167
kəsərək Məmlük sultanına göndərmişdi [6,
s.79-81; 7, s.64-66, 248; 4, s.29; 8, c.I, s.136;
9, s.7].
Osmanlı sultanının fərmanına uyğun
olaraq, xəzinədən İsgəndər Mirzəyə layiqli
hədiyyələr – zərə tutulmuş geyimlər, mi-
ras silahlar, daş-qaşla bəzədilmiş bir neçə
at və sadalanması mümkün olmayan baş-
qa hədiyələr göndərilmişdi [2, I c., 349; 3,
II c., 178]. Məmlük tarixçiləri Qaraqoyunlu
hökmdarına II Murad tərəfindən on min al-
tun pul da göndərildiyini yazmışlar [8, I c.,
s.136; 10, s.19].
Hökmdar və şahzadələrin qarşılanma
mərasimindən danışan Böyük Şah Ab-
bas Səfəvi (1587–1629) dövrünün tarixçisi
İsgəndər bəy Türkman “Tarixe aləm araye-
Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”)
əsərində 1541/2-ci, 1558/9-cu il hadisələri
ilə bağlı təsvirlərə belə yer verir: “Mərhum
padşah Məhəmməd Hümayun ibn Babur
padşah İbn Ömər Şeyx Mirzə ibn Sultan
Əbu Səid Gurəkanın xeyir amallı (xeyrməal)
əhvalatı və Rum məmləkətlərinin hökmdar-
ları nəslindən olan bəd əqidəli şahzadə Sul-
tan Bayazid ibn Sultan Süleyman ibn Sultan
Səlimin hadisəsidir. Onların hər ikisi fələk
hadisələrinin ucbatından cənnətməkan şa-
hın sarayına (ələbə) pənah gətirmişlər” [11,
s.189] Böyük Moğol hökmdarı Humayun
Şirxan əfqanla döyüşdə məğlub olduqdan
sonra qardaşlarının müxalifəti ilə üzləşdi. O, hakimiyyətini bərpa etmək üçün
Səfəvi dövlətindən yardım almaq niyyətinə düşdü. “O cənaba vəfadar və onun-
la səfər yoldaşı olmaqla müşərrəf olan əmirlərdən, cannisar mülazimlərdən və
sədaqət şüarlı xidmətçilərdən altmış-yetmiş nəfər adam onunla (Məhəmməd
Hümayunla) birlikdəydi. Onların ən əzəmətlisi Əli Şükür bəy Türkmanın
nəticəsi Bayram xan Bahadur idi. Türkman nəslindən olan atası və babası İran
mülkündə yaşayan adamlardılar. Bayram xanın özü isə Allahın təqdiri ilə Ba-
burun ali ordusunun tərkibində Kabul tərəfə düşmüş və o, dudmana ləyaqətlə
xidmət göstərdiyinə görə ali mərtəbələrə ucalmışdı. Bu hadisələr baş verən vaxt
Bayram xan Hümayunun hökumətində xidmət edirdi. Onlar sövq biyabanını
keçərək Çul (?) yoluyla Şirvan vilayətinə gəldilər, oradan müşk ətirli qələmi ilə
bir məktub yazıb, onu ali şaha yolladı” [11, s.189, 190]. Şah I Təhmasibin gördü-
yü tədbirləri İsgəndər bəy belə təsvir edir: “O həzrətin həmin uca mənzilli pad-
şaha göstərdiyi mehribanlıq haqqında Hümayun padşaha və onun ali məiyyət
Orta əsr qaynaqlarında
hökmdarlar və şahzadələrin
başqa dövlətlərə getmələrinin
geniş təsviri yer almaqdadır.
Bu materiallara əsasən deyə
bilərik ki, hökmdarların
başqa dövlətlərə getmələri
onların taxt-tacları üçün
ciddi təhlükə olduğu təqdirdə
mümkün olurdu. XIV əsrin
sonu XV əsrin əvvəllərində
Əmir Teymur təhlükəsi
üzündən Sultan Əhməd
Cəlairi və Qara Yusifin
əvvəlcə Osmanlı dövlətinə,
sonra isə Misir Məmlük
dövlətinə getmələri məlum
hadisədir. Hökmdar və
şahzadələrin başqa dövlətlərə
getdikləri zaman siyasi
vəziyyətdən asılı olaraq qəbul
edilmələrinin mənbələrdə
təsviri bir sıra tarixi
həqiqətləri ortaya qoymağa
imkan verir.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
168
mülazimlərinə göstəriləcək xidmətdən Məhəmməd xan Şərəfəddinoğluya yazı-
lan fərmanda da cümlələr vardır. “Tarixe-Əkbəri” kitabının müəllifi Şeyx Əbülfəzl
ibn Şeyx Mübarək Hümayunun hakimiyyət dövrünü əvvəldən axıradək təsvir
etmişdir. Oradan məlum olur ki, o ali məqamlı padşah ətraf yerləri tələsmədən
seyr edə-edə Sistandan çıxaraq, Herat darüssəltənəsinə gəlib çatdı. O, ruziga-
rın gedişindən məlala düşmüşdü və qəlbinə bir qədər şadlıq bəxş etməkdən
ötrü bəzən şikar etməkdəydi. Yuxarıda adı çəkilən fərmanda işarə olunduğu
kimi, Məhəmməd xan Şərəfəddinoğlu Pole-Malan körpüsünün başında bər-
bəzəkli qoşunla, müxtəlif qiymətli peşkəşlərlə o cah-cəlal dairəsinin mərkəzini
(Hümayun padşahı) qarşıladı. Onlar Baqşəhrə (Bage-şəhr) təşrif gətirdikləri
gün aləmlər şahzadəsi Sultan Məhəmməd Mirzə onu qəbul olunmuş qayda
üzrə qarşıladı. Belə ki, o həzrət gəlib çatdıqda, atdan düşərək, onu salamladı
(təhiyyət). O həzrət də atdan enib, şahzadəni öz mehribanlıq ağuşuna aldı.
Şahzadə isə [ali qonağı] piyada qarşılamaq və ata minməmək böyüklük təriqi
və qaydası olduğundan (seçmələr bizimdir – T.C.), elə də hərəkət etdi, öz oğul-
luq münasibətini göstərib təvazökarlıq və insanpərvərliyini əldən vermədi. O
həzrət bir neçə gün həmin ürəyəyatımlı yerdə, fərəhbəxş bağ və bostanlar-
da, xüsusən, “Bağe-Murad”da, “Bağe-Zağan”da və “Bağe-cəhanara” da eyş-
işrətlə məşğul oldu, öz qüssəli xatirini şənləndirdi. Hümayunun fərmanının
məzmununu gündəlik dəstirüləmələ çevirən Məhəmməd xan layiqli xidmət
edib onun nurlu nəzərinə ləyaqətli peşkəşlər yetirdi. [Hümayun padşah]
Heratda bir neçə gün qalıb, yol yorğunluğu və atda əyləşmək əziyyətindən
uzaqlaşdıqdan sonra yürüş cilovunu İraqa və orada baş verəcək dünya xos-
rovu ilə görüşə doğru yönəltdi. Onların çatdıqları hər bir şəhər və vilayətlərdə
o yerlərin hakimləri və əyan-əşrafi qarşılama mərasimi təşkil edib, peşkəşlər
verirdilər. Qəzvin darüssəltənətində o yerin kəlantəri olan Xacə Əbdülqəni
Cəladətinin evində iqamət etdilər və bir neçə vaxt həmin mənzildə istirahətlə
məşğul oldular. Orada Bayram xan şahın yanına adam yollayaraq görüş xa-
hiş etdi. Cənnətməkan şah Bayram xan gəldikdən sonra “Buzlaq” yaylağında
onunla görüşdü. Hümayun əzəmətli ordunun bir fərsəxliyinə çatdığı zaman
məqamı uca olan həzrətin (Şah Təhmasibin) qiymətli qardaşları Bəhram Mirzə,
Sam Mirzə, vəzir Qazi Cahan, qoriçibaşı Sevindik bəy Əfşar, Bədr xan Ustaclı,
Möhrdar Şahqulu Xəlifə Zülqədər və başqaları onu istiqbal etdilər. Onlardan
sonra əzəmətli yüzbaşılar, igid qoriçilər, başqa həşəmqətli adamlar səliqə-
səhmanla mərasim qaydalarını yerinə yetirdilər. Onlar saraya gəlib yetişdikləri
vaxt atdan yerə endilər. Cənnətməkan şah öz xüsusi xərgahından çölə çıxaraq,
ona tərəf irəliləyib, böyüklərə xas olan ayin və şahlara məxsus qayda ilə
o alicah padşahla görüşdü və onlar bir-birlərini qucaqladılar (moaneqe)...
[Şah] onun əlindən tutub çadıra gətirdi. Onların arasında bir ürəkli iki dost
kimi dostluq söhbəti başlandı. Hər ikisi bir-biri ilə iki bir ürəkli dost kimi dos-
tuna söhbət edir, həqiqətlə bəzənmiş sözlər söyləyirdilər. O həzrətin gətirdiyi
töhfələr içində bir neçə bədəxşi ləl və bir qiymətli almas da vardı. Həmin
mərasimdə iştirak edən tarixçi Həsən bəy Rumlu və “Tarixi-cəhanara”nın
müəllifi Qazi Əhməd həmin almasın vəzninin dörd misqal və dörd danğ ol-
duğunu yazmışlar. Xülasə, cənnətməkan şah həmin neçə gün ərzində hər gün
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
169
xüsusi görüşlər təyin edib, məliklərə və şahlara layiq şahanə məclislər qururdu”
[11, s.192, 193; 12, s.109]. Təsvirini davam etdirən müəllif yazır: “Seyr, ov və
qəbəqəndazi oyunlardan sonra müəyyən olunmuş bir gündə ali bir bayram
və böyük bir toy təşkil edildi. Məclisin sonunda o həzrətə töhfə və hədiyyələr
təqdim olundu: qızıl-gümüş, tac, qiymətli daşlarla bəzənmiş kəmər, zərli İraq,
Rum, Avropa, Çin və Xətay qumaşı, silahlar, sıx halqalarla hazırlanmış Davu-
di zireh, cəvahirlə bəzədilmiş tüfənglər, tazı atlar, Bərdə qatırları, qatar-qatar
dəvələr, çoxlu xeymə, hərəm və divanxana çadırları, atlas və məxmərdən tikilən
sayəbanlar” sadə və naxışlı əşyalar, çadırlar və evlər, hər ləvazimatla təchiz
olunmuş təbil, ələm, nağaraxana alətləri. O həzrətin əmir və yaxın adamlarına
da nəfis xələtlər və bol ənamlar verildi. Bayram xana ələm və nağara təqdim
edilərək, ona yüksək xane-xanan mənsəbi verildi” [11, s.194].
Böyük Moğol hökmdarı Məhəmməd Hümayun Səfəvi qüvvələri ilə
hakimiyyətini bərpa etməyə getməzdən öncə Təbrizi və Ərdəbili də ziyarət edir.
Münşi yazır: “O həzrət Təbrizə getmək meylini və Təbriz şəhərinə rəğbətini,
habelə övliyalar və alimlər sultanı (sultanül-övliya) olmuş Şeyx Səfinin qəbrini
ziyarət etməyə meyl etdiyi üçün şahdan rüxsət alıb, Təbriz darüssəltənətinə
təşrif apardı. Təbrizlilər cahan şahının fərmanına əsasən şəhərin küçələrini
təmizləyib, qeysəriyyə və bazarları təzə gəlinlər kimi bəzədilər, o fələk ehtişam-
lı padşahı qarşılamaqdan ötrü istiqbala çıxdılar. Sahibabad meydanında o əsil-
nəsəbli hökmdarın önündə, təbrizlilərin adəti üzrə, çovkan və başqa oyunlar
nümayiş etdirərək, onun şənliyinin artmasına səbəb oldular. Onlar oradan çıxıb
əzəmətli Səfəvi şeyxlərinin məzarlarını ziyarət etmək məqsədi ilə Ərdəbil darü-
lirşadına getdilər və belə böyük bir səadətə yetməklə ulu şeyxlərin müqəddəs
ruhlarından kömək xahiş etdilər. O şərif yerdə yaşayan əzəmətli şeyxavənd
seyidləri səmimi-qəlb ilə xidmətlər göstərib onu bir neçə mərhələ yol boyu
müşayiət etdilər. Oradan qayıdan [Hümayun şah] Miyanc çəmənliyində da-
yanan ali orduya yetişərək, orada vidalaşma mərasimini (seçmələr bizimdir
– T.C.) yerinə yetirdi, ürək qətiyyəti və aydın məqsədlə məqsədə doğru üz
tutdu. Onu Hümayun şahlığının sərhədinə çatana qədər ordu müşayiət etdi”
[11, s.195].
Bu təsvirlərdə bir neçə məqam xüsusilə diqqəti cəlb edir. Əvvala, yüksək
mənsəbli dövlət adamlarının qarşılanması zamanı onlar atdan düşür və qu-
caqlaşma törəni keçirirlər. Dövlət adamlarından başqa əhali də qarşılama
tədbirlərinə cəlb edilir. İkincisi, tərəflər biri digərinə qiymətli hədiyyələr təqdim
edir, gələn qonağın şərəfinə mərasimlər keçirilirdi. Üçüncüsü, hökmdarlar
təkbətək görüşür və nəhayət, vidalaşma mərasimi keçirilir.
Kütahiyə sancağını idarə edən Osmanlı şahzadəsi Bayəzid h.966
(1558/1559)-cu ildə qardaşı Səlimlə qarşıdurmada məğlubiyyətə uğradı. Atası I
Sultan Süleyman Qanuni ilə razılığa gələ bilməyən bu şahzadə Səfəvi dövlətinə
sığındı [13, s.56]. İsgəndər bəy Münşi bu hadisələri təsvir edərkən yazır: “Sultan
Bayazid bu dəfə özündə o ağır qoşunla döyüşmək qüdrəti görməyərək, var-
yoxunu orada qoyub, dörd oğlu, on iki min paşası, mülazimi və yeniçəriləri ilə
birlikdə qaçdı. Xandgarın döyüşçüləri onu bir qədər təqib etsələr də, döyüş hər
dəfə qaçışla nəticələnirdi. Quduz Fərhad, Axsaq Seyfəddin və Sultan Bayazidin
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
170
başqa fədakar mülazimləri onu və oğlanlarını sağ-salamat döyüş yerindən çı-
xararaq qızılbaş məmləkətinə çatdırdılar. O, elə ki, şahlığın Hümayun sərhədinə
çatdı, əşrəfin (I Şah Təhmasibin) yanına bir adam yollayıb öz halını ərz etdi.
İzzət büsatının yaxın adamlarından və ali məclisin mötəbərlərindən olan Həsən
bəy Yüzbaşı Ustaclı onun yanına şahanə yaraq və başqa döyüş silahları yolladı.
Qərara alındı ki, sərhəd əmrləri və hər vilayətin əyan-əşrafı onun xidmətinə
yetişsinlər, ona yer-yerdən layiqli təzimlər və ləyaqətli xidmətlər edilsin, şərəfinə
ziyafətlər təşkil olunsun. Azərbaycan və Şirvanın vəziri olan Mirzə Ətaulla İs-
fahani divan sərkarının dini qayda-qanununun icrası üçün saraya gəlib çatan
vaxta kimi onunla birgə idi. O, deyilən hər sözə əməl edirdi və şahzadəyə zəruri
xidmət icra olunurdu. Təbriz darüssəltənəsinin böyük adamları və əyanları
şəhərdə yır-yığış edib, Qeysəriyyə və bazarları gəzərək onu elə qarşıladılar ki,
belə bir istiqbal qədim vaxtlardan bu vaxta qədər az görünmüşdü. Şahzadə elə
ki, Təbriz darüssəltənəsindən çıxıb ali saraya yaxınlaşdı, şah rüknüssəltənə olan
Məsum bəy Səfəvini yaraq və başqa şahanə nəfis şeylərlə onun yanına yolladı.
Həzrət cənnətməkan şah Təbriz darüssəltənəsinin Səadətabad meydanında
böyük bir ziyafət və şahanə bir büsat qurdu, [yollara] əlvan xalılar döşəndi,
zərli xeymələr və bəzəkli sayəbanlar açıldı. Elə bir məclis quruldu ki, ruzigarın
gözləri hələ belə bir məclis görməmiş, zəmanənin qulağı belə bir səs-səda
eşitməmişdi. Onlar şəhərə daxil olan gün əzəmətli əmirlər, ləşkər hissələri,
əsnaflar, küçə və meydan camaatı, şəhərdə və şəhərdən kənarda yaşayan
əhali dəstə-dəstə istiqbala yollanıb, bütün səhranı, çölü və dağı bürüdülər”
[11, s.197, 198]. Sultan Bayəzidin Qəzvinə gəlməsini təsvir edən müəllif yazır:
“Xülasə, Sultan Bayəzid başdan-ayağa rum silahları ilə yaraqlanmış on min pi-
yada, yeniçəri və süvari ilə Qəzvinin Səadətabad meydanına yetişdi. O, şahın
dayandığı yüksək bargahının yanına çatan kimi atdan düşdü. Cənnətməkan
şah bir neçə qədəm irəli gəlib ona əl verdi (mosafehe), istiqanlıq göstərdi,
onunla mehribanlıqla görüşdü. O isə öz təkəbbürünü tərk etməyib qətiyyən
danışmır, həmişə gərəkli olan həkimanə danışıqlara əhəmiyyət vermirdi.
Nəhayət, rəsmi görüş ənənəsi bitdikdən sonra onu hər günlük ehtiyacı nəzərə
alınmaqla gözəl bir mənzilə gətirdilər. Yorğunluğunu dəf edəndən bir neçə
gün sonra elə həmin Səadətabad meydanında [onun şərəfinə] ziyarət verildi,
işrət büsatı başlandı. Meydanın yerini Süleyman sarayı kimi rəngarəng xalı-
larla bəzədilər. Elə gözəl bir qonaqlıq verildi... Həmin məclisdə şahzadəyə on
min tumane-şahiye-İraqi məbləğində nağd qızıl, daş-qaşla bəzədilmiş silah,
qumaş, parça, silah avadanlığı verildi. Onun mülazimlərini onların hər günlük
ehtiyacları ödənilmək şərti ilə ayrı-ayrı əzəmətli əmir və hakimlərə tapşırdılar.
[Sultan Bayəzid] şahın yanında olduğu vaxt ona verilən yerli (bumi) ülufədən
başqa, qarşılanma zamanı pay göndərilən töhfələrdən və bu məclisdə təqdim
olunan ənamlardan savayı on beş min tümən pul, cəvahir, qiymətli daşlarla
bəzədilmiş silah, qızıl və gümüş qab-qacaq, gözəl töhfə, nəfis kitab, zərli saplar-
la toxunulmuş kirmani və cuşmani xalıları, əlvan parçalar, xarici ölkə qumaşla-
rına layiq görüldü. Şah, ümumiyyətlə o sultanzadəni layiq olduğundan daha
çox şahanə diqqət və qiymətli hədiyyələrə layiq bildi” [11, s.199, 200]. Ata ilə
oğul arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışan Şah I Təhmasib (1524
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
171
– 1576) “özünün bir etibarlı adamını xandgarın (Sultan I Süleymanın – T.C.)
yanına göndərib, şahzadənin təqsirinin əfv edilməsini xahiş etdi. Lakin Sultan
Süleyman oğlundan elə bərk incimişdi ki, onun sağ qalması ilə heç cür razı-
laşa bilmir, şahzadənin vücudunun Osman sülaləsi [“Ale-Osman”] dövlətinin
dağılacağına səbəb olacağını düşünürdü. O, sülh sazişinin onun vasitəçiliyi
ilə imzalandığı öz etibarlı adamı olan Sinan bəyi əşrəfin [Şah Təhmasibin] ya-
nına yolladı. [Sinan bəy] əhd-peyman şərtlərinin möhkəmlənməsindən söz
açdı, Sultan Bayəzidlə əlaqədar təkzibolunmaz dəlillərlə söhbət apardı. Sultan
Süleyman öz əli ilə yazdığı məktubda şahdan şahzadənin ya diri halda onu
aparmağa gələnlərə verilməsini, ya da öldürülməsini təmənna etmişdi. Yaz-
mışdı ki, əgər şah şahzadəni sağ halda vermək istəməzsə, qoy onun fitnə-
fəsad çırağı olan gözlərini işıqdan salaraq kor etsin. Cənnətməkan həzrət
şah bu işin mürüvvətdən uzaq bir əməl olduğunu düşünüb, Sinan bəyi meh-
ribanlıqla yola saldı. O, yenidən oğlunun dilli-dilavər, sözlü-söhbətli elçilərini
göndərərək ondan xahiş etdi ki, şahzadəyə iqta olaraq bir yer verilsin ki, o ge-
dib həmin yerdə ömrünü başa vursun. Əgər bundan sonra da ondan ədəbsiz
bir hərəkət baş verərsə, onu cəzalandırmaq çətin bir məsələ ola bilməz” [11,
s.200, 201]. Bu danışıqların getdiyi vaxt Sultanzadə Bayəzid qaçmaq planları
hazırladı. Sultanzadəni yanına dəvət edən Şah I Təhmasib onu həbs etdirdi.
Şah Təhmasibin bu hərəkətinə haqq qazandıran İsgəndər bəy Türman yazır:
“Sülhün (1555-ci il Amasiya sülhu - T.C.) ən mühüm şərtlərindən biri bu idi ki,
əgər tərəflərin adamlarından biri qaçaraq qarşı tərəfə sığınarsa, onu himayə
etməyərək geri qaytarsınlar [Bax: 10, s.173] Doqquz yüz altmış doqquzuncu
ildə (miladi 1561/62) Sultan Süleyman Mərəş hakimi Əli paşanı və öz çaşnigir-
başısı Həsən ağanı iki yüz etimadlı ağa və çavuşla birlikdə şahzadəni geri tələb
etmək məqsədi ilə saraya yolladı” [11, s.202]. Lakin Şah I Təhmasib onlara
“etibar etməyib, Allah bəndəsi olan ixtiyar sahibi ağsaqqalların göndərilməsini
xahiş etmişdi. İkinci dəfə isə əməlisaleh və Osmanlı dudmanının çoxdan-
kı xidmətçilərindən olan Xosrov paşa bir dəstə etimadlı ağsaqqalla birlikdə
gəldi. Heç güman edilmirdi ki, onlar bu məmləkətdə şahzadəyə xəsarət yetirə
bilərlər. Buna baxmayaraq, onlar xandgarın fərmanı ilə, təxirə salmadan onla-
rın beşini də qətl edib, cəsədlərini Ruma apardılar” [11, s.202]. Şah Təhmasib
“Təzkirəsinə” istinad edən Ş.Fərzəlibəyli bu əməlinə görə Qanuni və Səlimdən
onun qızıl pul və bəxşişlər aldığını yazır [10, s.174].
Qarşılama mərasimi ilə bağlı təsvirlərə XVI əsrin sonunda baş verən
hadisələrdə də rast gəlirik. 1588-ci ildə Abdulla xan Şeybani Heratın tutul-
ması ilə Xorasana sahibləndi. Bu məsələdə Böyük Moğol dövlətinin başçı-
sı Cəlaləddin Məhəmməd Əkbər şah neytal mövqedə dayanmışdı [bax: 14,
s.117-119]. 1590-cı ildə Osmanlı dövləti ilə müqavilə bağlayan Şah I Abbas
(1587-1629) Cənubi Qafqaz və Cənubi Azərbaycanı onlara güzəştə gedib,
əsas diqqətini Xorasana yönəltdi (14, s.119). 1590/1-ci ildə Şeybanilərə qarşı
hərbə hazırlaşan Şah I Abbas Böyük Moğol dövlətinə Yadigar Sultan Rumlunu
elçi olaraq göndərir. Onun Cəlaləddin Məhəmməd Əkbər şaha məktubunda
deyilirdi: “Qəza-qədərin tələbi ilə Abdulla xan və özbək qoşunları Xorasanı
tutmuşlar. Özbək ləşkərinin dəf olunması və irsi məmləkətimiz olan Xora-
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
172
sanın xilas olma zərurəti hamıya məlumdur. Siz əgər bizə zahiri imdad edə
bilməsəniz belə, batini mərdlikdən (himmət) və diqqətdən kənar olmayın”
[11, s.810; 14, s.119, 120]. Şeybanilərə qarşı hərbi əməliyyatlar aparan I Şah
Abbas Din Məhəmməd xanı məğlub edib 1598-ci ildə Xorasanı geri qaytardı
[bax: 14, s.120]. Bu xüsusda “Tarixe- aləmaraye-Abbasi”nin məlumatları ma-
raq doğurur. Orada deyilir: “Özbək sultanlarının eyni sülaləsinə mənsub və
Şeyban ibn Cuci ibn Çingiz xan nəslindən olan Ürgənc valisi Nurməhəmməd
xan ibn Əbülməhəmməd xan və Xarəzm padşahı Hacı Məhəmməd xan ibn
Əta xan Nisa vilayəti üstündə düşmənçiliyə başladılar. Nurməhəmməd xan
Abdulla xana pənah apardı, Nisa vilayətini ondan almaqdan ötrü kömək
əvəzinə Mərvi peşkəş kimi verəcəyini boyun oldu. Abdulla xan Mərvi artıq
özünə götürdüyünə baxmayaraq, Nurməhəmməd xanın istəyinin icrasın-
dan ötrü vaxtı uzatdı, çünki Nurməhəmməd xanla Hacı Məhəmməd xanın
arasındakı düşmənçilik Abdulla xanın məqsədinə müvafiq idi [11, s.866].
Bütün niyyəti Xorasan vilayətini və Xarəzmi ələ keçirmək olan Abdulla xan
Ürgənc sultanlarının həzrət zillallah şahla birlik və dostluq etmələrindən
narazı idi. O, həmin sultanların bir-birləriylə çəkişmələrini qənimət sanıb,
bu il əlahəzrətin sərhədyanı işlərlə məşğul olmasını fürsət bildi və [oğlu]
Əbdülmömin xanı Əbivərd, Nisa və Nişapur [şəhərlərini] fəth etməkdən
ötrü Xorasana göndərdi, özü isə Xarəzmə qoşun çəkdi. Əbdülmömin xan
Mərvə çatdıqda Nurməhəmməd xanın xidmətində olan özbəklər canla-
rının qorxusu və mallarının qarətə gedəcəyindən qorxub, bivəfalıq etdilər
və qala açarını ona göndərdilər. Ləşkərin bivəfalığını və düşmənin fəthini
görən Nurməhəmməd xanın daha həmin vilayətdə qalmaq imkanı qalmadı,
Hafizək Sultan Xəbuşaninin köməyi ilə həmin vilayətdən çıxaraq özünü şah
[dərgahının] astanəsinə çatdırdı. Əlahəzrət də onun gəlişini qiymətləndirib
adlı-sanlı şahzadə Məhəmməd Bağır Mirzəni xanı qarşılamaqdan ötrü cənab
etimadüddövlə, bəzi əmirlər, xüsusi adamlar və yaxın şəxslərlə birlikdə
bir fərsəx məsafəyə göndərdi. Məhəmməd Bağır Mirzəyə gəlib çatan
Nurməhəmməd xan atdan yerə endi və şahzadə ilə rəsmi görüş qaydasını
yerinə yetirdi, hümayun dövlətxanaya gəldi, Çehelsütun qəsrində hümayun
nəvvabla görüşməklə şərəfləndi [11, s.866, 867]. Abdulla xan Xarəzmə qoşun
çəkmişdi. “Hacı Məhəmməd xan fərardan başqa çarə görmədi, hiyləgərliklə
özünün böyük oğlu Ərəb Məhəmməd Sultanı, kiçik oğlu Sevinc Məhəmməd
Sultanı, nəvəsi Bərənduq Sultanı, qardaşı oğlu Babacan Sultanı və Astrabad
hüdudunda türkmanların sayinxanı eli içərisində yaşayan qırx-əlli nəfər eti-
barlı mülazimini ataraq, oradan şahın mülazimət ehramına bürünüb ali pay-
taxta tərəf üz tutdu” [11, s.874]. Şah I Abbas Luristanda bu xəbəri eşidir. O,
“Qəzvində ondan ötrü münasib mənzillər hazırlatdı, savəri təyin etdi ki, bir
neçə günlük yol yorğunluğundan və gecə-gündüz at sürmək məşəqqətindən
asudə olub istirahət etsin. Hacı Məhəmməd xan bir neçə gün dincələrək,
hümayun ordunun gəlişini gözləməkdəydi” [11, s.874, 875].
Luristandan Qəzvinə qayıdan Şah Abbas “Əvvəlcə Hacı Məhəmməd xa-
nın qaldığı mənzilə getdi, xosrovanə sorğu-suallarla onun pərişan ovqatı-
nı sevindirdi. Luristan səfərində hümayun orduda olan Nurməhəmməd xan,
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
173
əlahəzrətin Hacı Məhəmməd xanla görüşdüyü bu gün gəlib və Çingiz xan
qayda-qanununa əməl edib, Hacı Məhəmməd xanın qabağında mülazimlər
kimi ədəblə ayaq üstdə dayandı, icazə aldıqdan sonra irəli gəlib onunla görüş-
dü, Hacı Məhəmməd xan da onunla qucaqlaşma (rəsme-moaneqe) rəsmini
yerinə yetirdi. Xülasə, əlahəzrət Qəzvin darüssəltənəsində bir müddət qaldı,
padşahanə məclislər qurdu və adları çəkilən sultanlarla mehriban söhbətlər
etdi [11, s.882, 883]. Şah buyurdu ki, əgər ilahinin razılığı olarsa, bir daha onu
və Nurməhəmməd xanı Xarəzm və Ürgənc taxtına əyləşdirərəm. Şahın bu ar-
zusu İlahi tərəfindən qəbul olundu, nəhayət, onların hər ikisi bu dudmanın yar-
dım və imdadı sayəsində özlərinin irsi mülklərində yenidən taxta oturdu” [11,
s.874,875]. O, Hacı Məhəmməd xanla söhbətə həzrət İsgəndər şanlı nəvvabı
(Məhəmməd Xudabəndəni – T.C.) da dəvət edir, hər ikisi bir yerdə əyləşib
söhbətləşirdilər. Nəvvab şah çox vaxt sadəliklə onlara mizbanlıq edirdi. Qədim
vaxtlardan indiyədək iki aliməqam padşah bir yerdə əyləşib məclis qurmaları
ruzigarın nadir hadisələrindəndir” [11, s.882, 883].
Dostları ilə paylaş: |