99
təqdim etmişdi. V.Tonyan Mehmanı 7 iyul 2004-cü ildə Ermənistanla
Gürcüstanın sərhədinə gətirərək, uzaq məsafədən göstərmiş, lakin son
anda naməlum səbəbdən girovun qaytarılmasından imtina etmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının İşçi Qrupu tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə,
itkinlərin axtarışı məqsədilə yaradılmış, lakin sonradan etimadı doğrult-
madığı üçün fəaliyyəti dayandırılmış Beynəlxalq İşçi Qrupuna müraciət
etsə də, Mehmanı qaytarmaq mümkün olmayıb [6, s.220-221].
Ailəliklə Hüseynov Hüseyn İsmayıl oğlu (1930), həyat yoldaşı Hü-
seynova Əziz Alış qızı (1956), qızları - Hüseynova Xoşbəxt (1963), Hü-
seynova Süsən (1971), Hüseynova Nəsibə (1982) və oğlu Hüseynov
Zöhrabla (1973) birlikdə girov götürülüb. Sonradan Moskva şəhərində
Hüseynin kürəkəni Əliyev Vidadi Şirastan oğluna milliyyətcə erməni
olan, Əsgəran rayonunun Daşbulaq kənd sakini Şahverənov Şuqan
Hüseynovların Daşbulaq kəndində ailəliklə saxlanılıb, təsərrüfat işlərinə
cəlb olunduqlarını bildirib. Hüseynovların girov götürüldükləri faktını
hazırda Azərbaycan Respublikasının Şabran rayonunun Udulu kəndində
məskunlaşmış, girovluqdan azad edilmiş, milliyyətcə Ahıska türkü olan
Binaliyev Gülalı Binali oğlu və əsirlikdən azad edilmiş Ucar şəhəri, 28
May küçəsi 7-də yaşayan Məmmədov Mayıl Məhəmmədəli oğlu da
təsdiq ediblər [6, s.295, 308, 309, 311, 313, 315]. Lakin qarşı tərəfin faktı
inkar etdiyinə görə onları bu günə kimi azad etmək mümkün olmayıb.
Nəticə
Xocalıda yalnız dinc əhaliyə deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətlər
beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur.
Qeyd dək ki, AMEA-nın İnsan Hüquqları İnstitunun Ekspert Şurası
tərəfindən “Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistan Respubli-
kasının Azərbaycan xalqına qarşı məqsədyönlü siyasətinin tərkib hissəsidir”
adlı sənəd qəbul edilmişdir. Bu sənəd Azərbaycan Respublikasının Milli
Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə,
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı, Avropa Şurasının Baş Direktora-
tı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosu, eləcə də insan haqları üzrə milli və beynəlxalq təşkilatlara,
xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir [2, s.
45-46].
Biz Azərbaycan xalqına qarşı cinayət törətmiş konkret insanların gec-
tez ədalət məhkəməsi qarşısında cavab verəcəyinə inanırıq. Bunun üçün
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən müvafiq
işlər aparılır və cinayət törətmiş şəxslər barədə müfəssəl məlumatlar top-
lanılmışdır. İstintaq araşdırması zamanı 286 nəfər barədə təqsirləndirilən
şəxs qismində axtarış elan edilmişdir. Onlardan 31 nəfəri bilavasitə Xocalı
şəhərində törədilmiş soyqırımı aktına görə təqsirləndirilmişdir.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
100
Hesab edirik ki, soyqırımı, insanlıq və bəşəriyyətə qarşı cinayətlər
törətmiş şəxslər cəzasız qalmamalıdır
İstifadə edilmiş ədəbiyyat:
1. Martin J. Raphael Lemkin and the Invention of “Genocide”, The Journal of Historical
Review, Spring 1981 (Vol. 2, No. 1), pp. 19-34. www.ihr.org/jhr/v02/v02p-19_Martin.html.
2. Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi. / Beynəlxalq konfransın
tezislər toplusu / AMEA İnsan Hüquqları İnstitutu, Bakı, 2013, -185s.
3. Novruzoğlu R. Genosid, I cild. Bakı, 2006, -345 s.
4. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli İnsan Hüquqları haqqında Bəyannaməsi,
-12 s. http://www.ombudsman.gov.az/view.php?lang=az&menu=91
5. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə protokollar. Bakı, 1999,
-391 s./ www.elibrary.az/.../cgiirbis_64.exe?
6. Orucova E. Bizi əsirlikdən qurtarın. Bakı: “Qismət”, 2006, -678 s.
7. Quigley J. The genoсide Convention: international law analysis, Aldershot, Ashgate
2006, at pp. 22-23.
8. Musatafayev R. Erməni terrorçu və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri.
Bakı: “Elm”, 2003, -367s.
9. Гассер Х.П. Международное Гуманитарное Право. Введение. Москва: МККК, 1995,
-125 с.
10. Hüseynov L. Beynəlxalq hüquq. Bakı: “Hüquq ədəbiyyatı”, 2000, -408s.
11. BMT-nin 9 dekabr 1948-ci il tarixli “Genosid cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında” Konvensiyası. -6 s.
https://treaties.un.org/doc/Publication/UNTS/Volume%2078/volume-78-I-1021-English.
pdf.
12. Haaqa Konvensiyasının 1899-cu və 1907-ci il “Müharibə cinayətləri” və “Bəşəriyyətə qarşı
cinayətlər” məcəllələrindən ibarət olan beynəlxalq cinayət Məhkəməsinin Roma Statusu,
-72 s. / http://www.un.org/ru/law/icc/rome_statute(r).pdf.
13. Müharibə cinayətkarlarının və ya bəşəriyyətə qarşı cinayət törədənlərin həbsi, təqibi
və ya ekstradisiyasında əməkdaşlıq etmədiyinə görə dövlətin beynəlxalq hüququn
pozulmasını şərh edən “müharibə cinayətkarlarının və bəşəriyyətə qarşı cinayətkar
fərdlərin”cəzalandıılmasını əks etdirən 2840 (XXVI) saylı 18 dekabr 1971-ci il Qətnaməsi.
http://un.by/documents/humrights/milcrimes/miltx3.html.
Esmira Orujova
Khojaly Genocide: prisoners of war, hostages and missing persons
The article deals with the issue of prisoners of war, hostages and missing
persons as a result of Armenian terrorism during one of the most heinous
crimes of the twentieth century - the Khojaly genocide. The author analyzes
the problem on the basis of international humanitarian law. The violations
of the Geneva Convention and other normsof international humanitarian
law by the Armenians have beenfound as a result ofnumerous eyewitness
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
101
testimonies. According to those testimonies, Armenia mustanswer for the
committed crimes before the International Criminal Court.
Эсмира Оруджова
Ходжалинский геноцид: пленные, заложники и пропавшие
без вести
Статья посвящена проблеме пленных, заложников, пропавших без
вести, как результату армянского терроризма в период одного из самых
чудовищных преступлений ХХ века – Ходжалинского геноцида. Автор
анализирует случаи взятия армянами в плен жителей Ходжалы, проблему
заложников и пропажу людей без вести на основании норм междуна-
родного гуманитарного права. Случаи нарушения Арменией Женевской
Конвенции и других гуманитарных правовых актов нашли фактическое
подтверждение в результате свидетельских показаний. В заключении от-
мечается, что согласно свидетельским показаниям Армения обязана от-
ветить перед международным судом за совершенные преступления.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
102
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
103
XARİCİ SİYASƏT
VƏ BEYNƏLXALQ
MÜNASİBƏTLƏRİN
APARICI MEYİLLƏRİ
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
104
Qara dəniz
regionu:
müasir geosiyasi
vəziyyət
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
105
Açar sözlər: Qara dəniz regionu, Xəzər regionu, geosiyasət, təhlükəsizlik,
münaqişə, enerji ehtiyatları, boru kəməri, regional əməkdaşlıq
Key words: The Black Sea region, the Caspian Sea region, geopolitics,
security, conflict, energy resources, pipeline, regional partnership
Ключевые слова: Черноморский регион, Каспийский регион,
геополитика, безопасность, конфликт, энергетические ресурсы,
трубопровод, региональное партнерство
Qara dəniz
regionu:
müasir geosiyasi
vəziyyət
Nurlan
ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar
Mərkəzinin məsləhətçi-eksperti
aliyevnurlan13@gmail.com
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
106
Giriş
Qara dəniz regionunun yerləşdiyi coğrafi ərazi tarixən siyasi, iqtisadi, hərbi
maraqlardan irəli gələn qarşıdurmalar və ya ümumi maraqlardan doğan
əməkdaşlıq məkanı olmuşdur. XVIII əsrdən başlayaraq tarixin müxtəlif fazala-
rında Qara dəniz müxtəif imperiyaların və dövlətlərin, beynəlxalq koalisiya və
birliklərin (Osmanlı, Rusiya və Böyük Britaniya imperiyaları, SSRİ, Rusiya Fede-
rasiyası, Türkiyə Cümhuriyyəti, ABŞ, Aİ, NATO) bir-birinə zidd təsir və ya maraq
dairəsində olmuşdur. Qara dənizin strateji əhəmiyyətinin əmsalı son dövrlər daha
da artmaqdadır. SSRİ-nin süqutundan sonra Avrasiyada müstəqil dövlətlərin ya-
ranması nəticəsində geosiyasi və iqtisadi baxımdan Qara dəniz regionu ilə Xəzər
regionu sıx əlaqələndirilməyə başlanılmışdır. Hətta son zamanlar daha çox “Xəzər
və Qara dəniz regionu” termini işlədilir. Həqiqətən də, müasir dövrdə geosiyasi
baxımdan bu iki region arasında sərhədlər nisbi xarakter daşıyır. Bu ərazilərdə
yerləşən dövlətləri istər iqtisadi cəhətdən, istərsə də qlobal güclərin regionda
maraqları baxımından eyni məsələlər, problemlər əhatə edir. Qara dəniz regionu
üzrə aparılan bu təhlil zamanı da iki regiona əlaqəli baxış həyata keçirilir. Təhlil
zamanı müxtəlif informasiya mənbələrindən (siyasi, iqtisadi, hərbi təhlil sahələri
üzrə ixtisaslaşmış, rus və ingilis dilində mövcud olan resurslardan) istifadə olun-
muş, iqtisadi və hərbi sahələrdə statistik göstəricilər nəzərdən keçirilmişdir.
1. Ümumi mənzərə
Hazırda Qara dəniz və Xəzər regionu həm zəngin təbii ehtiyatlar, həm də
strateji dəhliz olması baxımından olduqca vacib geosiyasi ərazilər kimi şərtlənir.
SSRİ-nin süqutundan sonra region dövlətlərinin iştirakı və qlobal güc
mərkəzlərinin dəstəyi ilə bir sıra əməkdaşlıq təşkilatları yaradıldı. Bunlardan Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (Organization of the Black Sea Economic
Cooperation - BSEC) və “Blackseafor”u göstərmək olar. 1992-ci ildə 11 dövlət
tərəfindən (1999-cu ildə Serbiyanın təşkilata qoşulması ilə 12 dövlət oldu) yara-
dılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) başlıca məqsədi re-
gion dövlətləri arasında qarşılıqlı iqtisadi, siyasi əməkdaşlığın inkişaf etdirilməsi
və bölgədə birgə səylər nəticəsində təhlükəsizliyin qorunmasından ibarətdir.
Lakin yaradıldığı gündən təşkilata daxil olan bir sıra dövlətlər arasında hərbi
münaqişələr mövcud idi və yaxud sonradan baş verdi. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasın-
da baş vermiş müharibə və 2014-cü ildə başlayan Ukrayna böhranı bu təşkilatda
əməkdaşlığın inkişafına (xüsusilə təhlükəsizlik üzrə) mənfi təsir edir. Eyni zaman-
da təşkilata üzv olan digər dövlətlər arasında mövcud olan münaqişələr QDİƏT-
in tam potensialı ilə işləməsinə mane olur.
2001-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılan “Blackseafor” təşkilatına
6 dövlət daxildir: Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Rumıniya və Bolqarıs-
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
107
tan. Təşkilatın əsas məqsədi Qara dəniz regionu dövlətlərinin Hərbi Dəniz
Qüvvələri arasında əməkdaşlığı inkişaf etdirməklə hövzədə təhlükəsizliyin
birgə səylər ilə qorunmasından ibarətdir. Yarandığı vaxtdan bəri bir neçə hərbi
təlimin keçirilməsinə baxmayaraq, QDİƏT-in inkişafına mane olan amillər
“Blackseafor”un da güclənməsinə mənfi təsir edir. Belə ki, Rusiya və Gürcüstan
arasında 2008-ci ilin avqustunda baş vermiş müharibədən sonra rəsmi Tbilisi öz
hərbi qüvvələrini “Blackseafor”dan geri çağırıb [1]. 2014-cü ildə başlayan Ukray-
na böhranından sonra təşkilatın gələcək fəaliyyəti suallar doğurur.
Regionun geosiyasi mənzərəsini daha aydın əks etdirmək, mövcud və
gözlənilən meyilləri aydınlaşdırmaq üçün bu mənzərənin bir-biri ilə sıx bağ-
lı olan ayrı-ayrı hissələrinin - iqtisadi, siyasi, təhlükəsizlik və hərbi aspektlərinin
təhlili vacibdir.
2. İqtisadi meyillər – enerji təhlükəsizliyi
Qara dəniz və onunla sıx bağlı olan Xəzər regionları üçün geosiyasi anlam-
da əsas iqtisadi məqam formasında enerji ehtiyatları və onların nəqli çıxış edir.
Dünya iqtisadiyyatında əsas təbii enerji növü kimi qaza keçilməsindən son-
ra regionun enerji ehtiyatlarına və onun nəqli yollarına beynəlxalq səviyyədə
maraqların artması enerji təhlükəsizliyi ilə bağlı qərarlara qlobal güclərin
təsirinin möhkəmlənməsi ilə səciyyələnir. Təbii qazdan istifadə ilə bağlı enerji
təhlükəsizliyi artıq ancaq region dövlətlərinin suveren qərarları ilə deyil, eyni za-
manda regionda mövcud olan böyük qaz ehtiyatlarında maraqları olan qlobal
güc mərkəzlərinin təsiri ilə formalaşır. Əgər
XX əsrin ortalarında yanacaq bazarın-
da kömürdən neftə keçid iqtisadi və siyasi
sistemlərdə inqilabi yeniliklərə gətirib çı-
xartdısa, neftdən təbii qaza keçid gələcəkdə
ekoloji təmiz enerjiyə transformasiya üçün
keçid dövrü kimi nəzərdə tutulur. Buna görə
də təbii qaza keçid indiyədək tarixdə baş ver-
miş ən sürətli faza kimi qiymətləndirilir. Dün-
ya iqtisadiyyatında təbii qaza sürətli keçid
dövrü isə öz növbəsində regionda geosiyasi
hadisələrin sürətlənməsinə birbaşa təsir edir.
Təbii qaz ehtiyatları, istehsalı, nəqli və
istifadəsi Xəzər və Qara dəniz regionu ilə
Aralıq dənizi hövzəsini geosiyasi maraq-
lar baxımından daha da yaxınlaşdırır. Təbii
qaz ehtiyatları ilə bağlı enerji təhlükəsizliyi
məsələsində məsafə əsas rol oynayır. Xəzər
regionunda mövcud olan qaz ehtiyatlarının
Təbii qaz ehtiyatları, istehsalı,
nəqli və istifadəsi Xəzər və
Qara dəniz regionu ilə Aralıq
dənizi hövzəsini geosiyasi
maraqlar baxımından daha
da yaxınlaşdırır. Təbii qaz
ehtiyatları ilə bağlı enerji
təhlükəsizliyi məsələsində
məsafə əsas rol oynayır. Xəzər
regionunda mövcud olan
qaz ehtiyatlarının Avropa
İttifaqı ölkələrinə nəqli Xəzər
və Qara dəniz regionunun
əhəmiyyətini tranzit ərazilər
kimi daha da artırır.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
108
Avropa İttifaqı (Aİ) ölkələrinə nəqli Xəzər və
Qara dəniz regionunun əhəmiyyətini tran-
zit ərazilər kimi daha da artırır. Təbii qazın
nəqli məsələsində isə qlobal güclərin möv-
qeyi xüsusi əhəmiyyət kəsb edir. Son illər
təbii qazın sıxılmış vəziyyətdə yox, boru
kəmərləri vasitəsilə nəqlinə yaranan ehtiyac
regionda geosiyasi vəziyyətin fəallaşmasına
səbəb olur. Qərbi Avropaya uzanacaq qaz
kəmərlərinin tikintisində Cənubi Qafqaz
dövlətləri (Azərbaycan və Gürcüstan) mü-
hüm rol oynayırlar. Hazırda bu region-
da enerji təhlükəsizliyi baxımından əsas
təhlükəli ölkə kimi Ukrayna çıxış edir. Uk-
rayna uzun müddətdir ki, Rusiya qazının Aİ-
yə nəql olunmasında əsas tranzit ölkə kimi
çıxış edir. Rusiyadan Aİ-yə ixrac olunan qa-
zın təqribən 80%-i Ukrayna vasitəsilə nəql
olunur. Bu vəziyyətdə hər hansı səbəbdən
qazın nəqlində yarana biləcək böyük fasilə
Aİ-nin enerji təhlükəsizliyinə ciddi zərər vura
bilər. Gas Infrastructure Europe (GIE) verdiyi
məlumata əsasən, Ukraynada yerləşən qaz
anbarlarının tutumu optimal olaraq 36,1 mil-
yard kubmetrdir. Müqasiyə üçün qeyd edək
ki, Aİ-nin 30 ölkəsində yerləşən qaz anbarla-
rının ümumi tutumu 75,4 milyard kub metr
təşkil edir [2]. Məhz bu faktorlar hazırda Ukraynanı Aİ-nin enerji təhlükəsizliyində
mühüm dövlətə çevirir. Amma “Meydan” hadisələrindən əvvəl də Rusiya və Uk-
rayna arasında qazın tranzit qiymətləri ilə bağlı davam edən sonsuz mübahisələr,
Ukrayna böhranı və nəhayət, Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkənin
qazın tranziti ilə bağlı əsas oyunçu kimi qalması Aİ-nin enerji təhlükəsizliyi ilə
əlaqədar ciddi suallar yaradır. Lakin Aİ-nin son dövrlər Rusiya qazından aslılığın
azaldılmasına istiqamətlənmiş alternativ təbii qaz kəmərlərinə üstünlük verməsi,
ABŞ və digər ölkələrdən şist qazının idxalına istiqamətlənən siyasəti, habelə bəzi
tədqiqatlara əsasən, təbii qazdan alternativ təbii enerjiyə keçidin yaxın 30 ildə
baş tuta biləcəyi haqqında məlum proqnozu nəzərə aldıqda yaxın illərdə Uk-
raynanın məhz Rusiya qazının Avropaya tranzitində əsas ölkə kimi qalacağını
söyləmək olar. Hazırda məhz Rusiya qazının Aİ-yə ixracı üçün ən sərfəli və möv-
cud qaz tranziti infrastrukturuna malik olan dövlət kimi Ukrayna çıxış edir. Ru-
siyanın Ukraynadan yan keçməklə birbaşa (Qara dəniz və Bolqarıstan vasitəsilə)
Aİ-yə qazın nəqli üçün inşa etmək istədiyi “Cənub axını” layihəsi hazırda dayan-
Regionda iqtisadi baxımdan
əsas ziddiyyət kimi Xəzərdə
hasil olunan təbii qazın
Avropaya nəqli ilə bağlı
Rusiya və Aİ-nin fərqli
mövqeləri çıxış edir. Belə
ki, Aİ ABŞ-ın dəstəyi ilə
Azərbaycan və Türkmənistana
məxsus qazın Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və
Türkiyədən keçməklə (Rusiya
təsirindən kənar) nəqli
layihəsini (“Cənub dəhlizi”)
dəstəkləyirsə, Rusiya əvvəllər
Qara dənizdən keçməklə
Bolqarıstana (Ukraynadan
kənar “Cənub axını” layihəsi),
son zamanlar isə Qara dəniz
və Türkiyədən keçməklə
Yunanıstana (“Türk axını”
layihəsi) qaz nəqlini irəli
sürür.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
109
dırılıb. Belə ki, Aİ-də mövcud olan daxili qaz və enerji satışını nizamlayan “3-cü
Enerji Paketi” adlanan qaydalara əsasən, enerji daşıyıcılarının istehsalçısı və sa-
tanı eyni zamanda nəql kəmərlərinə sahib ola bilməz. Rəsmi Brüssel tərəfindən
“Cənub axını” boru kəmərinin “3-cü Enerji Paketi”nə uyğunluğunun yoxlanılması
məqsədi ilə onun Bolqarıstanda inşası müvəqqəti dayandırıldı. Rusiya isə 2014-
cü ilin sonunda “Cənub axını” layihəsini birtərəfli şəkildə dayandırdığını və onun
yerinə “Türk axını” (Qara dəniz və Türkiyə vasitəsilə Yunanıstana nəql) layihəsinin
inşa olunacağını bəyan etdi.
Ukraynanın Rusiya qazının Avropaya nəqlində əsas ölkə qismində gələcəkdə
dəyişməsi üçün səbəb kimi Ukrayna böhranın uzunmüddətli olması, “Türk axını”
layihəsinin uğurla başa çatdırılması çıxış edə bilər.
Regionda iqtisadi baxımdan əsas ziddiyyət kimi Xəzərdə hasil olunan təbii
qazın Avropaya nəqli ilə bağlı Rusiya və Aİ-nin fərqli mövqeləri çıxış edir. Belə
ki, Aİ ABŞ-ın dəstəyi ilə Azərbaycan və Türkmənistana məxsus qazın Xəzər
dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə (Rusiya təsirindən kənar)
nəqli layihəsini (“Cənub dəhlizi”) dəstəkləyirsə, Rusiya əvvəllər Qara dənizdən
keçməklə Bolqarıstana (Ukraynadan kənar “Cənub axını” layihəsi), son zamanlar
isə Qara dəniz və Türkiyədən keçməklə Yunanıstana (“Türk axını” layihəsi) qaz
nəqlini irəli sürür.
Yaxın illərdə Xəzər və Qara dəniz regionunun iqtisadi inkişafı Qərb (ABŞ və Aİ)
və Rusiyanın bu ərazilərə yönəlik siyasətindən asılı olacaqdır. Bu regionla bağlı
onların maraqları üst-üstə düşməsə, yeni təhlükələrin yaranacağı qaçılmazdır.
3. Təhlükəsizlik, regiondakı güclər və onların maraqları
Regionda təhlükəsizliyin təmin olunmasında əsas kimi güc mərkəzi olan
tərəflər və onların maraqları çıxış edir. Qara dəniz və Xəzər regionlarının
təhlükəsizlik problemlərinin təhlili zamanı bu maraqlar, onların ziddiyyətliliyi
əsas faktorlar kimi diqqəti cəlb edir.
Regionda mövcud olan iştirakçıları güc və təsir imkanlarına görə, əsasən, 4
qrupa bölmək olar. Birinci qrupa Rusiya, ABŞ və Aİ daxildir. Bu dövlətlər qlobal
güc mərkəzləri kimi formalaşmış və öz maraqlarını, siyasətlərini müstəqil şəkildə
irəli sürə bilirlər. Onların maraqlarının reallaşması bu qrupa daxil olan digər
dövlətlərlə manevr imkanlarından asılı olur. İkinci qrupa daxil olan dövlətlərə re-
gional güclər kimi çıxış edən Türkiyə və Rumıniya aiddir. Bu dövlətlər regionda
öz maraqlarını irəli sürə bilir, lakin onların tam reallaşması birinci qrupa daxil olan
dövlətlərin maraqlarından asılı olur. Üçüncü qrupa təbii ehtiyatlarla zəngin, stra-
teji coğrafi ərazilərdə yerləşmiş Azərbaycan, Gürcüstan və Ukraynanı aid etmək
olar. Bu dövlətlər öz enerji ehtiyatları və strateji mövqeləri ilə regionun geosi-
yasi xəritəsində mühüm nöqtələr kimi çıxış edirlər. Dördüncü qrupa regionda
fəaliyyət göstərən və ya təsiri olan beynəlxalq və regional təşkilatlar daxil edilir.
Buraya NATO, ATƏT, MDB, QDİƏT (BSEC), KTMT, GUAM-ı aid etmək olar. Qeyd
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
110
etdiyimiz bu dörd qrupun heç birinə daxil olmayan Çin Xalq Respublikası da son
illər bu regionda öz iqtisadi maraqlarını tədricən irəli sürür.
4. Rusiya
Birinci qrupa daxil olan ölkələr arasında Rusiya regionda indiyədək əsas güc
kimi mövqeyini saxlaya bilir. İqtisadi, bəzi hallarda isə hərbi (ABŞ ilə müqayisədə)
göstəricilərinə görə aid olduğu qrupdakı digər rəqibləri ilə müqayisədə geri
qalmasına baxmayaraq, Rusiya regionda təsir gücünə görə indiyə qədər əsas
rəqibi olan ABŞ-ı üstələyə bilir. Bunu ilk növbədə coğrafi determinizmlə izah
etmək olar. Rusiya Xəzər və Qara dəniz regionlarını imperiya dövründən bəri öz
təhlükəsizlik maraqları dairəsi kimi nəzərdən keçirir. Rusiya bu regionlardan təbii
resursların digər qlobal güclər tərəfindən istifadəsini, həmin resursların onun
nəzarətindən kənar nəqlini, Aİ-nin və NATO-nun şərqə doğru genişlənməsini
milli maraqlarına təhlükə kimi qiymətləndirir. Enerji ehtiyatları ilə zəngin olan
Mərkəzi Asiya və Cənubi Qafqazda öz təsirini gücləndirmək məqsədilə Rusiya
yeni Avrasiya İqtisadi İttifaqı adlanan birlik formasını irəli sürür və dəstəkləyir.
SSRİ-nin süqutundan sonra həm iqtisadi, həm də hərbi cəhətdən zəifləyən
Rusiya regionda daha güclü rəqbiblərlə qarşılaşdı və onlara müəyyən mövqe
güzəştlərinə getmək məcburiyyətində qaldı. Lakin 2000-ci illərin əvvəllərindən
Rusiya maraq dairəsinə daxil olan bu və digər regionlarda hərbi və iqtisadi işti-
rakını gücləndirməyə, əvvəlki nüfuzunu bərpa etmək üçün cəhd etməyə başladı.
Hazırda Qara dəniz və Xəzər regionları onun maraq dairəsində əsas yerlərdən
birini tutur.
Liviya və Suriyada hərbi dəniz bazalarını itirdikdən sonra Sevastopol limanı
Aralıq dənizinə çıxış üçün Rusiyanın təhlükəsizlik maraqları baxımından həyati
maraq kəsb edir. 2010-cu il Xarkov razılaşmasına əsasən, Rusiyanın Hərbi Dəniz
Qüvvələrinin 2040-cı ilə qədər Krımda yerləşməsinin təsdiqlənməsinə baxmaya-
raq [3], 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra və bu ölkənin
Aİ-yə, gələcəkdə isə NATO-ya interqrasiyasını qiymətləndirərək, Rusiya Krımda
yerləşdirilmiş Hərbi Dəniz Qüvvələri hissələrini gücləndirdi. Rusiya son illər istər
Xəzər, istərsə də Qara Dəniz Hərbi Donanmalarının gücləndirilməsini prioritet
kimi qəbul edir. “IHS Jane’s” dərgisinin verdiyi məlumata əsasən, 2019-cu ildə
Novorosiysk hərbi dəniz bazasına 6 ədəd yeni dizel-elektrik sualtı qayığı (06363
layihəsinə) daxil ediləcəkdir. 2016-cı ildə isə Qara Dəniz Hərbi Donanmasının
tərkibinə 11356М layihəsinə aid 6 ədəd raket freqatlarının daxil edilməsi planlaş-
dırılır. Ukrayna böhranına qədər Moskva “Novorosiysk” hərbi bazasını iritutumlu
hərbi gəmilərin (“Moskva” kreyseri də daxil olmaqla) yerləşdirilməsi məqsədi ilə
genişləndirməyi planlaşdırırdı [4]. Bu istiqamətdə tikinti işlərinin başlanılması-
na baxmayaraq, çox güman ki, Ukrayna böhranından sonra və Novorosiysk li-
manının coğrafi yerləşmə problemləri (hərbi limanın akvatoriyasının sərhədləri
qonşu ticarət limanının akvatoriyası ilə məhdudlaşır) ilə əlaqədar əsas gücün
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
Dostları ilə paylaş: |