Nəticə
Cəmiyyət qanunvericilik yolu ilə insan həyatı və ailə üçün zəruri olan
minimum nemətlərə zəmanət verir. Bu minimumun səviyyəsi zaman və ölkəyə
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
131
görə dəyişir. Bu, hər hansı bir ölkənin özünəməxsus xüsusiyyətləri - ərazi,
iqlim, əhalinin sayı, ictimai sistemin xüsusiyyəti, ideologiya və hakim qrupların
praktiki fəaliyyəti, siyasi vəziyyət, iqtisadi inkişaf səviyyəsi, milli xüsusiyyətlər,
davranışla bağlı mövcud mədəni stereotiplər əsasında müəyyənləşir. Sosial
siyasət əhalinin pul gəlirlərinə, həmçinin nemət və xidmətlərin lazımi sayda
istehsalına, əhalinin tələbatlarının həcmi və strukturuna təsir göstərir. Aparıcı
istiqamətlər əmək haqqının, gəlirlərin, məşğulluğun tənzimlənməsi, işçilərin
əmək keyfiyyətlərinin yüksəldilməsi, sağlamlıq, mədəni və təhsil səviyyələrinin
dəstəklənməsi, sosial infrastrukturun inkişafı, sosial təminatla bağlıdır. Sosial
siyasətin reallaşdığı institusional mühitin səmərəliliyini müəyyən edən
kəmiyyət göstəriciləri bilavasitə iqtisadiyyat, siyasət, mədəniyyət, səhiyyə
mühitilə bağlıdır. Məlum olduğu kimi, iqtisadi vəziyyət məşğulluq və işsizlik
məsələlərinə böyük təsir göstərir. Sosial iqtisadi siyasət iş yerlərinin yaradılması
yolu ilə həyata keçirildiyi halda işçi qüvvənin təklifinə uyğun olar və bu zaman
əmək bazarı daha yaxşı funksiyalaşar, işsizlik azalar [17].
Bəzi müəlliflər dövlətin sosial siyasətinin aşağıdakı aparıcı istiqamətlərini
fərqləndirirlər:
- gənclərlə bağlı sosial siyasət;
- veteranlarla bağlı sosial siyasət;
- yaşlı adamlarla bağlı sosial siyasət;
- analıq və uşaqlarla bağlı sosial siyasət;
- əlillərə münasibətdə sosial siyasət;
- əhalinin sağlam həyat tərzi ilə bağlı biliklərinin formalaşdırılması;
- əhalinin mədəniyyətinin və təhsil səviyyəsinin inkişaf etdirilməsi;
- sahibkarlar və innovasion yönümlü mütəxəssislər üçün inzibati
məhdudiyyətlərin azaldılması.
Son illərdə sosial-iqtisadi inkişafın əsas vəzifələrindən biri regionların
rolunun genişləndirilməsi hesab edilir. Əhalinin sosial vəziyyəti, dövlətə və
onun institutlarına inam bilavasitə yerlərdə dövlət orqanlarının səmərəli
funksiyalaşması ilə bağlıdır. Regionların sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması məqsədilə sərmayə qoyuluşu fəaliyyətinin genişləndirilməsi
zəruridir. Sərmayələrin cəlb edilməsi üçün ölkədə və regionda əlverişli şəraitin
yaradılması tələb olunur. Bu prosesdə dövlətin fəaliyyəti iqtisadi, siyasi və
sosial xüsusiyyətli ölçülərin götürülməsi ilə bağlıdır [17].
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
132
İstifadə edilmiş ədəbiyyat:
1. İmanov Q., Əkpərov R. Sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-
səlis modelləri. Sosial sistemlərin modelləşdirilməsi. LAP LAMBERT Academic Pub-
lishing, Saarbrücken, Deutschland, 2013, -60s.
2. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: “Elm”, 2006, -509s.
3. Meryem Koray. Sosyal politikanın anlamı ve işlevini tartışmak // Çalışma ve Toplum,
2007/4, s.19-55
4. Jane Jenson “Diffusing Ideas for After Neoliberalism. The Social Investment Pers-
pective in Europe and Latin America”. 2010, Global Social Policy. Published by
SAGE, http://www.sagepublications.com
5. John Baldock “Social policy, social welfare,and the welfare state”. “The origins, cha-
racter, and politics of modern social welfare systems”. p. 8-20, www.oxfordtextbo-
oks.co.uk/orc/baldock4e/.
6. Ortiz, Isabel. Social Policy. Unatied Nations. DEPARTMENT FOR ECONOMIC AND
SOCIAL AFFAIRS (UNDESA). 2007, -69p.
7. Richard M. Titmuss “Welfare States: Construction, Deconstruction, Reconstruction
I”, 1974,- 236p.
8. Ахинов Г.А., Калашников С.В. Социальная политика. Теория и практика. Москва,
2008, -342c.
9. Бастина А.Ю., Ахмеева В.И. Направления и приоритеты социальной политики
в россии на современном этапе. IV Международная студенческая электронная
научная конференция. «Студенческий научный форум». 15 февраля – 31 марта
2012 года, -215c.
10. Волгин Н.А. Социальная политика. Москва: Изд. “Экзамен”, 2003, -736c.
11. Гонтмахер Е.Ш. Принципы и основные элементы социальной стратегии //
Территориальные проблемы социальной политики. - М., 2008, c.16-18.
12. Гринберг, Р. О социальной политике современной России / Р. Гринберг,
А.Рубинштейн // Экономические стратегии. – 2004, № 1, c. 64–67.
13. Григорьева И.А. Модели социальной политики в современном обществе:
одна, две или больше?//Управленческое консультирование.1998, №1, c.24-36
14. Дина О’Брайен. Краткий обзор эволюции социальной политики. // Центр
Экономического Анализа “Ракурс. ”Обзоры литературы и статистики, № 6.2,
19 ноября 2009г., c.1-2
15. Денисов, П. В. Бюджетно-страховой механизм регулирования рынка
социальных услуг / П. В. Денисов // Экономические науки. – 2009, – № 4, c.
39–42.
16. Ивин А. А. Основы социальной философии: Учеб. пособие для вузов/
А.А.Ивин.–М.: Высш. шк., 2005, –440с.; Социальные институты. http://www.polit-
logia.narod.ru/s/SANZ_SOC/g-062.htm
17. Институты реализации социальной политики и услуг на макро и микроуровне.
© Электронный научный журнал «Инженерный вестник Дона», 2007–2013.
http://www.ivdon.ru/magazine/archive/n4p2y2012/1464
18. Изабель Ортиз “Cоциальная политика. Организация Объединeнных Наций.
Департамент экономических и социальных вопросов. Нью-Йорк, 2007, -87c.
19. Кравченко Ю.В., Панкратов С.А. Представление концепции социального
конструирования реальности в рамках институционального подхода //
Социокультурные исследования: Межвуз. сб. науч. тр. / Редкол.: Н. В. Дулина
(отв. ред.) и др. / Волгоград. гос. техн. ун-т. - Волгоград, 2004, вып. 9, - c.128-133.
20. Куликов, В. Социальная политика как приоритет и приоритеты социальной
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
133
политики / В. Куликов, В. Роик // Российский экономический журнал. – 2005, №
1, c. 3–17.
21. Полтавский П. А. Институциональный подход к государственному
регулированию деятельности в инновационной сфере. // Вестник Челябинского
государственного университета. 2010. № 5 (186). Экономика. Вып. 25, c. 13–17.
22. Понятие социального института. Признаки, роль и значение социальных
институтов./
http://www.e-reading.mobi/chapter.php/99772/40/Davydov_-
Sociologiya__konspekt_lekciii.html
23. Олейникова Е.Г. Модели социальной политики государства: проблемы теории
и практики. // Философия социальных коммуникаций. 2012. № 1 (18), c.11-14
24. Ракитский Б.В. Социальная политика, социальная защита, самозащита
трудящихся в обществе. Ч. 1. М., 1998, c.25-26.
25. Социальные институты. http://www.grandars.ru/college/sociologiya/socialnye-
instituty.html
26. Социальная политика / под общ. ред. Н.А. Волгина. 4-е изд., перераб. и доп. М.:
Издательство «Экзамен», 2008, -943 с.
27. Социальная политика и социальная работа в изменяющейся России / Под ред.
Ярской – Смирновой Е., Романова П. – М.: ИНИОН-РАН, 2002, c.12-32
28. Тимофеева Г.В. Государственная социальная политика в РФ на современном
этапе: опыт рыночных трансформаций перспективы развития. // Вестн.
Волгогр. гос. ун-та. Сер. 7, Филос. 2012, № 1 (16), с.74-82.
29. Товма Н.А. Социальная политика и благосостояние общества // “Вестник” -
КазНУ, Серия Экономика, 2007, 1- Том, №2, c.185–188.
30. Чикалова И.Р. “У истоков социальной политики государств Западной Европы”.
http://www.socpolitika.ru/rus/social_policy_research/applied_research/docu-
ment469.shtml
31. Шевяков А.Ю. Социальная политика и распределительные отношения:
проблемы и пути реформирования / Экономическая наука современной
России. – 2005, – № 3,c. 52–67.
32. Шумеев В.Г. Механизмы формирования и реализации социальной политики
в регионе в условиях современных российских реформ (Политологический
аспект) : Дис... канд. полит. наук: 23.00.02: Ростов н/Д, 2004 138 c. РГБ ОД, 61:05-
23/64
33. Экономикс: принципы, проблемы и политика: Учебник. Под ред. Кэмпбелла Р.,
Макконнелла, Стэнли Л., М.: Республика, 1995, -400c.
Saadat Mammadova
The role of social institutions in realization of social policy of a state
The success of social policy of a state is connected with the functioning of
social institutions that, on the basis of existent legislation, realize purposeful
activity. The main objective of social policy is to maintain relations with various
(social, professional, and territorial) groups of population, to develop welfare
social services and to, provide social guarantees. Social policy is identified with
services such as education, employment and social security. Social policy is
connected with distribution of social services, protection of citizens and social
justice. Social policy tries to influence active participation in political life among
the potential voters. In order to achieve political support and effective results
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
134
in the economy, governments seek to increase the role of human capital and
productive employment in social policy.
Social institutions exercise social control, it not only control of behavior
of people, but also control of acceptance of concrete forms of activity by
members of society.
Саадет Мамедова
Роль социальных институтов в реализации социальной
политики государства
Успех социальной политики государства связан с функционированием
социальных институтов, которые на основе законодательства реализуют
целенаправленную деятельность. Основная цель социальной политики
государства – поддержание отношений с социально-профессиональны-
ми и социально-территориальными группами, развитие благосостояния
населения, повышение уровня жизни, обеспечение социальной гаран-
тии. Социальную политику связывают с такими социальными услугами,
как образование, занятость и социальное обеспечение. Социальная по-
литика связана с распределением социального обслуживания, защитой
граждан и социальной справедливостью. Социальная политика пытается
влиять на активное участие и выбор политического режима избирателя-
ми. Чтобы добиться политической поддержки и эффективных результатов
в экономике, правительства стараются увеличивать роль человеческого
капитала и продуктивной занятости в социальной политике.
Социальные институты осуществляют социальный контроль не только
над поведением людей, но и над принятием конкретных форм деятель-
ности членами общества.
Turizmin inkişafı
Azərbaycan xalqının
sosial rifahının
yüksəlməsi
aspektində
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
135
Açar sözlər: turizm, Azərbaycan, iqtisadi inkişaf, dövlətin sosial siyasəti,
sosial rifah, milli turizm infrastrukturu, sosial turizm
Key words: tourism, Azerbaijan, economic development, the state’s social
policy, social well-being, the national tourism infrastructure, social tourism
Ключевые слова: туризм, Азербайджан, экономическое развитие,
социальная политика государства, социальное благополучие, нацио-
нальная инфраструктура туризма, социальный туризм
Turizmin inkişafı
Azərbaycan xalqının
sosial rifahının
yüksəlməsi
aspektində
Anar
FƏRMAYILOV
Azərbaycan Turizm və Menecment
Universitetinin dissertantı
anar.farmayilov@yahoo.com
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
136
“Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafı-
na, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir.
Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı olan bu istiqamət
çox önəmlidir” [1].
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Giriş
Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm
də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat
səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan
dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sek-
toru üzrə prioritet istiqaməti elan etmişdir. Son illər turizmin təşviqi ilə bağ-
lı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın
təkmilləşdirilməsi bunu bir daha sübut edir. Dövlət və regional səviyyələrdə
həyata keçirilən sosial siyasətdə turizm strateji əhəmiyyətli məsələ kimi çıxış
edir.
Sosial-iqtisadi inkişaf sahəsində də şaxələndirmə siyasətini yürüdən
Azərbaycan XXI yüzilliyin əvvəllərində dinamik inkişafla səciyyələnən proseslər
kontekstində dünyaya yeni dövlətçilik modelini tanıtdırmağa nail oldu. Daha
dəqiq deyilsə, bu nailiyyət ölkənin ümumdaxili məhsulun artım tempinə
görə 2005-ci ildən başlayaraq sıçrayışlı dövr yaşaması, bir neçə il ərzində isə
ÜDM-in artım tempinə görə dünyada lider dövlətə çevrilməsi oldu. Son on
ildə Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul 7.5 dəfə, dövlət
büdcəsinin xərclər hissəsi isə 21 dəfə artmışdır. Bu illər ərzində ölkədə orta
illik iqtisadi artım tempi 15.6 faiz təşkil etmişdir. Məhz sosial rifaha ünvanlan-
mış islahat və balanslaşdırılmış inkişaf kursu nəticəsində Azərbaycan postso-
vet ölkələri arasında ilk olaraq bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövrünü uğurla başa çatdırmış oldu.
1. Turizmin təkamülü və perspektivlərinə qısa baxış
XVIII – XIX əsrlərdə turizm elitar xarakter daşıyırdı və yalnız kübar təbəqələrə
xas olan əyləncə forması idi. Bu zaman səyahətlər elitar submədəniyyətin ayrıl-
maz hissəsi kimi çıxış edir və təhsil almaq, müalicə olunmaq məqsədilə həyata
keçirilirdi. XIX əsrdə kütləvi mədəniyyətin inkişafı kütləvi turizmin də inkişafına
səbəb oldu.
Turizm əsasən XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu
dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiy-
yata düşməyən müxtəlif əraziləri, ölkələri gəzən adamlara “turist” deyilmiş-
dir. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında “turizm” sözü
müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, sosial-kulturoloji əhəmiyyəti
müəyyənləşdirilmişdir.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
137
“Turizm” fransız sözü olan “tur” sözündən yaranıb, mənası “gəzinti, istirahət
və əyləncə” deməkdir. Tədqiqatçıların fikrinə görə, ilk dəfə “turist” sözü 1772-
ci ildə, “ tourism” sözü isə 1811-ci ildə tətbiq edilmişdir [2, s.65-67].
Kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O,
1841-ci ildə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas
Kuk müasir turizmin əsasını qoymuşdur [3].
Müasir dövrdə turizm beynəlxalq mədəni əlaqələrin inkişafında va-
cib amillərdən birinə çevrilmişdir. Belə ki, turizmin təşkili işi ölkələrarası
münasibətlərin düzgün istiqamətdə aparılmasına, dünya əhalisinin bir-birinə
yaxınlaşmasına təminat yaradan bir sahə olmaqla yanaşı, həm də insanla-
rın sosial və iqtisadi problemlərinin aradan qaldırılmasına yönələn böyük bir
fəaliyyət sahəsinə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, bu gün turizm fenomenini sosial rifah mövzusun-
dan və iqtisadi inkişaf proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür.
Çünki turizmin təşkili əslində hər bir insanın həyat səviyyəsinin təşkili və asudə
vaxtının mədəni keçirmək forması kimi nəzərə çarpır. İnsanlar yalnız özlərinin
asudə vaxtlarında turist səfərlərinə çıxır, bu və ya digər formada istirahət və
əyləncənin əsas iştirakçıları olurlar.
XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində turizmin intensiv inkişaf dövrü
hesab edilir. Qlobal təzahürə çevrilən turizmin dinamikası daim yüksələn xətt
üzrə inkişaf edir. XX əsrdə kütləvi mədəniyyətin başlıca təzahürlərindən olan
sosial (kütləvi) turizm II Dünya müharibəsindən sonra daha da genişlənmişdir.
Belə ki, əgər 1950-ci ildə dünyada 25 milyon, 1970-ci ildə 165 milyon nəfər
turist var idisə, onların sayı 1985-ci ildə 327,1 milyon, 1990-cı ildə 457,2 milyon,
1995-ci ildə 565,4 milyon, 2000-ci ildə 667,7 milyon, 2002-ci ildə 715 milyon,
2010-cu ildə 1006,4 milyon nəfər olmuşdur [4, s.65-67].
Bu gün turizm sənayesi ən gəlirli sahələrdən birinə çevrilib. Beynəlxalq Tu-
rizm Təşkilatının məlumatına görə, digər sənaye sahələri ilə müqayisədə turizm
sənayesi inkişaf tempinə görə ilk yerlərdən birini tutur. Turizm DMM-in 12%-
ni verir, 2002-ci ildə turizmdən əldə edilən gəlir 474 milyard dollara çatmış-
dır. Məhz turizm bir çox ölkələrə iqtisadi böhranı yumşaltmağa, iqtisadiyyatın
digər sahələrini inkişaf etdirməyə imkan vermişdir [21, s.45-57]. Turizm zəruri
ictimai funksiyanı yerinə yetirir, əhalinin məşğulluğunu təmin edir. Beynəlxalq
Turizm Təşkilatının qiymətləndirməsinə görə, hazırda dünyada 260 milyon in-
san turizm işi ilə məşğuldur [5, s.75-82].
Proqnozlara görə, 2020-ci ildə turistlərin sayı 1561,1 milyon nəfərə çatacaq.
XXI əsrdə kütləvi, yaxud sosial turizm müasir cəmiyyətin ayrılmaz hissəsi
hesab edilir. Turizm yalnız maraq və dəb olmayıb, son onilliklərdə getdikcə
daha çox insanın vərdiş etdiyi həyati tələbatdır.
Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssislərinin proqnozlarına görə,
2020-ci ildə 2000-ci ilə nisbətən səyahət edən turistlərin sayı 1,6 milyard nəfərə,
turizmdən əldə olunan gəlirlərin miqdarı isə 481 milyard ABŞ dollarından 2 tril-
yon dollara qədər artacaqdır. 2020-ci ildə ən çox turist axını olan ölkə Çin, dina-
mik inkişaf edən turizm ölkəsi isə Türkiyə olacaqdır.
Kütləvi turizm xidmətləri insanların dünyagörüşünə təsir edir. Turizm kütləvi
mədəniyyətlə bənzər funksiyaları yerinə yetirir, daimi stress şəraitində insanla-
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
138
rın sağlam həyat (rekreasiya və relaksasiya) ilə bağlı tələbatlarını təmin edir. Tu-
rizmin real nümunələri yüksələn sürətlə dəyişərək müasir insanın tələbatlarını
ifadə edir. Turistlər çox zaman iştirakçı deyil, müşahidəçi, tamaşaçı olurlar. Bu
zaman onlar başqa mədəniyyəti qavramağa, onu qəbul etməyə hazır olmalı-
dırlar. Əmtəəyə çevrilən kütləvi, yaxud sosial turizm qlobal dünya nizamının
formalaşmasında ümumdünya əhəmiyyəti kəsb edir. Nəticədə insanların şüu-
runda fərqli mədəniyyətlərin xüsusiyyətləri əks olunur. Turizm mədəniyyətlərin
mövcudluğunu qəbul edir, insanların qarşılıqlı fəaliyyətə və mədəni plüralizmə
rəğbətini şərtləndirir [6, s.13-22].
2. Dövlətin sosial siyasətinin həlledici mexanizmi kimi
turizmin əhəmiyyəti
XIX əsrin ikinci yarısında Almaniyada ortaya çıxan “sosial siyasət” an-
layışı müasir mənada cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial
müdafiə, sağlamlıq, təhsil, məşğulluq və s. kimi problemlərini həll etməyə
istiqamətlənmiş, qruplar və siniflər arasın-
da yaranan mübarizə və münaqişələri sosial
ədalət prinsiplərinə görə həll etməyə çalı-
şan və cəmiyyətin sosial rifahı üçün həyata
keçirilən bütün tədbirlərin cəmidir.
Sosial siyasət dövlətin cəmiyyətdə sosi-
al sahənin idarə edilməsi ilə bağlı fəaliyyəti
olub, kütlələrin əmək və ictimai-siyasi
fəaliyyətinin səmərələşdirilməsi ilə bağ-
lıdır. Müasir dövrdə sosial siyasətin əsas
göstəriciləri aşağıdakılar hesab edilir:
- əhalinin sabit məşğulluğu üçün şəraitin
yaradılması, kütləvi və durğun işsizlik
meyilləri ilə mübarizə;
- ehtiyacı olan təbəqələrin sosial
müdafiə sisteminin möhkəmləndirilməsi və
təkmilləşdirilməsi;
- müxtəlif peşə və sosial qruplar arasın-
da sosial uçurumun dəf edilməsinə yönələn
gəlirlərin tənzimlənməsi siyasəti [7, s.98].
Hazırda öz xalqına yüksək rifah şəraiti yaratmış bir çox Avropa dövləti sosi-
al dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə
edərək cəmiyyətin rifahını yüksəltməyə çalışır. Sosial siyasət cəmiyyətdəki so-
sial prosesləri nizamlamaq üçün dövlətin əlində olan əsas vasitələrdən biri-
dir. Dövlətin sosial-iqtisadi həyatı tənzimləmək üçün istifadə etdiyi və dövlət
siyasəti çərçivəsində yer alan mexanizmlərindən biri də turizmdir.
Milli turizm siyasətini reallaşdırmaqla dövlət cəmiyyətin rifah halını yaxşı-
laşdırmaq, mövcud resurslardan səmərəli istifadə etmək və mərkəzlə regionlar
arasında tarazlığı davamlı olaraq təmin etmək üçün müəyyən tədbirlər hazırla-
yır, proqramlar həyata keçirir. İqtisadi inkişafın təmin olunması, dövlətin iqtisa-
Ümumdünya Turizm
Təşkilatı mütəxəssislərinin
proqnozlarına görə, 2020-
ci ildə 2000-ci ilə nisbətən
səyahət edən turistlərin sayı
1,6 milyard nəfərə, turizmdən
əldə olunan gəlirlərin
miqdarı isə 481 milyard ABŞ
dollarından 2 trilyon dollara
qədər artacaqdır. 2020-ci ildə
ən çox turist axını olan ölkə
Çin, dinamik inkişaf edən
turizm ölkəsi isə Türkiyə
olacaqdır.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
139
di inkişafı üçün investisiyalara münbit şərait yaradır. Əmək qabiliyyətli əhalinin
fəaliyyətində tam məşğulluğu təmin etmək üçün müvafiq sosial siyasət həyata
keçirir, cəmiyyətdə müxtəlif tip insanların barış içərisində yaşamalarını təmin
edir.
3. Müstəqil Azərbaycanda turizm və sosial rifah:
qarşılıqlı təsir və nəticələr
Azərbaycanda milli turizm sektorunu inkişaf etdirmək və turizm ehtiyatla-
rından əhalinin sosial rifahı yönündə səmərəli istifadə etmək siyasətinin əsası,
bütün sahələrdə olduğu kimi, ümummilli lider Heydər Əliyev tərəfindən qo-
yulmuşdur. Hələ sovet dövründə, Azərbaycana rəhbərliyinin ilk mərhələsində
Dağlıq Qarabağda (Xankəndidə, Şuşada), Mingəçevirdə, Naxçıvanda, Nafta-
landa və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları, daha sonra isə
Qəbələdə “Qafqaz” və Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” adlı
turizm bazaları (1969-cu ildə) yaradılmışdır. 1983-cü ildə SSRİ Nazirlər Sove-
ti sədrinin birinci müavini işləmiş Heydər
Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə
Xəzərin Azərbaycan sahillərində Ümumitti-
faq əhəmiyyətli kurort zonasının yaradılma-
sı barədə müvafiq qərar qəbul olunmuşdu.
Ulu Öndərin 1993-cü ilin yayında siya-
si hakimiyyətə qayıdışından sonra onun
turizmə göstərdiyi qayğının miqyasını
ifadə edəcək faktların statistikası isə ayrıca
tədqiqatın mövzusudur.
Ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu Azərbaycan Respublika-
sının 1995-ci ildə qəbul edilmiş Konstitu-
siyasının “İstirahət hüququ” ilə bağlı 37-ci
maddəsində qeyd edilir ki: “I. Hər kəsin
istirahət hüququ vardır. II. Əmək müqaviləsi
ilə işləyənlərə qanunla müəyyən edilmiş iş günü, istirahət və bayram günləri,
ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi
təmin edilir” [8].
Göründüyü kimi, Azərbaycan Respublikasının ali qanunlar toplusunda
“istirahət hüququ” əsas insan hüquq və azadlığı kimi qəbul edilir və büdcədən
maliyyələşdirilən məzuniyyət imkanı mövcuddur. Bu, əhalinin aztəminatlı
təbəqələri üçün həm də turizm səyahətləri ilə bağlı imkanların yaradılması
deməkdir.
Azərbaycanda turizmin inkişaf tendensiyası yalnız 90-cı illərin sonlarında
ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdır. Belə ki, 1999-cu il
iyulun 27-də ümummilli lider Heydər Əliyev “Turizm haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.
Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının
bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm
Dostları ilə paylaş: |