Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə47/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   43   44   45   46   47   48   49   50   ...   245
naxcivan

 
 
61 
 


Çç 
ÇAĞALAGÜL  (Püsyan)  –  reyhan.  –Bir kərdi də 
çağalagül əx'mişəm. 
ÇAĞLAMAX  (Maxta)  –  pambığın  alağını  vurmaq.  –
Çox işin qutarmışıx pambığın, çağlamax qalır. 
ÇAHATI 
(Şahbuz)  –  tezyetişən qoz növü. –Çahatı 
hammısınnan tez yetişər. 
ÇAXÇAX 
(Oğlanqala)  –  bağda  quşları  qovmaq  üçün 
şıqqıltı salan, bir-birinə bağlanmış taxta parçaları, quşqovan. 
ÇAXÇUR  (C
əhri)  –  qadın  şalvarı.  –Çaxçur belə  gen 
şalvarıydı, arvatdar geyinirdi. 
ÇAQQALA  (
əksər  şivələrdə)  –  kal  ərik.  -Əriyin kal 
vaxdına diyərix' çaqqala, turş olur, əmə yeyilir o da. 
Çaqqala sözü eyni m
ənada Qarakilsə, Zəngilan 
şivələrində də var (1, s.88). 
ÇAQQI (Bil
əv, Dırnıs) – çib bıçağı. –Çaqqıdan-zaddan 
g
ətgə maşınnən bı qərpizi doğruyəx. 
ÇALASƏR  (Naxçıvan,  Ordubad)  –  mətbəxdə  su 
saxlamaq üçün quyuya oxşar yer. –Çalasərin suyuni təzələ. 
ÇALASI  I  (
əksər  şivələrdə)  –  qatıq  mayası.  –Qaş 
bibinn
ən çalası al gəti, qatıx çalıram. 
ÇALASI 
II (Şahbuz) – sözgəzdirən, aravuran adam. –
Ona bizim k
ətdə Çalası Aybəniz diyəllər. 
ÇALAY  (G
ənzə)  –  azacıq  böyümüş  yemiş.  –Çalay 
qırma ki, həyifdi, qoy qalsın yekəlsin. 
62 
 


ÇALDIRMAX  (Culfa, K
əngərli,  Şahbuz)  –  suvarma 
zamanı sahəyə azacıq su buraxmaq. –Birimci dəhə su verəndə 
əkinə çaldırmax lazımdı, çox su verməx' olmaz. 
ÇALXAR  (C
əhri)  –  nehrə.  –Nənəm çalxarda eliyərdi 
h
əmməşə yağı. 
ÇALI  (Bab
ək, Kəngərli)  –  kol.  –Onnarın  kəvşənnərin 
pütün çalı basıp. 
ÇALQAX 
(Camaldın)  –  arıq.  –Bir çalqax inəyi var, 
isdiyir b
ətdiyə bizə. 
ÇALQU//ÇALĞI  (Nursu)  –  çubuqdan  bağlanmış  iri 
süpürg
ə. –Çalqu həyət süpürgəsidi da, eşix'-bacanı süpürərix'. –
Durdum ki, qar h
əyəti  basıp,  bitəhərnən çalquynan 
t
əmizdəmişəm. 
Bu söz D
ərbənddə dəryaz mənasında qeydə alınmışdır 
(3, s.88). 
ÇAMAX 
(Badamlı)  –  iri gözlü xəlbir.  –Havlanın 
umacın çamaxdan keçirdirix' əvvəlcə.  
ÇAMIR  (Nursu)  – 
bataqlıq.  –Ora:n dört-bir tərəfi 
çamırdı, hardan keçəssən? 
ÇAMLAMAX  (Kotam)  –  ovsunlamax, sehrl
əmək, 
cadu etm
ək. –Elə bilginən uşəği camliyiplər. 
ÇANAX 
(Şərur)  –  ölçü vahidi. –Taxılı-zadı  çanaxnan 
ölç
ərix'. 
Ağdam,  Gədəbəy, Gəncə,  Xanlar,  Şəki, Zəngilan 
dialekt v
ə şivələrində də bu söz həmin mənada işlənir (3, s.89). 
ÇAPACAX 
(Şahbuz)  –  dəhrənin bir növü. –Çapacağı 
63 
 


q
əssaplar işdədəllər, cəmdəyi onnan şaqqalıyıllar. 
ÇAPBA İSDƏKAN (Babək) – qalın, iri stəkan. –Mən 
çıqqılı isdəkanda içəmmirəm, mə:mki gərəx' çapba isdəkan ola. 
ÇAPIT 
(Şərur) - əski, köhnə parça. –Çapıtdan zaddan 
ver bıraları silim. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin