2. Orta əsr diplomatiyasını praktik olaraq həyata
keçirən elçilər haqqında
Qaynaqlarda orta əsr diplomatiyasını praktik olaraq həyata keçirən elçilər
haqqında da maraqlı məlumatlara rast gəlinir. Şahın adından danışan yüksək
məqamlı elçinin hökmdarı gözləməsi faktı da mənbələrdə öz əksini tapır. Belə ki,
Xorasan səfərindən geri dönən I Şah Abbas Osmanlı dövlətinə elçi göndərmək
istəyir. O, Fərhad xanın xahişinə görə, “bu xidməti Zülfüqar xana tapşırdı və
xan tam hazırlıqla Ruma yollandı, həqiqətən də öz vəzifəsini ləyaqətlə yerinə
yetirdi. Zülfüqar xan ləşkərin ən seçilmiş adamlarından olan üç yüz mülazimi-
ni təmtəraqla bəzəyib özü ilə apardı və həmin səfərdə çox məsələni [lazımi
kimi] başa çatdırdı. Belə ki, rumiyyənin bəzi alçaq xislətli adamları xanı
səfehlik və israfda günahlandırsalar da, Rum padşahı, vəzirlər və paşalar
xana cənnətməkan şahın vaxtında olduğundan da böyük ehtiramla yanaşmış-
dılar. Bu il Avropa [ölkələri] (firəngiyye) hücum edib saysız-hesabsız ləşkərlə
Rum məmləkətlərinə qoşun çəkdilər, Sultan Murad xanın hakimiyyəti zamanı
[osmanlıların] avropalılardan aldıqları qala və başqa yerləri geri almaq istədilər.
Sultan Məhəmməd xan özü şəxsən onlara qarşı yollandı. Zülfüqar xan İstan-
bula çatdıqda xandgar həmin səfərdəydi. [Buna görə də Zülfüqar xan] Sultan
Muradın gəlişinədək İstanbulda gözlədi. ...Məhəmməd xan zəfərlə İstanbula
qayıtdı və Zülfüqar xan padşahla görüşdü. Həzrət xandgar o qələbə barədə
əlahəzrətə məktub yazaraq, onu hələ Zülfüqar xanın [İstanbula] gəlişindən
əvvəl göndərmiş, bu tərəfdən də sultana dostluq və məhəbbət [hissləri ilə]
dolu məktub yola salınmışdı. Zülfüqar xana izzət və ehtiram göstərildi və
o, layiqli töhfə və hədiyyələrlə geri döndü, gələn il [Qəzvinə] çatdı, xandgar
tərəfindən əlahəzrətə məhəbbət üslublu və ədəbli müraciətlərlə dolu sözlərlə
yazılan məktubu, həmçinin töhfə və hədiyyələri təqdim etdi [11, s.949, 999].
Qaynaqlarda “elçi” termininin qasid və ya rəsul ekvivalentlərindən də istifadə
olunur. Məsələn, Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində göndərdiyi məktubu
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
174
gətirən adam birinci halda “elçi”, qətlinə
fərman verildikdə isə “qasid” adlandırılır [15,
II c., s.250; 3, IV c., s.183]. Xoca Sədəddin el-
çinin ozamankı beynəlxalq münasibətlərdə
statusunu da müəyyən edən ifadəni öz
əsərinə salmışdır. Belə ki, Sultan Səlim gü-
nahlarına görə sulta hafizi Həsəncanı suç-
layan I Sultan Süleymanın vəziri İbrahim
paşa belə deyir: “Elçinin işi ancaq söz çatdır-
maqdır, məzmunu üzrə elçiyə zaval olmaz
– xatirihəzrətlərinə (Sultan Səlimə) bəlli ikən
qızılbaşdan gələn elçiləri həbs etdiklərinə
səbəb nədir? Xüsusilə, Mir Abdulvahab kimi
hörmətli seyidi və alimi həbs etmək münasib
idimi?”. Bununla da Xoca elçinin toxunulmazlıq statusunun olmasını yada salır
[15, c.II, s.374; 3, c.IV, s.213].
Ş.Fərzəlibəyli Mahmud Kaşğarinin “Divani lüğət-it-türk”, Ə.Ə.Dehxudanın
“Lüğətnamə” əsərlərinə istinadən doğru olaraq “elçi” sözünün izahını “el
nümayəndəsi” kimi göstərmişdir [10, s.168]. O, həmçinin orta əsrlər boyu da-
imi səfarətxana və ya daimi fəaliyyət göstərən səfirlərin olmadığını da qeyd
etmişdir [10, s.169].
Tez-tez hərbi konflikt və toqquşmalara cəlb olunan feodal dövlətləri ara-
sında münasibətlərin tənzimlənməsində elçi-səfirlərin müstəsna xidmətləri
olmuşdu. Türk dünyasında, o cümlədən də Azərbaycanda göndərilən elçilər
minik vasitəsi olan atlarla ilk növbədə təmin olunurdular. Çingiz xan Yasa-
sına görə, elçilərin imperiyanın yam (poçt) xidmətindən pulsuz istifadə
etmək hüququ var idi [16, 19, 25]. 1487-ci ildə Məkkəyə mahmal aparacaq
zəvvarlardan nə elçi, nə də yamçılar üçün ulağa (minik heyvanlarının alınma-
sı mükəlləfiyyəti – T.C.) alınmamasının əmr edilməsinin Ağqoyunlu Sultan
Yaqubun fərmanında əks olunması yuxarıda dediyimiz fikrini bir daha sübut
edir [17, s.71].
Elçilik adəti mənşə etibarilə qədim türk dünyasına söykənir. Orta əsrlərin daha
bir tədqiqatçısı Saleh Zakirov qeyd edir ki, diplomatik idarənin nümayəndələrinə
mərtəbələrindən - ranqlarından asılı olaraq xüsusi geyim geyməyə icazə ve-
rilirdi [17, s.110]. “Tacüt-təvarix”də Sultan Fateh Məhəmmədin Misirə getmiş
elçisi Məmlüklər tərəfindən alçaldılmaya məruz qalmışdı. Bu zaman Məmlük
əmirləri elçini atdan yerə enməyə vadar etmiş, özləri isə at üstündə qalmışdılar.
Osmanlı elçisi bu vaxt paltarını çıxarmamış öz hökmdarının yanına gəldikdə isə
onu cırmışdı [2, I c., s.568; 3, III c., s.170]. Eyni hərəkəti təhqir olunaraq Sultan
Əhməd Cəlairinin yanından qayıdan Toxtamış elçisi tərəfindən öz hökmdarının
yanında etdiyinin də şahidi oluruq [4, s.11]. “Aşiqpaşazadə tarixi” elçi geyimi-
nin adını - ﮏﻳدا - şəklində saxlamışdır (18, s.209). Qədim türk lüğətində isə
biz “ıd” – göndərmək feilinə, həmçinin “ıduk” müqəddəslik və təmizlik bildirən
sözlərə rast gəlirik [19, s.217]. Deməli, elçinin əynindəki paltar onun göndərilən
və toxunulmaz olmasını simvollaşdırırdı.
Qaynaqlarda “elçi”
termininin qasid və ya
rəsul ekvivalentlərindən də
istifadə olunur. Məsələn, Şah
İsmayılın Çaldıran döyüşü
ərəfəsində göndərdiyi
məktubu gətirən adam
birinci halda “elçi”, qətlinə
fərman verildikdə isə “qasid”
adlandırılır.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
175
Elçilərə məktublarda yazılmayan, lakin elçiliyin məqsədini daha geniş əhatə
edib, danışıqlar aparmağa imkan verən tapşırıq və səlahiyyət verilirdi. Bu isə
elçilərin olduqca etibarlı şəxslər olduğunu göstərir.
Elçi göndərilməsi həm də mütəmadi xarakter daşıyırdı. Bəzi tədqiqatçıların
əsərlərində daimi səfirlərin olmas faktları da yer almaqdadır [10, s.168-169].
Şah İsmayıl Şeybək xana məktubunda “elçilər və məktublar göndərmək
işində meydana çıxmış ləngliyin və təxirə salınmaların üzrlü səbəbdən baş ver-
diyini” nəzərə çatdırır, “belə qəbul olunmuş mərasimlərə və ənənəvi qaydalara
riayət etməyə macal tapmamasından” şikayətlənirdi [20, s.52]. “XVI əsr boyun-
ca Osmanlı imperiyası və Azərbaycan Səfəvilər dövləti arasında müxtəlif tari-
xi hadisələr münasibətilə (taxta çıxan hökmdarı təbrik etmək, sülh müqaviləsi
imzalamaq, fəthnamə çatdırmaq və s.) elçi heyətlərinin mübadiləsi baş vermiş-
di. Dövrün diplomatiya qaydalarına görə, elçi ilə birlikdə qiymətli hədiyyələrin
göndərilməsi də nəzərdə tutulurdu” [21, s.79]. Şahin Fazil qeyd edir ki, “XVII
əsrdə Səfəvi və Osmanlı saraylarından Qərb ölkələrinə göndərilən rəsmi dövlət
məktubları, əsasən, fars, qismən də türk dillərində yazılırdı. Məsələn, 1618-ci
ildə Rusiya çarı tərəfindən Səfəvi hökmdarının yanına yollanan yüksək dərəcəli
elçinin göndərdiyi məktub türk dilində yazılmışdı. İsgəndər bəy yazır: “Həmçinin
bu il o uca sülalənin (romanovların) mötəbər əmir və knyazlarından (kənnas)
ibarət böyük bir elçi heyəti Xəzər dəryası və o çöllərdən keçərək Şirvanın
Dərbəndinə gəldi və Hümayun şah (I Sah Abbas) məiyyətinin ardınca Ərdəbildən
[çıxıb] Qəzvin darüssəltənəsinə çatdı. O elçi də Səadət [abad] meydanında şah-
la görüş səadətinə yetişdi və mütərcim [tərcoman] vasitəsilə padşah tərəfindən
özlərinin ehtiyac (niyazməndi) xahişini və möhkəm birlik (ettehad) istəyini ərz
edərək, türk dilində yazılmış uzun bir məktubu şaha təqdim etdi” [11, I c., s.XXIII].
XVI əsr Osmanlı müəllifi Xoca Səadəddin Əfəndinin “Tacüt-təvarix” əsərində
dövlətlər arasında əlaqələrin mühüm vasitələrindən biri olan diplomatik yazışma
sənədləri də öz əksini tapmışdır. Müəllifin mühüm dövlət vəzifələrində çalışması
ona diplomatik sənədlərlə tanış olmaq imkanı vermişdi. Elçilər vasitəsilə çatdırı-
lan bu məktubların müxtəlif cür adlandırılması (übudiyyətnamə, namei-bəşarət,
namei-təvbix, misaqnamə, niyaznamə, təhniyyətnamə və s.) yalnız məktubların
xarakterini nəzərə çatdırmaq üçün orta əsr tarixçiləri tərəfindən istifadə olu-
nurdu. Məsələn, Xoca Səadəddinin I Şah İsmayıla yazılan tənbeh məktubu (na-
mei-tevbix) adlandırdığı məktubu Sultan I Səlim “Şanlı məktub” (name-i nam)
adlandırmışdır [15, II c., s.246-247; 3, IV c., s.177-180]. “Tacüt-təvarix” Sultan
Səlimin Şah İsmayıla yazdığı daha üç məktubu özündə qoruyub saxlayır. Dip-
lomatik sənəd olmaqla yanaşı, bu məktublar o dövrün düşüncə tərzini, dünya-
ya baxış sistemini özündə əks etdirir. Birinci məktubda Osmanlı sultanı özünü
“xan” adlandırır, Şah İsmayıla “bahadur” deyə müraciət edir, məktubunu “yar-
lıq” adlandırır. “Tacüt-təvarix”in başqa bir yerində Xocanın şahzadə Qorquda
münasibətdə onu “Qorqud noyon” [15, II c., s.224; 3, IV c., s.175] adlandırma-
sı monqol epoxasının izlərinin bu əsərdə hələ də qaldığını göstərir. Məktubda
“xaqanlar məzhəbinə görə” ifadəsi də qədim türk izlərinin əsərdə yaşadığını
əks etdirir. “İranın Kembric tarixi”nin müəllifləri “xaqan”, “noyon”, “bahadur”
kimi titulların Elxani dövlətinin siyasi forması olaraq əxz olunduğunu qeyd edirlər
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
176
[22, s.164,165]. Qeyd etmək lazımdır ki, monqol dövrü izlərinin XV-XVI əsrlər
tariximizdə yaşaması təbiidir. V.V.Bartold yazırdı: “Monqol və türk məişəti eyni
idi. Bundan əlavə, qərbə - Qızıl Orda və Türküstana gedən monqol köçəriləri
öz dillərini itirib, türk dilini qəbul edirdilər” [23, s.193]. V.Z. Piriyev qeyd edirdi
ki, Azərbaycana gəlmiş 20-yə yaxın monqol–türk tayfası yerli əhaliyə qarışaraq
assimilyasiyaya uğramışdı [24, s.17].
“Tarixi-aləm aray-i Abbasi”nin səhifələrində Çingiz xan qayda-qanununa
əsasən qucaqlaşma mərasiminin təsvirlərinin yer alması təsadüfi deyil. XV–
XVI əsrlərdə Azərbaycanın türk-müsəlman dövlətləri ilə diplomatiya tarixindən
danışarkən diqətimizi cəlb edən “atdandüşmə” və “qucaqlaşma” adətinin də
yer aldığı faktlar qaynaqlar əsasında araşdırmaya cəlb edildi. “Atdandüşmə”
adətinə gəlincə, akademik Z.Bünyadovun Sədrəddin əl-Hüseyninin “Əxbar
əd-Dovlə əs-Səlcuqiyyə” əsərinə istinadən verdiyi təsvir böyük maraq doğur-
du. Fars hakimi Zəngi ibn Mədud (1162–1175) Atabəy Şəmsəddin Eldəniz və
Sultan Arslanşaha (1160-1176) tabeçiliyini bildirəndən sonra Atabəyin elçi-
si ilə birlikdə onların görüşünə yollanır. “Atabəy Eldəniz Zənginin qərargaha
yaxınlaşdığını bilib, bütün ordunun təcili və tam silahlanmasına əmr verdi.
Əmr yerinə yetirildi. Zənginin gələcəyi yerdə sultanla birlikdə qalan atabəy
Eldənizdən başqa bütün əmirlər onu qarşılamağa çıxmışdı.
Zəngi Sultanın yerləşdiyi yerə yaxınlaşıb təntənənin möhtəşəmliyini və
əzəmətini gördü. Bu onu qorxutdu və ağlını sarsıtdı. Onlar Sultana yaxınlaşanda
əmirlər və haciblər atdan endilər, ona da tələsməyi əmr etdilər. O tələsdi,onun
ruhunu dəhşət və itaət bürüdü, ürəyi isə dondu. Atabəy Eldəniz bunu sezən
kimi öz atını ona sarı tərpətdi və haciblər (Zəngiyə) işarə ilə bildirdilər ki, bu,
Atabəydir. O istədi ki, (atabəyin) atının dırnağı altındakı torpağı öpsün, ancaq
atabəy buna imkan vermədi. O, atını Zənginin yanına sürüb atın üstündə onu
qucaqladı” [25, s.48-49].
Nəticə
Beləliklə, diplomatik əlaqə, yazışma sənədləri orta əsr Azərbaycan
cəmiyyətinin siyasi durumu, mənəvi dünyası barədə təsəvvür yaratmaqla onun
çoxəsrlik türk adət-ənənələrindən bəhrələndiyini göstərir.
D.B.Levin qeyd edirdi ki, orta əsrlərdə bir neçə beynəlxalq həyat mərkəzi
və onlara müvafiq yerli beynəlxalq hüquq sistemi mövcud olmuşdur [26,
s.23]. Məqalədə Azərbaycan və türk-müsəlman dövlətləri arasında mövcud
olmuş əlaqələr sisteminin elementləri barədə təsəvvür yaratmağa cəhd et-
dik. Burada elmi dövriyyəyə cəlb edilən faktlar XV–XVI əsrlər Azərbaycan dip-
lomatiyasının istinad etdiyi norma və qaydalara nəzər salmağa imkan verir.
Tədqiqatçılarımızın diqqətindən kənarda qamış diplomatik etiket və qayda-
ların araşdırılması bu istiqamətdə aparılacaq elmi tədqiqatlar üçün zəmin ola
bilər. Məqalənin faktik materialları həmçinin Azərbaycanın zəngin dövlətçilik
tarixinin təbliği istiqamətində də istifadə edilə bilər.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
177
İstifadə edilmiş ədəbiyyat:
1. Neşri M. Kitab-i Cahannüma. c.I-II, İstanbul: TTK basım evi, 1949, 843 s.
3. Hoca Satettin Efendi. Tac üt-tevarih / yalınlaştıran I.Parmaksızoğlu. c.I, II, III, IV, V,
İstanbul: Milli Egetim basım evi, 1979, -383 s., -348 s., -399 s., -407 s., 3-23 s.
4. Metsopski Foma. Teymurləngin və onun xələflərinin tarixi. Bakı: Azərbaycan SSR EA
nəşriyyatı, 1957, -102 s.
5. Мамедов С.А Азербайджан по источникам XV - первой половины XVIII вв..
Баку: “Элм”, 1993, -237 с.
6. Əbubəkr Tihrani. Kitabi-Diyarbəkriyyə Həsən bəy Ağqoyunlunun, onun sələflərinin
tarixi və Qaraqoyunlu və Cığatay tarixlərindən ona aid olanlar / Fars dilindən
tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova. Bakı: “Elm”,
1999, -314 s.
7. Savory R. M. Studies on the history of Safavid Iran. London:Variorumreprints,1987,
-191 p.
8. SumerF. KaraKoyunlular. c.I, Ankara: TTKbasımevi, 1984, -167 s.
9. Qızılbaşlar tarixi / Tərcümə və şərhlər M.Ə.Məmmədinindir. Bakı: “Azərbaycan”,
1993, -48 s.
10. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV - XVl əsrlər). Bakı: “Elm”,1995,
-198 s.
11. İskəndər bəy Münşi Türkman Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-
Abbasi). Fars dilindən çevirən Şahin Fərzəliyev (Şahin Fazil). Bakı: “Şərq-Qərb”, 2010,
-1109 s.
12. Эфендиев О.А. Азербайджанское государство Сефевидов XVI векe. Баку: “Элм”,
1981, с. 307
13. Ağalarlı Mübariz. XVI – XVII yüzilliklərdə Azərbaycan Səfəvi dövlətindən Osmanlı
sarayına gedən elçilər / “Xəzər xəbər” jurnalı, № 325, yanvar 2014, s.54-58.
14. Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV
– XVI əsrlər). Bakı: “Kür”, 2004, -151s.
16. Vernadski G.V. Çingiz xanın ulu yasasının quruluşu haqqında. Bakı: “Ağrıdağ”,
2001, -39 s.
17. Закиров С. Дипломатические отношения Золотой Орды с Египтом (ХIV - ХV
вв.). Москва: “Наука”, 1966, -160 с.
19. Древнетюркский словарь. Ленинград: “Наука”,1969, -676 с.
20. Vilayəti Ə.Ə. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Bakı: “əl-
Hoda”, 1998, -421 s.
21. Hüseynova Fərəh. 1590-cı il İstanbul sülh müqaviləsi münasibətilə I Şah Abbasın
Osmanlı sarayına göndərdiyi hədiyyələr /Azərbaycan Tarixi Muzeyi – 2005. Bakı:
“Elm”, 2005, s.79-83.
22. The Cambridge history of Iran. v.VI, Jambridge: University Press, 1986, -1087 p.
23. Бартольд В.В. Монгольское завоевание и его влияние на персидскую культуру.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
178
XVII əsrin əvvəllərində
Azərbaycan Səfəvi
imperiyası ilə
Şərq ölkələri
arasında diplomatik
əlaqələrə dair
Сочинения, т.VI, Москва, Наука, 1971, с.189 - 198 (784 с.)
24. Piriyev V.Z. Sulduz (Çobani) və Cəlairi tayfalarının Azərbaycanın etnik tarixində rolu
/ “Şərqin aktual problemləri: Tarix və müasirlik”, Akademik Z.Bünyadovun anadan
olmasının 75 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları, Bakı, 2000,
s.17 – 20.
25. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136 – 1225-ci illər). Bakı: “Elm”,1985,
-268 s.
26. Левин Д.Б. История международного права. Москва, Изд-во ИМО, 1962, -136 с.
Tahir Jafiyev
From the history of diplomatic relations between Azerbaijan
and the Turkish states in the XV-XVI centuries
The article deals with diplomatic relations between Azerbaijan and the
Turkic states in the XV-XVI centuries. A particular attention was paid to the
norms of diplomatic etiquette, customs and protocol traditions of the heads
of states and princes (shahzada). Those practices were based on the Turkic-
Mongol customs andwere taking place at the meetings with the participation
of Genghis Khan (Yasa). The activities of elchies (ambassadors) that maintained
and developed diplomatic relations between Azerbaijan and the states of
Teymurids, Sheybanids and Ottomans were analyzed in the article. The author
concludes that the ideological basisof diplomatic relationswas formed under
the influenceof the centuries long Turkic – Mongolian traditions.
Таир Джафиев
Из истории дипломатических отношений Азербайджана
с Тюркскими государствами в XV-XVI веках
В предлагаемой статье рассматриваются дипломатические отношения
между Азербайджаном и Тюркскими государствами в XV-XVI вв. В статье
особое внимание уделяется на нормы дипломатического этикета, обычаям
и традициям во время встречи глав государств и царевичей. Обнаружено,
что во время этих встреч соблюдались правила спешивания и традиция
обнятия по обряду приветствия. Эти нормы, основанные на тюрко-мон-
гольских обычаях, отражались на правилах встреч Чингиз хана (Яса).
В статье также проанализирована деятельность «элчи»ев – послов, ко-
торые обеспечивали дипломатические отношения между Азербайджа-
ном и государствами Тимуридов, Шейбанидов и Османской империей.
Изменения, происходившие в статусе «Элчи»ев в начале XVI в. было
отражены в предлагаемой статье. Было доказано, что основу формиро-
вания идеологических основ дипломатических отношений составляли
многовековые тюрко-монгольские традиции.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
179
Açar sözlər: Azərbaycan, Səfəvi dövləti, Böyük Moğol dövləti, Osmanlı im-
periyası, diplomatik əlaqələr
Key words: Azerbaijan, the Safavid Empire, the Great Mughal Empire, Otto-
man Empire, diplomatic relations
Ключевые слова: Азербайджан, Государство Сефевидов, Государство
Великих Моголов, Османская империя, дипломатические отношения
XVII əsrin əvvəllərində
Azərbaycan Səfəvi
imperiyası ilə
Şərq ölkələri
arasında diplomatik
əlaqələrə dair
Mübariz
Ağalarov
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
180
Giriş
XVI-XVII əsrlərdə dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər, Yaxın
və Orta Şərqdə də ciddi siyasi hadisələrlə müşahidə olunurdu. Bu dövrdə öz
siyasi coğrafiyasını genişləndirməkdə olan Osmanlı imperiyası, Azərbaycan,
Şərqi Anadolu, İraqi-Ərəb, İraqi-Əcəm, Fars və Xorasan vilayətlərini öz hüdud-
larında birləşdirən Azərbaycan Səfəvi dövləti, Mavərənnəhr bölgəsində hakim
olan Şeybanilər, Hindistanda Böyük Мoğol imperiyası bölgədə baş verən siyasi
hadisələrdə böyük rola malik idilər.
Bu dövrdə bölgədə baş verən siyasi hadisələrdə fəal şəkildə iştirak edən
Azərbaycan Səfəvi dövlətinin beynəlxalq münasibətlər sistemində böyük rolu
olmuşdu. XVI əsrin əvvəllərində (1501) Səfəvilər sülaləsinin Azərbaycanda
hakimiyyətə gəlməsi ilə qurulan Səfəvi dövləti qısa bir müddətdə Ön Asiyada
aparıcı mövqeyə malik olan dövlətlərdən birinə çevrilmişdi. Səfəvilər sülaləsinin
hakimiyyəti dövründə (1501-1736) Azərbaycanın xarici siyasi əlaqələri daha
da genişlənmiş, qonşu dövlətlərlə diplomatik münasibətləri inkişaf etmişdir.
Həmin dövrdə Səfəvi dövlətindən xarici ölkələrə onlarla elçi heyəti göndərilmiş,
bu elçilər Səfəvi dövlətinin siyasi və diplomatik mənafelərini yüksək siyasi
peşəkarlıqla qorumağı bacarmışlar.
1. Azərbaycan Səfəvi imperiyası ilə Böyük Moğol imperiyası
arasında diplomatik münasibətlər
XVI əsrin sonu - XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyasının
Şərq ölkələri ilə siyasi diplomatik münasibətləri davam edirdi. Bu dövrdə Səfəvi
imperiyasının Şərq ölkələri ilə diplomatik əlaqələrində Böyük Moğol dövləti və
Osmanlı imperiyası ilə münasibətlərinin əhəmiyyətli dərəcədə rolu var idi.
XVI əsrdə I Şah İsmayılın zamanında əsası qoyulan Səfəvi-Moğol
münasibətləri XVII əsrdə də davam etməkdə idi. Səfəvilərlə moğollar arasında
zaman-zaman münaqişə mənbəyinə çevrilən Qəndəhar vilayəti I Şah Abbasın
hakimiyyəti dövründə (1587-1629) də hər iki dövlət arasında mübahisəli ərazi
olaraq qalırdı. Bu dövrdə Səfəvi dövlətində baş verən siyasi böhrandan istifadə
edən Moğol hakimiyyəti 1595-ci ildə Qəndəharı Böyük Moğol dövlətinin
tərkibinə qatdı [5, s.222].
Bu dövrdə Səfəvi dövlətinin Moğol dövləti ilə siyasi münasibətlərində üç
əsas amil mühüm rol oynayırdı. Birincisi, osmanlılara qarşı Moğol dövlətindən
hərbi yardım almaq; ikincisi, özbəklərə qaşı birgə mübarizə aparmaq, üçüncüsü
isə Qəndəhar məsələsini sülh yolu ilə həll etmək.
Bu dövrdə I Şah Abbasın Moğol hökmdarı Əkbər Şahın oğlu vəliəhd
şahzadə Səlimə (Cahangir) göndərdiyi məktublar da olduqca maraqlıdır. Səfəvi
hökmdarı şahzadəyə göndərdiyi məktubunda müttəfiqlikdən, ənənəvi dost-
luqdan bəhs edir və bu münasibətlərin Əmir Teymura dayandığını qeyd edir [1,
s. 217]. Həmçinin şahzadə Səlimə göndərilən bu məktubda bəzi şikayətlər də
edilmişdir: “... İndi bizim əhvalımızı soruşmursunuz? Nə oldu? Biz sizinlə dostlu-
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
181
ğa hazırıq. Sizdən bir məlumat gözləyirik. Bu
dostluq, əvvəllər olduğu kimi, hər iki ölkənin
əmin-amanlığına səbəb olacaqdır. Əvvəllər
də bizim sülalələrimiz sizinkilərlə dostluq
və əmin-amanlıq içində yaşayırdı... İndi biz
Qərb və Osmanlı sultanları ilə müqavilələr
bağlayırıq. Qərblə Səfəvilər arasında ticarət
və siyasi əlaqələr davam etməkdədir. Əsas
məqsədimiz Hind ilə də belə bir müqavilə
bağlamaqdır. Biz bunu Hind ilə də həyata
keçirməyi arzu edirik. İndi Qərb ölkələrinin
tacirləri rahatlıqla İrana (Səfəvi dövlətinə -
A.M.) gəlir və ticarətlə məşğul olurlar. Biz
bunu Hindlə də həyata keçirməyi arzu edi-
rik. Mən öncədən bir təmsilçimi göndərdim.
Amma istədiyimiz məqsədə çata bilmədik.
Məqsədimiz iki ölkə arasında siyasi və
ticarət əlaqələrini genişlətməkdir. Yenidən
bir təmsilçimi göndərirəm. Ümid edirəm ki,
iki ölkə arasında siyasi və ticarət əlaqələri əvvəlkindən daha güclü olacaq-
dır... Məqsədim sizin ölkə ilə İran (Səfəvi dövləti - A.M.) arasında əlaqələrin
genişlənməsidir. Bu ana qədər sizin ölkədən İrana (Səfəvi dövlətinə - A.M.) heç
bir təmsilçi gəlmədi. Arzu edirəm ki, sizin də bir təmsilçiniz ölkəmizə gəlsin və
əlaqələrimiz daha da inkişaf etsin...” [1, s.219; 17, s.274-278].
Şahzadə Səlim I Şah Abbasa cavab məktubunda yazırdı: “Məktubunuzda
bizim üçün sevgi və dostluqdan bəhs edirsiniz. Biz də qarşılıqlı olaraq eyni
hissləri bölüşürük. Sevgi və hörmətimizi çatdırırıq. Son 4-5 il ərzində bizim də
məqsədimiz və düşüncəmiz İran (Səfəvi - A.M.) şahı ilə əlaqələrimizin daha da
möhkəmlənməsi idi. Bunu yaxşı bilirik ki, iki ölkənin əlaqələri lap əvvəllərdən
başlamışdır və həmişə də davam edəcəkdir. Biz sizinlə ticarət və siyasi baxım-
dan hər cür anlaşmaya hazırıq [1, s.220; 17, s.278-279].
Bu məktublaşmalardan göründüyü kimi tərəflər siyasi və ticarət əlaqələrinin
qurulmasında maraqlı görünürlər. Lakin bu dövrdə Moğol dövlətinin Hindis-
danın cənub hissələrində həyata keçirdiyi fəthlər səfəvilərə kömək göstərməyə
imkan vermirdi. Bu baxımdan Əkbər Şah (1556-1605) yazdığı məktublarında
Şah I Abbasa özbəklərlə mübarizədən yayınmağı və sülh bağlamağı məsləhət
görürdü [1, s.220].
Qəndəhar vilayəti moğollar tərəfindən ələ keçirildikdən sonra Moğol sa-
rayında dörd il saxlanan Səfəvi elçisi Yadigar Sultan Rumluya geri qayıtmağa
icazə verildi. O, Mirzə Ziyaəddinin rəhbərlik etdiyi moğol elçi heyəti ilə birlikdə
geriyə - I Şah Abbasın sarayına məktubla yola salındı. Mirzə Ziyaəddinin
rəhbərlik etdiyi elçi heyəti Əkbər şah tərəfindən Səfəvi dövlətinə göndərilən
ilk böyük elçilik idi. Elçi heyəti 1596-cı ildə Səfəvi sarayına gələrək Əkbər şahın
məktubunu I Şah Abbasa təqdim etdi [3, s.431; 7, s.82; 9, s.61-62].
Dostları ilə paylaş: |