F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə31/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   131
sosiologiya

 
IV FƏSİL 
 
SOSİAL-ƏRAZİ BİRLİKLƏRİ 
 
1. İlkin sosial-ərazi birlikləri anlayışı 
 
İlkin sosial-ərazi birlikləri (məskunlaşma üzrə birliklər)  şəhər, kənd, qəsəbə  və ya digər daimi yaşayış 
məskənlərinin əhalisindən ibarət olan spesifık sosial qrupdur
1

Məskunlaşma üzrə birliklərin formalaşmasının obyektiv əsası vardır. Bu halda iki məqama xüsusi diqqət 
yetirilməlidir: 
a)  Əmək bölgüsü, işçilərin bu və ya digər  əmək növü üzrə bölüşdürülməsi.  Əmək növləri həmişə  ərazi 
baxımından lokallaşmışdır ki, bu da daimi yaşayış məskənini formalaşdırır. Bu, öz növbəsində məskənin əhalinin 
həyat fəaliyyətinin bilavasitə mühitinə çevrilməsini  şərtləndirir. Həmin mühit hüdudlarında  əhali öz gündəlik 
tələbatlarını ödəyir. İstənilən yaşayış məskənini sadəcə müşahidə etməklə dediklərimizə əmin olmaq mümkündür. 
b) Müxtəlif məskənlərdə (məsələn,  şəhər-kənd; kiçik şəhər, iri şəhər; monosənaye mərkəzi-çoxfunksiyalı 
şəhər məskəni və s.) həyat fəaliyyəti şərtlərinin sosial-iqtisadi, sosial-mədəni baxımdan qeyri-yekcinsliyi. 
Məhz bu amillər  əsasında konkret məskənin  əhalisində qrupyaradıcı sosial əlamətlər formalaşır, ümumi 
mənafelər təşəkkül tapır. Bu mənafelərin mövcudluğu sosial-ərazi fərqləri faktını bir növ qeydə alır. Bunun 
sayəsində konkret məskənin  əhalisi demoqrafık xarakterli ümumiliklə yanaşı  həm də sosial birliyə çevrilir. 
Məskunlaşma üzrə birliklərdə formalaşan sosial əlaqələrin tipi mövcud ictimai münasibətlərin 
[79 - 80] 
xarakterini 
əks etdirir. Lakin ictimai münasibətlərin ifadəlilik səviyyəsi məlum yaşayış  məskənindəki həyat fəaliyyəti 
şərtlərinin xüsusiyyətlərindən asılıdır. 
Məskunlaşma üzrə birliklər sosial münasibətlərin  ərazi baxımından təzahüründə onların subyektləridir. 
Onların formalaşmasında məskənlərdəki həyat fəaliyyəti  şərtlərinə xas olan fərqlər dərin iz buraxır.  İlkin sosial-
ərazi birliklərinə xas olan iqtisadi, sosial-mədəni proseslər sosiologiya tarixində diqqəti cəlb edən mühüm 
məsələlərdən biri olmuşdur. Bunu ondan görmək olar ki, şəhərin sosiologiyası, kəndin sosiologiyası kimi sosioloji 
bilik sahələri təşəkkül tapıb inkişaf etmişdir. 
İnsanların yerləşməsi ilə sosial inkişaf arasında əlaqənin mövcudluğu faktını sosiologiya XIX əsrin sonu - 
XX əsrin əvvəllərində kifayət qədər aydın ifadə etmişdir. F. Tönnis, K. Byuxer, R. Makkenzi ərazi birliyini başlıca 
olaraq bu və ya digər ərazidə insanların birgə yaşaması prizmasından nəzərdən keçirmişlər. Bu halda cəmiyyətdən 
fərqli olaraq birliyin «lokallığı», digər sosial qrupların formalaşması amillərindən fərqli olaraq, onun «ərazi 
mənsubiyyəti» ön plana çəkilmişdir. 
Sosial-ərazi birlikləri sosiologiyanın mühüm kateqoriyalarından biridir. Bu kateqoriya əhalinin sosial 
diferensiasiyasının müəyyən kəsimidir; elə  kəsimi ki, o, cəmiyyətin tarixən  şərtlənmiş  ərazi-məskunlaşma 
baxımından təşkili əsasında təşəkkül tapmışdır. 
Sosial-ərazi birliyi tarixi kateqoriyadır. Onun meydana gəlməsi  şəxsi qan qohumluğuna  əsaslanan ibtidai 
icma quruluşundan sinifli cəmiyyətə keçidlə bağlı olmuşdur. Həmin cəmiyyətin başlıca əlamətlərindən biri də bu 
olmuşdur ki, o, ictimai məqsədlər üçün əhalini qohum qruplar üzrə yox, eyni bir ərazidə yaşamağa görə ayırmışdır. 
Məhz bu vaxtdan etibarən insanın yaşayış yeri, eləcə  də bütövlükdə  əhalinin yerləşməsi sosial determinasiya 
həlqəsi, eyni zamanda sosial inkişaf amili və mühiti olur. 
[80 - 81]
 
Sosial-ərazi birliyinin ilkin şərti fərdin yaşayış məskəninə spesifik şəkildə bağlılığıdır; bu, öz zahiri ifadəsini 
daimi yaşayış yeri hadisəsində tapır. Yaşayış yerinin daimi xarakteri o deməkdir ki, insanların məskunlaşması 
istehsala «bağlanmışdır», onların yerləşməsi bütövlükdə həmin istehsalın yerləşməsinin ardınca gedir. 
Yuxarıda qeyd etdik ki, sosial-ərazi birliklərinin formalaşması ilk növbədə əmək bölgüsü, onun növləri ilə 
şərtlənmişdir. Bu baxımdan tamamilə  təbiidir ki, adamların bu və ya digər  əmək növlərinə görə bölüşdürülməsi 
məskənlər səviyyəsində də mövcuddur. Bunu aşağıdakı məqamlar xüsusilə aydın nümayiş etdirir: 
1) işçinin istehsal vasitələri ilə birləşməsi müəyyən ərazi «bağlılığını» nəzərdə tutur; 
2) texnikanın və texnologiyanın inkişafı fərdin istehsal prosesinə qoşulmasının xarakterini dəyişdirsə də, bu 
proses həmişə ərazi baxımından müəyyənlik kəsb edir; 
3) işçinin müəyyən əmək növünə bağlanmasının özü onun həm məkan baxımından, həm də sosial münasibət 
baxımından yerini dəyişməsi imkanlarını məhdudlaşdırır. 
Deməli, məskunlaşma məsələsinə  bəsit yanaşmaq olmaz. Əslində o, insanın həyat fəaliyyətinin bilavasitə 
mühiti kimi nəzərdən keçirilməlidir. Bu, sosioloji baxımdan o deməkdir ki, birliklərin və  şəxsiyyətin sosial 
                                                 
1
 Росийская социологическая энциклопедия. Москва, 1998, с.480. 


35 
 
inkişafını determinasiya edən sosial-iqtisadi şərtlər öz funksiyasını təkcə bütövlükdə cəmiyyət səviyyəsində deyil, 
həm də müəyyən məskən səviyyəsində yerinə yetirir, çünki insan (və bütövlükdə  əhali) məhz orada əməyin 
subyekti, istehsalın subyekti və i.a. kimi çıxış edir. İnsanların həyat fəaliyyəti şərtləri işçinin istehsal vasitələri ilə 
birləşməsi formasından başlayaraq, məskəndə konkret xarakter daşıyır. Başqa sözlə, bu şərtlər onların sosial 
inkişafının faktiki əsası funksiyasını yerinə yetirir. 
Lakin insanların məskənlərə təkcə bağlanması və məskənlərin onların həyat fəaliyyətinin bilavasitə mühitinə 
çevrilməsi 
[81 - 82]
 sosial-ərazi birliyinin əmələ  gəlməsi üçün hələ kifayət deyildir. Bu cür birlik yalnız elə bir 
əsasda təşəkkül tapa bilər ki, müəyyən yerdə insanların həyat fəaliyyəti şərtləri digər yerdəki şərtlərdən fərqli olsun 
və bu əsasda ümumi mənafelər formalaşsın. Məskənlərdə  həyat  şəraitində mövcud olan fərqlər bu və ya digər 
ərazinin, regionun iqtisadi və sosial inkişafındakı  bərabərsizliyin təzahürüdür. Bu bərabərsizlik məhsuldar 
qüvvələrin inkişaf səviyyəsindəki fərqlərlə,  ərazilərin təsərrüfat baxımından mənimsənilməsindəki fərqlərlə 
şərtlənir. Məhz bu əsasda məskənlərdə  həyat  şəraitindəki fərqlər təkcə iqtisadi sahədə yox, həm də sosial həyat 
sferasında mövcud olur. Öz ictimai mənasına görə həmin fərqlər sosial-ərazi fərqləri kimi özünü göstərir. Şəhərlə 
kənd arasındakı fərqlər belə fərqlərin xüsusi halıdır. Sosial-ərazi fərqləri isə həm şəhər məskənləri, həm də kənd 
məskənləri arasında təzahür edir. 
Sosial-ərazi birliyi təkcə şəhərin, aqlomerasiyanın, kəndin əhalisi deyildir. Məskənlər daha mürəkkəb ərazi-
inzibati təşəkküllərinə (rayon, vilayət, respublika) qoşulmuşlar. Belə  təşəkküllər də iqtisadi və sosial inkişafın 
spesifikası baxımından fərqlənirlər. Bu halda sosial-ərazi birliyi iyerarxiyasında məskənlər xüsusi rol oynayır: 
istənilən inzibati vahid müstəvisində sosial-ərazi fərqlərinin əsasında həmişə yaşayış məskənlərində həyat şəraitinin 
vəziyyəti dayanır. Həmin yerlərdə həyat şəraiti sosial inkişafın bilavasitə əsası olur. Buna görə də ayrıca məskənin 
əhalisi ilkin sosial-ərazi birliyi kimi çıxış edir. İlkin sosial-ərazi birliklərinin məcmusu isə obyektiv surətdə sosial-
ərazi strukturunun aşağı, ilkin səviyyəsini təşkil edir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin