Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   ...   9   10   11   12   13   14   15   16   17
Azf-287674


Kompleks üsul. Distansion zondlamanın müxtəlif materiallarını müxtəlif 
fəsillərdə alınmış  və müxtəlif spektral diapazonlarda çəkilmiş  şəkillərin geo-
lojigeofiziki materiallarla kompleksləşdirilməsi yeni geoloji informasiyanın 
alınmasına imkan yaradır. 
Məsələn, Cənub-Şərqi  Fransanın  bir  rayonunun  struktur  təhlili  “Lend-
sat”-dan alınmış  şəkillərin və ədədi  formada  yazılmış  istilik şəkillərinin topo-
qrafik və qravimetrik xəritələrlə kompleksləşdirilməsi  yolu  ilə  yerinə  yetiril-
mişdir.  Əldə olunan kosmik şəkillərdən  əvvəl lineamentlər, sonradan isə 
filtrasiya yolu ilə, istiqamətlərinə görə  əsas strukutur elementlər ayrılmışdır. 
Analoji  əməliyyat, istilik şəkillərinə görə ayrılmış lineamentlərlə  də aparıl-

135 
 
mışdır. Ayrılmış lineamentlərin sahəvi müqayisəsi, səth pozulmalarını dərinlik 
pozulmalarından ayırımağa imkan vermişdir. Lineamentlərin qravitasiya ano-
maliyaları (və yaxud pillələrlə) ilə sahəvi korrelyasiyası bünövrə pozulmalarını 
ayırmağa imkan yaratmışdır. Alınmış  nəticələr regionun geodinamik təkamül 
modelinin tərtibi üçün istifadə edilmişdir. 
Bu üsulların bir-birini tamamlaması indiki dövrdə  interaktiv üsulun ya-
ranmasına, yəni kosmik şəkillərin aydınlığının artması  və ya digər yollarla 
çevrilməsi, lineamentlərin və onların sistemlərinin həqiqi və  dəqiq vizual de-
şifrələnməsinə  gətirib çıxardı. Həmçinin bu məqsədlər üçün müxtəlif cihazlar 
vasitəsilə alınmış  şəkillərdən sintezləşmiş  və kombinə olunmuş  təsvirlərin 
tərtibi üsulundan da istifadə edilir. Dialoq rejimində  şəkillərin avtomatlaş-
dırılmış işlənilməsi lineamentlərin ayrılmasının dəqiqliyini xeyli artırmışdır. 
Son illər, yuxarıda göstərilən üsullardan əlavə, sistemli yanaşma müvəf-
fəqiyyətlə  inkişaf edir və trend təhlildə istifadə edilir. 
 
9.3. Lineament təsnifatlarının morfologiyası,  
quruluşu və elementlərinin təsnifatı 
 
Lineamentlərin və onların sistemlərinin morfologiyası, quruluşu, təsnifat-
ları bir-biri ilə  sıx qarşılıqlı  əlaqədar olub, praktiki olaraq, bir-birindən ayrıl-
mazdır. 
O.M.Borisov və A.K.Qlux göstərmişlər ki, lineamentlər çox müxtəlif 
morfologiyaya malikdir: xətti, qövsvari, poliqonal (ziqzaq-şəkilli). Bu tədqi-
qatçılar lineamentlərin daxili quruluşunda aşağıdakı elementləri ayırırlar: 
kontur-landşaft və relyef tipinin nisbətən kəskin dəyişməsi və struktur-
geoloji elementlərlə özünü büruzə verən xarici sərhəddir
mərkəzi zona  (endostruktur)  - iki kontur arasında yerləşən və relyefin 
mənfi və ya müsbət elementi kimi özünü büruzə verən zolaqdır; 
struktur xətt - yer səthində mərkəzi zonanın ortası boyunca şərti çəkilmiş 
xətdir; 
səth  - struktur xətt boyu mərkəzi zonanın yatımı istiqamətində  çəkilmiş 
müstəvidir. 
Bu və ya digər lineamentlərin əhatə sahəsini  ayırmaq çox əhəmiyyətlidir 
ki, bu da lineamentin, onu əhatə edən strukturlarla münasibətinin öyrənilməsini, 
təsvirini və təhlilini kifayət qədər asanlaşdırır. 
Göstərilən elementlərə, lineamentlərin uzanması boyu özünəməxsus də-
yişmələri haqqında müşahidələr (struktur qanadların dəyişkən işarəli  şarnir 
hərəkətləri; lineamentə bitişik geoloji formasiyaların tərkibində, qalınlığında və 
yaşındakı müxtəliflik; lineamentin və ya onun zonasında daxili qırılmaların və 
qırışıqlıq strukturların uzanmasının üstün istiqamətləri; ayrılmış lineamentin (və 
yaxud zonanın) və onun qanadlarında lineamentlərin (və yaxud qırılmaların) bu 
və ya digər kinematik tiplərinin üstünlük təşkil etməsi; əhatə strukturlarında və 

136 
 
ayrılmış lineamentlərin (və ya lineament zonalarının) daxilində  zəlzələlərin 
episentrlərinin, maqmatik kütlələrin və qırılma pozulmalarının xüsusi sıxlığının 
təyini) əlavə edilə bilər.  
 
 
Şəkil 58. KŞ-n deşifrələmə  məlumatlarına  görə Transqafqaz lineamentinin  
quruluşu  (Şat  xətləri).  V.A.Buşa  görə. 
1 – KŞ-də transkontinental  lineamentlərdən  ibarət xətti  strukturlar;  2 – deşifrələmə    məlumatlarına 
görə digər xətti strukturlar; 3 – 5 – geoloji və deşifrələmə  məlumatlarına  görə  qırılma  pozulmalarının  
morfoloji  xüsusiyyətləri:  3 – faylar, 4 – üstəgəlmələr, şarjlar,  5 – horizontal  yerdəyişmələr. 
 
Bunlara misal olaraq, Avrasiyanın transkontinental quruluş sxemini 
Transqafqaz, Turan-Himalay lineamentlərini və V.A.Buşun işlərində  nəşr 
olunmuş Karpinski xəttini göstərmək olar. 
Lineamentlərin təsnifatı  və sistemləşdirilməsi məsələsində fikir eyniliyi 
yoxdur.  Ədəbiyyatda təklif olunmuş tipləşdirmə sxemləri adətən onların bəzi 
xüsusiyyətlərinə aiddir. O.M.Borisov və A.K.Qlux onları nomenklaturuna, 
uzunluğuna, eninə, təşkil olunma dərəcəsinə, sahəvi istiqamətlənmə xüsusiyyət-
lərinə  və digər  əlamətlərinə görə, məsələn, yatım dərinliyinə görə: qabıq 
(ekzogen) və mantiya (endogen); lineamentlərin kosmik şəkillərdə  təsvirinin 
dəqiqlik dərəcəsinə görə: dəqiq və fərz edilən; izlənmə dərəcəsinə görə:fasiləli 
və fasiləsiz kimi növlərə ayırırlar.  

137 
 
Uzunluğuna görə lineamentlər və onların sistemləri: lokal, regional, 
transregional və qlobal növlərə bölünür. 
Göstərilən sistemləşdirməni ideal hesab etmək olmaz, çünki bu sistemləş-
dirmənin əsasını genetik prinsip deyil, toplama prinsipi təşkil edir. 
Lineamentlərin müxtəlif parametrləri haqqında faktiki materialların 
sürətlə artması lineamentlərin mövcud sistemləşdirilməsi cəhdlərinin inkişaf 
etdiriləcəyinə inam yaradır ki, bu da onların genetik təsnifatı üçün zəmin ola 
bilər. 
 
9.4. Lineamentlər qrupu: zonalar,  
sistemlər, sahələr, şəkillər 
 
Lineamentlərin geoloji məkanda paylanmasının  əsas xüsusiyyətlərindən 
biri də onların vahid deyil, qanunauyğun qruplar şəklində rast gəlməsidir. 
Eynidərəcəli lineamentlər arasında müəyyən ritmin və ya «addımın»olması və 
bu «addımın»variyasiyasının mümkünlüyü yer qabığının tərkibi və qalınlığı, 
lineamentlərin müxtəlif istiqamətləri, onların müxtəlif  tektonik mərhələlərə  və 
geoloji zonalara aid olması ilə təyin edilir. 
Artıq XIX əsrdə A.Dobre geoloji strukturun elementlərinin eyni məsa-
fəliliyi prinsipindən istifadə etmişdi. V.Xobbs bu hadisəni tədqiq edərək 
göstərmişdi ki, Şimali Amerikanın şərq rayonlarında şimal-şərq, şimal-qərb və 
meridional istiqamətli qırılmalar arasındakı  səciyyəvi məsafə, uyğun olaraq, 
125; 75; 40 mil təşkil edir. 
Sonradan toplanan empirik məlumatlar, tədqiqatçıları yer qabığının xətti 
pozulmaları (qırılmalar, çatlar və lineamentlər) arasındakı məsafələrin daimiliyi 
(ekvidistantlığı) müşahidə edilmiş qanunauyğunluğunu təkrarən təsdiq etməyə 
sövq etdi. Çexoslovakiya geoloqu V.Nemets geoloji strukturların diskretliyi 
düsturunu təklif etmişdir:  V
x
=2
-x
D, burada: V- lineamentlər (çatlar və  qırıl-
malar) arasındakı məsafə, x-strukturun dərəcəsi, D- yer kürəsinin diametridir. 
Bununla belə, eynidərəcəli lineamentlərin sıxlaşması faktı dəfələrlə qeydə 
alınmışdır. Bunlar, lineamentlərin uzanması boyu aralarındakı məsafənin kəskin 
azalması ilə bərabər, bütöv və ya qırıq zonalar kimi özünü büruzə verir. 
Y.Q.Kats və A.V.Qevelev özlərinin son tədqiqatlarında göstərmişlər ki, 
kosmik  şəkillərdə ayrılmış lineamentlər müxtəlif dərəcəli strukturlar hesab 
olunur, lakin bütövlükdə onlar fasiləsiz sıralar  əmələ  gətirir ki,bu sıralarda da 
obyektlərin ölçüsünə, landşaftda ifadəsinə  və kosmik şəkillərdəki aşkaredilmə 
üsuluna görə dörd sinifə ayrılır: 
1.Landşaftın kiçik xətti elementləri – bu təbii törəmələr ortamiqyaslı kos-
mik  şəkillərdə, nazik, adətən paralel cizgilər kimi özünü büruzə çevirir 
(şək.59a). 
2.Landşaftın iri xətti elementləri- relyefin və geoloji strukturların uzanan 
(ilk kilometrlərdən ilk 10 kilometrlərə  qədər) xətti elementləridir. Bunlar 

138 
 
kosmik  şəkillərdə düz və yaxud düzə yaxın,bütöv, eynicinsli zolaqvari və ya 
sərhəd xarakterli xəttlər kimi deşifrə olunur (şəkil 59b). 
3.Lokal xətti zonalar - bir neçə tektonik strukturları  kəsən və  kənar 
strukturların geoloji quruluşuna kifayət qədər təsir göstərən, daha kiçik xətti 
elementlərdən təşkil olunmuş uzununa (onlarla - ilkin yüz kilometrlərlə) 
strukturlardır (şəkil 59c). 
 
 
 
Şəkil  59. KŞ –də  ayrılan lineament  sinifləri: 
a - relyefin kiçik xətti  elementləri (Surxandərə    çökəkliyinin  şimal-qərb  hissəsi): 1 – 3 – 
eroziya  şəbəkəsi  (1 – qurumuş  çay  yataqları,  2 – vadinin  dik  yamacları,  3 – vadinin  işlən-
miş  dibi);  4 – KŞ-də nazik paralel  zolaqlar  şəklində generalizasiya  olunan  nizamlanmış  
erozion  enişlər; 
b – Boyanqorya  antiklinalı  rayonunun  (Qərbi  Tyan-Şan) landşaftının  iri  xətti  elementləri: 1 
– erozion enişlər, 2 – 4 – orta dördüncü  dövr çöküntü örtüyü ilə  təsadüfi (qeyri-tipik)  hamar  
suayırıcılar (2 – prolüvial-allüvial,  3 – prolüvial, 4 - löss); 5 – syayırıcı  səthin  qalıqları;  6 – 
9 – denudasion  səthin  üstünlüyü  ilə  maili səthlər; 10 – 11 – erozion relyefin üstünlük təşkil 
etdiyi sahələr;  12 – relyefin  selektib-denudasion  formaları;  13 – erozion  parçalanmanın  
müxtəlif  şəkilləri  olan  sahələrin  sərhədləri;  14 – relyefin  və  geoloji  strukturun  iri  xətti  
elementləri; 
c – Obiqarm antiklinoriumunun lokal  və  regional  xətti zonaları: 1 – 4 – molassaqədərki  
çöküntülər  (1 – epsen,  2 – paleosen,  3 – üst  təbaşir, 4 – alt təbaşir), 5 – 6 – qırılmalar  (5 – 
geoloji,  6 – geofiziki  məlumatlara  görə), 7 – 8 – xətti  zonalar  (7 – lokal, 8 - regional),  9 – 
paleosenin  səthinin  izogipsləri. 
 
4.Regional xətti zonalar – deşifrələnmənin daha çox uzanan (yüz və ilkin 
min kilometrlərlə) obyektləridir. 
 
Lineamentlər qrupu özü də 3 zonaya ayrılır: a)regional dərəcəli zonalar; 
b) transregional dərəcəli meqazonalar; v) qlobal lineament qurşaqları. 

139 
 
Lineamentlərin sahəvi uyğunluq fərqi sahəvi qrup əmələ  gətirir: 1) 
zonalar - yəni lineamentlərin ensiz uzununa konsentrasiyaları; 2) sistemlər - 
subparalel lineament zonalarının birliyi; 3) sahələr - regionun müxtəlif 
istiqamətli lineamentlər sisteminin qanunauyğun yerləşməsi nəticəsində  əmələ 
gələn və buna görə də çarpaz struktur planla səciyyələnən obyektlərdir. 
 
 
 
Lineament sahələri - lineamentlərin sıxlıq dərəcəsi fərqilə, lineament 
zonalarının morfologiyası  və anomal uzanmanın olması, lineamentlərin öz 
aralarındakı sahəvi əlaqələri və həmçinin onların, regionun qırılma və qırışıqlıq 
strukturlarının əsas uzanma istiqamətləri ilə qarşılıqlı əlaqələri ilə seçilir. 
 
 
Ayrı-ayrı lineamentlər və onların sistemlərinin müxtəlif qarşılıqlı  əlaqə-
ləri müəyyən qrafik (həndəsi) obraz yaradır ki, bunları da yer qabığının struktur 

140 
 
şəkillərinin (rəsmlərinin) analogiyasına görə lineament şəkilləri (rəsmləri) 
adlandırmaq olar. Bu lineament şəkilləri (rəsmləri) T-Y-X- şəkilli, rombaoxşar 
və digər formalarda olur. 
Lineamentlər və onların qrupu yer qabığının diskretliyini kifayət dərəcədə 
obyektiv səciyyələndirə bilər. Daha çox informativ parametrlər lineament 
rəsmləri və lineament səhələridir. Bunlardan birincilər diskretliyin əsas 
istiqaməti və «addımı»haqqında təsəvvür yaradır, ikincilər isə diskretliyin 
dərəcəsini və yer qabığının dərinlik səviyyəsinin bölünmə (parçalanma) 
formasını  səciyyələndirir. Lineamentlərin dolayı kinematik səciyyəsinə görə, 
yer qabığının dərinlik hissələrinin geodinamik modelini qurmaq olar (şəkil  60).
 
 
Şəkil 60. Şərqi Avropa platformasının və Aralıq dənizi dağ-qırışıqlıq qurşağının  
Karpat, Krım və Qafqaz  fraqmentlərinin birləşmə zonasının əsas  lineamentləri  
(a)  və  geodinamik  modeli (b): 
1 – lineamentlər  və  onların  nömrələri, 2 – qədim  platformalar,  3 – Ukrayna  kristallik  
qalxanı, 4 – Skif  plitəsi,  5 – dərinsulu  dəniz  çökəklikləri, 6 – lineament  zonaları  (a – eninə,  
b - uzununa); 7 – özülün  çıxıntısı:  Vislen (1),  Dunay (2),  Rion (3);  8 – sıxılma  istiqamətləri  
(a – ümumi, b - lokal); 9 – qırılmalar və onlar üzrə qarışma istiqamətləri;10 – lineamentlərin  
uzanma istiqaməti (a – şimal, b – submeridional, v – şimal-şərq, q - suben), 11– sərhədlər (a – 
qədim platformaların, b – Skif  plitəsinin,  v – özülün  çıxıntılarının). 

141 
 
9.5. Lineamentlərin və lineament  
sistemlərinin interpretasiya üsulu 
 
Kosmik şəkillərdə aşkar edilmiş lineamentlərin və lineament sistemlərinin 
interpetasiya prosesi obyektlərin aşkarı  və öyrənilməsi, tədqiqat rayonunun 
öyrənilmə  dərəcəsi, operatorun peşə hazırlığı  və axtarış prosesi ilə  sıx 
əlaqədardır. 
Lineamentlərin və lineament sistemlərinin interpretasiya prosesinə bir 
neçə  yanaşma nəzərdə tutulur : 
müqayisəetmə  - ayrı-ayrı lineamentlərin, onların sistemlərinin və ya 
sahələrinin (xəritələrinin) məlum geoloji, geofiziki, seysmik və s. materiallarla 
birbaşa sahəvi müqayisəsi; 
statistik  - ayrı-ayrı lineamentlərin hər hansı parametrinə görə sistemləş-
dirilməsi, sonra isə lineament sistemlərinin deyil, lineament şəbəkələri para-
metrlərinin geoloji interpretasiyası; 
xüsusi geoloji - fotometrik deyil, təbii obyektlər kimi baxılan landşaftın 
iri xətti sistem elementlərinin inkişafı  və  əmələ  gəlməsini yaradan səbəblərin 
aydınlaşdırılması. 
İlk iki yanaşma müasir lineamentologiyada geniş inkişaf tapmışdır. Daha 
sadə  və asan olan birinci yanaşma bütün lineamentoloqlar tərəfindən istifadə 
edilir, ikinci isə geoloji tədqiqatların kompüterləşdirilməsi ilə  əlaqədar geniş 
inkişaf tapmışdır. Üçüncü yanaşma  hələ də geniş inkişaf tapmadığına görə, onu 
dəqiq araşdıraq. 
Y.Q.Kats və A.V.Tevelev tərəfindən aparılan tədqiqatlar göstərmişdir ki, 
lineamentlərin dərəcə tabeliyi onların geoloji interpretasiya xüsusiyyətlərini 
müəyyən edir. 
Beləliklə, landşaftın, kosmik şəkillərdə nazik paralel cizgilər kimi 
görünən xırda xətti elementləri (şəkil 59a) gərginlik sahələri strukturlarının 
özünəməxsus lineament şəkilləri kimi interpretasiya olunur. Bu da onların 
gələcəkdə öyrənilmə perspektivliyini artırır. 
Landşaftın iri xətti elementlərinə  (şəkil 59b) yer qabığının səthə yaxın 
horizontlarının lokal qeyri-bircinsliyinin əksi kimi baxılır. 
Landşaftın lokal xətti elementləri (şəkil 59c) yer qabığının səthəyaxın 
horizontlarının parçalanmış  və  zəifləmiş zonalarına uyğun gəlir. Bu zonalar, 
çox zaman dəqiq dinamik xüsusiləşməyə malik, nisbətən eynicinsli defor-
masiyaya məruz qalmış blokları ayırır. 
Regional xətti zonalara dərinlik zonalarında gərginliyin kon-
sentrasiyasının  əsası kimi baxılır. Burada müxtəlif müasir dərinlik hərəkətləri 
baş verir. 
Qeyd etmək lazımdır ki, nəinki ayrılıqda götürülmüş  hər bir yanaşma, 
hətta bu yanaşmaların kompleks tətbiqi də interpretasiyanın dəqiq nəticələrinin 
alınmasına təminat vermir. 

142 
 
İnterpretasiya prosesinin dəqiqliyi yeni qeydə alınmış lineamentlər rayo-
nunun fiziki xassələri, müasir strukturu və geoloji inkişafı haqqında olan mə-
lumatların kompleks müqayisəsi ilə təyin edilir. Buradan, toplanmış kompleks 
(bank) faktiki materialların daima təzələnməsi zərurəti meydana çıxır. 
 
9.6. Qırışıqlıq qurşaqların  lineament tektonikası 
 
Ural qırışıqlıq qurşağı. Rus və  Qərbi-Sibir plitələrinin sərhədlərində 
yerləşən bu qurşaq maqnit və qravitasiya sahələrində özünü dəqiq büruzə verən 
uzununa, davammiyyətli dərinlik qırılmaları ilə  sərhədlənən  əsas struktur 
zonaların aydın görünən xətti ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki, 
yer səthində müşahidə edilən geoloji strukturlardakı submeridional xətti zo-
nallıqlar Ural qurşağını şimal-qərb, şimal-şərq və suben istiqamətlərində kəsən 
eninə istiqamətli zonalarla mürəkkəbləşmişdir. Eninə antiural strukturlar qı-
rılma pozulmaları ilə, qalxma və çökmələrlə, antiklinallarla uzununa qırışıqlığın 
şarnirinin qalxma və enmə zonaları ilə təmsil olunur, bu sahələrə çöküntülərin 
qalınlıq və fasiyalarının dəyişməsi, çökmə vulkanik çöküntülərin və intruziv 
formasiyanın inkişafı və həmçinin müxtəlif filiz kütlələri aiddir (şəkil 61). 
Kosmik  şəkillərin deşifrələnməsi Ural qırışıqlıq qurşağında lineamentlə-
rin paylanmasının xüsusi qanunauyğunluqlarının aşkar edilməsinə imkan yarat-
mışdır. Bunlardan aşağıdakılar  əsasdır: 1) şimal-qərb və submeridional istiqa-
mətli iri lineamentlər daha yaxşı və dəqiq deşifrə olunur; 2) şimal-qərb istiqa-
mətli iri lineamentlər daha dəqiq təkrarlanmaya malik-dir; 3) suben istiqamətli 
lineamentlər  əksər hallarda zəif nəzərə çarpmasına baxmayaraq, çox uzaq 
məsafələrdə (fraqmentlərlə, xüsusilə Orta- və Cənu-bi Uralda) izlənliir. 
Kosmik şəkillərin deşifrələnmə məlumatlarına görə, Üral qırışıqlıq qurşa-
ğında dörd zona (şimaldan cənuba doğru) ayrılır: şimal (64
0
 şimal en dairəsinə 
qədər) – burada çoxlu miqdarda irili-xırdalı halqavarı strukturlar inkişaf tap-
mışdır; Şimali Ural - aydın hiss edilən meridional, şimal-qərb və suben dairəsi 
səmtli lineament trassları ilə  səciyyələnir; Orta Ural-zəif izlənən meridional 
lineamentlərlə  və geniş inkişaf tarmış suben lineamentlər, qövsvari və dairəvi 
elementlərlə səciyyələnir; Cənubi Uralın şimal hissəsi antiklinal strukturun əsas 
uzanma istiqamətini aydın göstərən zolaqvari formada əks olunur. 
Ural qurşağının dörd hissəyə (seqmentə) bölünməsi, bütövlükdə bu 
regionun yer qabığının blokvari quruluşa malik olduğunu bir daha təsdiq edir. 
Regionun blokvari quruluşu geofiziki materiallara əsasən təyin edilmiş  və 
müasir tektonik hərəkətlərin intensivliyi ilə təsdiq olunmuşdur. 
Lineamentlərin rəsmlərində Ural qurşağının relyef elementlərinin də yaxşı 
görünməsini xüsusi qeyd etmək lazımdır. Bütün dərəcələrdən olan çay dərələri 
– (Uralın dağlıq hissələrində və onlarla yanaşı olan Rus və Qərbi Sibir plitəsinin 
düzənlik hissələrində) lineament trasslarına son dərəcə uyğun gəlir. 
 

143 
 
 
Şəkil  61. Şərqi  Avropa  platformasının lineament  zonaları 
(KŞ-n deşifrələnməsinin və kiçikmiqyaslı topoqrafik əsasların analizlərinin nəticələrinə  görə  
tərtib  edilmişdir):1-Suben,  2 – şimal-şərq,  3 – submeridional,  4 – şimal-qərb. 
 
Aralıq dənizi qırışıqlıq qurşağı.  Bu qurşağın lineament tektonikası 
sxeminin tərtibində B.Biju-Dyuval, V.A.Buş, L.M.Rassvetayev, V.Z.Saxatov, 
S.Şanov və s. tədqiqatçılar tərəfindən kosmik şəkillərin deşifrələnmə nəticələri 
nəzərə alınmışdır. Müxtəlif miqyaslı kosmik şəkillərin deşifrələnməsi zamanı 
qurşağın ərazisində lineamentin inkişaf etdiyi üç: qurşağın uzununa- eninə- və 
dioqanal istiqamətdə sistem aşkar edilmişdir. 
Uzununa lineament sistemləri qırışıqlıq qurşağın regional strukturlarının 
istiqamətinə uyğun uzanır və qurşağa qonşu platformaların sərhəddində daha 
yaxşı izlənilir (məsələn, Kopetdağətəyi lineament), lakin uzununa pozulma 
prosesini əks etdirərək, dağ qırışıqlıq qurşağın daxilində də (məsələn, qurşağın 
Qafqaz hissəsinin daxilində Pont-Elbrus lineament zonası) inkişaf edə bilər. 
Eninə lineament sistemləri qurşağın regional strukturlarının uzanma 
istiqamətində 90
0
–yə yaxın
 
bucaq altında inkişaf edir. Adətən bu sistemin 
lineamentləri qonşu platformaların daxilində də (məsələn, Mərkəzi-Krım və ya 
Mərkəzi-Qafqaz lineament zonaları) izlənilir. 
Diaqonal lineament sistemləri qurşağın regional strukturlarını  kəsir və 
qonşu platformaların daxilində çox uzaqlara gedərək, transregional lineamentlər 
kimi özünü büruzə verir. Məsələn, Mərkəzi-Qafqaz lineament zonası  qonşu 
Şərqi-Avropa platformasını kəsib keçir. 

144 
 
Aralıq dənizi qurşağının Balkan fraqmentinin lineament tektonikası sxemi 
göstərir ki, bu regionda yer qabığı  relyefin, geoloji strukturların, seysmik və 
digər geofiziki sahələrin uzununa elementləri ilə yaxşı  əks olunan və parktiki 
olaraq, geoloji planalma ilə  xəritələnən qırılmalar  şəklində qeydə alınmayan  
həddindən artıq gizli pozulmalarla destruktivləşmişdir (doğranmışdır) (şəkil 
62). 
 
 
Şəkil  62.
  
Karpat-Balxan  regionunun lineament  tektonikası: 
1 – müasir  relyefin  çökəkliyi,  2 – 4 – Moxoroviçiç  səthinin yatım  dərinliyi:  2 –  15-45 km, 3 – 25-45 
km, 4 – 25-65 km; 5 – 8 – lineamentlər:  5 – məlumatlar  kompleksi üzrə ayrılmış, 6 – relyefin  qradi-
yentləri  ilə  ifadə  olunan;  7 – seysmiklikdə  əks  olunan,  8 – Moxoroviçiç  səthinin  müxtəlif  dərinlikləri  
ilə  ayrılan  bloklar:  I – Pannonsk –Sudet, II – Karpat-Podolsk, III – Miziysk-Rodopi, IV – Adriatik;  9 – 
Tiran-Minsk  lineament  zonası. Lineamentlər: 1 – Vena-Varşava, 2 – Vraslav-Qalausk, 3 – Lefkas-
Xalkidiki-Tunca,  4 – Tiran-Lvov,  5 – İstriya-Evbey,  6 – Sava-Rodopi,  7 – Skutari-Peç-Vranqa.
 
 
Rayonun lineament sahəsinin gövdəsi: ortoqonal, diaqonal və aralıq isti-
qamətli lineamentlərdən əmələ gəlir. 
Bütövlükdə lineament gövdələri, ilkin yer qabığının çatlaması ilə əlaqədar 
olaraq qədim mənşəlidir, lakin sonradan permanent cavanlaşmasına məruz 
qalmışdır. Müasir dövrdə daha çox fəallaşmaya diaqonal sistemin (daha çox 
şimal-şərq istiqamətli) lineamentləri məruz qalmışdır ki, onlar da müasir rel-
yefdə özünü  intensiv büruzə verir. 
Aralıq dənizi qurşağının Krım hissəsinin kosmik şəkillərinin deşifrəsi 
nəticəsində çoxlu miqdarda müxtəlif istiqamətli lineamentlər, əsasən aşağıdakı 
əlamətlərinə: düzlənmiş sahil xətlərinə    (məsələn, Karkinit-Sivaş,  Lukulla-

145 
 
Kamensk və s.); dərə şəbəkəsinin (Yevpatoriya – Krivoyroq və s.) və düzlənmiş 
çay dərələrinin (Sudak) anomal istiqamətlənməsinə; relyefin silsilələrarası 
enməsinə (Baxçasaray - Nijneqorsk) və ya bu əlamətlərin kompleksinə (Mər-
kəzi Krım lineamenti) görə aşkar edilmişdir. 
Krım dağ  qırışıqlıq quruluşu iki iri lineamentlə  şimaldan Lukulla-
Kamensk və şimal-şərqdən Baxçasaray-Nijneqorsk lineamentləri ilə əhatələnir. 
Qurşağın Krım hissəsini kəsən bəzi lineamentlər submeridional 
istiqamətli lineamentlər zonası yaradır: Qərbi, Mərkəzi və Şərqi Krım zonaları. 
Bu zonaların uzunluğu 150 km, eni isə 25 km-ə  qədərdir.Onlar kosmik 
şəkillərdə Moxoroviçiç səthinin relyefində  (şəkil 63)
 
kəskin düşmədə (Qərbi 
Krım zonası- 50 km-ə  qədər,  Şərqi-Krım zonası- 60 km-ə  qədər) və horst 
formalı qalxmanın (Mərkəzi Krım zonası- 40 km-ə  qədər) relyefində özünü 
büruzə verir və müxtəlif geofiziki  materiallarla təsdiq olunur. 
 
 
Şəkil  63. Yer  qabığının dərin  strukturunda Şərqi-Avropa  platformasının  və  
Aralıq dənizi qırışıqlıq qurşağının birləşməsinin lineament zonalarının əks 
olunması: 
A – Pannon çökəkliyi, B – Karpatlar,  C – Karpatönü əyilməsi, D - Şərqi-Avropa  platfornasının  
cənub-qərb yamacı, E – Qərbi Krım, F – Mərkəzi Krım, G – Şərqi Krım, H– Böyük Qafqazın  
şimal-qərbi, İ – Mərkəzi Qafqaz, J - Böyük Qafqazın cənub-şərqi. 
 
Submeridional istiqamətli Mərkəzi Krım lineament zonası  (şəkil 60) 
dağlıq Krımı  və Skif plitəsinin düzənlik hissəsini qərbdə nisbətən qalxmış  və 
şərqdə nisbətən düşmüş hissəyə bölərək, Aluşta-Simferepol meridianı üzrə, 
daha sonra isə  şimala doğru uzanır. Simferepol rayonunda yerləşən dağlar 
Krımın regional qırılması, Simferepol qalxanı, ilkin təbaşir yaşlı Salqir qrabeni, 
orta yura yaşlı maqmatik süxurların çıxışları, Cənubi Demerci dağının qərb 
yamacındakı uçqunların və çatların intensiv inkişafı  Mərkəzi-Krım 
lineamentinə meyl edir. Krım kontinental yamacında zəlzələ episentrlərinin 
maksimum sıxlığı bu iri lineament zonası boyu yerləşmişdir. Bu da zonanın 
geodinamik fəallığını (zaman və məkan üzrə) bir daha təsdiq edir. 

146 
 
Bütövlükdə, Dağlıq Krım və Skif plitəsinin ortoqonal və diaqonal li-
neamentləri müxtəlif yaşlı strukturların istiqamətini  əks etdirir. Meridional 
lineament zonaları isə, bəlkə  də oroqen mərhələdə cavanlaşmanın ilkin 
proterozoy strukutur planının relikti kimi özünü büruzə verir. 
Yer qabığının Krım fraqmentinin lineament şəklinin mövcud tektonik 
xəritə  və sxemlərin struktur şəklindən prinsipial fərqlənməsi onu göstərir ki, 
rayon intensiv doğranmış və ayrı-ayrı bloklara bölünmüşdür ki, bu da, şübhəsiz 
ki, bütövlükdə Dağlıq Krımın və Krım fraqmentinin müasir geodinamikasına 
təsir göstərir. Regionun mozaik şəkli və  təmas  əlaqələri bunu bir daha sübut 
edir. 
Alp Aralıq dənizi qurşağının Qafqaz fraqmentinin müasir strukturu araş-
dırılan Karpat və Krım fraqmentləri kimi, Şərqi Avropa və Afrika plat-
formalarının qarşı-qarşıya fəal hərəkəti nəticəsində Avrasiya alpik qurşağının 
müasir inkişafı mərhələsində əmələ gəlmişdir. 
Qafqazın geoloji quruluşunda və inkişafında uzununa və eninə qırılmalar, 
əvvələr olduğu kimi, indi də böyük əhəmiyyətə malikdir. Qafqazın kosmik 
şəkillərinin yüksək keyfiyyətə malik olması səbəbindən, praktiki olaraq, bütün 
əsas regional struktur elementlər dəqiq deşifrələnir, aşkar edilir və  sərhəd-
ləndirilir. Bunlardan əlavə, kosmik şəkillərin deşifrələnməsi zamanı, burada 
kompleks birbaşa və dolayı  əlamətlərə görə bir çox xətti törəmələr aşkar 
edilmişdir ki, bunlar da öz növbəsində ortoqonal və diaqonal istiqamətli line-
ament zonaları yaradır
 
(şəkil 64).
 
 
 
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin