Şəkil 82. Qızılbulaq mis,qızıl,kolçedan yatağının yerləşməsinin struktur
mövqeyi (Məmmədov Z.İ., 2005).
Drambon yarımhalqavarı strukturu eninə 2 km-ə yaxın diametrə malikdir.
O, qırılma zonasının qövsvarı zonasında təzahür etmiş diorit, porfirit və kvars-
diorit intruziv kütlələrinin ətrafında qövsvarı forma əmələ gətirir. Sonuncu
Qızılbulaq çökmə kalderasının şimal-şimal-şərq qanadına uyğun gəlir. Halqa-
varı struktur şimal-qərbdə Tərtər eninə dərinlik qırılması ilə kəsilmişdir. Onun
şimal-qərb qurtaracаğı Тərtərçay vadisinin dördüncü dövr çöküntülərilə örtül-
müşdür.
Məxsusi Qızılbulaq halqavarı strukturu iki konsentik yerləşmiş halqadan
ibarət olub, Drombon halqavarı strukturundan cənub-qərbdə qeyd olunur. Hal-
qanın xarici hissəsi ellipsoid formasına malik olub, 2,5 km-lik oxa malikdir.
Burada deşifrə olunmuş konsentrik sərhədlərin interpretasiyası çətinlik törədir.
Struktur orta və üst yuranın vulkanogen və vulkanegen-çökmə süxur kompleks-
lərinin inkişaf etdiyi sahəyə uğunlaşmışdır. Qızılbulaq halqavarı strukturunun
şimal-qərb qurtaracağı, həmçinin Tərtər çayının sağ yamacının dördüncü dövr
çöküntüləri ilə örtülmüşdür. Strukturun quruluşu мüxtəlif maqmatik əmələgəl-
196
mələrin dəyişilməsi ilə şərtlənən dəqiq əks olumuş konsentirik zonallığa
malikdir. Süxurlar kənarlardan mərkəzə doğru, ardıcıl olaрaq bat və bayoş
əmələgəlmələrilə əvəz olunur. Strukturun mərkəzində və cənub-şərq qurtaraca-
ğında bütün üst bayoz və bat süxur komplekslərini yаran, bаyos və bat yaşlı orta
əsasi və turş tərkibli izometrik formalı subvulakanik kütlələrin yeddi kiçik çıxışı
ayrılmışdır.
Ayrılmış halqavarı sturuktur geofiziki sahədə lokal maqnit və mənfi
qrafitasiya anomаliyası ilə əks olunmuşdur. Maqnit sahəsində hər iki halqavarı
strukturun vəziyyəti eynidir. Onların daxilində səthə uyğun gələn lоkаl müsbət
anomaliya qeyd olunur. Qravitasiya sahəsində hər iki halqavarı struktur ağırlıq
qüvvəsinin aşağı qiymətinə uyğun gəlir, eyni zamanda hər iki struktur lokal
sahələrə uyğun gəlir. Qradient zonasında bu strukturların ağırlıq qüvvəsi, orta
əsasi tərkibli açılmamış intruzivlərə uyğun gələn lokal minimumlarla üst-üstə
düşür.
Qızılbulaq filiz rayonun halqavarı strukturları haqqında baxılan məlu-
matlar onların mənşəyi və yaşı haqqında bir sıra mülahizələr yürütməyə imkan
verir.
Drombon yarımhalqavarı stukturunun mənşəyi ilk növbədə yüksək aеro-
foto və kosmik şəkillərdə aşkar olunmuş, dərinlik qövsvarı qırılmaların fəallığı
ilə şərtlənən, onun vulkan-plutonik gensizli olmasını təsdiq edən diorit-porfirit
və kvarslı diorit-porfirit tərkibli hipabissal intruziv kütlələrin halqavarı kontu-
runa uyğunlaşması ilə səciyyələnən maqmatizmlə əlaqədar olması ilə izah
olunur. Belə forma adətən vulkanizm və mərkəzi tip plufonik diaprizm ilə
əlaqədar olan vulkan-plufonik mənşəli halqavarı strukturlar üçün xarakterik-
dir. Qızılbulaq halqavarı strukturu vulkanik proseslər nəticəsində əmələ gəlmiş-
dir (şəkil 83).
Şəkil 83. Qızılbulaq yatağı sahəsində xətti və halqavarı strukturların deşirə
xüsusiyyətləri. Halqavarı strukturlar: Qazanbulaq (I), Derombon (II) İmarət-
Qərvənd (III).
197
Filiz sahəsinin halqavarı strukturunun yaşı geniş diapazonda dəyişir.
Bunu onun orta yuradan neokoma qədər müxtəlif yaşlı maqmatik əmələgəl-
mələrlə uyğunlaşması təsdiq edir. Digər tərəfdən, müxtəlif yaşlı maqmatitlərin
bu və ya digər strukturda mövcudluğu ilkin yatmış halqavarı qırılmaların dövrü
fəallığını göstərir.
Mehmana filiz rayonunda mərkəzi hissədə konsentrik halqavarı struktur
daxilində, polimetal, mis və kükürd, kolçedan filizləşməsini yerləşdirən və
nəzаrət edən submeridional və şimal-qərb istiqamətli filizli qırılmalrın kəsiş-
məsi və ya haçalanması müşahidə olunur (şəkil 84).
Şəkil 84. Mehmana filiz rayonunda xətti və halqavarı
strukturların deşirə xüsusiyyətləri.
Vulkanik strukturlar özünü uzun müddət inkişaf edən tektonik vahidlər
kimi büruzə verir. Bu strukturların yaranmasında böyük rol vulkanizm və
tektogenezə məxsusdur. Vulkanik halqavarı strukturlar vulkanlar, kalderalar,
günbəzlər, qalxan vulkanları, stratovulkanlarla təqdim olunurlar. Onların dia-
metri adətən ilkin 100 km-i aşmır. Onlar müxtəlif yaşa və relyefdə müxtəlif
saxlanma dərəcəsinə malikdir. Vulkanik və vulkan-tektonik strukturlar Talış
intraqövs riftində, Löh-Qarabağ ada qövsündə (Zəyəm-çay hövzəsi), Qoças və
Ordubad əyilmələrində aşkar edilir.
Kosmik şəkillərin deşifrələnməsi prosesində Dağlıq Talışda mərkəzində
Savalan stratovulkanı yerləşən Savalan mezohalqavarı strukturu ayrılır, ehtimal
ki, Talış qırışıqlıq sistemi onun xarici şimal-şərq hissəsi hesab olunur. Savalan
halqavarı strukturu hüdudlarında 10-dan artıq yüksək dərəcəli (səviyyəli) halqa
ayrılır ki, onlar da öz morfologiyasına görə çökmə kalderasına (Quludaş,
Kurokşu) və ya paleovulkanların mərkəzi ilə olan günbəzlərə (Qoverin, Lerik
və s.) uyğun gəlir. Ehtimal olunur ki, Savalan mezohalqavarı strukturu iki
transform lineamenti Palmir-Abşeron və Baqrovdağ arasında inkişaf etmişdir.
Savalan mezohalqavarı strukturu, öz növbəsində şimal-qərb, şimal-şərq,
submeridional lineamentlərlə kəsilmişdir və nisbətən xırda vulkan-tektonik
198
quruluşa uyğun gələn mikrohalqavarı strukturlarla mürəkkəbləşmişdir. Burada,
paleogen dövründə Talış-Qaradağ subqələvi və qələvi vulkan-plutonik assosia-
siyası geniş inkişaf tapdığı halda, neogen dördüncü dövrdə Savalan, Laçın
lineamentinin (kosmik şəkillərin deşifrələnməsi prosesində aşkar edilmişdir),
o cümlədən digər suben, meridional qırılmaların fəallaşması sayəsində əhəng-
daşı qələvi və subqələvi seriyaları yaranmışdır.
Vulkanik və vulkan-tektonik halqavarı strukturların inkişafına misal
Axıncaçay və Zəyəmçay arası massiv ola bilər. Burada Löh-Qarabağ ada
qövsünün digər sahələrində olduğu kimi, vulkanogen əmələgəlmələrin xarakter
xüsusiyyətlərindən biri vulkanik qurğuların qorunub saxlanılmış hissələrinin
mövcudluğu hesab olunur ki, onların da arasında filizli vulkan-tektonik halqa-
varı strukturlar böyük əhəmiyyət kəsb edir.
Kosmik şəkillərdə bu vulkan tektonik əmələgəlmələr müxtəlif genezisli
halqavarı, yarımhalqavarı strukturlar şəklində ayrılır. Adətən onlar şəkillərdə
asan deşifrələnir, onlara tünd fotoçalar uyğun gəlir, bundan əlavə, onun aşkar-
lanması üçün əlamət hidroşəbəkənin konturu hesab oluna bilər. Burada halqa-
varı strukturlar çay və ya çay şəbəkəsinin əyrisinə (radial mərkəzəqaçan kontur-
la) uyğun gəlir.
Daha böyük maraq doğuran Qəribli, İsakənd, Abdal, Çanaqçı, Qızıldağ
halqavarı strukturlarıdır. Bu halqavarı strukturlar müxtəlif genetik tiplərə aid
edilir; onların arasında kaldera, ekstruziv, günbəz, vulkan-günbəz, untruziv-
günbəz, tektonik-maqmatik və s. ayrılır.
Kalderalar bilavasitə Zəyəmçay hövzəsində xəritələnir və Şamlıq, Qəribli
kalderaları ilə təmsil olunur. Bu strukturlar mis-porfir, mis-kolçedan və s.
yataqların formalaşmasında indikator hesab olunur və daha mühüm filiznə-
zarətedici vulkan tektonik struktura aid edilir. Çanaqçı kalderası daha görkəmli
hesab olunur, o, kosmik şəkillərdə daha aydın aşkarlanır və Çanaqçı çay hövzə-
sində Zəyəmçayın sağ sahilində yerləşir. Çanaqçı vulkan tektonik strukturu üzə
çıxmış intruziyalar paleovulkanik qurğunun qorunub saxlanılmış reliktləri ilə
çökmə kalderası kimi özünü büruzə verir (şəkil 85).
Relyefdə kalderanın yuranın vulkanogen-çökmə süxurlarını kəsən hissəsi
yaxşı deşifrə olunur. Kalderanın daxili hissəsi qarışıq tərkibli vulkanitlərlə
andezit-dasit, dasit və riolit tərkibli iqrimbrit, riolitlərin lavabrekçiyaları və
onların tufları ilə tamamlanmışdır və böyük miqdarda orta və turş tərkibli
subvulkanik kütlələrlə yarılmışdır. Çanaqçı kalderasının hüdudlarında bayos
vulkanogen əmələgəlmələri bazalt (alt bayos) və riolit (üst bayos) komplekslərə
parçalanmışdır.
Kalderanın şimal və cənub-şərq hissəsində mərkəz tipli alt bayos vulkanik
aparatlarının reliktləri qorunub saxlanılmışdır. Kalderanın mərkəzində daxili
hissəsi kvars dioritləri və plagio-qranitlərlə mürəkkəbləşmiş Çanaqçı intruziyası
üzə çıxır. Qabbroidlər halqavarı kütlə şəklində kvars dioritlərini haşiyələyir.
199
Şəkil 85. Çanaqçı kalderasının sxematik geoloji xəritəsi.
1 – dördüncü dövr çöküntüləri; 2 - üst bayos riolitləri və onların tufları; 3 – alt bayos bazaltları,
andezit-bazaltlar və onların tufları; 4 - üst yura subvulkanik andezitləri və dasitləri; 5 - üst bayos
subvulkanik riolitləri və riodasitləri; 6 - əsas və turş tərkibli daykalar; 7 – qabbro, qabbro-dioritlər;
8 – kvars dioritləri, qranodioritlər; 9 – vulkanik mərkəzlər; 10- yarılmalar; 11 – mis filiz təzahürləri;
12 – dəmir filiz təzahürləri; 13 – mis-sürmə təzahürləri.
Göründüyü kimi, Çanaqçı vulkan-plutonik strukturunun formalaşması alt
bayosdan üst yuraya qədər uzun inkişaf yolu keçmişdir. Belə ki, alt bayosda
Zəyəmçay boyu “uzunömürlü” yarılma baş vermişdir. Üst bayosda tektonik
fəallıq davam etmiş, turş vulkanizm püskürmüş və çökmə kalderasının əsası
qoyulmuşdur. Üst yurada qabbro və kvars dioritlərinin intruziyaları formalaş-
mışır.
Əsrikçayın sağ sahilini əhatə edən Qoşa filiz sahəsində müxtəlif miqyaslı
aerokosmik şəkillərin (1:1000000, 1:500000, 1:200000 miqyaslı) deşifrələn-
məsi sayəsində bir sıra halqavarı və xətti strukturlar aşkarlanmışdır ki, onlardan
bəziləri müxtəlif filiz yataq və təzahürlərinin yerləşməsində biavasitə müsbət
rol oynayırlar.
Deşifrələnmənin nəticələrinə və geoloji müşahidələrə görə Axıncı və
Zəyəm çayları hövzəsinin halqavarı və xətti strukturları ayrılmışdır. Burada
Qoşa filiz sahəsinin struktur vəziyyətinin sxemi tərtib edilmiş və bu struktur
elementlərin dəqiq diferensiasiyası qeyd olunmuşdur (şəkil 86).
Kosmik şəkillərin müxtəlif mərhələlərlə deşifrələnməsi nəticəsində
Axınca və Zəyəm çayları hövzəsində bir sıra müxtəlif tərtibli halqavarı
strukturlar ayrılmışdır. Bu strukturlar (Qoşa, Yeldağ, Şamlıq, İsakənd, Qəribli
və Qızılqaya) mənşəyinə görə müxtəlif genetik tiplərə aid edilir (kaldera,
200
ekstruziv, günbəz, vulkan-günbəz, tektonik-maqmatik və s. tiplər). Ölçülərinə
görə mini struktura aid edilən (10-15 km-ə qədər) və diametri bir neçə yüz m-ə
çatan kiçik halqavarı strukturlar ayrılır (şəkil 86).
Şəkil 86. Axınca və Zəyəm çayları hövzəsində halqavarı və xətti strukturların
yerləşmə sxemi (Mansurov M.İ., 2004):
1- halqavarı strukturlar; 2-3- xətti strukturlar.
Yuxarıda qeyd etdiyimiz halqavarı strukturlardan daha böyük maraq kəsb
edən Əsrik və Axınca çayları arasında yerləşmiş Qoşa halqavarı strukturudur.
O, mənşəyinə görə vulkan-plutonik tipə, ölçüsünə görə isə mini struktura (10-
15 km-ə qədər) aid edilir. Bu struktur relyefdə yaxşı əks olunmuş konsentrik
formada deşifrələnir. Onun daxili hissəsi bayosun vulkanogen və vulkanogen-
çökmə süxurlarından təşkil tapmışdır. Sonuncu öz növbəsində kvars-diorit
intruzivi və dasitriolit subvulkan kütlələrinin çıxışları ilə yarılmışdır.
Deşifrələnmiş materialların və mövcud geoloji, geofiziki, geomorfoloji
məlumatların müqayisəli təhlili göstərir ki, Qoşa filiz sahəsi müasir strukturda
turş intruziv kütlələrlə, müxtəlif tərkibli daykalarla yarılmış və mənfi qravi-
tasiya sahəsinə malik çökmə kalderası ilə əks olunmuş uzunmüddətli filiz-
maqmatik mərkəzini özündə birləşdirən eyni adlı halqavarı strukturun daxilində
yerləşmişdir.
Strukturun daxilində turş və orta tərkibli intruzivlər və ekstruzivlər
yerləşmişdir. Halqanın daxilində eyni zamanda bir neçə kiçik halqa və yarım-
halqa qeyd olunmuşdur. Bütün bunlar kosmik və yüksəklik aerofotoşəkillərdə,
müxtəlif yaşlı və tərkibli vulkanogen, vulkanogen-çökmə süxurları əhatə edərək
yaxşı həkk olunurlar. Bu strukturun halqavarı xüsusiyyəti paleovulkan
qurğularının subvulkan kütlələri ilə, metasomatitlərin filiz təzahürləri və blok
201
pozulmaları ilə əlaqəsində qeyd olunur.
Filiz sahəsi hüdudunda strukturun oval forması alt və üst bayosun vulka-
nogen süxurlarının sərhədlərinə uyğun gəlir. Ən zəngin filizləşmə məntəqələri
halqavarı strukturun mərkəzindəki vulkan qurğularına uyğunlaşmışdır. Bu
qarşılıqlı münasibətdən belə nəticəyə gəlmək olar ki, halqavarı strukturun
əmələgəlməsi bayos vulkanogen kompleksinin konsolidasiyası ilə eyni vaxtda
baş vermişdir.
Filizləşmə əksər hallarda vulkanogen süxurlarda və onları kəsən subvul-
kan kütlələrində cəmləşmişdir. Filiz kütlələrinin yerləşməsi, həm halqavarı
struktur, həm də nisbətən geniş intervalda dəyişən xətti tektonik qırılmalarla
nəzarət olunur.
Şamlıq halqavarı strukturu kaldera tiplidir və şərqdə yaxşı saxlanılmış
Haçaqaya, Maraldağ, qərbdə isə Kamandar vulkan qurğuları ilə hüdudlan-
mışdır. Halqavarı strukturun kənar hissələrində üst bayos yaşlı intruzivlər,
daykalar, riolitlərin və riodasitlərin ştokları inkişaf etmişdir.
Kalderanın geoloji quruluşunda alt bayos yaşlı aqlomerat lavaları, riolit
və riodasitlərin tufları və tufbrekçiyaları iştirak edir. Struktur daxilində müxtəlif
fiziki anomaliyalarla səciyyələnən törəmə kvarsitlər zolağı inkişaf etmişdir.
Məsələn, Bala Şamlıq sahəsində 2,5x1,5 km ölçüdə sulfid minerallaşmalı YP
(yaradılmış polyarlaşma) anomaliyası ayrılmışdır. Bu anomaliya daxilində 5%-
lik fonda
= -15 % intensivlikli sərbəst YP anomaliyası ayrılmışdır. Qəribli
sahəsindəki anomaliya Zəyəm çayı bayunca uzanmaya malikdir.
Şamlıq halqavarı strukturu yan süxurların şistləşməsi və kvarslaşması ilə
müşahidə olunan müxtəlif istiqamətli qırılma pozulmaları ilə kiçik bloklara
bölünmüşdür. Bu qırılma pozulmaları kosmik şəkillərdə asanlıqla deşifrələnir.
İsakənd halqavarı strukturu Zəyəm çayının sol sahilində yerləşmişdir və
morfoloji cəhətcə uzunsov formaya malikdir. O, Əhmədabad Qoşa və Yeldağ
qırılmalarının kəsişmə düyününə uyğunlaşan Yeldağ halqavarı strukturu ilə
konsentrik olaraq qovuşur. Struktur vulkan günbəz tipə aid edilir. Filiz sahəsi
daxilində ona Yeldağ vulkan qurğusu cəlb olunmuşdur. Bu qurğunun mərkəz
hissəsində geniş zolaq şəklində konsentrik yerləşmiş daykalarla və kiçik qırılma
pozulmaları ilə haşiyələnmiş düşmə kalderası yerləşmişdir. Bu strukturun
formalaşması relyefdə müsbət formaya malik mərkəz tipli Yeldağ vulkanik
fəaliyyəti ilə şərtlənmişdir. Həmin strukturda mərkəzdən kənarlara doğru riolit
və riodasitlərin konsentrik daykaları, həmçinin vulkan mərkəzindən radial
aralanan qırılma pozulmaları yerləşmişdir.
Bu sahədə geofiziki tədqiqatlarla bir YP anomaliyası (3%-lik fonda inten-
sivlik
=-10%) ayrılmışdır. Bu anomaliya törəmə kvarsitlərdə yerləşərək,
möhtəvi
minerallaşmalı
qırılma
pozulmaları
ilə
nəzarət
olunan
üç
areolla
əhatə
olunmuşdur.
Qızılqaya halqavarı strukturu ekstruziv günbəz tipinə aid edilir. Bu struktur
Əsrikçayın sol sahilində yerləşmişdir və şimal-şərq və şimal-qərb istiqamətli
202
qırılmaların kəsişmə düyünündə müşahidə olunur. Strukturun mərkəz hissəsində
mərkəzə doğru sərt düşmə bucağı ilə səciyyələnən riolit tərkibli ekstruziv günbəz
yerləşmişdir. Riolitlər Qızıldağ vulkanının boğazını doldurur, onun kənarları isə
eruptiv brekçiyalardan təşkil olunmuşdur. Strukturun formalaşmasında daykaların
rolu böyükdür. Onlar, şimal-qərb istiqamətdə uzanmaya malik olub, tərkibinin
müxtəlifliyi ilə səciyyələnir (andezitlərdən dasitlərə, riolitlərə qədər).
Abdal halqavarı strukturu da analoji mənzərəyə malikdir. Ekstruziv
günbəz strukturuna Qızıldağ halqası misal göstərilə bilər. Gec yura yaşlı struk-
tur Tovuzçayın sol sahilində kəndin yaxınlığında yerləşir. Yanıqlı şimal-qərb
və şimal-şərq uzunluqlu yarılmaların kəsişməsinə aiddir.
Strukturun mərkəz hissəsində riolit tərkibli ekstruziv günbəz yerləşir.
Strukturun formalaşmasında dayka əmələgəlmələri böyük əhəmiyyət kəsb edir.
Sonuncular müxtəlif tərkibə (andezitlərdən dasit, riodasitlərə qədər) malik
olmaqla şimal-qərb istiqamətində uzanır. Vulkanın daha turş süxurları pirit,
xalkopirit, qalenit minerallaşmadan ibarət kvarsbarit damarcıqları ilə ikinci
dəfə dəyişikliyə məruz qalmışdır.
Göyçə-Həkərə zonasında (Ağyataq, Şorbulaq, Levçay və s.) bir sıra
civə və civə sürmə yataqları halqavarı strukturlarla nəzarətlənir. Bu strukturlar
özünəməxsus endogen filiz konsentra-siyası qurşağını yaradaraq, şimal, şimal-
qərb və yaxın en istiqamətində lineamentlərlə mürəkkəbləşir.
Günbəz halqavarı strukturlar paleogen dövründə Ordubad əyilməsində
inkişaf etmişdir. Bu strukturlar (Alagöz, Ləkəyataq) mərkəz tipli vulkan
kalderasına uyğun gəlir və eninə sürüşmələr və aralanma horizontal yerdəyiş-
mə yarılmaları ilə mürəkkəbləşmişdir.
Misxan-Zəngəzur strukt formasion zonanın kosmik şəkillərinin deşifrələn-
məsi burada iri vulkanik qurğulara, şlak konuslarına uyğun gələn halqavarı
strukturları ayırmağa imkan vermişdir. Bəzən hətta lava axınlarının sərhədləri-
ni izləmək, həmçinin kiçik vulkanlar zəncirini müəyyən etmək olur. Buna
misal eyniadlı yarılmaya aid olan İşıqlı konsentrik halqavarı strukturunu
göstərmək olar. Halqavarı strukturun formalaşması tərkibinə görə subqələvi
traxibazalt, traxiandezit seriyasına uyğun gələn üst pliosen dördüncü dövr
vulkanizminin fəaliyyətinə əsaslanır.
Yuxarıda qeyd edilən halqavarı strukturlar regional tektonik zonalar
sistemlərinin kəsişməsində öz quruluş və vəziyyət xüsusiyyətlərinə, maqmatik
komplekslər dəstinə və onlarla əlaqədar olan endogen filizləşməyə görə quru-
luşlarının araşdırılması faydalı qazıntıların proqnozunda böyük əhəmiyyət kəsb
edən yüksək endogen fəallıq qovşaqlarına uyğun gəlir (V.M.Babazadə, 2007).
Distansion zondlama materiallarının analizi neft-qaz axtarışı işlərinin
nəzəri tədqiqatlar kompleksinin ayrılmaz hissəsidir. Bu məqsədlə Cəlilabad
neftli-qazlı rayonunun və Kiçik Qafqazın ona qonşu vilayətlərinin kosmik
şəkillərindən istifadə edilmişdir (şəkil 87).
203
Şəkil 87. Cəlilabad perspektiv neft-qaz zonasında halqavarı və xətti
strukturların yerləşmə sxemi.
1 – lokal antiklinal strukturlar: 1–Qərbi-Kürd; 2–Kürd; 3–Xəlfəli; 4–Orta Muğan; 5–Şorsulu; 6– Qırmızıkənd;
7 – Puşkin; 8 - Novoqodovsk; 9 – Prişib; 10 – Masallı; 11 – Tumarxanlı; 12 – Görməli; 13 – Bəyxan; 2 -
oliqosen-miosen çöküntülərinə görə təyin edilmiş lokal antiklinal strukturlar; 3 – yaşına görə müxtəlif
çöküntülər üzrə; 4 - Kürboyu neft-qazlı zonasını Cəlilabad perspektiv neft-qaz zonasından ayıran xətt
(geofiziki üsullarla təyin edilmişdir); 5 – kosmik şəkillərdə deşifrələnmiş lineament (Xıllı-Qazıməmməd); 6
– mürəkkəb seysmik material zonası; 7 – halqavarı strukturlar.
Kosmik şəkillərin deşifrələnməsi nəticəsində şimal və mərkəz hissələrdə
qruplaşmış 20 - yə qədər iri və xırda halqavarı strukturlar ayrılır. Bu struk-
turlardan bəziləri Kürd, Xəlfəli, Şorsulu, Tumarxanlı, Görməli, Bəyxan kimi
basdırılmş strukturların üzərinə yığılır.
Bundan əlavə, Cəlilabad neftli-qazlı zonasında Kürboyu neft-qazlı zonanı
Cəlilabad perspektiv neft-qaz zonasından ayıran, submeridional uzanmaya
malik iri lineament (Xıllı-Qazıməmməd) qeyd olunur.
Vulkan-tektonik depressiyalara misal olaraq, Kəlbəcər muldasını göstər-
mək olar ki, o da lava və müxtəlif tərkibli tuf örtüklərinin laylanması ilə dol-
muş qövsvarı və halqavarı yarılmalarla mürəkkəbləşmişdir.
10.4.Tektonogen halqavarı strukturlar və diapirlər
Tektonogen halqavarı strukturlar meqastrukturlardan başqa, bütün struk-
tur siniflərlə təmsil olunur. Onlar əsasən şaquli tektonik hərəkətlərin təsiri
altında formalaşır; halqavarı strukturların horizontal tektonik hərəkətlərlə
əlaqəsi hələ kifayət dərəcədə öyrənilməmişdir, lakin ehtimal ki, dairəvi struk-
turlar qitələrdə mövcuddur və onların tam dəqiqliklə ayrılması hələlik mümkün
deyildir.
204
Morfoloji olaraq, bu strukturlar arasında müsbət, mənfi və mürəkkəb
quruluşlu tiplər ayrılır. Belə strukturların ölçüləri ilk on km-dən yüz km-ə qədər
və hətta min km-ə qədərdir. Strukturların yaşı müxtəlifdir. Onlardan bir çoxu
paleozoy, mezozoy və kaynazoy müddətində uzunmüddətli konsedimentasiyon
inkişaf etmiş və qırışıqlıq özülün və örtüyn deformasiyasında təzahür etmiş,
həmçinin maqnit və qravitasiya sahələrinin anomaliyalarında əks olunmuşdur.
Müsbət strukturlar anteklizlərə, tağlara və bünövrənin çıxışlarına uyğun
gəlir. Bir sıra hallarda kristallik bünövrənin poliqonal bloku platforma örtüyün-
dən səthə doğru transformasiya edərək kosmik şəkillərdə izometrik əmələgəl-
mələr kimi əks olunurlar. Platforma örtüklərində müsbət strukturların formalaş-
ması qranit massivlərinin özünü büruzə verməsi və çökmə komplekslərin
deformasiyası ilə əlaqədardır.
İri müsbət strukturlara Xəzəryanı çökəklikdə Astarxan və Uil tağları,
Qərbi Sibir platformasında Xantı-Mansiy tağları və s. aiddir. İri tağ strukturları
adətən radial konsentrik quruluşa malikdir. Eyni zamanda çay dərələrinin
uyğunlaşdığı qövsvarı və radial qrabenlər əhəmiyyətli rol oynayır. Qövsvarı
qrabenlər bütövlükdə düşən və qalxan blokları şərtləndirərək vallarla növbələ-
şirlər. Kosmik şəkillərdə deşifrə olunan həm halqavarı strukturlar, həm də
onların ayrı-ayrı qövsləri, radial və sahəvi elemenləri bünövrənin relyefində,
çökmə örtüyün quruluşunda və maqnit sahəsində əks olunmuşdur. Az iri
müsbət strukturlara iri çökəkliklərdə (Xəzəryanı, Meksikayanı və s.) inkişaf
tapmış diapir duz günbəzləri aid edilir.
Mənfi strukturlar platformalarda sineklizlərə, çökəkliklərə və muldalara
uyğun gəlir. Daha iri izometrik sineklizlərə platformalarda (Afrikada Konqo və
Tauden, Qazaxstanda Balxaşyanı sineklizləri və s.) rast gəlinir. Belə sinekliz-
lərin diametri yüz km-lə ölcülür. Bünövrənin qabığında onlardan bir çoxu 3-4
km qalınlığında çöküntülərlə təmsil olunmuş çökəkliklərə uyğun gəlir. Bir sıra
sineklizlər vallarla əhatə olunmuşdur və onların üzərində çökmə örtüyün qalın-
lığı azalır. Bunların formalaşması rifey və ilkin paleozoydan neogen dördüncü
dövrə qədər davam etmişdir. Bu genetik sinfə həmçinin diapir halqavarı struk-
turlar da aid edilir. Tektonik halqavarı strukturlar platforma tektonogenez pro-
seslərinin məhsulu hesab olunur.
Tektonik halqavarı strukturlara əksər duz günbəzləri hövzələrində rast
gələn diapir halqavarı strukturları da aid etmək olar. Daha iri diapir halqavarı
strukturlara duzaltı yatağın geniş qalxımlarına və duz massivlərinə, kiçikləri isə
(monostrukturlar) ayrı-ayrı, əksərən, kəsilmiş duz günbəzlərinə uyğun gəlir. Gil
diapirləri və iri palçıq vulkanları da həmçinin halqavarı strukturlarla müşaiyət
olunur.
Tektonogen halqavarı strukturları üst mantiyanın mantiya diapirilə əlaqə-
ləndirmək olar. Onlar sedimentsiferdə böyük qalınlıqlı çökmə süxur kompleks-
lərilə iri oval və ya dairəvi çökəkliklərə (eninə bir neçə yüz km) uyğun gəlir.
205
Platforma örtüklərində halqavarı formalı tektonik qalxmalar konsolidasiyaya
uğramış bünövrənin uyğun qalxması ilə əlaqədardır.
Tektonik halqavarı strukturların quruluşunda həm plikativ (qırışıqlıq),
həm də dizyunktiv (qırılma) dislokasiyalar aparıcı rol oynaya bilər. Bütövlükdə
isə, dizyunktiv tektonik halqavarı strukturlar („rinq bloklar“), görünür nisbətən
aztabeli mövqedədir. Belə strukturlara nadir hallarda rast gəlinir.
Tektonik halqavarı strukturların çox hissəsi platforma tektogenez proses-
lərilə əlaqədardır və bütün qitələrdəki qədim və cavan platforma sallarının
mənfi və müsbət halqavarı strukturlarının əsas hissəsini təşkil edir (şəkil 88).
Tektonik halqavarı strukturların ikinci böyük qrupunu yeni neogen dör-
düncü dövr orogenik tektogenezlə əlaqədar strukturlar təşkil edir. Onlar həm
orogenik çökəkliklərdə, həm də orogenik qalxımlarda yerləşir. Çökəkliklərdə
bu strukturların həm müsbət, həm də mənfi formaları müəyyən edilmişdir.
Qalxımlarda isə hələlik yalnız müsbət qeydə alınmışdır. Onlar yüksəklik ampli-
tudlu və ölçülü neotektonik qalxımların və ya qırışıqlıq sistem periklinal çökək-
liklərinin sərhədlərinə uyğun gəlir. Məsələn, Apalaç sisteminin cənub qurtara-
cağında makrostrukturların içərisində mənfi halqavarı strukturlar üstünlük təşkil
edir. Hər iki morfoloji formaların içərisində mezostrukturlar bərabər miqdarda
paylanmışdır. Monostrukturlarda müsbət strukturlar üstünlük təşkil edir. Belə
bölgülərin (yayılmaların) səbəbi hələlik məlum deyildir.
Şəkil 88. Afrikanın cavan çökəkliklərinin əmələ gəlməsi ilə əlaqədar
olan tektonogen halqavarı strukturları.
206
Daha iri mürəkkəb quruluşlu tektonik çökəkliklər Tauden və Konqo
çökəklikləri hesab olunur. Bunlaın diametrləri müvafiq olaraq, 1000 və 800 km
təşkil edir. Hər iki çökəkliyin inkişafı rifeydə başlamış və bütün fanerozoy boyu
davam etmişdir. Tauden və Konqo halqavarı çökəklikləri az miqdarda dəniz,
çox miqdarda isə kontinental mənşəli çökmə formasiyalarla dolmuşdur. Onlar-
da terrigen, əhəmiyyətli miqdarda isə qırmızı rəng formasiyası üstünlük təşkil
edir. Bəzən çökəkliyin mərkəzi hissəsində dəniz karbonat formasiyası üstünlük
təşkil edir. Uzunmüddətli irsi çökmə nəticəsində bütün fanerozoy ərzində çök-
mə formasiyanın submarin qalınlığı 1-3 km-ə çatmışdır.
Tauden çökəkliyində mezozoya qədərki çökmə formasiyalar müəyyən
dərəcədə dolerit və diabazların subvulkanik kütlələrilə yayılmışdır.
Saxara plitəsinin şərq hissəsində geniş, uzunmüdətli inkişafa malik halqa-
varı çökəkliklər yerləşmişdir: Əlcəzair-Liviya, Kufra və Murzuk. Bu halqavarı
çökəkliklər paleozoy və mezozoyun qalın çöküntülərilə tamamlanmışdır. Hal-
qavarı çökəkliklərin bünövrəsi hamar deyildir və əyilmiş sahələrdə çökmə sü-
xurların qalınlığı 7 km təşkil edir (Əlcəzair-Liviya).
Murzuk halqavarı çökəkliyi 350 km diametrə malikdir. Bu strukturda
kəsilişin əsasında çəhrayımtıl qumdaşı formasiyası inkişaf tapmışdır. Yuxarıda
qeyri-uyğun yatıma malik 350-1000 m qalınlığında Xasayna formasiyasının
(kembri yaşlı) qumdaşları və dəmirli kvarsitlər, onların üzərində isə ordovik
yaşlı gillər, alevrolitlər və qumdaşları yatır (25-200 m qalınlığında). Murzuk
halqavarı çökəkliyinin səciyyəvi kəsilişi bütün fanerozoy müddəti ərzində onun
fəal tektonik inkişafa malik olduğunu göstərir (şəkil 89).
Planda halqavarı formada olan Əlcəzair-Liviya çökəkliyi Liviya ərazisi-
nin qərb hissəsini əhatə edir və eninə istiqamətdə 500 km, meridional istiqa-
mətdə isə 300 km məsafədə izlənilir. Əlcəzair-Liviya çökəkliyində mezozoy,
kaynazoy struktur mərtəbəsi demək olar ki, paleozoy struktur mərtəbəsinin tağ
hissəsini kəsərək yatır.
Beləliklə, 100-1000 km diametrində tektonogen halqavarı strukturlar, iri
Yüklə 21,74 Mb. Dostları ilə paylaş: |