Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

XX əsrdə baş vermiş 
soyqırımları araşdırsaq 
görərik ki,  soyqırım mühiti 
əsasən müharibə zəminində 
formalaşmışdır Buna ən 
bariz nümunə kimi 1988-ci 
ildən başlamış Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsi zamanı 1992-ci 
ilin fevralın 25-indən 26-na 
keçən gecə baş vermiş Xocalı 
soyqırımı aktını göstərə bilərik.   

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
92 
ması nəticəsində öz doğma torpaqların-
dan  qovulmuş  azərbaycanlılar  erməni 
terrorçuları  tərəfindən  qarətlərə,  zora-
kılığa, alçaldıcı hərəkətlərə və təhqirlərə 
məruz qalmışlar.  
BMT Baş Məclisinin 10 dekabr 1948-
ci  il  tarixli  “İnsan  hüquqları  haqqında” 
Bəyannaməsinin  aşağıda  qeyd  olunan 
1, 3, 4, 5 və 6-cı maddələri  Xocalı soy-
qırımını  törədən  erməni  quldurlarının 
beynəlxalq hüquqla hesablaşmadıqları-
nı sübut etmək üçün kifayət edir: 
Maddə 1. Bütün insanlar öz ləyaqətləri 
və  hüquqları  etibarilə  azad  və  bərabər 
doğulurlar.  Onlara  ağıl  və  vicdan  bəxş 
edilib  və  onlar  bir-birinə  münasibətdə 
qardaşlıq ruhunda davranmalıdırlar.
Maddə  3.  Hər  bir  insan  yaşamaq, 
azadlıq və şəxsi toxunulmazlıq hüququ-
na malikdir.
Maddə 4. Heç kim kölə vəziyyətində 
və ya asılı vəziyyətdə saxlanılmamalıdır: 
köləliyin və kölə ticarətinin bütün formaları qadağan edilir.
Maddə 5. Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun 
ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.
Maddə 6. Hər bir insan, harada olmasından asılı olmayaraq, özünün 
hüquq subyekti kimi qəbul edilməsi hüququna malikdir [4].
Xocalı, sözün əsl mənasında, beynəlxalq terrorizmin ən dəhşətli qolu 
olan erməni terrorizminin və separatizminin qurbanı oldu. Bu işğalçı-
lıq  siyasətinin  başında  Ermənistan  dövləti,  erməni  silahlı  birləşmələri, 
cinayətkar  qruplar  dayanırdı.  Sonradan  onların  bir  qismi  müəyyən 
illərdə  Ermənistanda  və  işğal  olunmuş  Azərbaycan  torpaqlarında 
müxtəlif vəzifələrə təyin edildilər. Robert Köçəryan, Serj Sarkisyan, Sey-
ran Ohanyan və digərləri bu təyinatın subyektidirlər. 
Xocalı  soyqırımı  ilə  bağlı  aparılmış  əməliyyat-istintaq  araşdırmala-
rı zamanı sübut olunmuşdur ki, şəhərə hücumda həmçinin Ermənistan 
Respublikasının  indiki  müdafiə  naziri  Ohanyan  Seyran  Muşeqoviçin 
komandanlığı altında 366-cı alayın 2-ci taboru, qərargah rəisi Çitçyan 
Valeri İsayeviç və alayda xidmət edən 50-dən çox erməni zabit və giziri 
də iştirak etmişdir. 
Əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət, şəhərdəki hücumdan 
xəbərsiz olan dinc əhalini müdafiə edəcək hərbi qüvvə yox idi. Həmin 
dövrdə SSRİ Quru Qoşunlarının hərbi arsenalına daxil olmuş silahlardan 
istifadə etməklə hər tərəfdən şəhərə aramsız atəş açılmış, gözlənilməz 
Xocalı, sözün əsl mənasında, 
beynəlxalq terrorizmin ən 
dəhşətli qolu olan  erməni 
terrorizminin və separatizminin 
qurbanı oldu. Bu işğalçılıq 
siyasətinin başında Ermənistan 
dövləti, erməni silahlı 
birləşmələri, cinayətkar qruplar 
dayanırdı. Sonradan onların 
bir qismi müəyyən illərdə 
Ermənistanda və işğal olunmuş 
Azərbaycan torpaqlarında 
müxtəlif vəzifələrə təyin 
edildilər. Robert Köçəryan, Serj 
Sarkisyan, Seyran Ohanyan 
və digərləri bu təyinatın 
subyektidirlər. 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
93
hücum nəticəsində əhalinin böyük bir hissəsi elə evlərindəcə öldürül-
müşdür. Soyuq qış gecəsində evlərini tərk etməyə məcbur olan mülki 
əhalinin bir hissəsi şəhərin küçələrində vəhşicəsinə qətlə yetirilmiş, can-
larını qurtarmaq üçün qaçaraq meşələrə, çöllərə dağılan digər bir hissəsi 
isə təqib olunaraq xüsusi qəddarlıqla məhv edilmişdir. Onlara heç bir 
aman verilməmiş, insanlar yaşına, cinsinə fərq qoyulmadan qətlə yeti-
rilmişdir. Ermənilər tərəfindən əsir-girov götürülmüş azərbaycanlıların  
müəyyən bir hissəsi ağır işgəncələrə məruz qalmış, qeyri-insani şəraitdə 
saxlanılmış, qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına 
zidd olaraq alçaldılıb,  təhqir edilmişdir. 
Beləliklə,  həmin  gecə  613  nəfər,  o  cümlədən  63  uşaq,  106  qa-
dın,  70  qoca  qətlə  yetirilmiş,  1275  nəfər  əsir  və  girov  götürülmüş-
dür. 8 ailə tamamilə məhv edilərək yer üzündən silinmişdir. 130 uşaq 
valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirmişdir.  
487  nəfər,  o  cümlədən  76  uşaq  ağır  yaralanmışdır.  185  nəfər,  o 
cümlədən 59 nəfər qadın, 26  nəfər uşaq (11 azyaşlı qız), 44 nəfər qoca 
(21 qadın), 56  nəfər kişi itkin düşmüşdür. 
95 nəfərin, o cümlədən 11 nəfər uşaq (2 azyaşlı qız), 23  nəfər qa-
dın, 11 nəfər qoca (7 qadın), 50 nəfər kişinin əsir və girov götürülməsi 
barədə məlumatlar daxil olmuşdur.
381  nəfər,  o  cümlədən  106  nəfər  uşaq  (44  azyaşlı  qız),  191  nəfər 
qadın, 70 nəfər qoca (36 qadın), 14 kişi erməni əsir və girovluğundan 
azad edilmişdir.
119  nəfər  erməni  əsirliyində  olduğu  zamanı  qətlə  yetirilmiş, 
işgəncələrə  dözməyərək  vəfat  etmişdir.  Onlardan  20  nəfərinin  taleyi 
məlum deyildir.
Faciə  baş  verən  zaman  Xocalı  Rayon  İcra  Hakimiyyəti  şəhər 
nümayəndəliyinin  rəhbəri  vəzifəsində  işləyən  Həsənov  Şöhrət  Usub 
oğlu Azərbaycanın qədim  yaşayış məskənlərindən olan Xocalıda kur-
qanları dağıdıb “erməniləşdirən” o zamankı Əsgəran RPK rəhbərlərinin 
əməllərini əks etdirən “Daş sanduqələrin harayı” və digər yazılar çap 
etdirmişdi.  Erməni  quldurları  buna  cavab  olaraq  “səni  öldürməklə 
Dağlıq Qarabağın görən gözünü, eşidən qulağını, danışan dilini məhv 
edəcəyik” deyərək  onu xüsusi qəddarlıqla qətlə yetirmişdilər. Erməni 
girovluğundan azad edilmiş Səlimova Nənəş Səməd qızı və Abbasova 
Humay Müseyib qızı bu faktı təsdiq ediblər. Ermənilər meyidi ailəsinə 
bilərəkdən, intiqam almaq məqsədi ilə yalnız mart ayının 21-də, Novruz 
bayramı günü dəhşətli vəziyyətdə təhvil veriblər.
 
2. Xocalı soyqırımında Ermənistan Respublikasının 
pozduğu beynəlxalq humanitar hüquq normaları
Mülki  əhalinin  qorunması  haqqında  12  avqust  1949-cu  il  tarix-
li  Cenevrə  Konvensiyasının  II  bölməsinin  16-cı  maddəsinə  əsasən, 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
94 
müharibə zamanı yaralılar və xəstələr, habelə əlillər və hamilə qadın-
lar xüsusi himayə və müdafiə edilməlidirlər [5, s.174]. Lakin bunun tam 
əksi olaraq ermənilər Xocalıdan  girov götürdükləri yaralılara, xəstələrə  
və  qadınlara  nəinki  qəbul  olunmuş  beynəlxalq  hüquq  normalarına, 
hətta adi insani normalara sığmayan divan tutublar. Girov götürülmüş 
Səlimova Nənəş Səməd qızının gözləri qarşısında 2 oğlu - Səlimov Araz 
Bahadur  oğlu  və  Səlimov  Fəxrəddin  Bahadur  oğlunu  ermənilər  tikə-
tikə doğrayıblar. Psixoloji gərginlik içində yaşayan Səlimova girovluq-
dan azad edildikdən sonra övladlarının başlarına gətirilən müsibətlərə 
dözməyərək vəfat etmişdir.
 Əsirlərin arasından sağlam və cavan kişiləri sonradan insan orqaniz-
mi üçün zərərli olan sahələrdə, atom enerjisi və kimya sənayesində qul 
kimi  işlətmək  məqsədilə,  girov  götürdükləri  mülki  əhalinin  arasından 
isə yaraşıqlı qadınları, qızları müxtəlif məqsədlər üçün ayırıb maşınlara 
doldurub, naməlum istiqamətlərə aparıblar. Həmin şəxslərin taleləri bu 
günə kimi naməlum olaraq qalır. Girov götürülmüş mülki əhalini yaşın-
dan və cinsindən asılı olmayaraq Dəhraz və Pircamal kəndlərində hey-
vanlar saxlanılan  tövlələrə ağzına qədər doldurub, soyuq qış  ayların-
da günlərlə ayaqyalın, ac-susuz saxlayıblar. Kişilərə mənəvi və psixoloji 
işgəncələr verib, onların gözləri qarşısında qadınları incidib, təhqir edib, 
onlara qarşı alçaldıcı hərəkətlər tətbiq ediblər.
Müharibə  zamanı  mülki  əhalinin  qorunması  haqqında  12  avqust 
1949-cu il tarixli Cenevrə Konvensiyasının III bölməsinin I hissəsinin 27-
ci maddəsinə [5, s. 180] riayət etməyən ermənilər girov götürdükləri 
qadınlara hörmət etməyib, onlara qarşı hər cür zorakılıq tətbiq ediblər. 
Belə  hallara  dözməyən,  şərəf  və  ləyaqətləri  tapdanmış  qadınların 
bəziləri elə erməni girovluğunda intihar ediblər.  
Soyqırım mühitinin formalaşmasına gətirib çıxaran  psixoloji  və so-
sioloji tarixi aspektlər mövcuddur. Alimlərin fikrincə, bu kimi amillər ge-
nosid mühitinin formalaşmasına, bir qrupa qarşı düşmən qrupun, əks 
qüvvənin yaranmasına gətirib çıxarır. 
Özlərini  dünya  ictimaiyyəti  qarşısında  “əzabkeş”  xalq  kimi  tanıdan 
ermənilər  əldə  etdiyimiz  faktoloji  materiallara  istinadən  Xocalını  iş-
ğal edən zaman əsir və girovlara qarşı baş dərisinin soyulması, qulaq, 
burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, qadınların 
süd vəzilərinin kəsilməsi, qızıl dişlərinin mismar çıxarmaq üçün istifadə 
edilən  kəlbətinlə  və  çəngəllə  çıxarılması,  gənc  oğlanların  erməni 
qəbirlərinin üstündə qurbanlıq kimi kəsilməsi, dırnaqlarının çıxarılması, 
dəmir dəyənək və armatur parçaları ilə ölənə qədər döyməsi, itlərə at-
ması, qızdırılmış dəmir xaçla bədənlərinə, xüsusilə də sinələrinə damğa 
vurulması, diri-diri tonqalda yandırılması, azyaşlı uşaqların gözləri qar-
şısında valideynlərinin işgəncələrlə öldürülməsi, qadınların gözləri qar-
şısında həyat yoldaşlarının yandırılması, uşaqların çarmıxa çəkilməsi və 
s. bu kimi  vəhşilikləri törədiblər. Əsir və girovlara tətbiq edilmiş qeyri-

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
95
insani rəftardan sonra onlarla insan ruhi xəstə vəziyyətində azad edilib. 
Xocalı faciəsi zamanı girov götürülüb sonradan azad edilmiş, mənəvi 
sarsıntılar içində yaşayan 40 qadın tez bir vaxtda vəfat etmişdir. 
14  dekabr  1974-cü  ildə  qəbul  olunmuş  “Hərbi  münaqişələr  və 
fövqəladə  hallar  zamanı  qadın  və  uşaqların  müdafiəsi  haqqında” 
Bəyənnamənin  müddəalarına  qarşı  çıxan  erməni  cəlladları  hazırda 
Bakı  şəhəri,  Xəzər  rayonu,  Mərdəkan  qəsəbəsində  yerləşən  “Məşəl” 
düşərgəsində  məskunlaşmış,    ailəliklə  girov  götürülmüş  azyaşlı  Abı-
şov  Məhəmməd  Kamal  oğlunun  (1986)  gözləri  qarşısında  anasını 
işgəncələrlə öldürdükləri üçün o, ruhi xəstəliyə düçar olmuşdur. Atası 
isə girovluqdan azad ediləndən  az sonra vəfat etmişdir. 
Ermənilər  öz  uşaqlarında  əbədi  olaraq  “türk  xofu”  yaratmaq 
məqsədilə  onları  yuxarıda  adı  çəkilən  Konvensiyanın  III  bölməsinin 
II  hissəsinin  II  fəslinin    27-ci  maddəsinə  [5,  s.89]  və  III  bölməsinin  II 
hissəsinin III fəslinin 29-cu maddəsinə [5, s.90] zidd olaraq aylarla  gi-
giyena və ictimai sağlamlıqlarını təmin etməyən, üzləri qırxılmayan və 
antisanitariya vəziyyətində saxladıqlarından qorxunc görkəm almış, cır-
cındır geyimdə olan Xocalıdan olan əsirlərin saxlanıldıqları həbsxanalara 
gətirərək onlarla sanki zooparkda saxlanılan əcaib məxluqlar kimi davra-
nıblar. Qəzetləri yandıraraq məşəllər düzəldib, azyaşlı uşaqların əllərinə 
verərək  əsirlərin  qırxılmamış  saç-saqqalını  yandırmaqla,  “türkə  əzab 
verməklə”  övladlarını  əyləndiriblər.  Ağrı-acıdan  başlarını  geri  çəkən 
əsirləri uşaqlarının gözləri qarşısında huşlarını itirənə qədər döyüblər. 
Xocalı sakini, əsirlikdən azad edilmiş Hüseynov Kamil Dadaş oğlu özünə 
və kamera yoldaşlarına qarşı dəfələrlə törədilmiş bu vəhşiliyi təsdiqləyə 
bilər.  Ermənilər  Kamili  əsir  götürən  zaman  onun  gözləri  qarşısında  5 
yaşlı  qızı  Maralı  vəhşicəsinə  qətlə  yetiriblər.  Əsirlik  dövründə  Kamilə 
qarşı  amansız  olan  erməni  quldurları  onun  əl  və  ayaq  barmaqlarının 
dırnaqlarını kəlbətinlə qoparıb, qızıl dişlərini çəngəllə çıxarıblar. 
Ermənilər girov götürdükləri yerli sakinlərlə yanaşı 1989-cu ildə tarixi 
vətənləri olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş 
soydaşlarımıza və 1944-cü il noyabr ayının 14-də Stalin rejimi tərəfindən 
dədə-baba torpaqları olan Ahıskadan (indiki Gürcüstandan) Orta Asiya-
ya sürgün edilmiş, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrindən can-
larını  qurtararaq  Azərbaycana  pənah  gətirmiş,  Xocalıda  yerləşdirilmiş 
Ahıska türklərinə qarşı da  cinayətlər törədiblər. 
Müharibə zamanı mülki əhalinin qorunması haqqında 12 avqust 1949-
cu  il  tarixli  Cenevrə  Konvensiyasının  I  bölməsinin  3-cü  maddəsindən 
irəli gələn müddəaları kobud şəkildə pozan ermənilər [5, s.3] hazırda 
Bakı  şəhəri,  Sabunçu  rayonu,  Mehdiabad  qəsəbəsində,  Yenikənd  ya-
şayış  massivində  yaşayan  1989-cu  ildə  Qərbi  Azərbaycandan  (indiki 
Ermənistandan) deportasiya olunandan sonra Xocalıda məskunlaşmış, 
ailəliklə girov götürülmüş, sonradan azad edilmiş şəxslərlə qəddarcasına 
rəftar ediblər.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
96 
Ermənilər müharibə zamanı mülki əhalinin qorunması haqqında 12 
avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının II bölməsinin 13-cü  
maddəsini  də  kobudcasına  pozublar  [5,  s.173].  Xocalı  faciəsi  zamanı 
10  nəfərlik  ailəsi  ilə  birlikdə  girov  götürülən,  1941-ci  ildə  Gürcüstan 
Respublikasının Adıgün rayonunun Xevaşen kəndində anadan olmuş, 
milliyyətcə Ahıska türkü olan Gülalı Binali oğlu Binaliyevə Ermənistanın 
sabiq prezidenti Robert Köçəryan özü şəxsən dəhşətli işgəncələr vermiş-
dir. Soyuq fevral ayında, istismar vaxtı bitmiş köhnə avtobazada, şüşələri 
olmayan köhnə avtobuslarda, yarıçılpaq, ayaqyalın saxlanılan girovlara 
Robert Köçəryanın başçılığı ilə işgəncələr verilib. Köçəryan Azərbaycan 
dilində Binaliyevə “türk, sən burada nə gəzirsən?” deyə istehza edib. Ona 
ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina edib Ermənistan 
vətəndaşlığını qəbul etməyi, İrəvana köçməyi təklif edib. Lakin Gülalı 
Binaliyev ona türk və müsəlman olduğunu, Azərbaycanın onun ikinci 
Vətəni olduğunu, ən ağır günlərində Azərbaycan xalqının onlara qucaq 
açdığını  xatırladıb.  Bundan  əsəbiləşən  Köçəryan  Binaliyevi  təpiklə  və 
əlindəki armatur parçası ilə huşunu itirənə qədər döyüb. Səhər ayılanda 
özünü ona verilən işgəncələr nəticəsində qulağından və ağzından axan 
qandan əmələ gəlmiş soyuq və laxtalanmış qan gölməçəsində üzü-üstə 
görüb. Sonradan Gülalı Binaliyev ailə üzvü ilə birlikdə azad edilib. Ha-
zırda o, Azərbaycan Respublikasının Şabran rayonunun Udulu kəndində 
yaşayır, təqaüdçüdür. İxtisasca kimya-biologiya müəllimi olan Binaliyev 
uzun müddət Udulu kənd məktəbinin direktoru vəzifəsində çalışıb. La-
kin 2 oğlu – Binaliyev Alişer (1967) və Binaliyev Cabbar (1969), yaxın qo-
humu, gəlininin qardaşı Bədişov Ali Rais oğlu (1968) və həmkəndliləri 
İlyasov Əhməd Məhəmməd oğlu (1968), Həmdiyev Osman Həmdi oğlu 
(1954) və Fəzliyev Qədim Fəzli oğlu (1954)  bu günə kimi də əsirlikdən 
qaytarılmayıblar. Ermənilər əsir götürdükləri 6 nəfər gənc, sağlam Ahıs-
ka türkünü bu günə kimi qaytarmayıblar. Girovluqdan azad edilmiş Xo-
calı sakini Abbasov Mərkəz Salman oğlu Dəhraz kəndində ermənilərin 
6 nəfər gənc Ahıska türkünə ağır işgəncələr verdiklərinin şahidi olub 
[6, s.89, 90, 91, 250, 253]. “Beynəlxalq Aministiya” Təşkilatının Avropa 
üzrə  təhqiqatlar  şöbəsinin  müdiri  Ann  Burlin  və  İnsan  Hüquqlarının 
Müdafiəsi Uğrunda “Helsinki Uotç” Təşkilatının nümayəndələri 1992-ci 
ilin aprel ayında Xankəndidə, polis idarəsində ermənilərlə görüş zamanı 
Xocalıdan əsir götürülmüş 6 nəfər ahıskalının da adı olan azərbaycanlı 
əsir və girovlara aid sənədlə tanış olublar [6]. Qarşı tərəf faktları inkar 
etdiyi üçün, çox təəssüf ki, bu günə kimi onların heç birini qaytarmaq 
mümkün  olmayıb.  İşgəncələrə  məruz  qaldıqdan  sonra  erməni  girov-
luğundan azad edilmiş Xocalı sakini sayılan ahıskalılar bu gün Şabran 
rayonunda, onlar üçün salınmış Udulu kəndində məskunlaşıblar. 
Beləliklə, Xocalı faciəsi zamanı ümumilikdə 15 nəfər Ahıska türkü itkin 
düşüb. Onlardan 13 nəfəri kişi, 1 nəfəri qadın, 1 nəfəri azyaşlı oğlandır. 6 
nəfər kişi, şahid ifadələrinə əsasən, əsir götürülüb və bu günə kimi qayta-

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
97
rılmayıb. 50 nəfər müxtəlif işgəncələrə məruz qaldıqdan sonra azad edi-
lib. Onlardan 17 nəfəri qadın, 19 nəfəri kişi, 5 nəfəri azyaşlı qız, 8 nəfəri 
azyaşlı oğlan, 1 nəfəri qocadır.
Şabran rayonunun Udulu kəndində yalnız işgəncələrə məruz qaldıq-
dan sonra girovluqdan azad edilmiş Xocalı sakinləri hesab olunan Ahıs-
ka türkləri məskunlaşıblar. Onlar 67 nəfərdən ibarət 17 ailədir. Əsir və 
girovluqdan azad edilmiş Xocalı sakinləri hesab edilən Ahıska türkləri 
Xaçmaz, Saatlı, Sabirabad və digər rayonlarda da məskunlaşıblar. 
Barələrində  onlarla  şahid  ifadəsinin  olmasına  baxmayaraq,  erməni 
cəlladları Xocalı soyqırımı zamanı soydaşlarımızı əsir, girov götürdükləri 
faktını beynəlxalq təşkilatlardan gizlədiblər. Humanitar hüquq norma-
larını pozaraq, onlarla qeyri-insani, amansız rəftar edib, qul kimi işlədib, 
alçaldıb, təhqir ediblər. Ermənilər 2 gün Dəhraz kəndində maldarlıq fer-
masında ac-susuz saxladıqdan sonra 14 nəfər fiziki cəhətdən sağlam 
gənci seçib, naməlum istiqamətə aparıblar.
Yuxarıda adı çəkilən gənclər haqqında faktı girovluqdan azad edil-
miş Xocalı sakinləri - Həsənova Rəfiqə Məmi qızı, Hüseynov Kamil Da-
daş oğlu, Xudayarov Rövşən Adil oğlu, Xudayarov Vəfadar Səlim oğlu 
və digərləri təsdiq ediblər [6, s.19]. Lakin sonradan Ağdam taborunun 
komandiri  Allahverdi  Bağırov  (şəhid  olub)  həmin  gənclərlə  birlikdə 
70  azərbaycanlı  əsirin  Xankəndi  daxili  işlər  idarəsində  saxlanıldıqları-
nı bildirib. Bağırov həmin əsirləri dəyişmək üçün Xankəndi daxili işlər 
idarəsinin rəisi Armen İsaqulovla danışıqlar aparıb, lakin həmin ərəfədə 
şəhid  olduğu  üçün  onların  qaytarılması  baş  tutmayıb.  Sonradan  İsa-
qulov əsirləri İrəvana göndərib [6, s.20]. Həmin vaxtdan əsirlərin taleyi 
naməlum olaraq qalır. 
Qloballaşma və demokratikləşmə dövründə, insan hüquq və azad-
lıqlarının  bərqərar  olması  istiqamətində  davamlı  olaraq  ciddi  işlər 
aparıldığı  bir  zamanda  erməni    terrorçuları  öz  çirkin  əməllərindən  əl 
çəkmədilər.  Xocalı  soyqırımını  həyata  keçirməklə  erməni  cəlladları 
törətdikləri qanlı cinayətlərə görə faşist qəsbkarlarından geri qalmadıq-
larını, hətta onları üstələdiklərini bir daha sübut etdilər. Xocalı faciəsini 
törədən zaman terrorçu Ermənistan dövləti və onun silahlı birləşmələri, 
o cümlədən qeyri-nizami quldur-terrorçu dəstələri heç bir beynəlxalq 
hüquqla hesablaşmayıb. Özlərinin siyasi havadarları, regionda geosiya-
si maraqları olan böyük dövlətlər və onların ikili standartlar siyasəti ilə 
himayə olunan erməni terrorçuları 12 avqust 1949-cu il tarixli Cenevrə 
Konvensiyaları və 1977-ci ildə onlara əlavə olunmuş Protokollar, habelə 
BMT Baş Məclisinin qəddar əməlləri qəti qadağan edən 1946-cı il tarix-
li 97 saylı “Genosid cinayəti” haqqında qətnaməsinə zidd olaraq işğal 
etdikləri Xocalıda misli görünməmiş vəhşilik və qəddarlıqlar törədiblər .
Əli yüzlərlə azərbaycanlının qanına batmış, girov götürdükləri dinc 
əhaliyə,  xocalılara  divan  tutduqlarına  görə  Xocalı  “qəhrəmanları”  Ro-
bert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri sonradan 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
98 
iğalçı dövlətləri tərəfindən “layiqincə mükafatlandırılıblar”. Belə ki, girov 
götürdükləri Xocalı sakinlərinə qarşı işgəncə verməkdə xüsusi qəddarlıq 
nümayiş  etdirmiş  Robert Köçəryan sonradan Ermənistanın prezidenti 
(1998-2008) təyin edildi. Xocalıda əliyalın, köməksiz mülki əhaliyə, az-
yaşlı uşaqlara, qadınlara qarşı törətdiyi vəhşiliklərlə öyünən Serj Sarkis-
yan 2008-ci ildən bu günə kimi Ermənistan Respublikasının prezidenti, 
Seyran Ohanyan isə müdafiə naziridir. 
Müharibə  zamanı  mülki  əhalinin  qorunması  haqqında  12  avqust 
1949-cu  il  tarixli  Cenevrə  Konvensiyasının  II  bölməsinin  17  və  18-ci  
maddələrinə  görə,  yaralılar,  xəstələr,  habelə  hamilə  qadınlar  xüsusi 
himayə və müdafiə olunmalıdırlar [5, s.174]. Xocalı faciəsi zamanı ana 
olmağa hazırlaşan Ələkbərova Səidə Qurban qızı həyat yoldaşı Kərimov 
Firuz Samuran oğlu ilə birlikdə girov götürülüb. Səidənin gözləri qar-
şısında həyat yoldaşını dəhşətli işgəncələrlə öldürüb, ona qarşı psoxo-
loji təzyiq göstəriblər.  Nəticədə onun hələ dünyaya gəlməmiş körpəsi 
erməni girovluğunda tələf olub. Sonradan azad edilən Ələkbərova ha-
zırda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Qızıl 
Qum” sanatoriyasında məskunlaşıb. 
Adı çəkilən konvensiyanın II bölməsinin 14-cü maddəsinə [5,s.173] 
əməl etməyən erməni vandalları Səfərova (Səlimova) Şəhla Bahadur qı-
zını həyat yoldaşı Səfərov Kamal və 5 azyaşlı övladı ilə birlikdə girov 
götürüblər. Ermənilər Şəhlanın gözləri qarşısında atasını və 3 qardaşını 
qəddarlıqla qətlə yetirib, həyat yoldaşına amansız işgəncələr veriblər. 
Girovluqda  qarşılaşdığı  mənəvi-psixoloji  işgəncələr  nəticəsində  azad 
edildikdən  az  sonra  Şəhla  vəfat  edib.  Həyat  yoldaşı  Kamal  isə  ruhi 
xəstəliyə  düçar  olub.  Hazırda    Bakı  şəhəri,  Sabunçu  rayonu,  Pirşağı 
qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında məskunlaşan ailənin 
5 övladı əzab-əziyyət içində böyüyüb. 
Xocalı sakini, 1959-cu il təvəllüdlü Əzizov Mehman Qüdrət oğlu atası 
Əzizov Qüdrət və qardaşı Əzizov Ariflə birlikdə girov götürülüb. Müəyyən 
vaxtdan sonra atası və qardaşı qaytarılsa da, Mehmanın taleyi məlum 
olmayıb. Sonradan əldə olunan məlumata görə, Mehman Əzizov Xocalı 
işğal olunan zaman 1992-ci ilin fevral ayında girov götürülərək separat-
çı rejimin silahlı  birləşmələrində xidmət edən yüksək rütbəli Neso adlı 
zabitin evində saxlanılmışdır. Erməni faşistləri müharibə zamanı mülki 
əhalinin qorunması haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Kon-
vensiyasının III bölməsinin I hissəsinin 32-ci  maddəsinə [5, s.182] qar-
şı çıxaraq Mehmanın dilini və cinsiyyət orqanını kəsmiş, sağ böyrəyini 
çıxarmış,  üzünə  və  sağ  çiyninə  dağ  basmışlar.  Bütün  bu  işgəncələrə 
dözməyən Mehman ruhi xəstəliyə düçar olmuşdur. Azərbaycan tərəfə  
bu məlumatı  Dağlıq Qarabağ sakini, milliyyətcə erməni olan, vaxtilə 
Xocalıda  polis  sahə  müvəkkili  işləmiş  Tonyan  Valerik  Mixayloviç  ver-
mişdir. O, müəyyən məbləğdə pul müqabilində Əzizov Mehmanı təhvil 
verəcəyini də vəd etmişdi. Hətta onun girovluqda çəkilmiş şəkillərini də 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin