Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Nurlan Aliyev
The Black Sea region: current geopolitical situation   
The Black Sea region is one of the major and most important regions on 
the global geopolitical map. Today the internal composition of the region is 
quite chaotic, which leads to a clash of global interests. For a long time, the 
region has remained a sphere of interaction of various cultures and civilizati-
ons, as well as an area of permanent conflicts between external geopolitical 
players. Huge reserves of natural resources, major strategic transport corridors 
and rivalry over gaining the control over them will determine the shape of 
the geopolitical landscape in Eurasia in the upcoming future. The interaction 
between political and economic interests, security issues and conflicts in the 
region are analyzed in the article, which also explains the role of global and 
regional actors in the development of the region. The author seeks to forecast 
the perspectives and problems that would arise in the region. 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
119
Нурлан Алиев  
Черноморский регион: cовременная геополитическая ситуация
Черноморский регион является одним из основных и важных пунктов 
на  мировой  геополитической  карте.  Сегодня  внутреняя  композиция 
региона  достаточно  хаотична,  здесь  сталкиваются  международные 
геополитические  взгляды  и  интересы.  Определенные  интересы 
различных региональных и глобальных акторов в регионе не совпадают. 
Долгое  время  регион  находился  в  сфере  взаимовлияния  различных 
культур  и  цивилизаций.    В  регионе  находятся  огромные  запасы  сырья 
и  стратегические  транспортные  коридоры,  контроль  над  которыми 
определит геостратегический пейзаж на континенте в будущем. В статье 
анализируются взаимодействие политической и экономической ситуаций, 
проблемы  безопасности  и  конфликтов  в  регионе.  Объясняется  роль 
глобальных и региональных акторов в развитии региона. Автор пытается 
определить  перспективы  и  проблемы,  которые  могут  возникнуть  в 
регионе в будущем.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
120 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
121
MÜASİR 
DÖVLƏT 
QURUCULUĞU

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
122 
Dövlətin sosial 
siyasətinin həyata 
keçirilməsində sosial 
institutların rolu

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
123
Açar sözlər: sosial siyasət, sosial institutlar, sosial xidmət, sosial təhlükəsizlik, 
keyfiyyətli həyat şəraiti  
Key  words:  social  policy,  social  institutes,  social  service,  social  security,  
qualitative standard of living
Ключевые  слова:  социальная  политика,  социальные  институты, 
социальное обслуживание, социальные обеспечение, качество уровеня 
жизни 
Dövlətin sosial 
siyasətinin həyata 
keçirilməsində sosial 
institutların rolu
Səadət
MƏMMƏDOVA 
AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi 
işçisi, sosiologiya üzrə fəlsəfə doktoru 
amea-saadet@rambler.ru

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
124 
Giriş
Müasir  dövrdə  dövlətin  sosial  siyasətinin  tənzimlənməsi  istiqamətində 
fəaliyyətin  genişləndirilməsi  zərurəti  aktuallaşmışdır.  Dövlətin  sosial 
funksiyasının  xüsusi  mahiyyət  qazanması  isə  sosial  dövlətin  inkişafına  şərait 
yaradır.  Bu  proses  bilavasitə  sosial  olanın  iqtisadiyyat  üzərində  üstünlük 
əldə  etməsi,  insanın  layiqli  həyat  şəraitinin  təmin  edilməsinin  dövlətin  əsas 
məqsədinə çevrilməsi ilə bağlıdır. 
Dövlətin  sosial  və  iqtisadi  sferanın  tənzimlənməsi  istiqamətində 
məqsədyönlü  fəaliyyəti  sosial  siyasət  prinsiplərini  şərtləndirir.  Bu  mənada 
sosial  siyasət  dövlətin  digər  iqtisadi  subyektlərin  həyat  və  əmək  şəraitinin 
dolğun təminatına yönəldilmiş fəaliyyətidir. 
Dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulur 
və  formalaşır.  Beləliklə,  sosial  siyasət  dövlətin,  yerli  hakimiyyət  orqanlarının, 
müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından 
müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir [2, s.114-118].
Müasir qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə 
və  standart  proqramlar  əsasında  həyata  keçirilməsinə,  o  cümlədən  müxtəlif 
ölkələrdə sosial siyasətlə bağlı oxşar islahatların aparılmasına səbəb olmuşdur. 
Beynəlxalq, milli və submilli sosial siyasətlər ölkələrin yoxsulluq əleyhinə qlobal 
fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə təsir etməkdədir 
[4, s.61].
1. Dövlətin sosial siyasətinin əsas istiqamətləri
Sosial  siyasi  fəaliyyətin  əsas  məsələləri  yalnız  insanların  həyat  şəraitinin 
deyil,  həm  də  sosial  keyfiyyətlərin  -  əməksevərlik,  nizam-intizam,  sosial 
məsuliyyət, ictimai fəallıq, mənəvi dəyərlər, həmçinin bu keyfiyyətlər əsasında 
insanların həyat tərzinin təkmilləşdirilməsi kimi müəyyənləşdirilib. Bu mənada 
hökumətin  əsas  məqsədi  əhalinin  həyat  şəraitinin  yaxşılaşdırılması  və  sosial 
qeyri-bərabərliyin  azaldılması,  sosial  nemətlərin  hər  kəs  tərəfindən  əldə 
edilməsi, keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlərin təmin edilməsi kimi 
müəyyənləşdirilir [28, s.74-82]. Gələcək üçün daha zəruri olan insan ehtiyatlarını 
istifadə  edən,  unikal  və  çətin  istehsal  olunan  ehtiyatların  aşkar  edilməsi  və 
qorunub saxlanılması texnologiyalarını axtaran sosial institutların dəstəklənməsi 
müasir dövlətlərin yürütdüyü sosial siyasətin əsas vəzifələrindən hesab olunur.  
Bu zaman ilk növbədə təhsil və elm institutlarının inkişafı nəzərdə tutulur. Uğurlu 
sosial siyasət ölkənin gələcək inkişafına şərait yaradılmasına yönəlir [15, s.39-
42]. Sosial siyasəti dövlətin sosial institutlarının və cəmiyyətdəki sosial-iqtisadi 
və sosial-siyasi münasibətlərin sosial subyektlərinin tənzimlənməsi mexanizmi 
kimi nəzərdən keçirmək olar. Belə ki, sosial siyasət uyğun institutun maliyyə və 
ictimai potensialını istifadə etməklə dövlət və digər siyasi və sosial institutların 
cəmiyyətin  sosial  sahələrinin  inkişafına,  insanların  həyat  şəraitinin,  tərzinin 
və  keyfiyyətinin  təkmilləşdirilməsinə,  onların  həyat  tələbatlarının  müəyyən 
bir hissəsinin təmin edilməsinə, onlara zəruri sosial dəstəyin göstərilməsinə, 
vətəndaşların  sosial  təhlükəsizlik,  yardım  və  müdafiə  ilə  təmin  edilməsinə 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
125
yönəlmiş fəaliyyətidir [28, s.74-82].
Göründüyü  kimi,  dövlətin  sosial  siyasəti  bilavasitə  sosial  fəallıq  və  digər 
sosial  institutlarla  bağlıdır.  Sosial  siyasət  yalnız  dövlət  və  onun  institutları 
vasitəsilə deyil, həm də digər subyektlər tərəfindən həyata keçirilir və bu siyasət 
mövcud hüquqi çərçivədə olub, müəyyən mənada dövlətin sosial siyasəti ilə 
üst-üstə düşür [8, s. 8-9].
2. Sosial institutlar sosial siyasətin reallaşdırılması 
vasitəçiləri kimi
Cəmiyyətin elementləri olan sosial institutlar ictimai həyatın təşkilatlanması 
və  tənzimlənməsi  ilə  bağlı  sabit  formalar  kimi  çıxış  edir.  Dövlət,  təhsil,  ailə 
və  digər  institutlar  sosial  münasibətləri  nizamlayır,  insanların  fəaliyyətini  və 
onların  cəmiyyətdəki    davranışlarını  tənzimləyir.  Sosial    institutlar  (insitutum 
- müəssisə, qurum) dəyər-normativlər kompleksi (dəyərlər, qaydalar, normalar
təmayüllər,  nümunələr,  müəyyən  vəziyyətlərdə  davranış  standartları)  olub, 
onların cəmiyyət həyatında reallaşmasını və təsdiqini təmin edir [25].  “Sosial 
institutlar” anlayışını ilk dəfə T.Vebleyn 1899-cu ildə nəşr edilmiş “Bekar sinif 
nəzəriyyəsi” adlı elmi araşdırmasında istifadə etmişdir. 
Sosiologiyada sosial institutlar aşağıdakı kimi təsnif edilir:
1.  ailə – nəslin təkrar istehsalı və şəxsiyyətin sosiallaşması;
2.  siyasi institutlar – təhlükəsizlik və ictimai nizama olan tələbat əsasında siyasi 
hakimiyyət yaradılır və dəstəklənir; 
3.  iqtisadi  institutlar  –  yaşamaq  üçün  vasitələrin  istehsalı  və  əldə  edilməsi, 
nemət və xidmətlərin istehsalı və bölüşdürülməsi prosesini təmin edir;
4.  elm və təhsil institutları – biliklərin əldə edilməsi, ötürülməsi və sosiallaşma 
tələbatı;
5.  dini institut – ruhi problemlərin həlli, həyatın mənasının axtarışı [22].
A.A.İvinə görə, sosial institutlar təşkilatlanmış əlaqələr və sosial normalar 
sistemi olub, özündə cəmiyyətin əsas tələbatlarını ödəyən əhəmiyyətli ictimai 
dəyərləri  və  prosedurları  birləşdirir.  Sosial  institut  tarixən  formalaşan,  sabit 
əxlaq və hüquq normalarında möhkəmlənən ictimai münasibətlər sistemidir. 
Sosial institutlar bu və ya digər tələbatın təmin olunmasına, qoyulan məqsədə 
nail olunacağına inam yaradır. 
Sosial  insitutlar  möhkəmlənmiş  sosial  əlaqələr  sistemi  kimi  çıxış  edir. 
Cəmiyyətin  institutlaşması  xaotik,  qeyri-sabit,  qeyri-təşkilati,  təsadüfi  olana 
qarşı  durur.  Buna  görə  də  o,  məhz  institutlaşmış,  yəni  sosial  həyatın  təsdiq 
olunmuş, müntəzəm amili olub, bütövlükdə şəxsiyyətin və cəmiyyətin həyat 
fəaliyyətini müəyyən edir.    
Sosial institut formal və qeyri-formal normalar, qaydalar və prinsiplərin sabit 
sistemi olub, insan fəaliyyətinin müxtəlif sahələrini tənzimləyir və bu sahələri 
sosial statuslar və rollar sistemində təşkilatlandırır [16; 25].
Bəzi müəlliflər cəmiyyəti sosial sistem, sosial institutları isə bu sistemin alt-
sistemləri kimi müəyyənləşdirlər. Cəmiyyəti sosioetal sistem kimi xarakterizə 
edən Q.İmanov bu sistemin altsistemlərinin özünəməxsus xüsusiyyətlərini əks 
etdirən göstəriciləri aşağıdakı cədvəldə təsnif edir.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
126 
Sosial sistemin altsistemlərinin göstəriciləri [1, s.7].
Lakin  bəzi  müəlliflərə  görə,  ictimai  həyat  sahələrinə  uyğun  olaraq  sosial 
institutlar da dörd əsas qrupa bölünür:
- iqtisadi institutlar - əmək bölgüsü, bazar, ticarət, əmək haqqı, bank sistemi, 
birja, menecment, marketinq və s.;

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
127
-  siyasi  institutlar  -  dövlət,  ordu,  polis,  parlamentarizm,  prezidentlik, 
monarxiya, məhkəmə, partiya, vətəndaş cəmiyyəti;
- təbəqələşmə və qohumluq - sinif, təbəqələşmə, kasta, cinsi ayrı-seçkilik, irqi 
ayrı-seçkilik, zadəganlıq, sosial təminat, ailə, nikah, analıq, övladlığa götürmə, 
qardaşlıq; 
- mədəniyyət institutu - məktəb, ali məktəb, orta peşə təhsili, teatr, muzeylər, 
klublar, kitabxanalar, kilsələr və s.
Əslində  sosial  institutların  təsnifatı  bununla  bitmir.  Böyük  institutlar 
daha  aşağı  səviyyəli  institutları  özündə  birləşdirə  bilər.  İnstitutlaşma  ictimai 
münasibətlərin  tənzimlənməsi,  dəqiq  qaydalar,  nümunələr  və  mərasimlərə 
əsaslanan  sabit  sosial  qarşılıqlı  təsir  nümunələrinin  formalaşması  prosesidir.  
Məsələn,  elmin  institutlaşması  prosesi  elmin  fərdi  fəaliyyətdən  dərəcələr, 
elmi  dərəcələr,  tədqiqat  institutları,  akademiyalar  və  s.  ibarət    münasibətlər 
sisteminə çevrilməsidir [25].
Hər bir sosial institut aşağıdakı xüsusiyyətlərə malikdir:
1.  davranış  qaydaları  və  nümunələrinə,  hüquqlar,  vəzifələr  və  məsuliyyətlər 
bölgüsünə, həmçinin  dəyərlər və məqsədlər toplusu olan statuslu rollar 
bölgüsünə;   
2.  simvolik mədəni əlamətlərə, yəni mövcud münasibətlər sisteminin məcazi 
ifadəsinə;
3.  faydalı  mədəni  əlamətlərə,  yəni  insanlar  tərəfindən  onların  həyatı  üçün 
zəruri olan tələbatlarının və həmçinin institutların normal funksiyalaşmasının 
təmin edilməsi məqsədilə yaradılmış süni yaşayış mühitinə
4.  şifahi və yazılı davranış qaydaları, normaları  kodeksinə, həmçinin onların 
yerinə yetirilməməsilə bağlı cəza tədbirlərinə;
5.  ideologiyaya,  yaxud  insanların  və  bütövlükdə  institutun  fəaliyyətini 
xarakterizə edən hakim baxışlar, nəzəriyyələr sisteminə [16; 25].
Sosial institutların strukturu aşağıdakıları yaradır:
-   qrupların,  şəxsiyyətlərin  tələbatlarını  təmin  edən  sosial  qruplar  və  sosial 
təşkilatlar;
-   davranış  normaları,  nümunələri  və  sosial  dəyərlər  sistemi  ilə  bağlı 
tələbatların təmin olunması;
-   iqtisadi fəaliyyət sahəsi ilə bağlı münasibətləri tənzimləyən simvollar sistemi 
(ticarət markası, bayraq, brend və s.);
-   sosial institutların ideoloji əsasları;
-   institutun fəaliyyətində istifadə edilən sosial ehtiyatlar.
Sosial institutları müəyyənləşdirmək üçün aşağıdakı əlamətlər müəyyən edilir:
-   cəmiyyətin bu və ya digər tələbatlarının təmin edilməsinə yönələn müəssisə, 
sosial qruplar toplusu;
-   mədəni nümunələr, normalar, dəyərlər, simvollar sistemi;
-   bu norma və nümunələrə uyğun davranış sistemi;
-   məsələlərin həlli üçün zəruri olan maddi və insan ehtiyatları;
-   ictimai qəbul edilmiş missiya, məqsəd, ideologiya [25]. 
Geniş mənada sosial institut  insanların tələbatlarını təmin etmək üçün onları 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
128 
təşkilatlandıran dəyərlər, normalar və əlaqələr sistemi kimi izah edilir. Sosial 
institutlar tarixi mənşəyə malik olub, daima dəyişməyə və inkişafa məruz qalır. 
Onların  formalaşması  institutlaşma  adlanır.  İnstitutlaşma  sosial  normaların, 
əlaqələrin, statusların və rolların müəyyənləşməsi və möhkəmlənməsi, onların 
sistemləşdirilməsi prosesi olub, bir sıra ictimai tələbatların təmin edilməsinə 
yönəlir. Bu proses bir neçə mərhələdən ibarətdir:
1.  yalnız  birgə  fəaliyyət  nəticəsində  təmin  edilə  bilən  tələbatların  meydana 
çıxması; 
2.  mövcud tələbatların təmin edilməsi ilə bağlı qarşılıqlı fəaliyyəti tənzimləyən 
norma və qaydaların yaranması;
3.  mövcud norma və qaydaların qəbul edilməsi və praktikada reallaşdırılması;
4.   institutun bütün üzvlərini əhatə edən statuslar və rollar sisteminin yaranması [22].
Sosial institutlar aşağıdakı funksiyaları yerinə yetirir:
1.  təkrar istehsal – ictimai münasibətlərin möhkəmlənməsi və təkrar istehsalı, 
fəaliyyət nizamının və çərçivələrinin təmin edilməsi;
2. tənzimləyici – davranış nümunələri hazırlamaqla cəmiyyət üzvləri arasındakı 
qarşılıqlı münasibətlərin tənzimlənməsi;
3.  sosiallaşma – sosial təcrübənin ötürülməsi;
4.  inteqrativ  –  institusional  normalar,  qaydalar,  qərarlar  və  rollar  sisteminin 
təsiri ilə qrup üzvlərinin toplanması, qarşılıqlı əlaqəsi və məsuliyyəti;
5.  kommunikativ – institut daxilində və xarici mühitdə informasiyanın yayılması, 
digər institutlarla qarşılıqlı əlaqənin saxlanılması;
6.  avtomatlaşma – müstəqilliyə cəhd.
İnstitutların yerinə yetirdiyi funksiyalar açıq və gizli ola bilər. 
İnstitutun  gizli  funksiyaları  cəmiyyətə  elan  ediləndən  daha  çox 
xeyir  gətiriləcəyi  haqqında  məlumat  verir.  Sosial  institutlar  cəmiyyətdə 
sosial  idarəetmə  və  sosial  nəzarət  funksiyalarını  yerinə  yetirir,  cəza  və 
mükafatlandırma  sistemi  vasitəsilə  birlik  üzvlərinin  davranışını  idarə  edir. 
Sanksiyalar  sisteminin  yaranması  institutlaşmanın  əsas  şərti  hesab  edilir. 
Belə  ki,  cəzalar  vəzifə  borclarının  qeyri-dəqiq,  düzgün  olmadan  yerinə 
yetirilməsinin qarşısını alır. Pozitiv sanksiyalar (minnətdarlıq, maddi kömək, 
əlverişli şəraitin yaranması) düzgün və təşəbbüskar davranışın dəstəklənməsi 
və  stimullaşdırılmasına  yönəlir.  Beləliklə,  sosial  institut  qarşılıqlı  razılaşma 
əsasında formalaşmış davranış standartları sistemi vasitəsilə sosial fəaliyyətin 
və sosial münasibətlərin istiqamətini müəyyən edir [22].
İnstitutlaşmış sosial əlaqələr formal və qeyri-formal ola bilər.
Sosial əlaqələrin institutlaşması aşağıdakılar əsasında mümkündür:
1.  Xüsusi reqlamentləşdirmə tipi (sosial nəzarət, sanksiyalar əsasında).
2.  İnstitutlaşmış qarşılıqlı fəaliyyət iştirakçılarının funksiyalarının, hüquqlarının 
və məsuliyyətlərinin dəqiq müəyyənləşdirilməsi.
3.  Sosial  institutların  böyük  əksəriyyətinin  müntəzəmliliyi  və  özünü 
yeniləşdirməsi  institutun  fəaliyyətinə  qoşulanlara  qarşı  olan  tələblərin 
şəxssizləşməsini təmin edir.

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
129
4.  Müəyyən  vəzifələr  dairəsinin  yerinə  yetirilməsi  əmək  bölgüsünə  və 
funksiyaların yerinə yetirilməsinin təkmilləşməsinə gətirib çıxarır. 
5.  Öz funksiyalarını yerinə yetirməsi üçün institut müəssisəyə malik olur və bu 
və ya digər institutun fəaliyyəti həmin müəssisə çərçivəsində təşkil edilir, 
onun fəaliyyətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Hər bir institut 
zəruri vasitə və ehtiyatlara malik olmalıdır [16; 25].
Sosial institutlar müxtəlif istiqamətli tələbatların təmin edilməsinə yönəlir. 
Məsələn,  cəmiyyətin  təhlükəsizliklə  bağlı  tələbatları  müdafiə  institutu 
tərəfindən həyata keçirilir. Hər bir institut bir neçə tələbatı yerinə yetirə bilər 
(kilsə  bilavasitə  dini,  əxlaqi,  mədəni  tələbatları  təmin  edir),  yaxud  eyni  bir 
tələbat  müxtəlif  institutlar  tərəfindən  təmin  edilə  bilər  (mənəvi  tələbatlar 
incəsənət,  elm,  din  və  s.  bağlı  tələbatları  ödəyə  bilər).  Tələbatların  təmin 
edilməsi prosesi (məsələn, əmtəənin istehlakı) institusional olaraq tənzimlənə 
bilər [25]. 
İctimai  mahiyyətli  funksiyaları  yerinə  yetirən  sosial  institutlar,  adətən, 
nisbi sabit sosial əlaqələr və münasibətlərə nail olunmasını təmin edir, lakin 
sosial  institutlar  tərəfindən  təmin  edilməyən  sosial  tələbatlar  yeni  qüvvə  və 
tənzimlənməyən fəaliyyət formalarının yaranmasına gətirib çıxarır. Təcrübədə 
belə bir vəziyyətdən çıxmaq üçün aşağıdakı yollardan istifadə edilir: 
1.  köhnə sosial institutların yenidən yönəldilməsi;
2.  yeni sosial institutların yaradılması;
3.  ictimai şüurun yönəldilməsi [22].
Onu da qeyd etmək lazımdır ki, sosial institutlar üzərində qurulan cəmiyyətin 
inkişafı prosesində bəzi norma və dəyərlər aradan çıxır, bəziləri isə yeni formada 
təzahür edir, yaxud yeni norma və dəyərlər sistemi müəyyənləşir [25].
Sosial  institutlar  sosial  mühiti  strukturlaşdırır.  Dövlətin  sosial  siyasətinin 
uğuru  məhz  sosial  institutların  mövcud  qanunvericilik  çərçivəsində  həyata 
keçirilən məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Dövlətin sosial siyasətində əsas 
məqsədlərdən  biri  sosial-peşə  və  sosial  ərazi  qrupları  ilə  münasibətlərin 
saxlanılması, həmçinin əhalinin rifah halının, yaşayış səviyyəsinin yüksəldilməsi, 
sosial zəmanətin təmin edilməsidir [17].
Sosial  siyasətin  reallaşdırılması  istiqamətləri  aşağıdakılar  kimi  müəyyən 
edilir:
1.  Əhalinin gəlir siyasəti (həyat səviyyəsi, rifah halı, yaşayış minimumu, istehlak 
zənbili).
2.  Əmək və əmək münasibətləri sahəsi ilə bağlı siyasət (əməyin ödənilməsi, 
əməyin müdafiəsi, sığorta, məşğulluq).
3.  Sosial dəstək və müdafiə (təqaüd təminatı, sosial xidmət, sosial təzminat, 
əmək qabiliyyəti olmayanların, aztəminatlıların və s. müdafiəsi).
4.  Sosial sahələrin inkişafı (səhiyyə, təhsil, elm, mədəniyyət, bədən tərbiyəsi, 
idman və s.).
5.  Sosial-ekoloji siyasət.
6.  İnfrastrukturla  bağlı  siyasət  (nəqliyyat,  yollar,  əlaqələr,  ticarət  və  məişət 
xidməti və s.).

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
130 
7.  Miqrasiya  siyasəti  (məcburi  köçkünlük,  xarici  əmək  miqrasiyası,  xaricdə 
həmvətənlərin hüquqlarının müdafiəsi və s.).
8.  Əhalinin müxtəlif kateqoriyaları ilə bağlı siyasət (ailə siyasəti, uşaq siyasəti, 
gənclər siyasəti, hərbi xidmətlə bağlı siyasət və s.) [28, s.74-82]. 
  Sosial siyasətin bir neçə aspektini fərqləndirirlər:
-  sosial strukturun yaradılmasında dövlətin rolunun müəyyənləşdirilməsi;
-  sosial  proqramın  reallaşdırılmasında  biznesin  iştirak  səviyyəsinin 
müəyyənləşdirilməsi;
-  biznesin sosial məsuliyyət səviyyəsinin müəyyənləşdirilməsi.
Beləliklə, sosial siyasət sosial institutların fəaliyyətini müəyyənləşdirdiyi kimi, 
sosial institutlar da sosial siyasətin həyata keçirilməsini təmin edir. İnstitusional 
mühit nə qədər səmərəli olarsa, sosial siyasət də bir o qədər səmərəli həyata 
keçirilər [17].
Sosial siyasət vasitəsilə hakimiyyət bazar institutlarını və sosial institutları 
tənzimləyir və təchiz edir. Sosial siyasəti çox zaman təhsil, səhiyyə, məşğulluq 
və sosial təminat kimi sosial xidmətlərlə eyniləşdirirlər. Lakin sosial siyasət həm 
də bölüşdürmə, vətəndaşların müdafiəsi və sosial ədalət məsələlərini özündə 
birləşdirir. Sosial siyasət vətəndaşların siyasi kursun seçilməsində fəal iştirakına 
cəhd edir və onlara sosial birlik və sosial sabitliyin asılı olduğu bölmələrdə öz 
ehtiyacları haqqında məlumat verməklə siyasi kursun seçilməsinə təsir etməyə 
şərait  yaradır.  Hökumətlər  vətəndaşların  siyasi  dəstəyinə  və  iqtisadiyyatda 
müsbət  nəticələrə  nail  olmaq  üçün  sosial  siyasətdə  insan  kapitalının  və 
məhsuldar məşğulluğun genişləndirilməsindən istifadə edirlər. Ölkə həyatının 
bütün sahələrini əhatə edən sosial siyasət insan amili və iqtisadi inkişafı ideal 
şəkildə  özündə  birləşdirə  bilər,  bu  isə  ölkədə  tələbi  artıra  və  sabit  bütöv 
cəmiyyət yarada bilər [18, s.7]. 
Sosial institutların da əsas məqsədi cəmiyyətin inkişafı gedişində sabitliyin 
əldə  edilməsi  ilə  bağlıdır.  Buna  uyğun  olaraq  sosial  institutların  aşağıdakı 
funksiyalarını  fərqləndirirlər:
- cəmiyyətin tələbatlarının təmin edilməsi;
- sosial proseslərin tənzimlənməsi [25].
Bu  mənada  sosial  institutlar  sosial  nəzarəti  həyata  keçirir,  bu  yalnız 
insanların  davranışına  nəzarət  deyil,  həm  də  cəmiyyət  üzvlərinə  konkret 
fəaliyyət formalarının qəbul etdirilməsi ilə bağlıdır. İnstitusional təcrübə insan 
fəaliyyətinin məhdudlaşdırılması və onun sabitləşdirilməsinə xidmət edir [19, 
s.128-133].
Dövlət siyasətinin həyata keçirilməsi mühiti və aləti kimi çıxış edən sosial 
institutlar cəmiyyətin ayrı-ayrı sosial sahələrinin perspektivli inkişafına şərait 
yaradır. 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin