Azərbaycanda milli turizm
sektorunu inkişaf etdirmək
və turizm ehtiyatlarından
əhalinin sosial rifahı
yönündə səmərəli istifadə
etmək siyasətinin əsası,
bütün sahələrdə olduğu
kimi, ümummilli lider
Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
140
fəaliyyətinin əsaslarını müəyyənləşdirmiş oldu, turizm sahəsində münasibətləri
tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm
ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə
etmək məqsədilə Ümummilli Liderin 2002-ci il 27 avqust tarixli Sərəncamı
ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair
Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramının tələblərinə uyğun
olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar
tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuşdur.
4. İnkişafın yeni mərhələsində milli turizmin inkişafı güclü
iqtisadi bazaya əsaslanır
İnkişafın yeni mərhələsində sosial-iqtisadi inkişafın Azərbaycan modeli-
nin xarakterik cəhətlərindən biri də qarşıya qoyulan məsələlərin proqramlar
çərçivəsində mərhələlər üzrə həllinə nail olunması, ayrı-ayrı sahələrin inkişafının
cari və uzunmüddətli proqramlarla təmin edilməsi siyasətidir. Belə proqramlar
içərisində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş proqram-
lar, habelə investisiya proqramları, məşğulluq, təhsil, səhiyyə, sosial təminat
və s. sahəvi proqramlar insanların sosial rifah halının yüksəldilməsinə birba-
şa ünvanlanmış çox mühüm fəaliyyət kimi qiymətləndirilməlidir. Azərbaycan
Respublikasının sosial siyasətində turizmin inkişafı xüsusi yer tutur. Turizm
bütün formalarda, yəni həm daxili, həm də xarici turizm sahəsində əhalinin
rifah halının yüksəldilməsinə yönələn sosial siyasətdir. Belə ki, turizmin inkişafı
Azərbaycanın dünyaya tanıdılması, xalqımızın milli-mədəni özünüdərki, təbii
və mədəni resurslara düşünülmüş, sayğılı münasibəti, regionların inkişafı, yeni
iş yerlərinin açılması, yeni gəlir sahələrinin əldə edilməsi və s. baxımından xü-
susi əhəmiyyət kəsb edir. Turizmin inkişafı ilə əlaqədar turizm regionlarında
infrastrukturun formalaşmasına şərait yaranır, yeni otellər, əyləncə mərkəzləri
və s. fəaliyyətin reallaşması ilk növbədə bölgələrdə yeni iş yerlərinin açılması-
na, məşğulluq siyasətinin uğurlu həllinə zəmin yaradır.
2004-cü ildən başlayan və artıq ikinci mərhələsi uğurla davam edən region-
ların sosial-iqtisadi inkişafı dövlət proqramları bütövlükdə ölkəmizin qüdrətinin
artmasına, o cümlədən Azərbaycan əhalisinin sosial rifahına yönələn və konkret
nəticələr verən mütərəqqi milli layihələrdir. Məhz bu proqramlar çərçivəsində
iqtisadiyyatın şaxələnməsi siyasəti təmin edilmiş, qeyri-neft sektorunun inkişafı
regionların ictimai-sosial həyat səviyyəsini yüksəltmiş, aqrar sahə, emal sahəsi,
turizm, sanator-kurort işi və bu kimi istiqamətlərin formalaşmasına güclü təkan
vermişdir. Bu proqramın uğurlu icrası sahəsində ötən il qeyri-neft sektorunda
artım tempi 10 faizdən çox olmuşdur. Artıq neçə ildir ki, Azərbaycan sosial-
iqtisadi inkişaf səviyyəsinə görə “aşağı gəlirli ölkələr” sırasından “orta gəlirli
ölkələr” sırasına keçmişdir. Hədəf ondan ibarətdir ki, növbəti 10 ildə - 2013-
2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir. Növbəti
10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın.
Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində turizm sektoru inten-
siv olaraq inkişaf etmişdir. Ölkədə açılan 1 milyon 300 minə yaxın iş yerinin
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
141
(həmin iş yerlərindən 900 mini daimi iş ye-
ridir) ümumi tərkibində turizm obyektlərinin
də əhəmiyyətli rolu vardır. Bu sahə insanla-
rın məşğulluğunun genişlənməsinə, yox-
sulluğun aşağı salınmasına, əhalinin rifah
halının yaxşılaşdırılmasına xidmət edir. Re-
gionların sosial-iqtisadi inkişafı ilə əlaqədar
icra edilən dövlət proqramları çərçivəsində
ümumilikdə turizm sahəsində böyük
nailiyyətlər əldə edilmişdir. Regionlarda
çoxsaylı turizm mərkəzləri yaradılmışdır.
Xüsusilə qeyd edilməlidir ki, 3-cü dövlət
proqramında turizmin inkişafı ayrıca ola-
raq nəzərdə tutulmuşdur ki, bu da turizm
sahəsində görülən işlərin yaxın 5 ildə öz
bəhrəsini verməsini təmin edəcəkdir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağ-
lı uğurla reallaşdırılan inkişaf strategiyası
kimi sonuncu Dövlət Proqramı artıq özünün
növbəti - üçüncü mərhələsi ərəfəsindədir.
2013-2020-ci illəri əhatə edəcək bu mərhə-
lədə ölkədə turizm infrastrukturunun inkişaf
etdirilməsi və turizm xidmətlərinin daha da
genişləndirilməsi, regionlarda və Bakıda yeni
beynəlxalq standartlara cavab verən meh-
manxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi
abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sekto-
runda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan-2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərin reallaş-
dırılması, xüsusilə də turizm sahəsini əhatə edən irimiqyaslı tədbirlərin həyata
keçirilməsi nəticəsində regionlarımızın və kəndlərimizin tarazlı və bununla da
gələcəkdə Azərbaycanın davamlı inkişafı, eləcə də bölgə əhalisinin və xalqımı-
zın rifahının daha da yaxşılaşması təmin ediləcəkdir.
Milli turizm infrastrukturunun dünya standartlarına cavab verən modeli-
nin yaradılması, turizm xidmətlərinin beynəlxalq səviyyəyə uyğun şəkildə təşkil
edilməsi və milli kadr korpusunun formalaşdırılması məqsədilə dövlət baş-
çısının ardıcıl olaraq verdiyi qərar və sərəncamların əhəmiyyəti ayrıca qeyd
edilməlidir. Heç şübhəsiz, ölkəyə gələn turistlərin sayının artırılması üçün
peşəkar və keyfiyyətli kadr potensialının olması olduqca önəmlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il
tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respub-
likasının Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yara-
dılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393
nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə təsdiq
edilmişdir [bax: 9].
Azərbaycan Respublikasının
sosial siyasətində turizmin
inkişafı xüsusi yer tutur.
Turizm bütün formalarda,
yəni həm daxili, həm də xarici
turizm sahəsində əhalinin
rifah halının yüksəldilməsinə
yönələn sosial siyasətdir.
Belə ki, turizmin inkişafı
Azərbaycanın dünyaya
tanıdılması, xalqımızın milli-
mədəni özünüdərki, təbii və
mədəni resurslara düşünülmüş
sayğılı münasibəti, regionların
inkişafı, yeni iş yerlərinin
açılması, yeni gəlir sahələrinin
əldə edilməsi və s. baxımından
xüsusi əhəmiyyət kəsb edir.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
142
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 925
saylı Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
nəzdində Azərbaycan Turizm İnstitutu (ATİ) yaradılmışdır. Azərbaycanda turizm
sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət
sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazır-
lanması və təkmilləşdirilməsi məqsədi ilə yaradılan Azərbaycan Turizm İnsti-
tutunun bazasında dövlət başçısının 22 dekabr 2014-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır [10].
Belıliklə, sərəncamda qeyd edildiyi kimi, dövlət başçısı Azərbaycan Respub-
likasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan
sürətli inkişafı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qar-
şıya qoyulan vəzifələri, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Tu-
rizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində
turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən belə bir uni-
versitetin yaradılmasına qərar vermişdir.
Qeyd edilməlidir ki, peşəkar kadr çatışmazlığı probleminin mövcud olması
ölkəmizin böyük perspektivlərə malik turizm sahəsinin inkişafına mane olan
səbəblərdəndir. Azərbaycanda nəinki yüksək, həm də orta və aşağı səviyyəli
xidmətləri təqdim etməyi bacaran personalın formalaşdırılması ehtiyacını ara-
dan qaldırmaq üçün bu sahədə fəaliyyət göstərən turizm şəbəkələrində kadr
təminatı ilə bağlı kurslar təşkil edilsə də, bu tədbirlər ölkədə bütün hotellər və
turizm sahəsi üzrə fəaliyyət göstərən digər obyektləri qane etmək iqtidarında
deyil. Ölkəmizdə turizm, menecment və digər xidmət sahələrində müşahidə
edilən sürətli inkişaf turizm və menecment sahələri üzrə kadr hazırlığının daha
yüksək səviyyədə təşkil edilməsi zərurətini yaratmışdır.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə
apardığı araşdırmalar da onu göstərir ki, 2023-cü ilə kimi ölkəmizin turizm
sahəsində kadrlara olan tələbatı tam ödənilməyəcək. Həmin müddətə kimi
turizmin ayrı-ayrı sahələri üzrə kadra olan tələbatın (sahələrdən asılı ola-
raq) 10-da birinin, yaxud 5-də birinin ödəniləcəyi gözlənilir. Kadrlara olan
ehtiyac müəyyənləşdirilərkən həm ATİ-də, həm də ölkənin bir sıra ali təhsil
müəssisələrində, o cümlədən kolleclərdə turizm sahəsi üzrə hazırlanan kadr-
lar nəzərə alınıb. Turizm xidmətlərinin səviyyəsini yüksəltməkdən ötrü savadlı,
peşəkar kadrlara daha çox ehtiyac var. Məhz bu zərurəti nəzərə alaraq, kadr
hazırlığının daha geniş miqyasda həyata keçirilməsi üçün yeni universitetin ya-
radılması qərara alınmışdır [11].
ATİ (indiki ATMU) yarandığı ilk dövrdə 200 tələbə ilə 3 ixtisas üzrə tədrisə
başlamışdısa, bu gün burada 11 ixtisas üzrə bakalavr təhsili, 15 ixtisas üzrə isə
magistr təhsili verilir. Artıq universitetdə Doktorantura şöbəsi fəaliyyət göstərir
və hər il buraya 10 nəfərdən çox doktorant və dissertant qəbul olunur. Eyni za-
manda ATMU-nun peşə məktəbi də peşə sahəsi üzrə kadr hazırlığı həyata keçirir
[12].
Prezidentin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proq-
ramı”nda isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
143
birinə çevrilməsi üçün əhatəli tədbirlər planı öz əksini tapmışdır. Prezident
İlham Əliyevin Sərəncamı ilə 2011-ci il “Turizm ili” elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi
diqqət yetirilməsi əsas strateji məsələlərdən biri kimi qoyulur. Qeyd edilir ki,
“qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən
istehsal, sosial və bazar infrastrukturu şəbəkəsi yaradılacaq, təsərrüfatçılığın
və idarəçiliyin mütərəqqi formalarından istifadə genişləndiriləcəkdir. Konsep-
siya çərçivəsində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq stan-
dartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi,
bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi və ÜDM-də xüsusi çəkisinin
artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Turizmin inkişaf etdirilməsi
məqsədi ilə bu sahəyə dair qanunvericilik və standartlar təkmilləşdiriləcək,
Xəzər dənizinin turizm potensialından tam şəkildə istifadə edilməsi üçün
zəruri tədbirlər görüləcək, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq,
informasiya-təbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və
təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm
marşrutları yaradılmaqla təşviq ediləcəkdir” [13].
Qeyd edildiyi kimi, regionlarda turizmin inkişafı ölkənin iqtisadi və mədəni
inkişafına əsaslı təsir göstərir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 27 fevral 2014-cü il tarixli “Azərbaycan Respublikası re-
gionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında Fərman imzalanmışdır. Fərmanda “regionların inkişa-
fının davamlılığının təmin edilməsi”, “qeyri-neft sektorunun, ...infrastrukturun
və sosial xidmətlərin daha da yaxşılaşdırılması” qarşıya əsas məqsəd kimi qo-
yulur [14].
Bu proqramda regionlarda turizmin inkişafı prioritet məsələlərdən biri
kimi qoyulur: “Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda tu-
rizmin inkişafı qarşıdakı illərdə prioritet olaraq qalacaq, turizm ehtiyatlarının
genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri
olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi
və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağ-
lı layihələrin icrası davam etdiriləcəkdir. Turizm sahəsinin inkişaf istiqamətləri
aşağıdakılardan ibarətdir:
• regionlarda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər
səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata
keçirilməsi;
• ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması və bu
sahəyə investisiyaların cəlb edilməsi məqsədilə müasir informasiya və kom-
munikasiya texnologiyaları vasitəsilə təşviq işinin genişləndirilməsi;
• regionlarda turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yara-
dılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrut-
larının yaradılması;
• turizm sektorunda çalışan personalın peşə hazırlığı səviyyəsinin artırılması
vasitəsilə regionlarda turizm xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdı-
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
144
rılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
• regionlarda müxtəlif kateqoriyalı yeni mehmanxanaların və digər yerləşdirmə
vasitələrinin, turizm xidməti obyektlərinin yaradılmasının dəstəklənməsi”
[14].
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun
olaraq “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi” hazırlanmışdır.
Turizmin inkişafının Azərbaycan modeli açıq iqtisadi şərait, ixracyönlü is-
tehsal və stimullaşdıran sahələrin artması yolu ilə baş verməlidir ki, bu da öz
növbəsində turizmin inkişafında yeni xüsusiyyətlər yaradır. Bu gün respubli-
kadan ixrac olunan məhsulların çox hissəsini - 70%-ə qədərini neft və neft
məhsulları təşkil edir. Bu isə neft sahəsinə gətirilən məhsullara nisbətən xeyli
azlıq təşkil edir.
Statistik məlumatlara görə, 2014-cü ildə dünya turizim bazarında tu-
rist səfərlərinin sayında azalma müşahidə edilmişdir. Bizim ölkəyə gəldikdə
isə vəziyyət ürəkaçan olmuşdur. Belə ki, ötən il Azərbaycana 2,5 milyon tu-
rist gəlmişdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsini nəzərə alsaq,
bu il Azərbaycana əcnəbilərin gəlişində böyük artımın olacağı gözlənilir. III
Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxışı zamanı AR Mədəniyyət və
turizm naziri Ə.Qarayev bu barədə qeyd etmişdir: “2014-cü ildə Azərbaycana 3
milyona yaxın turist gəlib. Bu gün ölkəyə ayaq basan hər bir turist orta hesabla
700 dollar pul xərcləyir. Bu baxımdan turistlərin sayını 2 dəfə artırmalıyıq. Yaxın
5 ildə Azərbaycana gələn turistlərin sayını 4,5-5 milyon nəfərə çatdırmaq qar-
şıya hədəf kimi qoyulmuşdur. Bunun üçün normal infrastruktur yaradılacaqdır”
[15].
2015-ci idə birinci Avropa Oyunları kimi beynəlxalq tədbirin dünya üzrə ilk
dəfə olaraq Azərbaycanda keçirilməsini və tədbirə olan marağı nəzərə alsaq,
turizm sahəsində dönüşə bərabər yüksəliş gözlənilir.
5. Turizmin sosial rifah fenomeni kimi mahiyyəti
Turizm sahəsinin qloballaşması prosesi və sürətli inkişafı, onun dünya iqti-
sadiyyatının zəruri sahələrindən birinə çevrilməsi turizmin sosial və sosial qlo-
bal funksiyasının təhlilini tələb edir [8, s.57-63]. Turizmin inteqrativ funksiyası
1996-cı ildə qəbul edilmiş “Turizmə insanpərvər və sosial baxış” adlı Monreal
bəyannaməsinin “Sosial turizm ayrı-seçkiliyə qarşı və inteqrasiya problemi ilə
bağlı ali idealdır” adlı birinci fəslində müəyyənləşdirilir [16]. Turizmin sosi-
al funksiyası sosial subyektlərin, o cümlədən sosiumların qlobal məkanda ra-
zılaşdırılmış qarşılıqlı fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur. Turistlər
sosiumun, sosial etnik birliklərin üzvləri ilə ünsiyyətə daxil olurlar, müxtəlif
sosiumların üzvlərinin qarşılıqlı intensiv fəaliyyəti və ünsiyyəti fərdlərin və
sosial qrupların dəyələr sisteminin qarşılıqlı təsirini sürətləndirir, onların qar-
şılıqlı anlaşmasını asanlaşdırır, həyatlarında ümumi tərəflərin, motivlərin və
dəyərlərin yaranmasına səbəb olur, ictimai həyatın müxtəlif sahələrində onların
fəaliyyətini əlaqələndirir [8].
Turizmin sosial xüsusiyyətlərindən biri işsizlik probleminin həllinə təsiri
ilə bağlıdır. Belə ki, inkişaf etmiş ölkələrdən olan insanların səyahəti böyük
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
145
məbləğdə pul sərfinə başa gəlir və az inkişaf edən ölkələrdə turizmin inkişa-
fına, yeni iş yerlərinin açılmasına, bu ölkələrdə qarışıq sahələrin yaranmasına
və iqtisadiyyatların yaxınlaşmasına səbəb olur. Turizm fəaliyyəti ilə əlaqədar
olaraq bir çox ölkələrdə təbiətin qorunmasına və mədəniyyətin inkişafına, ta-
rixi abidələrin və ənənələrin qorunmasına böyük sərmayələr qoyulur. Beləliklə,
böyük insan qruplarının yeni sosial mədəni məkanda yerdəyişməsi nəticəsində
müasir cəmiyyətin mahiyyəti transformasiyaya uğrayır .
Turizmin sosial səmərəliliyi əhalinin asudə vaxtının rasionallaşdırılmasında,
mənəvi və fiziki bacarıqlarının inkişaf etdirilməsində ifadə olunur. Sosial turizm
insanın istirahət və azad hərəkət etməsi, sağlamlığının qorunması, aztəminatlı
əhalinin fiziki və mənəvi reabilitasiyası hüquqlarının təmin edilməsinə yönəlir.
Sosial turizm həm də cəmiyyətin müxtəlif təminatlı təbəqələri arasındakı
ziddiyyətlərin yumşaldılmasına yönəlir, dövlətin sosial və siyasi sabitliyini təmin
edir. Sosial turizm ölkənin, regionun sosial-iqtisadi vəziyyətinə əhəmiyyətli
təsir edir. Ölkə daxilində sosial məhsulun istifadəsi, pul mübadiləsi baş verir
ki, bu da vergi bazasının genişlənməsinə və yerli mal istehsalına tələbatın art-
masına, xidmət sahəsinin inkişafına şərait yaradır. Sosial turizmin inkişafı kiçik
şəhərlərin dirçəlişinə kömək edir, yeni iş yerlərinin açılmasına və saxlanılma-
sına, məşğulluq məsələsinə təsir edir. Sosial turizm faktiki olaraq cəmiyyətin
birləşməsinə, onun davamlı inkişafına şərait yaradır.
Müasir dövrdə turizm bütöv sənaye və ərazi kompleksi kimi formalaşır. Bu
sahəyə insanların istirahəti ilə bağlı olan sənaye, nəqliyyat və digər sahələrin
qarşılıqlı əlaqəsi, turist xidmətinin təşkili və idarəçiliyi məqsədi ilə formalaşmış
müəssisə, təşkilat və orqanlar daxildir. Turizm sənayesi və kompleksinə ərazinin
əhatəsində və ona yaxın sahələrdə artıq formalaşmış mehmanxana kompleksləri,
yeməkxanalar, ekskursiya şirkətləri, nəqliyyat müəssisələri və sosial-mədəni
sahələr daxildir [17, s.9].
Dövlət turizmin inkişafı ilə məşğul olan sahibkarlara, hüquqi və fiziki
şəxslərə yardım və bir sıra iqtisadi-təşkilati mexanizmlərlə təsir etməklə həmin
regionun turizm dövriyyəsinin artmasına səbəb olur. O cümlədən, bazarların
kəsişməsi, ümumi əmtəə və xidmət tələb və təklifinin formalaşmasında turizm
dövriyyəsinin rolu və xüsusi çəkisi qiymətləndirilir. Turizmin inkişafının iqtisadi
artımla yaxınlığı respublika daxilində əhalinin digər tələbatlarının ödənilməsi
və turist məqsədi ilə yerdəyişmənin həyat tərzinə çevrilməsi meyilləri ilə bağ-
lıdır. Hər bir fəaliyyət sahəsinin turist infrastrukturuna çevrilməsi bu sahənin
kompleks inkişaf xüsusiyyətləri ilə bağlıdır.
Turizmin inkişafının hər bir ölkədə əsasını iqtisadi potensial və onun iqti-
sadi-sosial aspektdən səmərəliliyi təşkil edir. O cümlədən, iqtisadi artım və re-
sursların potensialı və onların turizm dövriyyəsinə cəlb edilməsi imkanları iqti-
sadi əsas yaradır. Turizm bazarı təkcə daxili tələbat deyil, həm də xarici ölkələrin
kapital axınına səbəb olduğu üçün onun genişləndirilməsi təbii-coğrafi və
həmçinin iqtisadiyyatın struktur dəyişmələri ilə əlaqəlidir. Belə ki, təbii-coğrafi
mühit, əhalinin məşğulluğunun yüksəldilməsi məqsədi, həmçinin investisiya
ayırmaları üçün dövlət və xüsusi vəsaitlərin istifadəsinin turizm bazarına cəlb
edilməsi yolları iqtisadi stimulları və idarəetmə üsullarını təkmilləşdirir.
Turizmin sistem kimi təhlili baxımından onun mövcud vəziyyəti respublika-
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
146
ya gələn və gedən turistlərin sayı, respublika əhalisinin yerli turist xidmətindən
müxtəlif formada istifadəsi, turist infrastrukturunu yaradan obyektlərin sayı və
həmçinin onların keyfiyyəti ilə ölçülür. Həmçinin turist obyektlərinin planlaşma-
sı, turist tələbatının xarakteri, marketinq strukturu və standartlara uyğun xidmət
sferası ilə ölçülür. Turizmin marketinq xidməti, ayrı-ayrı sahələrin göstəriciləri
ilə tarazlı inkişaf meyillərinə malikdir. Belə ki, hər hansı struktur dəyişmələri
turizmin marketinq strukturu və maddi-texniki bazasının inkişafında öz əksini
tapır. Turizmin inkişafı makrosəviyyədə iqtisadi artımın və həmçinin ümumi
daxili məhsulun bölgüsü və yenidən bölgüsünün tərkib hissəsi kimi müxtəlif
ölkələrdə özünün qanunauyğunluqları ilə seçilir. Azərbaycanda turizmin poten-
sial göstəricisi, onun əhalisinin sayı, əhalisinin turist xidmətindən istifadə etmək
qabiliyyətinə malik olan kontingentlərinin sayı, həmçinin turizmin maddi-tex-
niki bazasını təşkil etmək üçün maliyyə resurslarının miqdarı ilə müəyyənləşə
bilir. Təbii ki, potensial imkanlar həmin imkanların turizm dövriyyəsinə cəlb
edilməsi ehtimalından, konkret proqramlar və iqtisadi təşkilati tədbirlərin
məcmusu ilə müəyyənləşir. Bütövlükdə turizmin mövcud vəziyyəti ilə onun
perspektivi arasında müəyyən ətalət və variant olsa da, islahatlar şəraitində və
gəlirlərinin perspektiv artım sürətinə malik olan Azərbaycanda bu transforma-
siya keyfiyyətli və çox güclü olmalıdır.
Turizmin təşkili üçün mövcud olan resurslar bunlardır: a) turist qəbul
edən ölkənin təbii xüsusiyyətləri (coğrafi vəziyyəti, iqlim xüsusiyyətləri, ərazi
quruluşu, bitki örtüyü və heyvanlar aləmi); b) ölkənin sosial-mədəni mühiti
(mədəniyyəti, adət-ənənələri, dünyəvi və dini quruluşu, qonaqpərvərliyi, milli
mentaliteti); c) turizm infrastrukturu.
Son illər Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft
sektorunun və regionların inkişafı daha da sürətlənmiş, valyuta ehtiyatla-
rının səmərəli idarə edilməsi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi
gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya
mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Əgər əvvəlki
illərdə iqtisadi artım əsasən neft sektorunun hesabına baş verirdisə, 2011-ci
ildən başlayaraq bu tendensiya dəyişməyə başlamışdır. 2012-ci ildə ümumi da-
xili məhsulun artımı tamamilə qeyri-neft sektorunun hesabına formalaşmış və
2,2 faiz olmuşdur. Qeyd etmək lazımdır ki, qeyri-neft sektoru üzrə artımın 9,7
faiz təşkil etməsi 2012-ci ilin mühüm iqtisadi uğuru kimi dəyərləndirilə bilər.
Artıq ümumi daxili məhsulda qeyri-neft sektoru neft sektorunu üstələmiş və
ÜDM-də payı artaraq 52,7 faizə çatmışdır [18].
Qeyd edək ki, xüsusilə informasiya texnologiyaları və turizm kimi Azərbaycan
üçün qeyri-ənənəvi olan sahələrdən gələn gəlirin ÜDM-də xüsusi çəkisinin art-
ması olduqca diqqətəlayiqdir. İnformasiya texnologiyalarının inkişafı və tətbiqi
dairəsinin genişlənməsi elektron xidmətlərin göstərilməsini, elektron ticarətin
və elektron ödəmələrin genişlənməsini təmin edirsə, turizm həm əhalinin
həyat səviyyəsinin yaxşılaşdırılmasında və məşğulluğunun artmasında, həm
də turizm bölgələrinin inkişafında və infrastrukturun yenilənməsində özünü
göstərir. Neft strategiyasının reallaşmasının ilk dövrlərində dövlət büdcəsinin
və bütövlükdə iqtisadiyyatın neft gəlirlərindən asılılığı kimi narahatlıq artıq öz
əhəmiyyətini itirməkdədir.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
Dostları ilə paylaş: |