Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   2   3   4   5   6   7   8   9   ...   17
Azf-287674


 
Şəkil  20.   Duzlu  göllərin  fototəsvirinin  xarakteri: 
a – Ölü  dəniz;  b -  Zaqros  dağlarında  (Cənub-qərbi  İran  (“Cemini”))  Teşt  və  
Neyriz  duzlu  gölləri;  c -  Qaraboğazgöl   körfəzi  (“Soyuz-9”). 
 
Bitki-  Bitkilərin mühitlə  sıx  əlaqəsi, onun məskunlaşma  şəraitinə  fəal  
reaksiyası və bitkilərin qida maddələrinə seçici münasibəti ondan mühitin  gös-
təricisi kimi istifadə etməyə imkan verir. Bu, ana süxurlar, torpaq və bitki  
örtüyü arasındakı müəyyən qarşılıqlı əlaqənin mövcudluğuna əsaslanır. İndika-
siya obyektindən asılı olaraq, torpaq, iqlim, ana süxurlar, nəmlik və s. İndika-
torların bitki qrupları ayrılır. Bundan asılı olaraq, bitki müxtəlif tip çöküntülərin 
(kövrək və s.) göstəricisi ola bilər. Qırılma pozulmalarını və çatlılığı, iri struk-
turları, nəmliyi və hidrogeoloji xüsusiyyətləri nəzərə çarpdıra bilər.  B.V.Vinaq-
radov bitki örtüyünün ətraf mühitlə sıx əlaqəsinin olduğu və buna görə də deşif-
rələmə əlamətləri hesab edilən: 1) həyat formaları; 2) ekoloji tiplər; 3) sistema-
tik növlər; 4) növlərin quruluş və bioloji xarakter əlamətləri; 5) bitki xüsusiy-
yətləri və bitki örtüyünün digər taksonomik vahidləri; 6) kompleks və birliklə-
rin uyğunluğu kimi əsas xüsusiyyətləri ayırmışdır. 
Lakin bitki örtüyünün heç də bütün elementləri KFŞ-ın de-şifrələnməsin-
də onların məhdud həlletmə xüsusiyyətləri və generalizasiyanın kifayət  səviy-
yəsi səbəbindən istifadə edilə bilməz. Bununla əlaqədar olaraq, yuxarıda  nəzər-
dən keçirilən bitki örtüyünün xarakteristikalarından həyat formasıekoloji  tip-

60 
 
lərsistematik növlər və onların quruluşunun xüsusiyyətləri tamamilə qüvvədən  
düşür. 
Bitki aləmi müəyyən strukturla (bitkilərin horizontal və ya şaquli  yayıl-
ması xüsusiyyətləri), onların yayılmasını  məhdudlaşdıran relyef formalarına  
uyğun olan konturla xarakterizə olunur. Bütün bu əlamətlərin hesabına bitki  
aləmi şəkillərdə konturların forması, çaları və strukturu ilə əks olunur. Kontur-
ların forması, yayılma sahəsi, çalar ekologiya, struktur qrupların  quruluşu (belə  
ki, fototəsvirlərin  şəkli qrupların ahəngi kimi təyin olunur) ilə  təyin olunur. 
Bitki aləmi üstünlük təşkil edən həyat formalarına görə: ağaclıq, kolluq, otluq,  
mamır və s. fərqlənir. Müxtəlif həyat formaları fototəsvirlərdə müxtəlif  struk-
tura malik olması: iri nöqtəli, xırda nöqtəli, dənəvarı  və s. ilə xarakterizə  
olunur. 
Torpaq -  Torpağın indikator kimi istifadə olunmasının  əsasını onun ana  
süxurlarla sıx qarşılıqlı əlaqəsi təşkil edir ki, onun da təsiri torpağın rəngində,  
mexaniki tərkibində, torpaq skeletinin xarakterində, qalınlığında, nəmliyində  
və kimyəvi tərkibində öznü büruzə verir. Sadalanan keyfiyyətlər onların spekt-
ral parlaqlığını və eyni zamanda şəkillərdə təsvir xarakterini təyin edir. Torpa-
ğın indikasion rolu arid, daha çox bitki örtüyü olmayan müddətdə isə humid  
zonalarda  özünü  büruzə verir.   
Torpağın spektral parlaqlığına humus layının qalınlığı və torpaq  horizon-
tunda humus maddələrinin miqdarı təsir edir. Bununla əlaqədar olaraq,  tərki-
bində yüksək miqdarda humus olan torpaqlar (qara torpaq, çəmən torpaq və  s.) 
tərkibində daha az humus olan torpaqlardan (kültorpaq (məhsul verməyən 
bozumtul ağ rəngli torpaq), boz meşə, qonur səhra - düzən  və  s.)  təsvirin  tünd  
çaları ilə fərqlənir. Torpağın parlaqlığı onun nəmliyindən asılı olaraq daha çox  
dəyişir. Nəmliyin artması parlaqlığın zəifləməsinə gətirib çıxarır ki, bununla da  
əlaqədar olaraq, nəm və ya çox rütubətli torpaqların fotoçaları quru torpaqlara  
nisbətən  2-3  dəfə  tünd  olur.  
Torpaqların mineraloji tərkibi də spektral parlaqlığa təsir göstərir. Açıq  
rəngli minerallar (kvars, kaolin və s.) torpağın parlaqlığını artırır, tünd çalarlı  
minerallar (biotit, limonit və s.) əksinə azaldır. Torpağın parlaqlığını kifayət  
qədər azaldan dəmir oksididir. Məsələn, səhra, günəş şüası ilə qaralmış kimi və  
ya lateritlər - Afrikanın bəzi rayonlarında KFŞ-də tünd boz və ya hətta qara  
fotoçalarla səciyyələnir. 
Yüksək  əksetdirmə qabiliyyətinə malik zəif həll olan duzların (karbo-
natlar və sulfatlar) olması torpağın parlaqlığını artırır. Arid zonalarda torpağın  
parlaqlığına daha çox asan həll olan duzlar təsir göstərir. Yayda onlar yer  səthi-
nə  çıxaraq (torpağın tərkibindəki suyun buxarlanmanın təsiri ilə yer səthinə  
yaxınlaşması və buxarlanması nəticəsində) “duz qabıqları” əmələ gətirir və  tor-
paq
 
konturlarının
 
parlaqlığını
 
kəskin artıraraq, şəkillərdə ağ çalarla təsvir olunur. 

61 
 
Misal olaraq, İranda Zaqros dağlarında Teşt və Neyriz göllərinin sahillə-
rində duz qabıqlarını göstərmək olar ki, onlar da KFŞ-də bir sıra açıq rəngli  
zolaqlar  kimi  müşahidə  olunur  (şəkil 20).
 
Müxtəlif mexaniki tərkibli torpaqlar spektral parlaqlığına görə  fərqlənir. 
Humid zonalarda qumlu torpaqlar şəkillərdə adətən gilli və gilli-qumlu  torpaq-
lara nisbətən daha açıq çalara malik olur. Arid zonalarda kövrək, qumlu və gilli-
qumlu torpaqlar deflyasiyaya daha çox məruz qalır ki, bunun  nəticəsində  də 
onlar humusla zəngin olan xirda dənəli fraksiyaları itirir,  rəngsizləşir  və  açıq  
çalarla  əks  olunur. 
Deşifrələmə zamanı  çılpaq torpaqların  əsas  əlamətləri fototəsvirin çaları 
və şəkli hesab olunur. Düzən ərazilərdə inkişaf edən, aydın görünən makrorel-
yefsiz və eynicinsli dördüncü dövr çöküntülərinin qalın qatı ilə mürəkkəbləşən   
torpaq örtüyü fototəsvirin eyni çaları  və  hər hansı bir rəsmin olmaması ilə  
xarakterizə olunur. Torpaq örtüyünün istənilən qeyri-bircinsliliyi torpaq  əmələ-
gətirən süxurların maddi tərkibinin xarakteri ilə müəyyən olunaraq, şəkillərdə  
müxtəlif  rəsmlərlə  ötürülür  (şəkil 21). 
 
Şəkil 21. KŞ-n deşifrələmə materiallarına görə torpaq xəritəsinin  dəqiqləşdiril-
məsinin  nəticələri  (V.İ.Kravsovaya  görə): 
A -  KFŞ;  B – torpaq  xəritəsinin  bir  hissəsi;  C – KŞ-n  deşifrələnməsinin  nəticələri:  1 – kültorpaq  zəif  
səməniləşmiş; 2– tünd şabalıdı; 3– tünd şabalıdı (gilli qumlu); 4 – şabalıdı; 5 – şabalıdı şoran; 6– çəmən-
şabalıdı şoran; 7– şoranliqlar; 8– çəmən şoranlıqlar; 9– dərin və orta şoranlaşmış çəmən-səhra  şoran-
ları; 10 – çəmən-bataqlıq şorakətvarı; 11- çəmən-bataqlıq şoranları. 

62 
 
İnsanın mühəndisi fəaliyyəti.  Landşaftın antropogen komponentlərini  
yaradan insanın mühəndisi fəaliyyəti KFŞ-dən alınan geoloji informasiyaların  
həcmini  azaldır. Lakin  geoloji  deşifrələmədə insanın  mühəndisi  fəaliyyətinin 
nəticələrinin şəkillərdə əksini mütləq nəzərə almaq lazımdır. Bu, onunla əlaqə-
dardır ki, fototəsvirlərdə düzxətli elementlərin (yolların, şumlanmış torpaqların 
və s.) indikasion əhəmiyyətinin qiymətləndirilməsində ciddi çətinliklər mey-
dana çıxa bilər. Deşifrələmə zamanı səhvlərə yol verməmək üçün  antropogen  
elementləri tapıb eyniləşdirmək və onların yayılma sahələrini müəyyən etmək  
lazımdır. 
Antropogen təsirin formasından və istifadə olunan indikatorların tərkibin-
dən  asılı  olaraq,  antropogen  landşaftın  üç  kateqoriya  elementi  ayrılır: 
1.Planalma ilə eyni zamanda inkişaf edən və mövcud olan antropogen  
elementlər - birbaşa  əlamətlərlə oxunur və onlara yanğın, tüstü məşəlləri,  
dənizin  səthində neft ləkələri, şumlanmış torpaqlar  (şəkil 22, 23) aiddir. 
 
Şəkil 22. KŞ-də (“Cemini)  landşaftın  antropogen  elementləri: Nil  çayının  
yuxarı  axarında  (Sudan)  suvarılan  torpaqlar  və  drenaj  sistemləri. 
 
Şəkil 23. KŞ-də (“Cemini)  landşaftın  antropogen  elementləri: Asuan  
bəndinin  tikilməsindən  sonra  Nil  çayının  aşağı  axarında  su  anbarı. 

63 
 
2.Yaxın keçmişəaid mənşəli antropogen landşaftlar - əsas etibarilə, dola-
yı indikatorlarla oxunur. Onlara torpağın su və külək eroziyasının izlərinin,  
təkrar  şoranlaşmış  torpaqların  təsvirləri  aiddir. 
3.Uzun zaman ərzində yaranmış,  əsas etibarilə, məntiqi indikatorlarla  
tanınan  qədim  antropogen  landşaftlar. 
Kosmik üsullar antropogen landşaftın müxtəlif elementlərinin öyrənilmə-
sində istifadə edilə bilər: 1) sənaye və şəhər qurğuları; 2) kənd təsərrüfatı sahələri 
və  şumlanmış sahələr; 3) meşə  təsərrüfatı sahələri, tala; 4) suvarılan və köhnə 
suvarılan torpaqlar, su təsərrüfatı qurğuları (bax şəkil 22,23);
 
5) su eroziyası 
formaları; 6) külək eroziyası formaları; 7) meşə  və ot yanğınları; 8) uyun  
çirklənməsi;  9) havanın  çirklənməsi. 
Geoloji deifrələmədə bu elementlərin nəzərə alınması vacibdir. Landşaf-
tın antropogen elementlərinin dəqiq öyrənilməsi hidrogeoloji və mühəndisi-
geoloji tədqiqatlarda da zəruridir. 
Təbii  ərazi kompleksləri.  Örtülü rayonlarda geoloji qurğuların təyini  
landşaftın fototəsvirləri vasitəsilə mümkündür. Landşaftin elementləri hesab  
olunan təbii  ərazi kompleksləri fototəsvirin özünəməxsus rəsmi (şəkli) ilə xa-
rakterizə olunur. Onların sərhədləri şəkillər üzrə relyefin stereoskopik  öyrənil-
məsi və landşaftın digər komponentlərinin fototəsvirlərinin analizi nəticəsində  
dəqiqləşdirilir. 
Landşaftın daha kiçik hissəsi - fasiya hesab olunur. Bu elə  təbii  ərazi  
kompleksidir ki, onun bütün uzunluğu boyu səth süxurlarının eyni litologiyası, 
relyefin və  nəmliyin eyni xarakteri, vahid mikroiqlim, vahid torpaq növü və  
vahid biosenoz qorunub saxlanılır. 
Fasiya adətən mikroforma və ya 0,05 km
2
 ölçülü mezorelyef  elementin-
dən ibarət olur. Genetik, dinamik və ərazi cəhətdən əlaqəli fasiyalardan ibarət  
qanunauyğun qurulmuş sistem kimi özünü büruzə verən təbii ərazi  kompleks-
ləri  ətraf mühitdən fərqlənən sahə (məsələn, çöllükdə meşə, bataqlıq və s.) 
adlanır. Adətən ətraf mühitdən fərqlənən sahələr relyefin hər hansı bir mezofor-
ması əsasında formalaşır. Qarşılıqlı əlaqəli, ətraf mühitdən fərqlənən sahələrin 
qanunauyğun birliyi - yeri (rayonu), yerlərin (rayonların) birliyi isə, müəyyən  
tipləri morfologiyasına, genezisinə və onu təşkil edən süxurların tərkibinə görə  
eynicinsli olan relyefin hüdudlarında formalaşan landşaftı əmələ gətirir. Land-
şaftın daha kiçik elementlərinin fasiya və  ətraf mühitdən fərqlənən sahələrin  
ayrılması zamanı istifadə olunan əsas əlamətlər mikro- və mezorelyefin forma-
ları hesab olunur ki, onlar da fasiya və ətraf mühitdən fərqlənən sahələrin  ilkin  
təsnifatı üçün əsas hesab olunur. Bu əlamətə görə onların ayrılması üçün  
xarakter mikrorelyef, xırda eroziya  şəbəkəsinin  şəkli (rəsmi), bitki aləminin 
qanunauyğun növbələşməsi,  şumlanmış sahələrin sərhədlərinin quruluşu və  
digər əlamətlər istifadə olunur ki, bu da özünəməxsus və təkrarolunmaz fototəs-
virlər yaradır. Onların eynicinsliliyi landşaftın bu növlərinin eyni tipə aid  oldu-
ğunu göstərir. Düzən relyef şəraitində  təbii  ərazi komplekslərinin sərhədləri  

64 
 
eyni iqlim şəraitində geoloji əmələgəlmələrin sərhədləri ilə  nəzarət olunur ki,  
bu da onları  şəkillərə görə  xəritələməyə imkan verir. Yerlərdə (rayonlarda)  
şəkillər olmadan bu təmasları təyin etmək qeyrimümkündür. 
Düzən rayonlardan fərqli olaraq, dağlıq rayonlarda iqlim qeyri-müəyyən-
liyi və landşaftın quruluşunda yamacların ekspozisiyasının kifayət qədər rolu-
nun nəticəsi olaraq, sonuncuların morfoloji strukturu ilə geoloji quruluşu  ara-
sındakı  əlaqə mürəkkəb xarakter daşıyır. Dağlıq rayonlar üçün nəzərə almaq  
lazımdır ki, müxtəlif ekspozisiyalı yamaclarda eyni süxurların inkişafı hüdud-
larında müxtəlif yüksəkliklərdə olduğu kimi, müxtəlif tip təbii ərazi  kompleks-
ləri  formalaşır. 
Tektonik qalxım və enmələr də  həmçinin landşaftın bütün komponent-
lərinin yenidən qurulması  və  həmin hərəkətlərlə  əhatə olunmuş sahə hüdudla-
rında onun morfoloji strukturunun dəyişməsi ilə müşayiət olunur və  həmin   
əlamətə  görə  şəkillərdə  tanına  bilər. 
Aydındır ki, deşifrələmə əlamətlərini birbaşa və dolayı kimi tiplərə ayır-
maq  şərtidir və bu deşifrələnmənin məqsədindən, kosmik təsvirlərin forma-
laşmış modellərinin tiplərindən asılıdır. Məsələn, geomorfoloji deşifrələmə 
zamanı relyefin xətti pilləsinin birbaşa əlağməti geoloji struktur deşifrələmədə 
qırılmanın dolayı  əlamətidir; halqavarı strukturların çalar-həndəsi (birbaşa) 
əlaməti maqmatik massivlərin və ya dağılmış vulkan aparatlarının dolayı 
əlamətidir və s. 
Deşifrələmə əlamətlərinin şərti olaraq, birbaşa və dolayı kimi tiplərə bö-
lünməsi bir sıra alimlərin belə bölgüdən imtina etməsinə  və ya onu yeniləş-
dirməsinə səbəb oldu. 
E.Barret və L.Kurtisin fikrincə, təsvirin səciyyəsindən və  məlumatından 
asılı olmayaraq, deşifrələmə üçün obyektin doqquz əlaməti böyük əhəmiyyət 
kəsb edir: 
 
l.  Forma.  Ətraf mühitin əksər komponetlərini onların forması  və görü-
nüşü ilə çox dəqiq seçmək olur. Bu həm təbii, həm də antğropogen (texnogen) 
əmələgəlmələrə aiddir.    
2. Ölçülər. Görünən obyektin uzunluğunu, enini, sahəsini və ya həcmini 
nəzərə almaq çox vacibdir. Adətən şəkildəki obyektlərin təxmini miqyası haq-
qında, onları yerdəki tanış elementlərlə (məsələn yollarla) müqayisə edib, fikir 
yürüdürlər.  
3.  Rəng–çalar. Müxtəlif obyektlər fərqli uzunluğa və enerjiyə malik 
elektromaqnit dalğaları  şüalandırır və ya əks etdirir. Bu müxtəliflik  şəkillərdə 
rəng-çalar və ya görünüş sıxlığının dəyişməsi ilə özünü büruzə verir ki, bu da 
onların deşifrələnməsində açar rolunu oynayır. 
4.  Kölgə. Obyektin səciyyəsini kölgə siluetinə görə  təyin etmək olar. 
Kölgələrin öyrənilməsi əsasən geomorfoloji tədqiqatlarda tətbiq edilir. Mürək-
kəb oroqrafiyaya malik rayonlarda tünd kölgələr  əhəğmiyyətli məlumatları 
gizlədə bilər. Məsələn, dağlıq, çox parçalanmış rayonlar bütöv qara ləkə kimi 

65 
 
görünür. Fotoçaların sıxlığının artmasının relyefin parçalanma səciyyəsi daşıdı-
ğını nəzərə alsaq, onda bu əlaməti də əhəmiyyətli  hesab etmək olar. 
5. Görünüş. Çox vaxt şəkillərdə oxşar görünüşlü təbii və süni kompleks-
lər qeydə alınır ki,  bu da xüsusilə mürəkkəb əmələgəlmələrin təhlili və planının 
alınmasında deşifrələməni asanlaşdırır. 
6.  Tekstura. Fotoşəkillərin bu zəruri keyfiyyəti rəngçalar ilə çox sıx 
əlaqədar olub, mikrorəngçalar fərqlərinə görə şəkillərin eyni görünüşlü sahələ-
rini ayırmağa imkan yaradır. Daha çox yayılmış teksturalara hamar, dalğavarı, 
ləkəli, xətti və qeyri-sabit şəkilli teksturaları aid etmək olar. Teksturaların təhlili 
subyektivdir. Deşifrələmə prosesində tekstura, nadir hallarda qavramada və 
səciyyələrin korrelyasiyasında yeganə amil olur. Bu əlamət,  əksər hallarda, 
daha dəqiqliklə aşkar edilmiş əmələgəlmələrin ayrılmasına ilkin əsas kimi cəlb 
edilir. Məsələn, müxtəlif süxurların  şəkilləri eyni rəngçalara, lakin müxtəlif 
teksturaya malik ola bilər. 
7.  Yerləşmə.  Bəzi obyektlərin intrepretasiyasını  və  təsnifatını, onların 
digər, daha aydın obyektlərə nisbətən yerləşməsinə görə deşifrələmənin son 
mərhələsində dəqiqləşdirmək mümkündür. Məsələn, əgər təbiəti naməlum olan 
qırışıq iki antiklinal arasında yerləşmişdirsə, deməli, o, sinklinaldır; zəncirvarı 
yerləşmiş üstəgəlmələri birləşdirən qırılma adətən sürüşmə yerdəyişməsi olur 
və s.  
8.  Yerində  həlletmə.  Şəkillərin həlletmə qabiliyyəti distansion ölçü 
cihazlarının xüsüsiyyətlərindən, mühitin müşahidə zamanındakı  vəziyyətindən 
və  həmçinin alınmış ilkin məlumatın son işlənməsindən asılıdır.  Şəkillərin 
həlletmə qabiliyyəti həmişə ölçünü limitləndirir, yəni çox zaman təyin ediləcək 
obyektin səciyyə  və ölçüsündən asılıdır. Bəzi obyektlər çox kiçik olduğundan 
şəkildə görünmür, bəzən də o qədər böyük ölçüyə malik olurlar ki, sərhədləri 
aydın təyin  olunmur. 
9.  Stereoeffekt. Kosmik təsvirin stereokosmik modellərinin verdiyi 
məlumatı ayrı-ayrı  şəkillərdən (adətən skaner şəkillərindən) almaq mümkün 
olmur. Bütün seriyalı fotoqrafik kosmik şəkillər horizontal (üfüqi) və  şaquli 
istiqamətdə bir-birini örtməklə alınır ki, bu da təsvirin stereomodelini almağa 
imkan yaradır. 
Göstərilən təsnifatın müəllifləri belə bir nəticəyə gəlirlər ki, fotoşəkillərin 
deşifrələnməsi öz mahiyyətinə görə deduktiv prosesdir və burada hər hansı bir 
əsas obyektin ayrılması  başqa bir obyektin dərk edilməsinə kömək edir. 
Y.Q.Kats və M.L. Koppın təklif etdiyi təsnifatda deşifrələmə  əlamətləri 
iki  əsas qrupa bölünür. Onlardan bircinslifotoqrafiya vasitəsilə  aşkar edilən 
obyektlərin xassələridir (yəni optik və həndəsi xassələr). Bü əlamətlər digərləri 
tətbiq edilmədən, diaqnostika üçün tam ola bilməz. Buna baxmayaraq, onlar 
deşifrələnmənin bütün növlərində  zəruri olan əsas kimi istifadə edilir. Bunu 
nəzərə alaraq, deşifrələmə əlamətlərinin bu qrupunu “ümumi” və ya “fotoqra-
fik” adlandırmaq daha məqsədəuyğundur.  İkinci qrup əlamətlər “xüsusi” 

66 
 
obyektin konkret geolojilandşaft xüsusiyyətlərini  əks etdirir və ona görə  də, 
geologiyanın və coğrafiyanın  uyğun kateqoriyaları ilə təsvir edilir. 
Analizin üsulundan asılı olaraq, xüsusi əlamətlər induktiv və deduktiv ola 
bilər. Bunlardan birincisi obyektin təyinatından və geoloji məzmunundan irəli 
gələn xüsusiyyətdir. Məsələn, çökmə və vulkanogen-çökmə süxurların induktiv 
əlaməti - şəkillərdə görünən laylanma; antiklinalın induktiv əlaməti - onun 
mərkəzində daha qədim çöküntülərin və  əyilmələrin qabarıq formada olması; 
qırılmaların – geoloji kütlələrin və ya relyef formalarının deşifrələnən yerdəyiş-
məsidir. Özünəməxsus üsullarla öyrənilən obyektlərin siniflərdə toplanmasını 
nəzərə alaraq, induktiv əlamətləri bir neçə  əsas qrupda birləşdirmək olar: 
stratiqrafik, struktur-geoloji,  geomorfoloji və s. 
İnduktiv əlamətlər geoloji obyektlərin birdəfəlik diaqnostikası üçün zəruri 
və  əsasdır. Lakin onların tətbiq sahəsi məhduddur. Buna səbəb geoloji 
əmələgəlmələrin bütün xüsusiyyətlərinin fotoqrafiya  üsulu ilə verilməsinin 
qeyri-mümkünlüyüdür. Belə halda, yəni müxtəlif dərəcəli və tipli obyektlərdə 
genetik və paragenetik qarşılıqlı münasibət yarandıqda, deduktiv əlamətləri 
tətbiq etmək lazım gəlir. Məsələn, karbonatsulfatlı layların relyefinin karst 
formaları ilə müşayiəti mütləq deyildir, lakin karstların mövcudluğu həmin 
layları aşkar etmək üçün, sadəcə olaraq, etibarlı əlamətdir. 
Deduktiv deşifrələmə  əlamətlərinə elə xüsusiyyətləri aid etmək lazımdır 
ki, onlar geoloji obyektlərin öz aralarındakı qarşılıqlı münasibətində,  yerləşmə 
xüsusiyyətlərində, müəyyən strukturlara aid olmasında özünü büruzə verir. 
Məsələn, kinematik tipli qırılmaları, onların qırışıqlıq sisteminin ümumi 
istiqamətə yönəlməsi və bununla əlaqədar olaraq, digər struktur formaların 
səciyyəsi ilə tanımaq olur; intruziyaların və vulkanların xətti düzülüşü  gizli 
dərinlik qırılmalarının olmasına sübutdur: çöküntülərin tərkibini, bəzən tektonik 
deformasiyanın tipinə görə  təyin etmək olur (plastik fliş  və gilli laylar eyni 
şəraitdə karbonat layına nisbətən xırda qırışıqlar  əmələ  gətirir); gətirmə 
konuslarını, özlərinin ümumi səciyyəvi formalarından  əlavə, həm də çay 
dərələrinin mənsəb hissəsindəki yerləşmə əlaməti ilə təyin edirlər. 
Beləliklə, bu və ya digər obyektləri kosmik təsvirlərdə ayırmağı  təmin 
edən başlıca deşifrələmə amiliobrazlar haqqında təsəvvürdür, yəni obyektlərin 
kosmik  şəkillərdə necə göründüyünü bilməkdir. Bu bilik ya tədqiqatçının 
yaddaşında saxlanılır və əvvəlki təcrübələrə əsaslanır, ya da  obraz banklarında 
(məsələn, bu və ya digər geoloji əmələgəlmələrin kosmik şəkillərinin katalo-
qunda) saxlanılır. 
 
 
 
 
 

67 
 
6.4.4. Süxurların stratiqrafiyasının və  litoloji-petroqrafik tərkibinin  
öyrənilməsi  üçün  deşifrələmə 
 
Yüksək səviyyəli generalizasiya ilə  əlaqədar olaraq, KFŞ-ə görə yalnız  
ayrı-ayrı hallarda stratiqrafik məsələlərin həlli və səthə çıxan süxurların maddi  
tərkibinin təyini mümkün olur. Yüksək səviyyəli generalizasiyalı  (əsasən  
qlobal və regional) və  zəif  həlletmə  qabiliyyətinə  malik  KFŞ-də  bir-birindən  
fərqlənən  süxurların  fototəsvirlərindəki  fərq  itir,  onlar  şəkillərdə  aşkarlana  
(ayrıla) və  sərhədlənə  bilər, lakin onların müəyyən  bir  kateqoriyaya  aid  
edilməsi çətinlik  törədir. Bu halda geoloji məlumatlar və  ya  çöl    işlərindən  
istifadə etmək  lazımdır  ki,  bu  da  ayrılmış  konturları  interpretasiya  etməyə  
imkan  verir. 
Fototəsvirlərin yüksək olmayan həlletmə qabiliyyəti və inteqrasiyası ilə 
əlaqədar olaraq, kiçik sahələrdə  səthə  çıxan və ya yüksək parçalanmış relyef  
şəraitində inkişaf edən və  nəticədə kiçik çıxışlarla  əks olunan süxurların ayrı-
ayrı tiplərini, xüsusilə dağlıq vilayətlərdə, çox nadir hallarda ayırmaq imkanı  
vardır. Ona görə  də KFŞ-də  əksər hallarda çoxkomponentli, lakin qrupların  
tərkibinin uyğunluğunu və ya əsas komponentin üstünlük təşkil edən tərkibini  
əks etdirən bir və ya bir neçə deşifrələmə  əlaməti ilə birləşmiş süxur qrupları  
deşifrələnir.  Belə  qruplar  yerli  stratiqrafik  bölgülərin  xarakterini  daşıyır  və  
daha çox böyük inkişaf sahəsi və  kəskin fotogenik deşifrələmə  əlamətləri ilə  
xarakterizə olunan müəyyən genetik komplekslərə, fasiya və ya formasiyalara  
uyğun  gəlir. 
Litoloji-stratiqrafik deşifrələmə qlobal və regional KŞ-də  süxurların əsas  
genetik tipini (çökmə, maqmatik, vulkanogen, metamorfik) ayırmağa və onla-
rın, həmçinin bir sıra formasion komplekslərin qarşılıqlı əlaqəsinin xarakterini  
fərqləndirməyə imkan verir (şəkil 24). 
 
Şəkil 24. Şimali Afrika ərazisində “Zond-5” planetlərarası avtomatik stansiya  
ilə alınmış KFŞ-n litoloji-stratiqrafik deşifrələnmə sxemi: 
1 – metamorfik  və  püskürmə  süxurları ilə  mürəkkəbləşmiş  kembriyəqədərki  massivlər;  2 – Anti – Atlas  
və  Uqart  Hersinki  qırışıqlıq  kompleksi;  3 -  alt-  və  orta  paleozoy terrigen  çöküntülər;  4 – postorta 
daş  kömür terrigen-karbonat   çöküntüləri;  5 – Atlas  qurşağının  alp  qırışıqlıq  əmələgəlmələri;  6 – 
püskürmə  süxurlarının  çıxışları;  7 -  vulkanogen  süxurların  çıxışları. 

68 
 
Çökmə süxurlar. Çökmə süxurların əsas deşifrələmə əlaməti- fototəsvirin  
müxtəlif tərkibə və möhkəmliyə malik lay və qatların növbələşməsi ilə şərtlə-
nən zolaqlı  şəklidir. Bu əlamət bir qədər püskürülmüş, xüsusilə metamorfik  
süxurlara aid ola bilər, lakin onlarda tünd fotoçalar daha çox üstünlük təşkil  
edir. Çökmə  süxurların  onları  bir-birindən  fərqləndirməyə  inkan  verən  əsas  
deşifrələmə  əlamətləri onların müxtəlif mezo və meqarelyefdə (xüsusilə  plat-
forma regionları üçün) özünü büruzə verməsinə, erozion şəbəkənin  xarakterinə  
və ya süxurların özlərinin rənginə  və ya fotoçalarına  əsaslanır. Rolu KFŞ-də  
çökmə süxurların deşifrələnməsində AFŞ-n deşifrələnməsinə nisbətən çox olan  
struktur əlamətləri (geosinklinal vilayətlər üçün) xüsusi qeyd etmək lazımdır. 
Şəkillərdə təsvirin xüsusiyyətlərinə görə bir tərəfdən ana (köklü) süxurları 
və dördüncü dövr çöküntülərini ayırmaq, digər tərəfdən isə müəyyən litoloji  
növləri: karbonatlı-sulfatlı, gilli, qırıntı sementləşmiş  və  qırıntı  sementləşmə-
miş aşkar etmək olur (şəkil 25). 
Karbonatlı-sulfatlı süxurlar  (əhəngdaşı, dolomit, mergel, gips) əsasən  
nisbətən açıq rənginə, kifayət qədər möhkəmliyinə, aydın görünən çatlılığına  
və  bəzən  relyefdə  müəyyən  təzahürünə  görə  tanınır  (şəkil 25 a, b).  Yüksək  
rütubətli rayonlarda karbonatlı-sulfatlı çöküntülərin çıxışlarının sahələrinə  
karst  relyefi  aiddir. Gillərə keçid vəziyyəti tutan mergellər  əhəngdaşları ilə  
müqayisədə daha  az  möhkəmliyi və demək olar ki, karstın iştirakının qəti  
olmaması,  lakin  relyefin  daha  çox  hamarlanmış  formaları  ilə  fərqlənir. 
Gilli  süxurlar (argillit, gillər  və öz keyfiyyətinə görə onlara yaxın  olan  
alevrolitlər) kifayət qədər  möhkəmliyə  malik  olmaması  səbəbindən asanlıqla  
yuyulur və buna görə  də onlara tez-tez relyefin mənfi formaları cavab verir. 
Onlar əsas etibarilə, kaolinitlər istisna olmaqla,  karbonatlı-sulfatlı  süxurlardan  
daha tünd fotoçalarla fərqlənir. Gilli çöküntülərin yayılma zonaları üçün  
dendritli erozion şəbəkəli bedlend (bəzən asan həll olan duzlar (halit, kalium 
duzu və s.) gilli süxurlar  içərisində  linzalar,  qatlar  şəklində  iştirak etdikdə  
sular vasitəsilə  həll olunaraq daşınır ki, yaranmış boşluqların tavanı sonralar  
uçaraq,  “adacıqlar”  şəklində  karsta  oxşar  qıf  əmələ  gətirir  və  bu  zaman  
yer səthində əmələ gələn relyef  forması  bedlend (ingiliscədən  tərcümədə  “pis  
torpaq”) adlandırılır) xüsusilə xarakterdir (şəkil 25 c), argillit qatları  və fliş  
çıxışları hüdudlarında isə erozion şəbəkə dendritşəkilliiynəli və  lələklidendrit 
şəkilli  rəsmə  (şəklə)  malik  olur. 
Sementləşmiş qırıntı süxurları - (qumdaşı və konqlomeratlar)  möhkəm-
liyinə görə karbonatlı-sulfatlı süxurlara yaxındır, lakin relyefin nisbətən kəskin  
məhdudiyyətli müsbət formalarını  əmələ  gətirir. Onları  əhəngdaşlarından  
karstın olmaması, relyefin kəskin parçalanmaya məruz qalması  və tez-tez  
təzahür edən çatlılıq fərqləndirir.  Bu  süxurların  fotoçaları  böyük  hüdudlarda  
dəyişir:  açıq  rəngdən   xüsusilə  arid  zonalar  üçün  xarakter  olan  tünd  rəngə  
qədər  dəyişir   (şəkil 25 d, e). 

69 
 
Sementləşməmiş qırıntı süxurları - (qumlar, alevritlər və  çaqıllar)  əksər  
hallarda fototəsvirlərin (nəm sahələrdən başqa) açıq çaları ilə  fərqlənir.  
Sementləşməmiş qırıntı süxurlarda onların yaxşı süzülmə keyfiyyətinin  olması  
baxımından erozion şəbəkə nadirdir və xarakter şəklə malik deyildir, relyefin  
formaları isə dalğavarı dairələnmiş cizgilər və kiçik artımlarla fərqlənir. Hori-
zontal yatımlı qumlu süxurların çıxışı olan sahələrdə onlara müəyyən profilli  
pəncəşəkilli  dərələr  aiddir. 
Sementləşməmiş  qırıntı  və gilli süxurlara dördüncü dövr çöküntülərinin  
genetik tiplərinin böyük hissəsi aiddir. KFŞ-ə görə, dördüncü dövr  çöküntü-
lərinin  deşifrələnməsi,  bəzi  hallarda  onların  müəyyən  bir  landşaft coğrafi  
şəraitə  aid   olması  ilə  asanlaşır,  bu  zaman  birbaşa  əlamətlər  analiz  edilir: 
fotoçalar,  fototəsvirin  şəklinin  strukturu  və  öyrənilən  obyektin  həndəsi  
forması.  Dördüncü  dövr  çöküntülərinin  stereoskopik  təsvirinin  alınması,  bir 
qayda olaraq, məhduddur. Dolayı landşaft  əlamətlərindən  üstünlük  təşkil  
edən  relyefdir. Bitki  qrupları  ayrı-ayrı  hallarda  kifayət  qədər geoindikasion  
rol oynayır, məsələn: arid  zonalarda  çaylaq  çöküntülərinin  ayrılması  zamanı 
-  bu   zaman  onlar  hidrofit  bitkilərin  olması  ilə  şərtlənən  tünd  fotoçalar  ilə  
fərqlənir. 
 
 
Şəkil 25. KŞ-də (“Cemini”) süxurların  müxtəlif litoloji növlərinin  
fototəsvirinin  xarakteri: 
a -  Zaqros  dağlarında  (Cənub-qərbi  İran)  karbonat-gilli  süxurların  çıxışları;  b -  Nyu  
Meksika  və  Texas  ştatlarının  (ABŞ)  perm  hövzəsində  karbonat   və  duzlu  süxurların  çıxış-
ları;  c - Qərbi Texasda (ABŞ) gilli-karbonat süxurlarının çıxışları; d - Murzuk  sineklizində  
(Şimali  Saxara)  alt  təbaşirin  orta sementləşmiş  qumdaşları  və  qravelitlərinin  çıxışları;  e - 
Murzuk  sineklizində    (Şimali  Saxara)  kembri-ordovik  və  devonun  kembriyəqədərki özül   
süxurlarının  və  möhkəm  sementləşmiş qumdaşlarının  çıxışları;  f – Qırmızı  dəniz  rayonunda  
özül  və  örtük  süxurlarının  çıxışları. 

70 
 
Dördüncü dövr çöküntülərinin deşifrələnməsi zamanı litoloji tərkibin 
(relyefin formasına, hidroqrafik  şəbəkənin  xüsusiyyətlərinə, aşınma dərəcəsinə 
s. görə), qalınlığın (altda yatan substratın fotoçalarına və  işıqlanmasına görə)  
və nisbi yaşın (relyefdə  vəziyyətinə, morfologiyasına və  aşınma dərəcəsinə  
görə)  təyini  mümkündür. 
Dördüncü dövr çöküntülərinin ayrı-ayrı genetik tiplərinin foto-təsvir-
lərinin  ötürülmə  imkanları  nəticəsində  onların  aşağıdakı  tiplərini  ayırmaq  
mümkündür: allüvial, elüvial və  elüvial-prolüvial, delüvial-prolüvial, göl, göl-
allüvial, eol,  həmçinin  aralıq  mövqe  tutan  tiplər. 
Allüvial çöküntülər arasında əsasən fototəsvirin tünd fotoçaları və  qədim,  
hazırda  quru çay  yataqlarının  girintili-çıxıntılı  xətlərinin  növbələşməsi  ilə  
şərtlənən nazikşırnaqlı yelpikvarı şəkli ilə xarakterizə olunan  delta  fasiyalarını  
daha çox fərqləndirmək mümkündür. Tünd fotoçalar onları  təşkil edən süxur-
ların (gil, alevrit və narındənəli  qumdaşı) daha zərif  tərkibi, nəmliyi  ilə  izah  
olunur. Bundan əlavə, allüvial çöküntülər çay dərələrinə aiddir (şəkil 26 b). 
Elüvial və elüvial-prolüvial çöküntülər narındənəli sıx strukturla boz  
homogen fotoçalarla aşkarlanır. Prolüvial növlər  əsas etibarilə, yamaclara  
aiddir, fototəsvirin  şırnaqvarı  və yelpik formalı  şəkli ilə  fərqlənir, prolüvial-
allüvial növlər isə bəzi hallarda lent və ya struktursuz xüsusuiyyətə malik olur.  
Delüvial-prolüvial  çöküntülər prolüvial çöküntülərdən o  qədər  də  fərqlənmir  
(şəkil 26). 
 
Şəkil 26. Relyefin fiyüvial  formalarının  KŞ-də  fototəsvirinin  xarakteri: 
a – prolüvial  gətirmə  konusları    və  allüvial  çöküntülərlə    mürəkkəbləşən  dərə; b – Nil  
çayının  deltası. 

71 
 
Göl çöküntüləri düzən  relyef – adətən akkumulyativ düzənlər və ya  
dağarası  dərələr  əmələ  gətirir və  çətinliklə  fərqlənən açıq-boz nöqtəvi çilli,  
homogen boz fotoçalarla xarakterizə olunur. Fototəsvirin eynicinsli çaları  və  
qeyri-dəqiq strukturu onun litoloji tərkibinin eynicinsliyi və nisbətən düzlənmiş  
relyeflə müəyyən olunur. Mərcan riflərində, adalarda toplanan suyun fonunda  
açıq çalarla, izometrik forma və bəzən konsentrik quruluşla seçilən dəniz üzvi  
çöküntülər yaxşı təyin olunur. Relyefdəki müəyyən vəziyyətinə, açıq fotoçalara  
və  bəzən  zolaqvarı quruluşuna  görə  sahilyanıdəniz  çöküntüləri  aşkar  edilir. 
Eol  çöküntüləri  relyefin  özünəməxsus  formasına  və  KFŞ-də  xətasız  
tanınmasına  görə  istənilən  miqyaslı  şəkillərdə  yaxşı  oxunur  (şəkil 27). 
 
Şəkil 27. KŞ-də  (“Cemini”)  eol  əmələgəlmələrinin  fototəsvirinin  xarakteri: 
a – Ued  Saura,  Əlcəzair  Saxarası;  b -  Tiferjinin  (Əlcəzair  Saxarası)  qumlu  massivi;  c – Cənubi  
Ərəbistanda  qumlu  massiv;  d – Livan  massivində    qumlu    massiv;      e  –  Cənub-qərbi  Afrikanın  
sahilyanı  vilayətlərində  eol  əmələgəlmələrinin  formalaşma  xüsusiyyətləri. 
 
Maqmatik süxurlar.  Bu süxurlar çökmə  və vulkanogen süxurlardan  
fərqli olaraq, möhkəmliyi nəticəsində, relyefdə müəyyən təzahürü hidroqrafik  
şəbəkənin makroçatlılıq  və daha  çox  tünd  fotoçalarla  şərtlənən özünəməxsus  
şəkli (şəbəkəli, lələkvarı-dendrit) ilə xarakterizə olunur. İntruziv və effuziv  
növlər hər zaman təyin edilə bilmir. İntruziv massivlərin etibarlı  əlamətləri  
onların dairəvi forması  və  dəqiq sərhədləridir (şəkil 28). İntruziyaların planda  
oval forması bəzi qranitlər üçün olduğu kimi, çox hallarda konsentrik quruluşa  
malik olan vulkan-plutonik komplekslər üçün də xarakterikdir. İntruziv süxurla-
rın fototəsvirlərinin çaları onların tərkibindən və bitki örtüyünün sıxlığından  

72 
 
asılı olaraq, geniş diapazonlarda - açıq bozdan  qaraya  qədər   dəyişir,  bəzən  
qarışdığı süxurlardan çox açıq rəngi ilə fərqlənir (şəkil 28 e).  Hər  zaman  tünd 
fotoçalara  malik  olan  əsasi  və  ultraəsasi  süxurlar  istisnalıq  təşkil  edir.  
Şəkillərdə  düzxətli  formaya  malik  və  bir qayda olaraq, qarışdığı  süxurlardan 
öz rənginə görə  kəskin fərqlənən dayka tipli intruziv kütlələr daha dəqiq  
oxunur (şəkil 28, b). 
 
Şəkil 28. KŞ-də  (“Cemini”,  “Apollon”)  intruziv  süxurların  fototəsvirinin  
xarakteri: 
a -  Ərəb  yarımadasının  mezozoy  çöküntülərində  intruziv  süxurların  müxtəlif  tipləri;  b -  Cənub-
Qərbi  Afrikanın  kembriyəqədərki süxurlarında  dayka  kompleksi;  c -  Zaqrosun  Baş  üstəgəlməsi  
zonasında  ultraəsas  kütlələr;  d -  Air  massivinin  (Cənubi  Saxara)  kembriyəqədərki  süxurlarında  
dairəvi  turş  intruziv  kütlələr;  e – alp  qurşağının  (Əfqanıstan)  qırıəşıqlıq  süxurlarında   sintektonik  
qranitlər;  f –Liviya  səhrasının  (Şimali  Saxara)  qumlarında  turş  intruziyalar. 
 
AFŞ-lə müqayisədə, çatlılıq kimi indikatorların rolu azalır, həndəsi  indi-
katorların rolu artır. Bəzi rayonlar üçün KFŞ-də intruziv süxurların nisbətən  
özünəməxsus təzahür və müxtəlif deşifrələmə ilə xarakterizə olunan aşağıdakı  
tiplərini ayırmaq imkanları yaranır: turş  və orta (şəkil 28, f), əsasi ultraəsasi.  
Bəzi hallarda şəkillərdə qranit süxurlarının kənar fasiyaları da aşkarlanır. Turş  
və orta intruziv süxurların daha dəyanətli  əlaməti onların çatlılığının xarakter  
şəkli hesab olunur. Belə  əlamətlərə, məsələn, Qazaxıstanın paleozoy qranito-
idləri, Ərəb-Nuba qalxanının proterozoy və alt paleozoy qranitoidləri malikdir  
(şəkil 28, a).  Onlardan  bəziləri  üçün  fototəsvirin  işıqlanmış  və  kölgələnmiş 
yamacların növbələşməsi ilə  şərtlənən və intensiv parçalanmış relyefi əks  

73 
 
etdirən şaqren tipi xarakterdir. Turş süxurlardan orta süxurlara keçidlə  fotoça-
ların  tündləşməsinin  asılılığı  müəyyən  olunur. 
Turş  və orta tərkibli effuziv süxurlar özlərinin intruziv analoqlarından  
zəif təyin olunur. Onlar fototəsvirin məyyən fotoçaları  və  şəkli ilə  fərqlənir.  
Məsələn, Air platosunda kiçik riolit kütlələri qonşu turş intruziyalardan fərqlən-
mir  (şəkil 28, f). 
Qırışıqlıq vilayətlərin  əsasi və ultraəsasi süxurlarının deşifrələnməsində  
onların ayrılması bir sıra çətinliklərlə müşahidə olunur: bir qayda olaraq, böyük  
ölçülər, geosinklinal çöküntülər kompleksində uyğun yatım, qarışdığı süxurlarla  
təmasların qeyri-dəqiqliyi və relyefdə zəif  təzahürü (şəkil 28,  c).
  
Vulkanogen süxurlar. Bu süxurlar arasında KŞ-də zəif tektonik  dəyişik-
lik hiss olunan cavan kaynozoy vulkanitləri daha dəqiq oxunur. Bir çox şəkillər-
də lava axınları və örtükləri ilə əhatə olunmuş vulkanik qurğular yaxşı  görünür.  
Əlavə əlamət kimi əsasən kölgənin çəkilməsi hesabına deşifrələnən şlak konus-
ları ola bilər. Aşınmaya qarşı kifayət qədər davamlı olmasına görə az meyilli  
yatıma malik vulkanogen süxurlar qaya çıxıntıları  və lava örtüyünün tavanına  
uyğun gələn düz sahələr əmələ gətirir. Cavan, püskürmə süxurlarının müxtəlif  
tipləri arasında Afrikada və  Ərəb yarımadasında geniş yayılmış, olduqca tünd  
fotoçalarla və tez-tez xarakter forma ilə aşkarlanan cavan bazaltlar asan  deşif-
rələnir  (şəkil 29). 
 
Şəkil 29. KŞ-də (“Cemini”, “Apollon”)  vulkanogen  əmələgəlmələrin fototəs-
virinin  xarakteri: 
a – çoxsaylı   kraterlər  ilə  Pinakat  vulkanik  massivi  (Meksika);  b – Syera-de-Pintes  (Kaliforniya)  
vulkanik  massivi;  c – Cənubi  Arizona  və    Şimali  Meksikadaüçüncü  dövr  vulkanogen  süxurların  
inkişaf  sahəsi;  d – Ərəb-Nuba  massivinin  (Sinay) kembriyəqədərki  süxurları  arasında  lava  axınları;  
e – Cebel  Marra  vulkanının  mərkəzi  aparatı    və  onun  yamaclarında  cavan  vulkanogen  
əmələgəlmələr;  f – Tibest  vulkanik  massivi  (Mərkəzi  Saxara),  onun  yamaclarında  lava  axınları  və  
xırda  kraterlər;   g – Emi-Kussi  (Mərkəzi  Saxara)  vulkanının  kraterləri;  h – cavan  vulkanogen  
əmələgəlmələrlə  mürəkkəbləşən  Cebel Qarqaf  vulkanik  massivi  (Şimali  Saxara). 

74 
 
Metamorfizmləşmiş və dislokasiya olunmuş qədim vulkanitlər, bir  qayda  
olaraq, onlarla qarışan çökmə süxurlarla müqayisədə daha tünd rənglə fərqlənir. 
Lakin onların tanınma imkanları cavanlarla müqayisədə kifayət qədər azdır.  
Bəzi parlaq boyanmış vulkanogen qatlar özünü rahat fotoqeydedici horizontlar  
kimi büruzə verir. 
Metamorfik süxurlar.  Bu süxurlar daha zəif deşifrələnməsi ilə xarakte-
rizə olunur, belə ki, güclü termodinamik dəyişikliklər nəticəsində bu  süxurların  
fiziki-mexaniki xassələri arasındakı fərq pozulur ki, bu da fototəsvirin nisbətən 
eyniliyi ilə şərtlənir (şəkil 30). Metamorfik süxurların, onları platforma örtüyü  
çöküntülərindən fərqlənməsinə imkan verən ümumi deşifrələmə  əlamətləri  
tünd fotoçalar, mürəkkəb dislokasiyaya məruzqalma, laylanma ilə  əlaqədar  
olan müxtəlif istiqamətli lineamentlərin çoxluğu,  şistlilik və çatlılıq, relyefin  
alçaq təzadıdır.     
 
 
Şəkil 30. KŞ-də (“Cemini”)  kembriyəqədərki metamorfik qırışıqlıq 
süxurlarının  fototəsvirinin  xarakteri: 
a – Axaqqar  massivi  (Mərkəzi  Saxara);  b – Ərəb-Nuba  massivi  (Ərəb  yarımadası,  Yəmən);  
c – Ərəb-Nuba  massivi  (Sinay). 
 
Belə süxurların tərkibinin KŞ-də  təyini imkanları xüsusilə  məhduddur,  
belə ki, regional metamorfizm prosesləri kifayət dərəcədə ayrı-ayrı süxurların  
xüsusiyyətlərini nivelirləyir və onları ümumi cəhətdən aşınmaya qarşı  bərabər-

75 
 
dəyanətli edir ki, bu da həmin  əmələgəlmələrin fototəsvirlərinin oxşarlığını  
şərtləndirir. Bundan  əlavə,  KFŞ-də  metamorfik qatların quruluşunun  AFŞ-də 
müşahidə olunan bəzi indikatorları (məsələn, layların mikrorelyefinin təzadlıq  
dərəcəsi və aşağı səviyyəli hidroşəbəkənin rəsmi) təzahür  etmir. Bu əlamətlər,  
əsas etibarilə, zəif metamorfizmləşmiş bu və ya digər dərəcədə öz fərdi  xüsu-
siyyətlərini qoruyub saxlayan süxurlar üçün xarakterdir. Dərin metamorfizm-
ləşmiş  süxurlar  sintektonik qranitlərdən az fərqlənir. Xarakter xüsusiyyətlər  
yalnız kvarsit və mərmərə aiddir ki, onlar müəyyən fotoçalar və aşınmaya  qarşı  
davamlılıqla (açıq rəngli sıra  əmələ  gətirərək) aşkarlanır. Həmin süxurlar  
kembriyəqədərki komplekslərin ayrı-ayrı struktur elementləri üçün  fotoqeyd-
edici  horizontlar  keyfiyyətində  istifadə  edilə  bilər. 
KFŞ-də regional metamorfizmin inkişaf etdiyi bəzi rayonlar üçün xarak-
ter olan qranitləşmə prosesi öz əksini tapır. Onlar metamorfik komplekslərin  
ümumi rəngsizləşməsi və struktur səthin qranitə yaxınlaşan müəyyən  dəyişik-
liyi  ilə  ifadə  olunur. 
   
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin