37
2. İqtisadi problemlər
2.1. Sənaye, yaşayış və sosial obyektlərə dəyən zərərlər və onların aradan
qaldırılması
2.2. Azərbaycan Respublikasının sosial və iqtisadi inkişaf strategiyasının
həyata keçirilməsində işğal faktorunun neqativ rolu.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
nəticəsində doğma torpaqlarından didərgin salınmış 1 milyonadək azərbaycanlı
qaçqın və məcburi köçkünün sosial problemləri Azərbaycan dövlətinin gündəlik
probleminə çevrilmişdir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından
sonra bu problemin həlli istiqamətində
görülən ən böyük tədbirlərdən biri 1998-ci
ildə Azərbaycan Respublikası Prezidentinin
sərəncamına əsasən, “Qaçqınların və
məcburi köçkünlərin problemlərinin həlli
üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi
olmuşdur. 1999-cu ildə isə ölkə prezidentinin
fərmanı ilə dünya təcrübəsində ilk dəfə
olaraq Məcburi Köçkünlərin Sosial İnkişafı
Fondu təşkil edilmişdir. Sosial problemlər ilk
növbədə öz torpaqlarından qovulmuş və ya
məcburi köçmüş azərbaycanlıların yaşayış
yeri ilə təmin olunması məsələsindən
ibarətdir.
Qaçqın və məcburi köçkünlərin bütün
sosial problemləri, o cümlədən onların
yaşayış yerləri ilə təmin edilməsi məsələsi
Azərbaycan Respublikası Prezidentinin 1 iyul
2004-cü il tarixli 298 saylı Sərəncamı ilə təsdiq
edilmiş “Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması və
məşğulluğunun artırılması üzrə Dövlət
Proqramı”nda və həmin Sərəncamın icrası
ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 4 noyabr 2004-cü il
232c saylı Sərəncamı ilə təsdiq edilmiş
Tədbirlər Planında öz əksini tapmışdır [4].
Bu plana uyğun olaraq, həlli nəzərdə
tutulmuş problemlər əsasən aşağıdakılar
olmuşdur: 22.921 ailə - 110 min məcburi
köçkünün həyat şəraitinin yaxşılaşdırılması,
o cümlədən 21.354 ailənin yeni qəsəbələrə
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
nəticəsində doğma
torpaqlarından didərgin
salınmış 1 milyonadək
azərbaycanlı qaçqın və
məcburi köçkünün sosial
problemləri Azərbaycan
dövlətinin gündəlik
probleminə çevrilmişdir.
Heydər Əliyevin Azərbaycan
rəhbərliyinə qayıdışından
sonra bu problemin həlli
istiqamətində görülən ən
böyük tədbirlərdən biri
1998-ci ildə Azərbaycan
Respublikası Prezidentinin
sərəncamına əsasən,
“Qaçqınların və məcburi
köçkünlərin problemlərinin
həlli üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi
olmuşdur. 1999-cu ildə isə
ölkə prezidentinin fərmanı ilə
dünya təcrübəsində ilk dəfə
olaraq Məcburi Köçkünlərin
Sosial İnkişafı Fondu təşkil
edilmişdir.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
38
köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların
təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini yeni təşkil
olunacaq kiçik sexlərdə) yaradılması [4]. Azərbaycan Respublikası Prezidentinin
4 fevral 2004-cü il tarixli 80 saylı Sərəncamına [3] və yeni Dövlət Proqramına
uyğun olaraq, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat
olan Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən Ağdam rayonunda
12, Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılmış, məcburi
köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv
edilməsi təmin edilmişdir [6, s.268].
Azərbaycan Respbulikasının Prezidenti tərəfindən 2006-cı il martın 1-də
təməli qoyulmuş Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman
Kompleksinin tikintisi 2007-ci ildə başa çatdırılmış və 2008-ci il yanvarın 17-də
keçirilmiş açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Ağdam
və Ağcabədi rayonlarında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190.632
kv.m olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1
xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11
hamam, 10 inzibati bina, 1 yanğın postu tikilmiş, 113,8 km yol, 139,2 km su
xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkilmiş,
124 artezian quyusu qazılmışdır. İnşaat işlərinə respublikanın 30-dan çox şəhər
və rayonundan təxminən 20 min nəfər cəlb olunmuşdur.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi
köçkün ailəsi üçün yaşayış evləri tikilib istifadəyə verilmiş, Saatlı rayonunda
Yunanıstanın Bakı–Tbilisi–Ceyhan boru kəmərinin Azərbaycan sektorunun
tikintisini həyata keçirən “Contractors İnternational Company” (CCİC) şirkətinin
vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi
təmin edilmişdir [6, s.268].
2001-2009-cu illərdə Dövlət Neft Fondundan (612,9 milyon manat) və digər
mənbələrdən (33,2 milyon manat) ayrılan 6436,1 milyon manat vəsait hesabına
18.190 ailə (81,8 min nəfər) - daimi məskunlaşmamış qaçqın və məcburi
köçkünlər üçün 10.168 min kv.m sahəsi olan 63 qəsəbə və fərdi ev, həmçinin
123 məktəb, 4 musiqi məktəbi, 37 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi
tikilmiş, 542 km yol, 645 km su xətti, 1007 km hava elektrik xətti çəkilmiş, 81,5
km qaz, 33,1 km kanalizasiya, 1,27 km istilik xətləri çəkilmiş, 11 min ha torpaq
sahəsində irriqasiya işləri aparılmış, 537 elektrik transformatoru quraşdırılmışdır.
Ermənistandan qaçqın düşmüş azərbaycanlıların məskunlaşdırılması üçün
1330 ev tikilərək onların istifadəsinə verilmişdir [6, s.269].
2009-cu ildə respublikanın ayrı-ayrı şəhər və rayonları üzrə 90 müvəqqəti
məskunlaşma obyektində 39 ədəd müxtəlif markalı güc transformatoru, 66
ədəd artezian və digər su nasosu quraşdırılmış, həmçinin 2925 metr müxtəlif
markalı güc kabeli, 67.000 metr elektrik naqili verilmişdir. Həmin ildə “Bakı
elektrikşəbəkə” və “Sumqayıt elektrikşəbəkə” ASC tərəfindən fərdi evlərdə
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
39
və 570 kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi
tam başa çatdırılmışdır. “Azərenerji” Səhmdar Cəmiyyətinin “Regional Enerji
Təchizatı” MMC-ləri tərəfindən nəzərdə tutulan ümumi 83.730 sayğacdan fərdi
evlərdə 36.193, 1180 kompakt məskunlaşma obyektində olan 32.182 mənzildən
isə 23.914 mənzildə sayğac quraşdırılmışdır. “Azərenerji” Səhmdar Cəmiyyəti
tərəfindən ümumilikdə 60.107 ədəd sayğac quraşdırılmışdır [6, s.271].
Hazırda məcburi köçkünlərin 50 min nəfəri yataqxanalarda, 25.550 nəfəri
fin evlərində, qalanları isə ictimai binalarda, tikintisi yarımçıq qalmış binalarda,
sanatoriya, pansionat və sair kommunal şəraiti çox aşağı olan yerlərdə
yaşayırlar. Nəticədə, qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin
yaşxılaşdırılması istiqamətində 2001-2010-cu illər ərzində qaçqın və məcburi
köçkünlərin müvəqqəti məskunlaşması üçün 20 min ailəlik 67 yeni qəsəbə və
fərdi ev tikilərək onların istifadəsinə verilmişdir [6, s.261].
Hal-hazırda Azərbaycan Respublikasının ərazisində 378 min 505 nəfər
əmək qabiliyyətli məcburi köçkündən 35 min 872 nəfəri işsizdir. İş yerlərinin
yaradılması, o cümlədən aqrar sənayedə görülən böyük həcmli işlərə
baxmayaraq, işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra
maneələrlə üzləşir.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 saylı
Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”
və ona Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475
saylı Sərəncamı ilə edilmiş əlavələrin icrası nəticəsində məcburi köçkünlər
arasında yoxsulluq həddi 75 faizdən 23 faizə enmişdir.
Yeni salınmış qəsəbələrdə 27.814 yeni iş yeri yaradılmış, Nazirlər Kabinetinin
6 noyabr 2000-ci il tarixli 204 saylı “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün
məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq
edilməsi haqqında” qərarına uyğun olaraq, 2001-2002-ci illərdə büdcədən
ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə
kənd təsərrüfatı ilə məşğul olmaq üçün mikrokreditlər verilmişdir. Sahibkarlığa
Yardım Milli Fondu tərəfindən isə 150 ailəyə 3,4 milyard manat kredit verilmişdir.
Məcburi köçkünlərə müvəqqəti istifadə üçün dövlət və bələdiyyə fondlarından
60 min ha torpaq sahəsi ayrılmış, 47 min məcburi köçkünün əhatə olunduğu
760 fermer təsərrüfatı yaradılmışdır [6, s.264].
Yeni salınmış qəsəbələrə köçürülmüş qaçqın və məcburi köçkün ailələrinə
kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmış, hər ailəyə 1
milyon manat məbləğində əvəzsiz maliyyə yardımı göstərilmişdir. Həmin
qəsəbələrdə 60-dan çox fermer təsərrüfatı yaradılmışdır [6, s.264].
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin 2013-cü ilin əvvəllərinə olan məlumatlarını təhlil etsək,
Azərbaycan Respublikasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
40
münaqişəsi nəticəsində məcburi köçkün düşmüş vətəndaşların içərisində
əməkqabiliyyətli olanların sayı 378.505 nəfər, məşğulluğu təmin olunmuş
məcburi köçkünlərin sayı 342.633 nəfər olmuşdur ki, onlardan 160.895 nəfəri
büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 181.738 nəfəri isə kənd
yerlərində torpaq sahəsi və məşğulluqla təmin edilmişdir. Yeni qəsəbələrdə
məşğulluğu təmin edilmiş köçkünlərin sayı 45.325 nəfər, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə düzələnlərin sayı 9872 nəfər olmuşdur
[6, s.289-290].
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün
yaratdığı iqtisadi problemlər öz-özlüyündə sosial problemləri kəskinləşdirən
faktorlardan biridir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ilə
Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdur:
istehsalın kooperasiya əlaqələri, əmtəə-mal dövriyyəsi, maddi-texniki təchizat,
nəqliyyat-yük əlaqələri, elmi-texniki əlaqələr, dövlət idarəetmə əlaqələri,
mədəni-maarif əlaqələri.
Bu əlaqələrin hər birinin təhlili Dağlıq Qarabağın Azərbaycanla sıx iqtisadi
əlaqəsindən xəbər verir. Məsələn, 1985-ci ildə Xankəndidəki (Stepanakert)
İpək Kombinatına daxil olan barama xammalının cəmi 8 faizi Dağlıq Qarabağın
özündə istehsal olunurdu, qalan 92 faiz isə Azərbaycanın digər rayonlarından
gətirilirdi. DQVM-nin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin
həcminin cəmi 0,3 faizi və idxalının 1,4 faizi Ermənistanın, onun ixracatının 33,3
faizi isə Azərbaycanın payına düşürdü [6, s.265].
Nəticə
Nəzərdən keçirdiyimiz bu faktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin sosial problemlərinin iqtisadi yönünü də göstərir. Bu gün həmin
münaqişənin Azərbaycan üçün doğurduğu ağır sosial problemlərin əslində
önəmli faktorlarından biri və birincisi erməni işğalının ölkənin iqtisadiyyatına,
konkret Dağlıq Qarabağın və ətraf rayonların, həmçinin coğrafi baxımdan
bölgədən uzaq olan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına vurduğu
böyük ziyandır. Azərbaycan dövləti üçün münaqişənin doğurduğu sosial
problemlərin həlli iqtisadiyyata dəymiş külli miqdarda ziyanın da aradan
qaldırılması kimi böyük bir problemi də doğurmuşdur.
İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Qanun”, 2009, - 56 s.
2. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çıxışlar. Nitqlər. Bəyanatlar. Məktublar.
Müsahibələr. VI c., mart 1996 – iyun 1996 /Redaktor: Ramiz Mehdiyev. Bakı: Azərnəşr,
1998, -512 s.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
41
3. İlham Əliyev. İnkişaf məqsədimizdir. Çıxışlar. Nitqlər. Bəyanatlar. Müsahibələr. Məktublar.
Müraciətlər. Fərmanlar. III c., fevral 2004 – aprel 2004 /Redaktor: Ramiz Mehdiyev. Bakı:
Azərnəşr, 2008, – 416 s.
4. İlham Əliyev. İnkişaf məqsədimizdir. Çıxışlar. Nitqlər. Bəyanatlar. Müsahibələr. Məktublar.
Müraciətlər. Fərmanlar. V c., iyun 2004 – avqust 2004 /Redaktor: Ramiz Mehdiyev. Bakı:
Azərnəşr, 2010, -392 s.
5. Mirzəzadə A. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistan dövlətçiliklərinə
təsiri // “Dirçəliş – XXI əsr”, 2010, № 141-142, s.209-217.
6. Mirzəzadə A. Qarabağ düyünü. Bakı: “Azərbaycan”, 2012, - 608 s.
7. İqtisadi islahatlar və onun nəticələri
http://www.azerbaijan.az/portal/Economy/Reforms/reforms_a.html
Aydin Mirzazadeh
The impact of the conflict with Armenia on implementation of the
strategy for socio-economic development of the Republic of Azerbaijan
In 1991, after the restoration of state independence of Azerbaijan a transition
to a democratic political system made it necessary to create a new economy
and a new development model. However, one cannot deny the negative
impact of Armenia’s policy of aggression on the social development of the
country, which was a suspension of economic development and emergence of
social problems in the occupied territories of Azerbaijan.
In this difficult period, the return of a great politician Heydar Aliyev to
Azerbaijan and his leadership of the Republic initiated a period of radical
change. In the first place, a strategy for socio-economic development of
the Republic of Azerbaijan was developed. In the process of building an
independent state, a qualitatively new model of economic reforms and a new
development model were created which have been unique to Azerbaijan.
Айдын Мирзазаде
Влияние армяно-азербайджанского нагорно-карабахского кон-
фликта на реализацию стратегии социально-экономического разви-
тия Азербайджанской Республики
В 1991 году после восстановления Азербайджаном государственной
независимости построение демократического государственного строя
сделало необходимым создание новой экономики и ее новой модели
развития. Но нельзя отрицать и негативное влияние политики агрессии и
захвата со стороны Армении на социальное развитие страны, что приве-
ло к приостановке экономического развития и возникновению социаль-
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
42
ных проблем на захваченных территориях.
В этот тяжёлый период с возвращением великого политика Гейдара
Алиева к руководству Азербайджаном в республике начался период кар-
динальных перемен. В первую очередь была разработана стратегия со-
циально-экономического развития Азербайджанской Республики. В про-
цессе построения независимого государства была создана качественно
новая Азербайджанская модель экономических реформ и развития.
Azərbaycanda
beynəlxalq
dillərin
işlədilməsi
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
43
Açar sözlər: beynəlxalq dil, lingua franca, dövlət dili, dil siyasəti, milli kimlik,
Key words: international language, lingua franca, state language, language
policy, national identity
Ключевые слова: международный язык, лингва франка,
государственный язык, языковая политика, национальная идентичность
Azərbaycanda
beynəlxalq
dillərin
işlədilməsi
Gülşən
PAŞAYEVA
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin
direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru
gulshan.pashayeva@sam.gov.az
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
44
Giriş
Bu gün beynəlxalq dillər qloballaşan dünyanın tərkib hissəsidir. Onlar
millətlərarası ünsiyyət vasitəsi (lingua franca) [1] olaraq geniş əhatə dairəsinə
malikdirlər və beynəlxalq münasibətlər sistemini onlarsız təsəvvür etmək
çətindir.
Müasir dünyada beynəlxalq dil kimi işlədilən ingilis, ispan, fransız, ərəb, al-
man, portuqal, rus və s. dillər bir sıra dövlətlərin rəsmi dilləri olmaqla yanaşı
(məsələn, ingilis dili 63 dövlətin, fransız dili 34 dövlətin, ispan dili 23 dövlətin,
ərəb dili 22 dövlətin, alman və portuqal dillərindən hər biri 7 dövlətin rəsmi
dilləridir [2, s.302]), diplomatik münasibətlərdə, BMT və digər beynəlxalq
təşkilatlarda mütəmadi olaraq istifadə edilir (ingilis, fransız, ispan, ərəb, rus
və çin dilləri BMT-nin müxtəlif qurumlarının rəsmi və işçi dilləridir [3]). Bu gün
beynəlxalq dillər xarici dil kimi də bir çox ölkələrdə həvəslə öyrənilir.
S.Hantinqtonun fikrincə, dünyada ən çox yayılmış dillər - ingilis, ispan, fran-
sız, ərəb, rus və s. eyni zamanda keçmiş imperiya dilləridir və onların müstəmləkə
xalqları tərəfindən öyrənilməsi üçün imperiyalar daim səy göstərmişlər [4, s.62].
Lakin bu dillərdən sərbəst istifadə etmək bacarıqları müstəmləkə xalqlarına bir
sıra maddi və mənəvi dividentlər də gətirmiş, onların təhsil almasına, sosial və
mədəni cəhətdən sürətlə inkişaf etməsinə imkan yaratmışdır.
Beləliklə, keçmiş müstəmləkələri olan güclərin fəal dəstəyi ilə həyata
keçirilən bu uzaqgörən siyasət nəticəsində bu gün keçmiş imperiya dilləri
bir sıra dövlətlərin rəsmi və ya dövlət dilləridir. Eyni zamanda XX əsrdə keç-
miş imperiyaların qalıqları əsasında yaranmış dövlətlər də öz təsir dairələrini
itirməmək və dünya miqyasında siyasi və mədəni nüfuzunu artırmaq
məqsədilə müxtəlif hökumət qurumları və özəl fondlar, beynəlxalq QHT-lər
və s. təşkilatlar vasitəsilə beynəlxalq dillərin öyrənilməsinə maliyyə və texniki
yardım göstərirlər.
Bu mənada 1934-cü ildə yaradılmış və artıq dünyanın 100-dən çox ölkəsində
fəaliyyət göstərən British Council [5] tərəfindən bu sahədə aparılan siyasət da-
nılmazdır. O, milyonlarla insanlar tərəfindən ingilis dilinin öyrənilməsinə dəstək
verməklə yanaşı, incəsənət, təhsil və ictimai sahədə həyata keçirilən müxtəlif
proqramlar və xidmətlər vasitəsilə də insanları Birləşmiş Krallıq ilə əlaqələndirir.
Bu gün ingilis dili, demək olar ki, qlobal lingua franca hesab edilir. Statisti-
kaya əsasən, o, 300 milyon insan üçün ana dili, 100 milyondan artıq insan üçün
ikinci dil və 600 milyon insan üçün xarici dildir [6, s.27]. Lakin ingilis dilinin
dünyadakı populyarlığı yalnız keçmiş Britaniya imperiyasının, “British Council”
təşkilatının fəaliyyəti və ABŞ-ın İkinci Dünya müharibəsindən sonra dünyadakı
hakim mövqeyi ilə izah edilməməlidir. Eyni zamanda beynəlxalq aləmdə qlobal
iqtisadiyyatın, eləcə də ticarət, elm və texnologiyaların sıx bağlılığı XX əsrin so-
nundan başlayaraq, ingilis dilinin ilk növbədə məhz bu sahələrin nümayəndələri
üçün millətlərarası qlobal ünsiyyət vasitəsinə çevrilməsinə təkan vermişdir.
Bu gün dünyada geniş yayılmış beynəlxalq dillərdən biri də fransız dilidir.
Bu dildə 274 milyona yaxın insan danışır. Bu dildə danışan insanların ümumi
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
45
sayına görə beynəlxalq dillər arasında fransız dili 9-cu yeri tutur [7]. Buna bax-
mayaraq, onun əhatə dairəsi olduqca genişdir və o, ingilis dili ilə bərabər dün-
yanın beş qitəsində də işləkdir. Lakin Avropa İttifaqı (Aİ) çərçivəsində fransız
dili həm ana dili (16%), həm də xarici dil (19%) kimi ikincidir. Aİ-də ana dili kimi
istifadə edilən dillər arasında birinci yeri alman dili (23%), xarici dillər arasında
isə ingilis dili (41%) tutur. Bu baxımdan Aİ ərazisində alman (10%) və ispan
dilləri (7%) xarici dil kimi fransız dilindən geridədirlər [7].
Fransız dilinin qlobal səviyyədə öyrənilməsində və təşviq edilməsində 1970-
ci ildə yaradılmış Beynəlxalq Frankofon Təşkilatı (OIF) müstəsna rol oynayır.
Ümumilikdə 80 üzv dövlət və hökuməti (57 üzv və 23 müşahidəçi qismində)
bir araya gətirən bu təşkilatda BMT-də təmsil olunan dövlətlərin üçdə biri top-
lanmışdır [7].
İspan dili də beynəlxalq dil kimi qloballaşan dünyada böyük nüfuza ma-
likdir. O, çin dilindən sonra dünyada bu dildə danışan insanların sayına görə
ikinci yeri tutur. İspan dili həm də millətlərarası ünsiyyət vasitəsi olaraq ingilis
dilindən sonra ikinci yeri tutur. Bu dildən ana dili, ikinci dil və xarici dil kimi
istifadə edən 495 milyon insanın böyük əksəriyyəti Latın Amerikası və Karib
dənizi hövzəsində, eləcə də Ekvatorial Qvineyada yaşayır. Demoqrafiq proq-
nozlara əsasən, 2030-cu ilə qədər dünya əhalisinin 7,5%-i ispan dilində danı-
şacaq və 2050-ci ilə qədər ABŞ dünyanın coxsaylı ispandilli əhalisinə malik olan
dövlətinə çevriləcək [8].
İspan və portuqal dillərinin dünyada vüsət alması və ikidilliliyin inkişaf
etdirilməsi məqsədilə 1991-ci ildə İber-Amerika Dövlətləri Təşkilatı (OEİ) [9]
(əvvəl o, “Təhsil, elm və mədəniyyət məsələləri üzrə İber-Amerika Dövlətləri
Təşkilatı” adlanırdı) yaradılmışdır. Bu təşkilat humanitar və mədəni sahələrdə
inkişafı, qarşılıqlı iqtisadi əlaqələri və xarici siyasət sahəsində əməkdaşlığı
əlaqələndirməklə məşğuldur [8]. İspan dili və mədəniyyətinin dünyada təşviq
edilməsində Servantes İnstitutu [10] və İspan ili üzrə Kral Akademiyası (RAE)
[11] da böyük rol oynayır.
Müxtəlif hesablamalara əsasən, hal-hazırda 100 milyondan 180 milyona
qədər insanın ana dili hesab edilən alman dili də beynəlxalq dillərdən biri-
dir [12]. İlk növbədə Aİ ərazində yaşayan əhalinin əksəriyyətinin alman dilini
ana dili kimi işlətməsi [13, s.235] Avropada bu dilin geniş istifadə edilməsinə
əlverişli imkan yaratmışdır. Lakin o, xarici dil kimi hələlik ingilis və fransız dilləri
ilə müqayisədə geridədir.
Alman dilinin və mədəniyyətinin xaricdə populyarlığının artırılması və Alma-
niya haqqında müsbət imicin formalaşması məqsədilə bu ölkədə bir sıra dövlət
və özəl təşkilatlar fəaliyyət göstərir. Onların arasında 1925-ci ildə yaradılmış və
dünyada ən böyük tələbə və alimlərin mübadiləsini dəstəkləyən təşkilat olan
Alman Akademik Mübadilə Xidmətini (DAAD) [14], eləcə də xaricdə alman
dili biliklərini dəstəkləyən və beynəlxalq mədəni əməkdaşlıq istiqamətində
fəaliyyət göstərən Höte İnstitutunu [15] göstərmək olar.
Beynəlxalq dillər arasında rus dili özünəməxsus yerlərdən birini tutur. Sovet
dövründə o, millətlərarası ünsiyyət vasitəsi kimi daha geniş nüfuz dairəsinə
|