98
Şəkil 38. Şimali Pribaltikanın kosmik şəkli (a) və onun geoloji deçifrələmə
sxemi (b) (Al.V.Tevelevə görə).
Deşifrələmə obyektləri: 1-10 – sahəvi (1 – dördüncü dövr vadiləri, 2 – takır və şoranlıqlar, 3 –
leykoqranitlərin massivləri, 4 – zəif turş qranitoidlərin massivləri; 5 – hiperbazit massivləri, 6 – 8 –
qırışıqlar (6 – perm, vulkanik muldalar, saur və sayak qırışıq kompleksləri, 8 – Telbes qırışıq kompleksi),
9 – venda – ordovikin karbonatları, 10 – kembriyəqədər əsasın çıxıntısı, 11-14 – xətti formalar (11 –
geomorfoloji ifadə olunan qırılmalar, 12 – həmçinin, boş (kövrək) çöküntülərin örtüyü altında, 13 –
“pilotaksit” fotorəsmli zonalar, fotoçalarların təzadsız “təmas” zonaları), 15-16 – halqavarı strukturlar
99
(15 – paleovulkanlar, 16 – naməlum genezisli), 17 – horizontal yerdəyişmələr, 18 – cavan qırılmalar
üzrə qalxmış (a) və düşmüş (b) bloklar.
Lokal generalizasiya səviyyəli kosmik şəkillər çox vaxt süxurların maddi
tərkibi haqqında məlumat verir. Əsasən müxtəlif (optik xüsusiyyətlərinə görə)
litoloji tərkibli süxurlardan ibarət lay dəstələri daha dəqiq seçilir. Bu miqyaslı
şəkillərdə çox zaman qırılma pozulmalarının kinematik səciyyəsini, qırışıqlıq
formalarını, morfologiyasını, paleovulkanik strukturları və bəzən isə vulkanik
fasiyaların və maqmatik fazaların münasibətlərini təyin etmək mümkündür.
Orogenik əyalətlər üçün – dağ silsilələrinin, dağarası dərələrin və dep-
ressiyaların növbələşməsi xarakterdir. Relyefin şaquli amplitudundan, iqlim
xüsusiyyətlərindən, bitki örtüyünün paylanmasından, müasir tektonik hə-
rəkətlərin fəallığından asılı olaraq, dağlıq əyalətlərin kosmik şəkillərinin mə-
lumatlılığı çox müxtəlif qlyasiogen əmələgəlmələrlə örtülmüş Pamir və Tibet
yüksək dağ platolarından, Qafqazın və Karpatın meşə ilə örtülmüş dağ
ətəklərindən çox yüksək, dağarası çökmələrin cavan qırışıqlığı zonalarına qədər
ola bilər. Fəal inkişaf edən neotektonik elementlər daha yaxşı əks olunur. Bu
halda relyefdə aşkar edilmiş neotektonik strukturlar distansion tədqiqat üsulları
üçün çox əhəmiyyətli obyektlər olur.
Kontinental generalizasiya səviyyəli kosmik şəkillərdə əsas oroqrafik
elementlər - dağ silsilələri və massivləri, həmçinin dağarası depressiyalar
ayrılır. Deşifrələmə zamanı xətti obyektlərdən dağ massivlərini və dağarası
çökəklikləri sərhədləndirən qırılma pozulmalarının morfologiyası və kinema-
tikası tədqiq oluna bilər (şəkil 39). Orogen əyalətlərin regional kosmik
şəkillərində halqavarı strukturlar ya intruziv çıxışların vulkanik massivlərinin
plandakı formasını əks etdirir, ya da qövsü qırılma sistemləri və xətti
qırışıqların undulyasiyası ilə bağlılığı fərz olunur. Bəzən bu strukturlar cavan
əyilmə sahələri ilə əlaqədar olur. Halqavarı strukturların əksəriyyətinin geoloji
təbiəti naməlum olaraq qalır.
Lokal səviyyəli şəkillərin məlumatlılığı öyrənilən sahənin regional geoloji
və coğrafi xüsusiyyətlərindən yüksək dərəcədə asılıdır. Lokal şəkillər əlverişli
şəraitdə konditsion geoloji xəritələrə yaxın xəritələrin tərtibi üçün əsas kimi
istifadə oluna bilir. Belə ərazilərə arid və yarımarid iqlim zonalarındakı cavan
qırışıqlıq əyalətləri aid etmək olar.
İstinad horizontu kimi, selektivdenudasion səthi formalaşdıran, kosmik
təsvirlərdə seçilən süxurlardan istifadə edilir. Belə hallarda əsas qırışıqlıq
formaları və qırılma pozulma stistemlərini lazımi qədər dəqiqliklə araşdırmaq
olur ki, (şəkil 40) diaqonal və eninə strukturların bəzi xüsusiyyətləri amplitudu
bir neçə on metrlərlə olan yerdəyişmələri fərqləndirməyə imkan yaradır (9-cu
fəslə bax).
100
Şəkil 39. KŞ-də orogenik vilayətlərin lokal qırışıq strukturları:
a – Baysuntau (Qərbi Tyan-Şan); b – Babataq; c – Qlover (Arizona ştatı, ABŞ); d – Aktaş (Tacikistan
depressiysı).
Dağlıq-Tayqa şəraitində strukturmaddi komplekslərin deşifrələnməsi
çətin olduğu üçün, bu sahələrin relyefini bərpa etmək çox vaxt mümkün olmur.
Şaquli və horizontal istiqamətlərdə parçalanmış sahələrin deşifrələnməsi də
əlverişli deyildir, çünki geoloji strukturların bəzi hissələri kölgələr içində
«batır».
Kontinental vulkanik qurşaqlar - yer qabığının özünə məxsus ele-
mentləridir. Onlar tamamilə vulkanik süxurlardan və qranitoid tərkibli int-
ruziyaların geniş yayılmış komaqmatiklərindən təşkil olunur. Vulkanik qatın
daxili quruluşu da özünə məxsus olur, onlar üçün xüsusi qırışıqlıq strukturlar
deyil, tektonovulkanik depressiyalar, qrabenlər, ekstruziv günbəzlər, kalderalar
uçqunlar və s. struktur formalar xarakterdir.
Kontinental və regional generalizasiya səviyyəli kosmik şəkillərdə vul-
kanik qurşaqlar peneplenin, eyniyaşlı tektonik elementlərlə birlikdə, vahid
səthilə örtülməmişdirsə, fototəsvirin xüsusiyyətlərinə görə aydın sərhədlənir.
101
Vulkanik qurşaqların sərhədləri qırılmalarla üst-üstə düşdüyü zaman daha
inamla keçirilir. Vulkanik qurşağın ayrı-ayrı halqaları çox vaxt foto təsvirin
müxtəlif rəsmləri ilə (adətən dendrit formalı) səciyyələnir. Çox zaman, xüsusən
Mərkəzi Qazaxstanda püskürmə süxurları arasındakı vulkanik qurşağın qədim
əsasının qalxması yaxşı seçilir.
Şəkil 40. Baysun çökəkliyinin (Orta Asiya) KŞ-nin geoloji deşifrələmə sxemi:
1-3 – təmaslar: 1 – stratiqrafik, 2 – tektonik, 3 – bölgüsüz, 4 – müxtəlif deşifrə sahələrinin
sərhədləri; 5 – şumlanmış sahələr; 6 – lokal lineamentlər; 7 - nişanlayıcı horizontlar.
Kontinental və regional generalizasiya səviyyəli kosmik şəkillərdə struk-
turlar adətən dərinlik qırılmalarına uyğun gəlir.
Lokal generalizasiya səviyyəli şəkillərdə sahəvi obyekt kimi ayrı-ayrı
vulkanotektonik depressiyalar, qrabenlər, törəmə əyilmələri ayrılır. Onlar
təsvirin rəsminə və ümumi foto rəngçalarına görə seçilir. Bu şəkillərdə çox vaxt
törəmə kvarslaşma və başqa təzahürlərlə müşayiət olunan iri subvulkanik
kütlələr rast gəlir. Onlar ağımtıl foto rəngçalarına malik olur, lava və tuf
örtüklərinə cavab verən, nisbətən tünd sahələrdə aydın seçilirlər. Bəzən sahəvi
obyektlər kimi, iqnimbritdən təşkil olunmuş ayrı-ayrı cavan platobazaltlar və
depressiyalar deşifrə olunur. Vulkanik çökmə komplekslərdən təşkil tapmış
sahələr də yaxşı seçilir. Onlar üçün nazik zolaqlı rəsm çox xarakterdir.
Dəqiq generalizasiya səviyyəli kosmik şəkillər iri lava axımlarını, tuf
laylarını, vulkanik-çökmə lay dəstələrini, müxtəlif formalı subvulkanik və
102
ekstruziv kütlələri, ayrı-ayrı vulkanik aparatları (kalderaları, nekləri, şlak
konuslarını, çat püskürmələrinin köklərini) deşifrələməyə imkan yaradır.
Beləliklə, struktur geoloji tədqiqatlar üçün 1: 2 500 000 və daha irimiq-
yaslı kosmik şəkillər daha yararlıdır. Kiçik miqyaslı şəkillər yalnız əlverişli şə-
raitdə məlumat daşıyır. Kosmik şəkillərdə laylı komplekslərin özünü əksetdir-
mə dərəcəsi, bu kompleksləri təşkil edən süxurların müxtəlifliyindən bir o qədər
deyil, onların yatım xüsusiyyətlərindən, laylaşmasından və denudasiya pro-
sesinə qarşı dayanıqlıq dərəcəsindən asılıdır (şəkil 41). Sadə monoklinal və ya
Şəkil 41. KŞ-də qırışıq qurşaqlar:
a – Zaqros, b – Cənubi Makran, c – Appalaçi, d – Kelpintaq.
qırışıqlıq strukturu yaradan, ritmik quruluşlu qalın laylı qatın təhlili zamanı
kosmik təsvirlərin daha aydın geoloji modeli formalaşır. Belə quruluşlu lay
dəstələri dağ qırışıqlıq komplekslərinin kənar hissələrinin mezozoy paleogen
103
kəsilişləri üçün xarakterikdir. Lakin onlara daha cavan və qədim çöküntülərin
arasında da rast gəlinir. Laylı əmələgəlmə strukturlarının mürəkkəb quruluşlu
relyefdə yaxşı görünməsinə baxmayaraq, onların təsvirlərinin homogeniza-
siyasına gətirib çıxarır.
Struktur-geoloji təhlil üçün paleozoy qırışıqlıq və xüsusən paleozoya-
qədər ki stratifikasiya olunmuş komplekslərin kosmik təsvirləri çox çətindir.
Hətta bu süxurların zəif metamorfizmləşməsi onların möhkəmlik xassəsini
(denudasiyaya nisbətən) tarazlaşdırmağa gətirib çıxarır. Onlar artıq relyefi
«tutub saxlamaq»xüsusiyyətini itirir və uyğun olaraq, yüksəklik təsvirlərdə pis
oxunur.
Bəzi hallarda laylı süxurlar, optik xüsusiyyətlərinə görə, elə müxtəlif olur
ki, yalnız fotorəngçalarına görə seçilir.
Bundan əlavə, layların ortasıldırım monoklinal yatımları şəraitində sü-
xurların dayanıqlığındakı cüzi fərq, bu layların geoloji strukturunu əks etdirən
sıravi kuest relyefinin formalaşmasına kömək edir.
Maraqlıdır ki, relyefin hamarlanması şəraitində (Qazaxstanın alçaq
təpəlik tipli) paleozoy yaşlı laylı qatların deşifrələnməsi üçün şərait, dağlıq
rayonlara nisbətən, əksər hallarda yaxşılaşır. Peneplenin inkişafı şəraitində
müxtəlif litoloji tərkibə malik süxurların üzərindəki kiçik qalınlıqlı elüvial
örtük, çox vaxt optik xassələr baxımından, köklü süxurlara nisbətən daha
müxtəlif olur.
Distansion zondlama məlumatlarına əsasən, dərin metamorfizmləşmiş
süxurlar çox çətinliklə strukturgeoloji təhlil olunur. Onlar üçün litomorf relyef
səciyyəvi deyildir, strukturları mürəkkəb, optik xüsusiyyətləri isə yaxındır.
Ortamiqyaslı şəkillərdə dərin metamorfizmləşmiş süxurların təsviri əksər
hallarda homogen olur. Lakin irimiqyaslı şəkillərdə kifayət qədər böyük
strukturformasion komplekslərin sahəvi yerləşməsini, xüsusən onların yayıl-
ması qırılma pozulmaları ilə nəzarət olunursa, təyin etmək olar.
Cavan submetamorfizmləşmiş çökmə komplekslər distansion zondlama
məlumatlarına əsasən geolojistruktur təhlil üçün xüsusi qrup obyektləri təşkil
edir. Dağarası çökəklikləri doldurmuş neogen dördüncü dövr yaşlı terrigen
molassların daxili strukturu, molass prosesinə davamlılığının zəif seçilməsinə
görə, kosmik şəkillərdə (xüsusilə ağ-qara şəkillərdə) zəif aşkar olunur.
Əgər molass əmələgəlmələrinin kəsilişində optik ziddiyyətli qatlar (Tacik
depressiyasının qırmızı rəngli molasslarında ağ gips horizontu) və ya qeyri-
molass tipli qatlar (məsələn, Kür çökəkliyinin boz molasslarında sarmatın
möhkəm dəniz əhəngdaşları və qumdaşları) rast gələrsə, onların deşifrələnməsi
xeyli asanlaşar. Birinci halda, molassların strukturu fotorəngçalan əlamətinə,
ikinci halda isə strukturgeomorfoloji əlamətlərinə görə ayrılır. Nəhayət, de-
şifrələmə üçün daha bir əlverişli süxur birliyi molass kəsilişlərində konqlomerat
və kobud qırıntılı terrigen süxur dəstələrinin növbələşməsidir. Konqlemeratlar,
praktiki olaraq, həmişə sipər səthlər əmələ gətirir. Burada relyefin struktur-
104
təyinedici formaları tabeli səciyyə daşıya bilməsinə baxmayaraq, onlar iri-
miqyaslı kosmik təsvirlərdə aşkar olunur.
Yaxşı açılış şəraitində kosmik təsvirlərdə cavan çöküntülərin quruluşu
çox aydın görünür. Adətən, dördüncü dövr örtük əmələgəlmələri, distansion
zondlama materiallarında, təsvirləri fərdi rəsmlərinə görə tanınan relyef
formaları yaradır, yəni dördüncü dövr çöküntüləri ilə örtülmüş ərazinin kosmik
təsvirlərinin təhlili zamanı həm geomorfoloji və həm də onlara uyğun təsvirin
geoloji modeli formalaşır. Deşifrələnməni çətinləşdirən amillər isə əsasən
ərazinin meşə ilə örtülməsi və kənd təsərüfatı sahələri ilə əhatə olunmasıdır.
Kosmik təsvirlərdə laysız geoloji kütlələrin aşkarı və təhlili regional
tektonik və geomorfoloji xüsusiyyətlərdən asılıdır. İntensiv parçalanmış yüksək
dağlıq şəraiti hətta iri intruziv massivlərin aşkar edilməsi üçün də əlverişli
deyildir. Bu, yeni tektonikanın, qədim strukturları tamamilə dəyişdiyi cavan
dağ zonalarında özünü xüsusən kəskin büruzə verir. Məsələn, Cənubi Tyan-
Şanda Qissar qranitoid massivinin sərhədləri yalnız dolayı əlamətlərinə görə
təyin edilir.
İntruziv süxur massivləri qədim qalxanların və cavan platformaların kos-
mik şəkillərində daha yaxşı izlənilir. Təsvirlərin görünmə dərəcəsi onların
yaşından, formasından və tektonik struktur ilə əlaqəsindən asılıdır. Konkordant
xətti uzanmış massivlər, bir qayda olaraq, diskordant izometrik massivlərə
nisbətən pis aşkar edilir. Məsələn, Kola yarımadasının şəkillərində Baltik
qalxanı Peçenqa rift zonasının konkordant ultraəsaslı massivləri çətin aşkar
edilir, İmandravarzuq rayonunun izometrik massivləri isə praktiki olaraq,
istənilən şəkillərdə aydın aşkar olunur. Bu, eyni dərəcədə Xibin və Lavozer tipli
paleozoy yaşlı intruzivlərə və alt proterozoy yaşlı Monçetundra plutonuna da
aiddir.
Cavan platforma qalxanlarında intruziv massivlərin landşaftda görünməsi
(təbii ki, kosmik şəkillərdə) onların forması, tərkibi və yaşından çox asılıdır.
Məsələn, Mərkəzi Qaxaxstanın cənub hissələrində kosmik təsvirlərdə ən cavan
(perm yaşlı) qranitoid massivləri yaxşı görünür. Bektauata kimi iri izometrik
intruzivlər, hətta kontinental səviyyəli şəkillərdə belə aşkar görünür, izometrik
formalı devon yaşlı massivlər isə xeyli zəif aşkar edilir. Görünür, bu onunla
əlaqədardır ki, cavan, turş tərkibli massivlər zəif, ən yeni fəallaşma şəraitində
çərçivəyə nisbətən “üzə çıxır”və fototəsvirdə səciyyəvi rəsmlə nəzərə çarpan
(adətən mərkəzəqaçma) müsbət relyef formaları əmələ gətirir. Devon (daha
cavan) massivlərinin denudasiyası və “üzə çıxması” əvvəlki tektonik eralarda
başa çatmışdır və indi onlar azqalınlıqlı, praktiki olaraq, müstəvi şəkilli kütlə
formalarında olub, relyefdə aydın görünmür. Struktura uyğun yatan kiçik hi-
perbazit kütlələri daha pis aşkar edilir. Onlar nəzərdən keçirilən rayonun
kosmik şəkillərində, bu kütlələrin üzərində montmorillonitin qalın aşınma
qabıqlarının inkişafı ilə əlaqədar olaraq, özlərini nisbətən açıq fotorəngçaları ilə
büruzə verirlər. Kosmik təsvirlərdə deşifrələnmiş intruziv kütlələrin sərhədləri
105
çox vaxt yer səthindəki real sərhədlərindən böyük olur. Buna səbəb, massivin
tavanının azqalınlıqlı, həddən artıq dəyişmiş, sallaq kənar hissəsinin isə kosmik
şəkillərdə massivin özü ilə eyni görkəmə malik olmasıdır.
Ən yeni fəallaşma əyalətlərindəki duz «günbəzlərinin» təsvir rəsmləri
izometrik qranitoid massivlərinin cizgilərinə oxşardır. Bunlar da, relyefin
müsbət formalarını əmələ gətirən, «üzəçıxan» strukturlardır. Tektonik sakit
əyalətlərdə duz çıxışları ilə əksəriyyət mənfi geomorfoloji izometrik elementlər
əlaqədardır. Bunlar bəzən tağyanı qırılma pozulmaları sisteminin intensiv
inkişafı səbəbindən “sınmış boşqaba”bənzəyir.
Distansion üsulların inkişafı “qırılma” və “qırılma pozulmaları” termin-
lərinin mənasını xeyli dəyişmişdir. Kosmogeoloji işlərin təcrübəsində qırılma
pozulmaları və qırılmalar daha geniş mənada “deşifrələnmənin xətti obyektləri”
(və ya “lineament”) kimi istifadə olunur. Sonuncular, yerdəyişmə qırılmaları və
dərinlik tipli qırılmalardan əlavə, çatları, çatlılıq və nüfuzetmə zonalarını,
müxtəlif landşaftla əks olunan basdırılmış xətti bölmələri və s. saxlayan xətti
deformasiya strukturlarını birləşdirir. Xətti obyektlərin əksəriyyətini yalnız
icmaldistansion təsvirlərdə aşkar etmək olur. Burada, onlar geoloji və geo-
morfoloji quruluşun azəhəmiyyətli hissələrinin məcmusundan generalizasiya
olunur.
Qırılma üzrə geoloji sərhədlərin yerdəyişməsinin aşkar edilməsi qırılma-
ların kinematikası və onların baş tektonik zonallığa görə istiqamətindən asılıdır.
Daha kiçik sürüşməqırışıqlığa və ya monoklinallara nisbətən diaqonal və ya
eninə səmtdə yerdəyişmə kinematikalı qırılmalar boyu aşkar edilə bilər. Dəqiq
və lokal səviyyəli şəkillərdə amplitudu on metrlərlə ölçülən yerdəyişmələr aşkar
olunur. Qranit və digər vulkanogen süxurlarda yerdəyişmələr kifayət qədər
aydın görünür. Eninə qırılıb-düşmələr üzrə yerdəyişmələr, məhz geomorfoloji
cəhətdən özünü büruzə verdiyi üçün amplitudun qiymətləndirilməsi yalnız
təxmini ola bilər. Bunları həmçinin sıldırım qırıdlıb-qalxmalara aid etmək olar.
Üstəgəlmələr kosmik şəkillərdə çətinliklə aşkar olunur və onların am-
plitudunu təyin etmək nadir hallarda mümkündür.
Nəticədə qeyd etmək lazımdır ki, ideal fotogenik geoloji əmələgəlmə
sərhədlərində kosmik şəkillərin deşifrələmə materialları əsasında, hətta dəqiq-
liyinə görə yerüstü geoloji planalma xəritələrindən də üstün analoqlarını ya-
ratmaq olar. Lakin belə sahələrə çox nadir hallarda rast gəlinir. Struktur-geoloji
tədqiqatlarda kosmik məlumatlar öyrənilən ərazinin geoloji quruluşunun ayrı-
ayrı fraqmentlərini dəqiqləşdirməklə bərabər, məlumatları tənzimləməkdə (bu
kosmik şəkillərin ümumi görünüşü ilə bağlıdır), geoloji quruluşun ayrı-ayrı
elementlərinin struktur səciyyəsini aydınlaşdırmaqda və yerüstü tədqiqatlar
zamanı zəif görünən və ya heç görünməyən strukturları xəritələməkdə tətbiq
edilir.
106
7.2. Distansion zondlama materiallarının geoloji
xəritələmədə tətbiq xüsusiyyətləri
MDB-də regional geoloji tədqiqatlar 1:1000 000 - 1:500 000, 1:200 000 -
1:100 000 miqyaslarında aparılır. Bunlar aparılan işlərin üsullarından və alınmış
kartoqrafik məhsullardan asılı olaraq, aşağıdakılara: kosmofotogeoloji xəritələ-
mə; aerofotogeoloji xəritələmə; qrup və ayrı-ayrı planşetlər üzrə planalma; iş-
lənmiş sahələrin əlavə geoloji öyrənilməsi; dərinlik geoloji xəritələmə; geoloji-
mineragenik xəritələmə; yüksək dərinlikli və dərin quyuların qazılacaq sahələ-
rinin öyrənilməsinə bölünür.
Tədqiqatlar kompleksində geoloji distansion üsulların roluna görə yuxarı-
da göstərilən iş növlərini üç qrupa bölmək olar. Birinci qrupa - kosmo-aero-
fotogeoloji xəritələməni aid etmək olar, çünki xəritədə göstərilən əksər geoloji
məlumatlar distansion üsullarla alınmışdır. İkinci qrupa- dərinlik geoloji xə-
ritələmədən başqa, bütün digər işlər aiddir. Bu işlərdə deşifrələmənin məlu-
matları digər geolojitədqiqat üsullarının məlumatları ilə birlikdə istifadə edilir.
Üçüncü qrupa isə dərinlik geoloji xəritəalma aiddir. Bu zaman dis-tansion
zondlama məlumatları geoloji məlumatlar almaq üçün əlavə üsul kimi istifadə
olunur.
Kosmofotogeoloji xəritəalma, qısa zamanda və az əmək sərfi ilə geniş
sahələrin geoloji quruluş xüsusiyyətlərini qiymətləndirməyə imkan verir.
Kosmofotogeoloji xəritə sərbəst geoloji sənəddir. O, yer qabığı quruluşu
və faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarının aşkar edilməsi; geoloji
məzmunlu xəritələrin dəqiqləşdirilməsi və yeniləşdirilməsi; tarixigeoloji, re-
gional tektonik, geodinamik və digər tərtibatlarda tətbiqi xarakter daşıyan
məsələlərin həlli; geolojikəşfiyyat işlərinin planlaşdırılması və s. üçün əsas kimi
istifadə edilə bilər.
DZÜ (distansion zondlama üsulu) nəinki xüsusi xəritələrin, hətta ənənəvi
geoloji məzmunlu xəritələrin tərtibində də tətbiq edilir. Buna görə keçmiş SSRİ
Geologiya Nazirliyinin mütəxəssisləri tərəfindən uyğun metodik göstərişlər
işlənib hazırlanmışdır.
Kosmofotogeoloji xəritələr - 1:1000 000 (əsasən platformaların plitə
kompleksli rayonları üçün) və 1:500 000 (qırışıqlıq zonalar və platforma
qalxanları üçün) miqyasında tərtib edilir; daha iri miqyaslı xəritələr də tərtib
etmək mümkündür. Kosmofotogeoloji xəritəalma obyektləri əsasən rayonun
tipindən asılı olaraq, 150-500 min km
2
sahəsi olan vahid geostruktur element
və ya bu elementin iri bir hissəsi ola bilər. Bu məqsədlər üçün əsas material
kimi, “Kosmik” peyklərdən alınmış şəkillər və onların vasitəsilə tərtib edilmiş
kosmofotoxəritələr istifadə edilir (xəritələmənin miqyasına uyğun). Icmal
deşifrələmə üçün MSU-M, MSU-S skaner təsvirləri və KATE- 140 kamerası ilə
alınmış fotoşəkillər məsləhət görülür.
107
İlkin kameral işləri dövründə xəritənin maketi hazırlanır və deşifrələmə
materiallarının yerüstü yoxlanılma planı işlənilir.
Çöl işlərində aydın olmayan geoloji və mineragenik əhəmiyyətə malik
obyektlər və deşifrələmənin etalon obyektləri öyrənilməlidir. Bundan əlavə,
əvvəlcədən məlum olan geolojigeofiziki məlumatlarla, deşifrələmənin kəskin
fərqlənən sahələri yoxlanılır. Kosmogeoloji xəritələrdə məlum geoloji tərkibli
xətti və dairəvi əmələgəlmələrlə yanaşı (yer səthinə çıxmış və basdırılmış
qırılmalar və kütlələr) naməlum geoloji obyektlər də göstərilir.
Ortamiqyaslı (1:200 000) aerofotogeoloji xəritələmə, cavan qırıntı çökün-
tülərilə örtülmüş, sadə geoloji quruluşlu sahələrdə aparılır.
1: 50 000 miqyaslı aerofotogeoloji xəritələmə əsas iş növüdür. Burada
lokal və dəqiq generalizasiya səviyyəli kosmik şəkillərin köməyi ilə rayonun
geoloji quruluşunun ümumi qanunauyğunluqları dəqiqləşdirilir,daha iri geoloji
elementlərin qarşılıqlı əlaqəsi aydınlaşdırlır və nisbətən yüksək taksonomik
dərəcəli geostruktur formalar daxilində tədqiq edilən sahələrin vəziyyəti təyin
edilir.
Qrup və ayrı-ayrı planşetlər üzrə planalma və əvvəlcədən öyrənilmiş
sahələrin geologiyasının yenidən öyrənilməsinin davam etdirilməsi regional
geoloji tədqiqatların əsas növləridir.
Hazırkı dövrdə geoloji planalma zamanı kosmik şəkillərin məqsədli de-
şifrələnməsi mütləqdir.
Kosmik şəkillərin analizi – regionun ümumi strukturunda öyrənilən
sahənin vəziyyətinin təyininə, həmin rayonun həm daxilində, həm də
xaricindəki iri zonaların və strukturların ayrılmasına və izlənilməsinə, əsas
strukturmaddi komplekslərin struktur mərtəbələrinin və yarımmərtəbələrinin
xəritələnməsinə imkan yaradır. Sahələrin əlavə geoloji öyrənilməsi zamanı
DZM- lokal geoloji obyektlərin qarşılıqlı münasibətləri haqqında və faydalı
qazıntılar, perspektiv sahələrin daha inamlı proqnozu haqqında tam məlumat
verir.
mineragenik xəritələmə- müxtəlif mineral əmələgətirən (filiz nəzarət
edən) amillərin, faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarını təyin etmək
və perspektiv obyektləri ayırmaq üçün axtarış əlamətlərinin xəritələnməsi və
öyrənilməsi məqsədi daşıyır. Əslində burada DZM, prinsipcə yeni geoloji və
axtarış məlumat mənbəyi kimi başqa materiallarla birlikdə istifadə edilir.
1:500 000 miqyaslı geolojimineragenik planalma zamanı proqnoz obyekti
yeni filiz düyünləri və zonaları, iri filiz sahələri; 1:200 000 miqyasda isə filiz
sahələri və istisna kimi onların ölçülərinə bərabər olan yataqlar və məntəqələr
olur. DZM-lə əvvəlcədən filizə nəzarət edən və ya ona aid obyektlər aşkar
edilir. Proqnozlaşdırılacaq faydalı qazıntı növlərinin yerləşməsini təyin edən
strukturgeoloji elementlərin və obyektlərin təyinatında və həmçinin filizləş-
mənin kosmik təsvirlərin rəngçalar həndəsi xüsusiyyətləri ilə əlaqəsinin aşkar
108
edilməsində (hətta onların geoloji təbiəti naməlum olduqda) DZM daha mü-
vəffəqiyyətlə tətbiq edilir.
Xəritələmə prosesində obyektlərin çöl tədqiqatı və bu əsasda deşifrələmə
məlumatlarının sistemləşdirilməsi mütləq hesab edilir.
Həddən artıq dərinlikli və dərin quyular qazılacaq sahələrin geoloji
öyrənilməsi ortamiqyaslı xüsusi regional geoloji tədqiqatlardır.
İşlərin aşağıdakı ardıcıllıqla aparılması tövsiyə edilir: l) spektrin müxtəlif
diapazonlarında müxtəlif operatorlarla, şəkillərin ilkin deşifrələmə sxeminin
adətən 1: 1 000 000 miqyasda tərtibi; 2) nəticələrin müqayisə edilməsi və geo-
loji, geofiziki tədqiqatların məlumatlarının cəlb edilməsilə deşifrələmə obyekt-
lərinin geoloji interpretasiyası; 3) deşifrələmə xəritələrinin tutuşdurulması, geo-
loji kəsilişlərin tərtibi, quyu qazılacaq yerin dəqiqləşdirilməsi; 4) xüsusi xəri-
tələrin tərtibi və qazımanın nəticəsini nəzərə almaqla, quyu qazılacaq sahənin
dərinlik modelinin qurulması. Bu zaman əsasən geoloji tərtibi 1:200 000 miq-
yasında olan lokal və dəqiq kosmik şəkillər tətbiq edilir.
Kola yarımadası rayonunda qazılan həddən artıq dərinlikli quyuda
aparılan işlərin təcrübəsi göstərir ki, kosmik şəkillərin məqsədəuyğun deşifrə-
lənməsi prinsipcə yeni strukturların ayrılmasına, əvvəlcədən məlum olan struk-
turlar haqqında yeni təsəvvürün formalaşmasına, quyu vasitəsilə açılmış və
səthdə inkişaf tapmış geoloji komplekslərin korrelyesiyasına imkan yaradır.
|