6.4.8.Hidrogeoloji tədqiqatlar üçün deşifrələmə
Hidrogeoloji deşifrələmə qarşılıqlı əlaqəli iki prosesi özündə birləşdirir:
şəkillərdə təbii mühitin predmetlərinin və hadisələrinin tanınması və onların
deşifrələmə komponentləri ilə hidrogeoloji şəraitin əlaqəsinin aşkar edilməsi
əsasında hidrogeoloji interpretasiyası.
Hidrogeologiyada distansion üsulların tətbiqinin çətinliyi öyrənilən ob-
yektin təbiəti ilə birbaşa fototəsvirə malik olmayan və birbaşa deşifrələmə əla-
mətləri ilə tanınması mümkün olmayan KFŞ-ə görə yeraltı suların deşif-
rələnməsi üçün kompleks dolayı əlamətlərin olması zəruridir. Bu, yeraltı sularla
landşaftın digər komponentləri arasındakı sıx qarşılıqlı əlaqənin olması əsasında
mümkündür ki, onlar da landşaftdaxili əlaqələrin: səth çöküntülərinin tərkibi,
relyef, bitki və struktur geoloji şəraitin istifadəsi ilə birbaşa və ya dolayı
deşifrələmə əlamətlərinə görə tanına bilər.
86
Hidrogeoloji deşifrələmənin birinci mərhələsi bilavasitə yeraltı sularla
(bulaqlar, bəzi yerlərdə yeraltı suların sızması, karst, sürüşmə, süni su təza-
hürləri), o cümlədən hidrogeoloji planı, səth çöküntülərinin xarakterini, relyefin
formalarını, bitkiləri, torpağın tiplərini və s. təyin edən təbii komponentlərlə
bağlı olan predmet və hadisələrin şəklinə görə tanımanı özündə birləşdirir.
Şəkillərdə hidroindikatorların tanınması onların deşifrələmə əlamətlərinin
öyrənilməsi əsasında adi yolla aparılır.
Hidrogeoloji deşifrələmənin ikinci mərhələsi şəkillərdə deşifrələmənin tə-
bii komponentlər, hidroindikatorlarla yeraltı sular arasındakı əlaqə və qarşılıqlı
əlaqənin analizini özündə birləşdirir. Bu analizin məqsədi bir sıra konkret
hidrogeoloji parametrlərin: yeraltı suların yatım dərinliyinin, onların mineral-
laşma dərəcəsinin, süxurların kollektorluq xassələrinin, sulu horizontların qida-
lanma və boşalma sahələrinin, yeraltı suların hərəkət istiqamətinin təyinindən
ibarətdir. Bu məsələnin həlli üçün xüsusi və müxtəlif dərəcəli kompleks
landşaft indikatorları cəlb edilir ki, onlar da müxtəlif səviyyəli və müxtəlif eti-
barlılıq dərəcəsinə malik məlumatlar verə bilər. Bütün bu məlumatlar əsasında
“proqnoz hidrogeoloji xəritə” tərtib olunur.
6.5. Kosmik təsvirlərin modellərinin identifikasiyasi
(eyniləşdirilməsi)
Deşifrələmə qrafikası və yazılı izahat kosmik şəkillərin təhlilinin ilkin
materiallarıdır. Sonra isə əmin olmaq lazımdır ki, deşifrələnmiş obyektlərlə
səhnəni formalaşdıran obyektlər arasında uyğunluq müşahidə olunsun və bu
uyğunluğun xarakteri aydınlaşdırılmalıdır. İdentifikasiya üsullarını bir qədər
şərti olaraq: birbaşa və dolayı növlərə ayırmaq olar. Deşifrələmə materiallarının
çöldə yoxlanılması deşifrələmə və səhnə obyektlərinin uyğunluğunun aşkar
edilməsinin ən yaxşı üsuludur. Geoloji zondlamanın bir sıra məsələlərinin
həllində: faydalı qazıntıların lokallaşma yerinin təyinində, geoloji strukturların
yeni elementlərinin, mühəndisi – geoloji tədqiqatlar zamanı uçqunların və
sürüşmələrin aşkar edilməsində və digər hallarda belə birbaşa identifikasiya
mümkün və zəruridir. Lakin deşifrələmə, çox zaman çöldə yoxlanılması çətin
və ya sadəcə olaraq, qeyri-mümkün olan obyektlərə (məsələn, deşifrələmə
nəticəsində rayonun tərtib edilmiş geoloji xəritəsinin yerüstü yoxlanışı zamanı)
yönəldilir. Bu zaman biz, faktiki olaraq, yeni iri sahələri xəritələməli və əmin
olmalıyıq ki, kosmik şəkillərdə aşkar edilən hər hansı bir tektonik zona qonşu
neft və qaz yığılan zonadan perspektivlidir. Bu o vaxt mümkündür ki, həmin
sahədə lazımı dərəcədə sıx şəbəkə üzrə quyu qazılsın. Bundan əlavə,
deşifrələmə, bəzən yer səthində təbiəti naməlum olan obyektlərə yönəldilir,
məsələn, «regional lineament»obrazı kosmik şəkillərdə adətən küllü miqdarda
ayrı-ayrı hissələrdən generalizasiya olunur ki, bunlar da ayrılıqda «regional
lineament»in mövcudluğu haqqında heç bir məlumat vermir. Bu halda
87
identifikasiyanın dolayı üsuluna mürajiət etməli oluruq (yəni sərbəst tədqiqat
məlumatları ilə əlaqələndirmək, distansion zondlamanın müxtəlif materiallarını
bir neçə dəfə deşifrələmək və deşifrələmə obyektinin nizamlama sistemlərini
aşkar etmək).
Müstəqil tədqiqat materialları ilə əlaqələndirmə. Bu üsul, birbaşa çöl
identifikasiyasının «yüngülləşdirmiş»variantı olub, işin bir hissəsini çöldə yox-
lamaq və həmçinin digər tədqiqat materialları ilə müqayisə etməyi nəzərdə tu-
tur. Məsələn, «regional lineamentlər»məkanja geofiziki sahələrin xətti qra-
diyentlərinə üyğun gələ bilər (şəkil 34), iri perspektiv neftli-qazlı zonalar adətən
özünü istilik sahələrində büruzə verir, filizə nəzarət edən qırılma pozulmaları
praktiki olaraq, həmişə geokimyəvi anomaliyalarla bağlı olur və s.
Şəkil 34. Qərbi Pamir-Alay regional lineamentlərinin fəzavi vəziyyətinin müqayisəsi
və həmin regionun geofiziki sahələrinin quruluşu:
1 - regional lineamentlər; 2-3 – qravitasiya (2) və maqnit (3) sahələrinin anomaliyalarının 50 km
yüksəkliyə hesablanmış qiymətləri. Regional lineamentlər: Qissar – QS; İlyak – İL; Termez – T; Şimali
Kuqitanq – ŞK; Dexkanabad – D; Tupolanq – TP; Cənubi Karatau – CK; Darvaz – DR; Çarşaqa – ÇŞ;
Alakutan – AL; Malyad – M; Nurek – N; Obixinqou – OX; Lyanqar – L; Karateqin – K; Kulyab – KL;
Vanç – V.
Deşifrələmə obyektlərinin identifikasiyasında müstəqil məlumatları seç-
mək üçün geoloji tədqiqat üsullarını yaxşı bilmək və qeyri-standart fikir yürüt-
mək tələb olunur.
88
Qeyd etmək lazımdır ki, deşifrələmə nəticələrinin və sərbəst məlumatların
uyğunluğu hələ obyektin real mövcudluğuna təminat vermədiyi kimi, əks hal da
(yəni, deşifrələmə nəticələrinin və sərbəst məlumatların qeyri-uyğunluğu), de-
şifrələmə obyektinin “uydurulmuş” olduğuna dəlalət etmir. Bütün bunlar de-
şifrələmə obyektləri ilə səhnə obyektlərinin müqayisəsi əməliyyatının seçil-
məsinə qarşı ciddi təlabatlar irəli sürür.
Müxtəlif kosmik şəkillərin çoxdəfəli deşifrələnməsi. Kosmik təsvirlərə,
öyrənilən səthdəki cüzi dəyişiklik (fəsildən asılı olaraq, iqlim, işıqlanma şəraiti
və s.) , həmçinin məlumatların qeydiyyatı ,verilməsi və ölçmənin texniki şəraiti
təsir edir. Ona görə də bir kosmik şəklin təhlili zamanı obrazın formalaşmasını
əsaslandıran səbəblər (çox vaxt təsadüfü) digər şəklin təhlilində rast gəlməyə də
bilər. Deşifrləmə mümkün qədər müxtəlif distansion zondlama materiallarının
cəlb edilməsini tələb edir. Bununla belə, yer qabığının bəzi strukturları ayrı-ayrı
şəkillərdə qeydə alınır. Bu cür şəkillərin digərləri ilə həddən artıq tənqidi
müqayisəsi əhəmiyyətli informasiyanın itirilməsinə gətirib çıxara bilər.
