37
hallarda cəmiyyətəzidd halların geniş yayılması aılə-nikah münasibətlərindəki nizamsızlıqlar və s. bu qəbildəndir
Bunlar xeyli dərəcədə səhərin spesifikası ilə bağlıdır.
İllər
Bütün
əhali
(min nəfər)
O cümlədən şəhərdə
Bütün əhaliyə
nisbətən (faizlə)
şəhərdə
kənddə
şəhərdə
kənddə
1959 3.698
1.769 1.931 48 52
1970 5.117
2.564 2.553 50 50
1979 6.028
3.200 2.828 53 47
1989 7.021
3.806 3.215 54 46
1990 7.131.9
3.847,3
3.284,6 53,9 48,1
1995 7.643,5
4.005,6
3.637,9 52,4 47,6
1999 7.953,4
4.053,5
3.899,9 51,0 49,0
2000 8.016,2
4.086,4
3.929,8 51,0 49,0
2001 8.081,0
4.107,5
3.973,5 50,8 49,2
2002 8.141,4
4.130,1
4.011,3 50,7 49,3
2003 8.202,5
4.154,3
4.048,2 50,7 49,3
2004 8.265,7
4.254,3
4011,4 51,5 48,5
2005 8.347,3
4.298,3
4.298,3 51,5 48,5
2006 8.436,4
4.366,8
4.079,8 51,6 48,4
2007 8.532,7
4.397,6
4.136,1 51,5 48,5
Azərbaycanın statistik göstəriciləri. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.
Bakı, 2007.
Qeyd olunan problemlərin həlli şəhərin inkişafının meyllərini, qanunauyğunluqlarını obyektiv surətdə
nəzərə almağı, mərkəzi dövlət idarəçiliyi ilə yerli təşəbbüskarlığı, fəaliyyəti düzgün əlaqələndirməyi, elmi sosial
siyasət işləyib hazırlamağı və həyata keçirməyi tələb edir. Şəhərin tələbatları bütün cəmiyyətin tələbatları ilə
optimal şəkildə əlaqələndirilməlidir.
Şəhərin təkmilləşdirilməsi elə bir istiqamətdə getməlidir ki, əhali üçün daha sağlam və münasib şərait
yaradılsın. İri şəhərlərin böyüməsini məhdudlaşdırmaq imkanları axtarılmalı, yeni sənaye komplekslərinin bunlarda
yerləşdirilməsinə yol verilməməlidir. Sənaye mərkəzlərində həm qadın, həm də kişi əməyindən səmərəli istifadəyə
optimal şərait yaradılmalı,
[87 - 88]
şəhər təsərrüfatı və müasir xidmət sahələri inkişaf etdirilməlidir. Kiçik
şəhərlərdə və qəsəbələrdə onların inkişafını sürətləndirmək imkanları axtarılmalıdır (məsələn, ixtisaslaşdırılmış
müəssisələrini, fılialların yaradılması). Şəhərlərin arxitekturasına, estetik tərtibatına, abadlığına diqqət
artırılmalıdır.
Şəhərin təkmilləşdirilməsinə bu yaşayış məskəninə dair sosioloji tədqiqatlar da müəyyən kömək göstərə
bilər. Belə ki, bu tədqiqatlar şəhərin sosial strukturunun dinamikasını, həyat tərzinin
xarakter cəhətlərini öyrənmək,
sosial planlaşdırma məsələlərini həll etmək və s. baxımdan əhəmiyyətlidir.
Etiraf etməliyik ki, bu vaxta qədər şəhərlərin inkişafı əsasən sənayeləşmə prosesi ilə şərtlənmişdir. Bu,
sənaye mərkəzlərində əhalinin təmərküzləşməsinə, adamların həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişilməsinə
gətirib çıxarmışdır. Hazırda elmi-texniki tərəqqinin nailiyyətlərini, sənayeləşmənin gələcək meyllərini və mövcud
ekoloji vəziyyəti nəzərə almaqla məskunlaşma sistemini inkişaf etdirməyə səy göstərilir. Bu, cəmiyyətin
keyfıyyətcə yeni ərazi təşkilinə imkan yaradır.
Son vaxtlara qədər şəhərlərin inkişafı əsasən ekstensiv xarakter daşımışdır; şəhərlərin sayı, ölçüləri, əhalisi
artmışdır. Lakin şəhər həyat tərzinin reallaşdırılmasının məkan formaları nisbətən zəif inkişaf etmişdir. İndi vəzifə
yeni şəhərlər salmaqdan daha çox artıq mövcud olan şəhərlərin məkan və sosial-təşkilati xarakteristikalarını
yaxşılaşdırmaqdan ibarətdir. Şəhərlərdə yeni çevik strukturlar yaradılmalı, layihələndirmənin və planlaşdırmanın
kompleks xarakteri təmin olunmalı, cəmiyyətin sosial inkişaf məqsədləri region, şəhər səviyyəsində
konkretləşdirilməlidir.
Elmi cəhətdən əsaslandırılmış planlaşdırma üçün şəhərlərin inkişafının ənənəvi
meyllərindən daha çox elmi-
texniki tərəqqinin, insan amilinin imkanlarına istinad etmək, məskunlaşma sisteminin formalaşması üçün gələcək
ehtiyatları nəzərə almaq lazımdır. Ehtiyatların (maddi, insan,
[88 - 89]
informasiya, təşkilati) dürüst proqnozunun
hazırlanmasına ehtiyac vardır.
Şəhər həyat tərzinin inkişafı da çox mühüm məsələdir. Bu halda iki cür problem qarşıya çıxır. Birincisi,
istehsalda və onun hüdudlarından kənarda yeni sosial münasibətlər nümunələrinin yaradılması mexanizmlərinin
öyrənilməsi və formalaşması ilə, sosial-mədəni istehlak formalarının, normalarının inkişafı ilə, mədəniyyətin və
38
sosial münasibətlərin müxtəlif normalarının varisliyi mexanizmlərinin təmin edilməsi ilə əlaqədardır. İkincisi,
həmin proseslərin inkişafını sürətləndirmək üçün mövcud ehtiyatların yenidən bölüşdürülməsi və əlavə ehtiyatlar
axtarılmasıdır.
Sənayenin əsasən ekstensiv inkişafı, daha geniş miqyasda eyni iş yerləri olan strukturun (özü də səmərəli
olmayan strukturun) təkrar istehsalı kənardan iş qüvvəsinin şəhərə axınını stimullaşdırır ki, bu da şəhərin hədsiz
böyüməsinə gətirib çıxarır. Bu problem kiçik və orta şəhərlərdə, xüsusən sənayenin
bir sahəsini əsas götürən
şəhərlərdə daha kəskin şəkildə qarşıya çıxır. Ümumiyyətlə, gənc şəhərin monofunksiyalılığı bir sıra çətinliklər
(məsələn, peşə seçiminin, əməyi dəyişdirmək imkanının az olması, gənclərin miqrasiyasının güclənməsi və s.)
doğurur.
İndiki şəhər məskənlərinin xarakterik xüsusiyyətlərindən biri məskunlarının bir qisminin başqa rayonlardan,
kəndlərdən gəlməsidir. Başqa sözlə desək, şəhərlər bir sıra hallarda şəhər həyat tərzinə bələd olmayan, əvvəllər
sənaye-də işləməyən kənd sakinləri hesabına formalaşır ki, bu da həmin şəhərlərin inkişafına təsirsiz qalmır.
Əhalinin işə düzəlməsi ilə bağlı problemlərin kəskinliyi şəhər mühitində, bütövlükdə cəmiyyətdə sosial gərginliyi
xeyli dərəcədə gücləndirir.
Keçən əsrin 80-ci illərinin sonundan etibarən özünü göstərən bir meyli də qeyd etməliyik. Belə ki, SSRİ-nin
iflası, sonra isə məlum transformasiya prosesləri ilə əlaqədar olaraq, hasiledici və emaledici sənayedə çalışanların
xüsusi
[89 - 90]
çəkisi tədricən azalmış, xidmət, idarəetmə, ticarət sahələrin-də çalışanların sayı artmışdır.
Hazırda şəhərin sosial strukturu dinamikasını nəzərə almaqla onun inkişaf edən istehsal və mədəniyyət
sahələrinin optimal seçilməsi problemi meydana çıxır. Bu problemə müxtəlif qəbildən
olan digər problemlər qrupu
da qovuşur. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
a) müxtəlif şəhərlərdə əmək ehtiyatlarının dürüst öyrənilməsi və onlardan səmərəli istifadə olunması;
b) idarəetmənin optimallaşdırılması və demokratikləşdirilməsi, həm mərkəzi, həm də yerli orqanların hüquq
və məsuliyyətinin artırılması;
c) xüsusi demoqrafik problemlər;
ç) xidmət sistemində və mənzillə təminatda mütənasibliyin olmaması;
d) ekoloji problemlər (təbii mühitin mühafızəsi və süni mühitin nəzarət olunan inkişafı).
Mütəxəssislərin fıkrincə, məskunlaşmanın inkişafının ümumi meyli belə ifadə oluna bilər: istehsalın sonrakı
təmərküzləşməsi və onun xarakterinin dəyişilməsi bir tərəfdən iri şəhərlərə yaxın zonalarda əhalinin cəmləşməsinə
səbəb olacaqdır, digər tərəfdən isə əhalinin miqdarını həmin şəhərlərin hüdudlarında məhdudlaşdırmağa imkan
verəcəkdir (onların ərazilərində geniş şəhər təşəkküllərinin-aqlomerasiyaların meydana gəlməsi hesabına).
Aqlomerasiyalar müxtəlif məhdud funksional məskənlərin diferensial şəbəkəsini əhatə edəcəkdir. Bu halda
urbanizasiya şəhər hüdudlarından kənara çıxır və aqlomerasiyanın bütün ərazisinə, o cümlədən də kəndə yayılır.
Müasir Azərbaycan şəhəri bütövlükdə özünün mürəkkəb bir dövrünü yaşayır. Bu mürəkkəblik bir sıra
səbəblərlə bağlıdır. Həmin səbəblər aşağıdakılardır:
a) Azərbaycanın işğal olunmuş rayonlarından başqa ərazilərə, o cümlədən şəhərlərə məcburi qaçqınların və
köçkünlərin gəlməsi bu məskənlərdə ənənəvi nizamı, tərtibi xeyli
[90 - 91]
dərəcədə pozmuş, müəyyən bir
gərginlik yaratmışdır. Təkcə Bakı şəhərində kortəbii surətdə qərarlaşmış «kiçik bazarları», qanunsuz tikilmiş
obyektləri və s. xatırlamaq kifayətdir.
Bu sahədə müəyyən bir nizam, qaydaqanun yaratmaq üçün xeyli iş
görülmüşdür və görülməkdədir.
b) Müasir Azərbaycan şəhəri kəndə əvvəlki köməyi göstərə bilmir, şəhərin kəndə hamilik fəaliyyəti xeyli
zəifləmişdir. Şəhərlərarası əlaqələr də qənaətləndirici deyildir. Şəhərlərin keçmiş SSRİ məkanındakı əlaqələri
pozulduğundan yeni əlaqələr yaratmaq imkanları axtarılır. Bu sahədə artıq müəyyən uğurlar qazanılmışdır.
c) 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində şəhər həyatının öz simasını itirməsi təhlükəsi yaranmış,
müxtəlif cinayətkar ünsürlərin fəallaşması aşkar surətdə ciddi narahatlıq yaratmış, şəhərlərin abadlaşdırılması
unudulmuş, şəhərsalma siyasətində ciddi əyintilərə yol verilmişdir. Bundan əlavə, şəhərlərdə həyata keçirilən
islahatlar bir sıra hallarda hərtərəfii götür-qoy edilməmiş, elmi cəhətdən kifayət qədər əsaslaşdırılmamış, müvafıq
proqramların işlənib hazırlanması və reallaşdırılması, əhalinin imkansız və azimkanlı təbəqələrinin sosial müdafiəsi
tədbirlərinin həyata keçirilməsi sistemli xarakterdə olmamışdır. Lakin bu o demək deyildir ki, şəhərlərimizdə
uğurlu addımlar atılmamışdır. Faktlar təsdiq edir ki, son illərdə sosial problemlərin həllinə kömək edə biləcək
iqtisadi bünövrə yaratmaq istiqamətində ciddi nailiyyətlər qazanılmışdır.
Bunu ondan görmək olar ki, bir sıra
çətinliklərə baxmayaraq, ölkənin sənaye həyatında müəyyən canlanma baş verməkdədir. İqtisadi və sosial inkişafı
xarakterizə edən əsas makroiqtisadi göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Respublikamız öz inkişaf
sürətinə görə dünyada öncül mövqelərə çıxmışdır. Qazanılan nailiyyətlərə şəhərlərimiz öz töhfəsini getdikcə artırır.
[91 - 92]
Dostları ilə paylaş: