Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Kosmik  şəkillərin dərk edilməsi -



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   2   3   4   5   6   7   8   9   ...   17
Azf-287674


 
Kosmik  şəkillərin dərk edilməsi - Dərketmə anlayışı altında alınmış in-
formasiyanın görmə obrazlarının formalaşması ilə sona çatan işlənilməsi pro-
sesi nəzərdə tutulur. Görmə  dərketməsinin vacibliyini qiymətləndirməmək 

47 
 
mümkün deyildir. 14-cü şəkildə eyni bir kosmik şəklin dörd operatorla ayrılıq-
da landşaftın xətti elementlərinin deşifrələnməsinin nəticələri göstərilmişdir. 
Onların qarşısında deşifrələnmənin məqsədinin dəqiq qoyulmasına baxmaya-
raq, alınmış  nəticələr bir-birindən fərqlənir. Buna səbəb onların təhlil olunan 
şəkilləri eyni dərəcədə dərk etməməsidir.  
Hazırda fəal seyrlə  dərketmənin çoxsəviyyəli modeli işlənib hazırlan-
mışdır. Birinci səviyyədə göz şəbəkəsinə düşən işıq toplusu, xətlər, ləkələr, 
sərhədlər və onların yerləşməsi, istiqamətləndirilməsi və rəngləri şəklində kod-
lanmış  şərhə çevrilir. Yer səthində onların həcmləri və  nəhayət obyektlərin 
müqayisəsi ilkin kodlaşmadan sonra baş verir. 
İlkin sadə əlamətlər haqqında tamamlanmış informativ məlumat və onları 
təşkil edən obyektlərin maddi müqayisəsi artıq diqqətin cəmləşməsini tələb edir 
(baxmayaraq ki, bu hadisə qeyri-təxəyyüllüdür). Dərketmənin bu səviyyəsi 
müşahidəçinin  şəxsi xüsusiyyətləri ilə bağlıdır. Obrazın formalaşması  həmişə 
dərketmənin ilkin fərziyyəsinin güclü təsiri altında olur, yəni söhbət səhnədə 
nəyi görə bildiyimiz fərziyyələr haqqında gedir. Onu da qeyd etmək lazımdır ki, 
müxtəlif müşahidəçilərin ilkin fərziyyələri fərqli olur. 
Yuxarıda göstərilən məlumatlar, eyni materialın müxtəlif tədqiqatçılar tə-
rəfindən deşifrələmə nəticələrinin fərqli olmasının səbəbini dərk etməyə imkan 
yaradır (şəkil 14). 
Görünür ki, I və III operatorların fikrincə, landşaftın xətti elementləri 
kifayət qədər böyük ölçülü olmalıdır; I- operator onları  nadir və yaxud təsadüfü 
yayılmış, o qədər də  zəruri olmayan strukturlar hesab edir; II- operator isə 
əksinə, belə hesab edir ki, onlar sıx nizamlanmış şəbəkə əmələ gətirməlidir. 
 
Şəkil 14. Dörd  operatorla xəritələnmiş  lineamentlərin müqayisəsi  
(M.X. Podvısotskiyə  və b.  görə). 

48 
 
III və IV operatorlar xəttiliyi  əsl mənasında başa düşdüyü üçün, yalnız 
həqiqətən xətti olan elementləri ayırmağa meyl edəcəklər. Lakin II operator 
belə hesab edir ki, bu cür elementlər qanuni deyil, istisnadır, IV operator isə 
tamamilə əks fikirdədir. İlkin nəzəri təyinat dərketmənin başlanğıc fərziyyəsini 
formalaşdırır və operatorlar şəkli fərz etdikləri kimi görürlər. 
Qeyd etmək lazımdır ki, deşifrələnmənin bu sxemini reallıqdan uzaq kimi 
hesab etmək olmaz. Dərketmənin alt səviyyəsi bütün operatorlara təxminən 
eyni informasiyanı verir, lakin onun işlənməsi və obrazın tərtib edilməsi onların 
şəxsi təcrübəsindən asılıdır.  
15-ci şəkildə müşahidə məlumatının işlənmə sxemi verilmişdir (E.Treys-
manın işlərindən bəzi dəyişiklərlə istifadə edilmişdir). 
  
 
 
Şəkil 15. Görmə  informasiyasının  emalının  ümumi  sxemi (E.Treysmana  
görə, dəyişikliklərlə). 
 
Müşahidə sistemi bəzi sadə və faydalı keyfiyyətləri kodlaşdırmadan baş-
layaraq, onları sanki kart dəstələri şəklində toplayır. Kartların «dəstədə»adətən 
görünən aləmin sahəvi münasibətləri qaydasını saxlamasına baxmayaraq, bu və 
ya digər  əlamətlərin bəzi siqnalları onların harada yerləşməsi haqqında məlu-
matı daşıya  bilər. Növbəti mərhələdə diqqət işə başlayır. Səhnənin bəzi sahə-
lərinə cəmlənmiş diqqət, həmin yerdə yerləşən əlamətlərin bəzi kartları arasın-
dakı əlaqə əsasında, bütün əlamətləri seçir. Sonra bütün bunlar obyektin və ya 
faylın müvəqqəti təqdimatı halında toplanır. Nəhayət, bu modelə  əsasən, key-
fiyyət və struktur münasibətlər haqqında cəmləşdirilmiş informasiya «tanıma 
şəbəkəsi»rolunu oynayan bilik mənbəyinin yazıları ilə müqayisə edilir. 

