Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

111
Sevastopol limanına veriləcəyi ehtimalı güc-
lüdür.  Rusiyanın  Fransadan  alacağı  2  ədəd 
“Mistral” helikopter daşıyıcısından da birinin 
Qara  Dəniz  Hərbi  Donanmasına  veriləcəyi 
haqqında  bəzi  ehtimallar  irəli  sürülürdü. 
Rusiyanın  Qara  dəniz  höfzəsində  hərbi  işti-
rakını gücləndirməsinə baxmayaraq, burada 
o güclü rəqiblərlə qarşılaşır. Belə ki, Türkiyə 
Hərbi  Donanması  Qara  dənizdə  ən  böyük 
donanmalardan  biri  sayılır  və  son  illər  ABŞ 
HDQ-ə  məxsus  gəmilərin  buraya  səfərləri 
intensivləşir. Digər tərəfdən Rumıniyada son 
illər NATO-nun dəstəyi ilə öz HDQ-ni inkişaf 
etdirir.    
Rusiya  Xəzərdə  özünü  daha  rahat  hiss 
edir. Burada onun hərbi donanması ən güclü 
sayılır və onunla gələcəkdə rəqabət ehtima-
lı daha çox olan İran ilə bir çox məsələlərdə 
razılaşması daha asandır. Buna baxmayaraq, 
Rusiya son illər Xəzərdə hərbi donanmasını gücləndirir. Rusiyanı Xəzərdə nara-
hat edən əsas məqam burada digər qlobal güclərin iştirakı imkanlarıdır. Xəzərin 
statusu məsələsində də Rusiya təbii ehtiyatlardan istifadədə konsensus varian-
tına üstünlük verir ki,  bu da onun iqtisadi maraqları ilə yanaşı, dolayısı yolla 
digər güclərin iştirakını nəzarətə götürmək cəhdlərindən irəli gəlir. 2014-cü ilin 
sentyabrın 29-da keçirilən Xəzərətrafı dövlətlərin 4-cü sammitində yadda qalan 
əsas məsələ qeyri-region güclərinin hərbi dəniz qüvvələrinin Xəzər akvatoriyası-
na buraxılmaması haqqında ümumi bəyanat oldu. 
Regionda təhlkəsizlik baxımından Rusiyanın əsas təsir obyekti kimi çıxış edən 
bir  faktorun  da  nəzərdən  keçirilməsi  vacibdir.  Bu  da  Rusiya–Ermənistan  hərbi 
əlaqələridir.  Ermənistan  müstəqillik  əldə  etdikdən  sonra  Rusiyadan  tam  asılı 
vəziyyətdədir və regionda onun maraqlarının ifadəçisi kimi çıxış edir. Ermənistanın 
siyasi, iqtisadi və hərbi sahələri Rusiyanın nəzarətindədir. Bu iki dövlət arasın-
da hərbi əlaqələr yüksək səviyyədədir. Hazırda Ermənistan bu regionda yeganə 
dövlətdir ki, onun ərazisində Rusiyanın rəsmi hərbi bazası var. Hərbi əməkdaşlıq 
Ukrayna böhranından sonra daha da fəallaşmışdır. 2014-cü il iyunun 25-də Ru-
siya Federasiya Şurası tərəfindən iki dövlət arasında imzalanmış “Hərbi-texniki 
əməkdaşlıq haqqında” müqavilə ratifikasiya edildi [5],  iyunun 28-də isə Rusi-
ya prezidenti tərəfindən təsdiq olundu. Müqaviləyə əsasən, iki dövlət arasında 
hərbi  məhsulların  dövriyyəsi  müvəkkil  edilmiş  təşkilatlar  tərəfindən  lisenziya-
sız  həyata  keçiriləcək.  Halbuki  Rusiyanın  Federal  Qanununun  5-ci  maddəsinə 
əsasən, xarici ölkə müəssisələri ilə hərbi məhsulların dövriyyəsi lisenziyalaşdırma 
əsasında  həyata  keçirilməlidir.  Ermənistana  münasibətdə  lisenziyalaşdırmanın 
Regionda təhlkəsizlik 
baxımından Rusiyanın əsas 
təsir obyekti kimi çıxış edən 
bir faktorun da nəzərdən 
keçirilməsi vacibdir. Bu da 
Rusiya–Ermənistan hərbi 
əlaqələridir. Ermənistan 
müstəqillik əldə etdikdən 
sonra Rusiyadan tam asılı 
vəziyyətdədir və regionda 
onun maraqlarının 
ifadəçisi kimi çıxış edir. 
Ermənistanın siyasi, iqtisadi 
və hərbi sahələri Rusiyanın 
nəzarətindədir. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
112 
aradan qaldırılması Rusiya ilə bu ölkə arasında hərbi məhsulların ixrac və idxalını 
daha da sadələşdirir [6].
İki ölkə arasında hərbi əməkdaşlıq uzun tarixə malikdir. 1996-cı ildə imza-
lanmış  müqaviləyə  əsasən,  Ermənistanın  Gümrü  şəhərində  Rusiyanın  102-ci 
hərbi bazası yaradıldı, 2010-cu ildə imzalanmış müqaviləyə əsasən isə bu ba-
zanın mövcudluğu 2044-cü ilə qədər uzadıldı və yaxın dövrdə Rusiyaya məxsus 
bazanın  yerləşdirmə  məntəqələrinin  sayı  21-ə  çatdırılacaq.  2014-cü  ildən  iki 
dövlət arasında MDB-nin hava hücumundan müdafiə sistemlərinin Qafqaz sek-
torunun formalaşması istiqamətində iş gedir. Artıq 102 saylı hərbi bazanın mü-
vafiq hissələri Ermənistan ordusunun HHQ və HHM hissələri ilə birlikdə döyüş 
növbəsini həyata keçirirlər. Gorus yaxınlığında müasir havadan və raketlərdən 
müdafiə sistemləri yerləşdirilmişdir. 2014-ci ildə dərc edilmiş Rusiyanın adi si-
lahlanma  üzrə  rəsmi  hesabatında  göstərilir  ki,  2013-cü  ildə  Ermənistana  35 
tank (ehtimal ki  Т-72БМ), 110 zirehli döyüş maşını (ehtimal ki BMP-2, ya BTR-
80  və  ya  QAZ-2975  «Тигр»  zirehli  avtomobilləri),  50  buraxıcı  qurğu  və  onlar 
üçün 200 ədəd raket (ehtimal ki tanka qarşı (ПТРК) 9К135 «Корнет-ЭМ» raket 
kompleksləri) verilmişdir [7].
2014-cü ildə müştərək hərbi təlimlərin sayı artmışdır. İyul ayında Ermənistanın 
“Kamxud” və “Alagöz” poliqonlarında, Rusiyanın Cənub Hərbi Dairəsinin şəxsi 
heyətinin 70%-nin qatıldığı, minaların tapılması və zərərsizləşdirilməsi üzrə xü-
susi təlimlər keçirilmişdir. Təlimlərdə pilotsuz təyyarələrdən də istifadə olun-
muşdur. 
Rusiya  tərəfindən  Ermənistanın  Hərbi  Sənaye  Kompleksinin  inkişafına  bö-
yük maraq göstərilir. 2013-cü ilin oktyabrında “КамАЗ-Армения” yaradılmışdır. 
“Ульяновский автозавод” və  “Вертолеты России” ilə də hərbi avtomobillərin 
və helikopterlərin yığılması və təmirini həyata keçirəcək müştərək müəssisələrin 
yaradılması nəzərdə tutulur. Sevan şəhəri yaxınlığında Rusiya-Ermənistan dövlət 
rezervi infrastrukturunun (“Армросгосрезерв”) yaradılması planlaşdırılır. 
Ukraynanın  son  zamanlar  Rusiya  ilə  hərbi-texniki  sahədə  əməkdaşlıqdan 
imtina  etməsi  Ermənistan  üçün  əlverişli  şərait  yaradır.  Xüsusilə  Ermənistanın 
yüksək texnologiyalar sənayesi sahəsində ixtisaslaşmış “Mars” və “Yerevan riyazi 
maşınlar” elmi-tədqiqat institutu bu sahədə Rusiyanı maraqlandıra bilər [8]. Bu 
müəssisələr müəyyən yenilənmədən sonra Rusiyanın hərbi, daha dəqiq desək, 
maşınqayırma sahəsində Ukraynada itirdiyi imkanları müəyyən mənada ödəyə 
bilər.
5. ABŞ və Avropa İttifaqı 
ABŞ  bu  regionda  əsas  məsələlərdə  Avropa  İttifaqı  ilə  sıx  əməkdaşlıq 
şəraitində  hərəkət  edir.  Hər  iki  qlobal  gücün  regionda  başlıca  məqsədi  ener-
ji ehtiyatlarına çıxış əldə edilməsi və onların etibarlı ərazilərlə nəqlidir. Bundan 
başqa, regionun strateji cəhətdən olduqca əlverişli coğrafi məkanda yerləşməsi 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
113
də az əhəmiyyət daşımır. ABŞ və Avropa İt-
tifaqı  regiondakı  postsovet  respublikalarını 
tədricən Rusiyanın təsir dairəsindən tam çıx-
ması məqsədi ilə müxtəlif siyasi (Aİ-nin Şərqə 
doğru genişlənməsi - Şərq tərəfdaşlığı, Asso-
siativ üzvlük, “Qara Dəniz Sinergiyası”), iqti-
sadi (Rusiyanın təsir dairəsindən kənar neft 
və  qaz  istehsalı  konsersumları  və  kəmərlər) 
və  hərbi  (NATO-nun  genişlənmə  cəhdləri) 
layihələr    təqdim  edir,  regional  dövlətlərin 
yaratdığı  siyasi  birlikləri  (GUAM,  QDİƏT) 
dəstəkləyir.  Təhlükəsizlik  məsələlərində 
ABŞ  müstəqillik  qazanmış  respublika-
ların  hərbi  kadr  potensialının  artırılması 
məqsədi  ilə  onlara  müxtəlif  texniki  yardım-
lar göstərir. Bu işdə ABŞ Türkiyə və Rumıniya 
ilə  əməkdaşlıq  şəraitində  fəaliyyət  göstərir. 
ABŞ  Hərbi  Dəniz  Qüvvələrinə  aid  gəmilərin 
Qara  dənizdə  üzməsi  intensivləşir.  Mon-tre 
razılaşmasına  əsasən,  Qara  dənizdə  qeyri-
hövzə  dövlətlərinə  məxsus  hərbi  gəmilərin 
müddətlə  olması  zərurətinə  baxmayaraq, 
xüsusilə regionda konflikt vəziyyətləri yaran-
dıqda ABŞ-a məxsus hərbi gəmilər bu sulara 
daxil olur. Bu hal 2014-cü ildə Ukrayna böh-
ranı zamanı müşahidə olundu. ABŞ Xəzər hövzəsi dövlətlərində də HDQ-lərin 
gücləndirilməsi məqsədi ilə müəyyən texniki yardımlar göstərmişdir. 
2002-ci  ildə  Prezident  Corc  Buş  tərəfindən  təqdim  olunan  strategiyaya 
əsasən, Qara dəniz və Xəzər regionu ABŞ üçün həyati əhəmiyyət kəsb edən  re-
gion elan edildi.  Burada regionun təkcə enerji ehtiyatları deyil, həm də Pakistan, 
Hindistan və Cənub-Şərqi Asiyanın inkişafda olan bazarlarına doğru yolda əsas 
məntəqə kimi strateji əhəmiyyəti göstərilirdi [9].
6. Türkiyə 
Regionda Rusiyadan sonra tarixi uzun illəri əhatə edən siyasi, hərbi və iq-
tisadi əlaqələrə malik ölkə kimi Türkiyə bir tərəfdən burada əksər dövlətləri 
öz  hakimiyyəti  altında  birləşdirmiş  Osmanlı  imperiyasının  varisi  kimi,  digər 
tərəfdən NATO-nun fəal üzvü, ABŞ və Aİ-nin regionda reallaşdırdığı yanacaq 
ehtiyatlarının istehsalı və onların nəqli layihələrində əsas tərfdaş kimi çıxış edir. 
Türkiyə  aralarında  müəyyən  problemlərin  mövcudluğuna,  regional  rəqabət 
reallıqlarına  baxmayaraq,  Rusiya  ilə  də  geniş  iqtisadi  əlaqələrə  malikdir. 
Türkiyə təhlükəsizlik 
baxımından Qara dəniz 
hövzəsindəki hərbi 
mövcudluğunu inkişaf 
etdirir. Regionda hərbi 
potensialına görə ikinci 
dövlət sayılan Türkiyə Qara 
dəniz bölgəsində üç səhra 
qoşununa, iki aviasiya 
komandanlığına, Hərbi 
Dəniz Qüvvələrinin (HDQ) 
“Şimal” operativ qrupuna 
(bura müxtəlif təfsilatlı 40 
hərbi gəmi daxildir) malikdir. 
Rusiyanın Abxaziya və Cənubi 
Osetiyada hərbi cəhətdən 
genişlənməsinə cavab 
olaraq Türkiyə Qara dənizin 
cənub sahillərində HDQ-
lərinə məxsus bölmələrini 
gücləndirməyi planlaşdırır. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
114 
Türkiyənin regionda başlıca maraqları regional güc kimi nüfuzunu saxlamaq, 
Xəzər  hövzəsində  hasil  olunan  təbii  yanacağın  onun  ərazisindən  keçməklə 
nəqlində əsas olan mövqelərini qorumaq və inkişaf etdirməkdir. Asiya və Av-
ropanı birləşdirəcək nəqliyyat layihələrinə də (TRASEKA) Türkiyə böyük maraq 
göstərir. Türkiyə təhlükəsizlik baxımından Qara dəniz hövzəsindəki hərbi möv-
cudluğunu inkişaf etdirir. Regionda hərbi potensialına görə ikinci dövlət sayı-
lan Türkiyə Qara dəniz bölgəsində üç səhra qoşununa, iki aviasiya komandanlı-
ğına, Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Şimal” operativ qrupuna (bura müxtəlif 
təfsilatlı 40 hərbi gəmi daxildir) malikdir. Rusiyanın Abxaziya və Cənubi Oseti-
yada hərbi cəhətdən genişlənməsinə cavab olaraq Türkiyə Qara dənizin cənub 
sahillərində  HDQ-lərinə  məxsus  bölmələrini  gücləndirməyi  planlaşdırır  [10; 
11]. Hərbi gücün inkişaf etdirilməsi ilə yanaşı, Türkiyə ötən əsrin 90-cı illərindən 
bir  sıra    regional  əməkdaşlıq  təşkilatlarının  əsas  təşəbbüsçüsü  kimi  də  çıxış 
edir (BSEC, Blackseafor, Black Sea Harmony). Cənubi Qafqazda Azərbaycan və 
Gürcüstanla  sıx  əlaqələrə  malik  Türkiyə  bu  iki  dövlət  arasında  əməkdaşlığın 
inkişafını stimullaşdırır. Son zamanlar rusiyalı ekspertlər Abxaziyada Türkiyənin 
iqtisadi nüfuzunun güclənməsini narahatlıqla qeyd edirlər. 
Bölgədəki maraqlarının daha çox ABŞ və Aİ ilə yaxınlığını, NATO ilə geniş in-
teqrasiyasını, regional rəqabəti nəzərə aldıqda yaxın illərdə regionda Türkiyə və 
Rusiya arasında rəqabət potensialının yüksək olacağını söyləmək mümkündür. 
7. Rumıniya     
NATO və Aİ-nin üzvü, ABŞ ilə beynəlxalq təhlükəsizlik sahəsində sıx əlaqələrə 
malik Rumıniya regionda mövcud olan problemlərin aradan qaldırılmasında fəal 
rol  oynayır,  NATO  və  Aİ-nin  Şərqə  doğru  genişlənməsi  və  bu  təşkilatlara  üzv 
olmaq istəyən dövlətlərin dəstəklənməsinin tərəfdarı kimi çıxış edir. Rumıniya-
nın  milli  və  regional  təhlükəsizlik  sahəsində  başlıca  məqsədləri  sırasında  ABŞ 
ilə mövcud olan strateji tərəfdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi, 
regional və subregional layihələrin inkişafı xüsusi yer tutur. Rumıniya Qara dəniz 
regionu, NATO və Aİ arasında körpü rolunda  çıxış etməyi xarici siyasətinin əsas 
məqsədlərindən biri kimi görür. Bu dövlət bir sıra regional konfliktlərin (Dnes-
tryanı və Balkanlarda) həllində vasitəçi kimi çıxış edir. 
Rumıniya hərbi potensialını gücləndirmək məqsədi ilə son illər ABŞ və NATO 
ilə sıx əməkdaşlıq edir. Hazırda çoxməqsədli F-16 təyyarələrinin və digər hərbi 
nəqliyyat vasitələrinin  alınması həyata keçirilir. ABŞ-ın “Lockheed Martin” şirkəti 
ilə birlikdə NATO-nun Rumıniya seqmentinin təminatı üçün çoxməqsədli mobil 
RLS-lərin (AN/TPS-79) istehsalı reallaşdırılıb [12]. 2005-ci ildə imzalanmış sazişə 
əsasən,  Rumıniya  ərazisində  ABŞ-a  məxsus  4  hərbi  baza  yerləşdirilib.  Hərbi 
ekspertlərin  qiymətləndirməsinə  əsasən,  bu  bazalar  vasitəsilə  ABŞ  HHQ-nə 
məxsus təyyarələr yanacaq doldurmaq üçün eniş etmədən birbaşa Yaxın Şərq 
və  Mərkəzi  Asiyaya  uçuşlar  həyata  keçirə  biləcəklər  [13].  Rumıniya  Avropada 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
115
ABŞ-ın irəli sürdüyü raketdən müdafiə sistemlərinin genişləndirilməsi sahəsində 
əsas tərəfdaşlardan biri kimi çıxış edir. Rəsmi Buxarest NATO-nun asimmetrik 
təhlükələrə qarşı həm alyans ölkələrinin sərhədləri daxilində, həm də bu hərbi 
blokun coğrafi ərazilərindən kənarda əməliyyatlar aparmaq üçün mümkün im-
kanların mövcudluğunu dəstəkləyir. Rumıniya belə imkanların digər beynəlxalq 
təşkilatların (məsələn, BMT-nin) mövcud konfliktləri nizamlaması zamanı həyata 
keçirdiyi əməliyyatlar zamanı aktiv istifadə oluna bilinəcəyini irəli sürür. 
Yaxın  illərdə  də  Rumıniyanın  regionda  ABŞ,  NATO  və  Aİ-nin  maraqlarının 
genişləndirməsində əsas vasitəçilərdən biri kimi çıxış edəcəyini söyləmək müm-
kündür. 
8. Çin Xalq Respublikası - regionda yeni güc?
Son  illər  Çinin  Qara  dəniz  regionuna  marağı  artmaqdadır.  Çin  bu  regiona 
superlayihə adlandırdığı “İpək Yolunun iqtisadi kəməri” strategiyasının tərkibində 
əsas faktorlardan biri kimi baxır. Çinin təqdim etdiyi layihənin Avropa İttifaqı-
nın və Rusiyanın təklif etdiyi regional layihələrdən başlıca fərqi onun sırf iqtisa-
di əməkdaşlıq kontekstində olması, dövlətlərin daxili siyasətlərinə qarışmamaq 
xəttidir. “İpək Yolunun iqtisadi kəməri” strategiyası Çin, Mərkəzi Asiya, Şərqi və 
Qərbi Avropa ölkələrini və onlara yaxın regionları əhatə edir. ABŞ, Avropa İttifaqı 
və Rusiya göstərilən regionlarda bəzən hətta hərbi münaqişələrlə müşayiət olu-
nan rəqabətdə olduqları zaman, Çin cəlbedici 
iqtisadi  təkliflərlə,  sərmayələrlə  həmin  regi-
onların bazarlarına daxil olur. “İpək Yolunun 
iqtisadi  kəməri”  layihəsinə  paralel  reallaşan 
“Su İpək Yolu” çərçivəsində Çin Cənub-Şərqi 
Avropada  portların  tikilməsini  və  alınma-
sını  nəzərdə  tutur  ki,  bu  da  onun  Avrasiya 
məkanının  iqtisadi  nəzarətə  götürülməsi 
niyyətlərindən xəbər verir. 
Ukrayna  böhranından  əvvəl  Çin  Krım 
adasını  “Su  İpək  Yolu”  layihəsi  çərçivəsində 
nəzərdən keçirir, Sevastopol yaxınlığında iq-
tisadi  və  texnoloji  inkişaf  zonasının  yaradıl-
masını nəzərdə tuturdu. Çini Krımda əsasən 
dərin  sulara  malik  portun  inşası  maraqlan-
dırır  [14].  Hətta  Ukrayna  böhranından  son-
ra,  2014-ci  ilin  avqust  ayında  adaya  Çinin 
işgüzar  nümayəndə  heyətinin  səfər  etdiyi 
bildirilirdi [15]. Çin Krımda iqtisadi layihələrin 
gerçəkləşdirilməsinə  2013-cü  ildən  başla-
yıb (Çin və Ukrayna arasında Krımda portun 
ABŞ, Avropa İttifaqı və Rusiya 
göstərilən regionlarda bəzən 
hətta hərbi münaqişələrlə 
müşayiət olunan rəqabətdə 
olduqları zaman, Çin 
cəlbedici iqtisadi təkliflərlə, 
sərmayələrlə həmin 
regionların bazarlarına daxil 
olur. “İpək Yolunun iqtisadi 
kəməri” layihəsinə paralel 
reallaşan “Su İpək Yolu” 
çərçivəsində Çin Cənub-Şərqi 
Avropada portların tikilməsini 
və alınmasını nəzərdə tutur 
ki, bu da onun Avrasiya 
məkanının iqtisadi nəzarətə 
götürülməsi niyyətlərindən 
xəbər verir. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
116 
inşası, hərbi-texniki və kənd təsərrüfatı sahələrində sərmayələrin yatırılması ilə 
bağlı müqavilə də imzalanmışdı) və hazırda da bu regionda iqtisadi layihələrdə 
maraqlı olduğunu bildirir [16]. 
Çin Böyük İpək Yolu nəqliyyat layihəsinin aktivləşməsi istiqamətində də fəal iş 
aparır. Bu yolun xətlərindən birinin Cənubi Qafqaz dövlətlərinin (Azərbaycan və 
Gürcüstan) ərazisindən keçməsi artıq razılaşdırılmışdır. 
Çin  Aİ  (xüsusilə  Şərqi  Avropa)  ölkələrində  də    böyük  investisya  layihələri 
həyata keçirir. 
Beləliklə,  Çin  layihəsinin  uğurla  gerçəkləşəcəyi  təqdirdə  regionda  mövcud 
olan qlobal güclərin hesablaşma məcburiyyətində qalacaqları yeni güc əmələ 
gələcəkdir. Belə olduqda yaxın gələcəkdə Qara dəniz regionunda ABŞ, Aİ, Ru-
siya və Türkiyə ilə yanaşı Çinin də geosiyasi  maraqlarının təmsil olunması baş 
verəcəkdir. 
Nəticə 
Hazırda Qara dəniz və onunla sıx bağlı olan Xəzər regionu qlobal və regional 
güclərin çox zaman ziddiyyətli olan maraqlarının toqquşma meydanına çevril-
mişdir. Son illərdə bu regiona maraq daha da artır və göstərilən ərazilər həm re-
gion güclərinin (Rusiya, Türkiyə, Rumıniya, İran), həm də qlobal güc mərkəzlərinin 
(ABŞ,  Aİ,  NATO,  Çin)  maraqlarının  kəsişmə  nöqtəsinə  çevrilir.  Bunun  başlıca 
səbəbi isə regiondan Qərb dövlətlərini karbohidrogen ehtiyatları ilə zəngin olan 
Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən əhəmiyyətli nəqliyyat xətlərinin 
keçməsidir. Eyni zamanda Qara dəniz və ətraf regionlarda mövcud olan böyük 
təbii qaz və şist qazı yataqları regiona olan, çox zaman bir-biri ilə ziddiyyət təşkil 
edən maraqları daha da artırır. Bu ərazilərdə nəzarəti ələ almaq Avrasiyanın indiki  
və gələcək geosiyasi mənzərəsini müəyyənləşdirəcəkdir. Məhz buna görə dün-
yada mövcud olan qlobal güclərin maraqları göstərilən regionda cəmlənmişdir. 
Regionun iqtisadi resurslarından istifadədə  başlıca müneə kimi mövcud və eh-
timal edilən münaqişə ocaqları çıxış edir. Həmin münaqişələrin istənilən zaman 
bu və ya digər güclərin maraqları çərçivəsində aktivləşmə ehtimalı kifayət qədər 
yüksəkdir. Bununla yanaşı, mövcud regional əməkdaşlıq təşkilatlarının heç biri 
baş vermiş və verə biləcək konfliktəri tam aradan qaldırmaq imkanı və gücündə  
deyil. Bu hal Ukrayna böhranı zamanı ozünü bir daha göstərdi. 
Öz  maraqlarını  reallaşdırmaq  üçün  Rusiya,  ABŞ,  Aİ  və  NATO  region 
dövlətlərinə təsir etməyə daimi cəhd göstərirlər. Hər bir tərəf region dövlətlərini 
öz təsir dairələrinə daxil etmək üçün fəaliyyət həyata keçirir. Aİ və NATO-nun re-
gionda genişlənmək cəhdlərinə Rusiya öz keçmiş nüfuzunu bərpa etmək və re-
gion dövlətlərini özünə məxsus siyasi, iqtisadi və hərbi ittifaqlarda birləşdirmək 
cəhdləri ilə cavab verir.  
Regionun təhlükəsizliyi üçün başlıca problemlər kimi aktiv və passiv şəkildə 
mövcud olan münaqişə ocaqları, separatçı təsisatlar (Dağlıq Qarabağ, Cənubi 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
117
Osetiya, Abxaziya, Cənub-Şərqi Ukrayna, Dnestryanı və Şimali Qafqazdakı ra-
dikal islamçı qurumlar) çıxış edir. Bu regional konflikt ocaqları Qara dəniz re-
gionunda dövlətlərarası münasibətlərin inkişaf səviyyəsini müəyyən edən əsas 
amillərdəndir. Regional konfliktlər dövlətlərarası münasibətlərə birbaşa təsir edir 
ki, bu da ümumilikdə regional əlaqələrin güclənməsinə mənfi təsir göstərir. Mü-
asir dövrdə iqtisadi və siyasi reallıqlar regionda təhlükəsizliyi təmin edə biləcək 
qlobal güclərin yeni əməkdaşlıq formasını diqtə edir. Belə ki, yaxın gələcəkdə 
Rusiya, ABŞ, Aİ və NATO ayrılıqda Qara dəniz regionunda təhlükəsizliyin vahid 
qarantı kimi çıxış edə bilməyəcək və nəticədə  regionun siyasi və iqtisadi stabil-
liyinin təminatı qlobal güclərin regiona olan maraqlarının razılaşdırılmasından 
asılı olacaqdır.
       
İstifadə edilmiş ədəbiyyat:
1.   Зона особых интересов России, Анна Глазова, Национальная Оборона, http://
www.oborona.ru/includes/periodics/geopolitics/2012/1106/13439485/detail.
shtml 
2.    “The Weakest Link? Hedging Energy Security Challenges and Opportunities within 
the Eastern Neighborhood, the Mediterranean and the Black Sea/Caspian Region” 
by Slawomir Raszewski, Neighbourhood Policy Paper, no.07,  Feb 2013. 
3.  Ukrainian port is key to Russia’s naval power, By Kathrin Hille, Financial Times, 
February  27,  2014,  http://www.ft.com/intl/cms/s/0/1f749b24-9f8c-11e3-b6c7-
00144feab7de.html#axzz3SBCZ3hXH
4.    “Back in the Black”, Lee Willett, IHS Jane’s Navy International, June 2014.
5.   Совет  федерации  РФ  ратифицировал  договор  о  военно-техническом 
сотрудничестве между Россией и Арменией, NovostiNK.ru /25-06-2014/  http://
novostink.ru/politics/75262-sovet-federacii-rf-ratificiroval-dogovor-o-voenno-
tehnicheskom-sotrudnichestve-mezhdu-rossiey-i-armeniey.html#ixzz3SBV0CkYE  
6.   Военно-техническое сотрудничество России и Армении набирает обороты, 
Михаил Александров, Ноев Ковчег, № 2 (232) февраль (1-15) 2014 г.,  http://
www.noev-kovcheg.ru/mag/2014-02/4297.html
7.    О развитии военно-технического сотрудничества между Россией и Арменией, 
Андрей  Арешев,  Фонд  Стратегической  Культуры-ЭЛЕКТРОННОЕ  ИЗДАНИЕ 
/25.08.2014/http://www.fondsk.ru/news/2014/08/25/o-razvitii-voenno-
tehnicheskogo-sotrudnichestva-mezhdu-rossiej-i-armeniej-29119.html 
8.   Приглашение к экспорту, golosarmenii.am  /31 июля 2014 г./ golosarmenii.am/
article/24592/priglashenie-k-eksportu
9.  Caspian–Black Sea Security Challenges and the Regional Security Structures Ale-
xander  Goncharenko,    Гончаренко,  Connections  Quarterly  Journal  -  SUMMER 
2004, VOL. III, NO 2, JUNE 2004, Pages:1-8, Partnership for Peace Consortium of 
Defense Academies and Security Studies Institutes, file:///C:/Users/heydar.mirza/
Desktop/pfpc_qj_vol3no2_en.pdf
10.  Черноморский регион во внешнеполитических концепциях Турции: Россия 
и  Турция  на  Черном  море  (чм).  Докладчик:  Александр  Васильев,  Институт 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
118 
востоковедения  РАН,  Московский  Центр  Карнеги  -  Black  Sea  Peacebuilding 
Network российская экспертная группа, доклад № 2010/2,  http://carnegieen-
dowment.org/files/turkey_black_sea_report_rus.pdf
11.   Turkey  Vulnerable  to  Rising  Russian  Power  in  the  Black  Sea,  By  Micha’el  Tanc-
hum, The TurkeyAnalyst, 09APRIL2014, HTTP://WWW.TURKEYANALYST.ORG/PUB-
LICATIONS/TURKEY-ANALYST-ARTICLES/ITEM/101-TURKEY-VULNERABLE-TO-
RISING-RUSSIAN-POWER-IN-THE-BLACK-SEA.HTML  
12.  Romania Awards Lockheed Martin Contract To Provide 17 Radar Systems, Staff  
Writers SyracuseNY(SPX) /Mar12,2008/ http://www.spacewar.com/reports/Roma-
nia_Awards_Lockheed_Martin_Contract_To_Provide_17_Radar_Systems_999.html
13.  Призрак  «Великой  Румынии»,  Сергей  Ермаков,  Аждар  Куртов, 
Национальная  Оборона,  http://www.oborona.ru/includes/periodics/geopoli-
tics/2013/0204/130410140/detail.shtml 
14)  Was Russia’s Crimea Annexation a Move Against China?, by John C. K. Daly, Silk 
Road  Reporters  /May  13,  2014/  http://www.silkroadreporters.com/2014/05/13/
russias-crimea-annexation-move-china/
15.  Геополитическая  трансформация  в  Черноморском  регионе  и  проблемы 
безопасности  в  Восточной  Европе,Владимир  Дергачев,  Доклад  на 
международной конференции «Безопасность в Причерноморском регионе 
в  контексте  современных  геополитических  трансформаций»  (Молдова, 
Кишинёв, 17 – 20 сентября 2014 года), http://dergachev.ru/geop_events/150914.
html#.VObtq_msUjy
16.  Beijing sees no obstacles to developing existing relations between China and Cri-
mea, crimealibre.com  /February18, 2015/  http://crimealibre.com/beijing-sees-
no-obstacles-to-developing-existing-relations-between-china-and-crimea-2/ 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin