Ermənilərin xəyanətləri ilə
yaxından tanış olan Osmanlı
hökuməti Şərqi Anadolu
ərazilərinin təhlükəsizliyini
təmin etmək üçün 1915-
ci il aprelin 24-də “Təhcir
haqqında” qanun qəbul
etməyə məcbur oldu. “Təhcir”
ərəbcə “köç” mənasını verir.
Bəzi tarixçilər bu kəlməni
“deportasiya” mənasında
işlədirlər, lakin təhcir ilə sürgün
arasında fərq vardır. Təhcir
fərmanı ilə yerini dəyişən şəxs
köçdüyü yeni ərazidə sərbəst
yaşaya bilər, sürgün edilən
şəxs isə məhdud bir ərazidə,
həbsxana və ya düşərgələrdə
qapalı şəkildə yaşamalıdır.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
84
59.]. Beləliklə, rəsmi məlumatlar göstərir ki, bütün imperiya ərazisində 1.250.000
nəfər erməni yaşayırdı. Deməli, ermənilərin iddia elədiyi əhalinin yalnız üçdə biri
döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Belə olan halda Osmanlı ərazisində
1 milyondan çox erməninin kütləvi şəkildə qırılması iddiası sadəcə gülüş doğu-
rur. Qeyd etdiyimiz bu fikirlər erməni nümayəndə heyətinin rəhbəri Boqos Nübar
paşanın 1918-ci ildə Fransa Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Mo-
iser Goutaya göndərdiyi məktubunda daha aydın görünür. Nübar paşaya görə,
sürgün edilənlərin ümumi sayı 600-700 min nəfər idi [10, 79]. Osmanlı arxiv
sənədləri isə təhcir edilən ermənilərin sayını 478.758 nəfər olduğunu göstərir [7,
BOA, DH. KMS., D. 2, G. 58, lef.59]. Burada Nuru paşanın aşağıdakı sözləri yerinə
düşür: “Erməninin nə vaxt və necə, harada ölməsindən asılı olmayaraq başını
məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm” [8, 57].
Yuxarıda göstərilən faktlar bir daha onu əminliklə deməyə əsas verir ki, Osmanlı
hökumətinin məlum qərarı ilə heç bir fiziki məhvolma – soyqırımdan söhbət get-
mirdi, rəsmi sənədlərdə isə erməni ideoloqlarının bütün dünyanı inandırmağa
çalışdığı “ermənilərin kütləvi şəkildə öldürülməsi” deyil, “silahlı üsyan edənlərin,
düşmənlə əməkdaşlığa girərək casusluq edənlərin köçürülməsi” əksini tapmışdır.
1915-ci il 1 may tarixində Osmanlı hökumətinin Daxili İşlər Nazirliyindən
Başbakanlığa göndərilmiş məlumatdan aydın olur ki, müharibənin davam etdi-
yi bir vaxtda mülki müsəlman əhalisinə qarşı kütləvi qətllərin və terror aktlarının
sayı durmadan artırdı. Qiyamçı dəstələrin böyük əksəriyyəti ermənilərdən təşkil
edilmişdi. Qiyamçı erməni dəstələrinin Van, Bitlis, Ərzurum, Adana, Sis, Mərsin,
İskəndərun və Antakyadan ölkənin cənub vilayətlərinə köçürülməsi xahiş olu-
nurdu [16, s.37]. 1915-ci il 30 may tarixli məlumatda köçürülən ermənilərin
məskunlaşdırılması, onların iaşə və tibbi məsələlərinin həlli tələb edilirdi [16,
s.85]. Osmanlı hökumətinin 1 iyun 1915-ci il tarixli digər bir məlumatından isə
orduya zərər verilməsinin qarşısının alınması üçün “erməni əsgərlərinin dö-
yüş birləşmələrindən çıxarılaraq təchizat birləşmələrinə göndərilməsi və cəbhə
bölgəsində məskunlaşmış ermənilərin İraqa köçürülməsi” [16, s.91] aydın olur.
Deməli, Osmanlı hökumətinin 1915-ci il 24 aprel tarixli “Təhcir qanunu”nda
əksini tapmış təhlükəli hesab olunan qiyamçı dəstələr, dövlətə xəyanət edənlər
müddəası daha çox ermənilər arasında müşahidə edilirdi.
Başbakanlık Osmanlı Arxivinin sənədləri təhcir zamanı ölənlərin sayı barədə
də məlumat verir. Belə ki, təhcir əsnasında köçürülən 478.758 ermənidən
382.148 nəfəri köçürülən bölgələrə gəlib çatmışdır. Müharibə şəraitinin
çətinlikləri, ağır yol həyatı, xəstəliklər və bu kimi səbəblərdən ölən ermənilərin
sayı isə 200 min nəfərə yaxın idi [7, BOA, DH. KMS., D. 2, G. 58, lef.59].
Bütün bu gerçəkliklərin işığında təhcir əsnasında ölən ermənilərin sayının
1.200.000-dək şişirdildiyi, bunun elmi əsaslara söykənmədiyi və sadəcə təbliğat
xarakteri daşıdığı bir daha aydın olur.
3. Qərbin və Rusiyanın bətnində doğulub böyüyən qondarma
“erməni soyqırımı”nın siyasi motivləri
Qərbin və Rusiyanın qondarma “erməni soyqırımı”nı yuxarıda sadaladığımız tari-
xi həqiqətlər çərçivəsindən çıxararaq siyasiləşdirmələrinə dair planlarına nəzər salaq.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
85
Qeyd olunduğu kimi, qondarma “erməni soyqırımı” məsələsinin hara-
da və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu həm
Türkiyəyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir mövzudur. Bu iddialar
həqiqətdən uzaq olmaqla yanaşı, erməni lobbisinin, Ermənistan dövlətinin və
onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarına xidmət
edir. Siyasətçilərin tarixə müdaxilə etməsi isə saxtakarlıqla müşayiət olunur.
Əgər belə olmasaydı, erməni-daşnak terrorçularının törətdiklərini demirik,
sənədlərlə bağlı cinayətlərini belə müdafiə etməzdilər. Axı sənədlərin saxta-
laşdırılmasının özü də dövləti cinayətdir. Hər bir dövlətin cinayət məcəlləsində
saxtakarlara qarşı maddə, cinayət məsuliyyətinə cəlbolunma tələbləri var. Bəs,
görəsən, həmin ölkələrin qanun keşikçiləri nə üçün erməni saxtakarlığına hü-
quqi qiymət vermirlər?! Nə üçün özlərini sivil, demokratiyanın flaqman adlan-
dıran dövlətlər və onların ali qanunvericilik orqanları ermənilərin törətdikləri
cinayətləri müdafiə edirlər?!
Bəli, bu gün “erməni məsələsi” ABŞ-da prezident seckilərində namizədlər üçün
səs toplamaq vasitəsinə, senatorlar, konqresmenlər, qubernatorlar üçün isə varlı
erməni diasporlarından və beynəlxalq təşkilatlardan pul qoparmaq məsələsində
bir oyuna çevrilib. Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz
minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini
dövlət siyasətinə çevirən erməni-daşnak faşistləri uydurma “erməni soyqırı-
mı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər. Onlar erməni millətini “məzlum”,
“əzabkeş” qismində dünya birliyinə təqdim etməyə çalışırlar.
Bəs, görəsən, niyə xatırladılmır ki, XIX əsrin əvvəllərindən Çar Rusiyasının
Cənubi Qafqazın işğalına başlaması ilə İrandan və Osmanlı imperiyasının ay-
rı-ayrı əyalətlərindən köçürülən ermənilər tədricən Azərbaycan ərazilərində
yerləşdirilməklə imperiya maraqlarına uyğunlaşdırılmışdı? Niyə deyilmir ki,
1918-ci ilin mart günlərində ermənilər təkcə Bakıda üç gün ərzində 11 min,
Şamaxı qəzasının 53 kəndində 8027, Quba qəzasında 16 mindən çox, Zəngəzur
qəzasında 10068 nəfər azərbaycanlını öldürmüşdülər. Azərbaycanın bu əzəli
torpaqlarını Rusiyanın tərkibinə qatmaq və ya hansısa uydurma monoetnik
erməni dövləti yaratmaq hansı məntiqə sığır?!
Hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
Ermənistanın sabiq prezidenti R.Köçəryana müraciətlə qondarma “erməni soy-
qırımı” iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını,
bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif et-
mişdi. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il
aprelin 24-ü tarixini dünyaya “erməni soyqırımı günü” kimi təqdim etmələrinin
yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin
qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan
etmişdir. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara
əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yarar-
landığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir. Deməli, qondarma “erməni
soyqırımı” ilə bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri
nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olmuş, sadəcə, siya-
si motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdirmişlər. Belə qərar qəbul edən
dövlətlərin əksəriyyətinin Avropa İttifaqının üzvü olması da təsadüfi görün-
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
86
mür. Siyasi müşahidəçilərin fikrincə, həmin
dövlətlər belə süni maneələrlə müsəlman
dövləti olan Türkiyənin təşkilata gedən yo-
luna sipər çəkməyə, Avropa İttifaqını “xris-
tian klubu” kimi qoruyub saxlamağa çalışır-
lar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci
ildə Fransanın xüsusi səyləri ilə qondarma
“erməni soyqırımı”nı tanıyan Avropa Parla-
menti 2005-ci ildə həmin ədalətsiz qərarını
yeniləmiş, üstəlik Türkiyə hökuməti qarşısın-
da Ermənistanla sərhədləri açmaq tələbini
irəli sürmüşdür. Həmin qərarda Türkiyənin
1915-ci ildə baş verənləri “soyqırım” kimi
tanıması Avropa İttifaqına üzvlüyün əsas
şərtlərindən biri olaraq göstərilmişdir. Doğ-
rudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin
qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin
təşkilata tamhüquqlu üzvlüyünə səs verəcək qurum məhz Avropa Parlamenti
olmalıdır. Əgər Türkiyə həmin mərhələyə qədər gedə biləcəksə, çox ehtimal ki,
rəsmi Ankaradan bu şərtin yerinə yetirilməsi tələb ediləcəkdir.
Siyasi müşahidəçilər bu məsələdən həm də Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində bir vasitə kimi istifadə edil-
diyini xüsusi olaraq vurğulayırlar. Əgər belə olmasaydı, münaqişə başlayandan
keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruk-
tiv mövqeyindən - işğalçılıq siyasətindən əl çəkərdi. Çox təəssüf ki, yarandığı
vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın
ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının
zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu
olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu
qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin
dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı
heç bir təzyiq göstərmək niyyətində olmamışlar [9, s.93-108].
Nəticə
Bütün bunlar göstərir ki, xristian dünyasında qondarma “erməni soy-
qırımı” ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana
təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən
çəkindirmək niyyəti dayanır. Əvvəla, bu qondarma təbliğat yolu ilə hər il
xristian dünyası ermənilərin XX əsrin əvvəllərində və sonlarında Anadolu və
Azərbaycan türklərinə qarşı apardıqları etnik təmizləmə siyasətini və soy-
qırımını pərdələməyə çalışır. İkincisi, erməni-daşnak faşistləri Azərbaycan
türklərinə qarşı soyqırımını davam etdirmək niyyətində olduqlarını numayiş
etdirirlər. Üçüncüsü, uydurma soyqırımını dünya birliyinə tanıtdırmaqla Türkiyə
Cümhuriyyətindən təzminat almaq, torpaq qoparmaq iddiasından əl çəkmək
fikrində olmadıqlarını açıq şəkildə bəyan edirlər.
2005-ci ilin aprel ayında
Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan Ermənistanın
sabiq prezidenti R.Köçəryana
müraciətlə qondarma “erməni
soyqırımı” iddialarının
araşdırılması üçün müştərək
komissiyanın yaradılmasını,
bu məsələ ilə bağlı bütün
sənədlərin arxivlərdən üzə
çıxarılmasını təklif etmişdi.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
87
Bu mənada “qondarma erməni soyqırımı” iddialarına qarşı mübarizə apar-
maq və Qarabağ probleminin həlli istiqamətində səy göstərmək harada doğu-
lub və yaşamasından asılı olmayaraq hər bir türkün əsas vəzifəsi olmalıdır. Biz
bu iddiaların qarşısını almaq üçün tarixi həqiqətləri bütün dünyaya daha geniş
şəkildə çatdırmalıyıq.
İstifadə edilmiş ədəbiyyat:
1. Ali Karaca. Türkiyede Ermeniler için Yapılan Reformlar ve Tehcir Gerçeği (1878-1915). İstanbul,
2003.
2. Başbakanlık Osmanlı Arşivi (BOA), HR. SYS, D. 2284, G. 4, lef. 3, 8, 10
3. BOA, HR. SYS, D. 110, G. 12.
4. BOA, HR. HU, D. 122, G. 4.
5. BOA, HR. SYS, D. 2284, G. 1.
6. BOA, DH., KMS, D. 2., G. 2/5, lef. 59.
7. BOA, DH. KMS., D. 2, G. 58, lef.59.
8. Эрих Ф. Правда о терроре. Армянский терроризм – истоки и причины. Баку, 2000.
9. Əhmədov E. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq-hüquqi
aspektləri // “Strateji təhlil”, aprel-iyun, 2011, №1 (2), s. 93-108.
10. Halaçoğlu Y. XVIII Yüzyılda Osmanlı İmparatorluğunun iskan Siyaseti ve Aşiretlerin Yerleştiril-
mesi. Ankara, 1988.
11. İbrahimov N.A. Azərbaycan tarixinin alman səhifələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, -336 s.
12. Isgenderli A. Realities of Azerbaijan: 1917-1920. Published by Xlibris, USA, 2012, -234 p.
13. Koçaş S. Tarih Boyunca Ermeniler ve Türk-Ermeni İlişkileri. Ankara: Altınok Matbaası, 1967,
-326 s.
14. Musayev İ. Böyük dövlətlər və erməni məsələsi. XIX əsr, birinci hissə. Bakı: İqtisad Universiteti
nəşriyyatı, 2003, -238 s.
15. Sevinc N. Arşıv Belgeleriyle Tehcir Ermeni İddiaları ve Gerçekler. Ankara: Avrasiya Bir Vakfı
Yayınları, 2003,-185 s.
16. Sonyel S. Yeni Belgelerin İşığı altında Ermeni Tehcirleri. Ankara: TTK Yayınları, 1972, -303 s.
Ziyad Amrakhov
On historical and political aspects of the Decree on resettlement issued
by the Ottoman Empire on 24 April 1915
The author analyzes the historical and political aspects of the Decree on
resettlement issued by the Ottoman Empire on April 24, 1915. Henotes that
Tsarist Russia, depending on the outcome of the First World War, guaranteed
the establishment of an autonomous Armenian state on the territories of the
Ottoman Empire. Thus it was able to draw the Armenians living in the Ottoman
Empire into the war against the Ottomans. Inspired by those promises, the
Armenian gangs went into action on the mass extermination of Muslims in
eastern Anatolia.
The Ottoman government, given the seriousness of the situation and
because of its fear of eastern Anatolia coming under the Russian control
decided to resort to defensive countermeasures. In order to ensure the
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
88
safety of the territories of eastern Anatolia, the Ottoman government issued
the Decree on resettlement (Tehcir Law). Tehcir law (resettlement in Arabic)
contained no appeal to any kind of physical destruction, namely the genocide.
According to the law, the Armenians thatwere posing a threat to the unity of
the country and as a result, to its national securitywere moved from Erzurum,
Van, Bitlis to Syria and nothern Iraq – to the areas of Urfa, Zor, Aleppo, Harran,
Mosul, Diyarbekir and Jizre. These measures also prevented Armenians from
helping Russian and British troops in fighting against Ottomans.
These and other issues are thoroughtly and objectively researched on the
basis of archive documents and well available historical literature.
Зияд Амрахов
Об исторических и политических аспектах “Закона о переселении”
от 24 апреля 1915 года, принятого в Османской империи
В статье анализируются исторические и политические аспекты “Закона
о переселении” от 24 апреля 1915 года, принятого в Османской империи.
Отмечается, что царская Россия, в зависимости от итогов Первой миро-
вой войны, гарантировала создание автономного армянского государства
на территории Османской империи и тем самым смогла втянуть в войну
против Турции армян, проживающих в Османской империи. Воодушев-
ленные этими привлекательными обещаниями армянские бандитские
отряды перешли к активным действиям по массовому уничтожению му-
сульман в Восточной Анатолии.
Османское государство, учитывая серьезность сложившейся ситуации
и опасаясь перехода Восточной Анатолии под контроль России, решила
прибегнуть к опережающим мерам. 24 апреля 1915 года Османское пра-
вительство, с целью обеспечения безопасности территорий Восточной
Анатолии, было вынуждено принять “Закон о переселении” (Техджир).
В законе “техджир”, что на арабском означает “переселение”, не было и
речи о каком-то физическом уничтожении – геноциде. Таким образом, на
основании этого закона армяне, создававшие угрозу для единства народа
и национальной безопасности государства, были переселены из областей
Эрзурум, Ван, Битлис в Сирию и на север Ирака – в Урфу, Зор, Халеб, Хар-
ран, Мосул, Диярбакыр и Джизру.
В статье на основании архивных документов и исторической литера-
туры объективно исследованы все эти вопросы, проанализированы исто-
рические и политические аспекты данного решения.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
89
Açar sözlər: Xocalı soyqırımı, İnsan Hüquqları haqqında Bəyannamə,
soyqırımı cinayəti, beynəlxalq humanitar hüquq normaları, əsir, girov, itkinlər
Key words: Khojaly massacre, Universal Declaration of Human Rights, crime
of genocide, the norms of international humanitarian law, captive, hostage,
missing people
Ключевые слова: Ходжалинский геноцид, Декларация прав человека,
геноцид, нормы международного гуманитарного права, пленные,
заложники, пропавшие без вести
Xocalı
soyqırımı:
əsir, girov,
itkin problemi
Esmira
ORUCOVA
AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutunun böyük elmi işçisi
orucovaesmira@mail.ru
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
90
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xoca-
lı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza
üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik
aktıdır”.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Giriş
XX əsr bəşəriyyətin yaddaşında çoxsaylı tarixi hadisələr, mühüm
əhəmiyyət kəsb edən ictimai-siyasi proseslərlə qalsa da, bir sıra qanlı soy-
qırımı cinayətlərinin də şahidi olmuşdur.
İlk növbədə qeyd edək ki, soyqırımının baş verməsi, soyqırımı mühiti-
nin formalaşması üçün öncədən yaradılmış, təkamül etmiş mühit, şərait
olmalıdır. Özünün “ali” ideologiyasına malik olan işğalçı dövlət soyqırımı
aktı üçün ilkin mühit hesab oluna bilər. Əlavə olaraq, işğalçı dövləti idarə
edənlər öz potensial qurbanlarına insandan aşağı dəyər verərək, onları
aşağılayır, “vəhşi”, “yırtıcı”, “barbar” və s. kimi adlar qoyurlar. Öz əməllərini
yerinə yetirmək üçün soyqırımı aktorlarına patoloji şəxslər, cinayətkarlar
kimi güclü, mərkəzləşmiş hakimiyyət və səlahiyyət lazımdır. Tarixdə qrup
əleyhinə yönəlmiş çoxsaylı zorakılıq aktları baş versə də, genosid anlayı-
şının hüquqi və beynəlxalq inkişafı əsasən ötən əsrdə təşəkkül taparaq
mərkəzləşmişdir [1].
Biz XX əsr boyu törədilmiş genosid cinayətlərinə nəzər yetirsək, onla-
rın ümumi əlamətləri, soyqırımı prosesinin özünün yetişməsi mərhələsi və
soyqırımı mühitinin formalaşmasının bəzi məqamlarını görə bilərik. Bu cür
soyqırımı cinayətlərinin ən dəhşətlisi XX əsrin sonlarına doğru törədilmiş,
insanlıq əleyhinə ən qəddar cinayətlərdən biri olan Xocalı soyqırımıdır.
1. Xocalı soyqırımı və beynəlxalq hüquqi sənədlər
Etnik iyerarxiya əsasında siyasi diskriminasiya soyqırımını törədilməsi
üçün mühüm faktordur. Hər hansı ideologiyaya sahib dominant bir etnik
qrupun mövcudluğu soyqırımını törədilməsi riskini artırır və onun mü-
hitinin yetişməsini asanlaşdırır. Ermənilər tərəfindən Xocalıda törədilmiş
əməllərdə niyyət əvvəlcədən düşünülmüş qaydada (canlarını qurtarmaq
üçün yaxınlıqdakı kəndlərə qaçmaq istəyən əhalinin qarşısını almaq
və onları məhv etmək məqsədilə əvvəlcədən pusquların qurulması da
bunu sübut edir) məhz azərbaycanlı olduqlarına görə milli qrupu tam
və ya qismən məhv etmək məqsədilə bu qrup üzvlərinin öldürülməsi
olmuşdur. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətini
həyata keçirməsi və soyqırımlar törətməsinin səbəblərini araşdırdıq-
da, burada etnik qruplar arasında ədavətin, xüsusi ideologiyaya ma-
lik azlıqda olan erməni etnik qrupunun xarici havadarlarının köməyi
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
91
ilə azərbaycanlılara qarşı soyqırımı ak-
tını həyata keçirdiyi açıq şəkildə görü-
nür. Xocalı soyqırımı zamanı yüzlərlə
azərbaycanlı ermənilər tərəfindən girov
götürülmüşdür. Uşağı olan girov götü-
rülmüş azərbaycanlılardan isə uşaqları
zorla alınmışdır. Uşaqların zorla bir qrup-
dan alınıb başqa bir qrupa verilməsi də
soyqırımı cinayətinin obyektiv cəhətini
təşkil edən əlamətlərdəndir. Bütün bu
əməllər etnik azərbaycanlılara qarşı
ermənilərin vaxtilə yaranmış, formalaş-
mış düşmənçilik mövqeyinin nəticəsidir
[2, s.58]. Danılmaz faktdır ki, Ermənistan-
Azərbaycan müharibəsi zamanı, şahid
ifadələrinə əsasən, girov götürülmüş 21
uşaq hələ azad edilməmişdir.
XX əsrdə baş vermiş soyqırımla-
rı araşdırsaq görərik ki, soyqırım mühiti əsasən müharibə zəminində
formalaşmışdır Buna ən bariz nümunə kimi 1988-ci ildən başlamış
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 1992-ci
ilin fevralın 25-indən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı ak-
tını göstərə bilərik.
1992-ci ilin bu qanlı fevral gecəsində Ermənistanın silahlı qüvvələri,
Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri və
keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi
heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran
arasında yerləşən strateji əhəmiyytə malik Xocalı şəhəri zəbt edilmiş,
Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilmişdir.
Min illərlə formalaşmış milli-mənəvi dəyərlərə, hərb mədəniyyətinə
və əxlaqına zidd olan, dinc əhaliyə qarşı yönəldilmiş Xocalı soyqırımı
ötən əsrin sonlarında bəşəriyyətin ən böyük və ən dəhşətli faciəsidir.
Xocalıda baş verənlər tarix boyu dəhşətlə anılacaq soyqırımı aktıdır. Bu
faciə erməni millətçilərinin xalqımıza qarşı yeritdikləri etnik təmizləmə
və soyqırımı siyasətinin qanlı nəticəsidir [3, s. 17].
Xocalı soyqırımı zamanı 9 dekabr 1948-ci il tarixli BMT Baş Məclisinin
“Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”
Konvensiyasının, BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli “İn-
san hüquqları haqqında” Bəyannaməsinin, 12 avqust 1949-cu il tarix-
li Cenevrə Konvensiyalarının,14 dekabr 1974-cü ildə qəbul olunmuş
“Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların
müdafiəsi haqqında” Bəyannamənin, 9 dekabr 1948-ci ildə qəbul olun-
muş “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyanın müvafiq maddələrinin kobudcasına pozul-
Dostları ilə paylaş: |