VIII. STRUKTUR-GEOMORFOLOJI TƏDQİQATLARDA KOSMİK
İNFORMASİYANIN TƏTBİQİ
Kosmik informasiya yer səthi relyefinin öyrənilməsində daha müvəffə-
qiyyətlə istifadə olunur.
Əvvala, kosmik təsvirlərin stereomodelinin müşahidəsi zamanı, öyrənilən
səthin relyefi hər hansı bir nəzəri təsəvvürdən cüzi asılıdır və ya qətiyyən ondan
asılı deyildir, bütün tədqiqatçılar müxtəlif dərəcəli dəqiqliyə baxmayaraq,
relyefin stereomodelini eyni cür görürlər.
İkincisi, relyef - kosmik təsvirlərin görkəmini əks etdirən səthin əsas
xüsusiyyətlərindən biri hesab edilir. Relyefin yüksəkliyində, onun parçalanma
dərəcəsi və xarakterində olan, hətta cüzi bir dəyişiklik onların inteqral optik
xassəsinə təsir edir və şəkillərdə həkk olunur. Bu bir neçə səbəblə izah olunur.
Şəkillərdə passiv ölçü komplekslərilə alınmış relyefin yaxşı fotoifadəliliyi fərdi
optik səciyyələrə malik təbii landşaftın, ilk növbədə, böyük dəyişkənliyi və
ixtisaslaşması ilə əlaqədardır. Bundan əlavə, kosmik şəkillərdə relyefin qa-
barıqlığı kölgələrlə qeyd olunur. Günəşin alçaqda durması zamanı kölgələr
hətta erozion şəbəkənin çox xırda hissələrini, zəif görünən silsilələri və pillələri
aşkarlandırır. Fəal radiolokasion ölçü sistemlərinin istifadəsində əsas parametr
relyefdir. Lokasiya horizonta nisbətən kiçik bucaq altında aparıldığına görə,
relyefin hissələri uzun kölgələr şəklində görünür, bu baxımdan, radiolokasiya
kosmik şəkillər günəşin alçaqda durması zamanı çəkilmiş fotoşəkillərinə çox
oxşar olur. Nəzərə almaq lazımdır ki, radarın santimetrlik şüalanması, atmos-
ferdə foto və skaner ilə ölçülən mikrometr şüalanmasından fərqli olaraq, zəif
səpələnir, ona görə də radar planalmasında relyef özünü daha aydın göstərir.
Relyefin öyrənilməsinə böyük maraq onunla əlaqədardır ki, o geoloji
quruluşun və proseslərin indikatoru hesab olunur. Regional generalizasiya
səviyyəli kosmik şəkillərdə cəmi 4-5 m qalınlıqlı laylar kifayət qədər iri relyef
formaları əmələ gətirdiyi zaman, onların dəqiq deşifrələnməsi halları məlum-
dur. Lakin elə hallar mümkündür ki, müxtəlif tərkibli, lakin davamlılığına görə
yaxın olan süxurlardan təşkil tapmış litoloji komplekslərin strukturları çox vaxt
təsadüfü geomorfoloji elementlərlə o dərəcədə maskalanmış olur ki, kosmik
şəkillərdə oxunmur.
Kosmik şəkillər neotektonik rayonlaşdırma üçün daha əhəmiyyətli mate-
rial hesab olunur. Buna relyefin yaxşı görünməsi və yer səthinin yüksəklik
şəkilləri üçün səciyyəvi olan bir təsvirdə öyrənilən sahənin landşaft, geomor-
foloji və geoloji modellərinin üst-üstə düşməsi səbəb olur.
110
8.1. Strukturgeomorfoloji tədqiqatların məsələləri və məqsədi
Strukturgeomorfoloji tədqiqatlar zamanı relyef ümumi strukturtektonik
şərailə kompleksdə öyrənilir. Strukturgeomorfoloji təhlilin əsas məqsədi tek-
tonik və relyef əməmələgətirmə proseslərinin qarşılıqlı əlaqəsini dərk etməkdir.
Beləliklə, strukturgeomorfoloji tədqiqatlar geologiya və ümumi geomorfologiya
elmələri arasında aralıq vəziyyət tutduğu üçün, onların bu üsullarından geniş
istifadə olunur.
Geoloji və onlara uyğun geomorfoloji obyektlərin dərəcəliliyi ilə bağlı
olaraq, strukturgeomorfoloji təhlilin məsələlərini: lokal, regional və qlobal
növlərə bölmək olar. Lokal səviyyədə relyefdə lokal tektonik strukturların
(qırışıqlıq, blok, fleksura, qırılmalar və s.) təzahürü və ya əksi, o cümlədən,
müəyyən geoloji proseslərlə (məsələn, buzlaşma, çay eroziyası və akkumul-
yasiyası, külək akumulyasiyası, zəlzələlər, vulkanik proseslər və s.) əlaqədar
olan relyef formalarının xarakter kompleksləri öyrənilir.
Regional səviyyədə relyefin ümumiləşdirilmiş xassələri və nisbətən iri
tektonik və neotektonik vahidlərin bünövrə qırışıqlığının, iri platforma val və
çökəkliklərin, həm rift, həm də digər tip qırışıqlıq qurşaqların və dağarası
çökəkliklərin eninə qalxımları və çökəklikləri və bir sıra digər tektonik və
neotektonik struktur elementlərin relyef əmələgətirmə xüsusiyyətləri öyrənilir.
Regional məsələlərə,o cümlədən iri pozulma zonaları və regional dərinlik
deformasiya zonalarının relyefdəki təzahürünün təhlili də aiddir.
Qlobal səviyyədə planetar dərəcəli geomorfoloji elementlər öyrənilir. Bu
həm statik tektonik model (məsələn, qitələr, okeanlar və ya platformalar
epigeosinklinal dağ qırışıqlıq qurşaqları), həm də tektonik inkişafın dinamik
modeli çərçivəsində (məsələn, spredinqin orta okeanik zonaları okeanik
çökəkliklər subduksiya sistemləri tavaların qitə seqmentləri və s.) olur.
Ümumiyyətlə, relyefin öyrənilməsinin spesifik məsələsi geomorfoloji
triada deyilən bölgüyə gətirib çıxarır. Bunlar, relyefin həndəsi səciyyəsinin
təhlili və aşkarı, yaş səciyyəsi və inkişaf xüsusiyyətləri (tarixi geomorfologiya)
və onların genezisidir. Struktur geomorfologiyanın morfometrik məsələlərinin
həllində distansion zondlama materialları çox, genetik məsələlərin həllində isə
nisbətən az istifadə olunur. Tarixi geomorfologiyanın məsələləri adətən geo-loji
və geomorfoloji üsulların kompleks tətbiqi zamanı həll olunur.
8.2. İnformasiya mənbəyinin seçilməsi
Lokal və regional səviyyəli stereotəsvirlərdə relyefin öyrənilməsi zamanı
panxromatik ağ-qara və spektrin yaşıl hissəsində çəkilmiş fotoşəkillər daha
əhəmiyyətlidir. Rəngli fotoşəkillərin zəif sahəvi həlletmə qabiliyyətinə bax-
mayaraq, ağ-qara şəkillərdən yardımçı kimi istifadə etmək olar.
111
Tək şəkillərə görə relyefin öyrənilməsi zamanı, fotoşəkillərdən əlavə, lan-
lşaftın ayrı-ayrı komponentlərini müxtəlif dərəcədə əks etdirən, bütün spektr-
lərdə çəkilmiş skaner şəkillərindən də istifadə edilməsi məsləhət görülür. Dəqiq
morfometrik təhlili radar şəkillər üzrə aparmaq daha əlverişlidir. Onlar kiçik
lokasiya bucağında çəkilərkən daha effektli, relyefin əks etdirilməsində yüksək
ifadəliliyə malik olurlar.
Radiolokasiya şəkilləri bəzən kiçik qalınlığa malik çökmə süxurların
altında basdırılmış relyefi izləməyə imkan yaradır. Yüksəklik fotoşəkillərində
yaxşı işıqlanma şəraitində 40-60 m dərinliyə qədər sualtı relyefin öyrənilməsi
mümkündür. Su qatınin qalın olduğu şəraitdə, relyefi yalnız dolayı məlu-
matlarla öyrənmək mümkün olur.
Müasir dövrdə peykdəki radiolokasiya yüksəklik ölçü cihazının vasitəsilə
okean dibi relyefinin aşkarlanması üsulu işlənilib hazır lanmışdır. Okeanın
səthi, relyefi sanki daş yığımları olan bağ üzərinə atılmış kobud yun yorğan
kimi əks etdirir. Bu üsulla okean dibi relyefinin xəritəsinin alınması üçün küllü
miqdarda radiolokasiya məlumatlarının qeydiyyatı, onların qravitasiya sahə-
lərilə müqayisəsi və o cümlədən, təsviri almaq üçün xüsusi komyüter üsulunun
istifadəsi tələb olunur.
8.3. Relyefin forma və formalar komplekslərinin
yer qabiğı strukturları inkişafının nəticəsi kimi
Yer qabığı haqqında zaman kəsimində inkişaf edən, dəyişən sistem kimi
təsəvvür onun strukturunu müxtəlif yaşlı və dərəcəli elementlərin birliyi kimi
qəbul etməyə imkan yaradır. Ümumi halda, yer səthini zamanın hər bir anında
sahələr birliyi kimi təsəvvür etmək olar ki, onlardan da birində o zamankı
“canlı” strukturların inkişafını əks etdirən relyef əmələgəlmə fəal xarakter
daşıyır, digərində isə yalnız passiv preparasiya və ya əksinə “ölmüş” struk-
turların nivelirlənməsi (hamarlanması) baş verir.
Relyef tektonik strukturlara nisbətən ən yeni və xüsusilə müasir tektonik
hərəkətlərin indikatoru kimi daha əyanidir.
Fəal tektonik xətlər boyu metrlik, bəzən isə desimetrlik yerdəyişmələr,
yaxşı görünən relyef formalarında geoloji mənada ani əks olunur, bununla
belə,onların geoloji strukturlarda aşkar edilməsi, hətta yerüstü tədqiqatlarda da
çətinlik törədir.
Ekzogen proseslərdən tektonik hərəkətlərə qarşı daha həssas su erozi-
yasıdır. Eroziyaya, ilk növbədə, hər bir zəifləmiş zona, məsələn, yüksək çatlı
zonalar məruz qalır. Bu zonalarda hidroşəbəkə inkişaf edərək möhkəmlənir və
relyefdə müxtəlif miqyaslı erozion dərələr (yarğanlar) kimi özünü büruzə verir.
Sahəvi strukturların inkişafı, çox vaxt yer səthinin regional meylliyinin dəyiş-
məsi və uyğun olaraq, hidroşəbəkənin planının yenidən qurulması, bir dərənin
məhvi, digərinin isə inkişafı ilə müşayət olunur. Bu və ya digər regionun
112
eroziya şəbəkəsinin təkamülünün nəticəsi onun relyefinin parçalanmasının
xarakter rəsmi hesab olunur. Relyefin parçalanma rəsmi kosmik şəkillərdə
aydın aşkar olunur; bu təsnifata uyğun olan eroziya şəbəkəsi rəsmlərinin
təsnifatı və relyef sahələrinin xüsusi ayrılması sadə, lakin neotektonik rayon-
laşdırmanın əyani və daha etibarlı üsulu hesab olunur (şəkil 42).
Şəkil 42. Dağlıq və düzənlik rayonların erozion parçalanmasının xarakter
şəkilləri:
a – Monqol Altayı, b – Xardamat yaylası (Ərəbistan yarımadası); v – Tassilin – Aser,
q – Antiatlas (v-q – Şimali Afrika), d – İordaniya. e– Somali.
Eol buzlaşma prosesləri ilə bağlı olan relyef formalarının ən yeni tektonik
hərəkətlərlə əlaqəsi aydın görünməsə də, bu əlaqəni təsdiq edən məlumatlar
mövcuddur. Məsələn, hər bir barxanın morfologiyasıın küləklərin üstünlük
təşkil edən istiqamətləri ilə əlaqədar olmasına baxmayaraq, uzanmış barxanlar
zəncirinin istiqaməti, görünür ki, müəyyən struktur əsasa malikdir. Səhra və
yarımsəhra rayonlar üçün səciyyəvi olan, zəif əlaqəli süxurların lokal üfürül-
məsi ilə bağlı deflyasion yuvavarı relyef, ehtimal ki, ərazinin struktur planını
irsən saxlamışdır. Müasir buzlaqların yayılması (arktik zonadan kənarda) fəal
inkişaf edən neotektonik strukturlarla bağlıdır (şəkil 43).Bundan əlavə, çox
113
zaman sonmoren silsilələrinin (həm dağlıq, həm də düzənlik sahələrdə) yer-
ləşməsi və istiqaməti, su buzlaq axım dərələri, kamlar və ozlar üzərində tek-
tonik nəzarət aydın görünür. Ortamiqyaslı kosmik təsvirlərdə bu relyef for-
malarını aşkar etmək üçün müəyyən təcrübə tələb olunur. Öz fotogenik xüsu-
siyyətlərinə görə onlar eroziyon formalardan geri qalır.
Şəkil 43. KŞ-də dağ buzlaqları:
a – Pamir (şəklin yuxarı hissəsində Fedçenko buzlağı), b – Kun – Lun, v –Terskey – Alatau.
Regional və lokal səviyyəli generalizasiyaya malik kosmik şəkillərdə
bəzən karst və suffozion proseslərlə əlaqəli relyef formalarını aşkar etmək
mümkün olur. Xətti karstların əmələ gəlməsi su eroziyası ilə əlaqədardır. Uy-
ğun relyef formaları xətti tektonik strukturların indikatorlarıdır. Cavan qırışıqlıq
rayonlarında çox vaxt konsentrik yerləşmiş lokal karst və suffozion çökəklik
əmələ gəlmələri müşahidə edilir. Bəzən onların inkişaf etməkdə olan cavan qal-
xımların periferiya hissələrinə aid olduğunu təyin etmək mümkün olur.
Strukturgeomorfoloji tədqiqatların mühüm aspekti müxtəlif ekzogen pro-
seslər nəticəsində yaranan, lakin vahid tektonik səbəblə əsaslanan relyefin
114
kompleks formalarının öyrənilməsi hesab olunur. Yeni tektonik strukturların
belə kompleks indikasiyası nisbətən inandırıcı, relyefin kompleks formalarının
geoloji interpretasiyası isə çox vaxt yeganə olur. Məsələn, kosmik təsvirlərdə
dağlıq zonaların iri müsbət fəal strukturlarını, praktiki olaraq, həmişə aşkar
etmək mümkündür (şəkil 44); onların zirvə səviyyələrini formalaşdıran geniş
denudasiya və ya seçmə denudasiya səthləri; bütövlükdə mərkəzəqaçan xətti və
ya dendritəoxşar hidroşəbəkə rəsmləri əmələgətirən dərin çoxpilləli eroziya
kəsimləri və s. Dağarası çökəkliklərin əksəriyyəti zonalkonsentrik relyefə malik
olur.
Müxtəlif mənşəli, nisbətən kiçik relyef formalarının sahəvi uyğunluğunun
təhlili lokal neotektonik strukturları aşkar etməyə imkan yaradır. Neft axtarış
və neft proqnozlaşdırma tədqiqatlarında bu analiz xüsusilə aktualdır. Burada
müsbət lokal strukturlara karbohidrogenlərin potensial tələləri kimi baxmaq
olar.
Bu halda, relyef formalarnın birliyinin, bəzi hallarda nəinki səthi, hətta
dərinlik strukturlarının indikatoru olması xüsusilə mühümdür.
Şəkil 44. KŞ-də dağlıq vilayətlər:
a – Hinduquş və Cənubi Pamir, b – Qərbi Pamir, v – Kun-Lun, q – Cənubi Tyan-Şan.
115
8.4. Lokal ən yeni strukturların relyefinin
deşifrələnməsi və tektonik təhlili
Landşaft xəttiliyinin təhlili. Cavan dağ qırışıqlıq zonaların nisbətən
hamarlanmış rayonlarının çökəklikləri dağətəyi adlanır. Horizontal selektiv-
denudasiya səthləri və həmçinin platforma düzənliklərinin bəzi rayonlarının
ortamiqyaslı kosmik şəkillərində, nazik, paralel cizgili görünüşü olan təsvirin
özünəməxsus rəsmləri aşkar edilir. Mobil əyalətlərin relyefində bu görünüşlərə,
uzunluğu bir neçə kilometrlərlə ölçülən, nisbətən kiçik eroziya çökəklikləri
cavab verir ki, onlar da aydın sahəvi nizamlanmaya malikdir. Sonuncu, nə-
zərdən keçirilən çökəkliklərin paralelliyi və onlar arasındakı məsafənin təx-
minən eyni olmasında öz əksini tapır. Relyefin bu sistem elementləri lokal
inkişafa malik olaraq, əksərən xətti, nisbətən kiçik izometrik sahələr tuturlar.
Bəzən belə sahələrin yığımı aydın görünən xətti konsentrik rəsm əmələ gətirir.
İrimiqyaslı aeroşəkillərin dəqiq təhlili və çöl müşahidələri göstərir ki,
kosmik şəkillərin paralel cizgiləri iki növ eroziya formansını birləşdirir. Bunlar
ya əsas mezorelyef formalarını əmələ gətirən paralel erozion çökmə,ya da ikinci
dərəcəli paralel cizgilər kimi görünən kiçik dərələr və başqa erozion şəbə-
kələrdir ki, onların da arasındakı münasibət mürəkkəb ola bilər.
9-cu fəsildə 43a saylı şəkildə Suraxan dərə çökəkliyinin (Orta Asiya) bir
rayonunun deşifrələmə sxemi göstərilmişdir. Burada, ümumiyyətlə, cənub-şərq
istiqamətli əsas su axımları və onların cənub-qərbə doğru eninə və digər səmtli
qolları tərəfindən yaranmış qanadvari hidroşəbəkə müşahidə olunur. Sub-
meridional erozion çökəkliklər daha az inkişaf etmişdir və çox zaman onlar az
dərinlikli kor dərələr şəklində olmaqla, xüsusi su ayırıcılarında yerləşərək, əsas
hidroşəbəkəyə çatmırlar.
Kosmik şəkillərdə, məhz meridional istiqamətin nazik cizgilənməsi müşa-
hidə olunur. Bu, görünür ki, çökəkliklərin yüksək sahəvi düzülüşü ilə əlaqədar
olub, həm də nisbətən cavan çat şəbəkələrini əks etdirir. Çöl müşahidələrinin
nəticələrinə görə, landşaft xəttiliyini, o cümlədən onlarla qanunauyğun bağlı
olan digər səmtli xətti çökəklikləri əmələ gətirən erozion formalara nəzarət edən
çatlar və kiçik amplitudlu qırılmalar, ümumiyyətlə səthə yaxın hesab olunur.
Dağətəyi və dağarası çökəkliklərin kiçik relyef formalarının nizamlan-
ması hadisəsi mütəxəssislərin diqqətini çoxdan cəlb etdiyi üçün, onlar kosmik
şəkillərin yaranmasından çox əvvəllər öyrənilirdi (S.S.Şults, A.S. Kes, Q.Lyuis
və s.) (şəkil 45). Bu tədqiqatların nəticələri N.P.Kostenkonun işlərində öz əksini
tapmışdır.
N.P. Kostenko xəttiliyin sırf ekzogen mənşəli olmasını inkar edərək,
onları struktur amillərlə əlaqədar hesab edir. Lakin belə bir sual meydana çıxır
ki, altdakı lay qatına toxunmayan, qalınlığı cəmi bir neçə metr olan süxurların
səthəyaxın horizontlarında çat şəbəkəsi necə inkişaf tapır. Bu məsələnin həllinin
116
ən inandırıcı fərziyyəsi odur ki, çatlar yuxarıdan aşağıya doğru inkişaf edərək,
yalnız səth geodinamikası effektlərilə əlaqədardır.
Landşaftın kiçik xətti elementlərinin sahəvi paylanması və quruluş xüsu-
siyyətləri, onların əmələ gəlməsini fərqli gərginlik vəziyyəti şəraitində süxur-
ların səthi parçalanma səciyyəsi ilə bağlamağa əsas verir. Eksperimentlər göstə-
rir ki, gərginlik sahəsi həmişə diskret səciyyə daşıyır. Bu da materialda paralel
və ya konsentrik güc xəttlərinin inkişafı ilə əlaqədar olduğundan, ona potensial
enerjinin özünəməxsus tələsi (toplayıcısı) kimi baxmağa imkan verir.
Şəkil 45. KŞ-də cavan dağarası çökəkliklər:
a – Tacikistan depressiyası, b – Bausun çökəkliyi (24-cü şəkildə deşifrələmə sxeminə bax), v
– Kulyab çökəkliyi, q – Düşənbə çökəkliyi (Qissar vadisi), d – Alay vadisi.
Kosmik şəkillərdə aşkar edilmiş nazik paralel cizgilər gərginlik sahəsinin
strukturunun landşaft əksi «şəkli» ola bilər ki, bu da onun gələcək öyrənil-
məsinə perspektivlər açır.
Son zamanlar qədim platforma sahələrində landşaftın xətti formaları aşkar
edilmişdir. V.N.Qubin və E.A.Levkov qədim materik buzlaşması əyalətində
(Belorusiya) fototəsvirlərin paralelzolaqlı şəklini tədqiq etmişlər. Onların fik-
117
rincə, bu əyalətin paralelzolaqlı rəsmi birbaşa və ya dolayı yolla “substrata
qlyasial təsirlə” bağlıdır.
Birinci halda, o, platforma örtüyü kəsilişinin yer səthinə yaxın hissəsinə
qlayasiodislokasiya inkişafının təsirilə (bu halda mobil əyalətlərin qırışıqlıq
üstəgəlmə qurşaqlarının yığcam modeli olan strukturlar əmələ gəlir), digər
halda isə nisbətən qədim mənşəli qırılma zonalarının qlayasiogen fəallaşması
ilə əlaqədardır. Əgər qədim buzlaşma əyalətlərində kiçik landşaft element-
lərinin bu yolla əmələ gəlməsi fərziyyəsi düzgündürsə, onda belə strukturlardan
buzlaqların hərəkət istiqamətini aşkar etmək üçün istifadə etmək olar. Belə ki,
onlar buzlaqların hərəkət istiqamətinə perpendikulyar olmalıdır. Distansion
zondlama məlumatları əsasında landşaftın kiçik xətti elementlərinin öyrənilməsi
hələ ilkin səviyyədədir və yaxın gələcəkdə əhəmiyyətli nəticələrin alınması
realdır.
Praktiki olaraq, lokal və regional generalizasiya səviyyəli bütün kosmik
təsvirlərdə aşkar edilən, daha çox yayılmış landşaft xəttiliyi relyefin xeyli uzun
xətti elementlərinin (ilkin kilometrlərdən – bir neçə on kilometrlərə kimi)
növüdür. Onlar distansion zondlama materiallarında düz və ya yaxın, arasıkə-
silməyən eynicinsli zolaq və sərhəd xarakterli görünür.
Relyefin zolaqvari xətti elementləri həm dağ, həm də düzənlik sahələrdə
inkişaf etmiş, əsasən müxtəlif dərəcəli xətti erozion yarğanlar (çökəkliklər) və
dərələrdən ibarətdir. Düzxətli suayırıcı silsilələr, adətən xətti çökəkliklərlə
növbələşir və daha çox dağlıq əyalətlərdə inkişaf edir. Onlar ya geoloji kom-
plekslərin litoloji tərkibini, ya da çat tektonikasının xüsusiyyətlərini əks etdirir.
Həmçinin relyefin iri formalarınin sərhəddi hesab olunan, sonuncunun (rel-
yefin) sərhəd xətti elementləri də geniş yayılmışdır. Məsələn, düzənlik sahə-
lərdə bunlar dördüncü dövr çöküntü komplekslərinin sərhədləri ilə üst-üstə
düşən iri dərələrin morfoloji elementlərinin sərhədləri (terras, arxa tikişləri,
pillələr, dərəyə açılan gətirmə konuslarının sərhəddi və s.); dağlıq əyalətlərdə
isə müxtəlif səviyyəli düzlənmiş suayırıcıların keçidləri, çox uzun yamaların
sərhədi, onların əyildiyi yer və s.-dir.
Relyefin iri xətti elementlərinin istiqaməti adətən nizamlanmış olur ki, bu
da bir səmtin digəri üzərində üstünlük təşkil etməsində müşahidə olunur.
Relyefin xətti elementlərinin ümumi şəkli hər bir kifayət qədər iri neotektonik
struktur üçün fərdi olur. Görünür ki, xəttiliyin rəsmi, ümumiyyətlə neotektonik
rejimlə əlaqədardır, ona görə də ayrı-ayrı neotektonik vahidlərin lineament
sahələrinin korrelyasiyasından onların inkişaf rejiminin oxşarlıq amili kimi
istifadə etmək olar (şəkil 46).
118
Şəkil 46. Cənubi Tyan-Şan və Tacikistan depressiyasının xətti elementlərinin
istiqamətlərinin güldiaqramı. V.N.Kuzemko və b. görə.
Solda tektonik zonaları (ZQ – Zərəfşan-Qissar, CQ – Cənubi Qissar, V
x
- Vaxş) və dərinlik
qırılmalarını (ŞQR – Şimali Qissar, CQR – Cənubi Qissar) xarakterizə edən ümumi
diaqramlar; rəqəmlər ölçülərin sayını göstərir.
Göstərildiyi kimi, relyefin xətti elementlərinin əksəriyyətinin struktur
əsası vardır. Ən yeni strukturların kondenudasion və konerozion inkişafı relyef-
də həm fəal qırılmaların, çatların, çat zonalarının, kiçik amplitudlu (bəzən iri)
plastik deformasiyaların yaranmasına, həm də geoloji strukturların “ölmüş”
xətti əmələgəlmələrinin passiv preparasiyasına gətirib çıxarır.
Bu səbəbdən relyefəməlgəlmə, sanki geoloji strukturun bütün toplanmış
xətti qeyri-bircinsliliyini əks etdirir ki, bu da landşaft xəttiliyindən keçmiş və
indiki zamanın deformasiya şəraitlərinin indikatoru kimi istifadə etməyə imkan
yaradır.
Müasir lokal qalxımların relyefi. Müasir qalxma sahələrində əmələ
gəlmiş relyef formalarının konkret uzlaşması bir çox amillərdən asılıdır:
regional tektonik mövqelərdən, iqlimdən, qalxmaya cəlb edilmiş süxurların
litoloji tərkibindən, qalxmanın tipi və amplitudundan və s. asılıdır. Lakin lokal
qalxımların relyefinin bəzi xüsusiyyətləri daha səciyyəvi olub, kosmik şəkil-
lərdə daha yaxşı deşifrə olunur: 1) hidroşəbəkənin özünəməxsus rəsmləri; 2)
parçalanmanın dərinliyi və sıxlığın lokal anomaliyası; 3) akkumulyativ və ya
denudasion; akkumulyativ və ya relyefin erozion tip sahələri arasında hamar-
lanmanın denudasiya səthinin lokal təzahürü; 4) adətən “düzgün” cizgiyə malik
relyef elementlərinin anomal formaları.
Konsedimentasiya inkişaf fazalı lokal qalxımları kəsən tranzit su axımları,
adətən meandrlaşmanı kəskin azaldır, yatağı düz formaya salır və vadiləri daral-
dır. Kondenudasion inkişaf mərhələli intensiv qalxımlar üçün, onların tranzit su
axımları ilə əhatələnməsi səciyyəvidir. Əhatələnmə bir və ikitərəfli ola bilər.
Çox vaxt kosmik şəkillərdə çay dərələrinin ardıcıl mərhələli lateral yerdəyiş-
119
məsini müşahidə etmək mümkün olur ki, onlardan da quru məcralar və ya güclü
modelləşmiş xətti əyilmələrin fraqmentləri qalır (şəkil 47).
Əgər qalxmanın inkişafı zəif gedirsə, onda tranzit su axımları onlarda
kəsilməyə imkan tapır; belə qalxımlar paralel dərələrin dərinliyinin lokal artma-
sı ilə aşkar edilir. Relyef formalarının maraqlı uzlaşması lokal qalxmaların za-
manca qeyri-bərabər sürətlə inkişafı dövründə yaranır.
Bəzən qalxmaların konsedimetasion inkişafı elə tez baş verir ki, onu
kəsən çayın eninə kəsilişinin hamarlanmasına və əyilmə sahələrində özünə-
məxsus deltaların əmələ gəlməsinə səbəb olur. Qalxımlar relyefə çıxarkən və
onun inkişafı zəifləyərkən, delta axımları kəsilr və antesedent dərələr sistemi
yaradır. Kəsilən deltalara klassik misal olaraq, Azərbaycanda Girdımançayın bir
sahəsini göstərmək olar. Burada Girdımançay beş paralel axımı ilə Qaraməryəm
çalasını kəsib, xüsusi relyef əmələ gətirir.
Şəkil 47. Kattakum (Orta Asiya) qum rayonunun kosmik şəkillərinin
deşifrələmə sxemi.
Terras kompleksi:1– çaylaq terrasları, 2 – Surxandərə deltası, 3 – alçaq çaylaqüstü terraslar.
4-6 – eol prosesləri ilə modelləşmiş Surxandərə terrasları (4 – üst, 5 – orta. 6 - alt); 7– prolüvi-
al, 8–prolüvial – allüvial, 9 – allüvial, 10– erozion – akkumulyativ, 11– denudasion, 12– eol (a
– bərkimiş qumlar, b – bərkiməmiş qumlar); 13 – Surxandərənin atılmış meandrları, 14 –
lineamentlər.
120
Lokal qalxımlar, yerli (tranzit olmayan) erozion şəbəkə ilə əlaqədar olan
erozion parçalanmanın sıxlıq və dərinlik anomaliyalarına görə çox yaxşı aşkar
olunur. Bu anomaliyalar qalxmalarda daha intensiv təzahür edir. Qalxma
rayonunda parçalanmanın sıxlığının arması akkumulyativ relyefin denudasion
relyefə keçməsinə səbəb olur. Burada dördüncü dövr çöküntülərinə nisbətən
daha çox çatlılığa malik antiklinal qalxımların günbəz hissələri xeyli tektonik
parçalanmaya məruz qalır. Bu o zaman baş verir ki, selektiv denudasiya qal-
xımların gümbəz hissəsindən qırıntı və parçalanmış süxurları aparır və bircins
zireh rolunu oynayan horizont səthə çıxır.
Kosmik şəkillərdə erozion və denudasion relyeflə daha çox işlənmiş lokal
sahələr az işlənmiş sahələr arasında nisbətən asanlıqla aşkar olunur.
Relyefdə fəal lokal qalxımların aşkar edilməsinin daha yaxşı üsulu relyef
elementlərinin anomal formaları və ya bu elementlərin “qeyri-təbii” sahəvi
düzülüşüdür. Bunlara ən xarakter misal, dərələrin akkumulyativ elementlərinin
tam itməsi, çay dərələrinin kəskin daralması və adətən düzgün yelpikvari
formalı quru deltaların və gətirmə konuslarının plan sərhədlərinin aydın defor-
masiyasıdır. Lokal qalxımların daha çox rast gələn indikasiyası gətirmə konus-
larının «vurulmasıdır». Burada onların cavan generasiyaları qədim gətirmə
konuslarının üzərinə düşmür və müxtəlif dərəcədə lateral boyu yerini dəyişmiş
olur.Əsas su axımı ilə kəsilmiş konuslararası sahə lokal qalxımlara uyğun gəlir
(şəkil 48).
Baxılan misallar fəal lokal qalxımların relyefdə yaranmasının bütün halla-
rını heç də tam əhatə etmir. Fəal strukturların indikator formalarının axtarışı və
interpretasiyası kosmik təsvirlərin təhlilində daha güclü üsul hesab edilir və
geologiyanın bütün sahələrində özünün geniş praktiki tətbiqini tapır.
Fəal qırılma-pozulma zonalarının relyefi. Qırılma zonalarının relyefi
regionaltektonik, iqlim və digər səbəblərdən əlavə, sonuncunun kinematik
tipindən, o cümlədən, ümumi strukturgeomorfoloji zonallıqla qırılmaların isti-
qaməti arasındakı münasibətdən də asılıdır.
Subşaquli vəziyyətli fəal inkişaf edən uzununa qırılmalar, müxtəlif geo-
morfoloji quruluşa malik blokları ayıran pillələr əmələ gətirir (şəkil 49).
Kosmik təsvirlərdə denudasion və akkumulyativ relyef sahələrini ayıran qırıl-
malar xüsusilə yaxşı görünür; bəzən, səthi zəif seçilən relyeflə ayıran (bölən)
uzanmış və dəqiq seçilən pillələr yaxşı nəzərə çarpır.
Uzununa fəal qırılmaların qanadlarında relyefin münasibətinə görə, bəzən
onların kinematikasını bərpa etmək mümkün olur. Fəal qırılıb-düşmələr üçün
düşmüş qanadda akkumulyativ, qalxmış qanadda isə denudasion relyefin
inkişafı səciyyəvidir. Burada neotektonik rejimin eyni qiymətli olmaması, əsas
etibarilə, düşmüş qannaddakı fəal akkumulyasiyanın hesabına kompensə olu-
nur.
|