İstər Azərbaycan
Respublikasının, istərsə də
digər MDB dövlətlərinin
hüquq nəzəriyyəçiləri
hərbi xidmət əleyhinə olan
cinayətlərin sisteminin
müəyyən edilməsinin əsası
kimi həmin cinayətlərin
bilavasitə obyektə görə
qruplaşdırılması prinsipini
qəbul edirlər.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
208
ifadə olunur) pozma (CM-in 333 –335-ci maddələri);
3) xüsusi xidmət qaydalarını pozma (CM-in 336–340-cı maddələri);
4) hərbi vəzifə cinayətləri (CM-in 341–344-cü maddələri);
5) hərbi əməliyyatlar rayonunda hərbi qulluq qaydalarını pozma (CM-in 345–
346-cı maddələri);
6) hərbi əmlaka ziyan vurma və ya ondan istifadə qaydalarını pozma (CM-in
347–350-ci maddələri);
7) hərbi texnikakını idarəetmə və istismar qaydalarını pozma (CM-in 351–
353-cü maddələri) [6].
Hesab edirik ki, hərbi xidmət əleyhinə olan cinayətlərin qruplaşdırılmasında
yol verilmiş əvvəlki ziddiyyətli və qüsurlu halların müəyyən dərəcədə aradan
qaldırılmasına baxmayaraq, sonuncu qruplaşmada da müəyyən nöqsanlara
yol verilmişdir. Belə ki, sistemdaxili qrupları təşkil edən cinayətlərin bilavasitə
obyektinin müəyyən edilməsində yol verilmiş səhvlər sonuncu qruplaşmanın
da qüsurlu alınmasına səbəb olmuşdur. Məsələn, məlumdur ki, hərbi vəzifə
cinayətləri dedikdə, Cinayət Məcəlləsinin 341 və 342-ci maddələrində nəzərdə
tutulan cinayət əməlləri (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini
aşma və ya hakimiyyətdən istifadə etməmə; qulluğa səhlənkar yanaşma) başa
düşülür. Həmin cinayətlərin bilavasitə obyekti hərbi idarəetmə orqanlarının (o
cümlədən də vəzifəli şəxslərin) fəaliyyətini tənzimləyən ictimai münasibətlərdir.
Cinayət Məcəlləsinin 343 və 344-cü maddələrində nəzərdə tutulan cinayətlərin
(müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə, batmaqda olan
hərbi gəmini tərk etmə) bilavasitə obyekti isə müharibə vaxtı, döyüş şəraiti
və digər ekstremal şəraitdə hərbi qulluqçuların (rəis, komandir, gəminin ko-
manda heyətinə daxil olan şəxs) davranış qaydalarını müəyyən edən icti-
mai münasibətlərdir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 341 və 342-ci
maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə 343 və 344-cü maddələrdə
nəzərdə tutulan cinayətlərin bilavasitə obyektləri bir-birindən əhəmiyyətli
dərəcədə fərqlənir. Lakin buna baxmayaraq, müəllif həmin cinayət əməllərini
hərbi vəzifə cinayətləri adlanan bir qrupa daxil etmişdir. Cinayət Məcəlləsinin
349-cu maddəsində nəzərdə tutulan əməlin (silahla və ətrafdakılar üçün
yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma) bilavasitə ob-
yektinin hərbi əmlaka ziyan vurma və ya ondan istifadə qaydalarını pozma
kimi müəyyən edilməsi düzgün deyil. Həmin maddənin adından da görünür
ki, burada «yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma»dan
söhbət gedir və s. [4, s. 15-16].
Bir qədər fərqli mövqedən çıxış edən İ.B.Ağayev hesab edir ki, bilavasitə
obyektdən asılı olaraq, hərbi xidmət əleyhinə olan cinayətləri aşağıdakı qrup-
lara bölmək olar:
1. Hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər:
– hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə;
– fərarilik;
– öz sağlamlığına zərər vurma və ya sair üsulla hərbi xidmətdən boyun qaçır-
ma;
– döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçır-
ma;
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
209
2. Hərbi intizamın ümumi qaydaları əleyhinə olan cinayətlər:
– əmri icra etməmə;
– rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur
etmə;
– hərbi rəisə qarşı zorakı hərəkətlər etmə;
– hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə;
– tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma;
– əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri;
3. Hərbi xidmətin xüsusi vəzifələri əleyhinə olan cinayətlər:
– döyüş növbəsi çəkmə qaydalarını pozma;
– sərhəd xidməti qaydalarını pozma;
– qarovul xidmətinin nizamnamə qaydalarını pozma;
– ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə
xidmət qaydalarını pozma;
– daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma;
– batmaqda olan hərbi gəmini tərk etmə;
– hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə;
– qulluğa səhlənkar yanaşma;
4. Hərbi əmlakı itirmə, zədələmə və ya məhv etmə ilə, yaxud onun tərkibinə
daxil olan yüksək təhlükə mənbələri ilə davranış qaydalarını pozmaqla əlaqədar
olan cinayətlər:
– hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə;
– hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə;
– hərbi əmlakı itirmə;
– silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qay-
dalarını pozma;
– maşınları idarəetmə və istismar qaydalarını pozma;
– uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma;
– hərbi gəmiləri idarəetmə qaydalarını pozma (CM-in 350–353-cü maddələri);
– müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə [3, s. 779-780].
Zənnimizcə, hərbi xidmət əleyhinə olan cinayətlərin bu şəkildə qruplaş-
dırılması yuxarıda göstərilən qruplaşmalardan daha ziddiyyətli və qüsurlu-
dur. Müəllifin təqdim olunan qruplaşmanı hansı səbəbdən CM-in 333-cü
maddəsindən başlamasını, döyüş meydanını özbaşına tərk etmə və ya silah
işlətməkdən boyun qaçırma əməlini, hərbi hissəni və ya xidmət yerini özba-
şına tərk etmə, fərarilik və öz sağlamlığına zərər vurma və ya sair üsulla hərbi
xidmətdən boyun qaçırma kimi əməllərlə bir qrupa daxil etməsini və həmin
qrupu hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər adlandırma-
sını başa düşmək və qəbul etmək mümkün deyil. Belə ki, döyüş meydanını
özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma cinayətinin obyekti
döyüş meydanında davranış qaydaları olduğu halda, hərbi hissəni və ya xidmət
yerini özbaşına tərk etmə, fərarilik və öz sağlamlığına zərər vurma və ya sair
üsulla hərbi xidmətdən boyun qaçırma əməllərinin obyekti Silahlı Qüvvələrdə
və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə hərbi
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
210
xidmətkeçmə (qanunla müəyyən olunmuş müddətdə hərbi xidmətdə olma)
qaydasıdır. Məlumdur ki, bilavasitə obyektə görə qruplaşdırma nəticəsində
müvafiq cinayətlərin vahid növ obyekti müəyyən olunur. Lakin göstərilən
cinayətləri birinci qrupun adına görə hərbi xidmət borcu və vəzifələri əleyhinə
olan cinayətlər adlandırmaq və həmin sahədə yaranan ictimai münasibətləri
sadalanan cinayətlərin növ obyekti kimi müəyyən etmək düzgün olmaz.
Bilavasitə obyekti hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydaları olan və CM-in 328-332-ci maddələrində nəzərdə tutu-
lan cinayətlərlə CM-in 346-cı maddəsində nəzərdə tutulan (əsirlikdə olan hərbi
qulluqçunun cinayət hərəkətləri) və bilavasitə obyekti «Hərbi əsirlərlə davra-
nış haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun
olaraq hərbi əsirlərlə davranış qaydaları kimi müəyyən edilən əməlin «Hərbi
intizamın ümumi qaydaları əleyhinə olan cinayətlər» adlanan bir qrupda
birləşdirilməsi, bilavasitə obyekti xüsusi xidmətkeçmə qaydaları olan və CM-in
336-340-cı maddələrində nəzərdə tutulan qarovul xidmətinin nizamnamə qay-
dalarını pozma, daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını
pozma, döyüş növbəsi çəkmə qaydalarını pozma, sərhəd xidməti qaydalarını
pozma, ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi
üzrə xidmət qaydalarını pozma kimi əməllərin batmaqda olan hərbi gəmini
tərk etmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə, qulluğa səhlənkar yanaşma kimi cinayətlərlə
bir qrupda birləşdirilməsi heç bir məntiqə sığmır.
Hərbi əmlakı itirmə, zədələmə və ya məhv etmə ilə, yaxud onun tərkibinə
daxil olan yüksək təhlükə mənbələri ilə davranış qaydalarını pozmaqla əlaqədar
olan cinayətlər adlandırdığı dördüncü qrupda müəllif mövcud ziddiyyətləri
daha da kəskinləşdirərək hərbi əmlakın qorunması qaydaları əleyhinə olan
cinayətlərlə özünün də qeyd etdiyi kimi, yüksək təhlükə mənbələri ilə davranış
qaydalarının pozulması ilə əlaqədar olan cinayətləri birləşdirmişdir ki, bunu da
heç bir halda bilavasitə obyektə görə qruplaşdırma kimi qəbul etmək olmaz.
Qeyd olunduğu kimi, hərbi xidmət əleyhinə olan cinayətlər bütünlükdə
hərbi qulluğun müəyyən edilmiş qaydalarına, Cinayət Məcəlləsinin müvafiq
fəslinə daxil olan hər bir konkret cinayət isə hərbi qulluğun müəyyən edil-
miş bu və ya digər qaydasına qəsd edir. Odur ki, hərbi xidmət əleyhinə olan
cinayətlərin sisteminə daxil olan ayrı-ayrı əməllərin bilavasitə obyektinin
düzgün müəyyən edilməsi belə cinayətlərin sistemdaxili qruplaşdırılmasının
qüsursuz olmasına təminat verir ki, bu da öz növbəsində hüquqtətbiqetmə
təcrübəsində mümkün ola biləcək səhvlərin qarşısının alınmasında həlledici
əhəmiyyət kəsb edir. «Onu da nəzərə almaq lazımdır ki, müəyyən qruplara
daxil olan ayrı-ayrı cinayətlərin bilavasitə obyekti bəzi hallarda həmin qrup-
ların bilavasitə obyektindən müəyyən qədər fərqlənir. Lakin bu, bütünlükdə
məsələnin mahiyyətinə pozucu təsir etmir, ziddiyyət yaratmır» [4, s. 16].
A.C.Əliyev cinayət qanunu normalarının bilavasitə obyektə görə qruplaşdı-
rılması prinsipinə əsaslanaraq hərbi xidmət əleyhinə olan cinayətləri aşağıdakı
kimi qruplaşdırmağı təklif edir:
1) tabeçilik qaydaları və qarşılıqlı münasibətlərin nizamnamə qaydaları
əleyhinə olan cinayətlər – əmri icra etməmə, rəisə müqavimət göstərmə və
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
211
ya onu qulluq vəzifəsini pozmağa məcbur
etmə, rəisə qarşı zorakı hərəkətlər etmə,
hərbi qulluqçunu təhqir etmə, döymə və
ya işgəncə vermə, tabelik münasibətlərində
olmayan hərbi qulluqçular arasında qarşı-
lıqlı münasibətlərin nizamnamə qaydalarını
pozma (CM-in 328–332-ci maddələri);
2) hərbi xidmətdən boyun qaçırma
cinayətləri – hərbi hissəni və ya xidmət yeri-
ni özbaşına tərk etmə, fərarilik, öz sağlam-
lığına zərər vurmaqla və ya sair üsulla hərbi
xidmətdən boyun qaçırma (CM-in 333 –
335-ci maddələri);
3) xüsusi xidmətkeçmə qaydala-
rı əleyhinə olan cinayətlər – qarovul
xidmətinin nizamnamə qaydalarını poz-
ma, daxili xidmətin və ya patrul xidmətinin
nizamnamə qaydalarını pozma, döyüş
növbəsi çəkmə qaydalarını pozma, sərhəd
xidməti qaydalarını pozma, ictimai qay-
danın mühafizəsi və ictimai təhlükəsizliyin
təmin edilməsi üzrə xidmət qaydalarını poz-
ma (CM-in 336–340-cı maddələri);
4) hərbi vəzifə cinayətləri – hakimiyyətdən
sui-istifadə etmə, hakimiyyət həddini aşma
və ya hakimiyyətdən istifadə etməmə, qul-
luğa səhlənkar yanaşma (CM-in 341–342-ci
maddələri);
5) müharibə vaxtı, döyüş şəraiti və digər
ekstremal şəraitlə bağlı olan cinayətlər –
müharibə aparma vasitələrini düşmən üçün
qoyub getmə, batmaqda olan hərbi gəmini
tərk etmə, döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən bo-
yun qaçırma, əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri (CM-in 343
– 346-cı maddələri);
6) hərbi əmlakın qorunması qaydaları əleyhinə olan cinayətlər – hərbi
əmlakı itirmə, hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv
etmə, hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə (CM-in 347–349-cu
maddələri);
7) yüksək təhlükə mənbələri ilə davranış qaydaları əleyhinə olan cinayətlər
– silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qay-
dalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, uçuş və ya
uçuşa hazırlıq qaydalarını pozma, hərbi gəmiləri idarəetmə qaydalarını pozma
(CM-in 350–353-cü maddələri) [5, s. 21-23].
Göründüyü kimi, bu sistem Cinayət Məcəlləsinin “Hərbi xidmət əleyhinə olan
cinayətlər” fəslinin 328-353-cü maddələrini həmin Məcəllənin strukturuna uy-
Hərbi xidmət əleyhinə olan
cinayətlər bütünlükdə
hərbi qulluğun müəyyən
edilmiş qaydalarına, Cinayət
Məcəlləsinin müvafiq
fəslinə daxil olan hər bir
konkret cinayət isə hərbi
qulluğun müəyyən edilmiş
bu və ya digər qaydasına
qəsd edir. Odur ki, hərbi
xidmət əleyhinə olan
cinayətlərin sisteminə daxil
olan ayrı-ayrı əməllərin
bilavasitə obyektinin düzgün
müəyyən edilməsi belə
cinayətlərin sistemdaxili
qruplaşdırılmasının qüsursuz
olmasına təminat verir
ki, bu da öz növbəsində
hüquqtətbiqetmə
təcrübəsində mümkün ola
biləcək səhvlərin qarşısının
alınmasında həlledici
əhəmiyyət kəsb edir.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
212
ğun olan ardıcıllıqla əhatə edir. Cinayət qanunu normaları bilavasitə obyektinə
görə seçilərək növ obyekti çərçivəsində qruplaşdırılır. Məsələn, bilavasitə ob-
yekti maşınların idarə edilməsinin və istismarının müəyyən olunmuş qaydaları,
əlavə obyekti isə insanların həyat və sağlamlığı olan maşınları idarəetmə və
istismar qaydalarını pozma (CM-in 353-cü maddəsi) və bilavasitə obyekti hərbi
gəmilərin (suüstü və sualtı, döyüş gəmiləri, yaxud yardımçı gəmilər) idarəetmə
və ya istismar qaydaları olan hərbi gəmiləri idarəetmə qaydalarını pozma (CM-
in 353-cü maddəsi) cinayətləri yüksək təhlükə mənbələri ilə davranış qaydaları
əleyhinə olan cinayətlər kimi bir qrupda birləşdirilir. Burada yüksək təhlükə
mənbələri ilə davranış qaydaları göstərilən cinayətlərin növ obyekti olaraq
müəyyən olunur. Beləliklə, müəllif göstərilən ardıcıllığa və prinsipə riayət
etməklə tabeçilik qaydaları və qarşılıqlı münasibətlərin nizamnamə qaydala-
rını, hərbi xidmətdə olma qaydalarını, xüsusi xidmətkeçmə qaydalarını, hərbi
qulluqçular sırasından olan vəzifəli şəxslərin davranış və fəaliyyət qaydalarını,
müharibə vaxtı, döyüş şəraiti və digər ekstremal şəraitdə davranış qaydalarını,
hərbi əmlakın qorunması qaydalarını və yüksək təhlükə mənbələri ilə davranış
qaydalarını hərbi xidmət əleyhinə olan cinayətlərin növ obyekti kimi müəyyən
edir.
Zənnimizcə, hərbi xidmət əleyhinə olan cinayətlərin bilavasitə obyektə
görə qruplaşması prinsipinə əsaslanan sonuncu sistem təhlil olunan digər
sistemlərlə müqayisədə nəzəri və praktiki cəhətdən daha əsaslı və daha uğur-
ludur. Odur ki, hərbi xidmət əleyhinə olan cinayətlərin təhlili və tətbiqi zamanı
göstərilən sistemin əsas götürülməsi məqsədəuyğun olar.
İstifadə edilmiş ədəbiyyat:
1 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Hüquq ədəbiyyatı”, 2012.
2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: “Hüquq ədəbiyyatı”, 2011.
3 Ağayev İ.B. Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumu və Xüsusi hissələr.
Dərslik. Bakı: “Nurlar”, 2010.
4 Əliyev A.C. Hərbi xidmət əleyhinə törədilən əməllərlə mübarizənin cinayət hüquqi
problemləri. Monoqrafiya. Bakı: “Səda”, 2012.
5 Əliyev A.C. Hərbi xidmət əleyhinə olan cinayətlər. Bakı: “Sipər” Hüquq Mərkəzi,
2005.
6 İmanov M.N. Cinayət hüququ. Xüsusi hissə. Məsələlər toplusu ilə birgə dərslik. Bakı:
“Digesta”, 2004.
7 Quliyev R.İ., İmanov M.N. Cinayət hüququ. Xüsusi hissə. Dərslik. Bakı: “Qanun”,
2004.
8 Военно-уголовное законодательство Российской Федерации: Научно-
практический комментарий. Серия “Право в Вооруженных Силах консультант”
/Под общ. ред. Н.А. Петухова. М.: “За права военнослужащих”, 2004.
9 Зателепин О.К. Объект преступления против военной службы: Дисс... канд.
юрид наук. Москва, 1999.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
213
Nasir Huseynov
System of crimes against military service
The article deals with the definition of the system of crimes against military
service, as provided in the thirty-fifth chapterof the Criminal Code of the
Republic of Azerbaijan. The author carries out a comparative analysis of the
crimes as defined by individual authors, points to specific short comings allowed
by the authors during the systematization of those crimes, and concludes that
the system of crimes against military service created by A.D. Aliyev, which is
based on the object of the crime is the mostcredible and successful.
Насир Гусейнов
Система преступлений против военной службы
Работа посвящена проблемам определения системы преступлений
против военной службы, предусмотренных тридцать пятой главой УК
Азербайджанской Республики. Автор проводит сравнительный анализ
названных преступлений, определенных отдельными авторами, указыва-
ет на конкретные недостатки допущенные авторами при систематизации
указанных преступлений и приходит к выводу, что система преступлений
против военной службы, определенная А.Д.Алиевым на основании непо-
средственного объекта преступлений, является наиболее обоснованной
и удачной.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
214
Jurnal haqqında
“STRATEJİ TƏHLİL” jurnalı 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təsis edilmişdir. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyində 3236 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə
alınmışdır.
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata
alınmış (ISSN 2078-8037) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı ilə “tarix,
antropologiya və siyasi elmlər” üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.
Jurnalın elmi məqsədi
“Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat,
hüquq, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və psixologiya kimi ictimai və
humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən
ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin,
yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Ümumi qaydalar
Məqalələrin məzmunu
Məqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik
tələblərə cavab verməlidir. Elmi məqalənin “Giriş” hissəsində mövzunun aktuallığı
əsaslandırılmalı, “Mətn” hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər
bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin
xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi
əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli
sürülməlidir.
1.
Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi
Redaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi
nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və Strateji Araşdırmalar
Mərkəzi tərəfindən müəyyən edilmiş qaydalara (www.sam.az; www.stj.sam.az) tam
cavab verməlidir.
1)
Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:
-
UOT indekslər və ya PACS tipli kodlar;
-
“Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”,
“Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”;
-
“Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 7 söz və söz birləşməsindən az
olmayaraq),
-
“Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat
siyahısı”
-
“Xülasə” (Azərbaycan, ingilis və rus dillərində - 6-7 cümlədən az olmayaraq)
göstərilməlidir.
2) Əlyazmaların mətni Microsoft Office Word proqramında A4 (210 x 297mm)
formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm,
soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır.
MÜƏLLİFLƏR ÜÇÜN YADDAŞ
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
215
3) Məqalənin başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük
olmaqla, qalın şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan,
cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara
boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ
küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl
nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl
və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin
sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.
Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər
sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq,
onlar nömrələnməli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.
Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-
dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop,
CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılmalıdır. Əlyazmada
istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı,
onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir.
Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın
qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra
yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır.
Dostları ilə paylaş: |