49 
 
Kosmik təsvirlərin ali modelləri-Kosmik  şəkilləri dərketmədən sonra 
geoloji deşifrələmənin növbəti mərhələ  tədqiqatın məqsədinə uyğun bu və ya 
digər modellərin tərtibi üçün təsvirlərin tanınmasıdır. 
Kosmik təsvirlərin bu cür öyrənilməsi, geofizikada əks məsələlərin həl-
linə oxşardır (yəni fiziki sahələrin məlumatlarına əsasən bu ölçüləri yaradan küt-
ləni dərk etmək tələb olunur). Öyrənilmə – Kosmik təsvirlərin ayrılmış xüsusiy-
yətlərinin məşhur geoloji obyektlərin obrazları və s. ilə müqayisəsi yolu ilə baş 
verir. Bu müqayisə məntiqi və şüurlu, bəzən isə düşünülmədən də baş verir. 
Təssəvvür edək ki, biz naməlum yerin perspektiv mənzərə fotoşəklinə 
baxırıq. Birinci növbədə, orada tanış  əşyalar (evlər, insanlar, avtomobillər, 
ağaclar, çaylar və s.) görünür ki, onlar da  dərk olunan tamlıq təşkil edir. 
Yaxşı  məlum olan rayonun keyfiyyətli kosmik şəkillərini öyrənən 
təcrübəli geoloqinterpretator da analoji vəziyyətdə olur. O, aralıq mərhələləri 
olmadan, ilk andan həmin yerin geoloji modelini görür və  şəklə, landşafı 
görmək üçün pəncərə kimi baxmağa meyl edir. Hər hansı bir səbəbdən aydın 
geoloji təsvir almaq mümkün olmayanda, vəziyyət mürəkkəbləşir. Şəkillər key-
fiyyətsiz olduğu və  təcrübəsi az olan geoloqinterpretatorın öyrənilən rayonun 
geoloji quruluşunu zəif bildiyi halda, belə vəziyyət yaranır. 
Bü zaman bir neçə variant yarana bilər. Birinci, geoloji məlumat olma-
dıqda, tədqiqatçı landşaftı dəqiq görmə qabiliyyətinə malik olduğundan, o dü-
şünmədən, xırda geomorfoloji elementləri, bitki örtüyünün paylanma xüsusiy-
yətlərini, su səthlərini və s. yaxşı ayırır. Səhnənin belə landşaft modeli inter-
pretator üçün dayaq nöqtəsi olur və landşaftın geoloji quruluşu haqqında öz 
biliyindən istifadə edərək, müəyyən geoloji modeli yarada bilir. Yaradılmış 
geoloji model dərketməni o qədər dəyişir ki, səhnənin bəzi sahələrində landşaft 
mənzərəsi geoloji görüntüyə çevrilir. 
İkincisi, tədqiqatçı yalnız landşaft xüsusiyyətlərini seçə bilir. Bu halda o
iri landşaft elementlərinin səciyyəsi və yerüstü geoloji işlərin məlumatları 
haqqında öz biliyindən istifadə edərək, dəqiq landşaft modelini qurmağa cəhd 
edə bilər və bununla da geoloji modelə keçə bilər.  Əgər tədqiqatçının səyi 
uğursuzluqla nəticələnərsə, o landşaftı görmə  səviyyəsinə cavab verən kobud 
geoloji modelin qurulması ilə kifayətlənə bilər və onun əsasında qarşısına 
qoyulmuş geoloji məsələnin həllinə yaxınlaşa bilər. 
Nəhayət, interpretator nə geoloji mühiti, nə  də landşaftı görə bilmədiyi 
üçün kosmik şəkilləri bir-biri ilə əlaqəsi olmayan rənglər və ya rəng-çalarlarının 
sərhədləri mozaikası kimi qəbul edir. Lakin belə mənzərədən də faydalı infor-
masiya almaq olar. Məsələnin həllərindən biri mozaikanın həndəsiləşdirilməsi 
və onların üzərində «düzgün» foto rəngçalarlı  və ya rəngli sərhədlərin və 
hüdudların ayrılmasıdır (məsələn, düzxətli və ya dairəvi). Bunu belə  qəbul 
etmək lazımdır ki, ayrılmış elementlərə hər hansı bir real geoloji obyekt uyğun 
gəlir. Dərketmə, obyekt görünməsi səviyyəsinə çatmadığı zaman, görmə 
mexanizmi siqnal informasiyasını sahə  həndəsi biliklərlə  bərabərləşdirməyə 

50 
 
meyl edir (düz xətt, dairə  və s.). Bir zamanlarlar marsean kanalları bu yolla 
«açılmışdır». Mozaikanın həndəsiləşdirilməsi bizə dərketmə və öyrənilən sahə-
nin geoloji quruluşu ilə heç bir əlaqəsi olmayan obyektlər verə bildiyindən, 
ondan çəkinmək lazımdır. Məsələnin digər həlli daha mürəkkəb, lakin məh-
suldardır; bu - geoloji, geomorfoloji və digər materialların cəlb edilməsindən, 
onların kosmik təsvirlərlə müqayisəsindən və landşaft-geoloji modelin, cüzi də 
olsa, qurulmasından ibarətdir. Kosmik təsvirlərin görünmə müxtəlifliyinin bü-
tün baxdığımız halları bir kosmik şəklin təhlili zamanı rast gələ bilər və belə-
liklə, şəklin müxtəlif hissələrinin deşifrələnməsi müstəqil məsələləri həll edə bi-
lər. Kosmik təsvirlərin təhlili, başlıca elementləri - Geoloji, geomorfoloji, land-
şaft və s. obyektlərin obrazları, o cümlədən onların zaman- məkan münasibət-
ləri, əlaqə səbəbləri haqqındakı məlumatlar olan bilik bazası əsasında aparılır. 
Analizin nəticəsində təsvirin müxtəlif modelləri alınır (rəngçalar, həndəsi, 
landşaft, geoloji və s.) (şəkil 16). Konkret şəraitdən asılı olaraq, bu modellərin 
hər biri qeyri-şüurlu formalaşa bilər. 
Məntiqi analiz rəngçalar, həndəsi modellərindən landşaft modelinə  və 
sonra isə geoloji modelə keçilməsi zərurətindən irəli gəlir. Modelin qurulması 
təsviri korrektə edir (kosmik şəkildə görməni dəyişir). Modeli dərk edən zaman 
alınmış yeni məlumatlar isə bilik mənbəyinə daxil olur. 
 
Şəkil 16. Kosmik təsvirlərin modellərinin ardıcıllıqla  formalaşma  sxemi. 
 
Kosmik təsvir modellərinin qeydiyyatı - Kosmik şəkillərin təhlilinin (müşa-
hidəsinin) məlumatları yalnız onların qeydiyyatından sonra informasiya halına 
düşür. Qeydiyyatın  əsas üsulları-Qrafik və yazılı  təsvirdir. Qrafik üsullardan: 
xəritə  və sxemlərin tərtibini, maraqlı obyektlərin  şəkillərinin (rəsmlərinin) çə-
kilməsini (o cümlədən həcmi) (şəkil 17), bilavasitə  şəkil üzrə geoloji və geo-
morfoloji kəsilişlərin tərtibini və s. göstərmək olar. Qrafik qeydetmə üsulu hər 
bir konkret hal üzrə təyin edilir. Sonra isə deşifrələmə qrafiki də digər geoloji 
qrafik materiallarda olduğu kimi işlənilir.  

51 
 
 
Şəkil 17. Stereomodelin kosmik təsvirinin deşifrələmə məlumatlarına görə Orta 
Asiyanın  qırışıqlıq  sistemlərindən birinin rəsmi. 
QFZ -  qırılma-fleksur  zonaları. 
 
Distansion geoloji zondlamanın əksər məsələlərinin çoxsəviyyəli olmasını 
qeyd etmək vacibdir. Məsələn, neotektonik rayonlaşdırma üçün əvvəlcə geo-
morfoloji xəritə, metallogenik tədqiqatlar üçün isə maqmatik əmələgəlmələrin 
xəritəsi və pozulma tektonikasının sxemi tərtib olunur. Bu hallarda həm ilkin, 
həm keçid, həm də son modelləri qeydiyyatdan keçirmək lazımdır. Beləliklə, 
vizual deşifrələmə bir sıra qrafik materialların yaranması ilə müşayiət olunur. 
Deşifrələmə qrafikasına izahat əlavə olunur. Burada tədqiqatın məqsədi göstə-
rilir, işin metodikası əsaslandırılır, distansion zondlamanın istifadə edilən ilkin 
materialları xarakterizə olunur, obyektlərin hansı əlamətlərə görə deşifrələnməsi 
göstərilir və onların ayrılması qarşıya qoyulmuş  məsələnin hansı yolla həll 
edilməsini aydınlaşdırır. 
 
6.4. Deşifrələmə əlamətlərinin sistemləri 
 
6.4.1.KFŞ-n geoloji  deşifrələnməsinin əsas  məsələləri  və  üsulları 
 
Hazırda KFŞ kosmosdan yerin quruluşu haqqında  əsas və  dəyərli məlu-
matlar verir ki, bu məlumatların da işlənilməsi geoloji deşifrələmə üsulları ilə  
həyata  keçirilir. 

52 
 
Nəzərə almaq lazımdır ki, müasir texniki vasitələr çox müxtəlif miqyaslı  
(1:200 000. 000–dən 1:100 000-ə qədər və hətta daha dəqiq) FŞ-n alınmasına  
imkan verir. Bu zaman generalizasiyanın hər bir səviyyəsi müəyyən geoloji  
informasiya daşıyır və ona xas olan deşifrələmə  əlamətləri ilə xarakterizə  
olunur, məsələn,  şəkillərin miqyasının kiçilməsi ilə süxurların maddi tərkibi  
haqqında məlumatların sayı azalır və strukturtektonik amillərin rolu artır. Bu  
halda dəqiq və  bəzən lokal şəkillər üçün aerofotoşəkillərlə (AFŞ) işlərkən  
istifadə olunan birbaşa və dolayı deşifrələmə əlamətləri tətbiq edilə bilər, bax-
mayaraq ki, daha yüksək səviyyəli generalizasiyalı  təsvirlər başqa yanaşma  
tələb edir. 
Kosmoşəkillərin (KŞ) geoloji deşifrələmə metodikası fotoşəkillərin (FŞ)  
geoloji deşifrələmə prinsipləri üzərində qurulur. Sonuncu geoloji quruluşun  
landşaftın AFŞ-də  əks olunan komponent və elementləri arasındakı qarşılıqlı  
əlaqənin öyrənilməsinə  əsaslanır. KFŞ-n deşifrələnməsi zamanı onların  əsas  
xüsusiyyətlərini: generalizasiyanın, həlletmə qabiliyyətinə uyğun olaraq, deşif-
rələmə elementlərinin seçiminə təsir göstərən yüksək səviyyəsini  nəzərə almaq  
lazımdır. 
KFŞ-də  geoloji obyektlərin deşifrələnməsi  zamanı  meydana  çıxan  əsas  
məsələlər  aşağıdakılardır: 
1.Tektonikanın, struktur formaların morfologiyasının xarakterinin, onların 
qarşılıqlı əlaqəsinin, genezisinin və nisbi  yaşının  öyrənilməsi; 
2.Sahələrdə liotolojistratiqrafik komplekslərin aşkar edilməsi və  izlənil-
məsi,  onların  fəza  və  zaman  üzrə  qarşılıqlı  əlaqəsinin  analizi; 
3. Yer səthinin landşaft örtüyünün və onda geoloji obyektlərin əksolunma  
dərəcəsinin öyrənilməsi; 
4.Ərazinin geomorfoloji xüsusiyyətlərinin (relyefin formalarının genezisi  
və onların yaşı) öyrənilməsi və analizi; 
5.Müasir  geoloji  proseslərin  öyrənilməsi; 
6.Yeni xəritələrin dəqiqləşdirilməsi, təfsilatının göstərilməsi və ya  yara-
dılması (geoloji, tektonik, geomorfoloji, seysmik rayonlaşdırma, mühəndis- 
geoloji, proqnoz və s.). 
Deşifrələmənin kəmiyyət və keyfiyyət üsullarını ayırırlar. Kəmiyyət  de-
şifrələmə süxurların yatım elementlərini və qalınlığını, geoloji kütlələrin  ölçü-
lərini, yarılma pozulmalarının amplitudunu təyin etməyə imkan verir. KFŞ-n  
kiçik miqyası və nisbətən alçaq həlletmə qabiliyyəti ilə əlaqədar olaraq,  hazırda  
kəmiyyət üsullarının rolu məhduddur. Ölçü xüsusu fotoqrammetrik cihazların  
köməyi ilə aparılır. Keyfiyyət deşifrələmə iki qrupa ayrılan deşifrələmə  (indika-
sion)  əlamətləri üzərində qurulur: 1) bilavasitə geoloji obyektləri  əks etdirən  
birbaşa  əlamətlər; 2) geoloji obyektlərin landşaftın bütün tərkib hissələri və  
deşifrələmənin landşaft üsullarına daxil olan dolayı  əlamətlər. Örtülü
 
rayonlar  
üçün bu üsul landşaftın geoloji quruluşla əlaqədar olan fotogenik  komponent-
lərinin  seçilməsini  təmin edərək,  aparıcı  üsul  hesab  edilir. 

53 
 
Təbii generalizasiya nəticəsində açıq rayonların KFŞ-də landşaftın kom-
ponentlərinin geoloji nəzarəti daha dəqiq, dolayı  əlamətlərin analizini tələb  
etmədən təzahür edir. Onların KFŞ-də geoloji quruluşun (relyef istisna olmaqla)  
indikatorları  kimi  rolu  AFŞ-lə müqayisədə aşağı düşür. 
 
6.4.2.Birbaşa deşifrələmə əlamətləri 
 
Birbaşa  deşifrələmə  əlamətləri iki  qrupa  ayrılır:  həndəsi  və  fotoqram-
metrik. Birinci qrupa forma, ölçü və geoloji kütlələrin qarşılıqlı yerləşməsi,  
ikinci  qrupa  isə  rəng  və  fotoçalar  aiddir. 
Həndəsi - əlamətlərin öyrənilməsi  əsasında geoloji quruluşun landşaftın 
daxili strukturunu əmələ gətirən elementlərinin bilavasitə qəbul edilməsi həyata 
keçirilir. Özünün dəyanətliliyi ilə bu indikatorlar geoloji deşifrələmədə daha  
etibarlı hesab edilir, lakin onların istifadəsi bitki və torpaq örtüyündən məhrum  
olmuş  açıq  rayonlarda  mümkündür.   
Forma - daha dəqiq müəyyən olunan, dəyanətli və çox istifadə olunan  
əlamət hesab edilir. Xarakter formasına görə vulkanik qurğular,
 
geoloji  sərhəd-
lər, qırılma pozulmaları, intruziv kütlələr, tektonik cəhətdən müxtəlif regionlar  
və s. yaxşı təyin olunur. 
Geoloji kütlələrin  ölçüləri  şəkillər üzrə ya şəkillərin miqyasından asılı  
olaraq, təxminən adi, sadə üsulların, ya da yüksək dəqiqlik tələb olunduğu  
hallarda xüsusu stereofotoqrammetrik cihazların köməyi ilə  təyin olunur. Bu  
zaman nəzərə almaq lazımdır ki, olçü imkanları və dəqiqliyi şəkillərin həlletmə  
qabiliyyəti ilə  məhdudlaşır. Məsələn, lokal FŞ-də daha az əks olunan detallar  
on metrləri aşmır. Geoloji kütlələrin ölçüləri bəzən onların mənşəyi və regionun 
quruluşunun xüsusiyyətləri haqqında nəticə çıxarmağa imkan verir. 
Geoloji obyektlərin  qarşılıqlı yerləşməsi  onların regionun quruluşunda  
vəziyyətini (fəza və yaş), regionun geotektonik təbiətinin xüsusiyyətlərini, bəzi  
hallarda  isə  süxurların  tiplərini  təyin  etməyə  imkan  verir. Məsələn, təsvirin  
zolaqlı şəkli laylı çökmə və ya metamorfik süxurların fərqləndirici əlaməti he-
sab olunur, bununla belə, zolaqlılığın xarakteri bəzən onların tərkibini təyin 
etməyə əsas verir. Tektonik elementlərin qarşılıqlı münasibətinin xüsusiyyətləri 
öyrənilən  regionun  tektonik  tərzini  müəyyən  edir. 
Yuxarıda  göstərilən   əlamətlər  bütün  eyni  miqyaslı  kosmik  təsvirlərdə 
dəyişməz hesab olunur, yalnız geoloji obyektlərin təsvirinin  şəkli kimi,  
generalizasiyanın müxtəlif səviyyələrində  dəyişir. Sonuncu, relyefin  xarakte-
rindən, onun parçalanma dərəcəsindən, çatlılığından, erozion şəbəkənin kəsil-
məsindən, torpaq və bitki örtüyünyn mövcudluğundan asılı olaraq formalaşır. 
Bu əlamətləri “mütləq” adlandırmaq qəbul edilmişdir. Belə ki, onlar planalma  
zamanı geoloji  obyektlərin  dəyişməz  xüsusiyyətləri  ilə  əmələ  gəlir. 
Fotoqrammetrik əlamətlər - (rəng və çalar) bir sıra səbəblərdən (müxtəlif  
işıqlanma, atmosfer səpələnməsi, səthdə yatan süxurların tərkibinin dəyişməsi,  

54 
 
nəmlənməsi və s.) qeyri-dəyanətli hesab olunur ki, bu da onları nisbi  kateqori-
yaya  aid  etməyə  imkan  verir. 
Rəng-  (daha dəqiq, obyektlər arasında rəng müxtəlifliyi) rəngli KŞ-də  
əsas  deşifrələmə  əlamətlərindən  biri  hesab  olunur,  lakin güclü dəyişkənliyi  
səbəbindən onun  geoloji  deşifrələmədə ehtiyatla istifadəsi  tələb  olunur. 
Fotoçalar- ağ-qara şəkillərdə  ağ çalardan  qarayadək  dəyişir.  Süxurların  
fotoçaları (rəngdə olduğu kimi) onların tərkibi və onları örtən dördüncü dövr  
və ya müasir çöküntülərin nəmliyi ilə  təyin olunur. Bu zaman nəzərə almaq  
lazımdır ki, hazırda KŞ-də daha az əks olunan detalların ölçüləri 10-50 mini 
aşmır. Bu, ayrı-ayrı lay və qatların,  əsasən süxurların tərkibi ilə müəyyən  
olunan, xüsusilə tonal differensasiyanı  məhdudlaşdıran spektral parlaqlıq  
əmsallarının güclü inteqrasiyasına gətirib çıxarır. Geoloji kütlələrin bununla  
əlaqədar olan sahə üzrə kifayət qədər böyük çıxışları, tərkibinə görə eynicinsli, 
relyefin orta və ya kiçik şaquli parçalanması zamanı süxurların eyni yatıma 
malik olması hallarında tonal fərqliliyi açıq  rayonlarda  yaxşı  izlənir. 
Örtülü  rayonlarda  süxurların  çalarına  torpaq-bitki  örtüyünün  xarakteri  
kifayət  qədər  təsir  göstərir.  
Fotoçalar fərqliliyinin  analizində  eyni  rayonun  müxtəlif  şəkillərinin  
müqayisəsi zamanı  daha diqqətli  olmaq  lazımdır,  belə  ki,  fotoçalar kifayət 
qədər fərqlənə bilər. Fotoçaların intensivliyi M.N.Petruseviçə görə  aşağıdakı  
səbəblərdən  asılı  olaraq  dəyişir: 
1) şəkli  çəkilən  səthin  rəngləri və  ya daha  dəqiq  desək,  onun  spektral  
əksolunma  qabiliyyəti; 
2) şəkli  çəkilən  səthin  quruluşu  və  vəziyyəti; 
3) səthin  günəş  şüaları  ilə  işıqlanma  dərəcəsi  (ilin  və  sutkanın  ayrı-
ayrı vaxt  kəsimləri  ilə  təyin  olunur); 
4) tətbiq olunan fotoaparat və fotomateriallar (plyonkalar, kağızlar və s.). 
Fotoçalar, müxtəlifliyin optik və  sıxlıq göstəricilərinə görə, mikrofotometrlə-
mənin köməyi ilə aparılır və açıq rayonların geoloji deşifrələnməsi zamanı, 
örtülü
 
rayonlar üçün isə  səth  əmələgəlmələrinin geoloji struktur ilə  təsdiq  
olunmuş əlaqəsinin mövcud olduğu hallarda maraq kəsb edə bilər. Gözlə çətin 
fərqlənən fotoçalar müxtəlifliyinin ayrılması  məqsədilə,  şəkillərin hissələrini 
eyni tonallıqla fərqlənən müxtəlif rənglərlə boyamağa imkan verən xüsusi  
aparatlardan  istifadə  olunur. 
 
6.4.3.Dolayı  deşifrələmə  əlamətləri 
 
Dolayı deşifrələmə əlamətlərinə relyef, hidroqrafik şəbəkə, torpaq, bitki,  
insanın mühəndisi fəaliyyəti və  təbii  ərazi kompleksləri aiddir. Onlar geoloji  
quruluşun elementlərinin birbaşa  əks olunması imkanı istisna olunan örtülü
 
 
rayonlarda lokal və dəqiq şəkillərin geoloji deşifrələnməsi zamanı geniş istifadə  
olunur. 

55 
 
Landşaft deşifrələmə üsulunun əsasını landşaftın  komponentləri (geoloji  
quruluş, relyef, bitki, torpaq və s.) və onun  elementləri- Müxtəlif  ranqlı  ərazi  
kompleksləri: fasiyalar, landşaft və landşaft növləri - arasındakı qarşılıqlı 
münasibətin analizi təşkil edir. Bu zaman indikator olaraq, landşaftın kom-
ponentləri kimi, həm də KFŞ-də  əks olunan təbii  ərazi kompleksləri istifadə  
edilir. 
Relyef - Geoloji deşifrələmədə relyef bir sıra geoloji proses və ob-
yektlərin: yeni tektonik və müasir proseslərin, dizyunktiv pozulmaların,  
plikativ  strukturların  və  s. təzahürünün  universal  indikatoru  hesab  olunur. 
KFŞ-də  relyefin mikro və mezoformaları relyefin güclü parçalanması za-
manı  və xüsusilə planalma anında günəşin aşağı (yer səthinə yaxın) vəziy-
yətində fotoçalara kifayət qədər təsir edərək, zəif və az-az yerlərdə  təzahür  
edir. 
Kosmosdan alınan şəkillərdə relyefin mikro və meqaformaları daha  dəqiq  
görünür. KFŞ-də relyefin analizi müxtəlif geoloji və geomorfoloji infor-
masiyaları almağa imkan verir. Süxurların maddi tərkibinin ilkin təyinindən  
tektonikanın xüsusiyyətlərinə  qədər və relyefin formalarının öyrənilməsindən, 
onların  nisbi  yaşından,  inkişaf  tarixindən  mənşəyinə  qədər. 
Süxurların maddi tərkibinin tanınması  şəkillərdə relyefin mikro və  
makroformaları ilə yanaşı, xırda formalarını da görmək imkanlarına əsaslanır. 
 Relyef  elementlərinin  qarşılıqlı  fəzavi  yerləşməsinin nəzərə  alınması  
ilə, bu əlamətlər tektonik quruluşun deşifrələnməsində  əsas hesab olunur. 
Relyefin  müxtəlif  formalarının  öyrənilməsi hidrogeoloji və mühəndisigeoloji 
tədqiqatlarda, yeraltı suların axtarışında, hidrotexniki qurğuların layihələn-
dirilməsində  və  s.  işlərdə  istifadə  olunur. 
Hidroqrafik  şəbəkə  -  Geoloji obyektlərin bu indikatoruna erozion  
şəbəkəni, iri çaylardan başlamış göl və bataqlıqlara qədər aid edirlər. Geoloji  
deşifrələmədə roluna görə hidroqrafik indikatorlar onların yüksək dəyanət-
liliyinə görə birinci qrupun əlamətlərinə yaxındır. Çay şəbəkəsi KFŞ-də çox  
dəqiq oxunur (5-ci və ya 6-cə  dərəcəyə  qədər) (şəkillərin miqyasından asılı  
olaraq)). Bu, çayda suyun duruluğu, çayın  eninin  artması  ilə  əlaqədardır  ki,  
bu  da  eni  2-3 m-ə qədər  olan  çayları  fərqləndirməyə  imkan  verir. 
KŞ-n T.Q.Svatkova  tərəfindən  aparılmış  etalon  deşifrələnməsi  göstərir  
ki, onlarda demək olar ki, bütün çay sistemi əks olunur. Hidroqrafik şəbəkənin  
şəklinin dəqiqliyinə görə, lokal şəkillər irimiqyaslı  xəritələrlə müqayisə edilə  
bilər. KFŞ-də çay şəbəkəsinin özündən  əlavə, çay dərələrinin nəinki tipini,  
hətta formasını, sugötürücülərin və çay hövzələrinin sərhədlərini, çay yataq-
larının qarşısının kəsilməsinin izlənilməsini və meandrlaşmanı müəyyən etmək, 
daha açıq çalarla xarakterizə olunan şəffaf sulu çayları suyu bulanıq və  çirklən-
miş  olan  çaylardan  fərqləndirmək  imkanı  vardır. 
İlkin axın formaları - Düzən rayonlarda, dayaz və geniş  dərələr  topoq-
rafik  səthin  mailliyinə  uyğun  olaraq, geoloji  quruluşun  xarakterini,  qırılma  

56 
 
və  qırışıqlıq  strukturları  nəzərə  çarpdıra,  süxurların sukeçiricilik dərəcəsini  
və  bəzi  müasir  proseslərin  təzahürünü  təsdiq  edə  bilər.  Erozion  şəbəkə  ilə  
kəsilən çöküntülərin tərkibi  haqqında  məlumatları dərələrin eninə profillərinin  
analizindən almaq  olar. Dərələr,  qobular,  kiçik  çay  dərələri  şəbəkəsinin,  on-
ların quruluşunun, profillərin, planda yerləşmə xarakterinin analizi ana 
süxurlarla nəzarətin təyini üzrə məlumatlar  verə  bilər.  Çoxsaylı  tədqiqatlar  
nəticəsində  müəyyən  olunmuşdur  ki,  süxurların və  tektonik  formaların  əsas  
tipləri  hidroşəbəkənin  özünün  səciyyəvi   rəsmi  ilə  xarakterizə  olunur. 
Eroziya şəbəkəsinin  xüsusiyyətlərinə  və  eninə  profillərin  əyilməsinə  
görə süxurların tərkibi haqqında fikir söyləmək olar. Çoxlu sayda  kiçik  
göllərin və  bataqlıqların olması sukeçirməyən süxurların mövcudluğunu  təsdiq  
edə bilər. Çay dərələri və yataqlarının erozion  kəsilmə  dərinliyinin  dəyişməsi, 
terrasların hündürlüyü və çay dərələrinin “quruluşu”
 
(düzlənmiş sahələr, yüksək 
meandrlaşma, dərələrin ayrı-ayrı hissələrində “astana” və  aşırımların ,çay  
pillələrinin  mövcudluğu) və erozion parçalanmanın sıxlığının  lokal  dəyişməsi,  
çay  qollarının  şaxələnmə  xarakteri  və şəklin tipi,  çay qollarının  əsas  yatağın  
əksinə yerləşməsi tektonik quruluşa nəzarətin bu və ya digər tanınmış əlamətləri  
süxurların  yatımında  pozulmanın olduğunu  göstərir.  Adətən  böyük çaylar  iri  
qırılma  və  qırışıqlıq  strukturlara  cavab  verir (onları təkrar edərək,  izləyərək,  
kəsərək və ya  ətrafina  dolanaraq).  Məsələn,  Niger  çay  dərəsi orta  axarında 
yeni hərəkətlər müşahidə olunan iri dərinlik yarılmasına uyğun gəlir  (şəkil ;18 
c). Yuxarıda qeyd olunanlar San-Andreas yarılması ilə  nəzarət olunan  
Kolorado çayına da aiddir (şəkil 18a). Göl və bataqlıq  massivlərinin  konturları  
ayrı-ayrı iri qırılma pozulmalarına  uyğun  gələ  bilər,  məsələn,  Faqyubin  gölü  
Niger  çayının  orta  axarında (şəkil 18e). Qundam dağının yaxınlığında (Mali 
respublikası), onların düzlənmiş sahələrinin yerləşməsindəki qanunauyğunluq 
isə qırılma  pozulmaları  və  qırışıqlıq  sistemlərinə  uyğun  gəlir  (şəkil 18b). 
Bataqlıqlaşma proseslərinin lokal inkişafı  və ya bataqlıqların tənəzzülü  
həmin  sahənin  müasir  düşmə və ya enmə  tendensiyası haqqında xəbər  verir.  
İri göllərin, dəniz sahillərinin düzxətli sahələri, sahil çıxıntılarının və terras  
səviyyəsinin hündürlüyünün yerli dəyişkənliyi tektonik səbəblərlə əsaslandırıla 
bilər. 
KFŞ  hidroqrafik  şəbəkənin  hidrodinamikası  və  onunla  bağlı  hadisələr  
(məsələn, qar və buz örtüyünün formalaşması) haqqında dəyərli  informasiyalar 
verə  bilər. Qar və  buz  örtüyü landşaftın  müxtəlif  tiplərinin: yüksək  dağlıq,  
dağlıq və düzənlik ərazilərin kosmik fotoşəkillərində təsvirin albedonun (albedo 
-  günəşdən  gələn  radiasiyanın  səthdən  əks olunan  miqdarının  (k/kal)  onun   
ümumi  miqdarına  olan  nisbəti  olub,  %-lə  ifadə   

57 
 
 
 
Şəkil 18. KŞ-də  (“Cemini”)  çay  şəbəkəsinin  təsvirlərində  müxtəlif  geoloji  
amillərin  (tektonik  və  litoloji)  təsiri: 
a – yarılmaya aid olan Kolorado çayı aşağı axarında; b – Cənub-qərbi Afrikada qırılmalarla və kembri 
süxurlarının qırışıqları ilə  nəzarət olunan qurumuş Svakop; c – dərinlik qırılması ilə  nəzarət olunan  
Niger  çayı  orta  axarında;  d – Ahaqqar  massivinin  dağlıq  hissəsində  (Mərkəzi  Saxara)  qırılmaların  
müvəqqəti  su  cərəyanlarının  pay-lanmasının  xarakterinə  təsiri;  e – müəyyən  çatlılıq  sisteminə  aid  
olan  Tibest  vulkanik  massivinin  yamacında  müvəqqəti  su  cərəyanları;  f – Edvard  platosunun  (ABŞ)  
gilli-karbonatlı süxurlarında zəif şaxələnmiş dendritşəkilli hidroqrafik  şəbəkə; g - çay sisteminin  Tuiqtinq  
gölünə  (Çin) tökülməsi  zamanı  meandrlaşma; h -  müxtəlif  litoloji  komplekslərdə  (Somali)  hidroqrafik  
şəbəkənin xüsusiyyətləri; i – kembriyəqədərki süxurların çıxışlarında (Ərəbistan) inkişaf edən  hidroqrafik 
şəbəkənin xarakteri; j–Xadramaut platosunun (Ərəbistan) karbonat süxurlarında dendritşəkilli  hidro-
qrafik şəbəkə; k - Xadramaut platosunun (Ərəbistan) karbonatlı-gilli süxurlarında ağacşəkilli  hidroqrafik  
şəbəkə; l - Xadramaut platosunun (Ərəbistan) bərk karbonatlı süxurlarında nazik şaxələnmiş hidroqrafik  
şəbəkə;  m – Konqo  çayının  axarı,  dərənin  düzxətliliyi  tektonik  amillərlə  əsaslandırılır. 

58 
 
olunur. Məsələn, yeni yağmış qarın albedosu 95%, suyun albedosu isə 15-18%  
təşkil edir) yüksək qiyməti ilə şərtlənən parlaq açıq çalarına, həmçinin bir sıra 
dolayı əlamətlərə, hər şeydən əvvəl, relyefdə paylanmasına görə yaxşı  deşifrə-
lənir  (şəkil 19). 
 
Şəkil 19. KŞ-də dağlıq rayonlarda buzlaq və qar topalarının  fototəsvirlərinin  
xarakteri: a – Himalay  (“Apollon”), b - Hindiquş   (“Cemini”)
 
Lokal  və  dəqiq  KŞ  qarın  ərimə  dinamikasını,  su  hövzələrində  buzun  
açılması, buzlaqların hərəkəti, çayların və su hövzələrinin səviyyəsinin  dinami-
kasını  dəqiqliklə izləməyə imkan verir. Belə informasiya qarın  əriməsindən  
sonra gursululuğun proqnozu, çay və göllərin aşkarı və daha nadir hadisələrin – 
yarğan  əmələgəlmə, sürüşmənin təyini, çay və göllərə  bəndlərin vurulması  
üçün çox əlverişlidir. 
Bəzi KFŞ-də şirin və duzlu gölləri fərqləndirmək imkanı vardır. Sonuncu-
ların indikatorları sahilin duzlu çöküntülərlə mürəkkəbləşən, bəzən bir sıra kon-
sentrik xətlər əmələ gətirən dayaz yerlərinin açıq rəngli təsvirləridir (şəkil 20).  
 
 

59 
 
 
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin