XVI əsrdə I Şah İsmayılın
zamanında əsası qoyulan
Səfəvi-Moğol münasibətləri
XVII əsrdə də davam etməkdə
idi. Səfəvilərlə moğollar
arasında zaman-zaman
münaqişə mənbəyinə
çevrilən Qəndəhar vilayəti
I Şah Abbasın hakimiyyəti
dövründə (1587-1629) də
hər iki dövlət arasında
mübahisəli ərazi olaraq
qalırdı.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
182
Əkbər şahın I Şah Abbasa yazdığı bu məktubda o, Səfəvi hökmdarından
məktub aldığı üçün ona öz təşəkkürünü bildirir və etiraf edirdi ki, o, Şah Ab-
basa bu məktubu əvvəl yazmalı idi. Lakin Hindistan daxilində işləri səhmana
salmaqla məşğul olduğuna görə gec məktub yazmaq məcburiyyətində qal-
mışdı. Məktubda Əkbər şah Qəndəharın tutulması səbəblərini geniş şəkildə
izah edir və Qəndəharın tutulmasından sonra da səfəvilərlə dostluq əlaqələrini
saxlamaq arzusunda olduğunu bildirirdi. Əkbər şah məktubda səfəvilərə hər
hansı hərbi kömək göstərilməməsinin səbəbini izah edərək bildirirdi ki, onun
bu addımı bölgədə anlaşılmazlıq yarada bilərdi. Həmçinin Moğol hökmdarı I
Şah Abbasdan Səfəvi dövlətindəki işlər barədə ona daim məlumat verilməsini
xahiş edirdi. Əkbər şah Abdulla xana münasibətini izah edərək yazırdı ki, “sülh
axtarana qarşı müharibə başlamaq olmaz” [7, s.81].
Şəfəvi hökmdarı I Şah Abbas 1007-ci ildə (oktyabr/1598) Əkbər şahın
elçiləri ilə birlikdə Mənuçöhr bəy Eşikağasıbaşının rəhbərliyi ilə Moğol sarayına
növbəti elçi heyəti göndərdi [3, s.431; 9, s.64]. Hatəm bəy Ordubadi tərəfindən
tərtib edilmiş məktubu Əkbər şaha aparan bu elçilik 1598-ci ildə Hindistana
gəldi və Əkbər şah tərəfindən hörmətlə qəbul edildi [7, s.83].
I Şah Abbasın Əkbər şaha göndərdiyi bu məktubda yenə də səfəvilər və
moğollar arasında ənənəvi dostluq münasibətlərindən bəhs olunurdu: “Alla-
ha şükür olsun ki, sələflərimiz tərəfindən əkilən ağaclar zaman keçdikcə böyü-
yür və öz bəhrəsini verir. Bizim dostluğumuzun yeni təzahürü sənin məktubun
oldu. Orada bizə zəruri olan xeyli dəyərli məsləhətlər var idi. Bu məsləhətlər bizə
dövlət və idarə işlərini, dini məsələləri və xalqın həyatını qaydaya salmaqda
kömək etdi” [7, s.125].
I Şah Abbas məktubda daha sonra I Şah Təhmasibin ölümündən sonra
yeridilən siyasət və xarici dövlətlərlə münasibətlər barədə məlumat verir. O,
Şah Məhəmməd Xudabəndə zamanı ölkədə baş alıb gedən anarxiya, Xora-
sanın işğal edilməsi, səfəvilərin qərb sərhədlərində daim gərginliyin olması
barədə də Moğol imperatoruna yazırdı. Daha sonra o, Osmanlı sultanı ilə sülh
bağladığından, Xorasanı geri almaq üçün özbəklərə qarşı müharibə hazırlıq-
larından yazır və bu işdə Əkbər şahdan xeyir-dua almaq istəyini bildirirdi [7,
s.126-127].
Moğol sarayına gələn Səfəvi elçiləri burada böyük hörmət və ehtiram-
la qarşılansa da, bu dəfə də Əkbər şah elçi heyətini 4 il öz sarayında saxla-
dı. Yalnız 1011-ci ilin rəcəb ayında (oktyabr/1603) Moğol hökmdarı öz elçisi
Mirməhəmməd Məsum Bəkri ilə birgə Səfəvi elçilərini geri göndərdi. Onlar I
Şah Abbas İrəvanda osmanlılara qarşı vuruşarkən onun yanına gəldilər.
Əkbər şahın Səfəvi hökmdarına göndərdiyi məktubda deyilirdi: “Bizim ar-
zumuz budur ki, siz biz tərəfi özünüzünkü hesab edəsiniz, tez-tez öz səmimi
məktublarınız və elçilərinizlə bizi sevindirəsiniz. Biz şad olarıq, əgər siz vacib
məsələlərlə bağlı bizə müraciət etsəniz, biz qüvvəmiz daxilində hər şey etməyə
hazırıq...” [15, s.8].
Səfəvi hökmdarı Moğol imperatorunun onun səfirini lazımsız olaraq 4 il
saxladığı üçün moğol elçisinə lazımi səviyyədə ehtiram göstərmədi və yalnız
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
183
1013-cü ilin məhərrəm ayında (iyun/1604) İrəvan qalasının fəthindən sonra
elçiyə qayıtmağa icazə verdi [3, s.431; 9, s.65-66].
Elçi vasitəsilə Əkbər şaha bir məktub göndərdi. Həmçinin Şah Abbasın xa-
lası Zeynəb Bəyim də bu elçi vasitəsılə Əkbər Şahın anası Həmidə Banu Bəyimə
bir məktub göndərdi.
Şah Abbas Əkbər şaha 1604-cü ildə yazdığı bu məktubda Hind və Səfəvi
əlaqəsinin dostcasına olmasının lazımlılığını ifadə edərək, Sultan Süleyman
Qanuninin oğlu Şahzadə Bayazidin Səfəvi dövlətinə sığınma hadisəsini, ba-
bası Şah Təhmasibin ölümündən sonra Səfəvi dövlətində qarışıqlıq çıxdığını
və bundan istifadə etmək istəyən Osmanlı dövlətinin Azərbaycan ilə Şirvanı
öz torpaqlarına qatdığını ifadə etmişdir. Bu məktubda Şah bu hadisəni belə
ifadə edirdi: “Anadolu sultanları ucalar ucası Şah babam [Təhmasib] ilə sülh
və andlaşma şərtlərini möhkəm bir iman üzrə qurmuşdular. Cənnət məkanlı
bu qulların ölümündən sonra Qızılbaş tayfaları arasındakı ixtilafları bəhanə
edərək onlar fürsət tapdılar və Azərbaycan ilə Şirvanı almağa yönəldilər”. Ar-
dından sözü Təbrizin fəthinə gətirən Şah Abbas Osmanlı dövləti ilə döyüşdən
başqa çarəsi olmadığını izah etməyə çalışmış və yaşanan hadisələrlə əlaqədar
Əkbər şaha məlumat vermişdir. Şah Abbas bunları məktubunda belə ifadə et-
mişdir: “Biz, Osmanlı dövləti ilə əvvəldən andlaşma etmişdik. Amma onlar bu
əhdi heç sayıb, Nəhavəndə qədər bizim torpağımızı alıb, ələ keçirdikləri yerləri
məhv etdilər. Bu barədə öz sədaqətsizliklərini göstərdilər. Səltənət və hökumət
namusunun paramparça olmasına dözə bilməyib, dərhal bölgəyə ordu sövq
edib, 40 gün içində Təbriz və ətrafını fəth etdik. Beləcə Osmanlı əsgərləri bu
bölgələrdən geri çəkildilər. Bu döyüşdə təxminən 10.000 düşmən süvarisi bizim
qılıncımızla ölmüşdür. Bizim ordumuz Təbriz qalasını 20 gün içində almışdır. Bu
qalanın fəthi nəticəsində təxminən 2000 top, 5000 tüfəng , 100.000 men (83.300
kq) barıt, 10 illik yemək və vəsait əlimizə keçmişdir. Buradan İrəvan, Naxçıvan
və Azərbaycanın digər qalalarına doğru hərəkət etdik. Düşməni buralarda da
məğlub edib, adı çəkilən bölgələri nəzarətimiz altına aldıq. Biz əvvəldən and-
laşma edib, hüdudumuzu müəyyən etmişdik. Gəncə və Şirvanı aldıqdan sonra
artıq yeni hüdud ortaya çıxmışdır. Hal-hazırda isə biz sülhə hazırıq. Artıq daha
çox insanın ölməsini istəmirik... Osmanlıdan bizə aid olan bütün qalaları aldıq.
Hal-hazırda isə onlardan cavab gözləyirik. Barışa hazırıq. Sizə Allahdan güc və
sağlamlıq diləyirik” [16, s.371; 17, s.302-304].
Şah Abbas Əkbər şahın ölümündən sonra onun yerinə taxta keçən oğlu
Cahangirlə də (1605-1627) yaxşı əlaqələr qurmağa səy göstərdi. O, Mo-
ğol hökmdarına səmimi məktublar göndərərək iki dövlət arasında dostluq
münasibətlərinin davam etdirilməsinə çalışırdı. Lakin I Şah Abbasın Qəndəhara
yürüşü iki dövlət arasında münasibətləri gərginləşdirdi.
Şah Abbas 1611-ci ildə Yadigar Əli Sultan Talış adlı elçisi ilə Moğol sarayına
bir başsağlığı məktubu və bir təbrik məktubu göndərmişdi [1, s.229].
Şah Abbas Əkbər şahın vəfatı səbəbilə yazdığı başsağlığı məktubunun baş-
lanğıcında insanın Allah tərəfindən yaradılışı, güc və elm verilməsi haqqında
bəzi məsələləri anladaraq “Biz, şübhəsiz, (hər şeyimizlə) Allaha aidik və Ona
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
184
dönəcəyik” ayəsini xatırlatmışdır. Şah Abbas məktubunda Əkbər Şahın yerinin
cənnət olmasını dilədikdən sonra bu dünyanın insanlar üçün qalıcı bir məkan
olmadığını söyləmiş və öz yerinin də harada olacağına Allahın qərar verəcəyini
yazmışdır. Şah Abbas Nasir Tusi tərəfindən qələmə alınan bu məktubunda
Cahangirə belə yazır: “Mən Hind padşahının vəfatına çox kədərləndim. Amma
o cənnətə getdi və Allahın dəvətini razılıqla qarşıladı. Bu fani dünyanı buraxıb,
baqi dünyaya getdi. amma onun yerinə Allah sevər və Allahı bilən bir kimsə
oturmuşdur. Biz bu kədəri sizin padişahlığınız sayəsində xoşbəxtliyə çevirdik.
Əkbər şahın vəfatından sonra sizin yola daha güclü bir şəkildə davam etmənizi
diləyirik. Üzüntünü bir kənara qoyub, ölkənizi gücləndirmənizi və yaxşı idarə
etmənizi arzu edirik. Bizi də bir qardaş ölkə olaraq bilin. İki ölkənin gün keçdikcə
bir-birinə yaxınlaşmasını Allah-Təaladan arzu edirik” [1, s.230]. Şah Abbas taxta
çıxması səbəbi ilə göndərdiyi ikinci təbrik məktubunda Cahangirə “Gürgan
məqamında oturan, Sahibqıranlıq tacına varis olan” deyə xitab edərək bunla-
rı yazır: “Allahdan, böyük Padişaha [Şah Səlimə] müvəffəqiyyətlər diləyirik. Öz
ölkənizi inkişaf etdirmənizi və irəliyə götürmənizi Allahdan arzu edirik. Taxta çıx-
manızı can bir qəlbdən təbrik edirik... Sarayımızın əhəmiyyətli şəxsiyyətlərindən
və mənim də yaxın bəndələrimdən olan Yadigar Əli Sultanı sizə göndərdim.
Həm təbrik, həm də iki ölkənin bundan sonrakı əlaqələri barəsində bu şəxs
mənim vəkilim olaraq sizin ölkənizdə olacaq” [1, s.231; 17, s.307].
Şah Abbas məktubun sonunda iki ölkə arasında yazışmaların davam etməsi
istəyini təkrar xatırlatmışdır. Bu səbəbdən Şah Səlim də qarşılıq olaraq Şah Ab-
basa sevgi dolu bir məktub göndərmişdir. Bu məktubu iki ildən sonra (1613)
Yadigar Əli Sultan ilə birlikdə Səfəvi sarayına göndərilən moğol elçisi Mirzə
Bərxudar Xan [Xan Aləm] gətirmişdir. Bu məktubda Cahangir yazır: “Həmişə
Səfəvi ölkəsi ilə əlaqələrin yaxşı olmasını diləyirəm. Allahdan dostluğumuzun
daha irəli getməsini arzu edirəm. Mən taxta yeni keçdim və hakimiyyəti ələ al-
dım. Ən əhəmiyyətli işim qonşu ölkələrlə dostluq əlaqəsi qurmaq olacaq. Mənim
sizin xatirinizi nə qədər istədiyimi Allah bilir. İki ölkənin əlaqələri bundan sonra
əbədiyyətə qədər sürəcək” [17, s.308-309].
1614-cü ildə Şah Abbasın Robert Şerli adlı elçisi Moğol sarayına gəlmiş və
Səfəvi hökmdarının məktubunu Cahangirə çatdırımışdır. Burada olduqca yaxşı
qarşılanan Şerli, Cahangirin Şah Abbas üçün göndərdiyi iki fil, səkkiz antilop və
çoxlu sayda hədiyyələrlə birlikdə (may/iyun 1615) geri qayıtmışdır [1, s.232].
1615-ci ildə Şah Abbasın Mustafa bəy adlı elçisi hədiyyələrlə birlikdə Moğol
sarayına gəlmişdir. Bu elçi Şah Abbasın Gürcüstandakı zəfəri haqqında Cahan-
giri məlumatlandırmışdır [20, s.282-283].
Bir neçə ay sonra ölkəsinə dönməsinə icazə verilən, Cahangir tərəfindən
20.000 rupi və bir xələt hədiyyə edilən bu elçiyə Şah Abbasa təqdim edilmək
üçün hədiyyələr ilə bir məktub da verilmişdi. Şah Abbas 1615-ci ildə iranlı ta-
cir Xoca Əbdulkərim Gilani vasitəsilə Cahangirə Yəməndən gəlmə əqiq da-
şından hazırlanmış bir təsbeh, Venesiyadan gətirilmiş bir kasa və bir məktub
göndərmişdir [20, s.310].
Moğol hökmdarı Cahangir 28 oktyabr 1616-cı il tarixində Şah Abbasın elçisi
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
185
Məhəmməd Rza bəyi hüzuruna qəbul etmişdir. Rza bəy gətirdiyi hədiyyələri
(atlar, bəzi qiymətli əşylar və s.) və şahın məktubunu Cahangirə təqdim et-
mişdir. Elçisi vasitəsilə göndərdiyi məktubda Şah Abbas böyük bir səmimiliklə
dostluq və qardaşlıq təmənnalarını təkrarlamışdır. Cahangir də Səfəvi elçisi Rza
bəyə ləl-cəvahiratla bəzədilmiş bir tac, gözəl bir xalat, bir fil və 20.000 rupi
hədiyyə etmişdir [20, s.337].
1617-cı ilin mart ayında ölkəsinə dönməsinə icazə verilən Səfəvi elçisi
Məhəmməd Rza bəy həmin ildə yolda vəfat etmişdir. Elçinin vəfatından son-
ra onun şəxsi əşyaları və Cahangirin Şah Abbasa göndərdiyi hədiyyələr elçilik
heyətinin tərkibində olan Məhəmməd Qasım bəy adlı bir tacirə əmanət edil-
mişdir [9, s.77].
Şah Abbas 1618-ci ildə (Sərab sülhündən sonra - A.M.) elçisi Seyid Həsən
vasitəçiliyi ilə Moğol hökmdarı Cahangirə bir məktub göndərmişdir. 1619-cu
ilin iyul ayında Hindistana çatan Seyid Həsən gətirdiyi qiymətli hədiyyələri və
məktubu Cahangirə təqdim etmişdir. Adı çəkilən məktubda Şah Abbas Ca-
hangiri baş verən hadisələrdən xəbərdar etmiş və osmanlılarla müharibə
istəmədiyini, lakin bəzi fitnəçi valilər üzündən yenə döyüş çıxdığını, ölkəsini və
sərhədlərini müdafiə etmək məcburiyyətində qaldığını, bundan başqa, üsyan-
çıların minlərlə günahsız insanı öldürdüyünü, lakin sonda məğlub edildiklərini
yazmışdır. Məktubda Şah Abbas xüsusilə dostluq və qarşılıqlı əlaqələr qurul-
ması istiqamətindəki səmimi diləklərini təkrarlamışdır [17, s.309-312].
Qeyd olunduğu kimi, XVII əsrdə Azərbaycan Səfəvi imperiyası ilə Böyük
Moğol dövləti arasında diplomatik yazışmalar mütəmadi olaraq davam et-
mişdir. Bu yazışmalardan məlum olur ki, bu dövr Səfəvi-Moğol münasibətləri,
əsasən, dostluq və müttəfiqlik üzərində qurulmuşdur.
2. Azərbaycan Səfəvi imperiyası ilə Osmanlı imperiyası
arasında siyasi münasibətlər
Bu dövrdə Azərbaycan Səfəvi imperiyasının Osmanlı imperiyası ilə də siyasi
münasibətləri davam edirdi. XVI-XVII yüzilliklərdə Səfəvilər dövləti ilə Osmanlı
imperiyası arasında mütəmadi olaraq hərbi-siyasi və diplomatik münasibətlər
mövcud olmuşdur. Bu dövlətlər arasında mövcud olan hərbi qarşıdurmaların
nizamlanmasında diplomatik nümayəndələrin və elçilərin böyük rolu olmuş-
dur.
XVI əsrin II yarısında Osmanlı imperiyasının Azərbaycan Səfəvi dövlətinin
bir hissəsini işğal etməsi Səfəvi-Osmanlı münasibətlərinin inkişafına ciddi
zərbə vurdu. Şah I Abbas hakimiyyətinin ilk dövrlərində ölkə ərazilərini işğal-
dan azad etmək üçün atdığı hərbi-siyasi addımlar lazımi nəticə vermədi. Çünki
dövlətin hərbi-siyasi qüdrətinin zəiflədiyi bir vaxtda iki cəbhədə - osmanlılara
və özbəklərə qarşı eyni vaxtda mübarizə aparmaq olduqca çətin idi. Bu ba-
xımdan Səfəvi dövlətinin hərbi qüdrətini bərpa etmək üçün osmanlılarla sülh
müqaviləsi bağlamaq olduqca vacib idi.
Sülh müqaviləsi bağlamaq üçün 1589-ci ilin sentyabr ayında Səfəvi
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
186
hakimiyyəti Ərdəbil hakimi Mehdiqulu xan Ustaclunun rəhbərliyi ilə İstanbula
bir elçi heyəti göndərdi. Osmanlı hakimiyyətinin tələbi ilə elçi heyəti ilə birlikdə
Həmzə Mirzənin 9 yaşlı oğlu Heydər Mirzə də girov kimi İstanbula göndərildi
[4, s.260-261; 10, s.375; 19, s.39-40].
Şah I Abbas elçi heyəti ilə Fərhat Paşaya Qızılbaş türkcəsində yazılmış bir
məktub da göndərmişdir. Məktubda deyilirdi: “…Bizim razılıq və fərmanımıza
əsasən vəkilimiz Mürşüd Qulu xanı fitnəni aradan qaldırmaq üçün sizin hü-
zurunuza ezam etmiş və qərara gəlmişik ki, aliməqamlı şahzadənin sözü və
əhalinin tələbinə əsasən İslam padişahının (Osmanlı sultanı) hüzuruna yetişsin…
və bu xan şahzadənin (Heydər Mirzə) göndərilməsi haqqında bəzi məsələləri
hüzurunuzda bəyan edəcəkdir. Öz məmləkətinə və Padişahına xidmət etdiyin
və fədakarlıq göstərdiyin kimi bizimlə də dostluq edib, iki məmləkət arasında
ədalətin möhkəmlənməsi üçün səy göstərməlisən ki, etdiyin bu iş dünya durduq-
ca əbədi qalsın….İnşaallah –Təala” [16, s. 52-55].
Səfəvi elçi heyəti Fərhat Paşanın yanına çatdıqdan sonra onunla birlikdə
1590-cı ilin yanvar ayında İstanbula gəldi. Yanvar ayının 24-də Divan-i Hüma-
yunda sülh təklifləri müzakirə olundu [10, s. 379]. Nəhayət, İstanbulda aparılan
danışıqlar nəticəsində 1590-cı il mart ayının 21-də tərəflər arasında 12 illik
Osmanlı-Səfəvi müharibəsinə (1578-1590) son qoyan sülh müqaviləsi bağ-
landı. 4 bənddən ibarət olan bu müqavilənin 2-ci bəndində Osmanlı imperi-
yasına qatılan Səfəvi dövlətinin əraziləri əks olunmuşdu. Bu bənddə deyilirdi:
“H. 98 Nevruzi-firuzi (21 mart 1590) tarixinədək, Qızılbaşların əlindən alınaraq
Osmanlı dövlətinin tabeliyinə keçən bu ərazilər Osmanlı mülkiyyəti sayılmalı-
dır: Təbriz, Qaracadağ və ətrafı, Gəncə, Qarabağ və ətrafı, Şirvan, Gürcüstan,
Nihavənd, Luristan...” [6, s.179; 10, s.379-381; 12, s.195-197]. Göründüyü kimi,
bu müqavilənin şərtlərinə görə, Səfəvi dövlətinin böyük bir hissəsi Osmanlı
imperiyasının tərkibinə daxil edildi.
Səfəvi dövləti ilə Osmanlı dövləti arasında bağlanan İstanbul sülh müqaviləsi
Səfəvi hakimiyyətinin məcburiyyətdən imzaladığı bir müqavilə idi. Çünki
Səfəvi hökmdarı I Şah Abbas üçün dövlətin hərbi və iqtisadi gücünü, mərkəzi
hakimiyyəti möhkəmləndirmək məqsədilə bu müqavilə olduqca vacib idi.
Osmanlı hökmdarı III Mehmet (1595-1603) zamanında da Səfəvi dövləti ilə
Osmanlı imperiyası arasında elçilik mübadiləsi və diplomatik yazışmalar davam
etməkdə idi. Sultan III Mehmetin taxta çıxdığı ərəfədə Səfəvi elçisi Kərəm xan
Osmanlı sarayına göndərilmişdi. Elçinin məqsədi hər iki dövlət arasında diplo-
matik münasibətləri inkişaf etdirmək və şahzadə Heydər Mirzənin vəziyyəti ilə
maraqlanmaq olmuşdur. Eyni zamanda elçi İraqda şiələr üçün müqəddəs he-
sab olunan yerlərdə kasıblara nəzarət olunması üçün bu yerlərə iki nəfər Şəfəvi
nümayəndəsinin təyin olunmasını istəmişdir [12, s.216].
XVII əsrin əvvəllərində (1603-1612) Səfəvi-Osmanlı müharibələrinin yeni
mərhələsinin başlanması siyasi və diplomatik münasibətləri arxa plana ke-
çirdi. 1603-1612-ci illərdə osmanlılara qarşı səfəvilərin həyata keçrdiyi hərbi
əməliyyatlar nəticəsində osmanlıların ələ keçirdiyi əksər Səfəvi torpaqları azad
edildi. Səfəvi dövlətinin bu qələbələrindən sonra Osmanlı hakimiyyəti yenidən
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
187
sülh danışıqlarına başladı.
Bu dövrdə sülh danışıqları aparmaq üçün
Azərbaycan Səfəvi dövlətindən Osmanlı sa-
rayına bir neçə elçilik heyəti göndərilmişdir.
Bu elçilik heyətlərindən biri 1612-ci ilin sen-
tyabr ayında Qazıəskər Qazı xanın rəhbərliyi
ilə İstanbula gələn elçi heyəti olmuşdur. Bu
elçilik heyətinə İsfahan və Qəzvin qazıla-
rı Müizzi İsfahani və Hüseyn Yezdi də daxil
idi. Bu elçilik heyətinin apardığı uğurlu sülh
danışıqları nəticəsində tərəflər arasında II
İstanbul sülh müqaviləsi (20 noyabr/1612)
bağlandı [11, s.166-167].
II İstanbul sülh müqaviləsi üç il qüvvədə
qalsa da, 1615-ci ildə yeni Səfəvi-Osmanlı
müharibəsi başlamışdır. 1618-ci ildə Os-
manlı taxtına çıxmış II Osman (1618-1622)
I Şah Abbasa elçisi Çavuş Həsən ağa vasitəsilə
bir dostluq məktubu göndərmişdir. 1618-ci
ilin may ayında Qəzvində I Şah Abbasın hü-
zuruna gələn Osmanlı elçisi çox soyuq qar-
şılanmış və Səfəvi hökmdarı tərəfindən bu cavabı almışdır: “Məktubun heç bir
faydası yoxdur. Əgər Osmanlı dövlət adamları adilanə şərtlərlə və xoş niyyətli
sülhə hazır olsalar, mən də dostluq əlimi uzadaram. Əgər siz türklər savaşıb
qan tökərək biçarə və günahsız insanları öldürmək niyyətində olsanız, günah
sizin boynunuzda qalacaq və mən bu vəziyyətdə Səvəfi ordusunu döyüş mey-
danına göndərəcəyəm” [1, s.145]. Səfəvi hökmdarı Osmanlı elçisi ilə birlikdə
Mirzə Məhəmməd Hüseyn Əbhəri adlı elçisini Diyarbəkrdən olan sərdar Xəlil
paşanın yanına göndərmiş və Nasuh paşa (II İstanbul) müqaviləsinə uyğun bir
razılaşmanın bağlanmasını istəmiş, əks halda savaşa hazır olduğunu bildirmiş-
dir.
Hərbi əməliyyatların mənasız olduğunu görən Osmanlı tərəfi yenidən danı-
şıqlara başlamışdır. 1618-ci il avqust ayının 31-də Xəlil paşanın elçisi Dəftərdar
Həkim Osman Ərdəbilə gələrək osmanlıların sülh təkliflərini Səfəvi hökmda-
rına çatdırdı. Osmanlıların sülh təklifi şərtlərindən biri də Səfəvi hökmdarının
oğullarından birinin İstanbula göndərilməsi idi. Bu şərtə cavab olaraq I Şah
Abbas əlindəki qılıncı hüzurunda olan Osmanlı elçisinə göstərərək demişdir:
“Mənim oğlum budur və bunun xaricində sizin üçün bir şeyim yoxdur. Gücünüz
yetirsə bunu əlimdən alın. Türk əsgəri hara qədər gəlmək istəyirsə, mən sağlam
bir şəkildə onları gözləyəcəyəm”. Şahın bu sözlərinə Osmanlı elçisi günahsız
insanların qanı töküləcəyini və bunun günahının Şahın boynuna düşəcəyini
söyləmişdi. Səfəvi şahı elçinin bu sözlərinə belə cavab vermişdi: “Mən öz evimdə
oturmuşam və osmanlılar hər il gəlib evimə hücum edirlər. Qan tökür və pislik
gətirirlər. Mən və xalqım ölkəmizi qorumayaqmı?” [11, s. 147].
XVII əsrin əvvəllərində
(1603-1612) Səfəvi-Osmanlı
müharibələrinin yeni
mərhələsinin başlanması
siyasi və diplomatik
münasibətləri arxa plana
keçirdi. 1603-1612-ci illərdə
osmanlılara qarşı səfəvilərin
həyata keçrdiyi hərbi
əməliyyatlar nəticəsində
osmanlıların ələ keçirdiyi
əksər Səfəvi torpaqları azad
edildi. Səfəvi dövlətinin
bu qələbələrindən sonra
Osmanlı hakimiyyəti yenidən
sülh danışıqlarına başladı.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
188
Tərəflər arasında aparılan ardıcıl danışıqlardan sonra 1618-ci ildə Sərab
sülh müqaviləsi bağlandı. Yadigar Əli Sultanın rəhbərlik etdiyi Səfəvi elçi heyəti
Sərab sülh müqaviləsini təsdiq etmək üçün 1619-cu il sentyabr ayının 29-da
İstanbula gəldi və bu müqavilə təsdiq edildi [11, s.172-173].
Nəticə
XVI-XVII əsrlərədə Azərbaycan Səfəvi dövləti ilə Osmanlı imperatorluğu
arasında Bəsrə körfəzindən Gürcüstana qədər olan əraziləri ələ keçirmək uğ-
runda fasilələrlə müharibə baş vermişdir. I Şah Abbasın hakimiyyəti dövründə
(1587-1629) Səfəvi-Osmanlı müharibələri, əsasən, Güney Azərbaycan, Şərqi
Anadolu və İraq-i Əcəmə nəzarət etmək uğrunda olmuşdur. Bu dövrdə Səfəvi
dövlətinin Osmanlı imperiyası ilə siyasi münasibətləri Yaxın Şərq bölgəsində
siyasi və strateji maraqlar üstündə baş verən və bölgəyə hakim olmaq uğ-
runda mübarizəyə əsaslanan hərbi-siyasi qarşıdurma şəklində təzahür edirdi.
Eyni zamanda, tərəflər arasında mövcud olan məzhəb qarşıdurmaları və Səfəvi
hakimiyyətinin Osmanlı dövlətinin hərbi müdaxiləsinin qarşısını almaq üçün
Avropa dövlətləri ilə mütəmadi olaraq danışıqlar aparması ziddiyyətləri daha
da artırırdı.
I Şah Abbasın hakimiyyəti dövründə Səfəvi-Osmanlı münasibətlərini dörd
mərhələyə bölmək olar: 1. 1577-1589-cu illəri əhatə edən və İstanbul sülh
müqaviləsi (1590) ilə başa çatan dövr; 2. 1603-1612-ci illəri əhatə edən və Na-
suh paşa (II İstanbul) sülh müqaviləsinin imzalandığı dövr; 3. 1615-1618-ci illəri
əhatə edin və tərəflər arasında Sərab sülh müqviləsinin bağlanması ilə başa
çatan dövr; 4. 1622-1639-cu illəri əhatə edən və Qəsri Şirin sülh müqaviləsi
ilə başa çatan dövr. Qeyd olunan bu dövrləri Səfəvi dövləti ilə Osmanlı impe-
riyası arasında “müharibələr dövrü” kimi də xarakterizə etmək olar. Həmçinin
bu dövrlərdə tərəflər arasında diplomatik yazışmalar olmuş və bunun nəticəsi
olaraq bir neçə dəfə sülh müqaviləsi bağlanmışdır.
Bu dövrdə Azərbaycan Səfəvi imperiyası ilə Böyük Moğol dövləti arasın-
da diplomatik yazışmalar mütəmadi olaraq davam etmişdir. Bu yazışmalar-
dan məlum olur ki, bu dövr Səfəvi-Moğol münasibətləri, əsasən, dostluq və
müttəfiqlik üzərində qurulmuşdur.
Ümumiyyətlə, XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyasının Şərq
ölkələri ilə siyasi və diplomatik əlaqələri müxtəlif istiqamətlərdə inkişaf edirdi.
Bu diplomatik əlaqələr Osmanlı imperiyası ilə hərbi-siyasi münasibətlər fonun-
da baş verirdisə də, Böyük Moğol imperiyası ilə fərqli olaraq, əsasən, sülh və
dostluq şəraitində həyata keçirilirdi.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
Dostları ilə paylaş: |