bilər. Söz azadlığı ilə bağlı
müəyyən mənəvi və hüquqi
məhdudiyyətlərin vacibliyi
bununla şərtlənir.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
155
qanunauyğun olanla qanunauyğun olmayanı ayıran xətti görünməz edir.
Buna görə də, xüsusilə KİV-in fəaliyyətində dəqiq kriteriyaların yaradılmasına
ehtiyac var.
Hüquqdan sui-istifadə halları həmişə hüquqşünas alimləri düşündür-
müşdür. Tədqiqatçılar bu halı yaradan bir neçə səbəbi qeyd edirlər. Məsələn,
İ.N.Senyakin belə hesab edir ki, birincisi, sui-istifadənin nəticələri müasir
qanunvericilikdə o qədər də aydın təsbit olunmamışdır. İkincisi, bu cür nəticələr
heç də həmişə tam hüquqi xarakter daşımır. Üçüncüsü, qanunvericiliyin qeyri-
mükəmməlliyi bəzən subyekti belə hərəkətlərə sövq edir [6, s.7].
Hüquqdan sui-istifadə təkcə əxlaqi deyil, ilk növbədə hüquqi təzahürdür. O,
şəxsdə subyektiv hüquqların sayını, bu hüquqları reallaşdırmaq üzrə fəaliyyəti
həyata keçirməyi, sui-istifadənin şəxsi və ya ictimai maraqlara zərər vurmasını,
konkret hüquqi qadağaların pozulmasının olmamasını nəzərdə tutur. Bu say-
dıqlarımızı tamamilə kütləvi informasiya azadlığından sui-istifadəyə aid etmək
olar. KİV-in azadlığından sui-istifadənin mahiyyəti jurnalistlərə verilən hüquqla-
rın onların təyinatında əks olmasıdır. Jurnalistlər öz hüquqlarını realizə edərkən
sosial baxımdan vacib funksiyaları lazımınca yerinə yetirmirlər. Nəticədə isə
qeyri-obyektiv informasiyanın verilməsi, böhtan xarakterli şayiələrin yayılması,
təhqiredici ifadələrin, sifarişli məqalələrin çap olunması, kütləvi şüura mənfi
stereotiplərin yeridilməsi halları baş verir. KİV-in fəaliyyət sferasında hüquqdan
sui-istifadəni aid olduğu konkret subyektin mövqeyində nəzərdən keçirmək
olar. Bu, redaksiya, jurnalist və s. ola bilər.
3. KİV-in fəaliyyətində sivilizasiyanın müxtəlifliyi vacib amildir
Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil subyektinə çevril-
miş, dövlətçiliyini müntəzəm şəkildə inkişaf etdirməyə və milli maraqları qo-
rumağa istiqamətlənmiş xarici siyasət həyata keçirir. Azərbaycanın müasir sivil
inkişaf prosesinə qoşularaq onun fəal subyektinə çevrilməsi daha çox aşağıda
göstərilən iki mühüm amillə şərtlənir:
- Azərbaycanda sivil cəmiyyət quruculuğunun davamlı xarakter daşıması.
- Azərbaycanın qlobal informasiya məkanına sürətli inteqrasiyası.
Birinci amil Azərbaycanın siyasi qloballaşmasını zəruri etmişdirsə, ikinci amil
informativ qloballaşmanın determinantına çevrilmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq
və regional təşkilatlara, o cümlədən İslam Konfransı Təşkilatı, Birləşmiş
Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası və çoxlu sayda digər
təşkilatlara üzv olmuş, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq et-
mişdir [7, s.185].
Lakin ölkənin qlobal informativ məkana inteqrasiyası onun inkişafını sti-
mullaşdırmaqla yanaşı, bəzi problemlər də yaradır. Onların vaxtında aşkarlan-
ması və önləyici tədbirlərin görülməsi həyati vacib məsələlərdəndir. Ölkənin
qloballaşma prosesində fəal iştirakı özlüyündə ictimai inkişafın qarantı olaraq
KİV sahəsində mühüm beynəlxalq dəyərlərin ratifikasiyası ilə yadda qalmışdır.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
156
Dinamik dəyişən dünyada özünə layiqli yer tutmağa çalışan dövlətlər yeni-
yeni inkişaf konsepsiyaları hazırlayırlar. Son illər Azərbaycanda KİV sahəsində
bir çox yeni inkişaf strategiyaları hazırlanmışdır, o cümlədən cəmiyyətin
modernləşməsi və demokratikləşməsi, KİV sahəsində qanunvericiliyin inkişaf
etdirilməsi sahəsində bir sıra konseptual tədqiqatlar aparılmışdır.
Demokratik dövlətlərdə vətəndaşların informasiya əldə etmək zərurəti KİV-in
cəmiyyətin həyatında təkcə informasiya siyasətinin obyekti kimi deyil, həm də
subyekti kimi mühüm rol oynamasına səbəb olur. Bu mənada etiraf etmək lazım-
dır ki, KİV vətəndaş cəmiyyəti strukturunda öz rolunu yerinə yetirməklə vətəndaş
cəmiyyətinin digər institutlarının formalaşması vəzifəsini həyata keçirir.
Dövlətçilik vətəndaş cəmiyyətinə daxilən xas olsa da, onunla eyni deyil. Mon-
teskyö vətəndaş və dövlət qanunlarını, siyasi qanunları bir-birindən fərqləndirir
[8, s.125]. Vətəndaş qanunları vətəndaş cəmiyyətinə xas münasibətləri -
mülkiyyət, vətəndaşların könüllü birlikləri və s. münasibətləri reqlamentləşdirir.
Dövlət qanunları isə başlıca olaraq siyasi hüquqları və elə həmin vətəndaşların
azadlıqlarını nizamlayır. Monteskyö vətəndaş cəmiyyəti və dövlət qanunlarının
dialektik vəhdətdə və ziddiyyətdə olduğunu göstərir və belə güman edir ki, bu
vəhdətin bir tərəfinin yoxa çıxması hökmən böyük ictimai sarsıntılara gətirib
çıxaracaq və bu baxımdan vətəndaş cəmiyyəti cəmiyyətin özbaşınalıqlardan və
diktaturadan qorunmasının ən mühüm qarantıdır.
Vətəndaş cəmiyyəti özü təşkil olunan və öz-özünə inkişaf edən bir sistemdir.
Bununla yanaşı, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti
yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və
səmərəli şəkildə fəaliyyət göstərir və inkişaf edir. Vətəndaş cəmiyyətinin həyati
fəaliyyətinin başlıca şərti onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə
bir mülkiyyətə yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə
edə bilmək və onun barəsində sərəncam vermək hüququna malik olmasıdır.
Mülkiyyət sahibi olmaq vətəndaş cəmiyyətində şəxsiyyət azadlığının əsas,
təməl şərtidir.
Vətəndaş cəmiyyəti geniş və hərtərəfli informasiyanı əldə etmək baxımın-
dan açıq bir cəmiyyətdir. Burada münasibətlər vətəndaşların bilavasitə bir-biri
ilə əlaqə saxlaması ilə yanaşı, həmçinin qeyri-çap KİV - televeriliş, internet və
radio vasitəsilə də inkişaf edə bilər. KİV vətəndaşların hüquqi düşüncəsinin for-
malaşmasına da əhəmiyyətli təsir göstərir.
Müasir dövrdə KİV-lərin bu qədər inkişaf etdiyi dünyada vətəndaş
cəmiyyətləri çox zaman dövlətin müdaxiləsi olmadan daha tez xaotik
vəziyyətlərlə üzləşir. Hələ Nikkolo Makiavelli öz dövründən çıxış edərək dövləti
insan iradəsinin ən ali təzahürü, ona qulluq etməyi isə həyatın mənası və
xoşbəxtliyi hesab edirdi. Eyni zamanda o, belə güman edirdi ki, qorxu və zo-
rakılığın köməyi ilə öz təbəələrini idarə etmək imkanına və hüququna malik
hökmdar onları qıcıqlandırmamaq üçün bundan sui-istifadə etməyəcək, onla-
rın mülkiyyət və şəxsi hüquqlarını pozmayacaq [9, s.86].
Hegel vətəndaş cəmiyyəti problemini nəzərdən keçirərkən bu nəticəyə
gəlib ki, vətəndaş cəmiyyəti öz-özlüyündə Orta əsrlərdən Yeni dövrə
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
157
uzunmüddətli və mürəkkəb tarixi keçid
prosesində ailədən dövlətə doğru dialek-
tik irəliləyişin xüsusi bir mərhələsini əks et-
dirir. Onun fikrincə, vətəndaş cəmiyyəti öz
tələbatlarını əmək vasitəsilə başqalarının
tələbatlarına uyğunlaşdıran individumlar
sistemi kimi çıxış edir [10, s.133]. Vətəndaş
cəmiyyətinin təməlini şəxsi mülkiyyət, ma-
raqların birliyi və vətəndaşların qanunla
təsbit olunmuş formal ümumi bərabərliyi,
insanın təsadüflərdən qorunması təşkil edir.
Yəni vətəndaş cəmiyyəti insana vətəndaş
hüquqlarını reallaşdırmaq imkanı yaradan,
cəmiyyət üzvlərinin müxtəlif maraqlarını,
ehtiyaclarını və dəyərlərini ifadə edən qeyri-
dövlət, ictimai əlaqələr və institutlar siste-
midir. Vətəndaş cəmiyyəti dövlətdən təcrid
edilmiş və istənilən formada onunla müxa-
lif olan hansısa sosial məkan deyil. Əksinə,
vətəndaş cəmiyyəti və dövlət bir-biri ilə sıx
əlaqədədir. Çünki dövlət ictimai həyatda
idarəetmə və vasitəçi funksiyalarını həyata keçirərkən, vətəndaş dəyərləri və
institutları ilə əlaqədə olmağa məhkumdur.
Dövlətlə vətəndaş cəmiyyəti bir-biri ilə ayrılmaz vəhdət və vahid ictimai or-
qanizmin iki hissəsini təşkil edir. Normal inkişaf etmiş vətəndaş cəmiyyəti azad
və demokratik fərdlərarası münasibətlər, ictimai fərdlərin müxtəlif maraqlarının
və tələbatlarının ödənilməsi üçün şərait yaradır. Vətəndaş cəmiyyətini təşkil
edən institutların dövlətlə müqayisədə müstəqil olma dərəcəsi cəmiyyətdə
hakimiyyət bölgüsünə və hakimiyyətin xarakterinə həlledici təsir göstərir.
Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin
maraqlarını cəmləşdirir. Bu isə bəzən xoşagəlməz hallara yol açır. Belə
vəziyyətləri aradan qaldırmaq, müəyyən mənada sosial harmoniyanı yaratmaq
vəzifəsi isə yalnız vətəndaşların borcu deyil.
Bu mənada, KİV vətəndaş cəmiyyətinin mükəmməl komponenti kimi çı-
xış etməklə fərdi şüur ilə cəmiyyət arasında əlaqə yaradır və bu əlaqə vasitəli
xarakter daşıyır. Azərbaycanda da çap və elektron KİV-lər artıq cəmiyyətin
mənəvi həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar insanın bütün şüurlu həyatı
boyunca sınaqdan keçirdiyi amillərə aiddir.
Aydın olur ki, KİV informasiyanın məqsədyönlü şəkildə ötürülməsi ilə
vətəndaş cəmiyyətinin və şəxsiyyətin formalaşmasında ən vacib vasitədir. KİV
vasitəsilə insan dövlətdən və cəmiyyətdən o informasiyanı mənimsəyir ki, həmin
informasiya onun şəxsiyyət kimi formalaşmasında və vətəndaş cəmiyyətinin
inkişafında mühüm rol oynayır. Bir çox alimlər KİV-in vətəndaş cəmiyyətinə
daxil olmasının ənənəvi olduğunu hesab edirlər. Məsələn, N.İ.Matuzov qeyd
Dövlətlə vətəndaş cəmiyyəti
bir-biri ilə ayrılmaz vəhdət və
vahid ictimai orqanizmin iki
hissəsini təşkil edir. Normal
inkişaf etmiş vətəndaş
cəmiyyəti azad və demokratik
fərdlərarası münasibətlər,
ictimai fərdlərin müxtəlif
maraqlarının və tələbatlarının
ödənilməsi üçün şərait
yaradır. Vətəndaş cəmiyyətini
təşkil edən institutların
dövlətlə müqayisədə müstəqil
olma dərəcəsi cəmiyyətdə
hakimiyyət bölgüsünə və
hakimiyyətin xarakterinə
həlledici təsir göstərir.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
158
edir ki, onun ən vacib elementi müxtəlif növ deyil, yalnız azad KİV-dir [11, s.66].
Lakin V.S.Mokrıv hesab edir ki, onun üçün ən vacibi dövlət KİV-idir [12, s.28].
KİV cəmiyyətdə təkcə informasiyanın yayılma aləti kimi deyil, həm də
hakimiyyət və vətəndaş cəmiyyəti orqanı rolunda çıxış edir. Buradan da KİV-
in fəaliyyətinin qiymətləndirilməsində iki vəzifə ortaya çıxır. Bir tərəfdən onlar
hakimiyyət strukturlarının fəaliyyət prosesinə informasiya xidməti göstərirlər,
digər tərəfdən ayrı-ayrı şəxslərin, sosial qrupların və bütövlükdə vətəndaş
cəmiyyətinin müxtəlif tələbat və maraqlarının reallaşma prosesini informasiya
ilə təmin edirlər. Sağlam ictimai orqanizmdə göstərilən əksliklər cəmiyyətdə
qarşılıqlı konstruktiv dialoq əsasında həll edilir.
KİV sosial tipindən asılı olmayaraq vətəndaş cəmiyyətinin institutudur,
fəaliyyəti informasiya azadlığının konstitusion-hüquqi prinsipinə əsaslanır,
öz hüquq və vəzifələrinə uyğun kənar təsir olmadan fəaliyyət göstərir. KİV öz
fəaliyyətində sivilizasiyanın müxtəlifliyini nəzərə almalıdır [13, s.71]. Media qa-
nunvericiliyinin təkmilləşməsi həm də fikir və söz azadlığından sui-istifadə hal-
larının azalmasına müsbət təsir göstərir. Fikir, söz azadlığı və informasiya hüqu-
qu bir-biri ilə sıx bağlıdır. Belə ki, informasiya mənbəyinə giriş imkanı olmayan
vətəndaş sosial-siyasi hüquqlarından tam həcmdə istifadə edə bilməz. Fikir
azadlığına Konstitusiya tərəfindən zəmanət verilməsi o deməkdir ki, dövlət
insanın şəxsi rəyinin formalaşmasına qarışmır, onu kənar müdaxilələrdən qo-
ruyur, şəxsiyyət üzərində hər hansı güc tətbiqetmə və ya nəzarətə yol vermir.
Söz azadlığı dövlətin zəmanət verdiyi öz fikrini sərbəst ifadə etmək imka-
nıdır. Fikrini sərbəst ifadə etmək azadlığı bir çox digər hüquq və azadlıqların
(seçkilərdə iştirak hüququ, petisiya hüququ, vicdan azadlığı, yaradıcılıq hüqu-
qu, təhsil hüququ və s.) əsasında dayanır.
Müxtəlif baxışların, rəylərin real zəmanətli sərbəst ifadəsi, tənqid azadlığı
demokratikliyin konkret göstəricisidir.
İnformasiyanın bəzi növləri qapalı xarakter daşıyır, yəni yayılmaq üçün
nəzərdə tutulmur. Belə informasiyaya malik olan vətəndaşlar onu təkcə
təşkilati-texniki deyil, həm də hüquqi yollarla qorumaq imkanına malikdirlər.
Məxfilik haqqında anlayış KİV qanunvericiliyində tam təsvir olunmuşdur. İnfor-
matorun şəxsiyyətinin gizli saxlanılmasını təmin edən hüquqi zəmanət KİV-ə
bəzən onlardan sensasion məlumatlar almağa imkan verir. Lakin bu zaman
imkan vermək olmaz ki, anonimlik böhtana, ictimai rəyin manipulyasiyasının
digər üsullarına xidmət etsin.
Nəticə
Sivilizasiyanın müasir inkişaf dövrü industrial cəmiyyətdən informasiya
cəmiyyətinə keçidlə xarakterizə olunur. “İnformasiya” termini getdikcə daha
böyük dərəcədə siyasi, iqtisadi və hüquqi ölçü əldə edir. Bu, hər şeydən
əvvəl informasiya sferasının cəmiyyətin həyatına təsirinin artması ilə şərtlənir.
İ.N.Panarinin sözlərinə görə, informasiya istənilən sistemin dözümlülüyünü
təmin edən idarəetmə və inkişaf proseslərinə bilavasitə aiddir [14, s.9].
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
159
İnformasiya qərarların qəbulu və gələcək situasiyanın qurulması mənbəyidir
[13, s.18]. Daha tam məlumat qanunvericilər üçün olduğu kimi, vətəndaş üçün
də lazımdır. İnsan özünə faydalı olan qərarı qəbul etmək üçün maksimum
qiymətli informasiya əldə etməyə çalışır. Belə cəhdin reallaşması fərdin azadlı-
ğının sübutudur. Azad olmaq, yəni qərar qəbul etmək, vacib texniki vasitələrə,
onları reallaşdırmaq üçün sosial resurslara malik olmaq üçün insan siyasi və hü-
quqi mənada azad və informasiyanın bütün növlərinə, forma və səviyyələrinə
maneəsiz yol tapmaq imkanına malik olmalıdır. A.S.Mordovets informasiyanı
aşkarlığın nüvəsi hesab edir. Aşkarlıq vətəndaş cəmiyyətinin həyatında və onun
mənəvi inkişafında qanunauyğun təzahürdür, insanın hüquq və azadlığının,
şərəf və ləyaqətinin qorunmasında effektiv vasitədir [15, s.146].
Azad KİV-in vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşması-
nın mütləq şərti olması haqqında müxtəlif fikirlər irəli sürülür. KİV vasitəsilə
vətəndaşların informasiya hüququ təmin edilir. İnformasiya hüququ və infor-
masiyanın azad mübadiləsi bir tərəfdən vətəndaşların əsas hüquq və azadlıq-
larına aiddir, digər tərəfdən vətəndaşların ictimai idarəetmədə iştirak hüququ-
nun reallaşmasının əsas mexanizmlərindən biri kimi çıxış edir.
Bəzən KİV-in fəaliyyəti sahəsində qanunvericiliyin mükəmməlləşdirilməsinə
ehtiyac yaranır. Belə ki, mövcud hüquq normalarının köməyi ilə tənzimlənməsi
mümkün olmayan münasibətlər meydana çıxır. KİV haqqında qanunvericiliyin
mükəmməlləşdirilməsi beynəlxalq standartlar əsasında aşağıdakı prinsiplərə
uyğun reallaşdırılır:
- ictimai əhəmiyyətli informasiyanın açıqlığı və onun maneəsiz əldə olunması
prinsipi;
- KİV təşkilatlarının müstəqilliyinin dövlət orqanları tərəfindən qanunvericiliklə
təminatı prinsipi;
- mülkiyyət məsuliyyətinin mütənasibliyi prinsipi;
- dövlət tərəfindən iqtisadi baxımdan maksimal əlverişli şəraitin yaradılması
prinsipi;
- KİV-in fəaliyyəti sahəsində mülkiyyət münasibətlərinin şəffaflığı prinsipi;
- jurnalist kadrların yüksək peşəkarlığı prinsipi və s.
Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün onların bir-biri ilə böyük
həcmdə informasiya mübadiləsi aparmaları vacibdir. Bu informasiyaya müvafiq
olaraq onlar öz tərəfdaşlarının hərəkətlərini qabaqcadan görə, öz davranışları-
nı müəyyənləşdirə və gələcək fəaliyyət planlarını formalaşdıra bilərlər.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
160
İstifadə edilmiş ədəbiyyat:
1. Qanunlar toplusu. “Azərbaycan” nəşriyyatı, № 6. Bakı, 1998.
2. Əliyev H. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar,
müsahibələr. Səkkizinci kitab: noyabr, 1996 – mart, 1997 / Buraxılışa məsul R. Meh-
diyev. – Bakı: Azərnəşr, 1998, – 488 s.
3. Прохоров Е.П. Журналистика и демократия. Учебник пособие. 2-e изд.,
Mосква, 2004, -96 с.
4. Sosial-siyasi problemlər. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə
və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Politologiya və siyasi sosiologiya şöbəsi, IX
buraxılış. Bakı, 2003, -279 s.
5. Гулыга А.В. Немецкая классическая философия. Москва, 1986. -334 с.
6. Сенякин И.Н. Теория и практика ограничения прав человека по российскому
законадательству и международному праву. В 2-х ч. Н.Новгород, 1998, -165 с.
7. Azərbaycan və Avropa Şurası. Bakı: “Avrasiya-Press”, 2009, -237 s.
8. Монтескье Ш. Избранные произведения, М.: 1998.
9. Machiavelli Niccolo. The Prince. Trans. by Marriott W.K., JC: Political science, Politi-
cal theory, 2006
10. Гегель Г. Сочинения в 14 т. М.: Соцэкиз, т. 7, 1934.
11. Матузов Н.И. Актуальные проблемы теории права. Саратов, 2003.
12. Мокрый В.С. Местное самоуправление в Российской Федерации как институт
публичной власти в гражданском обществе. Самара, 2003. .
13. Ракитов А.И. Философия компьютерной революции. Москва,1991, -281 с.
14. Панарин И.Н. Информационная война и выборы. Москва, 2003, -235 с.
15. Мордовец А.С. Социально-юридический механизм обеспечения прав
человека и гражданина / Под ред. Н.И. Матузова. Саратов: СВШМВДРФ, 1996,
-288 с.
Vugar Rahimzade
Theoretical and political look at legal regulations of the media
Despite the fact that the media is often called the “fourth authority” in
the political system, it plays an important role in the structure of civil so-
ciety. Political decisions aimed atregulating the “fourthauthority”s activity
have always provided the opportunity to precisely evaluate the separation
of powers. A civil society structure is a broad concept. As the development
of capitalism has strengthened the economic foundation of these societies,
so does the institution building accelerate the dynamics of civil society. At
the same time mass media is accepted as a special field that needs a legal
regulation within a civil society structure.
Вугар Рагимзаде
Теоретико-политологический взгляд на правовое регулирование
деятельности СМИ
Несмотря на то, что СМИ часто называют “четвертой властью”
в политической системе, они играют важную роль в структуре
гражданского общества. Политические решения направленные
на деятельность “четвертой власти” во все времена обеспечивали
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
161
возможность точно оценить разделение властей. Структура
гражданского общества представляет собой широкое понятие. Как
развитие капитализма укрепило экономические основы этих обществ,
так и формирование институтов СМИ ускоряет динамику гражданского
общества. В то же время СМИ воспринимаются как специальная область,
которая нуждается в правовом регулировании в структуре гражданского
общества.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
162
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
163
XARİCİ SİYASƏT VƏ
DİPLOMATİYA TARİXİ
MƏNBƏLƏRDƏ
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
164
XV–XVI əsrlərdə
Azərbaycanın
türk dövlətləri ilə
diplomatik əlaqələri
tarixindən
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
165
Açar sözlər: Azərbaycan, XV-XVI əsrlər, türk dövlətləri, diplomatiya tarixi, Osmanlı
imperiyası, Sultan Süleyman Qanuni, I Şah İsmayıl, Teymur, Xoca Səadəddin Əfəndi,
“Tac üt-təvarix”
Key words: Azerbaijan, XV-XVI centuries, Turkish states, diplomatic history, Ottoman
Empire, Sultan Suleyman the Great (Ganuni), Shah Ismail I, Tamerlane, Khodga
Sadeddin Efendi, “Tajut-tevarikh”
Ключевые слова: Азербайджан, XV-XVI века, Тюркские государства, история
дипломатии, Османская империя, Султан Сулейман Великолепный (Кануни),
Шах Исмаил I, Тимур (Тамерлан), Ходжа Садеддин Эфенди, “Тадж ут теварих”
XV–XVI əsrlərdə
Azərbaycanın
türk dövlətləri ilə
diplomatik əlaqələri
tarixindən
Tahir
CƏFİYEV
AMEA A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
Cafievtahir@gmail.com
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
166
Giriş
Zəngin dövlətçilik tariximizin öyrənilməsində Azərbaycan dövlətlərinin
diplomatik münasibətlərinin tədqiqi müstəsna əhəmiyyət kəsb edir. Orta
əsrlərdə Azərbaycanın mövcud olduğu regionda diplomatik münasibətlərdən
danışarkən tədqiqatçıların əksəriyyəti türk–müsəlman dövlətlərində bu
əlaqələrin elçilər vasitəsilə tənzimləndiyini qeyd etmişlər. Tədqiqatçıların
əsərlərində dövrə bağlı diplomatik etiket qaydaları, dövlət başçıları və
şahzadələrin qəbulu məsələlərinə diqqət yetirilmişdir.
1. Orta əsr qaynaqlarında hökmdarlar və şahzadələrin
qarşılanma mərasimlərinin təsviri
Orta əsr qaynaqlarında hökmdarlar və şahzadələrin başqa dövlətlərə
getmələrinin geniş təsviri yer almaqdadır. Bu materiallara əsasən deyə bilərik
ki, hökmdarların başqa dövlətlərə getmələri onların taxt-tacları üçün ciddi
təhlükə olduğu təqdirdə mümkün olurdu. XIV əsrin sonu XV əsrin əvvəllərində
Əmir Teymur təhlükəsi üzündən Sultan Əhməd Cəlairi və Qara Yusifin əvvəlcə
Osmanlı dövlətinə, sonra isə Misir Məmlük dövlətinə getmələri məlum
hadisədir. Hökmdar və şahzadələrin başqa dövlətlərə getdikləri zaman siyasi
vəziyyətdən asılı olaraq qəbul edilmələrinin mənbələrdə təsviri bir sıra tarixi
həqiqətləri ortaya qoymağa imkan verir. Bu baxımdan XVI əsr Osmanlı müəllifi
Xoca Sədəddin Əfəndinin “Tacüt-təvarix” əsərində Qaraqoyunlu hökmdarı
İsgəndər Mirzənin Ruma getməsinin təsviri maraq doğurur. Xoca Əfəndi yazır:
“Bu ildə Teymur xan oğlu Şahrux qorxusundan İsgəndər bəy qaçıb Ruma gəldi
və Şahrux Mirzə İraq vilayətini qarət və xərab etdi” [1, s.630/178a; 2, I c., s.366;
3, II c., s.200]. İsgəndər Mirzə qışı bu diyarda keçirmək üçün Osmanlı sultanına
übudiyyətnamə (itaət məktubu - T.C.) yazır. Burada o, Osmanlı sarayına bağ-
lılığını atasının və Osmanlı sultanının babası arasında olan dostluğun davamı
kimi xatırladır və qışlamaq üçün bir guşə rica edir. II Sultan Murad isə Amasya
və Toqat hakimi olan Yerküc paşaya hökm göndərərək “orada İsgəndər Mirzəni
yerləşdirməkdə ehtiyatlı davranmağı, padşaha uyğun bir şəkildə onu qonaq
saxlamağı” tövsiyə edir [2, I c., s.348; 3, II c., s.178]. Osmanlı sultanının ehtiyatlı
davranma tələbi, təbii ki, Ruma doğru çəkilən Qaraqoyunlu hökmdarının güclü
hərbi qüvvəyə malik olmasından irəli gəlirdi. Belə ki, Toqata çəkilməmişdən
əvvəl onun yolunu Gürcüstan sərhədində “Duşqaya” adlı yerdə Ağqoyunlu
qüvvələri kəsmişdi, lakin onlar İsgəndər Mirzə tərəfindən məğlubiyyətə uğra-
dılmışdı. Bu zaman arxadan İsgəndər Mirzənin qoşununu Şahruxun oğlu Əmir
Cöngənin [ərəb qrafikasının türk sözlərinin oxunmasında yaratdığı yanlışlıq
üzündən onun adı müasir elmi ədəbiyyatda “Cuki” kimi verilir. Düzgün oxunuş
üçün bax: 4, s.29; 5, s.146] başçılığı altında Teymuri qüvvəsi təqib edirdi. Ağqo-
yunlular İsgəndər Mirzənin qarşısında tab gətirə bilmədiklərindən Ərzincana
çəkilmiş və 1435-ci il avqustun sonu - sentyabrın əvvəllərində burada Qara-
qoyunlu sərkərdəsi ilə Qara Yuluq arasında baş vermiş döyüşdə acınacaqlı
məğlubiyyətə uğramışdılar. Nəticədə İsgəndər Mirzə Ağqoyunlu bəyinin başını
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
Dostları ilə paylaş: |