Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Tektonikanın  öyrənilməsi  məqsədilə deşifrələmə



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Azf-287674


6.4.5.Tektonikanın  öyrənilməsi  məqsədilə deşifrələmə 
 
KŞ-n köməyi ilə alınan bütün geoloji informasiyaların 50%-dən çoxu  
tektonikanın payına düşür. 
Yerin kosmosdan alınan müxtəlif səviyyəyə  məxsus generalizasiyalı  
fotoşəkilləri müxtəlif kateqoriyalı tektonik strukturların bütöv bir sırasını təyin 
etməyə imkan verir: struktur tektonik vilayətlər və zonalar, qalxanlar və plitələr, 
antiklinorium və sinkli noriumlar, sinekliz və anteklizlər, qalxım və enişlər, o  
cümlədən daha xırda strukturlar. KŞ-də qırışıqlıq strukturlar və qırılma pozul-
maları, yarılmalar, sürüşmələr, horizontal yerdəyişmələr, üstəgəlmələr, örtüklər  
və s. çox gözəl görünür, bu zaman şəkillər bu pozulmaların morfoloji və  gene-
tik xarakteristikası üçün informasiyanı daşıyır. 
Tektonikanın öyrənilməsi məqsədilə deşifrələmədə əsas məsələ süxurların  
ardıcıl düzülüşünün və yatım şəraitinin müəyyən edilməsi, qırışıqlıq və  pozul-
ma strukturlarının öyrənilməsi, onların inkişaf tarixinin aydınlaşdırılmasıdır. 
Tektonik deşifrələmənin daha yaxşı  nəticələri aşağıdakı  şəraitlərdə alına 
bilər: 1) strukturların və onların quruluşunda iştirak edən layların izlənilməsi  
zamanı interpolyasiya zərurətinin minimuma endirilməsinə imkan verən yaxşı  
səthə (üzə) çıxma; 2) süxurların maddi tərkibinin müxtəlifliyi və onların  relyef-
də yaxşı  təzahürü, fotoqeydedici layların mövcudluğu və stratiqrafik kəsilişin  
məlumatı; 3) struktur tektonik relyefin formalaşdığı şəraitdə zəif  parçalanma. 
Tektonik deşifrələmə süxurların yatım elementlərinin təyini ilə başlayır. 
Bunun üçün zəruri olan kəmiyyət üsulları yamacın istiqaməti və layın çıxış  
forması arasındakı münasibətin analizinə əsaslanır.   
Kəsilişi müxtəlif süxurların növbələşməsindən ibarət olan dağlıq rayonlar  
üçün yatım elementlərinin təyini məsələsi lay fiqurlarının müşahidə imkanla-

76 
 
rının olduğu hallarda sadələşir: bərk layların çıxışı ilə  əmələ  gələn üçbucaq, 
dairəvi və ya trapesiya şəkilli formaların sahələrinin. Lay fiqurlarının formaları  
düşmə bucağının qiymətindən asılıdır ki, bu da süxurların yatım elementlərinin  
təxmini təyininə imkan verir. Daha bərk (möhkəm) siniflərin çıxışları dairəvi  
və ya şaquli yatımda düzxətli lay baryerləri formasına malik olur ki, onlar da   
laylanma üzrə lay yarımellipslərinə, trapesiyalarına və ya üçbucaqlarına keçir.  
Lay çatları və üçbucaqları nə qədər uzun olarsa, düşmə bucağı bir o qədər kiçik  
olur. Monoklinal yatım sahələrində eninə kəsimdə asimmetrik dərələrlə bölünən  
paralel kuest və  cərgələr inkişaf edir. Parçalanmış relyefə malik rayonlarda  
layların horizontal və ya az maili yatımı bərk süxurlardan təşkil tapmış  hori-
zontal lay qalıqları ilə müəyyən edilir. 
Çöküntülərin litoloji tərkibinin eynicinsliliyi və ya parçalanmasının kifa-
yət qədər olmaması  səbəbindən lay fiqurlarının ifadə olunmadığı sahələrdə  
layların stratiqrafik ardıcıllığını və süxurların yatım istiqamətini bəzən onların  
qonşu sahələrdə izlənilməsinə görə  təyin etmək olar. Xüsusilə  təcrid olunmuş  
çıxışlar üçün mürəkkəb dislokasiya olunmuş qatlarda normal, maili və çevrilmiş 
yatımın fərqləndirilməsi problemi kifayət qədər çətinlik yaradır. 
KŞ-n vizual deşifrələnməsi və stereocihazların köməyi ilə  kəmiyyətcə  
ölçmə göstərir ki, yatım elementlərinin nisbətən dəqiq təyini 1:2000000 miq-
yaslı generalizasiyanın regional səviyyəli şəkillərində mümkündür. Birinci üsu-
lun köməyi ilə süxurların yatım bucaqlarını iti (50-80
0
), orta (20-40
0
) və az  
maili bölgülərlə ayırmaq imkanları vardır. Stereocihazlar (stereomikrometr və  
stereosimpleks) ölçülərin dəqiqliyini ±5
0
–yə qədər artırmağa imkan verir.   
Zəif açılmış rayonlarda strukturların izlənilməsi məqsədilə süxurların  
yatım ardıcıllığının təyini onların maddi tərkibinin öyrənilməsi, sahə üzrə  iz-
lənilməsi və sərhədlərinin aydınlaşdırılmasına əsaslanır. Bu, xüsusilə mürəkkəb 
geoloji quruluşlu geosinklinal vilayətlərdə vacibdir. Müxtəlif  süxurların və lito-
lojıstrariqrafik komplekslərin təmaslarının xarakterinin öyrənilməsi imkanları  
miqyası 1:5 000 000 olan KFŞ-dən başlayaraq aparılır, daha dəqiq  şəkillərdə  
yatımın bucaq uyğunsusluğu və transqressiv xarakteri inamla təyin edilir. 
1:25 000 000 miqyaslı regional KFŞ-n öyrənilməsi zamanı qlobal şəkil-
lərlə müqayisədə informativlikdə kəskin sıçrayış qeydə alınır ki, bu da aşkarla-
nan tektonik elementlərin diapazonunun kifayət qədər genişlənməsi və onların 
daha yüksək həlletmə qabiliyyəti ilə şərtlənən ümumi miqdarında  özünü büruzə 
verir. Dərinlik yarılmalarının müxtəlif, o cümlədən çökmə örtüyün altında uza-
nan tiplərinin, üstəgəlmələrin, sürüşmələrin, horizontal yerdəyişmələrin, halqa-
varı qırılmaların iri antiklinal və sinklinal qırışıqların aşkarlanması mümkündür. 
Dəqiqliyi ilə fərqlənən daha irimiqyaslı KŞ-də yeni tektonik obyektlərin sayının 
az artımı qeyd olunur, lakin onların sayı  kəskin artır. Məsələn, kifayət qədər  
makroçatlılıq diaqnostlaşdırılır. 
Tektonikanın və xüsusilə neotektonikanın öyrəniıməsində geo-morfoloji  
deşifrələmə kifayət rol oynayır ki, bu da bir tərəfdən müxtəlif qırılma pozul-

77 
 
maları, qırışıqlıq strukturları, digər tərəfdən relyef, hidroqrafiya və regionun 
erozion parçalanmasının ümumi xarakterləri arasındakı qarşılıqlı əlaqəni aşkar  
etməyə  imkan  verir. 
Hazırda istifadə olunan KŞ-n  əksəriyyəti generalizasiyanın regional sə-
viyyəsinə uyğun gəldiyi üçün, onların köməyi ilə regional geotektonikanın  aşa-
ğıdakı  əsas  problemlərini həll etmək mümkündür: 
1.Struktur kompleks və mərtəbələrin ayrılması. 
2.Qırılma pozulmalarının öyrənilməsi. 
3.Qırışıqlıq formaların öyrənilməsi. 
4.Regionun və ya iri strukturların inkişaf xarakterinin təyini (ayrı-ayrı  
hallarda inkişafın neotektonik mərhələsi mümkündür). 
5.Dərinlik  quruluşunun   təyini. 
KŞ-ə görə struktur kompleks və mərtəbələrin ayrılması daha inamla plat-
formaların çökmə örtüyü və  qırışıqlıq vilayətlər üçün aparılır. Qırışıq və me-
tamorfik örtük parçalanmaya hər yerdə məruz qalmır. KŞ-də struktur  kompleks  
və mərtəbələrin tanınması onların müxtəlif dislokasiya dərəcələrinə əsaslanır ki,  
bu da şəkillərdə müxtəlif konturlarla əhatə olunmuş süxurların yatımının uy-
ğunsusluğunu və transqressivliyini əks etdirən müxtəlif parçalanmış relyef tip-
ləri  şəklində ifadə olunur. Mikrorelyefin forması  və süxurların və ya forma-
siyaların müəyyən yığımı nisbətən möhkəm fotoçalar, mezo və makrorelyef isə 
təsvirin xarakter şəklini verə bilər. Bundan əlavə, hər kompleksə və ya  mərtə-
bəyə xarakter tektonik üslub aid ola bilər ki, bu da qırışıq formaların və ya sü-
xurların yatım şəraitinin və qırılma pozulmalarının qanunauyğun paylanması və 
səmtləşməsində özünü büruzə verir. Bu kimi əsas xarakter əlamətlər platforma 
vilayətlərin struktur bölgülərini, hətta qlobal şəkillərdə, geosinklinal vilayətlərin 
struktur bölgülərini isə regional şəkillərdə ayırmağa imkan verir (şəkil 31). 
Qırılma pozulmalarının öyrənilməsi KŞ-dən alınan geoloji informasiyala-
rın bütün növləri arasında üstünlük təşkil edir. Qırılma pozulmalarının əsas əla-
mətləri süxurların və ya relyef formalarının görünən “qarışmasının” mövcudlu-
ğu və şəkillərdə təsvirin müxtəlif şəkli və ya fotoçaları ilə ifadə olunan müxtəlif  
cinsli geoloji əmələgəlmələrin sərhədində toxunma hesab olunur. Planda düz-
xətli formaya malik olan qırılmalar daha yaxşı görünür (şəkil 32). Qırılma və  
çatların əksəriyyəti relyefdə kəskin çıxıntı və şırım şəklində ifadə olunur, tez-
tez hidroqrafik şəbəkənin səmtinə uyğun gəlir və ona çoxlu bitki və bol sululuq 
aid olur. KFŞ-n yaxşı icmallılığı hesabına geoloji quruluşa görə müxtəlif olan 
rayonların hüdudlarında iri qırılma və ya yarılmaları böyük məsafələrdə izlə-
mək  mümkün  olur.  
KFŞ-lər qırılma pozulmalarını kinematik tipə, açıq rayonlarda isə  bəzən  
onların yaşı  və özülün qoyulma dərinliyinə görə  təyin etməyə imkan verir.  
Dizyunktiv pozulmaların geolojikinematik tipinin təyini üçün kəsilişin stratiq-
rafik ardıcıllığını bilmək vacibdir. Qırılmaların xarakterinin təyinində kifayət  
qədər məlumatı onların planda formalarının analizi verir. Horizontal yerdəyiş-

78 
 
mələr çox zaman düzxətli və ya zəif  əyilmiş olur ki, bu da horizontal yerdə-
yişmə zamanı onların hamarlanması, o cümlədən, həmin yerdəyişmələrin  kəs-
kin mailliyi ilə izah olunur. Parçalanmış relyef şəraitində maili üstəgəlmələr  və  
qırılıb-düşmələr  əyilmiş  xətt formasında  əks oluna bilər. Bu qırılmaların səthi  
bəzən relyefdə lay fiqurları  əmələ  gətirir. Belə ki, üstəgəlmələr və horizontal  
yerdəyişmələr boyu qarışma yerdəyişmələrin enməsi və ya qalxımı üzrə baş  
verir, onların əksəriyyəti eninə kəsimdə hamarlanmış, planda isə əksinə qeyri-
bərabər ziqzaq-şəkilli formaya malik olur. 
 
 
Şəkil 31. Şimali  Afrika  ərazisində  “Zond-5” planetlərarası  avtomatik  
stansiya  ilə  alınmış  KFŞ-n  tektonik  deşifrələnmə  sxemi: 
1 – kebriyəqədərki  massivlər;  2 - Anti – Atlas  və  Uqart  hersinki  qırışıqlıq  qurğuları;  3 – platforma  
örtüyünün  alt  struktur mərtəbəsi; 4 - platforma  örtüyünün  orta  və  üst  struktur  mərtəbələri;  5 – Atlas 
qurşağının  alp  qırışıqlıq  qurğusu;  6 – platforma  örtüyünün  qalxımı  (Şimali  Əlcəzair  anteklizi);  7 – 
vulkanik  massivlər;  8 – qırılma  pozulmaları;  9 – platforma  strukturlarının  konturları;  özülün  inkişaf  
edən  qalxımında  almışdır;  10 – Mərkəzi  Saxara  sistemi  qalxımının  kembriyəqədərki  massivləri:  A – 
Regibat,  B – Axaqqar,  C – Tibest,  D – Nuba.  Dairələrin  içərisindəki  rəqəmlərlə    Şimali  Saxara  
düşmə  zonasının  platforma  örtüyünün  strukturları  göstərilmişdir:  1 – Tinduf  sineklizi,  2 – Reqqan,  3 
– Qərbi-, Mərkəzi-  və  Şimali Əlcəzair  sineklizləri,  4 – Murzuk.  5 -  Kufra,  6 – Aşağı  Nil,  7 – Sirt  
çökəkliyi;   Cənubi-Saxara  düşmə  zonasının  strukturları:  8 – Taudeni  sineklizi,  9 – Mali-Nigeriya,  10 
– Çad,  11 – Orta  Nil. 
 

79 
 
 
Şəkil 32. KŞ-də (“Cemini”)  qırılma  pozulmalarının  fototəsvirinin  xarakteri: 
a – alp qurğusunun mezozoy qırışıqlıq kompleksində  (Mərkəzi  İran); b – qırışıq metamorfik kembriyə-
qədərki süxurlarda (Cənub-qərbi Afrika); c – Axaqqar massivinin  (Mərkəzi  Saxara)  qırışıq  metamorfik  
kembriyəqədərki  süxurlarda. 
 
Qırılmalar üzrə yerdəyişmənin istiqaməti ilə onun rayonun ümumi struk-
turundakı vəziyyəti arasında sıx əlaqə olduğu üçün, qırılmaların müxtəlif tiplə-
rinin təyinində onların bir-biri ilə  və  qırışıqlarla fəzavi münasibətinin analizi 
böyük rol oynaya bilər. Beləliklə, üstəgəlmələr adətən qırışıq strukturlara mü-
nasibətdə uzununa, qırılıb-düşmələr, eninə, horizontal yerdəyişmələr, diaqonal 
vəziyyət tutur. Qırılmalarla həmçinin morfologiyanın bəzi xüsusiyyətləri və 
qırışıqların fəzavi yerləşməsi də qarşılıqlı  əlaqədə olur. Məsələn, mürəkkəb  
izoklinal qırışıqlıq - üstəgəlmələlə, braxioforma qırılıb-düşmələrlərlə əlaqələn-
dirilir. Horizontal yerdəyişmələrin qanadlarında qırışıqlar tez-tez sanki “cərgəyə  
düzülmüş” vəziyyətə malik olur.    
Qırılmaların xüsusi halqavarı tipinin ayrılması kosmik planalma ilə əlaqə-
dar geniş inkişaf almışdır.  Əksər hallarda bu intruziv kütlələr və ya vulkan-
plutonik komplekslər çökmə örtüklə örtülmüş  və yeni hərəkətlərlə yenilənmiş  
olur. Bu, onların komosdan alınan FŞ-də qapalı oval yarılmalar şəklində ifadə  
olunmasına  gətirib  çıxarır.  

80 
 
Açıq rayonların KŞ-də geosinklinal vilayətlərdə  qırışıq formalar yaxşı  
müşahidə olunur, qırışıqların vergentlik
 
istiqamətini, planda tektonik zonaların  
səmtini, strukturların fəzavi yerləşmə xarakterini və s. öyrənməyə imkan verir  
(şəkil 33). 
 
 

81 
 
 
Şəkil 33. KŞ-də (“Cemini”) geosinklinal və platforma vilayətlərinin qırışıq  
strukturlarının fototəsvirinin xarakteri: 
a – Mərkəzi İran alp quşağının mezozoy çökentülərində qırışıqlıq formaları;  b – Şimali Saxaranın (Mur-
zuk sineklizi) platforma örtüyünün iri sinklinal strukturu; c – Cəub-Qərbi Çinin paleozoy çöküntülərində 
xətti qırışıqlıq formaları; d – Saxara Atlasının (Əlcəzair) mezozoy çöküntülərində  xətti və braxiforma  
qırışıqları; e – Anti-Atlas (Marokko) hersinki qurğusunun izoklinal qırışıqlığı; f – Dağıstanın (Şimalş 
Qafqaz (“Soyuz-12”)) əhəngdaşlarında qırışıqlıq formaları; g – Zaqrosun xarici  zonasında (Cənub-qərbi  
İran) braxiformalar,  xətti  qırışıqlar və duz  gümbəzləri;  h – Mərkəzi İranda qırışıq metamorfik mezozoy 
kompleksi; i - Zaqrosun xarici zonasında (Cənub-qərbi İran) xətti qırışıqlar; j – Taudeni sineklizi.  Cənubi  
Saxara  platforma  örtüyündə dairəvi strukturlar; k - Anti-Atlas (Marokko) hersinki qırışıqlıq qurğusunun  
cənnub-qərbi periklinal qurtaracağı; l, m - xətti və sandıqvarı qırışıqlar (Əfqanıstan);  n - Tacik dağarası 
çökəkliyində (“Soyuz-9”) qırışıqlıq strukturların xarakteri; o – Saqros rayonunda xətti qırışıqlar (aşağı-
da), yuxarıda yarıq örtükləri görünür; p - Saqros rayonunda xətti qırışıqlar (yuxarıda), aşağıda Mesopo-
tam  kənar  əyilməsində  basdırılmış  qırışıqlar  (“Soyuz-9”). 
 
Qırışıq strukturların ayrılması  və öyrənilməsi məsələsi kifayət dərəcədə  
kəsilişin stratiqrafik ardıcıllığı haqqında bilgilərdən və yatım elementlərinin  
düzgün  təyinindən  asılıdır. 
Antiklinal qırışıqların qanadlarında lay üçbucaqlarının zirvəsi oxa doğru 
istiqamətlənmişdir (yelpikşəkilli və arxaya qatlanmış antiklinallar istisna ol-
maqla). Pereklinal sonluqlarda laylar birləşir və relyefdə ifadə olunan bənd  
əmələ gətirir. Əks mənzərəyə sinklinal strukturlar malik olur. Düz relyefə  ma-
lik rayonlarda antiklinal qırışıqlara təpəliklər və dağlar uyğun gəlir. Belə  təpə-
liklərin yamacları tez-tez layların düşməsi istiqamətində radial ayrılan eninə 
dərələrlə  kəsilir. Batmış qanadların sahələri adətən erozion şəbəkənin konsen-
trik şəkli ilə xarakterizə olunur. Qırışıq strukturların nüvəsi xırda qırılma və çat-
ların sıxlaşması hesabına təsvir olunur. Bəzən onlar hansısa xüsusi əlamətlərlə: 
sulu çöküntülərin çıxışı zamanı bitki  örtüyünün yüksək  sıxlığı,  karst  və  s.  ilə  
nəzərə  çarpır.  

82 
 
Qırışıqların morfologiyasının öyrənilməsində onların periklinal sonluqla-
rının formasına diqqət yetirmək lazımdır ki, bu da eninə kəsimin xarakteri (qu-
tuşəkilli, daraqşəkilli və s.) haqqında təsəvvür yaradır, qırışıqların asimmetriya  
dərəcəsi planda onların eninin dəyişməsini bildirən müxtəlif dikliyə görə təyin  
edilir  (şəkil 33). 
Bu və ya digər rayonun, yaxud hər hansı bir iri strukturun inkişaf  xarak-
terinin təyini yaxşı açılmış şəraitdə mümkündür ki, bu da KFŞ-dən strukturların 
forması, müxtəlif yaşlı litolojistratiqrafik komplekslərdə onların  formasonfasial  
tərkibi və  təxmini qalınlığının qeydə alınması ilə  təzahürü haqqında informa-
siyaların alınmasına kömək edir. Bütün bu göstəricilər inkişafın müəyyən mər-
hələliliyini xarakterizə edir. KFŞ-lər yeni mərhələnin öyrənilməsində xüsusilə  
informativdir. 
KŞ-n köməyi ilə  dərinlik quruluşunun öyrənilməsi imkanlarının təyini 
başlanğıc mərhələdir. Hazırkı zamanda belə bir q-nunauyğunluq müəyyən edil-
mişdir ki, generalizasiyanın səviyyəsinin artması ilə  şəkillərdə yer qabığının  
daha dərin horizontları  görünür. Kosmosdan alınan təsvirlərdə iri strukturlar  
onların dərinliyinin təyini məqsədilə geofiziki üsulların köməyi ilə analiz edilir. 
Belə  ki, Qafqaz və Tyan-Şan əraziləri üçün neotektonik strukturların: dağarası 
və  kənar əyilmələrin, qalxım sistemləri və onları əhatə edən, yer qabığının da-
banının deformasiyası ilə, səthin strukturunda əks olunan, qranit və bazalt lay-
larını ayıran qırılmaların müqayisəyə gəlməsi sübut edilmişdir.   
 
6.4.6. Faydalı qazıntıların axtarışının proqnozu   
məqsədilə deşifrələmə 
 
Faydalı qazıntıların proqnozu üçün KFŞ-n deşifrələnməsi faydalı qazıntı 
yataqlarının əmələgəlmə qanunauyğunlyqlarının aşkar edilməsi məqsədilə me-
tallogenik analizə əsaslanır. KFŞ-lər bu qanunauyğunluqları iki planda: regional 
və lokal öyrənməyə imkan verir. Regional  metallogenik tədqiqatların əsas  mə-
sələsi geniş  ərazilərin ümumi metallogenik xüsusiyyətlərinin təyini, onların  
me-tallogenik rayonlaşdırılması,  əyalət və iri zonaların perspektivliyinin tə-
yinindən ibarətdir.  Lokal metallogenik tədqiqatların məqsədi isə filiz əmələ-
gəlməyə  təsir edən səbəblərin müəyyən olunması, yataqların lokallaşmasının  
təyini  və  onların  ilkin  kəmiyyət  qiymətləndirilməsidir. 
Bu məsələlərin həlli üçün bir sıra amillər qeydə alınır ki, onlardan da  
KFŞ-n  istifadəsinin köməyi  ilə aşağıdakıları aydınlaşdırmaq  olar: 
1) struktur-tektonik amil və ya filiz nəzarətedici strukturların (tektonik  
elementlərin  və  qırılma  pozulmalarının) öyrənilməsi; 
2) maqmatik amil; 
3) litolojistratiqrafik amil. 
Sonuncu iki amil filiz əmələgəlmənin müəyyən litolojistratiqrafik şəraiti, 
o cümlədən süxurların maqmatik kompleksləri ilə əlaqədar ola bilən filiz yer-

83 
 
ləşdirən süxurların öyrənilməsində nəzərdən keçirilir. Lakin hazırda süxurların  
heç də bütün tipləri KŞ-də aşkar edilmir. Ona görə də əsas rol filiz nəzarətedici 
strukturlara, filizli intruziyaya və təmasboyu zonalara  məxsusdur.  
Struktur-tektonik amil. Metallogenik tədqiqatlarda strukturtektonik deşif-
rələmə tektonik rayonlaşdırmadan irəli gələn strukrtumetallogenik rayonlaşdır-
manı yeni əsasda aparmağa imkan verir. Hazırda KFŞ-n köməyi ilə  aşağıdakı  
məsələlərin  həlli  mümkündür: 
1) mövcud strukturmetallogenik rayonlaşdırmanın kosmosdan alınan yeni  
məlumatlar əsasında  təftişi; 
2) dərinlik qırılmaları ilə əlaqədar olan məşhur metallogenik zonaların iz-
lənilməsi və bu zonaların davamı, daxili strukturların  kəsişmə düyünləri və  s.  
haqqında əlavə informasiyaların alınması; 
3) müasir struktur planın təşəkkülünün əvvəlində gələn tektonik  hərəkət-
lərin dinamikasının öyrənilməsi və strukturmetallogenik zonaların paleorekon-
struksiyası. 
Məsələn, hazırda Alp qurşağında dərinlik qırılmaları və civə minerallaş-
ması arasındakı birbaşa genetik əlaqənin  olduğu  müəyyənləşmişdir. 
Maqmatik amil. İri regionların və əyalətlərin metallogeniyası, əsas etiba-
rilə,  onların tektonikmaqmatik  fəaliyyəti  ilə  təyin  olunduğu  üçün bu  məsə-
lənin KFŞ-n köməyi ilə  həlli filizləşmənin intruziv kütlələrin forması,  ölçüsü   
və  quruluşundan  müəyyən  dərəcədə  asılılığına  əsaslanır. 
Bu məsələlərin həlli maqmatik əmələgəlmələr zamanı struktur əlaqələri-
nin qurulması ilə  xəritələnməsi və regionunn ümumi strukturunda vəziyyəti, 
intruziv kütlələrin aşkarlanmamış eroziyalarının aşkarı və maqmatik əmələgəl-
mələrlə filizləşmə arasındakı fəzaca qarşılıqlı əlaqənin təyini böyük əhəmiyyət 
kəsb  edir. 
Litoloji-stratiqarafik amil.  Məlumdur ki, bəzi genetik tiplər müəyyən  
litolojistratiqrafik komplekslərlə sıx əlaqədardır. Məsələn, yaşma-diabaz forma-
siyaları ilə mis-kolçedan yataqları  əlaqələndirilir. Kembriyəqədərki kvarsitlər  
tez-tez dəmir filizi, əhəngdaşı və intruziyalar skarn yataqları ilə əlaqəli olur.  Bu 
geoloji əmələgəlmələr kifayət qədər dəqiq təzahür edir ki, bu da digər amillərin 
optimal mövcudluğu halında faydalı qazıntıların bu və ya digər  növlərinin 
axtarışının proqnozlaşdırılması üçün təcrübi olaraq istifadə edilə  bilər. 
 
6.4.7. Geomorfologiyanın öyrənilməsi məqsədilə deşifrələmə 
 
Geomorfologiyanın öyrənilməsi məqsədilə deşifrələmə KŞ-də yaxşı tanı-
nan  relyef  formalarının  öyrənilməsinə  əsaslanır.   
Geomorfoloji tədqiqatların əsas məsələləri aşağıdakılar hesab olunur: 
1.Relyefin xarici xüsusiyyətlərinin (ərazidə  vəziyyəti, səmti, ölçüləri və  
s.)  öyrənilməsi. 
2.Relyefin ayrı-ayrı forma və tiplərinin  mənşəyinin öyrənilməsi. 

84 
 
3. Relyefin ayrı-ayrı forma  və tiplərinin inkişaf xarakterinin  öyrənilməsi. 
4.Geoloji relyef əmələgətirən amillərin relyefin forma və tiplərinə təsiri-
nin  öyrənilməsi. 
5.Relyefin ayrı-ayrı elementar forma və həmçinin tiplərinin iqlim zonal-
lığı ilə  əlaqədar regional və qlobal miqyaslarda coğrafi yayılmasının öyrənil-
məsi. 
Bu məsələlərin böyük hissəsi bu üsulun şəkillərin müəyyən miqyası  və  
həlletmə qabiliyyəti ilə əlaqədar olan imkanları hüdudunda  KŞ-dən istifadə ilə  
həll edilə bilər. Beləliklə, mikrorelyefin formaları yalnız dəqiq təsvirlərdə  təyin  
edilə bilər. Eyni bir regionu əhatə edən, lakin  müxtəlif şəraitlərdə və müxtəlif  
yüksəkliklərdən, müxtəlif işıqlanma ilə müxtəlif aparatların tətbiqi ilə çəkilmiş  
FŞ-n deşifrələnməsi yaxşı nəticə verir. Geomorfoloji obyektlərin mühüm  deşif-
rələmə əlamətlərinə, birinci növbədə, onların ölçüləri, ərazidə digər obyektlərə  
nəzərən vəziyyəti, forması (xüsusi və enən kölgələrlə görünən), rəngi və    təs-
virin çaları aid edilir. Bu göstəricilər relyefin tiplərinin birbaşa və ya dolayı 
olaraq genezisini, inkişaf tarixini və müəyyən təbii zonaya aid olduğunu gös-
tərən  indikatorları  hesab  olunur. 
KŞ-də  aşağıdakı relyef formalarını ayırmaq imkanları vardır: flüvial, 
sahilboyu-dəniz və sahilboyugöl, sualtı, karstsuffoziya, buzlaq, eol, qravitasion 
və s. 
Relyefin  flyüvial formaları. Çay dərələri KŞ-də özünəməxsus nazik 
“sap” və ya daha enli  “lent”  şəklinə malik olur.  Arid  zonalarda  çay dərələri  
onları əhatə edən səhraya nisbətən daha tünd çalarla ifadə olunur. Bu, yüksək 
nəmlik  və  sıx  bitki  örtüyü  ilə  əlaqədardır. 
Terraslar fototəsvirin çalarının sıxlığına görə çay yatağı ilə köklü sahil  
arasında aralıq mövqe tutur. Terrasın çıxıntıları “kələ-kötür” qırıq xətlər  şək-
lində deşifrələnir. Humid vilayətlərdə çay yataqları bitkilərlə örtülmüş  ətraf  
mühitlə  müqayisədə  daha açıq çalarla təsvir olunur. 
Deltalar özünəməxsus üçbucaq, qanadlı konfiqurasiya və çay yataqlarının 
dolaşıq izlərinin olması ilə  dəqiq oxunur. Arid iqlimdə deltalar həmişə  ətraf  
mühitdən tünd olur və KŞ-də yaxşı deşifrələnir (Nil, Amudərya və s. deltaları  
kimi).   
Müvəqqəti axınlar adətən daha tünd fonda açıq nazik xətlərlə ifadə  
olunur.  V – şəkilli dərə formasının xarakter olduğu əhəngdaşları, mergellər və 
qumdaşlarında müvəqqəti axınlar kölgələnmiş yamacın tünd xətti konturuna 
görə    deşifrələnir. Prolüvial gətirmə konusları  və müvəqqəti axınların quru 
deltaları    fototəsvirlərdə xarakter yelpikşəkilli rəsmə malik olur, dağətəyi 
düzənliklərin  gilli takırları monoton açıq-boz  rənglə xarakterizə olunur. 
Relyefin sahilboyu-dəniz və sahilboyu-göl formaları. Qumlu çöküntülər-
dən təşkil tapmış sahilboyudəniz düzənlikləri FŞ-də açıq-boz çalarlı zolaqlarla  
təsvir olunur. İri sahil təpələri (valları) sahilə paralel olan xətti uzanmış şəkildə  
deşifrələnir. Çay kəsimi boyu yerləşən ensiz açıq rəngli zolaqlar qumlu çimərlik 

85 
 
və dar meşə zolağı kimi ifadə olunur. Abrazion çıxıntılar bütöv və ya qırıq,  
horizontallara uyğun xətlərlə tanınır. 
Sualtı relyef. Sualtı qumlu təpələr və dayaz yerlər daha açıq çalarla təsvir  
olunur. Sualtı dərələr və kanyonlar (sıldırımlı dərin dar dərə) çöküntü axınları 
şəklində iri çayların davamında izlənilir ki, onlar da FŞ-də daha açıq çalarla  
zolaqlarla təsvir olunur (Kolorado çayı misalında yaxşı görünür). Mərcan ada-
ları  və onları əhatə  edən  dayaz yerlər  FŞ-də  dəqiqliklə görünür. 
Karst-suffozion relyef. 3-4 km-dən böyük ölçülü karstsuffozio relyef for-
maları oval xırda tünd-boz ləkələrlə ifadə olunur. Belə formalara açıq karst  
əmələgəlmələri (uçurum qıfları, sahələr) aiddir ki, onlar da əsasən lokal və  
dəqiq  şəkillərdə  fərqləndirilə  bilər. 
Relyefin buzlaq formaları.  Yüksək dağlıq rayonların KŞ-nin deşifrələn-
mə  dərəcəsi doğranma və parçalanma dərinliyinə görə çox da yüksək deyildir.  
Troq (buzlağın fəaliyyəti nəticəsində  əmələ  gələn təknəyəoxşar dərə) dərələri  
paralel tərəfli düzlənmiş sərhədlərə görə tanınır, morenlərin xırda təpəlik şəkli  
xarakterdir,  bəzən çaqıl moren dərələri görünür. 
Relyefin eol formaları. Qumlar ağ-qara şəkillərdə açıq-boz, rəngli şəkil-
lərdə isə sarımtıl çalarla təsvir olunur. Rəngə mineraloji tərkib böyük təsir  
göstərir. Kvarslı və gipsləşmiş qumlar çox açıq, hətta ağa yaxın çalarla seçilir.  
Sıra üzrə olan qumlar yaxşı deşifrələnir. Təpəli, dəlikli, təpəli-barxan (səhra-
larda küləyin fəaliyyəti ilə əlaqədar qumlardan əmələ gələn təpə) qumlar daha  
zəif  tanınır. 
Relyefin qravitasion formaları.  Uçqun tökmə yamaclar tünd-boz çalarlı  
normal yamacların fonunda boz, açıq boz çalarlı uzanmış oval ləkələr şəklində  
deşifrələnir. Yaxşı keyfiyyətli və kifayət qədər həlledici qabiliyyəti olan şəkil-
lərdə sıldırım yamacın sürüşmə kütləsinin qeyri-düzgün təpəlik rəsmi ilə ahən-
ginə  görə  sürüşmənin  iri  kütlələrini  ayırmaq  olar. 
 
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin