Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

Sovet Rusiyasının Azərbaycan 
ilə Ermənistan arasında 
münaqişələrin həlli 
istiqamətində tutduğu 
mövqe və atdığı addımlarda 
ermənipərəst əhval-ruhiyyəsi 
xüsusilə Naxçıvan diyarına 
münasibətdə özünü aydın 
göstərirdi. Ermənilərə 
ənənəvi meyil himayədarlıq 
amili ilə yanaşı, Sovet 
Rusiyasının ermənipərəst 
mövqe tutmasında konkret 
geosiyasi motivlər də özünü 
büruzə verirdi. 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
75
və Maku xanlığından köhnə ehtiyatdan 8 mln. pud, təzə məhsuldan 3 mln. pud 
buğda, 20 mindən az olmayaraq iri qaramal, milyonlarla pud quru meyvələr 
çıxarmağa imkan verəcək. Azərbaycan və Sovet Rusiyasına, şübhəsiz ki, lazım 
olan  bu  ehtiyatlar  daşnaklar  tərəfindən  ən  qısa  müddət  ərzində  dəmiryolu 
vasitəsilə çıxarılacaq.
2.  Daşnaklara  Şahtaxtı-Maku,  Şahtaxtı-İrəvan,  Culfa-Təbriz  dəmiryolu 
xətlərinin  və  Urmiya  gəmiçiliyinin  verilməsi  ilə  zəngin  İran  ehtiyatlarının 
Ermənistan, Gürcüstan və Avropaya sərbəst ixracı baş verəcək. Qeyd edək ki, 
daşnaklar, İran kapitalistləri və İngiltərə buna üç il ərzində nail olmağa çalışır-
dılar.
3.  Bu  ehtiyatların  köməyilə  daşnak  hökuməti  erməni  xalqının  narazılığını 
azaltmaq, Antanta dövlətlərinin gücünə inamı möhkəmləndirmək, Sovet Ru-
siyasında  nüfuzunu yüksəltmək və tək özünü deyil, gürcü ordusunu da əla 
təmin etmək imkanı əldə edəcəkdir.
4.  Şahtaxtı-İrəvan  (100  verst)  və  Şahtaxtı-Culfa  dəmiryolu  xətlərinin 
Ermənistandan  keçməsi  daşnaklara  İran  Azərbaycanına  daxil  olmağa  imkan 
verir, bu həm də onları İrandakı ingilis qüvvələri ilə birləşdirir.
5.  Naxçıvan  diyarı  mühüm  siyasi,  iqtisadi  və  strateji  əhəmiyyətə  malik-
dir,  çünki  buradan  keçən  dəmiryolu  xətti  İranın  Maku  xanlığına  və  oradan 
Türkiyənin Bayəzid şəhərinə, digəri isə İranın Təbriz şəhərinə aparır. Beləliklə, 
mühüm dəmiryolu məntəqəsi kimi Naxçıvan diyarı bizi Türkiyə və İranın zəngin 
əraziləri  ilə  birləşdirir.  Azərbaycan  və  Rusiya  daşnakların  xeyirinə  bu  vacib 
birləşdirici məntəqədən imtina etməməlidirlər. 
6.  Naxçıvan  diyarının  əhalisi  1918-ci  ildə  türklərin  gedişindən  sonra 
müvəqqəti olaraq Araz Respublikasının yaradılmasına etiraz etmişdi. Bir neçə 
il ərzində Naxçıvan diyarının əhalisi öz müstəqilliklərini daşnaklardan qorudu... 
Diyarı ələ keçirmiş İngiltərənin müdaxiləsi nəticəsində bu ərazi zorla, əhalinin 
etirazına baxmayaraq, daşnaklara verildi. Ancaq ingilis qoşunları buranı tərk 
etdikdən dərhal sonra üsyan başladı, daşnak qoşunları... darmadağın edildi... 
Bu diyarın daşnaklara verilməsi xalqların özünütəyinetmə prinsipini və Sovet 
Azərbaycanının hüquqlarını açıq şəkildə pozurdu.
7.  Naxçıvan  diyarının  xalqı  sovet  quruluşunu  tətbiq  etdi,  kommunistlərin 
simasında  xilaskarlarını  gördü.  Xalq  ağlına  gətirməzdi  ki,  Sovet  Rusiyası 
əhalinin  iradəsinə  qarşı  çıxaraq,  diyarı  daşnaklara  verəcək,  hərcənd  ki  onla-
rın  hakimiyyəti  altında  nəinki  sovet  quruluşu  məhv  edilir,  həmçinin  daşnak 
Ermənistanın  ərazisində  yüzlərlə  müsəlman  kəndlərinin  başına  gəldiyi  kimi, 
əhalinin fiziki mövcudluğuna açıq-aydın təhlükə yaranır. Ümid edirəm ki, So-
vet  Rusiyasının  hökuməti  mənim  bəyanatımı  diqqətsiz  qoymayacaq,  Sovet 
Azərbaycanının və Sovet Rusiyasının özünün hüquqları və maraqlarının pozul-
masına yol verməyəcək.
B.Şahtaxtinskinin bu məktubu, sözsüz ki, çox mühüm siyasi sənəd idi. Çətin 
bir dövrdə Azərbaycanın ərazilərindən məhrum edilməsi ehtimalının yüksək ol-
duğu bir şəraitdə diplomat B.Şahtaxtinski Sovet Rusiyasının başçısı qarşısında 
ərazilərinin tutulması ilə razılaşmayan bir xalqın iradəsini qoymuşdu. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
76 
B.Şahtaxtinskinin Sovet Azərbaycanının vəziyyəti haqqında göndərdiyi ma-
teriallarla tanışlıqdan sonra G.V.Çiçerin elə həmin gün RK(b)P MK Siyasi Büro-
suna məktubla müraciət etmiş, təcili tədbirlər görmək və bu məsələni dərindən 
öyrənmək üçün xüsusi komissiya yaratmağı təklif etmişdi [9,s.269].
1921-ci il martın 1-də B.Şahtaxtinski erməni məsələsi ilə əlaqədar növbəti 
məktubunu  RK(b)P  MK  katibi  N.N.Krestinskiyə  göndərmişdi.  Məktuba 
ermənilərlə mübahisə obyekti olan ərazilər haqqında arayış da əlavə edilmiş-
di. B.Şahtaxtinski qeyd edirdi ki, “Yelizavetpol quberniyasının Qazax qəzasının 
aran hissəsində azərbaycanlılar, dağlıq hissəsində isə ermənilər məskunlaşıb. 
Bu qəza Ermənistanın iddia obyektidir. Qarabağ geniş dağlıq vilayətidir, onun 
aran hissəsində müsəlmanlar, dağ ətəklərində ermənilər yaşayır, yuxarı dağlıq 
vilayətlər  isə  otlaqlardır,  yayda  müsəlmanlar  buraya  sürülərini  gətirirlər.  Qa-
rabağın erməni əhalisinin sayı 170 min,  müsəlmanların sayı isə 415 mindir. 
Naxçıvan və Şərur qəzalarında Azərbaycan türkləri yaşayır. Qaçqınlar məsələsi 
ən  kəskin  ixtilafa  səbəb  olub.  Zəngəzur  qəzası  hal-hazırda  Ermənistan  Res-
publikasının hakimiyyəti altındadır. Burada müsəlmanların sayı 123.095 nəfər, 
ermənilərin sayı isə 99.257 nəfərdir. Yüzminlərlə qaçqın Zaqafqaziyanın müxtəlif 
yerlərində dolaşır” [3, f, 276, siy. 2, iş 161, vərəq 8-9].
Bu məktub onu göstərir ki, B.Şahtaxtinski Azərbaycanın ərazi bütövlüyü-
nün təmin edilməsi, azərbaycanlıların kompakt yaşadığı yerlərdə təhlükəsizlik 
və  əmin-amanlığın  bərqərar  olunmasını  tələb  etməklə,  əzəli  torpaqlarımızın 
özünəməxsusluğunu faktlarla sübut etməyə çalışmışdır.
Bu faktlar təsdiq edir ki, vətənpərvərliklə bolşevizm arasında orta məxrəci 
tapmağa  çalışan  Behbud  Şahtaxtinskinin  Azərbaycanın  doğma  torpaqlarının 
millətimizə məxsus olmasında xidmətləri əvəzsizdir. Bütün bunlar isə Naxçıva-
nın taleyi və “erməni məsələsi” ilə bağlı olan tarixi əhəmiyyətə malik Moskva 
(mart 1921) və Qars (okyabr 1921) müqavilələrində öz əksini tapmaqla Behbud 
Şahtaxtinski kimi diplomatın önəmli fəaliyyətini bir daha göstərir.
Ulu  öndərimiz  Heydər  Əliyev  demişdir:  “Bəli,  o  vaxt  o  insanlar  çox  mil-
li qürurlu insanlar olublar. İndi bəziləri onların hamısının kommunist, bolşe-
vik  kimi,  necə  deyərlər,  üzərindən  qara  xətt  çəkirlər.  Bu,  ədalətsizlikdir.  Mən 
buna həmişə etiraz etmişəm, bu gün də etiraz edirəm. Hansı partiyaya, han-
sı  siyasi  qüvvəyə  mənsubluğundan  asılı  olmayaraq  kim  Azərbaycanın  mil-
li  mənafelərinin  keşiyində  durubsa,  ona  xidmət  göstəribsə,  o  insanlar  bizim 
tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdır-
lar... Qars müqaviləsinin altında Azərbaycanın xarici işlər naziri Behbud Şahtax-
tinskinin imzası vardır ” [10].
Nəticə
Behbud  Şahtaxtinski  XX  əsrin  I  rübündə  Azərbaycanda  geniş  siyasi  və 
dövlətçilik fəaliyyəti ilə tanınmış və cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş 
diplomat olmuşdur. O, dövrünün mətbuat orqanlarında yazdığı məqalələri və 
Sovet Rusiyası rəhbərliyinə göndərdiyi faktlarla dolu məktubları ilə ermənilərin 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
77
məkrli  siyasətini  ifşa  etmiş  və  Azərbaycan  torpaqlarının  müdafiə  olunma-
sında  mühüm  xidmətlər  göstərmişdir.  XX  əsrin  20-ci  illərində  ermənilərin 
Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə qarşı mübarizədə 
rolu onun nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha sübut edir. Məhz 
bu xidmətlərinə görə Behbud Şahtaxtinski Azərbaycan xalqının milli dövlətçilik 
tarixində öz layiqli yerini tutmalıdır.
İstifadə edilmiş ədəbiyyat:
1.  Azərbaycanda  sovet  hakimiyyəti  uğrunda  mərd  mübarizələr.  Bakı:  Azərbaycan  Dövlət 
Nəşriyyatı, 1958, -157s.
2.  Behbud Şahtaxtinskinin ölümü ilə əlaqədar məlumat.// “Зара Востока” qəzeti (rus dilində). 
Tiflis, 31 may 1924-cü il
3.  Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi /ARSPİHDA/. 
4.  Шахтахтинский Бейбуд. Отклики жизни. // Газета “Азербайджан”, № 23, Баку, 31 (18) 
октября 1918.
5.  Шахтахтинский Бейбуд. Советская политика на Востоке.// Газета “Коммунист”, № 83,  
Баку, 11 апреля 1921.
6.  Шахтахтинский  Бейбуд.  О  революционном  движении  на  Востоке.  //  Газета 
“Коммунист”, № 90, Баку, 20 апреля 1921.
7.  Məmmədov İ.M., Məmmədov Ç.İ Siyasi tarix. I hissə. Bakı: BDU-nun nəşriyyatı, 1995, -184s. 
8.  Архив при Президенте Российской Федерации. 
9.  Искендеров М.С. “Из истории борьбы Коммунистическая партия Азербайджана за 
победу Советской власти в Азербайджане”. Баку: Азернешр, 1958.
10. Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  Naxçıvan  Muxtar  Respublikasının  75  illik  yubi-
leyi üzrə dövlət komissiyasının iclasında yekun nitqi // “Azərbaycan” qəzeti, № 32, Bakı,  
11 fevral 1999-cu il.
Fuzuli Ibrahimzade
Beybud Shakhtakhtinsky and the “armenian issue”
Beybud  Shakhtakhtinsky  gained  popularity  in  the  first  quarter  of  the 
twentieth  century  due  to  his  political  and  social  activities.  He  was  a  skilled 
diplomat, having a great reputation in the local community.
Beybud  Shakhtakhtinski  was  submitting  his  articles  to  media  outlets,  as 
well as sending letters to the  leadership of the Soviet Russia to reveal the 
insidious practices of Armenians, thus making an invaluable contribution to 
the protection of ancestral lands of Azerbaijan.
Beybud  Shakhtakhtinski’s  fight  against  the  Armenian  territorial  claims 
against Azerbaijan in the beginning of the twentieth century was a direct proof 
of his political vision.
It  is  because  of  the  impeccable  work  and  merits  before  his  homeland, 
Beybud Shakhtakhtinski took a well-deserved place in the national history of 
the state of Azerbaijan.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
78 
Физули Ибрагимзаде
Бейбуд Шахтахтинский и “армянский вопрос”
Бейбуд Шахтахтинский приобрел популярность в первой четверти ХХ 
века  благодаря  своей  политической  и  общественной  деятельности.  Он 
был искусным дипломатом, пользовавщийся большой репутацией в об-
ществе. 
Бейбуд Шахтахтинский направлял свои статьи в органы информации, а 
также отправлял  письма с обосновательными фактами руководству Со-
ветской России, раскрывая таким образом, коварную политику армян и 
внося неоценимый вклад в работу по защите исконных земель Азербай-
джана.
Роль Бейбуда Шахтахтинского в борьбе против территориальных пре-
тензий армян против Азербайджана в 20-х годах ХХ века является пря-
мым доказательством его политической дальновидности.
За свою отменную деятельность и заслуги перед своей родиной Бей-
буд Шахтахтинский занял достойное место в национальной государствен-
ной истории Азербайджанского народа.

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
79
Açar  sözlər:  Osmanlı  imperiyası,  Təhcir  qanunu,  qondarma  “erməni 
soyqırımı”, Azərbaycan, Türkiyə
Keywords:  Ottoman  Empire,  decree  on  relocation  (Tehcir),  the  so-called 
“Armenian genocide”, Azerbaijan, Turkey
Ключевые слова: Османская империя, закон о переселении (Техджир), 
так называемый “геноцид армян”, Азербайджан, Турция
Osmanlı dövlətinin 
24 aprel 1915-ci 
il tarixli “Təhcir 
qanunu”nun tarixi 
və siyasi aspektləri 
haqqında
Ziyad 
ƏMRAHOV
BDU-nun tarix fakültəsinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru
zamrahov@gmail.com

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
80 
Giriş
Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir ki, dünyanı inandır-
maq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində “zavallı” erməni xalqına qarşı 
dövlət səviyyəsində soyqırımı törədilmişdir. Ermənilər mərkli iddialarını tanıtdır-
maq üçün hələ Sovetlər Birliyi dövründən fəal iş aparmış, qondarma “soyqırım 
qurbanları”na abidələr ucaltmışdılar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı ol-
ması erməni şovinistlərini daha da ruhlandırmış, “soyqırım” kampaniyasının sis-
temli şəkildə aparılmasına imkan yaratmışdır. SSRİ dağılana qədər bu təbliğat 
bilavasitə  Türkiyə  Respublikasına  qarşı  yönəlsə  də,  dolayı  yolla  bu  məsələdə 
bütün türk-müsəlman dünyası günahlandırılırdı. Qondarma “erməni soyqırımı” 
məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə 
bu həm Türkiyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir siyasətdir. Əslində, 
ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi 
iddiaları da məhz bu məkrli siyasi kampaniyanın davamı olmuşdur.
1. “Xristian həmrəyliyi” fonunda Çar Rusiyasının və 
Avropanın tarixi maraqları
Tarixi  tədqiqatlar  göstərir  ki,  istər  Çar  Rusiyası,  istərsə  də  onun  sonrakı 
varisləri – Sovetlər Birliyi və Rusiya Federasiyası hər zaman özünün siyasi, iqti-
sadi və regional maraqlarını müdafiə etmək, strateji planlarını gerçəkləşdirmək 
üçün  həm  Qafqaz  regionunda,  həm  də  Osmanlı  imperiyasının  ərazilərində 
bir sıra planlar həyata keçirməyə çalışmışdır. Belə planlar içərisində “xristian 
həmrəyliyi” hər zaman açıq və gizli şəkildə dövlət rəsmiləri tərəfindən müdafiə 
edilmişdir. Əslində, bu hədəf “türk təhlükəsi problemi”nə qarşı irəli sürülmüş-
dü. Belə hesab olunurdu ki, qonşu türk dövlətlərinin həmrəyliyinin hər zaman 
təhlükə altında saxlanılmasında “xristian həmrəyliyi” və onun tərkib hissəsi kimi 
nəzərdən keçirilən “erməni məsələsi” kifayət qədər uğurlu bir siyasətdir. Elə bu 
məqsədlə də Çar Rusiyası zaman-zaman öz hədəfinə yetişmək – Osmanlı im-
periyasını əsas strateji dayaq nöqtələrindən uzaqlaşdırmaq, dünya bazarlarına 
çıxışını təmin etmək üçün “erməni məsələsi”ndən məharətlə istifadə etmişdir. 
Heç də təsadüfi deyildir ki, Çar I Pyotr “Vəsiyyətnamə”sində də yuxarıda sada-
ladığımız amilləri çox qəti şəkildə qoyurdu: “Rusiya dövlətini o zaman dünya 
dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı 
olan İstanbul olsun. Tez və vaxtında çalışıb İstanbula sahib olan şah dünyada 
ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran 
arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır... Amma Türkiyə 
dövləti məhv olmadan, İranın canını almağımız məsləhət deyildir... Hindistanın 
açarı  Türkiyənin  paytaxtıdır...”  [11,  s.15-19].  Məlumatlardan  da  aydın  olduğu 
kimi, əsas hədəf Osmanlı imperiyasını parçalamaq və bu məqsədə nail olmaq 
üçün “xristian həmrəyli şüarları”nı əldə bayraq etmək olmuş və bu siyasət bu 
gün də davam etdirilməkdədir.
Birinci Dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və ermənilərə 
osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar 
Tiflisdəki nitqini bu sözlərlə bitirmişdi: “Qoy, rus bayrağı altında üzən gəmilər 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
81
Bosfor  və  Dardanel  boğazlarında  sərbəst 
hərəkət  etsin.  Qoy,  erməni  xalqı  Rusiyanın 
köməyi  ilə  Osmanlı  ərazisində  öz  müstəqil 
dövlətini  qura  bilsin.  Çar  hökumətinin 
himayəsi  altında  qan  qardaşlarımızla 
birləşərək,  nəhayət,  hürriyyət  və  ədalət 
nemətlərinə  qovuşacaqsınız.  Ermənilərin 
sədaqətinə  inanıram,  erməni  xalqını  xoş 
gələcək gözləyir. Sizi əmin edirəm ki, arzu-
nuz  yerinə  yetiriləcək!”  [12,  s.42].  Beləliklə, 
II  Nikolayın  bu  qərəzli  və  təhrikedici  çıxı-
şı  ermənilərin  Rusiya  tərəfindən  Türkiyəyə 
qarşı  müharibədə  iştirak  etməsini  təmin 
etdi. Türk torpaqlarının işğalına və əhalisinin 
məhv  edilməsinə  hazırlaşan  erməni  ideo-
loqları erməni kilsəsindən xeyir-dua aldılar.
Artıq  çar  hökumətinin  bu  təbliğat 
maşınının  ilkin  nəticələri  Birinci  Dünya 
müharibəsinin başlanması ilə bir daha aydın-
laşdı. Belə ki, 1914-cü ilin noyabrın 1-də rus 
ordusunun  Qafqaz  istiqamətində  Osmanlı 
sərhədlərini  keçməsi  Osmanlı  ərazilərində 
yaşayan  erməniləri  hərəkətə  keçirdi.  Rus 
ordusunun  Şərqi  Anadoluya  daxil  olma-
sı  ermənilərin  türklərə  qarşı  kütləvi  qırğın 
törətməsi  üçün  şərait  yaratdı.  Rus  ordusu-
nun tərkibindəki ermənilər yerli ermənilərlə 
birləşərək  heç  bir  günahı  olmayan  100 
minlərlə  dinc  əhalini  qətlə  yetirir  və  onları 
öz dədə-baba yurdlarından didərgin salırdı-
lar. 1915-ci ilin yanvarında Sarıqamış rus qoşunları tərəfindən ələ keçirildikdən 
sonra kütləvi qırğınların miqyası daha geniş şəkil almağa başlamışdı  [2, HR. 
SYS, D. 2284, G. 4, lef. 3, 8, 10]. Rus birlikləri ilə hərəkət edən erməni dəstələri 
tərəfindən Qars, Ərdəhan və ətraf bölgələrdə öldürülən türk-müsəlmanların 
sayı 30 min nəfərə çatırdı [3, BOA, HR. SYS, D. 110, G. 12; 4, BOA, HR. HU, D. 
122, G. 4]. Beləliklə, məlumatlar göstərir ki, Çar Rusiyası gələcəkdə müharibənin 
nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradıl-
masına  təminat  verməklə,  Osmanlı  dövlətinin  tərkibində  yaşayan  erməniləri 
də Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Bu şirin vədlərdən ruhlanan 
erməni  quldur  dəstələri  isə  Şərqi  Anadoluda  müsəlmanların  kütləvi  qırğını 
üçün fəal şəkildə hərəkətə keçmişdilər.
Yaranmış  vəziyyətin  ciddiliyini  nəzərə  alan  Osmanlı  hökuməti  Şərqi  Ana-
dolunun  Rusiyanın  nəzarəti  altına  keçməsindən  ehtiyat  edərək,  qabaqlayı-
cı  tədbirlərə  əl  atmalı  olmuşdu.  Birinci  Dünya  müharibəsi  illərində  Osman-
lı  dövlətinin  3-cü  ordusuna  rəhbərlik  edən  Ənvər  paşa  Ərzurumda  erməni 
liderləri ilə görüşündə də bir daha əmin oldu ki, ermənilər müharibə başla-
1914-cü ilin noyabrın 1-də 
rus ordusunun Qafqaz 
istiqamətində Osmanlı 
sərhədlərini keçməsi 
Osmanlı ərazilərində 
yaşayan erməniləri hərəkətə 
keçirdi. Rus ordusunun Şərqi 
Anadoluya daxil olması 
ermənilərin türklərə qarşı 
kütləvi qırğın törətməsi 
üçün şərait yaratdı. Rus 
ordusunun tərkibindəki 
ermənilər yerli ermənilərlə 
birləşərək heç bir günahı 
olmayan 100 minlərlə dinc 
əhalini qətlə yetirir və onları 
öz dədə-baba yurdlarından 
didərgin salırdılar. 1915-ci 
ilin yanvarında Sarıqamış 
rus qoşunları tərəfindən ələ 
keçirildikdən sonra kütləvi 
qırğınların miqyası daha geniş 
şəkil almağa başlamışdı.  

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
82 
nacaq təqdirdə Osmanlı dövlətini müdafiə etməyəcəklər [5, BOA, HR. SYS, D. 
2284, G. 1]. Məlumat üçün onu da qeyd edək ki, Osmanlı hökuməti ermənilərin 
bu  kimi  xəyanətləri  ilə  artıq  tanış  idi.  Osmanlı  erməniləri,  xüsusilə  də  onla-
rın dini qurumları və başbilənləri hələ “93 hərbi” (1877-1878-ci illər rus-türk 
müharibəsi nəzərdə tutulur – Z.Ə.) öncəsi tarixi seçim qarşısında qalmışdılar. 
Belə ki, onlar ya Osmanlı dövlətinə sadiq qalmalı, ya da imperatorluğun digər 
xristian toplumlarının yolu ilə gedərək Avropa dövlətlərinin Türkiyənin daxili 
işlərinə müdaxiləsinə nail olmalı idilər [14, 90]. Şübhəsiz ki, erməni xisləti bu-
rada da sakit dayanmadı. Doğrudur, İstanbul erməni patriarxlığının müharibə 
ərəfəsində tərəddüdləri ilk baxışda elə fikir formalaşdırırdı ki, sanki onlar Os-
manlı  dövlətini  istənilən  təcavüzə  qarşı  müdafiə  etməyə  hazırdırlar.  Belə  ki, 
müharibə  ərəfəsində  Osmanlı  dövlətinin  baş  vəziri  məşhur  Midhət  paşanın 
sədrliyi  ilə  keçirilən  N.İqnatyevin  sərt  ahəngli  ultimatumunu  və  onun  rədd 
ediləcəyi təqdirdə başlanacaq hərbin səbəb ola biləcəyi fəlakətləri müzakirə 
edən  toplantıda  erməni  patriarxı  həyəcanla  demişdi:  “Əgər  bu  çox  böyük 
dövlətin yıxılması alın yazısıdırsa, bizlər onun xarabalıqları altında basdırılmağı 
özümüzə vəzifə bilirik. Şərəf və namusla ölmək xəcalət içində yaşamaqdan yax-
şıdır” [13, s.47]. Hətta Rusiyanın Osmanlı dövlətinə  müharibə elan etməsi ilə 
əlaqədar olaraq türk parlamentində müharibəyə qatılmağa dair çıxarılan qərar 
(25 aprel 1877) erməni millət vəkilləri tərəfindən hərarətli alqışlarla qarşılan-
dı. Onlardan Hələbdən olan millət vəkili Manon əfəndinin “biz xristian erməni 
olduğumuza görə elan edirəm ki, Rusiyanın köməyinə möhtac deyilik, Rusiya-
nın himayəsini qətiyyən qəbul etmərik və ona möhtac da deyilik, biz heç bir 
zaman müsəlman qardaşlarımızdan ayrılmadıq və ayrılmayacağıq” [15, s.99] 
deməsi də bütün şübhələri sanki aradan qaldırmışdı. Lakin hadisələrin sonra-
kı gedişatı da göstərdi ki, ermənilərin bu “sədaqət andı”, əslində, həqiqətdən 
çox-çox uzaqdır. Elə müharibə başlayan kimi ermənilərin rus orduları sırasın-
da vuruşması, kəşfiyyat məlumatları ötürməsi qısa zaman ərzində rus qoşun-
larının  1877-1878-ci  illər  rus-türk  müharibəsinin  gedişində  Ədirnəyə  qədər 
irəliləməsinə şərait yaratmışdır.
2.   24 aprel 1915-ci il tarixli “Təhcir qanunu”nu doğuran amillər
Beləliklə, ermənilərin xəyanətləri ilə yaxından tanış olan Osmanlı hökuməti 
Şərqi Anadolu ərazilərinin təhlükəsizliyini təmin etmək üçün 1915-ci il aprelin 
24-də “Təhcir haqqında” qanun qəbul etməyə məcbur oldu. “Təhcir” ərəbcə 
“köç”  mənasını  verir.  Bəzi  tarixçilər  bu  kəlməni  “deportasiya”  mənasında 
işlədirlər, lakin təhcir ilə sürgün arasında fərq vardır. Təhcir fərmanı ilə yerini 
dəyişən şəxs köçdüyü yeni ərazidə sərbəst yaşaya bilər, sürgün edilən şəxs isə 
məhdud bir ərazidə, həbsxana və ya düşərgələrdə qapalı şəkildə yaşamalıdır.
27 may 1915-ci il tarixindən etibarən qüvvəyə minən bu qanun Şərqi Anadolu 
ərazisində daima problem yaradan, xarici qüvvələrlə işbirliyinə girən və əsgəri 
baxımından böyük təhlükə törədən əhalini öz təhlükəsizlikləri baxımından daha 
etibarlı və idarəçilik baxımından da rahat olan ərazilərə köçürülməsindən bəhs 
edirdi [10, s.34]. Göründüyü kimi, qanunda “erməni” kəlməsi işlədilməmişdir. 
Bu qanun silahlı üsyan edənləri, düşmənlə əməkdaşlığa girərək casusluq və 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
83
xainlik edənləri hərbi anlayışlarla müharibə 
ərazisindən uzaqlaşdırmaq üçün qəbul edil-
mişdir.  Digər  tərəfdən,  təkcə  qanunun  bu 
tərəfi ilə erməni ideoloqları və onların hava-
darlarının iddialarını alt-üst etmək olur.
“Təhcir  qanunu”nun  əsas  ideoloqu  və 
liderlərindən olan, məhz buna görə erməni 
terrorçusu  tərəfindən  qətlə  yetirilən  Os-
manlı  dövlətinin  Daxili  işlər  naziri  Tələt 
paşa bu köçürülmənin səbəblərini aşağıda-
kı  kimi  şərh  etmişdir:  “Osmanlı  dövlətinin 
bütünlüyü və dövlətin əleyhinə çalışan Av-
ropa  dövlətlərinin  şirin  vədləri  ermənilər 
arasında  gündən-günə  genişlənməkdədir. 
Bu  vədlərdən  ruhlanan  erməni  icmala-
rı  silahlı  üsyan  şəklində  dövlətin  bütöv-
lüyünü  təhlükə  altına  alır,  dövlətin  arzu 
etmədiyi  bir  çox  hadisələrə  yol  açır.  Xal-
qın  və  dövlətin  birliyini  qorumaq  üçün 
erməni, rum və ərəblər Ərzurum, Van, Bitlis 
vilayətləri  ilə  Adana,  Sis,  Mersin,  Maraş  və 
Hələbin  mərkəzi  müstəsna  olmaqla,  Ada-
na, Mersin, Kozan livaları ilə Maraş sancağı, 
mərkəz qəzaları istisna olmaqla İskəndərun, 
Beylan  və  Antakya  qəzalarının  kənd  və 
qəsəbələrində təhlükəli görülən ermənilər Suriya və İraqın şimalına – Urfa, Zor, 
Hələb, Harran, Mosul, Diyarbəkir və Cizrə bölgələrinə köçürülmüşdür” [1, s.66-
67].  Beləliklə,  Tələt  paşanın  “Təhcir  qanunu”  ilə  bağlı  izahından  görünür  ki, 
dövlətin bütövlüyünə zərbə vuran və  silahlı üsyan edənlər daha çox imperiya-
nın erməni əhalisi olmuşdur. Buradan isə Şərqi Anadoluda yaşayan ermənilərin 
Osmanlı imperiyasının daxili rayonlarına köçürülməsinin bir neçə səbəbini izah 
etmək olur. Əvvəla, Osmanlı dövlətinin bütövlüyünə qarşı çıxış edən ermənilər 
silaha sarılmışdılar və rus qoşunları sərhədi keçər-keçməz onlara qoşulmuşdu-
lar. İkincisi, bütün Osmanlı qüvvələri cəbhədə düşmən qüvvələri ilə savaşdığı 
halda, imperiyanın erməni əhalisi üsyan və terrora əl ataraq dövləti düşmənə 
təslim etmək yolunu tutmuşdular. Nəhayət, bu köçürülmənin əsas günahkar-
ları  erməni  millətçiləridir,  çünki  onlar  rus  ordusunun  sıralarında  müharibəyə 
qatılmaqla, əslində, özləri üçün çətin vəziyyət yaratmışdılar.
Erməni millətçiləri sübut etmək istəyirlər ki, Osmanlı hökumətinin bu qərarı 
ilə etnik təmizləmə siyasəti aparılmış, Birinci Dünya müharibəsi illərində Osman-
lı  ərazisində  bir  milyondan  çox  erməni  öldürülmüşdür.  Bunun  üçün  fakt  kimi 
müharibəyə qədər Osmanlı ərazisində ermənilərin sayının 2.5 milyon nəfər oldu-
ğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, müharibəyə 
qədər “Vilayəti-Sittə”də (Şərqi Anadoluda – Z.Ə.) müsəlmanlar da daxil olmaqla 
3.500.000 əhali yaşayırdı, bunlardan da Türkiyənin şərqində 800.000, Anadolunun 
digər bölgələrində isə 450.000-i erməni idi [6, BOA, DH., KMS, D. 2., G. 2/5, lef. 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin