Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

147
Azərbaycanda  regional  sosial  turizm  mərkəzləri  ilk  növbədə  sağlamlığın 
bərpasına yönəlib, daha çox sosial xarakter daşıyır və müəyyən əhali qrupu 
üçün nəzərdə tutulub. Məlumdur ki, sosial turizm müxtəlif kateqoriyalı insan-
ları  –  tələbələri,  təqaüdçüləri,  əlilləri,  müharibə  və  əmək  veteranlarını  əhatə 
edir.  Sosial  turizmin  əsas  iştirakçıları  aztəminatlı  ailələrdir.  Burada  imtiyazlar 
yalnız yaş məhdudiyyətinə malik olmur, həm də maddi vəziyyətlə bağlı verilir. 
Təcrübə göstərir ki, sosial turizmin əsas məqsədi təşkilatın, müəssisənin inki-
şafına  səbəb  olan  daha  fəal  işçilərin  əməyinin  mükafatlandırılmasıdır.  Sosial 
turizmin maliyyə mənbələri dövlət və bələdiyyələrin sosial ehtiyaclara ayırdığı 
vəsait,  sosial  sığorta  və  sosial  təminat  fondları  və  s.  ola  bilər.  Sosial  turizm 
fərdi əsaslarda həyata keçirilsə də, onda kollektiv və təşkilati forma üstünlük 
təşkil edir. Sosial turizmin əsas məqsədi yalnız sağlamlığın bərpa edilməsi de-
yil, həm də istirahət edənlərin mədəni ehtiyatlarının zənginləşməsi, onların ta-
rixi təfəkkürünün genişlənməsi və s. ilə bağlıdır. Azərbaycanda sosial turizm 
əsasən regional səviyyədə inkişaf edir. Burada yerli büdcə hesabına uşaqların, 
ahılların, veteranların, həmçinin digər zəif müdafiə olunan əhali təbəqələrinin 
istirahəti həyata keçirilir [19].
Bu gün turizmin sosial xüsusiyyətlərindən biri də əhalinin məşğulluğunun 
təmin edilməsi sahəsi kimi çıxış etməsidir. Belə ki, turizm turist şirkətlərində, 
mehmanxanalarda,  turizm  mərkəzlərində,  sanatoriya  və  pansionatlarda  işlər 
təqdim etməklə məşğulluğun təmin edilməsinə yardım edir,  dövlət və sahib-
karlar  tərəfindən  dəstəklənən  səyahətlər  isə  sosial  bərabərliyin  azalmasına, 
müxtəlif sosial qruplar arasındakı sosial uçurumun zəifləməsinə şərait yaradır. 
Hazırda sosial  turizm bilavasitə regional və regional sahə səviyyəsində inki-
şaf edir. Sosial turizm mənbələri büdcədən ayrılan vəsait hesabına təmin edilir 
[20]. Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaq-
ları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir. Res-
publikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici 
turistlərin qəbulu və yerli əhaliyə turist xidmətlərinin göstərilməsi ilə məşğul 
olur,  149  mehmanxana  rəsmi  qeydiyyatdan  keçmişdir.  Həmin  hotellərdə 
yerlərin  ümumi  miqdarı  5000-dən  artıqdır.  Turizm  üçün  əlverişli  regionlarda 
müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Turizm 
sahəsində  əldə  olunan  nailiyyətlər  ölkəmizə  gələn  turistlərin  statistikasında 
da özünü göstərir. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 2 ildə 
ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. 2001-ci ildə Azərbaycana gələn 
xarici vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə onların sayı 1 
milyon 177 min, 2010-cu ildə isə 1 milyon 963 min nəfərə yüksəlmişdir. 
2002-ci ildə ölkə iqtisadiyyatı ölkəmizə gələn turistlərdən 432 milyon ma-
nat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon ma-
nata yüksəlib. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və 
digər turist yerləşdirmə obyektinin təməli qoyulur. 2001-ci ildə Azərbaycanda 
93 hotel və yerləşdirmə obyekti fəaliyyət göstərirdisə, 2010-cu ildə onların sayı 
artıq 499-a çatmışdır, Bakı və regionlarda istifadəyə veriləcək yeni hotellərin 
sayı 50-ə yaxındır. Hazırda 50-yə qədər mehmanxana kompleksinin inşası da-
vam etdirilir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. 
Xüsusilə  2002-2003-cü  illərdə  iş  adamlarında  turizm  sahəsinə  böyük  maraq 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
148 
yaranmışdır. Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 
123-dür. Bu gün ölkədə 300-ə qədər hotel lisenziya alıb [8].
Nəticə
Turizmin  çoxsaylı  növləri  mövcuddur.  Eyni  zamanda,  onun  bütün  çeşidli 
formaları müəyyən sosial  əhəmiyyət daşıyır və insanların həyat səviyyəsinə  
təsirini göstərir. 
Azərbaycanda  turizm  sənayesinin  inkişafı  dövlətin  strateji  fəaliyyət  planı-
nın əsas hissəsini təşkil edir. Ölkəmizdə turizmin müxtəlif formaları – daxili və 
xarici  turizm,  sosial  turizm,  dini  turizm  və  s.  inkişaf  edir.  Bu  gün  regional  tu-
rizmin inkişafı dövlətin sosial siyasətinin aparıcı istiqamətlərindən biridir. Regi-
onlarda turizmin inkişafı üçün kompleks sabit və tənzimlənmiş siyasətin həyata 
keçirilməsi zəruridir. Sabit regional inkişaf sosial, ekoloji, iqtisadi ehtiyatların sosi-
al istiqamətə yönəldilməsinə şərait yaradır. Son dövrlərdə turizm dövlətin sosial 
siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Hazırda sosial nemətlərin 
istifadəsi, doğum və uşaq ölümü, fiziki və mənəvi sağlamlıq meyarları, təhsil və 
nəhayət, həyat davamlılığı regional inkişafın əsas göstəriciləri kimi qəbul edilir. 
Burada turizm əhəmiyyətli rola malikdir. Regionların inkişafı müxtəlif normativ 
sənədlər, regional qanunvericilik aktları, sosial proqramlar vasitəsilə həyata keçi-
rilir. Bu sosial proqramlarda regionlarda turizm infrastrukturunun – mehmanxa-
nalar, turizm informasiya mərkəzlərinin və s. yaradılması və inkişafı əsas məsələ 
kimi qoyulur.
Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü ya-
şayır. Azərbaycanda güclü iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamam-
lanır. Respublikamız müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin 
təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, baş-
lıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan 
özünün müstəqil iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı inkişaf 
edən dövlətinə çevrilmişdir. Son  illərdə həyata keçirilən məqsədyönlü islahatlar, 
bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrinin uğurla reallaş-
dırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı 
inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır.
Bu  gün  turizmin  inkişafı  Azərbaycanda  xüsusi  əhəmiyyət  kəsb  edir,  bu, 
bir tərəfdən iqtisadiyyatda alternativ sahələrin inkişafı, digər tərəfdən dövlət 
büdcəsi üçün yeni gəlir mənbələrinin açılması deməkdir. Belə ki, son illərdə 
xarici  turizmdən  əldə  edilən  gəlirlərin  neft  sənayesindən  daha  çox  oldu-
ğu  məlumdur.  Ölkədə  turizm  sahəsinin  inkişafı  bir  tərəfdən  ölkənin  iqtisa-
di  tərəqqisinə,  regionlarda  kiçik  şəhərlərin  inkişafına,  sosial  infrastrukturun 
təkmilləşdirilməsinə,  digər  tərəfdən  əhalinin  rifah  halının  yüksəldiləməsinə, 
ehtiyacı  olan  təbəqələrin müalicə  və  turizmin  digər  sosial  xidmətlərilə  bağlı 
tələbatlarının təmin edilməsinə yönəlir. Beləliklə, Azərbaycanda turizmin yeni 
sahələrindən olan sosial turizm yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı qeyd 
etdiyi kimi: “Azərbaycanın sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iq-
tisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk” [22]. Bu sözlər 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
149
yaxın gələcək və perspektivlər  üçün Azərbaycan iqtisadiyyatının  və milli turiz-
min inkişafının əsas hədəflərini müəyyən edir. 
İstifadə edilmiş ədəbiyyat:
1.   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin 
sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olun-
muş iclasındakı giriş nitqi /09 yanvar 2014/  http://www.president.az/articles/10799
2.  Paul Smith, The History of Tourism [boxed set of four volumes] (Routledge/ Thoemmes 
Press, 1999.
3.  Stephen J. Page. Tourism Management: An Introduction.4-th edition. Published by   E l -
sevier. 2011.
4.  Франческо Франжиалли. Тенденции развития мирового туризма. Лекция. -К., 2002. 
5.  Федорченко В.К., Минич И.М. Туристский словарь-справочник. Учебное пособие. - 
К., 2000.
6.  Гализдра  А.С.  Феномен  туризма  в  пространстве  массовой  культуры.  Туризм  и 
культурное   наследие. Межвузовский сборник научных трудов. s.13-22.
7.  Любивый  Я.В.  Туристская  деятельность  как  фактор  глобальной  синергии  культур, 
s.57-63
8.  Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il: http://www.president.az/
azerbaijan/constitution/
9.  Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. /M.J.Manafova, N.T.Əfəndiyeva 
və S.A.Şahhüseynovanın ümumi redaktəsi ilə/. Bakı: “Sabah” (2008), 2010 
10.  Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında Azərbaycan Res-
publikası Prezidentinin Sərəncamı: http://www.president.az/articles/13769  
11.  Yeni universitetin yaratdığı ümidlər /23 dekabr 2014/ http://az.trend.az/azerbaijan/soci-
ety/2346857.html
12.  Turizm İnstitutunun rektoru: “Bizdə xaricdən fərqli  olaraq  ofisiantlıq  peşəsinə dırnaqa-
rası baxırlar” - MÜSAHİBƏ /19 may 2014/ http://az.apa.az/news/342998
13.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası Prezi-
dentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
14.  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə 
Dövlət Proqramı”. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 
nömrəli Fərmanı ilə təsdiq edilmişdir: www.mdi.gov.az/files/uploader/iqtisadi_inkisaf.doc
15.  Azərbaycan  Turizm  İnstitutunda  ulu  öndər  Heydər  Əliyevə  həsr  olunmuş  elmi-praktik 
konfrans keçirilmişdir /27.04.2013/ http://xalqqazeti.com/az/news/education/33386
16.  Манильская декларация по мировому туризму (Принята Всемирной конференцией 
по туризму, проходившей в Маниле (Филиппины) с 27 сентября по 10 октября 1980 
года) .13. Хартия туризма. - Мадрид, 1985.
17.  Əlirzayev Ə.Q., S.Aslanova. Turizmin inkişafının sosial-iqtisadi problemləri. Bakı, 2005. 
18.  Azərbaycanın  sosial  siyasəti  güclü  iqtisadi  bazaya  əsaslanır:  jurnal.meclis.gov.az/news.
php?id=429
19.  Azərbaycanda turizm haqqında. http://mct.gov.az/service/lang/az/page/35/
20.  Turizmin inkişafı: http://www.azerbaijans.com/content_1037_az.html
21.  Turizmlə bağlı layihələr və tədbirlər: http://mct.gov.az/service/lang/az/page/36/

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
150 
22.   Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş bina-
nın istifadəyə verilməsi mərasimindəki  nitqi /18 noyabr 2011/ http://president.az/artic-
les/3688/print//
Anar Farmayilov
Tourism development in the context of the growth of social  
     well-being of the Azerbaijani people
Tourism acts as a strategically important area of social policy. The develop-
ment of tourism as well as contributes to a new perception of national tradi-
tions and cultures in the world and their representation. The development of 
tourism in all its forms, that is, domestic and foreign tourism, is a mechanism 
of social policy aimed at improving the welfare of the population.
Tourism creates conditions for opening of new workplaces. In connection 
with the development of tourism infrastructure in the regions construction of 
new hotels, entertainment venues open  new workplaces  that contribute to 
the successful resolution of employment policy.
Анар Фармайылов
Развитие туризма в  контексте роста социального благосостояния 
Азербайджанского  народa
Туризм выступает как стратегически важное направление социальной 
политики  страны.  Развитие  туризма  способствует  новому  восприятию 
национальных традиций и культур и их представлению миру.  Развитие 
туризма во всех его формах, то есть внутреннего и иностранного туризма, 
является механизмом социальной политики, направленной на повышение 
благосостояния населения.
В  связи  с  развитием  инфраструктуры  туризма  в  регионах  страны 
строятся  новые  отели,  развлекательные  центры,  открываются  новые 
рабочие  места,  что  способствует  удачному  разрешению  вопроса 
занятости. 
KİV-in 
fəaliyyətinin hüquqi 
tənzimlənməsinə 
nəzəri-politoloji 
baxış

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
151
Açar sözlər: KİV, informasiya, vətəndaş cəmiyyəti, hakimiyyət, qanunvericilik, 
hüquq, demokratiya, manipulyasiya
Key words: Mass Media, information, civil society, government, legislative, 
law, democracy, manipulation
Ключевые слова: СМИ, информация, гражданское общество, прави-
тельства, законодательство, права, демократия, манипуляция
KİV-in 
fəaliyyətinin hüquqi 
tənzimlənməsinə 
nəzəri-politoloji 
baxış
Vüqar 
RƏHİMZADƏ 
AMEA Naxçıvan Bölməsinin doktorantı, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
vuqarrehimzade@mail.ru

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
152 
Giriş
Kütləvi informasiya vasitələrinin (KİV) vətəndaş cəmiyyəti strukturunda hüqu-
qi ölçüsü ilk növbədə informasiyanın əldə edilməsi, saxlanılması və ötürülməsi 
prosesində aydınlaşır. Azərbaycanda demokratiya və söz azadlığının sürətli inki-
şaf səviyyəsi ölkə qanunvericiliyində KİV-lərlə bağlı xeyli sayda maddələrin əlavə 
və dəyişikliyi ilə yadda qalmışdır. Beynəlxalq təşkilatların KİV ilə bağlı müvafiq 
qərarları da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən zaman-zaman rati-
fikasiya edilərək ölkənin KİV qanunvericiliyinin inkişafına yönəldilmişdir.
Müasir dövrdə Azərbaycanda dövlət quruculuğu prosesini şərtləndirən ən 
mühüm amillərdən biri də köhnə ictimai-siyasi quruluşdan və ideya-siyasi ba-
xışlardan imtina edib, əvəzində yeni quruluş və baxışlar sisteminin qurulması 
məsələsidir [1, s.55-56]. Bu məsələdə isə Azərbaycanın tutduğu yol, ideya-si-
yasi xətt demokratiya yoludur. Ümummilli lider Heydər Əliyevin dəfələrlə qeyd 
etdiyi kimi, respublikamızda dövlət quruculuğu demokratik prinsiplər əsasında 
gedir. Ölkəmizdə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurulur [2, s.388]. Bu 
mənada  Azərbaycanda  ictimai  sektorla  bağlı  qəbul  edilmiş  qanunlar  da  elə 
ölkədə demokratik prinsiplərin rəhbər tutulduğunu göstərir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra KİV-in sayı artdığı qədər infor-
masiyanın  alınması  və ötürülməsində, eləcə də ilkin  informasiya  mənbəyinə 
olan münasibətlərdə də kifayət qədər mühüm dəyişikliklər oldu. Təsadüfi de-
yildir ki, bəzən eyni əhəmiyyətə malik informasiya müxtəlif təbəqələr üçün ya-
yım mənbəyindən asılı olaraq eyni məna kəsb etmir və ya başqa cür yanaşılır. 
Bütün bunlar vətəndaş cəmiyyəti şəraitində labüd hallar olsa da, bir çox hallar-
da informasiyanın səmimiliyinə olan inamın azalması deməkdir. Vətəndaşların 
informasiya  texnologiyalarından  bəhrələnərək  media  üçün  informasiyanı 
ötürmək istəyi vətəndaş cəmiyyətinin səviyyəsi ilə ölçülür.
KİV  siyasi  sistemdə  “dördüncü  hakimiyyət”  adlandırılsa  da,  vətəndaş 
cəmiyyəti strukturunda öncül yerə və rola malikdir. “Dördüncü hakimiyyət”in 
fəaliyyət istiqamətinə yönəldilmiş siyasi qərarlar bütün zamanlarda hakimiyyət 
bölgüsünü dürüst dəyərləndirməyə şərait yaradır. Vətəndaş cəmiyyəti struk-
turları  isə  geniş  anlayışdır.  Bəşəriyyətin  inkişafı  bu  cəmiyyətlərin  iqtisadi 
əsaslarını möhkəmləndirdiyi kimi, KİV institutunun formalaşması da vətəndaş 
cəmiyyətinin  dinamikasını  sürətləndirmiş  olur.  Ancaq  eyni  zamanda  KİV 
vətəndaş cəmiyyəti strukturunda hüquqi nizamlanmaya ehtiyac duyulan xüsu-
si bir sahə kimi qəbul edilir.
1. KİV informasiya cəmiyyətinin inkişafının aparıcı faktorudur
KİV insan üçün informasiya mənbəyi olaraq vətəndaş cəmiyyətinin inkişa-
fında mühüm rol oynayır, eyni zamanda informasiyanın cəmiyyətdə yayılma-
sının əsas vasitəsinə çevrilməkdədir. KİV dedikdə dövri çap buraxılışları, radio-
televiziya, kinoxronikal proqramlar, kütləvi informasiyaların dövri yayılmasının 
digər formaları başa düşülür. KİV təyinat, yayılma və dövrilik xüsusiyyətlərinə 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
153
malikdir. KİV-in fəaliyyət istiqamətləri insan 
hüquq və azadlıqlarına hörmət, demokratik-
lik, kütləvi informasiyanın azadlığı, dəqiqlik, 
müstəqillik,  obyektivlik,  sosial  əməkdaşlıq 
prinsiplərinə əsaslanmalıdır. Bu gün informa-
siyanın keyfiyyət prinsipi insan və cəmiyyət 
üçün böyük əhəmiyyət kəsb edir. İnforma-
siya insana hər şeydən əvvəl düşünmək, öz 
rolunu və yerini müəyyənləşdirmək üçün la-
zımdır. KİV-in vətəndaş cəmiyyətinin sosial 
və siyasi inkişafı ilə bağlı proseslərdəki rolunu müəyyənləşdirmək üçün onun 
informasiya, analitik və əyləncə kimi funksiyalarına baxmaq lazımdır.
Dövlətin müəyyən inkişaf mərhələlərində digər funksiyalar da meydana çı-
xır. Fərz olunur ki, bu gün KİV-in ideoloji funksiyasının xüsusilə vurğulanmasına 
ehtiyac var. KİV vasitəsilə şəxsiyyətdə vətəndaşlıq hissini formalaşdırmaq va-
cibdir. E.P.Proxorovun fikrincə, KİV-in ideoloji funksiyası ümumbəşəri dəyərlər 
haqqındakı  təsəvvürləri  yaymağa,  onların  müasir  cəmiyyətin  həyatında  il-
kin rola malik olmalarına inandırmağa, vətəndaşlığın məzmun və xarakterini 
müəyyənləşdirməyə xidmət edir  [3, s.96].
Demokratiya  heç  də  ictimai  münasibətlərin  tənzimlənməsində  öz-özünə, 
birdən-birə yaranan sosial-siyasi dəyər göstəricisi deyildir. Demokratiya ictimai 
formasiyalar kimi dinamik xarakter daşıyır və daim təkmilləşməyə məruz qalır 
[4, s.252]. Əlbəttə ki, formasiyalara bənzər dinamiklik müəyyən mənada nisbi 
qəbul olunmalıdır. Çünki formasiyalar bir-birini əvəz etdikcə köklü dəyişikliklərə 
məruz qalırsa, demokratiyadakı dəyişikliklər təkmilləşmələrlə müşahidə olunur 
və informasiya proseslərinin hüquqi tənzimlənməsini özündə hər zaman ehtiva 
edir. İnformasiyanın vətəndaş cəmiyyəti daxilində inkişaf mərhələlərinə nəzər 
saldıqda bunu aydın görmək mümkündür. 
Səmərəli media yayımı KİV-vətəndaş cəmiyyəti münasibətlərində reputa-
siyanı genişləndirir və aparıcı agentliklərlə etimadın qurulmasına səbəb olur. 
Media  sahəsində  qanunvericiliyin  təkmilləşməsi  həm  də  cəmiyyətdə  bu  qu-
rumları vacib ictimai rəy təsisatına çevirmiş olur.
KİV-lərin müstəqilliyi informasiya cəmiyyətinin də yaranmasına səbəb olur. 
Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir 
ki,  bu  da  vətəndaş  cəmiyyətinin  sturukturunun  zənginləşməsi  deməkdir. 
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya 
resurslarının və texnologiyalarının rolunun artması informasiyadan sui-istifadə 
hallarına qarşı yeni KİV peşəkarlığını vətəndaş cəmiyyəti üçün zəruri edir.
2. Fikir və söz azadlığı insan azadlığının real təzahürü 
üçün olduqca vacibdir
İstər qloballaşma və qlobal informasiya məkanına inteqrasiya, istərsə də 
informasiya  cəmiyyətinin  qurulması  təkcə  Azərbaycanın  qarşısında  duran 
KİV-in fəaliyyət istiqamətləri 
insan hüquq və azadlıqlarına 
hörmət, demokratiklik, 
kütləvi informasiyanın 
azadlığı, dəqiqlik, müstəqillik, 
obyektivlik, sosial əməkdaşlıq 
prinsiplərinə əsaslanmalıdır. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
154 
faktor  deyil,  bütövlükdə  müasir  informa-
siya cəmiyyətlərini düşündürən məsələdir. 
Bütün insanlar azad şəkildə istənilən müm-
kün formada təqdim oluna bilən informa-
siya yarada bilərlər. Təqdimatının tipindən 
və  formasından  asılı  olaraq  informasiya 
açıq, kütləvi xarakter daşıyan, konfidensi-
al  və  s.  ola  bilər.  İnformasiya  qanuna  və 
ya bağlanmış müqaviləyə əsasən istənilən 
formada  digər  fiziki  və  hüquqi  şəxslərə 
ötürülə  bilər.  Fiziki  və  hüquqi  şəxslər  in-
formasiyanın  yayılmasını  KİV  vasitəsilə, 
şifahi  çıxışlarla,  informasiya  sistemləri  və 
şəbəkələri,  yaxud  başqa  vasitələrlə  qa-
nunun  tələblərinə  uyğun  şəkildə  həyata 
keçirirlər.  İnformasiyanın  bəzi  növləri 
isə  vətəndaşa  şəxsən  aid  olur:  məsələn, 
müəllif  hüququ  ilə  qorunan  informasiya. 
Vətəndaş  bu  informasiya  üzərində  bütün 
səlahiyyətlərə malikdir.
Fikir  və  söz  azadlığı,  öz  fikrini  sərbəst 
ifadə etmək insan azadlığının real təzahürü 
üçün  olduqca  vacibdir.  Lakin  bu  azadlıq 
mütləq, sərhədsiz ola bilməz. Söz ünsiyyətin əsas vasitəsi olduğu üçün insa-
nın şüur və davranışına çox güclü təsir göstərir. O, yarada və dağıda, sosial 
yüksəlişə və ya güc tətbiqetməyə çağıra, insanın daxili aləmini zənginləşdirə 
və ya mənəviyyatını alçalda bilər. Söz azadlığı ilə bağlı müəyyən mənəvi və hü-
quqi məhdudiyyətlərin vacibliyi bununla şərtlənir. İ.Kant yazırdı: “Mənəviyyat 
və siyasətin əsl birliyi yalnız hüquq əsasında mümkündür, onun zəmanəti isə 
aşkarlıqdır...  Söz  azadlığı  xalqın  yeganə  palladium  hüququdur”  [5,  s.45].  İn-
sanın  fikirləri  onun  daxili  aləmini,  şüurunun  məzmununu  xarakterizə  edir, 
fərdiliyini müəyyənləşdirir. Şəxsi fikir şüurun daha çox hərəkətdə olan elemen-
tidir. Əminlik şəxsiyyətin dəyərlər oriyentasiyasını xarakterizə edən dayanıqlı 
baxışlar sistemidir.
Söz azadlığı prinsipi dedikdə, təkcə hamıya subyektiv hüquqlar verilməsi 
deyil, həm də onların qarşısında müəyyən vəzifələrin qoyulması başa düşülür. 
Bəzən verilən hüququn vəzifə və mənəvi dəyərlər üzərində üstünlüyü situa-
siyası yaranır ki, bu da KİV fəaliyyəti sahəsində həmin hüquqdan sui-istifadə 
deməkdir.
Hüquqdan  sui-istifadə  institutu  hüquq  və  əxlaqın  qarşılıqlı  əlaqəsinin 
aspektlərindən  biridir.  Hüquq  əxlaqla  üst-üstə  düşməyəndə  KİV  yaranmış 
münaqişəni əyani surətdə nümayiş etdirir. Dövlət cəmiyyətin bütün üzvləri 
üçün  vacib  olan  qanunauyğun  davranışın  sərhədlərini  qanunun  köməyi  ilə 
müəyyənləşdirir. Qanunauyğun davranışın sərhədlərini genişləndirdikcə KİV 
Fikir və söz azadlığı, öz fikrini 
sərbəst ifadə etmək insan 
azadlığının real təzahürü 
üçün olduqca vacibdir. 
Lakin bu azadlıq mütləq, 
sərhədsiz ola bilməz. Söz 
ünsiyyətin əsas vasitəsi 
olduğu üçün insanın şüur və 
davranışına çox güclü təsir 
göstərir. O, yarada və dağıda, 
sosial yüksəlişə və ya güc 
tətbiqetməyə çağıra, insanın 
daxili aləmini zənginləşdirə 
və ya mənəviyyatını alçalda 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin