Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   2   3   4   5   6   7   8   9   ...   17
Azf-287674


3.2. Kosmik fotoplanalma 
 
 Yer səthinin 150-200 km-dən böyük yüksəklikdən fotoəksinin alınması- 
kosmik planalma adlanır. 
Kosmik fotoplanalma - İKG,UOS və YSP-dən  əl kameraları,  şəkilçəkən 
avtomat və yarımavtomatlarla yerinə yetirilir. 

26 
 
1961-ci ilin avqust ayından İKG-dən yer səthinin şəklini çəkməyə başla-
mışlar. Bu zaman təyyarəçi kosmonavt Q.S.Titov ilk dəfə kosmik fəzadan 
planetimizin səthinin fotoşəklini çəkmişdir. 
Kosmik şəkillərin əsas fərqləndirici cəhəti bir fotoşəkillə səthin böyük bir 
hissəsini əhatəetməsi qabiliyyətinin olmasıdır. İstifadə edilən fotolentlərdən və 
şəkilçəkən cihazlardan asılı olaraq, elektromaqnit spektrinin bütün diapazon-
larında, onun müxtəlif zonalarında və  hətta infraqırmızıya (İQ) yaxın diapa-
zonda da şəkil çəkmək mümkündür. Şəkillərin miqyası iki əsas parametrdən-
şəkilçəkmənin yüksəkliyi və obyektivin fokus məsafəsindən asılıdır. 
Kosmik fotoaparatlar optik oxun meylliyindən asılı olaraq, yer səthinin 
planını və perspektiv şəkillərini almağa imkan yaradır. 
Hazırda  kosmik şəkilləri 60% və daha böyük örtmə ilə    almağa imkan 
verən,  yüksək həlletməyə malik fotoaparatlardan istifadə edilir. 
Fotoplanalmanın spektral diapazonu infraqırmızıya yaxın zonanın 
görünən hissəsini (0,86 mkm-ə qədər) əhatə edir. 
İKG-dən yer səthinin şəklini çəkmək üçün KATE-140, MKF-6, FMS və 
s. markalı  şəkilçəkən sistemlərdən istifadə edilir. Bunlardan keçmiş SSRİ  və 
Almaniya mütəxəssisləri tərəfindən “İnterkosmos” proqramına əsasən hazırlan-
mış MKF-6M markalı çoxzonallı kosmik fotokamera gövdədən, obyektivləri 
olan 6 kasetdən, elektron blokdan və idarəetmə sistemindən ibarətdir. Bu 
sistemin parametrləri aşağıdakılardır: 
 
Kanalların sayı……………………………… ……………………………..............6 
Şəkilçəkmənin yüksəkliyi…………………………………………....…200-400 km 
Cəftə………………………………………............... fırlanan disklərlə mərkəzi tipli  
Örtmə qabiliyyəti …………………………………………………………20 – 80 % 
Lentin eni ………………………………………………………....…70 mm-ə qədər 
«Pinatar»obyektivi …………………………………………………….......  4/125 
 
MKF-6M fotokamerası altı spektral kanala malikdir ki, bunlar da aşağı-
dakı spektr zonalarında işləyir: 0,45 – 0,50; 0,52 – 0,56; 0,58 – 0,62; 0,64-0,68; 
0,70-0,74; 0,78- 0,86. 
Alınan təsvirin ölçüləri 55x81mm-dir. Bu şəkillər yüksək həlletmə imkan-
larına malikdir və onlar bir neçə  dəfə böyüdüldükdə belə, informativliyini 
itirmir. Şəklin kənarında sensitometrik paz, şəklin çəkilmə vaxtını göstərən saat, 
lentin aydınlıqsaxlama kodu və kadrın nömrəsi yerləşir. 265 km yüksəklikdən 
çəkilmiş  şəkillərin miqyası  təxminən 1: 2 000 000–ə yaxın-dır. 1-4-cü 
kanalların zonal şəkillərini 60 dəfə böyütmək olar. Belə böyüdülmüş    halda 
onlar geoloji deşifrələmə  məqsədləri üçün öz informativliyini itirmir. 5-6 -cı 
kanallarla alınmış şəkillər isə yalnız 10 dəfə böyüdülə bilər. 
Qeyd etmək lazımdır ki, indiki fotoqrafik planalma kosmik fəzadan 
alınmış planalmanın ən məlumatlı növüdür. Təcrübə göstərir ki, insan gözünün 

27 
 
fiziologiyasına uyğun gələn, yəni bütün sahəni eyni zamanda görməyə imkan 
verən şəkillərin optimal ölçüləri 18 x 18 sm-dir. 
Əlverişli istifadə üçün biri-birini örtmə qabiliyyətinə malik ayrı-ayrı 
kosmik  şəkillərdən: fotosxemlər (fotomozaika) və ya istinad nöqtələrinin 0,1 
mm və daha çox dəqiqliklə topoqrafik bağlanması olan fotoxəritələr qurulur. 
Fotosxemləri qurmaq üçün yalnız planlı kosmik şəkillərdən istifadə edilir. 
Müxtəlif miqyaslı perspektiv kosmik şəkilləri planlı  şəkillərə çevirmək üçün, 
«trasformasiya» adlanan xüsüsi proses tətbiq olunur. Kosmik şəkillərin trans-
formasiya edilməsi kosmosxemlərin və kosmofotoxəritələrin tərtibində müvəf-
fəqiyyətlə istifadə edilir ki, onlar da adətən koordinatın coğrafi şəbəkəsinə çox 
asan bağlanır. Kosmik şəkillərin transformasiyası və kosmofotoşəkillərin hazır-
lanması geodezistlər tərəfindən xüsusi cihazlarla – transformatorlarla həyata 
keçirilir. 
 
3.3. Televiziya  kosmik  planalması 
 
 Televiziya kosmik planalması fotoqrafik planalmadan özünün az həlletmə 
qabiliyyətli təsvirlər verməsi ilə  fərqlənir (şəkil 2). Onlar meteoroloji xidmət-
lərdə çox geniş istifadə edilməklə yanaşı, geoloji işlərdə də öz tətbiqini tapır. 
Televiziya kosmik planalmasında  şəkil «vidiokon» qəbuledici qurğuya 
proyeksiyalanır ki, onun da köməyi ilə fototeleqraf rejimdə elektromaqnit 
siqnalları radiokanallarla Yerin qəbuledici stansiyalarına verilir və ya maqnit 
lentinə yazılır. 
Yerdəki qəbuledici stansiyalara daxil olan telesiqnallar gücləndirilir və 
teleekrandan xüsusi qurğu vasitəsilə  çəkilən görünən televiziya təsvirlərinə 
çevrilir. Təbii ki, teleşəkillərin belə çoxpilləli və mürəkkəb ötürülməsi onların 
informativliyinin itməsinə  gətirib çıxarır. Bu itkini özünəməxsus tərzdə kom-
pensə etmək məqsədilə, YSP sırasında çoxzonalı  rəngli  şəkillər almaq üçün 
xüsusi işıq süzgəclərinin köməyi ilə müxtəlif rejimlərdə işləyən bir neçə  tele-
kameralar quraşdırılır. 
Telekameranın  əsas hissəsi -  vidikon-ötürücü borudur. Televiziya plan-
alması zamanı borunun işləmə dövrü on saniyələrlə ölçülməklə, aşağıdakı 
əməliyyatları yerinə yetirir: ekspozisiya, elektron təsvirin hesablanması, növbəti 
ekspozisiyaya hazırlıq. Kadrlı televiziya təsvirləri yüksək geometrik dəqiqliyi 
və bir-birini xeyli örtmək hesabına stereoskopik cütlərin alınması imkanlarına 
görə fərqlənir.  

28 
 
 
Şəkil 2. Kosmik -  foto  (a)  və  televiziya  (b) şəkilləri (Cənub-qərbi  İranda  
Zaqros  dağlarının). 
 
Bir çox YSP, o cümlədən “Meteor” (keçmiş SSRİ) və “Nimbus” (ABŞ) 
televiziya sistemləri ilə təmin edilmişdir. Bu növ YSP-dən alınmış materiallar 
geoloji tədqiqatlarda geniş istifadə edilir və onların müqayisəli xarakteristikası 
aşağıdakı kimidir. 
 
YSP                                                                   “Meteor”                          “Nimbus” 
Uçuşun yüksəkliyi, km    ………….…………….  620-890                      1070-1180 
Əhatə etdiyi zolaq, km    …….……………..…..  100-1400                     2700-3800 
Kadrların ölçüləri, sm…..………………………...    11x11                     25,4 x 25,4 
Yerdəki həlletmə imkanları, km  ….………...…. 1,25-1,70                         3,2 – 3,3 
Spektrin zonası, mkm…………………….……..  0,4 – 0,7                         0,4 – 0,7 
 
Kosmik televiziya planalmasının üstünlüyü böyük tezliyə və operativliyə, 
çatışmayan cəhətləri isə - onların natamam keyfiyyətli və  zəif (fotoşəkillərlə 
müqayisədə bir neçə dəfə az) həlletmə imkanlarına malik olmasıdır. 
 
 

29 
 
3.4. Fototeleviziya planalması 
 
Əvvələr hər iki növ planalmanın üstünlüklərini birləşdirməklə televiziya 
və fotoqrafiya üsulu birlikdə aparılırdı. Bu prosesin mahiyyəti, obyektin şəkli-
nin çəkilməsi, təsvirin YSP-də avtomatik işlənməsi və hazır şəkillərin televiziya 
vasitəsilə yerə ötürülməsindən ibarətdir. Bu planalmada fotoqrafiya sistemi 
şəkillərin keyfiyyətini və  həlletmə imkanlarını artırır, lakin televiziya şəkilləri 
uzaq məsafədən yerə verilərkən, atmosfer maneələri hesabına  öz keyfiyyətini 
itirir. Bü üsuldan hazırda istifadə edilmir. 
 
3.5. Skaner kosmik planalması 
 
Hazırda kosmik planalmanın bu növü üçün YSP-də müxtəlif məqsədlərlə 
qurulmuş çoxspektrli optik-mexaniki skaner sistemlərindən geniş istifadə edilir. 
Skanerlərin köməyi ilə ardıcıl alınmış elementlərdə təsvirlər formalaşır. «Ska-
nerləmə - ərazini hər bir element dəqiqliyi ilə daşıyıcı raketin hərəkətinə 
köndələn istiqamətdə izləyən və  şüa axınını obyektivə  və daha sonra işıq 
siqnallarını elektrik selinə çevirən nöqtəvi göstəriciyə göndərən skanerləyici 
elementlərin (yellənən və ya fırlanan güzgü) köməyi ilə təsvirlərin alınması de-
məkdir. Bu elektrik siqnalları əlaqə kanalları vasitəsilə qəbuledici stansiyalara 
verilir (şəkil 3). Ayrı-ayrı elementlərdən-piksellərdən ibarət skaner zolaqların-
dan təşkil olunmuş sahənin  şəkli fasiləsiz olaraq, ya maqnit lentinə, ya da 
fotolentə həkk olunur. Skaner şəkillərini spektrin bütün diapazonlarında almaq 
mümkündür, lakin spektrin görünən və infraqırmızı diapazonlarında alınmış şə-
killər daha effektli hesab olunur. 
 
Şəkil 3. Skaner qurğusunun  prinsipial  sxemi. 
 
“Meteor” seriyalı YSP-dən verilən skaner planalmasının materiallarından 
geologiyada istifadə edilir. Bu peyklərdə müxtəlif konstruksiyalı skaner qurğu-

30 
 
ları qurulmuşdur: kiçik həlletmə imkanlarına malik olan MSU-M, orta imkanlı 
MSU-S, konusvari açılan MSU-SK, elektron açılan MSU-E (cədvəl 3). 
 
Cədvəl 3 
Skaner qurğularının texniki parametrləri 
Parametrlər MSU-M 
MSU-S 
MSU-SK 
MSU-E 
Görünüş zolağı,km 
Skanerləmə bucağı,dərəcə 
Sətrin fəal hissəsində elementlərin  sayı 
Spektral kanalların sayı 
Yerlərdə sətrlər üzrə həlletmə, km 
Kütlə, kq 
1930 
106 
1880 


4,5 
1380 
90 
5700 

0,24 
5,5 
600 
66,5 
3614 

0,175 
47 
28 
2,5 
1000 

0,028 
17 
 
Skanerlərin əsas xüsusiyyəti skanerləmə bucağı və çəkilən zolağın eni və 
həlletmə qabiliyyətinin ölçüsünü şərtləndəirən ani görmə bucağıdır. Bu bucaq-
ların qiymətindən asılı olaraq, skanerlər dəqiq və icmal (ümumi) görünüşlü 
olur. Dəqiq skanerlərin skanerləmə bucağı  
 5
0
-ə qədər azaldılır, icmal görü-
nüşlü skanerlərdə  isə 
 50
0
- ə qədər artırılır. Buna görə də şəkillərin həlletmə 
qabiliyyəti çəkilən zolağın eni ilə tərs mütənasibdir. 
5 il ərzində (1976-1980) “Meteor/Priroda”YSP-də qoyulmuş ska-ner 
sisteminin istismarı zamanı keçmiş SSRİ-nin ərazisi 400 dəfədən çox çəkilmiş-
dir. 1989-cu il 18 iyunda orbitə çıxarılmış çoxspektrli «Fraqment» skanerləmə 
sistemi quraşdırılmışdır. Skaner sisteminin parametrləri aşağıdakılardır: 
 
Görünüş zolağının eni, km……………………………………….........................85 
Şəkilçəkmənin tempi, km
2
/san………………………………….........................590 
Tam informativlik, bit/san….……………………………………………....5,6 - 10
6
 
Kanalların sayı …….……………………….……….…………………………. ..85 
Obyektivin açılma sahəsi, sm
2
……..……….…..……………………………….358 
Kütləsi, kq………………………………………………………………….........280 
 
Yeni nəslə aid olan, 7 diapazonda işləyən “Lendsat – 4 və 5” seriyalı 
YSP-də quraşdırılmış “tematik kartoqraf” adlanan skaner tövsiyə olundu. Onun 
həlletmə imkanı spektrin görünən diapazonunda 30m, infraqırmızı diapazo-
nunda isə 120 m-dir. Bu skaner böyük informasiya axını verir, lakin onların 
işlənilməsi böyük zaman tələb etdiyi üçün şəkillərin verilmə sürəti azalır. Hər 
iki kanaldan alınmış  şəkillərdəki piksellərin sayı 36 mln.-dan artıqdır. Skaner 
qurğusu nəinki Yerin şəklinin alınmasında, hətta radiasiyanın (radiometr skaner 
qurğusu ilə) və  şüalanmanın intensivliyinin ölçülməsində  də (spektrometr 
skaner qurğusu) istifadə edilə bilər. 
Keyfiyyətinə görə skaner şəkilləri fotoəkslərdən geri qalır. Lakin skaner 
şəkillərinin alınmasının sadəliyi, siqnalların müxtəlif YSP-dən Yerə tez bir 
zamanda və avtomatik verilməsinə, şəkillərin rəqəmlə göstərilmə imkanlarına, 

31 
 
kompyüter proqramlarında korrektənin və  işlənilmənin rahatlığına görə  bu növ 
şəkillər kosmik geologiyada aparıjı yerlərdən birini tutur. Transformasiya olunmuş 
skaner şəkilləri  kosmik şəkillər kimi sxemlərin tərtibində istifadə edilə bilər. 
 
3.6.  Qoloqrafik kosmik planalma 
 
Bu növ planalma kosmik tədqiqatların çox nadir növüdür. O, Sankt-
Peterburuqun bir qrup alimləri: V.V.Şarkov, Z.O. Quryeva və E.N.Kildyuşevski 
tərəfindən şelf zonalarının kosmik fəzadan öyrənilməsi üçün təklif edilmişdir. 
Obyektin, işıq dalğalarının qeydiyyatı yolu ilə alınmış  həcmi təsvirinə 
qoloqramma-interferensiya təsviri deyilir. Üsul planalma obyektindən səpələ-
nən, əks olunan dalğaların qeydə alınmasına əsaslanır. Fotolövhədə qoloqrafik 
həcmi təsvir formalaşır və sonradan fotoəks yolu ilə plan və ya perspektiv 
şəkillərə çevrilir. Yer səthinin YSP-dən öyrənilməsi üçün qoloqrafik planalma 
digər üsullarla birlikdə həyata keçirilərsə, bu, müəyyən dərəcədə deşifrələmənin 
dəqiqliyini artırmağa imkan verər. 
 
3.7.  Radiolokasiya (radar)   planalması  
 
Radiolokasiya planalması (RL) distansion tədqiqatların əsas üsullarından 
biridir və əsasən planet səthinin müxtəlif təbii amillərlə əlaqədar (bulud,duman 
və s.) birbaşa müşahidəsinin çətinləşdiyi zaman istifadə edilir. Bu planalma 
günün qaranlıq hissəsində da aparıla bilər. RL planalmada adətən təyyarə və ya 
YSP-də qurulmuş radiolokatorlardan istifadə edilir. 
RL planalması elektromaqnit spektrinin radiodiapazonunda aparılır.  
Planalmanın mahiyyəti öyrənilən obyektdən normal üzrə  əks olunan və 
daşıyıcının kənarında qurulmuş  qəbuledicidə  qeyd olunan radiosiqnalların 
göndərilməsindən ibarətdir. 
Bu siqnalların qəbulediciyə qayıtma vaxtı obyektə qədər olan məsafədən 
asılıdır. Radiolokatorun bu zondlayan impulsların obyektə  qədər və geriyə 
qayıtma vaxtını qeyd edən iş prinsipindən RL-şəkillərin alınması üçün istifadə 
edilir. Burada şəkillər sətir boyu gəzən işıq ləkəsi vasitəsilə formalaşır. Obyekt 
nə qədər uzaq olarsa, əks olunan siqnalın xüsusi kinokamera ilə birləşdirilmiş 
elektron – şüa borusunda qeydə alınmasına sərf edilən vaxt bir o qədər çox 
olacaqdır. 
Keçmiş SSRİ-də “Toros” təyyarə radiolokasiya stansiyası çox ge-niş 
istifadə edilirdi. Onun köməyi ilə bir gün ərzində 1: 90 000 və 1:180 000 
miqyaslı iki yan icmal zolaqları almaq mümkün olmuşdur. 
Təyyarədəki “Toros” stansiyası ilə arktik dənizlərdə buz örtüyünün 
öyrənilməsi və geoloji tədqiqatlar üçün istifadə edilir. RL-planalma distansion 
zonlamada ən operativ və məhsuldar üsuldur. Onun həlletmə imkanları 10 min- 

32 
 
dən 200 minə  qədərdir. Adətən təyyarədə iki: sağ  və sol lakator qurulur. 
Təyyarənin altında yerləşən sahə radiosiqnalların təsir sahəsinə düşmür və 
“ölü” zona əmələ gətirir ki, onun da ölçüsü uçuşun yüksəkliyindən və lokasiya-
nın bucağından asılıdır. RL şəkillərini deşifrə edərkən, radar şəkillərinin fo-
totonunu, ahəngini və teksturunu nəzərə almaq lazımdır. Rəngçalarları qaradan 
ağımtıla qədər dəyişə bilər. Təcrübə göstərir ki, RL şəkillərilə işləyərkən, qara 
rəngçaları hamar səthi əks etdirir ki, bu da göndərilən radiosiqnalların tam əks 
olunması ilə əlaqədardır. Adətən iri çaylar qara rəngdə görünür. RL şəkillərdə 
tekstur formalar relyefin girintili – çıxıntılı olmasından asılı olaraq, nazik 
şəbəkə, zolaqvarı, massiv ola bilər. Məsələn, RL şəkillərində zolaqlı tekstur - 
metomarfik və çökmə süxur laylarının növbələşməsindən təşkil tapmış dağlıq 
sahələr, massiv tekstur isə intruziv əmələgəlmələrin yayıldığı sahələr üçün 
səciyyəvidir. RL şəkillərində hidroşəbəkə daha yaxşı əks olunur və fotoşəkillərə 
nisbətən bu əkslərdə daha yaxşı deşifrə olunur. Sıx bitki örtüyü olan rayonlarda 
RL şəkillərinin yüksək həlletmə qabiliyyəti onlardan yerin bir çox ərazilərində, 
o cümlədən Sibirin tayqa rayonlarında, Amazon çayı dərəsində və s. sahələrdə 
istifadə etməyə imkanlar açır (şəkil 4). 
 
 
 
Şəkil 4.  Aerofoto - (a)  və  radiolokasiya - (b) planalması təsvirlərinin  
müqayisəli  informativliyi (Oreqon  ştatının  Sivayd rayonu). 
 
Okean proseslərinin dinamikasının öyrənilməsi üçün nəzərdə tutulmuş 
“Sisat” radiolokatoru 1970-ci ildə amerkan peykində quraşdırılmış, sonralar 
yeni, daha mükəmməl radar “Şatl 4” kosmik gəmisinin uçuşu zamanı təcrübə-
dən keçirilmişdir. Bu radarla alınmış informasiya ağ-qara və sintez edilmiş 
fototeletəsvir formasında olur və ya maqnit lentinə yazılır. Bu şəkillərin 
həlletmə imkanları 40 mindir. İnformasiya rəqəmli və analoq işlənilməsi 
formasında “Lendsat” sisteminin skaner şəkillərində olduğu kimi verilir. Bu 
deşifrələmədə yüksək nəticələr almağa xeyli kömək edir. Çox zaman RL 
şəkilləri, geoloji baxımdan, “Lendsat”dan alınmış  şəkillərə nisbətən daha 
məlumatlı  olur. Bu iki növün kompleks deşifrələnməsinin materiallarından 
daha yaxşı  nəticələr  almaq mümkündür. RL şəkilləri yerin çətin və yaxud 

33 
 
əlçatmaz sahələrinin (səhralar və yüksək dairələrində olan sahələr) öyrənilmə-
sində müvəfəqiyyətlə istifadə edilir. 
Məsələn,keçmiş Sovet geoloqları  tərəfindən, planetin qütb zonalarının 
(Arktika və Antarktika) YSP-dən alınmış    RL  şəkilləri təhlil edilmiş  və yaxşı 
nəticələr əldə olunmuşdur. 
RL planalması qalın bulud qatı ilə örtülmüş Venera planetinin 
öyrənilməsində də müvəffəqiyyətlə istifadə edilmişdir (şəkil5).  
 
 
 
Şəkil 5. Veneranın səthinin radiolokasiya şəkli. Xətti qırışıq deformasiyaları  
görünür. 
 
Şübhəsiz ki, RL cihazlarının təkmilləşməsi gələcəkdə Yerin distansion 
tədqiqində, xüsusilə onun geoloji quruluşunun öyrənilməsində radiolokasiyanın 
rolunu artıracaqdır. 
 
3.8.  İnfraqirmizi planalma (İQ) 
 
İQ  və ya istilik planalması yer obyektlərinin şüalanması əsasında istilik 
anomaliyalarının ayrılması ilə  həyata keçirilir. İstilik anomaliyaları günəş 
şüalanması  və ya endogen mənşəli istilikdən  əmələ  gəlir. Bu planalma 
geologiyada geniş tətbiq edilir. 
Yer səthinin temperatur qeyri-bircinsliliyi onun müxtəlif yerlərinin eyni 
dərəcədə isinməməsindən  irəli gəlir.  
Yerin təbii ehtiyatlarının öyrənilməsi zamanı V.B. Şili və başqaları 
tərəfindən istilik aeroplanalma üsulu işlənib hazırlanmışdır. Elektromaqnit 
rəqsləri spektrinin infraqırmızı diapazonu şərti olaraq, üç hissəyə ayrılır: yaxın 
(0,74 – 1, 35 mkm), orta (1,35 – 3,50 mkm) və uzun (3,50 – 1000 mkm). Günəş 
(xarici) və endogen (daxili) istilik geoloji obyektləri, süxurların litoloji 
tərkibindən, istilik əlamətindən, nəmliyindən, albedo və digər səbəblərdən asılı 
olaraq, müxtəlif dərəcədə qızdırır. İQ şüalanma atmosferdən keçərkən, seçimlə 
udulur. Ona görə  də istilik planalmasını yalnız “Şəffaflıq dəliyi” adlanan, 
infraqırmızı  şüaları buraxan zonalarda aparmaq olar. Eksperimental olaraq, 

34 
 
dörd əsas şəffaflıq dəliyi ayrılmışdır ( mkm):  0,74 – 2,40 ; 3,40 – 4,20 ; 8,0 – 
13,0; 30 – 80,0). Bəzi tədqiqatçılar daha çox sayda şəffaflıq dəliyi ayırırlar. 
Birinci dəlikdə (0,84 mkm-ə qədər) əks olunmuş günəş şüalanmasından istifadə 
edilir. Burada xüsusi fotolent tətbiq etmək və qırmızı süzgəclə işləmək lazımdır. 
Bu diapazonda aparılan planalma infraqırmızı fotoplanalma adlanır. Digər 
şəffaflıq dəliklərində ölçü cihazları-televizorlar istilik anomaliyalarını qeyd 
edərək, görünməyən infraqırmızı  şüanı elektron şüa borularının köməyi ilə 
görünən  şüalara çevirir. İnfraqırmızı  şəkillərdə açıq rəngçalarları alçaq 
temperaturlu sahələri, tünd çalarlar isə nisbətən yuksək temperaturlu sahələri 
əks etdirir (şəkil 6). İnfraqırmızı planalmanı gecə saatlarında da aparmaq 
mümkündür. YSP-dən alınmış  İQ  şəkillərdə sahil xətti, hidroqrafik şəbəkə, 
buzlaq  şəraiti, su mühitinin müxtəlif sahələri, vulkan fəaliyyəti və s. dəqiq 
izlənilir.  

 
Şəkil 6.  Xəzər dənizi rayonunun infraqırmızı (İQ) təsviri  (“Meteor”):   
 a – gündüz təsviri,               b - gecə təsviri. 
 
İQ şəkillər yerin istilik xəritələrinin tərtibatında istifadə edilir. İQ planal-
ması vasitəsi ilə alınmış xətti zolaqlı istilik anomaliyaları qırılma zolaqları, sa-
həvi və konsentrik istilik anomaliyaları isə tektonik və ya oroqrafik strukturlar 
kimi interpretasiya olunur. Məsələn, Orta Asiyanın kaynozoy yaşlı çöküntü-
lərindən ibarət törəmə çökəlikləri, infraqırmızı  şəkillərdə yüksək intensivliyə 
malik anomaliya kimi deşifrə olunur. Fəal vulkanik fəaliyyətli regionlardan 
alınmış məlumatlar xüsusilə qiymətlidir. Hazırda şelf dibinin tədqiqatlarında İQ 
şəkillərin istifadəsi geniş yayılmışdır. Bu usulla su səthinin anomal temperatur-
lar fərqinə görə, dəniz və okean dibinin relyef quruluşu haqqında məlumat 

35 
 
alınmışdır ki,bu da aşağıdakı prinsip əsasında həyata keçirilmişdir. Su səthinin 
eyni də  şüalanması zamanı  qızmaya sərf olunan enerji dayaz hissələrdə az, 
dərin qatlarda isə daha çox sərf olunduğundan, dərin hissələr üzərində su 
səthinin temperaturu dayaz hissələrə nisbətən az olur. Bu prinsip İQ şəkillərdə 
müsbət və  mənfi relyef formalarını, sualtı  dərələri, silsilələri və s. ayırmağa 
imkan yaradır. 
Hazırda  İQ planalmadan, xüsusilə yeraltı suların axtarışında, mühəndisi 
geologiyada geniş istifadə olunur. 
 
3.9. Spektrometrik planalma (SM) 
 
SM planalma süxurların  əksetdirmə qabiliyyətini ölçmək məqsədilə 
aparılır. Belə ki, süxurların spektral parlaqlıq qiymətini bilməklə, geoloji 
deşifrələmənin diapazonunu genişləndirmək mümkündür. Süxurlar müxtəlif 
əksetdirmə qabiliyyətinə malik olduğundan, spektral parlaqlıq  əmsalının 
qiymətlərinə görə fərqlənirlər.  
SM planalma üç növə ayrılır: 1)atmosferin təsirini istisna edən və  univer-
sal hesab olunan – mikrodalğalı (0,3 sm- 1,0 m); 2)öyrənilən obyektlərin enerji 
parlaqlığına görə temperaturlar fərqini müəyyən edən infraqırmızı və ya istilik 
(0,30 – 1000 mkm); 3)əks olunan radiasiya şüalanmasının spektral paylanma-
sını qeyd edən, şüalanmanın görünən və yaxın (0,30 – 1,40 mkm) İQ spektrinin 
spektrometriyası.  
Geoloji obyektlər spektral xüsusiyyətlərindən asılı  olaraq, müxtəlif 
ziddiyyətlilik dərəcəsi ilə kosmik şəkillərdə  əks olunur. Süxurların spektral 
xassələrinə görə  məlumat bankının tərtibi olduqca çətindir. Bu məqsədlə, 
müxtəlif məsafələrdə, ilin müxtəlif fəsillərində və fərqli açılış dərəcəsinə malik 
sahələrdə süxurların spektrometrik ölçüsünü aparmaq lazımdır. Hazırda 
spektrin ensiz zonalarından alınmış çox zonallı  şəkillərdən istifadə etməklə, 
sərhəd ziddiyyətini artırmaq mümkündür. 
 
3.10. Maqnit planalması (MP) 
 
Kosmik maqnit planalması 1985-ci ildən aparılır. Kompyüter proqramla-
rında işləmək üçün maqnit məlumatları avtomatik surətdə yerə verilir. Bu 
işləmənin nəticələri dövri- aləm profilləri və yaxud yerin maqnit sahəsinin 
xəritəsidir. YSP-nin qeyd etdiyi maqnit anomaliyalarının mənbəyi böyük 
dərinliklərdə, bəlkə də nüvə ilə mantiyanın sərhədində yerləşir. 
PAS-da qurulmuş maqnitometrlər günəş sistemi planetlərinin maqnit 
sahəsini öyrənməyə imkan yaradır. 
Kosmosdan alınmış maqnitometrik planalmanın nəticələri planetlərin 
geologiyasının tədqiqatında böyük maraq kəsb edir. 
 

36 
 
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin