Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

65
qında məruzə etmişdi [22, s.43].
Təbiidir  ki,  bütün  bu  dəhşətli  qırğınlarda  hamıdan  çox  qadınlar  əziyyət 
çəkirdilər.  Onlar  öz  ərlərini,  oğullarını  və  qardaşlarını  itirir  və  bununla  da 
həyatda  dəstəkdən  məhrum  olur,  ev-eşiklərindən  didərgin  düşürdülər.  Bir 
azərbaycanlı  qadının  taleyinin  nümunəsində  eyni  taleyi  yaşamış  minlərlə 
müsəlman qadınının vəziyyətini təsəvvür etmək olar. Belə ki, Tavat adlı bir qı-
zın toy günü ermənilər onun Qubadlıdakı kəndinə hücum etmiş, bütün əhalini 
qırmış,  valideynlərini,  qardaşlarını,  bacılarını  və  nişanlısını  qətlə  yetirmiş, 
kəndi yandırmışdılar [23, s.509]. Sağ qalmış kişilər və hətta qadınlar doğma 
torpaqlarının müdafiəsinə qalxmışdılar. Gəlinliyini soyunmuş on səkkiz yaşlı 
qız  əlinə  silah  alaraq,  kişilərlə  bərabər  onların  kəndini  ələ  keçirmiş  erməni 
millətçilərinə  qarşı  savaşmışdı  [24,  s.87].  Öz  cəsarət  və  igidliyinə  görə  qız 
“Erkək Tavat” ləqəbini almışdı. Erməni daşnakları onun bütün həyatını alt-üst 
etmişdilər. İndidən belə onun nə ailəsi var idi, nə də doğmaları; o, qadınlığını 
və bir qadın kimi ev sahibəsi olmaq və uşaqlar böyütmək haqqını unutmaq 
məcburiyyətində qalmışdı. On minlərlə azərbaycanlı qadın da bu vəziyyətdə 
idi: erməni millətçilərinin öz qonşularının torpaqlarını ələ keçirmək siyasəti 
nəticəsində onların həyatı tar-mar olmuşdu. Prinsip etibarilə, 1918-1920-ci 
illərdə erməni-azərbaycanlı münaqişəsi iki ölkə – Azərbaycan və Ermənistan 
arasında  tammiqyaslı  müharibəyə  çevrilmişdi.  1919-cu  il  noyabrın  23-də 
bu  respublikalar  arasında  mübahisəli  ərazi  məsələlərinin  həllinədək  hərbi 
əməliyyatların  dayandırılması  haqqında  saziş  əldə  olunsa  da  [25],  erməni 
tərəfi Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və digər Azərbaycan 
torpaqlarında  etnik  təmizləmə  siyasətini  həyata  keçirməkdə  davam  edirdi. 
Təkcə İrəvan quberniyasında ermənilər 211 Azərbaycan kəndini yerlə yeksan 
etmişdilər [26, s.24-27]. Sarı Hacalı kəndindən demək olar ki, bütün qadın-
lar  aparılmışdı;  onların  döşü  kəsilmiş  cəsədləri  sonralar  tapılmışdı  [15,  v.4, 
arxa]. Axşam kəndində erməni əsgərləri 9 qadını və 10 azyaşlı uşağı qılıncdan 
keçirmişdilər.
Zəngəzurun Bayandur, Şayıflı, Qaraçiman və digər Azərbaycan kəndlərində, 
arxiv sənədlərinin məlumatlarına əsasən, ermənilər misli görünməmiş vəhşiliklər 
törətmişdilər.  Ermənilər  2254  insanı  qətlə  yetirmiş    (onlardan  257-si  qadın, 
153-ü uşaq),  304 nəfəri yandırmışdılar (onlardan 53-ü qadın, 39-u uşaq) [27]. 
Misal  üçün,  ermənilər  səhər  erkən  Ərəş  qəzasının  Kürd  kəndini  mühasirəyə 
almış, sonra kəndə soxularaq sakinləri öz evlərində öldürməyə başlamışdılar. 
İnsanların  bir  çoxu  hələ  yuxulu  olduğundan  qaçmağa  macal  tapmamışdı-
lar. Ermənilər 68 nəfəri öldürmüşdülər, özü də qətlə yetirilənlərin əksəriyyəti 
qadınlar və uşaqlar idi [28]. Sənədlərdə göstərilir ki, ermənilər kəndliləri “bu 
zaman  inanılmaz  dərəcədə  vəhşiliklə  öldürürdülər:  süngü  ilə  deşir,  xəncərlə 
şaqqalayır, insanların üzündən dərilərini soyur, çağaları havaya atır və tikə-tikə 
doğrayır, diri-diri evlərinin divarlarına mismarlayırdılar”. Kürd kəndinin bütün 
küçələri qana boyanmışdı [28].

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
66 
1918-ci ilin dekabrında səhər tezdən zabit Aslan Sarkisovun komandanlığı 
altında və Xosrov İşxanovun köməyi ilə əsgər formasında, əlində tüfəng erməni 
bandaları Şuşa qəzasının Qoqa müsəlman kəndini qəfildən mühasirəyə almış 
və elan etmişdilər ki, general Andranikin əmrinə əsasən, müsəlman kəndliləri 
ermənilər üçün buğda, arpa, mal-qara tədarük etməli, öz silahlarını verməli və 
Ermənistan Respublikasının hakimiyyətini tanımalı idilər [29]. Yerli mülkədar, 
Qarabağ xanlarının nəslindən olan Əsəd ağa Cavanşir cavabında bildirmişdi 
ki,  müsəlmanlar  Azərbaycan  Cümhuriyyətinin  hakimiyyətini  tanıyırlar,  silahın 
təhvili ilə əlaqədar isə düşünmək üçün möhlət istənilmişdi. Ertəsi gün Əsəd 
ağa və oğlu Soltan ermənilərə inanaraq, silahlarını onlara təhvil vermişdilər. 
Bundan sonra ermənilər dərhal “qoca Cavanşiri və onun oğlunu, daha sonra 
onun qızı İran bəyimi, qohumu Fatma bəyimi öldürdülər, bütün xidmətçiləri, o 
cümlədən İnci İbad qızı adlı qadını qətlə yetirdilər... Özü də qətllər işgəncələrlə 
müşayiət olunurdu, qadınların meyitləri çılpaq idi və kəsik yara izlərinə malik 
idi” [29, v.39]. Kənd top atəşinə tutularkən bir neçə qadın, o cümlədən Ayna 
Abbasqulu qızı və başqaları həlak olmuşdu.
Zəngəzurda erməni hökuməti İrəvandan pulla təmin olunan erməni milli 
şurasını yaratmışdı. Həmin şuranın nizami hissələri “dinc müsəlman kəndlərini 
atəşə məruz qoyaraq qılıncdan keçirirdi” [30]. 1919-cu ilin fevralında erməni 
təmsilçisinin  Naxçıvan  qəzasının  ingilis  valisinə  məruzəsində  Azərbaycanın 
erməni tərəfinə şərtlərindən danışılırdı. Azərbaycan tərəfinin ən mühüm tələbi 
ermənilərin ələ keçirdikləri və işgəncə verdikləri azərbaycanlı qadınlarla bağlı 
idi. Ermənilər “sasunluların əlində olan üç yüz müsəlman qadınını qaytarmalı 
idilər” [19].
FİK-in illik məruzəsinə əsasən, təsbit edilmişdi ki, təkcə Zəngəzur qəzasının 
115 kəndində 2276 qadın və 2196 uşaq öldürülmüşdü. Həmin dövr ərzində 
794 qadın və 485 uşaq yandırılmışdı [11, s.131].
Ermənilər Azərbaycanın digər bölgələrində, habelə Cənubi Azərbaycanda 
da görünməmiş vəhşiliklər törətmişdilər. Azərbaycan xalqının cəlladı olan An-
dranik öz “könüllü” dəstəsi ilə Xoy, Ərzincan və Azərbaycan türklərinin yaşa-
dıqları digər şəhərlərin əhalisini terrora məruz qoymuşdu. Onlar qadınlara di-
van tutur, onlara işgəncə verir, bir çoxunu zorlayırdılar [31, s.61].
“Daşnaksütyun”  partiyasının  banilərindən  və  rəhbərlərindən  biri  olan  Ov. 
Kaçaznuni etiraf edirdi ki, onlar müsəlman kəndlərinə qarşı tez-tez “silaha əl at-
malı, qoşun yeritməli, dağıtmalı və qırğın törətməli olurdular” [32, s.33]. Erməni 
tarixçisi A.Karinyan qeyd edirdi ki, daşnakların gələcək milli dövlətin ərazisi uğ-
runda mübarizəsi və onun sərhədlərini “yuvarlaqlaşdırması” “Fevral çevrilişinin 
ertəsi günü” başlamışdı [33, s.27].
Azərbaycanlılar  yaxşı  təşkilatlanmış  erməni  silahlı  dəstələrinə  lazı-
mi  səviyyədə  müqavimət  göstərə  bilmirdilər.  “İttihad”  partiyasının  rəhbəri 
Qarabəy Qarabəyov yazırdı ki, “öz sadəlövhlüyü və ətalətliliyi ilə müsəlmanlıq 
hər yerdə qəfil yaxalanmışdı. Onlar  müharibə haqqında ciddi şəkildə düşün-

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
67
mür və onu gözləmirdilər. Əgər müsəlmanlar düzgün təşkil olunmuş daşnak 
qoşunları  tərəfindən  özünün  tam  məhvini  əngəlləyə  bilmişdisə,  buna  görə 
müstəsna  olaraq  özünün  hərbi  əməliyyatlardakı  təbii  qabiliyyətlərinə  borclu 
olmalıdırlar” [34, s.220].
Nəticə
Bakıda və Cənubi Qafqazın digər şəhər və qəzalarında azərbaycanlı əhalinin 
kütləvi şəkildə qırğını bu diyarda bolşeviklərin məğlubiyyətinin başlanğıcı idi. 
Bu hadisələr müsəlman əhalisinin bolşeviklərdən tam üz döndərməsinə səbəb 
oldu;  sonuncular  müsəlmanların  etibarını  itirmişdilər.  Bu  da  öz  növbəsində 
bolşeviklərin iflasına və 1918-ci ilin iyulun sonlarında sovet hakimiyyətinin sü-
qutuna, Bakı Sovetinin sonuna gətirib çıxarmışdı.
Ermənilərin 1918-1920-ci illərdə başladıqları münaqişə və azərbaycanlıları 
kütləvi  şəkildə  qırmaları  Azərbaycan  qadınları  arasında  milli  özünüdərkin 
fəallaşması  və  konsolidasiyası  proseslərinin  katalizatoru  rolunu  oyna-
dı.  Millətlərarası  münaqişə  qadınların  vətənpərvərlik  əhval-ruhiyyəsinin 
yüksəlməsinə  təkan  verdi,  onları    möhkəmləndirərək    ictimai  fəaliyyətlərini 
gücləndirdi.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  XX  əsrdə  hər  dəfə  dövlətin 
zəifləməsinə və ya  dağılmasına gətirib çıxaran ciddi problemlər ilə üzləşəndə 
Qafqazda ermənilər azərbaycanlıların əleyhinə hərəkətə keçərək, onları öz ta-
rixi torpaqlarından sıxışdırıb çıxarmağa çalışırdılar.
İstifadə edilmiş ədəbiyyat:
1.  “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 
26 mart 1998-ci il  // “Azərbaycan” qəzeti, 27 mart 1998-ci il. 
2.  Rəsulzadə M.Ə. Unudulmaz faciə // “Azərbaycan” qəzeti, 31 mart 1919-cu il.
3.  Topçubaşov Ə.M. Azərbaycanın təşəkkülü. İstanbul, 1918. Bakı, 1990.
4.   Нариманов Н. Избранные произведения в 3-ех томах. Т.2 (1918-1921). Баку, Азер-
нешр, 1989.
5.  Нариманов Н. К истории нашей революции в окраинах (Письмо И.В.Сталину). Баку, 
1990.
6.   Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце 
ХIХ - начале ХХ в. В 2-ух частях. Баку, 1993.
7.   Azərbaycan  Respublikası  Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi 
      (AR Pİİ SSA), f.1, siy.35, iş 9, v.565-566.
8.   AR Pİİ SSA, f.277, siy.8, iş 259, v.103.
9.   AR Pİİ SSA, f.277, siy.2, iş 13, 14, 15, 25, 26, 27.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
68 
10.  İskəndərli A. Azərbaycan həqiqətləri 1917-1920. Bakı: “Elm və təhsil”, 2012.
11.  Abışov V. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı: “Nurlan”, 2007.
12. Халилов А. Геноцид против мусульманского населения Закавказья в исторических 
источниках. Баку, Азербайджанское Государственное Издательство, 2000.
13. İskəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-
1920). Tarix elmləri dokt. dissert. avtoreferatı. Bakı, 2009.
14. Qəhrəmanov  N.  I  Dünya  müharibısində  Qafqaz  cəbhəsində  erməni  amili.  Bakı,  Hərbi 
nəşriyyat, 2007.  
15. AR Pİİ SSA, f.277, siy.2, iş 16, v.16.
16. Baykara Hüseyn. Azərbaycan istiqlal mübarizеsi tarixi. İstanbul, 1975. 
17.  AR Pİİ SSA, f.277, siy.2, iş 16.
18. Рустамова-Тогиди С.А. Март 1918 г. Баку Азербайджанские погромы в документах. 
Баку, 2009.
19.  AR Pİİ SSA, f.276, siy.9, iş 1, v.25.
20. Кяземзаде Ф. Борьба за Закавказье (1917-1921). CA&PRESS, Стокгольм, 2010.
21. Azərbaycanda mövcud olan şəhidliklər və şəhid məzarları. Bakı: 

Qismət

, 2011.
22. Халилов  А.    История  Азербайджана  по  документам  и  публикациям.  Баку,  1990, 
Азербайджанское Государственное Издательство, Баку, 2000. 
23.  Əhmədov R. Mir Cəfər Bağırov. Bakı, 2004.
24.  Suleymanov F. Qana boyanmış Quran. Bakı, 1997.
25. Azərbaycan  Respublikasının  Dövlət Arxivi (AR DA), f.970, siy.1, iş 190, v.9.
26. Boran  Əziz.  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  qaçqınlar  problemi  /  Azərbaycan  Xalq 
Cümhuriyyəti  tarixinin  aktual  problemləri.  Beynəlxalq  elmi  sessiya  (mart-may  2003). 
Materiallar. Onuncu iclas, 28 aprel, 2003, s.24-27.
27.  AR DA, f.1061, siy.2, iş 7, v.37-38.
28.  AR DA, f.1061, siy.1, iş 29, v.18.
29.  AR DA, f.1061, siy.1, iş 25, v.28.
30. К истории образования Нагорно-Карабахской автономной области Азербайджан-
ской ССР. Документы и материалы. Баку, Азернешр, 1989.
31.  Onullahi Seyidağa. Erməni millətçiləri və İran. Bakı, 2002.
32. Качазнуни Ов. Дашнакцутюн больше нечего делать! Тифлис, 1927.
33. Мамедова  Лятифа.  Антиазербайджанская  деятельность  армянских  политических 
организаций в период АДР / Azərbaycan Xalq Cumhuriyyəti tarixinin aktual problemləri. 
Beynəlxalq elmi sessiya (mart-may 2003). Materiallar. Onuncu iclas, 5 may 2003, s.22-35.
34. Багирова  И.  С.  Политические  партии  и  организации  Азербайджана  в  начале  XX 
века. 1900 -1917. Баку, Елм, 1997.

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
69
Latifa Aliyeva
On the genocide commited by Armenians against Azerbaijani women
(1918-1920)
The article examines the history of women that were subjected to genocide 
in March of 1918, a fact not well explored in Azerbaijani historiography. 
A disclosure of historical truth that has been hidden for decadesunder the 
confidentiality stamps and is associated with the tragic events that befell the 
Azerbaijani  people  at  the  beginning  of  the  XX  century  is  one  of  the  most 
pressing issuesfacing the country’s history. The objective and comprehensive 
study  of  the  tragic  events  that  cost  Azerbaijani  government  thousands 
of  innocent  victims  started  only  in  early  90-s  of  the  past  century  after  the 
restoration of Azerbaijan’s state independence. While having tried to use a 
difficult situation in 1918, the Armenian nationalists were pursuing a policy of 
ethnic cleansing aimed at establishing their own state at the expense of the 
occupied Azerbaijani territories.
In this paper, the author, on the basis of the Extraordinary Investigation 
Commission  created  during  the  Azerbaijan  Democratic  Republic,  analyzes 
the tragic events unleashed by the Dashnaks by order of the Baku Council 
leadership headed by S. Shaumyan. 
Лятифа Алиева
Азербайджанские женщины  подвергнутые геноциду со стороны
армян  (1918-1920)
В статье исследуется не изученное азербайджанской историографией 
положение женщин, подвергшихся геноциду со стороны армян в марте 
1918  года.  Раскрытие  десятилетиями  скрываемой  под  грифами  секрет-
ности исторической правды, связанной с постигшими азербайджанский 
народ трагическими событиями в первые десятилетия ХХ века, является 
актуальнейшей  задачей  исторической  науки.  Восстановление  Азербай-
джаном в начале 90-х годов прошлого столетия независимости сделало 
возможным процесс всестороннего и объективного научного осмысле-
ния всех аспектов тех трагических событий, стоивших азербайджанскому 
народу десятки тысяч безвинных жертв. Воспользовавшись сложной си-
туацией в 1918 году, армянские националисты проводили политику этни-
ческой чистки, стремясь за счет захваченных азербайджанских террито-
рий, создать свое государство.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
70 
В научной статье, на основе материалов Чрезвычайной Следственной 
Комиссии (ЧСК), созданной в период Азербайджанской Демократической 
Республики, анализируются трагические события, развязанные дашнака-
ми по приказу  руководства Бакинского Совета во главе с С.Шаумяном. 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
71
Açar sözlər: Sovet Rusiyası, G.V.Çiçerin, daşnaklar, erməni məsələsi, Nəriman 
Nərimanov, Qars vilayəti
Key  words:  Soviet  Russia,  G.V.Chicherin,  dashnaks,  the  armenian  issue, 
Nariman Narimanov, Kars province
Kлючевые слова: Советская Россия, Г.В.Чичерин, дашнаки, армянский 
вопрос, Нариман Нариманов, провинция Карс 
Behbud 
Şahtaxtinski 
və “erməni 
məsələsi”
Füzuli  
İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə Hallar 
Nazirliyinin Akademiyasının Humanitar fənlər 
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
fibrahimzadeh@gmail.com

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
72 
Giriş
XX  əsrin  əvvəlləri  yalnız  zəngin  ictimai-siyasi  hadisələrlə  deyil,  həm  də 
Azərbaycan xalqının və dövlətçiliyinin ən mühüm məsələlərini həll etməli olan 
şəxsiyyətlərin taleyi və bu hadisələrə münasibətləri baxımından da böyük ma-
raq kəsb edir. Biz indi onunla təsəlli tapırıq ki, bu dövrdə Azərbaycanın siyasi 
səhnəsinə çıxan şəxsiyyətlər istər ictimai-siyasi  görüşləri, istərsə də mənəvi-
əxlaqi keyfiyyətləri ilə bir-birindən fərqlənsələr də, onların hamısını bir amal 
- Azərbaycanın taleyi və xalqın xoşbəxtliyi birləşdirirdi.  Bu baxımdan XX əsrin 
I rübündə Azərbaycanda siyasi və dövlət xadimi, diplomat kimi geniş fəaliyyəti 
ilə məşhurlaşıb, cəmiyyətdə nüfuz sahibinə çevrilmiş Behbud ağa Şahtaxtinski 
belə maraqlı tarixi şəxsiyyətlərdən biri olmuşdur. 
Behbud  Şahtaxtinski  “Hümmət”  təşkilatının  üzvü  və  sədrliyindən 
Azərbaycan Respublikasının Xalq ədliyyə komissarı, Azərbaycan SSR-in RSFSR-
də fövqəladə və səlahiyyətli nümayəndəsi və Xalq Komissarları Soveti Sədrinin 
müavininədək yüksəlmiş, Naxçıvan SSR-in fövqəladə komissarı və Naxçıvan SSR 
Xalq Komissarları Sovetinin sədri kimi mühüm vəzifələrdə işləyərək, dövlətçilik 
siyasətində uzun və mürəkkəb yol keçmişdir [1, s.74]. O, 1920-ci il sentyabrın 
30-da Moskvada “Hərbi və iqtisadi ittifaq haqqında” RSFSR ilə Azərbaycan SSR 
arasında bağlanmış müqaviləni imzalamış, həmçinin 1921-ci il martın 16-da 
Moskvada “Dostluq və qardaşlıq haqqında” RSFSR ilə Türkiyə hökumətləri ara-
sında müqavilənin  və həmin ilin oktyabrın 13-də Ermənistan SSR, Azərbaycan 
SSR və Gürcüstan SSR hökumətləri ilə Türkiyə Böyük Millət Məclisi arasında 
(RSFSR hökumətinin iştirakı ilə) Qars müqaviləsinin imzalanma prosesində iş-
tirak  edərək  Azərbaycanı  təmsil  etmişdir  [1,  s.75].  Behbud  Şahtaxtinski  Gür-
cüstanda fəaliyyət göstərən Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü kimi 
də fəaliyyət göstərmişdir. O, 1924-cü il may ayının 30-da Tiflisdə müəmmalı 
şəkildə vəfat etmişdir [2].
1. Dövrün mətbuat orqanlarında ermənilərin 
məkrli siyasətinin ifşası
Uzun  müddət  müsəlman  sosial-demokrat  “Hümmət”  təşkilatının  fəal 
üzvlərindən olan, “Bütün cahan fiqərayi-kasibəsi, birləşin!” şüarı ilə eyni adlı 
qəzetin çap edilməsində fəal iştirak edən və 1907-ci ildən “Baraban” jurnalının 
redaktoru [3, f.13, siy. 13, iş 7410, v. 15] olan Behbud Şahtaxtinski xalqın milli 
siyasi şüurunun, vətənpərvərlik hissinin inkişaf etdirilməsindən, xalqın özünü 
dərk etməsinin yollarından və vasitələrindən bəhs edərkən mətbuat orqanları-
nın yaradılması və roluna xüsusi diqqət yetirmiş, mətbuatı ictimai həyatda ən 
yaxşı təkanverici qüvvə kimi qiymətləndirmiş və Nəriman Nərimanovun: “Bir 
millət özünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli 
mətbuat, milli ədəbiyyat lazımdır”, - proqramını öz fəaliyyətinin əsas istiqaməti 
kimi qəbul etmişdir. Hələ 1918-ci ildə Behbud Şahtaxtinski “Azərbaycan” (rus 
dilində)  qəzetində  çap  etdirdiyi  “Отклики  жизни”  (“Həyatın  əks-sədaları”) 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
73
adlı məqaləsində yazırdı: “Mətbuat ictimai həyatı canlandırır, ictimai rəy ya-
radır  və  onu  təmizləyir.  Mətbuatın  əhəmiyyəti  bununla  bitmir.  O  həm  xarici 
və bəzən də daxili düşmənlərə qarşı mübarizə vasitəsi kimi də zəruridir. Əbəs 
yerə mədəni xalqlar tərəfindən mətbuat altıncı dünya dövləti adlandırılmayıb. 
Bunu ermənilərə rəhbərlik edən daşnaklar çox gözəl nəzərə alıblar. Hansılar ki 
mətbuat işinin düzgün qurulması nəticəsində yarım əsr içərisində 300 milyon-
luq müsəlman dünyasına qarşı işğalçı müharibə aparır və daim müsəlmanları 
Avropanın  gözü  qarşısında  hörmətdən  salır.  Bizdə  mətbuat  orqanlarının  ol-
maması elə şərait yaradıb ki, Avropanın və Amerikanın ictimai rəyi bizi bizsiz 
məhkum edib. Biz heç vaxt üstümüzə yağdırılan böhtanı təkzib etmək iqtida-
rında olmamışıq. İndi yenə də daşnaklar mətbuat orqanlarının səhifələrinə on-
lar tərəfindən dörd il ərzində (yəni Birinci Dünya müharibəsi illərində - F.İ.) dö-
yüş meydanlarında oynanılan əks-müsəlman mübarizəsini köçürmək istəyirlər 
və bu suallar üzərində düşünəndə bizi dəhşət bürüyür” [4].
B.Şahtaxtinskinin  hələ  keçən  əsrin  əvvəllərində  yazdığı  bu  fikirlər  bu 
günümüzdə də çox aktual səslənir. Məqalənin sonunda o yazır: “Özünəməxsus 
mədəniyyəti olmayan millət müstəqil ola bilməz” [4].
B.Şahtaxtinskinin mahir diplomat olması həmin dövrdə Rusiyanın Şərqdə 
yeritdiyi  siyasətin  mahiyyəti,  Şərqin  ümumi  vəziyyəti  və  gələcəyi  haqqında 
mülahizə və fikir yürütməyə ona imkan vermişdir. Bu mənada onun “Советская 
политика на Востоке” (“Şərqdə sovet siyasəti”) [5] və “О революционном 
движении  на  Востоке”  (“Şərqdə  inqilabi  hərəkat  haqqında”)  [6]  məqalələri 
maraq doğurur. 
Məlumdur ki, Birinci Dünya müharibəsinin gedişində Rusiya imperiyasına 
nökərçilik edən və ona xilaskar kimi baxan ermənilər, xüsusilə “Daşnaksütyun” 
partiyası bu müharibədən “Böyük Ermənistan” yaratmaq  xülyası üçün istifadə 
etmək məqsədini güdmüş, Rusiyaya arxalanaraq ərazi iddiası ilə Türkiyədə üs-
yan hazırlamağa, hətta Ərzurum, Qars və başqa vilayətlərdə türklərə divan tut-
mağa başlamışdılar. Ərazinin parçalanması təhlükəsini görən Türkiyə hökuməti 
1912-ci ilin yazında erməniləri cənub-qərb vilayətinə, Mesopotamiyaya köçür-
müşdü [7, s.91].
Bütün  bunları  nəzərə  alan  B.Şahtaxtinski  1921-ci  ildə  “Kommunist”  (rus 
dilində) qəzetində çap etdirdiyi “Şərqdə sovet siyasəti” adlı məqaləsində ya-
zırdı:  “Təəssüflər  olsun  ki,  erməni-türk  münasibətlərinə  aid  siyasi  məsələlər 
və problemlər hələ də həll edilməyib. Ermənilərin özləri bilavasitə könüllü və 
xoşluqla, razılaşma yolu ilə mənfur keçmişlərini ataraq bu labirintdən çıxmalı-
dırlar” [5].
2. Behbud Şahtaxtinskinin Sovet Rusiyasında Azərbaycan 
torpaqlarının müdafiəsi sahəsindəki fəaliyyəti
Azərbaycanın  Rusiyada  fövqəladə  və  səlahiyyətli  nümayəndəsi  kimi 
fəaliyyətə  başlayandan  sonra  Behbud  Şahtaxtinskinin  həyatında  fəal  dip-
lomatik  missiyası  ilə  bağlı  yeni  mərhələ  başlamışdır.  Belə  ki,  o,  diplomatik 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
74 
sahədə  Azərbaycana  mühüm  xidmətlər 
göstərmiş,  torpaqlarımızın  müdafiəsi  ilə 
bağlı fəaliyyətində bir sıra  nailiyyətlər əldə 
etmişdi.  B.Şahtaxtinski  Azərbaycanın  mil-
li  taleyini  müəyyənləşdirən  məsələlərin,  ilk 
növbədə  ölkəmizin  ərazi  bütövlüyünün  və 
bununla  da  ərazi  problemlərinin,  ən  baş-
lıcası  isə  Naxçıvanla  bağlı  problemin  həlli 
istiqamətində  ciddi  səy  göstərmiş,  tor-
paqlarımızın  Azərbaycanın  tərkibində  qal-
masını  əzmkar  fəaliyyəti  ilə  şərtləndirən 
şəxsiyyətlərdən biri olmuşdur.
Moskvada B.Şahtaxtinski geniş fəaliyyətə 
başlamışdı.  V.İ.Leninə,  həmçinin  Xalq  Xa-
rici  İşlər  Komissarlığına  göndərdiyi  bir 
sıra  məruzə  və  məktublarında  o,  So-
vet  Azərbaycanının  daxili  və  beynəlxalq 
vəziyyətinin  yaxşılaşdırılmasına,  xüsusilə 
erməni  məsələsinə  dair  konkret  tədbirlər 
həyata  keçirməyin  zəruriliyini  bildirmiş, 
hətta  Amerikada  25  minlik  erməni  dəstəsinin  təşkil  edildiyini  və  Andranikin 
başçılığı altında Ermənistana yollandırıldığını V.İ.Leninin nəzərinə çatdırmışdı. 
Bu  kontekstdə  onu  da  qeyd  edək  ki,  Sovet  Rusiyasının  Azərbaycan  ilə 
Ermənistan  arasında  münaqişələrin  həlli  istiqamətində  tutduğu  mövqe  və 
atdığı  addımlarda  ermənipərəst  əhval-ruhiyyəsi  xüsusilə  Naxçıvan  diyarına 
münasibətdə özünü aydın göstərirdi. Ermənilərə ənənəvi meyil himayədarlıq 
amili  ilə  yanaşı,  Sovet  Rusiyasının  ermənipərəst  mövqe  tutmasında  konkret 
geosiyasi  motivlər  də  özünü  büruzə  verirdi.  Azərbaycanı  artıq  ələ  keçirmiş 
rus  bolşevikləri  öz  tərəfinə  keçirmək  üçün  erməniləri  torpaq  hədiyyələri  ilə 
şirnikləndirmiş və Zaqafqaziyadakı geosiyasi mübarizədə bu amildən lazımınca 
istifadə etməyi məqsədəuyğun hesab etmişdi.
Əslində,  bu  regionda  Rusiyanın  ikili  mövqe  sərgiləməsi  onun  “va-
hid  və  bölünməz”  imperiya  maraqlarından  irəli  gəlirdi.  Bu  haqda  sonra-
lar B.Şahtaxtinski demişdi: “Azərbaycan Türkiyə ilə Rusiya arasında bir əlaqə 
vasitəsidir. Şərqin oyanması üçün gələcək bəşər məqsədinin körpüsüdür” [8. 
f.195, s.1, iş 21, vərəq 8-9].
B.Şahtaxtinski  Sovet  Rusiyasının  Azərbaycanın  bəzi  torpaqlarının 
Ermənistana  verilməsi  planlarını  çox  gözəl  bildiyindən  1920-cı  il  avqustun 
4-də RSFSR XKS-nin sədri V.İ.Leninə və xalq xarici işlər komissarı G.V.Çiçerinə 7 
bölmədən ibarət məktub göndərmişdi [3, f.1, siy.2, iş.59, v.237-239]. Məktubda 
aşağıdakı fikirlər əksini tapmışdı: “Ermənistanla sülhün bağlanması ilə əlaqədar 
məlumatları nəzərə alaraq mən aşağıdakıları bildirməyi özümə borc bilirəm:
1. Ermənistana, demək olar ki, bütün Naxçıvan diyarının və Şahtaxtı-İrəvan 
dəmiryolu xəttinin verilməsi daşnaklara Bakı dəmiryolundan istifadə etməyə 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin