarşı yönəltməyə hazırdırlar. Yaxın zamanlarda
olmuş hadisələr bunu tamamilə təsdiq etdi” [93, v.45-48].
Qeyd etmək lazımdır ki, Rusiyanın hərbi uğurları artdıqca ermənilərin
1915-ci il aprel ayının
ortalarında ermənilər Vanda
qiyam qaldıraraq, dinc türk
və müsəlman əhalini kütləvi
şəkildə qətlə yetirməyə,
hakimiyyət binalarını qarət
etməyə və yandırmağa
başladılar. Vanda 30 min
müsəlman öldürüldü. Az
sonra Diyarbəkir, İzmit,
Maraş, Sivas və b. yerlərdə
erməni silahlı dəstələri
dinc əhalini amansızlıqla
qətlə yetirdilər və hökumət
binalarını dağıtdılar. Bununla
da kifayətlənməyən ermənilər
Antanta ölkələrinin xeyrinə
casusluq fəaliyyətlərini
artırdılar.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
28
əsassız iddiaları tədricən unudulurdu. Çünki Cənubi Qafqaza gələn ermənilər
qanunsuz hərəkətləri və özlərini pis aparmaları ilə çarizmin ümumi siyasətinə
ziyan vururdular. Təkcə işğal etdikləri deyil, həmçinin yerləşdirildikləri
azərbaycanlılara məxsus ərazilərdə də milli ziddiyyətləri kəskinləşdirdiklərindən
çarizm ermənilər barədə müəyyən tədbirlər aldı. Onların Tiflis, Tiflis quberni-
yası, Sürməli qəzası və İqdırda, eyni zamanda Bakı general-qubernatorunun
təqdimatı ilə Bakıda yerləşdirilməsi qadağan edildi [94].
Bu zaman erməni xadimləri bir tərəfdən erməni xalqının vəziyyətinin guya
acınacaqlı olması haqqında xarici ölkələrdə haray-həşir qoparır, digər tərəfdən
isə erməni silahlı dəstələri tarixdə olmayan “Böyük Ermənistan” qurmaq yo-
lunda yeni bir addım atmaq üçün dinc türk-müsəlman əhalini kütləvi şəkildə
məhv edirdilər. Belə ki, 1915-ci il aprel ayının ortalarında ermənilər Vanda qi-
yam qaldıraraq, dinc türk və müsəlman əhalini kütləvi şəkildə qətlə yetirməyə,
hakimiyyət binalarını qarət etməyə və yandırmağa başladılar. Vanda 30 min
müsəlman öldürüldü [95, s.17-21]. Az sonra Diyarbəkir, İzmit, Maraş, Sivas və
s. yerlərdə erməni silahlı dəstələri dinc əhalini amansızlıqla qətlə yetirdilər və
hökumət binalarını dağıtdılar. Bununla da kifayətlənməyən ermənilər Antanta
ölkələrinin xeyrinə casusluq fəaliyyətlərini artırdılar.
Osmanlı dövləti qanuni təhlükəsizlik tədbirləri
almağa məcburdur
Bu zaman bir neçə cəbhədə hərbi əməliyyatlar aparan Osmanlı dövləti
ağır vəziyyətdə idi. Hökumət bir tərəfdən ölkə daxilində erməni qiyamları
nəticəsində türk və müsəlmanların öldürülməsinin, dövlət və ictimai binala-
rın dağıdılmasının qarşısını almalı, ictimai təhlükəsizliyi təmin etməli, digər
tərəfdən isə uydurma “erməni məsələsi” üstündə xarici ölkələrin diplomatik-
siyasi təzyiqlərinə, yaradılmış mənfi rəyə tab gətirməli idi. Bütün bu vəzifələrin
öhdəsindən gəlmək çətin bir iş idi. Müharibə aparan Osmanlı dövlətini arxa-
dan vuran, dinc türk-müsəlman əhalini kütləvi surətdə öldürən erməni silahlı
dəstələrinin qanlı fəaliyyətlərinin qarşısını almaq zərurəti hökuməti bəzi qanu-
ni tədbirləri almağa məcbur etdi.
Dostları ilə paylaş: |