Deşifrələmə obyektlərin nizamlama sistemlərinin aşkar edilməsi. Bu
üsul kosmik təsvirlərin modellərinin məntiqi möhkəmliyinin yoxlanmasına
əsaslanır. Deşifrələmə obyektləri geoloji məna kəsb edən əlaqəli sistem təşkil
etməlidir. Bununla belə, distansion zondlama materiallarının təhlili nəticəsində
aşkar edilmiş geoloji quruluş xüsusiyyətləri bu sistemlərə «zorla»daxil edilmə-
məli, yalnız təbii yolla daxil olmalıdır. Bu şərtlərin qeyri-uyğunluğu deşifrələ-
mə nəticələrinə inamı azaldır. 35-ci şəkildə Orta Asiyanın bir rayonunda kos-
Şəkil 35. Tacikistan depressiyası sahələrindən birinin deşifrələmə sxemlərinin
müqayisəsi:
1-Mezozoy çöküntülərində nişanlayıcı horizontlar; 2 – paleogen; 3 – miosen; 4 – pliosen; 5 – qırılma
pozulmaları: a – qarışma olmadan; b – horizontal yerdəyişmə; v – üstəgəlmə.
89
mik şəkillərin deşifrələnməsinin iki variantı göstərilmişdir.Sol şəkildə butun
düzxətli landşaft əmələgəlmələri (baxmayaraq ki, onların bəziləri boyunca
stratiqrafik sərhədlərin dolaşıq düşməsi rast gəlmir və bütövlükdə qırılmaların
kinematik xüsusiyyətləri öz aralarında uzlaşmır) eyni əhəmiyyətli qırılmalar
kimi göstərilmişdir. Sağ şəkildə verilən deşifrələmə variantı isə həqiqətə daha
yaxındır. Burada yerdəyişmə müşahidə olunmayan lineamentlər aradan çıxarıl-
mışdır.
Qeyd edək ki, dolayı identifikasiyanın hər iki üsulu, ayrı-ayrılıqda deşif-
rələmə obyektinin və səhnənin tam uyğunluğuna təminat vermir, yalnız kom-
pleks üsulların tətbiqi deşifrələmə nəticələrinin dəqiqliyini xeyli artıra bilər.
6.6. Kosmik şəkillərin geoloji deşifrələnməsinin növləri
Distansion geoloji zondlamanın məqsəd və məsələləri kosmik şəkillərin
deşifrələmə üsulunu müəyyən edir. Müasir dövrdə kosmik şəkillər, təxminən
bütün geoloji elm sahələrinin müxtəlif məsələlərinin həllində: strukturgeoloji
tədqiqatlarda, geoloji planalmada, tektonikada, struktur geomorfologiyada, neo-
tektonikada, müasir geoloji proseslərin tədqiqatında, filiz və neft-qaz geolo-
giyasında, qeyri-filiz faydalı qazıntıların öyrənilməsində, mühəndisi geologi-
yada, hidrogeologiyada və buzlaqların tədqiqatında tətbiq edilir.
Distansion geoloji zondlama məsələlərinin müxtəlifliyi onların həllinin
böyük miqdarda konkret metodik yollarını yaradır. Lakin deşifrələmənin əsasını
əsas metodik təhlilərin cüzi miqdarı təşkil edir.
36-cı şəkildə geoloji deşifrələmənin əsas üsullarının sxemi göstərilmişdir.
Deşifrələmənin vizual və avtomatik növləri ayrılır. Vizual deşifrələmə şərti
olaraq, birbaşa və dolayı (indikasion) üsullara ayrılır. Birbaşa deşifrələmə
kosmik təsvir modellərinin qeydiyyatından ibarətdir. İndikasion və ya dolayı
deşifrələmə isə təsvirlərin təhlilindən, bilavasitə görünməyən obyektlərin, ha-
disələrin əlamətlərinin təyini və öyrənilən obyektin “deduktiv” modelinin qu-
rulmasından ibarətdir. Birbaşa və dolayı deşifrələmə yolları biri-biri ilə sıx
əlaqədar olduğundan, kosmik şəkillərin təhlilində (deşifrələnməsində) birlikdə
tətbiq edilir.
Bu deşifrələmə növləri arasında şərti olaraq, müxtəlif deşifrələmə növləri
ayırmaq olar. Onlar birbaşa deşifrələmə: rəngçalar həndəsi, landşaft və geoloji
ola bilər. İndikasion və ya dolayı deşifrələmə isə aşağıdakılara bölünür:
l. Landşaft-geoloji. Burada geoloji hadisələrin və proseslərin indikator
rolunu landşaft əlamətləri oynayır. “Landşaft-indikasion deşifrələmə” üsulu
proqnozlaşdırma və digər xüsusi tədqiqatlarda daha geniş istifadə edilir;
2. Rəngçalar-landşaft və rəngçalar-geoloji. Burada geoloji obyektlərin
və landşaftın əlamətləri rolunu kosmik təsvirlərin rəngçalar həndəsi
xüsusiyyətləri oynayır. Rəngçalar əlamətləri dəyişkən olduğundan, bu üsul zəif
hesab edilməsinə baxmayaraq, bəzən avtomatik deşifrələmədə tətbiq edilir.
90
3. Geoloji. Burada mürəkkəb geoloji hadisələrin və obyektlərin de-şifrə-
ləmə əlaməti rolunu onların geoloji xüsusiyyətləri oynayır. Bu növ deşifrələmə
digər (qeyri-distansion) tədqiqat üsulları vasitəsilə alınmış materialların üzərin-
də işlərkən tətbiq edilir.
Şəkil 36. Geoloji deşifrələmənin əsas üsulları.
İndikasion (dolayı) deşifrələmənin göstərilən müxtəlif növləri daha çox
geoloji tətdiqatlarda istifadə edilir. Müasir dövrdə avtomatik deşifrələmə üsul-
larının daha çox iki növündən istifadə edilir: obyektlərin spektral və tekstur
(məkan - həndəsi) səciyyəsinə görə tanınması. Birinci halda əsas üsul səhnə
ölçü məlumatlarının iki və çoxölçülü məkan formasının qurulması (təbii ki, iki
və ya çox spektral intervallarda) və sonradan çoxsaylı seçilmiş nöqtələrin (öy-
rənilən obyektlər üçün tipik olan) statistik müqayisəsindən ibarətdir.
İkinci halda üsulun məntiqi əsası birinci ilə eynidir, lakin spektral sə-
ciyyə əvəzinə tipik obyektlərin və ya başqa yolla formalaşmış tesktur xüsusiy-
yətin modelindən istifadə edilir. Bu halda həm səhnənin birbaşa ölçülərinin,
həm də kosmik şəkillərin ölçülərinin məlumatları təhlil edilə bilər.
91
Hazırda avtomatik quruluşlar nəzarətlənib, operator tərəfindən istiqamət-
lənirsə, avtomatik deşifrələmə interaktiv rejimdə aparılır. Gələcəkdə ehtimal ki,
işlərin bu istiqaməti əsas olacaqdır.
6.7. Kosmik şəkillərin informativliyi
Kosmik şəkillər (xüsusən fotoqrafik yolla alınmış) daha çox informasiya
daşıyan materiallarıdır. Təxminən belə hesab etmək olar ki, standart ölçülü
kosmik şəkillərdə 2 – 5 meqabayt effektiv (yəni vizual deşifrələmədə istifadə
olunan) informasiya daşıya bilər ki, o da kosmik şəkillərin yalnız texniki
xüsusiyyətlərini səciyyələndirir və şəkildəki təsvirlərdən qəti asılı deyildir.
Kosmik təsvirlər kosmik şəkillərdən gələn informasiya siqnallarının in-
sanların dərketmə sistemləri ilə qarşılıqlı əlaqə nəticələri olduğuna görə, kosmik
təsvirin geoloji informativliyi bütün müşahidəçilər üçün eyni ola bilməz. Qeyd
etdiyimiz kimi, dərketmə (qavrama) ixtisaslaşdırılmış hazırlıqla əlaqədar oldu-
ğu üçün, kosmik təsvir və model müxtəlif tədqiqatçılarda fərqli olduğundan,
kosmik təsvirin informativliyinin nisbiliyi realdır.
İndi də kosmik təsvirin nisbi informativliyini təyin edən əsas amilləri
araşdıraq.
Generalizasiya (miqyaslı generalizasiya) dedikdə - kiçik geoloji (və ya
landşaft) elementlərin daha böyüklərə birləşməsi başa düşülür. Kosmik təsvirdə
bir elementin həcmi bu və ya digər dərəcədə sabit olduğundan, kosmik plan-
almanın miqyası dəyişdikdə, səhnədə onun müxtəlif həcmli sahələri əks olunur:
landşaft quruluşunun bir hissəsini əksetdirən sahələrin parlaqlıq xüsusiyyətləri
ortaya düşür. Səhnənin təsviri (onun landşaft və ya geoloji modelinə uyğun
olaraq) müxtəlif generalizasiya səviyyələrində fərqli olur. İnformativliyin də-
yişkən keyfiyyətinə təsvirin miqyasının 3 – 5 dəfə dəyişməsi səbəb olur. Bu o
deməkdir ki, miqyasın bu cür pilləliliyində deşifrələmənin əsas obyektləri
keyfiyyətcə müxtəlif dərəcəli olur, məsələn, laylar, qırışıqlar, antikilinal və sin-
klinallar, qırışıq silsilələr, dağarası çökəkliklər, qırışıqlıq qurşaqları və plat-
formalar.
Təbii generalizasiya səviyyəsinə görə kosmik təsvirlərin aşağıdakı miq-
yasları qəbul olunmuşdur:
-qlobal – 1 :15 000 000 və daha kiçik (yer kürəsinin ümumi xəritəsi
üçün);
-kontinental – 1 : 5 000 000 – 1 : 2 500 000 (MDB-nin və qitələrin ümu-
miləşdirilmiş xəritələri üçün);
-regional – 1 : 1000 000 – 1 : 500 000 (regional kiçikmiqyaslı xəritələr
üçün);
-lokal – 1 : 200 000 – 1 : 100 000 (regional ortamiqyaslı xəritələr üçün);
-dəqiq –1 : 100 000–dən iri (regional irimiqyaslı və dəqiq xəritələr üçün).
Bu təsnifat əsasən kosmik planalmanın miqyasına aiddir.
92
Şəkillərin böyüdülməsi piksellərin ölçülərinin artmasına gətirib çıxarır.
Bir çox hallarda böyüdülmüş şəkillər işləmək üçün daha əlverişlidir (çünki
təsvirin informativliyi zəif dəyişir).
Görünüş sahəsi- qarşılıqlı əlaqəli müxtəlif geoloji (və ya landşaft) ob-
yektlərin eyni zamanda öyrənilməsi imkanları regional tədqiqatlar üçün kosmik
təsvirlərin mühüm xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətin kəmiyyət xarak-
teristikası təsvirin görünüş sahəsi və yer kürəsinin şəkildə əks olunan sahəsi ola
bilər (cədvəl 4).
Cədvəl 4
Bəzi planalma sistemlərinin icmal sahəsi
Planalma sistemi
Generalizasiya səviyyəsi
Icmal sahəsi,
km
2
10
3
“Nimbus”
“Meteor”(televizion və MSU-M)
“Meieor” (MSU-S)
„Salyut“ (KATE-140)
„Meteor“ (MSU-SK)
„Meteor“ („Fraqment“)
„Kosmos“
„Salyut“ (MKF-6M)
“Meteor” (MSU-E)
Qlobal
Qlobal
Kontinental
Kontinental
Regional
Regional
Regional
Regional
Lokal
10000
2-2500
6-1000
200
40
7,2
32
18
0,4
Bir şəklin təhlili zamanı hansı dərəcəli geoloji obyektlərın tədqiqatçının
nəzər sahəsində eyni zamanda yerləşə bilməsi cədvəldən görünür. Bu, qarşılıqlı
əlaqəli konkret geoloji obyektlərin öyrənilməsi və ya onların dəqiqləşdirilməsi
məqsədilə, kosmik şəkillərin optimal komplektini müəyyən etmək üçün çox
vajibdir.
Spektral xüsusiyyətlər. Müxtəlif landşaft elementlərinin spektral
xüsusiyyətlərindəki müxtəliflik ona gətirib çıxarır ki, bir spektral diapazonda
onlar daha ziddiyyətli, digərlərində isə qeyri-ziddiyyətli görünürlər. Bu vəziyyət
distansion zondlamanın müəyyən məsələsinin həlli üçün informasiya
mənbəyinin düzgün seçilməsinin əhəmiyyətini təyin edir. Bu barədə tövsiyə, bir
növ, şərti xarakter daşıyır, çünki geoloji zondlama məsələlərinin hərtərəfli
olması, həmçinin obyektlərin spektral xüsusiyyətlərinin fəsillərdən, havadan və
digər şərtlərdən asılı olaraq, daha çox dəyişkənliyini nəzərə almaq qeyri-
mümkündür. Ona görə də təhlil üçün mümkün qədər böyük həcmdə distansion
zondlama materiallarını cəlb etmək lazımdır ki, konkret problemin həlli üçün
yüksək informativliyə malik olanları seçmək mümkün olsun.
Keçmiş sovet tədqiqatçılarının materiallarının təhlili əsasında müxtəlif
fiziki-coğrafi rayonlar üçün (planalmanın mövsümünü nəzərə almaq şərti ilə)
spektral kanalların geoloji informativliyinin aşağıdakı ümumiləşdirilmiş sxe-
mini vermək olar.
1. Kontinental dərəcəli geoloji obyektlər–0,7–0,8 və 0,8-1,1mkm.
93
2. Humid vilayətlərdəki regional və lokal dərəcəli geoloji obyektlər- 0,5-
0,6 mkm, zonaların sintez edilmiş şəkilləri - 0,5 – 0,6 və 0,6 –0,7mkm.
3. Arid vilayətlərdəki regional dərəcəli geoloji obyektlər - 0,7-0,8 və
0,8-1,1 mkm düzənlik üçün əsasən yaz və payız fəsillərində və 0,5-0,6 mkm
dağlıq rayonlar üçün -əsasən yay fəslində; zonaların sintez edilmiş şəkilləri- 0,5
– 0,6 ; 0,7-0,8 və 0,8 – 1,1 mkm.
4. Lokal və dəqiq dərəcəli geoloji obyektlər- 0,5-0,6 mkm kəskin zid-
diyiyətli obyektlər üçün; 0,6 – 0,7 mkm - zəif ziddiyiyətli obyektlər üçün; bu
zonaların infraqırmızı zona ilə birlikdə 1,2-2,4 mkm diapazonunda sintez edil-
miş şəkilləri.
5. Bütün dərəcəli geoloji obyektlər az dərinliyə malik (50 m-dən kiçik) su
hövzələrində, göllərdə, dəniz və okeanlarda - 0,45 – 0,5 mkm (kamera MKF –
6) və 0,5 –0,6 mkm.
Nəzərə almaq lazımdır ki, bu sxem universal deyildir, müxtəlif geoloji
obyektlər və hadisələr başqa spektral diapazonlardan alınmış KŞ-lərdə daha
yaxşı əks oluna bilər.
Amerikanlı tədqiqatçılar geologiya üçün daha informativ olan aşağıdakı
spektral kanalları (mkm) təklif edirlər: 0,52-0,60; 0,76-0,90; 1,55-1,75; 2,15-
2,35.
Qeyd edək ki, göstərilən dörd kanaldan üçü infraqırmızı diapazona aiddir
ki, bu da “Lendsat” peykinin ölçü cihazlarının xüsusiyyətləri ilə əlaqədardır.
94
VII. GEOLOJI XƏRİTƏLƏMƏDƏ VƏ
STRUKTUR–GEOLOJI TƏDQİQATLARDA
DİSTANSİON ZONDLAMA MATERİALLARININ İSTİFADƏSİ
Geoloji kütlələr və onların kompleksləri geniş əhatəyə malik olduğundan
öyrənilərkən, müşahidəçinin görüş sahəsinə sığışmır. Fototəsvirlərdə geoloji
kütlələrin böyük sahələrinin icmallığının özünü qabarıq göstərməsi, geoloji
əmələgəlmələrin xəritələnməsini intuitiv duyğu deyil, deşifrələnmənin obyektiv
məlumatlarına əsasən reallaşdırır.
Qeyd etmək lazımdır ki, kosmik şəkillər nə nisbətən irimiqyaslı aero-
şəkilləri, nə də yerüstü müşahidələri əvəz etmir, bununla belə, onların tam
imkanları distansion zondlama və digər geoloji tədqiqat üsullarının material-
larının birlikdə təhlili zamanı reallaşır. Kosmik şəkillərin struktur – geoloji
tədqiqatlarda tətbiqi, birinci növbədə, mövcud geoloji xəritələri dəqiqləşdir-
məyə imkan verir (geoloji kütlələrin sərhədlərinin və həmçinin struktur
xüsusiyyətlərinin dəqiqləşdirilməsi hesabına), ikinci növbədə isə, kiçik ampli-
tudlu və «səpələnmiş» tektonik deformasiya zonalarının, qeyri–ənənəvi xətti və
müxtəlif konfiqurasiyalı sahəvi obyektlərin aşkarına görə xəritələndirilən
əmələgəlmələrin yığımını genişləndirir.
7.1. Kosmik şəkillərin geoloji informativliyi
Kosmik şəkillərin informativliyi və uyğun olaraq, struktur–geoloji analizi,
müxtəlif regionlarda eyniqiymətli deyildir. Ümumiyyətlə, onlar öyrənilən
tektonik elementlərin tipindən və yaşından, daxili strukturun növündən və
relyefin xüsusiyyətlərindən asılıdır.
Qədim və cavan platformaların plitələri. Bunlar zəif dislokasiya olunmuş
çökmə süxurların səthində geniş yayılması ilə səciyyələnir. Çox vaxt onlar,
akkumulyativ relyefi formalaşdıran, bünövrənin nəinki qırışıq süxurlarının,
hətta örtüyün alt hissəsi çöküntülərinin geoloji quruluşunun xüsusiyyətlərini
zəiflədən yeni əmələgəlmələrdir. Belə regionlarda yerüstü müşahidələr əsasən
dördüncü dövr çöküntülərinin genezisi və litologiyası, yaxud örtüyün yer sət-
hinə çıxmış süxurları haqqında informasiya verir. Bu şəraitdə distansion
zondlama materiallarının təhlilindən alınmış informasiyalar böyük əhəmiyyət
kəsb edir.
Kontinental səviyyəli generalizasiyaya malik kosmik şəkillərdə platfor-
maların geoloji quruluşunun nisbətən iri və dərinlik elementlərini müşahidə
etmək olar. Fototəsvirlərdə seçilən sahəvi obyektlər əsasən müxtəlif inkişaf
rejimli neotektonik bloklara uyğun gəlir. Onların, özülün blok strukturuna və
örtüyün daxili strukturuna uyğun gəlməsi yalnız dərinlik əmələgəlmələrinin
irsiyyət dərəcəsi ilə təyin edilir. Xətti obyektlər adətən özülün və ya çökmə
örtüyün qırılma pozulmalarına uyğun gəlir. Xətti strukturların əksəriyyəti (60-
95
70%) ola bilsin ki, kiçik amplitudlu olmasına görə geoloji quruluşda öz əksini
tapmır və geofiziki məlumatlarla təsdiq olunmur; lakin əksər hallarda yaxşı
sənədləşdirilmiş gömülmüş qırılmaları əks etdirir.
Plitələrin özülünün iri tağları fotoçalarlı dairəvi strukur şəklində özünü
büruzə verir. Platforma örtüyü altından «işıqlanan»metomarfik özülün struk-
turları iri halqavarı strukturların səciyyəvi müxtəlifliyini göstərir. Onların bə-
ziləri geoloji quruluşa uyğun gəlmir. Regional və lokal kosmik şəkillərdə sahəvi
obyektlər çox vaxt yer səthində inkişaf tapmış litoloji çöküntülərə uyğun gəlir.
Lakin platforma örtüyü süxurlarının birbaşa litoloji xəritələnməsinin məhdu-
diyyət təşkil etməsinə baxmayaraq, çökmə süxurların litolojigenetik tiplərinin
inkişaf etdiyi sahələr daha dəqiq deşifrələnir.
Regional və lokal kosmik şəkillərin xətti obyektləri, adətən çökmə və ya
özül süxurlarında geomorfoloji quruluş elementləri ilə özünü büruzə verən
qırılma və fleksuraya uyğun gəlir. Örtüyün cavan strukturları deşifrələnmiş
obyektlər kimi görünür. Tağların və muldaların real cizgiləri adətən, şəkillərdə
dairəvi obyektlərə nisbətən daha mürəkkəb formada və kiçik ölçülərdə olur. Bu
kiçikölçülü obyektlər (ilkin km-lər, ilkin on km-lər) öz vəziyyətinə görə, çox
zaman platforma örtüyünyn lokal formalarına, məsələn, ayrı-ayrı braxian-
tiklinallara və ya onların qruplarına, duz gümbəzlərinə, muldalara və s. uyğun
gəlir.
Dəqiq şəkillərdəki sahəvi obyektlər, bir qayda olaraq, səth çöküntülərinin
müxtəlif litolojigenetik tiplərinin inkişaf etdiyi sahələrə uyğun gəlir.
Akkumulyativ düzənliklərdə bunlar dördüncü dövr əmələgəlmələri,
denudasiya sahələrində isə yer səthinə çıxmış müxtəlif yaşlı- və litoloji tərkibli
süxurlardır.
Qədim platformaların qalxanları. Bunlar Yerin qədim inkişaf mərhə-
lələrini səciyyələndirən, yer səthinə çıxmış, özünəməxsus strukturlu, ilkin
kembiriyəqədər yaşlı, intensiv metamorfizmləşmiş komplekslərdir. Onlar plat-
forma sahələrinə xas olan dayanıqlı qalxma və relyefin zəif parçalanması ilə
xarakterizə olunur (şəkil 37). Bu təzahürlər qədim platforma sahələrində distan-
sion zondlama materiallarının istifadə xüsusiyyətlərini təyin edir. Kontinental
generalizasiya səviyyəli kosmik şəkillərdə qədim qalxımların maddistruktur
komplekslərinin ayrılması, praktiki olaraq, mümkün deyildir. Bəzən açıq foto
rəngçaları ilə seçilən və qövsvari, nisbətən tünd zolaqlarla sərhədlənən, ölçüləri
bir neçə yüz km olan iri oval formalara ayrılır. Belə sahəvi strukturlar qədim
qalxanların nəhəng dairəvi sistemləri və onları ayıran zonalarla sıx əlaqədardır.
Kontinental şəkillərdə xətti obyektlər üç qrupa ayrılır: qalxanları kəsən və
onların sərhədlərindən uzaqlara gedən ensiz xətti strukturlar (ehtimal ki, cavan
tektonik pozulma zonalarına uyğun gəlir və qalxanların daxili strukturları ilə
əlaqədar deyildir), sahəvi obyektlərin sərhədlərinə uyğun gələn azmeylli
girintili-çıxıntılı quruluşa malik strukturlar (qalxanların qədim “özəklərini”
ayıran mobil qədim qurşaqlar kimi interpretasiya olunurlar); qədim qalxanların
96
lokal və dəqiq kosmik şəkilləri qırışıqlıq metamorfik qatların və maqmatik
kütlələrin daxili quruluşları haqqında məlumata malikdir.
Şəkil 37. Baltik qalxanının kosmik şəkli (KŞ):
a– Skandinaviyanın cənub-qərb qurtaracağı. şəklin mərkəz hissəsindəki parlaq fotoçaların
xətti və mozaik sahələri Oslo qrabeninin cavan formasına
uyqun gəlir;
b – Finlandiyanın Baltik sahili. Şəklin cənub-şərq hissəsində yaxşı seçilən qövsvarı xətlər
dördüncü dövr buzlaqlarından birinin sərhəd moreni hesab olunur.
Sahəvi obyektlər kimi, onlar da protoplatformaların kristallik əmələgəl-
mələrinin üst arxeyalt proterozoy yaşlı protoplatforma örtüyünün az meta-
morfizmləşmiş, əksər hallarda laylı və maili yatan vulkanogen çökmə qat-
larından yaxşı seçilir. Çox vaxt yaşıldaş əmələgəlmələrindən təşkil tapmış üst
proterozoy yaşlı troq komplekslərini, fanerozoy yaşlı əmələgəlmələrlə dolmuş
tektonik pazları və qrabenləri ayırmaq mümkün olur. Maqmatik süxurlardan
daha yaxşı qranit rapakivləri, mərkəzi tipli qələvi intruziyalar (Xibin) və
ultraəsas süxurlar deşifrə olunur. Lokal və dəqiq kosmik şəkillərdə xətti struk-
turlar əsasən, yerdəyişməsi olmayan çatlar və nisbətən qısa (15-20 km-qədər)
kiçik amplitudlu pozulma qırılmaları kimi təqdim olunur.
97
Onlar regional şəkillərin xətti strukturlarına uyğun gələn sıxlaşma zona-
larında qruplaşırlar. Dəqiq şəkillərdə metamorfizmləşmiş dağ silsilələrinin
laylığını, onlar hətta kristallaşma şistləşməsi ilə maskalandığı halda belə, de-
şifrələmək olur.
Zəif fəallaşmış əyalətlərdə cavan platformaların qalxanları və kiçik təpə-
cikləri paleozoy və ya kembriyəqədərki qırışıqlıq komplekslərinin səthə çıxışı
kimi özünü büruzə verir. Onlar üçün süxurların orta metamorfikliyi, intensiv
dislokasiyaya uğraması, geniş hüdudlarda çökmə vulkanogen və intruziv sü-
xurların olması, relyefin zəif parçalanması xarakterdir. Bu amillərin birliyi
kosmik şəkillərin generalizasiyasının bütün səviyyələrində, onların yüksək
geoloji məlumatlılığını əsaslandırır.
Kontinental səviyyəli generalizasiyaya malik kosmik şəkillərdə ayrı-ayrı
qırışıqlıq sistemləri, aralıq massivləri, üstə gəlmiş (törəmə) çökmələr, bəzən də
antiklinoriumlar, ayrı-ayrı qırışıqlıq zonaları və geoloji kütlələr yaxşı ayrılır
(məsələn, Mərkəzi Qazaxıstanda perm yaşlı qranit massivləri, Uralın şərq ya-
maclarındakı maqmatik komplekslər və s.). Xətti strukturlar, adətən əsas struk-
tur elementləri sərhədləndirən iri dərinlik qırılmalarına uyğun gəlir. Bəzən tünd
foto rəngçalarlı ensiz, zolaqvarı anomaliyalar ofiolit tikişləri ayrılır. Qırışıqlıq
sistemlərin uzanmasını diaqonal və eninə kəsən pozulma strukturları səciyyəvi
xətti obyektlər kimi görünür, onların bəziləri, əvvələr qırlma pozulmasının
neotektonik mərhələsində remobilizə edilmiş qırılmalar kimi təsnif olunmasına
baxmayaraq, bir çoxu yerüstü geolojigeofiziki üsullarla təyin olunmurdu.
Regional generalizasiya səviyyəli kosmik şəkillərdə bəzi blokların daxili
strukturunu aşkarlamaq mümkündür (şəkil 38). Bu növ şəkillərdə fotorəng
çalarına və foto rəsminə görə ayrılan sahəvi obyektlər ya iri struktur formalar,
ya da strukturmaddi komplekslər kimi interpretasiya olunur: qanadlarına
nisbətən qədim çöküntülərdən təşkil olunmuş antiklinalların nüvəsi, sinklinial-
ların kənar qırışıqlıq zonaları, müxtəlif tərkibli çökmə süxurların yayıldığı
sahələr, vulkanik əmələgəlmələr, ofiolitlər və s. Fototəsvirlərin xarakteri sü-
xurların dislokasiya olunma dərəcəsindən asılıdır və izoklinal, xətti və sandıq-
varıqırışıqlıq zonalar üçün müxtəlifdir.
Regional generalizasiya səviyyəli kosmik şəkillərdə əksər qranit
massivləri deşifrələnə bilər və onlar özünəməxsus əlamətlərinə, tərkibinə və
yaşına görə bir neçə qrupa bölünür.
Regional şəkillərin deşifrələnməsinin xətti obyektlərini iki qrupa bölmək
olar. Birincilər daha çox yayılmaqla, planda düzxətli və ya zəif əyilmiş
qırılmalar və qırlma zonaları əmələ gətirir. Şaquli və səthi yerdəyişən qırılmalar
daha etibarlı ayrılır. İkinci qrupu stratiqrafik təmaslar təşkil edir; regional
şəkillərdə ilk dəfə olaraq, laylanma elementləri ayrılır.
Dostları ilə paylaş: |